Məhkəmə qərarları › İş №1(025)-20/2025

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-20/2025

04.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-20/2025 04.08.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1974-cü ildə Qəbələ şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, ünvan 1 ünvanda yaşayan, 20 may 2025-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan 2024-cü sentyabr ayında istintaqa məlum olmayan tarixdə Qəbələ rayonu Bayramkoxalı kəndində əkin sahələrinin kənarındakı su kanalına yaxın hissəsində yabanı halda bitmiş, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin yarpaqlarını yığaraq, qurudub qanunsuz olaraq kustar üsulla hazırlayıb 24,60 qramolmaqla xeyli miqdarda əldə edərək saxlamış, 19 may 2025-ci il tarixdə Qəbələ şəhərində H.Əliyev adına parkda piyada hərəkətdə olarkən həmin əldə etdiyi marixuananı üzərində daşıyarkən bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında həmin gün saat 11:10 radələrində keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb əməliyyat tədbirinin keçirilməsinə müvəkkil edilmiş əməkdaşlar tərəfindən saxlanıldığı yerdə videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilən zaman onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan torbada 24,60 qram olmaqla xeyli miqdarda narkotik vasitə-qurudulmuş marixuanaaşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında ifadə verərkən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, narkotik vasitə olan marixuanadan təxminən 15 ildir ki yabanı halda yığaraq qurudub istifadə edir. Əvvəllər narkotik vasitə saxladığına görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum olmuşdur. Qəbələ rayon Bayramkoxalı kəndində əkin sahələrinin yanındakı su kanalının kənarlarında narkotik tərkibli bitki olan marixuananın bitdiyini bilirmiş. Özünə çəkmək üçün oradan marixuana yığaraq qurudub saxlamaq qərarına gəlmiş, bu məqsədlə 2024-cü ilin sentyabr ayında Qəbələ rayon Bayramkoxalı kəndinə əkin sahələrinin kənarlarına getmişdir. Əkin sahələrinin kənarlarında su kanallarının üzərində yaş vəziyyətdə çətənə kollarından özü ilə apardığı rəngli sellofan torbaya yığmış, yaşadığı həyətə gətirmişdir. Yaşadığı evin həyətyanı sahəsində həmin kolları heç kimin xəbəri olmadan qurutmuş, ağ rəngli sellofan torbaya yığaraq həyətində gizlətmişdir. Hər dəfə istifadə etmək üçün həmin sellofan torbadakı marixuanadan götürərək istifadə edirmiş. Bu müddət ərzində ayda bir-iki dəfə həmin marixuanadan istifadə etmişdir. xx.xx.2025-ci il tarixdə səhər saat təxminən 10 radələrindən sonra həmin narkotik vasitə olan sellofan torbanı istifadə etmək məqsədilə götürmüş, əynindəki şalvarının sağ cibində qoymuş və Qəbələ şəhəri, Heydər Əliyev adına parkda piyada gəzmək üçün getmişdir. Artıq həyətində marixuana qalmamışdır. Həmin parkda olan zaman polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitə gəzdirməyində şübhəli olduğunu bildirmişlər. Üzərində həqiqətən narkotik vasitə gəzdirməyini bildirmiş və şalvarının sağ cibində saxladığı sellofan torbadakı narkotik vasitəni təqdim etmiş, həmin narkotik vasitəni polis əməkdaşları elektron tərəzidə çəkmişlər. Çəkisi 27 qramdan bir qədər artıq olmuşdur. Polis əməkdaşları daha sonra həmin marixuananı qablaşdıraraq götürmüşlər. Narkotik vasitəni özü istifadə etmək məqsədilə yabanı halda yığmış, heç kimə narkotik vasitə verməmiş, satmamış və ya bağışlamamışdır. Etdiyi əmələ görə peşmandır. Məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, ədavəti olmamışdır. 19 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə olan marixuana əldə edib üzərində saxlayaraq daşıması barədə daxil olmuş məlumat əsasında həmin gün səhər saatlarında özü, Qəbələ RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Babək Mustafzadə və Asif Mirzəyev tərəfindən Təqsirləndirilən şəxs Qəbələ şəhəri, H.Əliyev adına parkda piyada hərəkətdə olarkən saxlanılmışdır. Özlərini təqdim edərək onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilib hüquq və vəzifləri izah edilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, digər cinayət xarakterli predmet olub-olmadığı şifahi sorğu edilmiş, olduğu halda təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əyinindəki şalvarın yan cibindən 01 ədəd ağ rəngli sellofan bükümü çıxararaq təqdim etmiş, içərisində qurudulmuş marixuana olduğunu bildirmişdir. Büküm açıldıqda kəskin iyə malik qurudulmuş marixuanaya bənzər yaşıl rəngli kütlə olduğu müəyyən edilmişdir. Ondan marixuananı haradan əldə etməsi barədə şifahi sorğu edildikdə Qəbələ rayonu Bayramkoxalı kəndində yabanı halda bitmiş marixuana bitkilərindən qurudub özünə çəkmək üçün əldə etdiyini bildirmişdir. Aşkar edilmiş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş, çəkisi təxminən 30 qrama yaxın olmuşdur. Daha sonra aşkar edilmiş qurudulmuş marixuanaya bənzər kütlə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli başqa hər hansı bir predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs başqa yerdə narkotik vasitə olubolmadığı barədə sorğu edildikdə başqa yerdə narkotik vasitə saxlamadığını bildirmişdir. Daha sonra bu barədə tərəfindən protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs, Şahid2 və Asif Mirzəyev tərəfindən imzalanmışdır. Sonra aşkar edilmiş predmetlərə polis şöbəsində təhqiqatçı tərəfindən keçirilmiş baxışda iştirak etmişdir. Şahid1 ona verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs üzəri yoxlanılarkən, eləcə də aşkar edilmiş əşyalara təhqiqatçı tərəfindən baxış keçirilərkən əvvəldən axıra kimi videoçəkiliş aparılmış, fotoşəkillər çəkilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Qəbələ RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib edilmiş 19 may 2025-ci il tarixli “Əməliyyat axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, xx.xx.1974-cü ildə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmuş, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxsqanunsuz olaraq narkotik vasitələri satış məqsədi olmadan əldə edərək üzərində saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 19 may 2025-ci il tarixdə, saat 11:10 dəqiqədə Qəbələ şəhərində yerləşən Heydər Əliyev adına parkında saxlanılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə insanların sıx toplaşması səbəbindən Təqsirləndirilən şəxs üstünü həmin yerdə yoxlamaq mümkün olmadığı üçün bir qədər aralıda keçirilmişdir. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən güclü təsiredici narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 1 (bir) ədəd siqaret qutusunu və 1 (bir) ədəd alışqanı, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1(bir) ədəd ağ sellofan bükümdə, narkotik vasitə olan marixuanaya bənzər kütləni təqdim etmiş, sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən aşkar olunmuş 1(bir) ədəd ağ sellofan bükümdə narkotik vasitə olan marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş, qablaşdırma ilə birlikdə çəkisi 27.85 (iyirmi yeddi nöqtə səksən beş) qram olmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olumuş kütlə kağız zərfə qoyulmaqla qablaşdırılmış, üzəri DİN-in “103” nömrəli möhrü ilə möhürlənərək götürülmüşdür. Zərflərin üzəri saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanmışdır.İş üçün əhəmiyyət kəsb etmədiyindən 1(bir) ədəd siqaret qutusu, 1 (bir) ədəd alışqan sonuncuya qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən aşkar olumuş 1(bir) ədəd ağ sellofan bükümdə olan narkotik vasitəni 2024-cü ilin sentyabr ayında Bayramkoxa kəndində su kanalının ətrafında bitmiş yabanı kənaf kollarından özünün istifadəsi üçün yığıb qurudaraq saxladığını və bu gün yəni xx.xx.2025-ci il tarixdə Qəbələ şəhərində Heydər Əliyev adına parkda gəzərkən yaxalandığını, üzərindən aşkar edilmiş narkotik vasitədən başqa narkotik vasitə olmadığını bildirmişdir. Üstünü yoxlama Qəbələ şəhəri Heydər Əliyev adına parkda keçirilmişdir. Üstünü yoxlama zamanı «Samsung A25» markalı mobil telefondan istifadə edilməklə Qəbələ RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı X6 tərəfindən video çəkiliş aparılmış,fotoşəkillərin əksi çıxarılaraq, videoçəkiliş isə 01 (bir) ədəd DVD köçürülərək protokola əlavə edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan xx.xx.2025-ci il tarixli Qəbələ RPŞ-nin TBnin təhqiqatçısı Cavidan Əhmədli tərəfindən tərtib edilmiş “əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyaya baxış keçirilməsi, həmçinin, şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakı ilə əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara (predmetlərə) baxış keçirilmişdir. Baxış keçirilən zaman videoçəkilişdən istifadə edilmiş, fotoşəkillər çəkilmiş, bu barədə iştirakçılara və şübhəli şəxsə məlumat verilmişdir. Aşkar edilmiş predmet 01 ədəd zərfdə ona təqdim edilmişdir. 01 ədəd zərfin içərisində 01 ədəd şəffaf sellofan torbada bükümün içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmiş, həmin kütlə tərəzidə çəkilmiş, 27,84 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə yenidən müvafiq qaydada qablaşdırılaraq bioloji ekspertiza üçün götürülmüşdür. Şübhəli şəxsin üzərinə şəxsi axtarış zamanı cinayət xarakterli başqa hər hansı bir əşya, predmet aşkarlanmamış, bununla əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və götürmə aparılması istintaq hərəkəti başa çatmışdır. İstintaq hərəkəti zamanı fotoşəkillər çəkilmiş, videoçəkiliş aparılmışdır. Fotoşəkillərin əksi çıxarılaraq, videoçəkiliş isə 01 ədəd diskə köçürülərək protokola əlavə edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsin ifadələrinin yerində yoxlanılması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Qəbələ rayon Bayramkoxalı kəndində əkin sahələrinin yaxınlığından keçən su kanalının kənarlarını təqdim edərək 2025-ci ilin sentyabr ayında dəqiq xatrılamadığı tarixdə həmin yerdən yabanı halda bitmiş marixuana bitkilərindən öz istifadəsi üçün çəkmək niyyəti ilə qurudub yığdığını, üzərindən aşkarlanaraq götürülmüş qurudulmuş marixuananı həmin yerdən yığaraq qurudub saxladığı narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ifadələri yerində yoxlanılanzaman verdiyi ifadələrlə istintaq zamanı verdiyi ifadələr arasında heç bir ziddiyət müəyyən edilməmişdir. İfadələrin yerində yoxlanılması istintaq hərəkəti zamanı fotoşəkillər çəkilmiş, əksi çıxarılaraq protokola əlavə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzinin X13 təqdim etdiyi 19 may 2025-ci il tarixli 17/359 nömrəlirəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs: Təqsirləndirilən şəxs. Müdafiəçi: Müdafiəçi. İştirkaçılar: Şahid1, A.Mirzəyev. Tərtib etdi: Cavidan Əhmədli” yazısı və imzalar olan 01(bir) ədəd zərfin içərisindəki digər 01(bir) ədəd zərfin içərisində olan 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi-24,60 qram olan bitki kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserindən daxil olmuş 03 iyun 2025-ci il tarixli 893 nömrəli rəydə göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edib.Narkotik vasitə olan marixuana sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstinensiya (narkotik maddələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş Qəbələ rayon X17 X5 Müdiri, cinayət işi üzrə mütəxəssis qismində tanınmış X7 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli rəydən görünür ki, Qəbələ rayon Bayramkoxalı kəndində əkin sahələrinin yanındakı su kanalının kənarlarında yabanı halda narkotik tərkibli bitkilərin yetişməsi üçün münbit torpaq sahəsinin olub-olmaması təftiş edilmiş, məlum olmuşdur ki, həmin ərazidə narkotik mənşəli çətənə bitkisinin bitməsi üçün münbit şərait vardır.Yabanı tərkibli narkotik mənşəli bitkilərin yetişməsi üçün həmin ərazidə onlara hər hansı bir aqrotexniki qulluq göstərilməsi halı müşahidə edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 23 may 2025-ci il tarixli “maddi sübut kimi tanınma və saxlanılma haqqında” qərarından görünür ki, xx.xx.2025-ci il tarixdəTəqsirləndirilən şəxs üzərindən aşkarlanıb götürülmüş müvafiq olaraq bioloji ekspertizadan sonra qalmış 24,55 qram narkotik vasitə olan qurudulmuş marixuanamaddi sübut kimi tanınmış və saxlanması üçün Qəbələ RPŞ-nin maddi sübutların saxlama yerinə təhvil verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə birliyi” Publik hüquqi şəxs Qəbələ rayon mərkəzi xəstəxanası Publik hüquqi şəxsdən daxil olmuş 02 iyun 2025-ci il tarixli, 18-1-52/2-1395/2025 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Qəbələ RMX PHŞ-in polikilinika şöbəsinin psixiatrik kabinetində hər hansı bir xəstəliklə qeydiyyatda deyildir. Cinayət işi materiallarına əlavə edilmiş tələbnaməyə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Füzuli Qubadlı Hərbi Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Əli-Bayramlı Apellyasiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarı ilə CM-nin 74-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad olunub və işin icraatına xitam verilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs Qəbələ Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cu ildə AR Milli Məclisin xx.xx.2013-cü il tarixli “Amnistiya” qərarının 2.5 bəndi ilə azad edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs Qəbələ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Qəbələ Rayon İcra Hakimiyyəti başçısının Qəbələ şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Cinayət işi materiallarına əlavə edilmiş Qəbələ Rayon İcra Hakimiyyəti başçısının Qəbələ şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 iyun 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı X4, uşaqları 1999-cu il təvəllüdlü X8 və 2008-ci il təvəllüdlü X2 ibarətdir. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib saxlamaqla üzərində daşımasında təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, işdə olan ifadələrin yerində yoxlanılması protokolu, digər istintaq hərəkəti protokolları və maddi sübutla tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 12-ci bəndinə görə narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın xalis çəkisi cəmi 24,60 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hal müəyyən etmədi. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını, həm də cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, ona ittiham edildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsi əsaslı və ədalətlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Həmçinin, ümumilikdə götürdükdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, narkomaniya ümumbəşəri bəlaya çevrilərək fiziki mənada ayrı-ayrı xalqların genofonduna, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə sarsıdıcı zərbələr vurur, qarşısının alınması külli miqdarada xərclər bahasına böyük çətinliklər yaradır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, Təqsirləndirilən şəxs Qəbələ Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cu ildə AR Milli Məclisin xx.xx.2013-cü il tarixli “Amnistiya” qərarının 2.5 bəndi ilə azad edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs Qəbələ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir.Göründüyü kimi təqsirləndirilən şəxs əvvəllər də narkotik vasitələrin dövriyyəsi ilə bağlı azadlıqdan məhrumetmə cəzalarına məhkum olunmuş, lakin həmin cəzalardan lazımi nəticə çıxarmamış, yenidən eyni əməlli cinayət törətmişdir. Bu hal onun şəxsiyyətini mənfi xarakterizə edən haldır və ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının məqsədini, yəni məhkumun islah edilməsini, həm özünün, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasını təmin edə bilməmişdir. Bütün bu hallar Təqsirləndirilən şəxs çətin islah olunan şəxs olduğuna dəlalət edir. Məhkəmə həm də gəldiyi qənaətdə ona görə israrlıdır ki, narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün “ağ ölüm” kimi bir bəlaya çevrilmiş bu qəbilədən olan cinayətləri törətmiş təqsirləndirilən şəxs barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının kifayət qədər əsaslar olmadan yüngülləşdirilməsini əsaslı və ədalətli hesab etmək olmaz. İş materiallarında olan 19 may 2025-ci il tarixli “şübhəli şəxsin tutulması” protokoldan göründüyü kimi, Təqsirləndirilən şəxs 19 may 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli isə 19 may 2025-ci il saat 12:10-dan hesablanmış, 20 may 2025-ci il, saat 18:15 tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də onun həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə hesablamaqla təyin olunan azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. Məhkəmə hazırki hökmlə Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Odur ki, Təqsirləndirilən şəxs hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzasının əvvəli 04 avqust 2025-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.1 və 56.1.2-ci maddələrinə əsasən, azadlıqdan məhrum etmə növündə cəzanın ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-məntəqə tipli cəzaçəkmə müəssisələrində; qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə istintaqında tədqiq olunmuş ibtidai istintaq zamanı təyin edilmiş narkoloji Dispanserinin rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, iş üzrə maddi sübut kimi tanınmış və Qəbələ rayon Polis şöbəsində saxlanılan bioloji ekspertizadan sonra qalmış 24,55 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm öz qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri cəmi 34,55 (otuz dörd əlli beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs 19 may 2025-ci il tarixdən 20 may 2025-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli 04 avqust 2025-ci il tarixindən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi Narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi olan 34,55 (otuz dörd əlli beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X3, kod 210005, VOEN **********, müxbir hesab AZE 41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************). İş üzrə maddi sübut kimi tanınmış və Qəbələ rayon Polis şöbəsində saxlanılan bioloji ekspertizadan sonra qalmış 24,55 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə mülki iddia yoxdur. Hökm elan olunduğundan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar