Məhkəmə qərarları › İş №1(025)-20/2023

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-20/2023

19.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-20/2023 19.06.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs1, müdafiəçi - Qəbələ rayon Vəkil Bürosunun vəkili - X1 və təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Vartaşen rayonu, Vardanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Oğuz rayonu, Kərimli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan texniki cəhətdən saz vəziyyətdə olan özünə məxsus Qaz-31029 minik markalı **- BN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 23 yanvar 2023-cü il tarixdə saat 08 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ rayonu, Nic qəsəbəsi ərazisindən keçən 91-ci kilometrliyində Şəki rayon istiqamətində hərəkətdə olan zaman diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, qarşıdan əks istiqamətdə nəqliyyat vasitəsi yaxınlaşdığı vəziyyətdə avtomobili qarşı əks hərəkət zolağına çıxarmamalı, avtomobilin öz hərəkət zolağı ilə hərəkətini təmin etməli olduğu halda həmin tələblərə riayət etməyib “X4” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və avtomobili sürücülük vəsiqəsi olmadan idarə etməməli olduğu halda həmin tələbə riayət etməyib «X4» Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq qeyd olunan tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq ehtiyatsızlıqdan avtomobilin idarəetməsini itirməsi nəticəsində qarşı hərəkət zolağında Qəbələ rayon istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi Vaz-21070 markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə onun hərəkət zolağında toqquşması nəticəsində sürücü Zərərçəkmiş şəxs2 sol bud-çanaq oynağının travmatik çıxığı, sol sirkə kasasının(oynaq yuvasının) arxa divarının sınığı, sol inçik sümüyünün yuxarı 1/3-nin və sol daban sümüyünün qapalı sınığı, sol dizin ön səthinin və sağ bayır topuq nahiyəsinin sıyrığı kimi dərəcəsinə görə sağlamlığın uzunmüddət pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aid xəsarət xəsarət və Vaz-21070 markalı avtomobildəki sərnişin Zərərçəkmiş şəxs1 qabırğaların çoxsaylı yerini dəyişən sınığı, ağciyərlərinin əzilməsi, sağ tərəfli pnevmahemotoraks, diafraqmanın zədələnməsi, burun sümüyünün sınığı, çanaqda sağ sirkə kasasının və oturaq sümüyünün sınığı, hər iki aşağı ətrafda qamış və incik sümüklərini açıq qəlpəli, yerini dəyişən sınıqları, hər iki ayaqlarda qayığa bənzər sümüklərin qapalı sınığı, sol baldırın ön aşağı, sağ baldırın ön orta 1/3-nin əzilmiş cırılmış yaraları, üzün sol tərəfinin dərialtı hematoması, alt çənənin ön səthinin sıyrıqlar kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır dərəcəli zərərvurmaya aid xəsarət yetirməklə yol hərəkəti qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi üzrə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünə məxsus Qaz 31029 Minik markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Sürücülük vəsiqəsi yoxdur. Həmin avtomobilin arxa hissəsini özü kustar üsulu ilə iri və xırda buynuzlu heyvanları daşımaq üçün düzəltmişdir. 23 yanvar 2023-cü il tarixdə saat 06 radələrində yaşadığı evdən çıxıb Qəbələ rayonu Mirzəbəyli kəndində 1 baş iribuynuzlu heyvan gətirmişdir. Həmin heyvanı satdığı şəxsə təhvil verdikdən sonra Oğuz rayonuna qayıtmışdır. Həmin gün saat 08 radələrində Qəbələ Oğuz avtomobil ilə ilə hərəkət etmişdir. Həmin vaxt avtomobildə tək olmuş və avtomobil yüksüz olmuşdur. Avtomobili təxminən 50-60 km/saat sürətlə idarə etmişdir. Qəbələ rayonu çıxdıqdan sonra Qəbələ rayonu Nic qəsəbəsi ərazisində hərəkətdə olmuşdur. Hava bir qədər dumanlı olmuş və qarşını görmək mümkün deyildi. Hərəkətdə olan zaman hava dumanlı olmasına görə qarşını görə çətin olmuşdur. Hərəkət etdiyi vaxt qarşısında ağ rəngli tanımadığı avtomobil olmuş və aşağı sürətlə hərəkət etmişdir. Hava dumanlı olması səbəbindən qarşısında ağ rəngli avtomobili gördükdə məsafəsi az olmuşdur. Həmin avtomobili gördüyü anda həmin avtomobili arxadan vurmamaq üçün tormoz etmiş və bu vaxt avtomobilin idarə etməsini itirdiyi üçün avtomobili yolun sol hərəkət zolağına, yəni qarşı hərəkət zolağına çıxmışdır. Bu vaxt isə qarşıdan Vaz-2107 markalı avtomobil ilə qarşı hərəkət zolağında toqquşmuşdur. Hava dumanlı olduğu üçün isə qarşı hərəkət zolağından gələn Vaz-2107 markalı avtomobilin gəlməsini uzaq məsafədən görməmişdir. Daha sonra isə avtomobildən düşmüşdür. Bir qədər sonra isə hadisə yerinə polis əməkdaşları və həkimlər gəlmişlər. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyləri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Qəbələ rayon şöbəsində müdir müavini vəzifəsində çalışır. İşi ilə əlaqədar olaraq hər gün Şəki rayonundan Qəbələ rayonuna gedir. Şahid və Zərərçəkmiş şəxs2 iş yoldaşlarıdır. Ruslan Şəki rayonunda, Cavidan isə Oğuz rayonunda yaşayır. Hər gün səhər radələrində Ruslana məxsus Vaz21070 markall **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qəbələ rayonuna gedirlər. O, Ruslan ilə Şəki rayonundan çıxdıqdan sonra Oğuz rayonunda Azpetrolun yanından Cavidanı götürürlər. Bir sıra hallarda Ruslan yorğun olduqdan o, və Cavidan avtomobili idarə edir. 23 yanvar 2023-cü il tarixdə həmşəki kimi Ruslan ilə səhər radələrində Şəki rayonundan çıxmışlar. Onlar Şəki rayonundan çıxdıqdan sonra Oğuz rayonunda Cavidanı götürmüşlər. Həmin vaxt Ruslan arxa oturacağa keçmiş, Cavidan isə sürücü oturacağında əyləşmişdir. Bundan sonra isə Cavidan avtomobili idarə etməyə başlamışdır. Onlar Oğuz rayonundan çıxdıqdan sonra Qəbələ rayonu, Nic qəsəbəsi ərazisində hərəkətdə olmuşlar. Hava dumanlı olmuş, qarşını görmək məsafəsi az olmuşdur. Hərəkətdə olan zaman Cavidan avtomobili 70-80 km/saat sürətlə idarə etmişdir. Onlar hərəkətdə olan zaman qarşı xatırlamadığı avtomobilin olmasını görmüşdür. Həmin avtomobilin arxa hissəsində isə Qaz 31 markalı, arxa hissəsi kustar üsulla hazırlanmış avtomobil var idi. Həmin Qaz31 markalı avtomobil qarşı hərəkət zolağın çıxmasına görmüşdür. Bundan sonra isə məsafə az olduğuna görə onların olduğu avtomobil ilə həmin avtomobilin toqquşmauşdur. Bundan sonra isə özünə gəldikdə ayaqlarının sınmasını görmüşdür. Daha sonra isə özünü itirmişdir Özünə gəldikdə artıq xəstəxanada olmuşdur. Daha sonra isə təxminən 20 gün müddətində Məlhəm Hospitalda qalmışdır. Bundan başqa ifadəsində hadisənin xx.xx.2023-cü il tarixdə saat 08 radələrində Qəbələ rayonu, Nic qəsəbəsi ərazisində baş verdiyini, hava dumanlı, yol quru olduğunu, qarşılarında hər hansı maneə olmadığını, Cavidanın avtomobili 70-80 km/saat sürətlə idarə etdiyini, Cavidanın ayıq olmasını bildirmişdir. Zərərçəkmiş şəxs1 ifadəsində bir neçə aydır mülaicə olunmasına baxmayaraq sağlamlığının yaxşı olmadığını, sağlamlığının bərpa edilməsinə və müalicəsinə maddi vəsait tələb edildiyini bildirmişdir. Məhkəmə iclasında Şahid ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qəbələ ərazi şöbəsində məsləhətçi işləyir. Sürücülük vəsiqəsi vardır. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 iş yoldaşıdır. Özünə məxsus Vaz-21070 markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Seyran, o və Cavidan Qəbələ rayon ərazi şöbəsində işlədiyi üçün hər gün İsmayıllı rayonuna, Cavidan ilə Seyran isə Qəbələ rayonuna gedirlər. Buna görə hər gün üçü ona məxsus avtomobil ilə işə gedirlər. Şəki rayonundan Seyran ilə birlikdə ona məxsus avtomobil ilə çıxır və Cavidanı isə Oğuz rayonunda yolun kənarından götürür. Hər gün həmin yolu gedib gəldiyi üçün yorulmamağa görə Oğuz Qəbələ rayonlar arasında avtomobili Cavidan idarə edir. 23 yanvar 2023-cü il tarixdə səhər radələrində özünə məxsus Vaz-21070 markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Seyran ilə birlikdə yola çıxmışlar. Oğuz rayonuna çatdıqdan sonra yolun kənarında olan Azpetrolun yanında Cavidan ilə görüşmüşlər. Daha sonra Cavidanın avtomobili idarə etməsi üçün avtomobildən düşüb arxa sağ oturacağa keçmiş və Cavidan sürücü oturacağına əyləşmişdir. Seyran isə artıq Şəki rayonundan çıxanda ön sərnişin oturacağında əyləşdiyi üçün yerini dəyişməmişdir. Bundan sonra isə Cavidan avtomobili işə salmış və yoluna davam etməyə başlamışdır. Təxminən 08 radələrində Qəbələ rayonu, Nic qəsəbəsi ərazisində hərəkətdə olan zaman hava dumanlı olmuşdur. Buna görə yolun 90 km/saat sürət olmasına baxmayaraq Cavidan avtomobili 60- 70 km/saat sürətlə idarə etmişdir. Həmin vaxt yorğun olduğundan yatmışdır. Özünə gəldikdə artıq qəzanın olmasını və üzündə qan olmasını görmüşdür. Daha sonra Qaz31 markalı avtomobilin onların hərəkət zolağında avtomobili ilə ön hissədən toqquşdunu görmüşdür. Sonradan Cavidan hadisə barədə soruşduqda isə o, duman olmasına görə Qaz31 markalı avtomobilin onun hərəkət zolağına çıxmasını görmədiyini, onun gördüyün vaxt artıq Qaz31 markakı avtomobilin onun hərəkət zolağında olduğunu, arasında məsafə az olduğuna görə qəza olduğunu bildirmişdir. Daha sonra isə hadisə yerinə polis əməkdaşları gəlmişlər. Bundan sonra isə təcili tibbi yardım avtomobili Qəbələ RMX-na aparmışlar. Zərərçəkmiş şəxs2 məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə ünvanlayaraq, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbin olmadığını, dəymiş ziyanın ödənilməsinə görə sığorta ödənişinin istəmədiyini bildirmiş, onun iştirakı olmadan məhkəmə iclasını keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 xahişi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə zərərçəkmiş şəxsin ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarına əlavə edilmiş hadisə yerinə baxış protokolundan görünür ki, hadisə hadisə baş verən ərazi Qəbələ rayonu, Nic qəsəbəsi ərazisidir, maksimum icazə verilən sürət həddi 90 km/saatdır. Avtomobil yolu 1.5 nişanlanma xətti ilə nişanlanmışdır. Yolun hərəkət hissəsi asfalt örtüklüdür, hamardır, üfüqüdür, qurudur. Baxış zamanı Qaz 31029 markalı avtomobilin və Vaz-21070 markalı avtomobilin ön hissələrinin zədələnməsi müəyyən edildi. Hər iki avtomobil yüksüz olmuşdur. Qaz 31023 markalı avtomobildə sərnişin olmamış, Vaz- 21070 markalı avtomobildə isə 2 nəfər sərnişin olmuşdur. Hər iki avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hadisə Vaz 21070 markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağında baş vermişdir. Yolun hərəkət hissəsinin eni 8 metrdir. Yolun sol kənarında eni 1.5 metr sağ kənarında isə eni 1.5 metr enində yol çiyni vardır. Həmçinin yolun sağ və sol tərəflərində bağ sahələri vardır. Yolun hərəkət hissəsində Qaz 31023 markalı avtomobilə məxsus 15.5 metr uzunluqda qoşa tormoz izi aşkar edilmiş və həmin tormoz izinin sağ tərəfi sağ zolaqda, 1.5 nişanlanma xəttinə yaxın məsafə, sol tərəfi isə həmin xəttin sol tərəfində qarşı hərəkət zolağında qalmışdır. Toqquşma nöqtəsi sol hərəkət zolağında, Qaz 31029 markalı avtomobilə nəzərən qarşı hərəkət zolağında olması müəyyən edildi. Toqquşma yeri Vaz 21070 markalı hərəkət zolağında yerləşir, toqquşma nöqtəsi yolun sol kənarına 3 metr, sağ kənarına isə 5 metr məsafədə yerləşir. Təqsirləndirilən şəxs avtomobili 50-60 km/saat sürətlə, Zərərçəkmiş şəxs2 isə avtomobili 70-80 km/saat sürətlə idarə etmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X5 23 fevral 2023-cü il tarixli 16 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində qabırğaların çoxsaylı yerini dəyişən sınığı, ağciyərlərinin əzilməsi, sağ tərəfli pnevmahemotoraks, diafraqmanın zədələnməsi, burun sümüyünün sınığı, çanaqda sağ sirkə kasasının və oturaq sümüyünün sınığı, hər iki aşağı ətrafda qamış və incik sümüklərini açıq qəlpəli, yerini dəyişən sınıqları, hər iki ayaqlarda qayığa bənzər sümüklərin qapalı sınığı, sol baldırın ön aşağı, sağ baldırın ön orta 1/3-nin əzilmiş cırılmış yaraları, üzün sol tərəfinin dərialtı hematoması, alt çənənin ön səthinin sıyrıqlar kimi xəsarəti vardır. Həmin xəsarətlər küt alətin(əşyaların) təsirindən qərarda göstərilən tarixdə və şəraitdə, yəni 23 yanvar 2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sərnişində törənə bilər. Qeyd olunan xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükəli sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aiddir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X5 23 fevral 2023-cü il tarixli 18 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində sol bud-çanaq oynağının travmatik çıxığı, sol sirkə kasasının ( oynaq yuvasının) arxa divarının sınığı, sol incik sümüyünün yuxarı 1/3-nin və sol daban sümüyünün qapalı sınığı, sol dizin ön səthinin və sağ bayır topuq nahiyəsinin sıyrığı kimi xəsarəti vardır. Həmin xəsarətlər küt alətin(əşyaların) təsirindən qərarda göstərilən tarixdə və şəraitdə, yəni 23 yanvar 2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sürücüdə törənə bilər. Qeyd olunan xəsarətlər dərəcəsinə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmanın əlamətlərinə aiddir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 aprel 2023-cü il tarixli 8/800 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Qaz-31029 markalı **-BN-*** dğvlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X4” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “X4” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İşdə olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 23 yanvar 2023-cü il tarixli 10 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən tarixdə 23 yanvar 2023cü il tarixdə ayıq vəziyyətdə olmuşdur. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2023cü il tarixli 3-13-16/2-20013/2023 saylı məktubundan görünür ki, sürücü Təqsirləndirilən şəxs adına BDYPİ-nin Mərkəzi bazasında sürücülük vəsiqəsi qeydə alınmamışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin özünün istintaq və ilkin məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadələri, zərərçəkmiş şəxsin və şahidin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, ekspert rəyləri, digər iş materialları ilə onun nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlığından zərərçəkmiş şəxslərin sağlamlığına az ağır və ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etməsini, himayəsində iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunduğunu cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəza çəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan Vaz-21070 markalı **-CB-*** dövlət qeydiyyat nişanlı və Qaz- 31029 markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillər sahiblərinin sərəncamında saxlanılmış hesab edilməlidir. İş üzrə mülki iddia olmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 02 (iki) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan Vaz-21070 markalı **-CB-*** dövlət qeydiyyat nişanlı və Qaz- 31029 markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillər sahiblərinin sərəncamında saxlanılmış hesab edilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya apelyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar