Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-20/2022 13.07.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Qafarlı Yelmar Elman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X6 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs Abdu oğlunun, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili X7, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili X8, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1972-ci il tarixdə Qəbələ rayonu, Həmzəlli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Qəbələ rayonu, Həmzəlli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə, xx.xx.1979-cu il tarixdə Qəbələ rayonu, Bum qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Qəbələ rayonu, Bum qəsəbəsində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə, xx.xx.1977-ci il tarixdə Qəbələ rayonu, Bum qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Qəbələ rayonu, Bum qəsəbəsində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə qanunsuz ağac kəsmək məqsədi ilə tanışları olan Qəbələ rayonu sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarında olan cinayətkar razılığa əsasən qanunsuz, yəni qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan və qanunvericiliklə müəyyən edilmiş şərtləri pozmaqla, yəni meşəqırma bileti, order və meşə bileti əldə etmədən, eləcə də qeyd edilən sənədləri əldə etmək üçün heç bir rəsmi dövlət orqanına müraciət olunmadan 2021-ci ilin iyun ayının sonunda Qəbələ rayonunun Yuxarı Mexres ərazisində, Bum meşəbəyliyinin 6 saylı meşə dolayının 145, 146 və 148-ci kvartallarında yerləşən meşələrdə ümumi dəyəri 1156,75 manat təşkil edən 24 ədəd fıstıq ağacını vahid niyyətlə əhatə olunan qəsdlə qanunsuz kəsib götürməklə xeyli miqdarda, yəni 1156,75 manat məbləğində ziyan vurmuşlar. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 259.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə qanunsuz ağac kəsmək məqsədi ilə tanışları olan Qəbələ rayonu sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarında olan cinayətkar razılığa əsasən qanunsuz, yəni qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan və qanunvericiliklə müəyyən edilmiş şərtləri pozmaqla, yəni meşəqırma bileti, order və meşə bileti əldə etmədən, eləcə də qeyd edilən sənədləri əldə etmək üçün heç bir rəsmi dövlət orqanına müraciət olunmadan 2021-ci ilin iyun ayının sonunda Qəbələ rayonunun Yuxarı Mexres ərazisində, Bum meşəbəyliyinin 6 saylı meşə dolayının 145, 146 və 148-ci kvartallarında yerləşən meşələrdə ümumi dəyəri 1156,75 manat təşkil edən 24 ədəd fıstıq ağacını vahid niyyətlə əhatə olunan qəsdlə qanunsuz kəsib götürməklə xeyli miqdarda, yəni 1156,75 manat məbləğində ziyan vurmuşlar. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə qanunsuz ağac kəsmək məqsədi ilə tanışları olan Qəbələ rayonu sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarında olan cinayətkar razılığa əsasən qanunsuz, yəni qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan və qanunvericiliklə müəyyən edilmiş şərtləri pozmaqla, yəni meşəqırma bileti, order və meşə bileti əldə etmədən, eləcə də qeyd edilən sənədləri əldə etmək üçün heç bir rəsmi dövlət orqanına müraciət olunmadan 2021-ci ilin iyun ayının sonunda Qəbələ rayonunun Yuxarı Mexres ərazisində, Bum meşəbəyliyinin 6 saylı meşə dolayının 145, 146 və 148-ci kvartallarında yerləşən meşələrdə ümumi dəyəri 1156,75 manat təşkil edən 24 ədəd fıstıq ağacını vahid niyyətlə əhatə olunan qəsdlə qanunsuz kəsib götürməklə xeyli miqdarda, yəni 1156,75 manat məbləğində ziyan vurmuşlar. Bununla da, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birinin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 259.3-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 259.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2021-ci ilin iyun ayının sonlarında Qəbələ rayonunun Yuxarı Mexres deyilən ərazisində fıstıq ağaclarını kəsib satmağı fikirləşmiş, belə olub tanışları olan X9 və Təqsirləndirilən şəxs3 bu barədə bildirmişdir. Yuxarı Mexres deyilən yerdə fıstıq ağacları kəsəcəyini, bunun üçün onların köməyinə ehtiyaclarının olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ağac kəsmək üçün xüsusi alətləri, mişarları olduğundan, o, bu barədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müraciət etmişdir. O, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 bu işlərinə görə pul da təklif etmişdir. O, həmin ağacları qanunsuz kəsdiyini, yəni həmin ağacları kəsmək üçün heç bir icazəsinin olmadığını Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 bildirmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 da onun həmin ağacları qanunsuz kəsdirdiyini bilmiş və başa düşmüşlər. O, sonradan Qəbələ rayonu sakinləri olan və yük daşıma işi ilə məşğul olan Şahid4 və Şahid5 həmin doğranılmış ağacları daşımalarını xahiş etmiş və bu işlərinə görə onlara zəhmət haqqı da təklif etmişdir. Lakin o, həmin yük maşını sürücülərinə ağacları qanunsuz kəsdiyini bildirməmişdir. 2021-ci ilin iyun ayının sonunda Ceyhun Mursallıyev və Təqsirləndirilən şəxs3 onun göstərişinə əsasən Qəbələ rayonunda Yuxarı Mexres adlanan yerdə 24 ədəd fısdıq ağaclarını kəsmiş, həmin ağacları bir neçə gün ərzində doğramış, ağacları bir neçə gün ərzində doğrasalar da, niyyətləri elə 24 ədəd fıstıq ağacı doğramaq olmuşdur. Ağaclar tam kəsilib doğranandan sonra Ümid və Hikməti çağırmış, onlar həmin ağacları maşınla daşımışlar. Ümid və Hikmət də həmin ağacları onun yaşadığı həyət evinə gətirmiş, həmin ağacları da tanımadığı adamlara satmışdır. Çünki onların yaşadıqları ərazidə bəzi yerlərdə qaz olmadığından insanlar odundan istifadə etmişlər. Ağacların kəsilməsi ilə bağlı onun heç bir icazə sənədi olmamış, ağac kəsimi üçün o, hər hansı bir orqana müraciət etməmişdir. O, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 bildirmişdir ki, ağacları kəsmək üçün onun icazə sənədi yoxdur, Ceyhun Mursallıyev və Təqsirləndirilən şəxs3 da bunu başa düşmüş və bilmişlər. Ceyhun Mursallıyev və Təqsirləndirilən şəxs3 həmin ağacların kəsilməsinə icazənin olmadığını bilmiş və bunu bilə-bilə də həmin ağacları kəsmişlər. Amma yük maşın sürücüləri Ümid və Hikmətə ağacların anunsuz kəsilməsi barədə məlumat verməmişdir. Meşə təsərrüfatı idarəsinin işçiləri meşə sahələrində yoxlamalar keçirmiş və yoxlamalar zamanı Qəbələ rayonunda Yuxarı Mexres adlı yerdə 24 ədəd fısdıq ağaclarının kəsilməsi faktını aşkar edilmiş, bununla bağlı sənədləşdirmə işi aparılmışdır. Bu fakt həm də polis əməkdaşlarının keçirdikləri baxış zamanı da aşkar edilmişdir. Həmin 24 ədəd kəsilmiş fısdıq ağaclarını o kəsdirmişdir. Cabbarov Adili həmyerli kimi tanımış, sonradan bilmişdir ki, Adil də Qəbələ rayonunda Seyidaxar deyilən ərazidə və Aşağı Mexres adlanan ərazidə qanunsuz ağaclar kəsdirmişdir. Lakin Adilin qanunsuz ağac kəsməsindən onun məlumatı olmamışdır. Eləcə də onun qanunsuz ağac kəsməsindən Adilin xəbəri olmamışdır. Təqsirləndirilən şəxs1 ifadəsində törətdiyi əməldən səmimi peşman olduğunu, X40 Təsərrüfatı Mərkəzinə dəymiş ziyanı tam olaraq ödədiyini, zərərçəkmiş şəxsin nümayəndəsi ilə barışıq əldə etdiyini, himayəsində 2 azyaşlı uşağının olduğunu, eləcə də İ Qarabağ müharibəsində iştirak etməklə müharibə veteranı olmasını və hazırda “yayılmış psoriaz” xəstəliyindən əziyyət çəkdiyi üçün mütəmadi olaraq müalicəsi ilə əlaqədar Qəbələ rayonu ərazisini tərk edərək Bakı şəhərinə getdiyini göstərməklə məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 259.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2021-ci ilin iyun ayının sonlarında tanışı Qasım söhbət zamanı Qəbələ rayonunda Yuxarı Mexres adlanan ərazidən fısdıq ağaclarını kəsdirmək istədiyini ona və Təqsirləndirilən şəxs3 bildirmişdir. Qasım ondan və tanışı Təqsirləndirilən şəxs3 xahiş etmişdir ki, Qasımın tapşırığı ilə həmin ərazidən 24 ədəd fısdıq ağaclarını kəssinlər. Çünki Qasım onun və Təqsirləndirilən şəxs3 ağac kəsmək üçün alətləri olduğunu bilmişdir. Qasım bu işə görə onlara pul da təklif etmişdir. Qasım ağacları kəsmək üçün onun icazəsinin olmadığını, həmin ağacları kəsdiyini bildirmişdir. O və Təqsirləndirilən şəxs3 2021-ci ilin iyun ayının sonlarında Qasımın göstərişi ilə Qəbələ rayonunda Yuxarı Mexres adlanan ərazidə 24 ədəd fısdıq ağaclarını kəsmiş, onlar həmin ağacları bir neçə gün ərzində kəsmiş, Qasım onlara 24 ədəd ağacın kəsilməsi barədə tapşırıq vermiş, yəni Qasımın fikri əvvəlcədən elə 24 ağacın kəsilməsi olmuşdur. Onlar həmin ağacları kəsib doğrayandan sonra Qasım yük maşını sürücüləri olan Şahid4 və Şahid5 həmin kəsilmiş ağacları götürmələrini və onun dediyi yerə aparmalarını xahiş etmişdir. Ümid və İmran da Qəbələ rayonu sakinləri olmuş, onlar yük maşınları idarə etmiş və sifariş əsasında yük daşımışlar. Qasım ona və Təqsirləndirilən şəxs3 həmin ağacları qanunsuz, yəni hər hansı bir icazə olmadan kəsdiyini bildirmiş, lakin Qasım bu barədə Ümid və Hikmətə bildirməmişdir. Ümid və Hikmət artıq kəsilmiş və doğranılmış ağacları Qasımın sözü ilə həmin yerdən Qasımın yaşadığı evin yanına daşıyıb aparmışlar. Ümid və Hikmət həmin ağacların qanunsuz kəsildiyini bilməmişlər. O və Təqsirləndirilən şəxs3 həmin ağacları Qasımın göstərişinə əsasən kəsmiş, Qasımdan həmin ağacları kəsmək üçün icazəsinin olub-olmadığını soruşmuş, Qasım da ağacları kəsmək üçün icazəsinin olmadığını bildirmişdir. 2021-ci ilin iyun ayının sonlarında həmin ağacları qanunsuz olaraq kəsmişlər. Təqsirləndirilən şəxs2 ifadəsində törətdiyi əməldən səmimi peşman olduğunu, X40 Təsərrüfatı Mərkəzinə dəymiş ziyanının tam olaraq ödənildiyini, zərərçəkmiş şəxsin nümayəndəsi ilə barışıq əldə etdiyini, himayəsində azyaşlı uşağının olduğunu göstərməklə məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 259.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2021-ci ilin iyun ayının sonlarında tanışı Qasım söhbət zamanı Qəbələ rayonunda Yuxarı Mexres adlanan ərazidən fısdıq ağaclarını kəsdirmək istədiyini ona və Təqsirləndirilən şəxs2 bildirmişdir. Qasım ondan və tanışı Təqsirləndirilən şəxs2 xahiş etmişdir ki, Qasımın tapşırığı ilə həmin ərazidən 24 ədəd fısdıq ağaclarını kəssinlər. Çünki Qasım onun və Təqsirləndirilən şəxs2 ağac kəsmək üçün alətləri olduğunu bilmişdir. Qasım bu işə görə onlara pul da təklif etmişdir. Qasım ağacları kəsmək üçün onun icazəsinin olmadığını, həmin ağacları kəsdiyini bildirmişdir. O və Təqsirləndirilən şəxs2 2021-ci ilin iyun ayının sonlarında Qasımın göstərişi ilə Qəbələ rayonunda Yuxarı Mexres adlanan ərazidə 24 ədəd fısdıq ağaclarını kəsmiş, onlar həmin ağacları bir neçə gün ərzində kəsmiş, Qasım onlara 24 ədəd ağacın kəsilməsi barədə tapşırıq vermiş, yəni Qasımın fikri əvvəlcədən elə 24 ağacın kəsilməsi olmuşdur. Onlar həmin ağacları kəsib doğrayandan sonra Qasım yük maşını sürücüləri olan Şahid4 və Şahid5 həmin kəsilmiş ağacları götürmələrini və onun dediyi yerə aparmalarını xahiş etmişdir. Ümid və İmran da Qəbələ rayonu sakinləri olmuş, onlar yük maşınları idarə etmiş və sifariş əsasında yük daşımışlar. Qasım ona və Təqsirləndirilən şəxs2 həmin ağacları qanunsuz, yəni hər hansı bir icazə olmadan kəsdiyini bildirmiş, lakin Qasım bu barədə Ümid və Hikmətə bildirməmişdir. Ümid və Hikmət artıq kəsilmiş və doğranılmış ağacları Qasımın sözü ilə həmin yerdən Qasımın yaşadığı evin yanına daşıyıb aparmışlar. Ümid və Hikmət həmin ağacların qanunsuz kəsildiyini bilməmişlər. O və Təqsirləndirilən şəxs2 həmin ağacları Qasımın göstərişinə əsasən kəsmiş, Qasımdan həmin ağacları kəsmək üçün icazəsinin olub-olmadığını soruşmuş, Qasım da ağacları kəsmək üçün icazəsinin olmadığını bildirmişdir. 2021-ci ilin iyun ayının sonlarında həmin ağacları qanunsuz olaraq kəsmişlər. Təqsirləndirilən şəxs3 ifadəsində törətdiyi əməldən səmimi peşman olduğunu, X40 Təsərrüfatı Mərkəzinə dəymiş ziyanı tam olaraq ödənildiyini, zərərçəkmiş şəxsin nümayəndəsi ilə barışıq əldə etdiyini, himayəsində azyaşlı uşağının olduğunu, uşaqlarından birinin talassemiya xəstəsi olduğunu, ailəsini dolandıracaq yeganə şəxs olduğunu göstərməklə məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmişin nümayəndəsi Zərərçəkmiş şəxs Abdu oğlu vermiş olduğu ifadəsində göstərdi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X40 Təsərrüfatı Mərkəzinin əməkdaşları 2021-ci ilin sentyabr ayında təhvil-təslim apararkən müəyyən etmişlər ki, Qəbələ rayonunun Yuxarı Mexres kəndi ərazisində ümumi dəyəri 1156,75 manat olan 24 ədəd fıstıq cinsindən olan ağaclar, Qəbələ rayonunun Seyidaxar kəndi ərazisində ümumi dəyəri 1060,76 manat olan 15 ədəd fıstıq cinsindən olan ağaclar, Qəbələ rayonunun Aşağı Mexres ərazisində isə ümumi dəyəri 1395,94 manat olan fıstıq cinsindən olan ağaclar qanunsuz olaraq kəsilmişdir. Daha sonra həmin kəsilmiş ağaclarla bağlı həcm-qiymət cədvəli çıxarılmışdır. Həmin cədvəldə qeyd edilən ağacların kəsilməsi nəticəsində nə qədər məbləğdə maddi ziyan vurulduğunu göstərilmişdir. 22 sentyabr 2021-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları qeyd edilən ərazilərə baxış keçirmişlər, həmin baxış zamanı onların əməkdaşları da iştirak etmişlər. Zərərçəkmiş şəxs bildirdi ki, ağacların qanunsuz kəsilməsi nəticəsində X40 Təsərrüfatı Mərkəzinə vurulmuş maddi ziyanın 1056,75 manat olmasına baxmayaraq Təqsirləndirilən şəxs1 tərəfindən 27 yanvar 2022-ci il tarixdə səhvən bir qədər artıq, yəni 1396,00 manat pul ödənilmişdir. Ziyan tam olaraq ödənildiyi üçün təqsirləndirilən şəxslərə qarşı təmsil etdiyi mərkəzin hər hansı bir tələbi yoxdur. Zərər çəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs Abdu oğlu həmçinin xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək, dövlət meşə fonduna dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, o və qardaşı Şahid5 idarə etdikləri «Ural» markalı ** BX *** dövlət nömrə nişanlı yük maşını ilə yük daşımaqla məşğul olmuşlar. 2021-ci ilin iyun ayının sonunda Qasım adlı şəxs ona və qardaşına bildirmişdir ki, Qəbələ rayonunun Yuxarı Mexres ərazisində olan doğranmış ağacları yük maşını ilə oradan götürüb onun yaşadığı evin yanına aparmaq lazımdır. Əziyyətlərinə görə hərəsinə 150 manat pul təklif etmişdir. Onlar da razılaşmış, çünki onların işi yük daşımaq olmuşdur. Həmin tarixdə o və Hikmət həmin maşınla Yuxarı Mexres ərazisinə getmiş, orada hazır doğranılmış ağaclar olmuş, onlar həmin ağacları maşına boşaltmış və Qasımın sözü ilə həmin yükləri Qasımın yaşadığı evin yanına aparmışlar. Lakin onlar ağacların kəsilməsində iştirak etməmişdir, onlar həmin yerə gedəndə ağaclar artıq kəsilib doğranılmış vəziyyətdə olmuşdur. O, eyni zamanda həmin ağacların qanunsuz kəsilməsi barədə məlumatlı da olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 digər Şahid4 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, 22 sentyabr 2021-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları 6 saylı meşə dolayının Aşağı Mexres və Yuxarı Mexres adlanan ərazilərdə baxış keçirmiş, həmin baxışda o da iştirak etmişdir. Baxış zamanı qeyd edilən ərazilərdə ümumilikdə 47 ədəd fıstıq ağaclarının qanunsuz olaraq kəsilməsi hadisəsi aşkar edilmiş, həmin baxış hərəkətləri videoçəkilişlə həyata keçirilmişdir. Müəyyən edilmişdir ki, həmin ərazilərin təhvil-təslimi ilə bağlı X40 təsərrüfatı mərkəzinin əməkdaşları tərəfindən həmin ərazidə yoxlama aparalmış, 47 ədəd fıstıq ağacının qanunsuz kəsilməsi müəyyən olunmuşdur. Bununla bağlı mərkəzin mühasibatlığından həcm qiymət cədvəlləri və təhvil-təslim aktının surəti götürülmüşdür. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 oğlunun Azərbaycan Respublikasının CM-nin 259.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini hər birinin törətməsi özlərinin etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadəsi, iş materialları və aşağıda göstərilən digər sübutlarlada təsdiq edilir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid1 tərəfindən tərtib edilmiş 22 sentyabr 2022-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş 01 ədəd diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Qəbələ rayonunun Yuxarı Mexres ərazisində 24 ədəd fıstıq ağacları, Aşağı Mexres ərazisində isə 23 ədəd fıstıq ağacları qanunsuz olaraq kəsilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin inkişafı xidmətinin X40 Təsərrüfatı Mərkəzi tərəfindən tərtib edilmiş həcmqiymət cədvəlindən görünür ki, Qəbələ rayonunun Yuxarı Mexres ərazisində kəsilmiş 24 ədəd fıstıq ağacının ümumi dəyəri 1156 manat, Qəbələ rayonunun Seyidaxar kəndində kəsilmiş 15 ədəd fıstıq ağacının ümumi dəyəri 1060 manat, Qəbələ rayonunun Aşağı Mexres ərazisində kəsilmiş 23 ədəd fıstıq ağacının ümumi dəyəri isə 1395 manat təşkil edir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 09 iyun 2022-ci il tarixli, 9/4025 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Ekoloiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X40 X26 Meşəbəyliyinin 6 saylı meşə dolayısı tərəifndən tərtib edilmiş aktda və ona əlavə edilmiş cədvəldən istifadə edilməklə ümumilikdə 62 ədəd müxtəlif diametrli fıstıq ağacların qanunsuz götürülməsinə görə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 30 nömrəli Qəranına əsasən təbiətə dəymiş ziyanın ümumi məbləği 2118 manat müəyyən edilir. Həmin ağacların ayrıayrı-ayrılıqda diametrləri, həcmləri və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qanunsuz kəsdikləri 24 ədəd fıstıq ağaclarının ümumi dəyəri 1156.75 manat təşkil edir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X40 Təsərrüfatı Mərkəzinin xx.xx.2022-ci il tarixli, 27/2/65 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən fıstıq və ya başqa ağacların kəsilməsinə icazə verilməsi barədə X40 Təsərrüfatı Mərkəzinə müraciətləri daxil olmamışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X40 Təsərrüfatı Mərkəzinin xx.xx.2022-ci il tarixli, 27/2/61 nömrəli məktubunda göstərilmişdir ki, qanunsuz kəsilmiş 62 ədəd fıstıq ağaclarının kəsildiyi ərazi X40 Təsərrüfatı Mərkəzinin xidməti ərazisi olmaqla Bum meşəbəyliyinin 6 saylı meşə dolayının 145, 146 və 148 saylı kvartallarında yerləşir. Məhkəmə araşdırması zamanı zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs Abdu oğlu tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X40 Təsərrüfatı Mərkəzinin 13 iyul 2022-ci il tarixli, 27/2/105 nömrəli arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ilə bağlı qanunsuz kəsilmiş ağaclara görə dövlət meşə fonduna dəymiş ziyan 1396,00 manat 27 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 tərəfindən ödənilmişdir. Məhkəmə araşdırması zamanı zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs Abdu oğlu tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 25532 nömrəli Qəbzin surətindən görünür ki, 1396,00 manat məbləğində pul 27 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X40 Təsərrüfatı Mərkəzinin hesabına ödənilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkumluğu olmayan şəxslərdir. İş materiallarında olan Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Həmzəlli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 131 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ailə tərkibi həyat yoldaşı X22, azyaşlı oğlanları xx.xx.2014-cü il təvəllüdlü X30 və xx.xx.2014-cü il təvəllüdlü X18 ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 120 nömrəli arayışdan görünür ki, 1972-ci il təvəllüdlü Qəbələ rayon Həmzəlli kənd sakini Təqsirləndirilən şəxs1 müharibə veteranıdır. İş materiallarında olan Respublika Dəri-Zöhrəvi Dispanseri tərəfindən verilmiş Tibbi vərəqəsindən Çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 “yayılmış psoriaz” xəstəliyindən əziyyət çəkir. İş materiallarında olan Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Bum qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 263 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ailə tərkibi həyat yoldaşı X13, uşaqları 2005-ci ildə anadan olmuş X19, 2007-ci ildə anadan olmuş X23 və 2011-ci ildə anadan olmuş X3 ibarətdir. İş materiallarında olan Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Bum qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 264 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 ailə tərkibi anası 1952-ci il təvəllüdlü X10, həyat yoldaşı Süleymanova Nüşabə Vəkil qızı, uşaqları 2004-cü ildə anadan olmuş X20, 2007-ci ildə anadan olmuş X21 və 2017-ci ildə anadan olmuş X5 ibarətdir. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, polis polkovnik-leytenantı X24 08 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə ittiham elan olunmuş və barələrində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iş üzrə təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs qismində meşələrdə ağacları qanunsuz kəsib götürməklə xeyli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə cinayətini törətmələri, yəni onların hər birinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və onlar, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələbinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarların şəxsiyyətləri, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələbinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində ittiham hökmü çıxarmağı məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində cəza məsələsini müzakirə edərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olaraq, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə vurumuş ziyanı könüllü olaraq tam ödəməsini, onunla barışıq əldə etməsini əməlində cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, müsbət xarakterizə edilməklə şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cəza məsələsini müzakirə edərkən, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, İ Qarabağ müharibəsi iştirakçısı olmaqla müharibə veteranı olmasını, “yayılmış psoriaz” xəstəliyindən əziyyət çəkməklə uzunmüddətli müalicələr almasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nın 259.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 tətbiq edilməsi nəzərdə tutulan əsas cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində cəza məsələsini müzakirə edərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olaraq, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə vurumuş ziyanı könüllü olaraq tam ödəməsini, onunla barışıq əldə etməsini əməlində cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, müsbət xarakterizə edilməklə şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cəza məsələsini müzakirə edərkən, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs2 şəxsiyyətini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nın 259.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 24:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 barəsində cəza məsələsini müzakirə edərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olaraq, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs3 himayəsində azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə vurumuş ziyanı könüllü olaraq tam ödəməsini, onunla barışıq əldə etməsini əməlində cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, müsbət xarakterizə edilməklə şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cəza məsələsini müzakirə edərkən, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs3 şəxsiyyətini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nın 259.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs3 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Təqsirləndirilən şəxs3 ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 24:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs3 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd «CD» disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri cəmi 50 (əlli) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxslər barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Qəbələ rayon vəkil bürosunun vəkilləri X16, X17 və X2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkillər tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatlardan görünür ki, Qəbələ rayon Vəkil Bürosunun vəkili X16 Təqsirləndirilən şəxs1 məhkəmə baxışı dövründə hüquqlarını 10 saat müddətində, Qəbələ rayon Vəkil Bürosunun vəkili X17 Təqsirləndirilən şəxs2 məhkəmə baxışı dövründə hüquqlarını 10 saat müddətində və Qəbələ rayon Vəkil Bürosunun vəkili X4 Təqsirləndirilən şəxs3 məhkəmə baxışı dövründə hüquqlarını 10 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 göstərilmiş 10 saat hüquqi xidmətə görə vəkil X11 60 manat məbləğində pul, Təqsirləndirilən şəxs2 göstərilmiş 10 saat hüquqi xidmətə görə vəkil X12 60 manat məbləğində pul və Təqsirləndirilən şəxs3 göstərilmiş 10 saat hüquqi xidmətə görə vəkil X2 60 manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 9000 (doqquz min) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 24:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs3 ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 24:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 cəzasının icrasına nəzarəti yaşadığı yer Qəbələ rayon İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd «CD» disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X15, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Təqsirləndirilən şəxs1 göstərilmiş 10 saat hüquqi xidmətə görə vəkil X11 60 manat məbləğində pul, Təqsirləndirilən şəxs2 göstərilmiş 10 saat hüquqi xidmətə görə vəkil X12 60 manat məbləğində pul və Təqsirləndirilən şəxs3 göstərilmiş 10 saat hüquqi xidmətə görə vəkil X2 60 manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökm elan olunduğundan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №1(025)-20/2022
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-20/2022
13.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver