Məhkəmə qərarları › İş №1(025)-21/2020

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-21/2020

23.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-21/2020 23.11.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Ayşən Əfqan qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X7 rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı3, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi və təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1959-cu ildə İsmayıllı rayonu, Qalacıq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İsmayıllı rayonu, Qalacıq kəndində qeydiyyatda olan və yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, 313, 320.1, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2005-2010-cu illərdə İsmayıllı rayon Qalacıq bələdiyyəsinin sədri vəzifəsində işləyərkən, tamah niyyəti ilə kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə edilən yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi ilə bağlı saxta sənədlərdən istifadə edərək subsidiya almaq qərarına gəlmiş, bu məqsədlə öz qulluq mövqeyindən və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, yəni vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və ailəsi üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə torpaqların icarəyə verilməsi səlahiyyətindən öz qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib 2002-2004-cü illərdə İsmayıllı rayonunun Qalacıq kənd sakinləri X3, X12, Şahid5, Şahid7, X13 və X20 15 və 20 il müddətinə qanuni əsaslarla icarəyə verilmiş Qalacıq bələdiyyəsinin ehtiyat fonduna aid əkin təyinatlı 60 hektar torpaq sahəsinin həmin icarə müqavilələri qüvvədə olduğu halda, tamah niyyəti ilə oğlu X21 15 il müddətinə icarəyə verilməsinə dair bilə-bilə yalan məlumatların daxil edildiyi xx xxxxxx 2006-cı il tarixli hüquq verən rəsmi sənəd hesab olunan, üzərində sabiq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinin müdiri Akif Xıdırovun imzası istintaqla müəyyən edilməyən başqa şəxs tərəfindən icra edilməklə saxtalaşdırılan icarə müqaviləsini hazırlayaraq vəzifə saxtakarlığı etmiş, bundan sonra o, öz cinayətkar əməlini davam etdirərək İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının x xxxx 2007-ci il tarixli, 27 nömrəli sərəncamı ilə xx xxxxxx 2011-ci ilə qədər Qalacıq bələdiyyəsinin sədri kimi Qalacıq kənd inzibati ərazi dairəsi üzrə kənd təsərrüfatı məhsulları istehsalçılarına əkin sahələrinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsindən verilən yardımların paylanması ilə bağlı yaradılmış kənd ərazi komisiyasının üzvü olarkən öz qulluq mövqeyindən istifadə edib tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək, yəni Səbuhi Ağayevin adından X67 Komissiyasına təqdim edilmiş rəsmi sənəd olan 2007-2008-ci illərə aid tarixsiz ərizədə “İmza” qrafasında Səbuhi Ağayevin adının qarşısında, üzərlərindəki imzalar saxta olan xx xxxxxx 2008-ci il tarixli, xx xxx 2009-cu il tarixli, xx xxxxxx 2009-cu il tarixli, xx xxxxx 2010-cu il tarixli, xx xxxxxx 2010-cu il tarixli, xx xxx 2011-ci il tarixli, 280 nömrəli baxış aktlarına, xx xxxxxx 2006-cı il tarixli 01 nömrəli, x xxxxxxx 2008-ci il tarixli 10 nömrəli icarə müqavilələrinə imza etməklə vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı etmiş, Qalacıq kənd inzibati ərazi dairəsi üzrə kənd təsərrüfatı məhsulları istehsalçılarına əkin sahələrinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsindən verilən yardımların paylanması ilə bağlı yaradılmış kənd ərazi komisiyasına Səbuhi Ağayevin adından xx.xx.2009-cu il, xx.xx.2010-cu il, xx.xx.2010-cu il, xx.xx.2011-ci il, xx.xx.2011-ci il, xx.xx.2012-ci il, xx.xx.2012-ci il, xx.xx.2014-cü il və xx.xx.2016-cı il tarixlərində sabiq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinin müdiri Akif Xıdırovun imzası istintaqla müəyyən edilməyən başqa şəxs tərəfindən icra edilməklə saxtalaşdırılmış xx xxxxxx 2006-cı il tarixli icarə müqaviləsini, o cümlədən xx.xx.2011-ci ildə Qalacıq bələdiyyəsinə məxusus 60 hektar bələdiyyənin ehtiyat fonduna aid ərazilərin Səbuhi Ağayevə eyni tarixli icarə müqavəiləsi əsasında naturada 15 il müddətinə icarəyə verlməsi ilə bağlı keçmiş İsmayıllı rayon Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin əməkdaşı İldırım Babayevin yerinə istintaqla müəyyən edilə bilməyən başqa bir şəxsin imza etdiyi xx xxxxxx 2006cı il tarixli aktı, xx.xx.2012-ci il və xx.xx.2014-cü il tarixlərində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinin müdiri Akif Xıdırovun yerinə istintaqla müəyyən edilə bilməyən başqa bir şəxsin imza etdiyi “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinin rəyi” adlı xx xxxxxx 2006-cı il tarixli, 29/1 nömrəli sənədi, xx.xx.2016-cı ildə 10 saylı “Səyyar-Asan xidmət” mərkəzində notariat kontorunun dövlət notariusuna əsli kimi təqdim edib notarial təsdiqlətmiş “B.E.F, ək, A, LİTİR-A, Qalacıq kənd sakini X21 15 (on beş) il müddətinə icarəyə verilmiş torpaq sahəsi S=60.0 (altmış) hek, S.Ağayev” məzmunlu düzəlişlər və əlavələr edilmiş “Qalacıq” təsərrüfatının yerqurluşu layihəsindən çıxarışı, üzərindəki imzanın saxta olduğu müəyyən edilən xx xxxxxx 2006-cı il tarixli aktı və sabiq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinin müdiri Akif Xıdırovun imzası istintaqla müəyyən edilməyən başqa şəxs tərəfindən icra edilməklə saxtalaşdırılmış “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinin rəyi” adlı xx xxxxxx 2006-cı il tarixli, 29/1 nömrəli sənədi, eləcə də xx.xx.2008-ci il, xx.xx.2009-cu il, eləcə də xx.xx.2013-cü il, xx.xx.2013-cü il və xx.xx.2014-cü il tarixlərində üzərilərindəki imzaları saxta olduğu müəyyən edilən və yalan məlumatlar daxil edilmiş eyni torpaq sahəsinin, yəni Qalacıq bələdiyyəsinin podrat sahəsində yerləşən bələdiyyə mülkiyyətinin ehtiyat fonduna aid 60 hektar torpaq sahəsinin taxıl bitkiləri əkmək məqsədilə Səbuhi Ağayevə icarəyə verilməsi ilə bağlı x xxxxxxx 2008-ci il, x xxxxxxx 2012-ci il, xx xxx 2013cü il və x xxxx 2013-cü il tarixli on bir aylıq mövsümi icarə müqavilələrini, X17 adından olan xx xxxxxx 2008-ci il tarixli məlumat cədvəlini, xx xxxxxx 2008-ci il tarixli aktı, xx xxx 2009-cu il tarixli ərizəni, xx xxx 2009-cu il tarixli məlumat cədvəlini, xx xxx 2009-cu il tarixli aktı, xx xxxxxx 2009-cu il tarxli ərizəni, x xxxxxx 2009-cu il tarixli məlumat cədvəlini, xx xxxxxx 2009-cu il tarixli aktı, xx xxxxx 2010-cu il tarixli ərizəni, x xxxx 2010-cu il tarixli məlumat cədvəlini, xx xxxxx 2010-cu il tarixli aktı, xx xxxxxx 2010-cu il tarixli ərizəni, x xxxxxx 2010-cu il tarixli məlumat cədvəlini, xx xxxxxx 2010-cu il tarixli aktı, xx xxx 2011-ci il tarixli ərizəni, xx xxx 2011-ci il tarixli məlumat cədvəlini, xx xxx 2011-ci il tarixli 280 nömrəli baxış aktlarını təqdim etməklə, həmçinin hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədi ilə qanunsuz hazırlayıb saxtalaşdıraraq, yəni xx xxxxxx 2011-ci il tarixli 255 nömrəli baxış aktını, xx xxx 2012-ci il tarixli, 267 nömrəli baxış aktını, x xxxxxx 2012-ci il tarixli ərizə-məlumatı, xx xxxxxx 2012-ci il tarixli 279 nömrəli baxış aktını, xx xxx 2013-cü il tarixli ərizəni, xx xxx 2013-cü il tarixli məlumat cədvəlini, xx xxx 2013-cü il tarixli, 274 nömrəli baxış aktını, xx xxxxxx 2013-cü il tarixli ərizə-məlumatı, xx xxxxxx 2013-cü il tarixli, 242 nömrəli baxış aktını, xx xxx 2014-cü il tarixli ərizəni, xx xxx 2014-cü il tarixli məlumat cədvəlini, xx xxx 2014-cü il tarixli 274 nömrəli baxış aktını, xx xxxxxx 2014-cü il tarixli 305 nömrəli baxış aktlarındakı imzaları və həmin sənədlərin məzmununa yalan məlumatları əlavə edib istifadə etmək məqsədi ilə saxtalaşdıraraq təqdim etməklə, eyni zamanda bilə-bilə qeyd olunan saxta sənədlərdən istifadə edib təqdim etməklə dövlət orqanlarını aldadaraq Səbuhi Ağayevin adının digər yardım alan şəxslərin icmal siyahısına daxil edilərək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə, yəni Respublika komissiyasına göndərilməsinə nail olunmaqla öz qulluq mövqeyindən istifadə edərək vahid niyyətlə əhatə olunan qəsdlə 2008-ci ildə 2400 manat, 2009-cu ildə 4825,28 manat, 2010-cu ildə 2652,08 manat, 2011-ci ildə 2990,80 manat, 2012-ci ildə 5448,80 manat, 2013-cü ildə 3848,80 manat, 2014-cü ildə 3888,80 manat, 2015-ci ildə 5679,99 manat olmaqla ümumilikdə xeyli miqdar təşkil edən 31734,55 manat (otuz bir min yeddi yüz otuz dörd manat əlli beş qəpik) məbləğində büdcə vəsaitlərini ələ keçirib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 308.1, 313, 320.1, 178.2.3 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2005-2011-ci illərdə Qalacıq bələdiyyəsinin sədri vəzifəsində işləmiş, bundan sonra sonuncu seçkiyə qədər bələdiyyənin üzvü olmuşdur. 2005-ci ildə Qalacıq bələdiyyəsinin sədri olan zaman ondan əvvəl bələdiyyə sədri olmuş mərhum Füzuli Umudov bələdiyyənin möhür və ştampını təhvil vermiş, bundan başqa hər hansı bir sənəd təhvil verməmişdir. O da buna dair akt tərtib etmişdir. Həmin vaxt mərhum Füzuli Umudov bələdiyyənin üzvü olmuşdur. Əvvəlki bələdiyyə üzvlərindən Nəcəf Babayev də yenidən bələdiyyənin üzvü seçilmişdir. O, bələdiyyə sədri seçildikdən sonra bələdiyyənin mülkiyyətində olan torpaq sahələrinin kimin istifadəsində olmaları ilə maraqlanmış, bununla bağlı müvafiq araşdırma aparmış və bələdiyyənin gəlirini artırmaq üçün bələdiyyənin mülkiyyətində olan torpaq sahələrini kənd camaatına icarəyə verməyi qərara almışdır. Bələdiyyənin ehtiyat fonduna aid 60 ha torpaq sahəsinin 6 nəfər Qalacıq kənd sakinlərinin, yəni X9, Şahid7, X14, X6, Şahid5 və X4 istifadələrində olduğu müəyyən edilmişdir. Həmin şəxslərə qeyd olunan torpaq sahələrinin sənədlərini təqdim etmələri və icarə haqlarını ödəmələri üçün bələdiyyənin adından bir başa özlərinə bildiriş təqdim olunmuş, yuxarıda adlarını qeyd etdiyi şəxslər bələdiyyə icarə müqavilələrini təqdim etməmiş və icarə haqlarını ödəməmişlər, eyni zamanda icarə haqlarını ödəmələrinə dair qəbz təqdim etməmişlər. Həmin şəxslərdən qonşuluğunda yaşayan mərhum Faiz Abdullayevin qapısına bələdiyyənin üzvü Şahid10 ilə gedib torpaq sahəsinin sənədlərini təqdim etməsini və icarə haqqını ödəməsini tələb etmiş, mərhum Faiz Abdullayev ona cavabında, icarəsində olan torpağın sənədi olmadığını, icarə haqqı ödəmədiyini və torpağı əkib becərməyə imkanı olmadığını bildirmişdir. Həmin ilin avqust ayına kimi qeyd etdiyi torpaq sahələri boş qalmışdır. Həmin boş qalmış torpaq sahələri, yəni Qalacıq bələdiyyəsi mülkiyyətində olan 60 hektar torpaq sahəsi Səbuhi Ağayevin müraciəti əsasında xx xxxxxx 2006-cı il tarixli 09 nömrəli iclasın qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 15 il müddətinə sonuncunun icarəsinə verilmiş və sənədləşmə aparılması üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsinə müraciət edilmişdir. O, həmin vaxt faktiki xəritə və mütəxəsis olmadığından bələdiyyənin ehtiyat fondunun və əkinə yararlı torpaq sahələrinin dəqiq yerlərini bilməmiş, elə buna görədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsin müraciət etmişdir. O qeyd edərək göstərmişdir ki, sonradan yuxarıda qeyd etdiyi boş torpaq sahələrinin bələdiyyənin ehtiyat fonduna aid torpaq sahələri olduğunu bilmiş, hal-hazırda da Qalacıq bələdiyyəsinin ehtiyat fonduna aid torpaqlara dair rəsmi sənəd olmadığını bildirmişdir. Qalacıq bələdiyyəsinin müraciəti əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ismayıllı rayon Şöbəsinin mütəxəsisi İldırım Babayev boş qalan torpaq sahəsinin cizgisini çəkib sənədlər hazırlamış, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ismayıllı rayon Şöbəsinin xx xxxxxx 2006cı il tarixli rəyi ilə Qalacıq bələdiyyəsinin mülkiyyətində olan 60 hektar əkinə yararlı torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsal etmək üçün oğlu Səbuhi Ağayevin icarəsinə verilməsinin məqsədə uyğun olduğu göstərilmiş, həmin torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsinə etirazlarının olmadığını bildirmişlər. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməməsinə dair ifadəsinə tənqidi yanaşır, onun tərəfindən bu cür ifadənin verilməsini özünü müdafiə xarakteri kimi dəyərləndirir və hesab edir ki, bu cür ifadə verməklə o törətmiş olduğu cinayət əməlini gizlətməklə məsuliyyətdən yayınmaq məqsədi güdür. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 308.1, 313, 320.1, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törətməsi iş üzrə toplanmış, məntiqi baxımdan biri-birini tamamlayan və məhkəmə istintaqında tədqiq olunmuş aşağıdakı sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2018-ci ildən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İsmayıllı rayonu üzrə maliyyə şöbəsindəgəlir və xərclərin proqnozlaşdırılması sektorunun müdiri vəzifədə işləyir. Bildiyi qədər İsmayıllı rayonunun Qalacıq kənd bələdiyyəsinin sabiq sədri Təqsirləndirilən şəxs oğlu Səbuhi Ağayevin adından qanunvericiliyə uyğun olmayan sənədlər təqdim etməklə 2008-2016-cı illərdə subsidiya almış, nəticə də dövlət büdcəsinə otuz min manatdan çox ziyan vurmuşdur. Ona görə də Təqsirləndirilən şəxs tərəfindən dövlət büdcəsinə vurulan ziyanın ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, qardaşı X39 uğrunda gedən döyüşlərdə iştirak edən zaman şəhid olduğundan sonuncunun üç övladı atası Bayram Xanadanovun himayəsində qalmış, dolanışıqları çətin olduğundan mərhum atası Bayram şəhid ailəsi kimi icarəyə torpaq sahəsi götürüb əkin-səpinlə məşğul olmaq qərarına gəlmişdir. Bayram Xanadanov 2002-ci ildə torpaq sahəsi icarəyə götürüb əkinlə məşğul olmaq üçün Qalacıq Bələdiyyəsinə etdiyi müraciətinə baxılıb sonuncuya Qalacıq Bələdiyyəsinin ehtiyat fondundan icarəyə 15 il müddətinə 20 ha torpaq sahəsi verilmişdir. Bununla bağlı keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən həmin 20 ha torpaq sahəsinə dair plan və ölçü hazırlanaraq atası Bayram Xanadanova verilmiş, həmin vaxtdan bu günə qədər sonuncuya ayrılmış torpaq sahəsini birlikdə istifadə edib vaxtlı-vaxtında icarə haqqını ödəmişlər. Bayram Xanadanov 2007-ci ildə vəfat etdikdən sonra həmin torpaq sahəsindən o və ailə üzvləri istifadə etmişdir. Bayram Xanadanov öldüyü günə qədər onunla birlikdə yaşamış, qardaşı Taryelin uşaqlarına isə daima o və mərhum atası Bayram Xanadanov baxmışdır. O, qeyd edərək göstərmişdir ki, Qalacıq Bələdiyyəsinin ehtiyat fondunda olan həmin torpaq sahəsi əkin təyinatlı və ümumilikdə 60 hektar olmaqla, həmin 60 ha torpaq sahəsindən Qalacıq kənd sakinləri Gülnar Abdullayevaya 10 ha, Şahid5 8 ha, Mustafa Şirinova 6 ha, Faiz Abdullayevə 6 ha və Şahid7 isə 8 ha torpaq sahəsi icarəyə verilmişdir. O, icarə müqaviləsinin vaxtı 2017-ci ildə bitsə də, 2014-cü ildə atası Bayram Xanadanovun yeganə varisi kimi həmin torpaq sahəsini icarə əsasında istifadə etmək üçün müddətini uzatmaq və yeni çıxarış almaq məqsədilə Bələdiyyələrlə iş mərkəzinə müraciət etmişdir. Daha sonra isə Daşınmaz Əmlakın Qəbələ rayonunda yerləşən şöbəsinə müraciət etmiş, nəticədə 3 ha və 17 ha torpaq sahələrinə dair 30 il müddətinə icarə formasında çıxarış almışdır. Təqsirləndirilən şəxs 2006-cı ildə Qalacıq Bələdiyyəsinin sədri işləyərkən atası Bayram Xanadanova icarəyə verilmiş torpaq sahəsini əlindən almağa çalışmış, lakin bunu edə bilməmiş, sonuncu vəfat etdikdən sonra da Təqsirləndirilən şəxs mütəmadi olaraq ona təzyiqlər etmiş, icarə haqqı az olmasına baxmayaraq ondan iki qat pul istəmiş, əks təqdirdə torpağı əlindən alacağını demişdir. O da Təqsirləndirilən şəxs qanuni olaraq həmin torpaq sahəsinin müqavilə ilə atası Bayram Xanadanova verildiyini, onun da yeganə varisi kimi, eyni zamanda şəhid ailəsi kimi həmin torpaq sahəsindən istifadə edib ailəsini saxladığını bildirmişdir. O, şəhid ailəsi kimi yuxarı orqanlara şikayət etdikdən sonra Təqsirləndirilən şəxs öz təkidlərindən əl çəkmişdir. O qeyd olunan 20 ha torpaq sahəsini icarə müqaviləsi əsasında, daha sonra isə çıxarış əsasında istifadə etmişdir. 2008-ci il tarixdən başlayaraq dövlət tərəfindən əkin-səpin sahələrinin hər hektarına görə yardımlar verilmiş, 2007-ci ildə atası Bayram Xanadanovun vəfat etməsi ilə əlaqədar başı qarışıq olduğundan bir neçə il yardımla bağlı müraciət etməmişdir. Bununla belə atası Bayram Xanadanova icarəyə verilmiş 20 ha torpaq sahəsini yeganə varis kimi əkərək taxıl səpmişdir. O, 2011-ci ildə dövlət büdcəsi vəsaiti hesabına yardım almaq üçün X67 komissiyasına müraciət etmiş, həmin vaxt komissiyanın sədri Hidayət Babayev atası Bayram Xanadanovun vəfat etməsini əsas gətirərək onunla qeyd olunan 20 ha torpaq sahəsinə dair icarə müqaviləsi bağlanılmasını bildirmişdir. O, kənd ərazi komissiyasına, eyni zamanda Qalacıq bələdiyyəsinin ehtiyat fonduna aid atası Bayram Xanadanova 20 il müddətinə icarəyə verilmiş torpaq sahəsi ilə bağlı sənədləri, yəni xx xxxxxx 2002-ci il tarixli icarə müqaviləsini, yer qurluşu lahiyyəsindən çıxarışı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinin rəyini, eləcə də Qalacıq bələdiyyəsinin ehtiyat fonduna dair 20 ha torpaq sahəsinin mərhum atası Bayram Xanadanova naturada təhvil verilməsinə dair aktı təqdim etmişdir. Bundan sonra hər il eyni qaydada sənədləri təqdim edərək və Qalacıq bələdiyyəsinin ehtiyat fonduna dair 20 ha torpaq sahəsini icarəyə götürməklə bağlı bir illik müqavilələr bağlayaraq əkdiyi hər hektar torpaq sahəsinə görə dövlət büdcəsi vəsaiti hesabına yardım almışdır. Belə ki, xx.xx.2012, xx.xx.2012, xx.xx.2013, xx.xx.2013-cü il, xx.xx.2014, xx.xx.2014, xx.xx.2016-cı illərdə eyni qaydada sənədləri təqdim edib dövlət büdcəsi vəsaiti hesabına yardım almışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı X48 xx.xx.2017-ci il tarixli, RX ******* saylı çıxarışı ilə Qalacıq Bələdiyyəsinin ehtiyat fonduna aid 2.924 ha torpaq sahəsini, eyni zamanda xx.xx.2017-ci il tarixli, RX ******* saylı çıxarışı ilə Qalacıq Bələdiyyəsinin ehtiyat fonduna aid 17 ha torpaq sahəsini xx.xx.2044-cü il tarixinə kimi icarəyə götürmüş və hal-hazırda da qeyd olunan torpaq sahələri istifadəsindədir. Məhkəmə iclasında Şahid7 ifadəsində göstərmişdir ki, 2002-ci ildə torpaq sahəsini icarəyə götürüb əkinlə məşğul olmaq üçün Qalacıq Bələdiyyəsinə etdiyi müraciətinə baxılaraq ona Qalacıq Bələdiyyəsinin ehtiyat fondundan 15 il müddətinə 8 ha torpaq sahəsi icarəyə verilmişdir. Qeyd etdiyi 8 ha torpaq sahəsi ona icarəyə verilən zaman keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əməkdaşı İldırım Babayev iştirak etmiş, ona ayrılmış torpaq sahəsinin cizgi planı hazırlanmışdır. Bununla bağlı keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən həmin 8 ha torpaq sahəsinə dair plan və ölçü ona verilmiş, həmin vaxtdan bu günə qədər ona ayrılan torpaq sahəsini özü istifadə edib vaxtlı-vaxtında icarə haqqını ödəmişdir. O qeyd edərək göstərmişdir ki, ondan başqa əkin təyinatlı olan Qalacıq bələdiyyəsinin ehtiyat fonduna aid 60 ha torpaq sahəsindən Gülnar Abdullayevaya 10 ha, Şahid5 8 ha, Şahid2 17 ha, Mustafa Şirinova 6 ha, Faiz Abdullayevə isə 6 ha torpaq sahəsi icarəyə verilmişdir. 2007-ci ildən taxıl və dənli bitkilər əkininə görə dövlət tərəfindən yardım məqsədi ilə əkin zamanı istifadə edilmiş yanacaq və motor yağlarına görə dövlət büdcəsi vəsaiti hesabına müvafiq yardımlar verilməyə başlanılmış, o da həmin il yardım almaq məqsədi ilə X67 komissiyasına müraciət etmişdir. Qalacıq bələdiyyəsindən icarə əsasında istifadə etdiyi 8 ha torpaq sahəsində, eləcə də ailə üzvlərinə verilən pay torpağında taxıl əkmişdir. xx xxxxxx 2007-ci ildə dövlət vəsaiti hesabına yardım almaq üçün X67 komissiyasına müraciət etmiş, komissiyaya bələdiyyənin ehtiyat fondundan, yəni podrat sahədən icarəyə götürdüyü 8 ha torpaq sahəsinin icarə müqaviləsini, eyni zamanda ailə üzvlərinin pay torpağına dair dövlət aktını təqdim etmişdir. Komissiya sədri və üzvləri onun iştirakı ilə əkin sahələrinə baxış keçirib həqiqətən 13,28 ha sahədə buğda əkdiyini müşahidə edib buna dair baxış aktı tərtib etmişlər. Həmin il ona əkdiyi hər hektar torpaq sahəsinə görə 40 manat dövlət büdcəsi vəsaiti hesabına yardım verilmişdir. Qeyd edilən vaxt komissiyanın sədri mərhum Hidayət Babayev, üzvləri isə Qalacıq bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs, ağsaqqallar mərhum Zahid Abbasov, Fərrux Rəsulov olmuşdur. Həmin ilin payız ayında taxıl səpmiş və dövlət büdcəsi vəsaiti hesabına yardım almaq üçün kənd ərazi komissiyasına müraciət etmişdir. O, növbəti il bələdiyyənin ehtiyat fondundan icarəyə verilmiş 8 ha torpaq sahəsinə dair 2002-ci il tarixli icarə müqaviləsini kənd ərazi komissiyasına təqdim etmiş, komissiyanın sədri mərhum Hidayət Babayev ona 2002-ci il tarixli icarə müqaviləsinin qüvvədən düşdüyünü bildirmişdir. O qeyd edərək göstərmişdir ki, həmin vaxt bələdiyyə sədri olan Təqsirləndirilən şəxs ilə onun arasında narazılıq olduğundan sonuncunun sözünü qohumu olan Hidayət ona çatdırmışdır. O, bununla bağlı şikayət etdiyindən İsmayıllı bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs ona əvvəllər icarəyə verilmiş Qalacıq bələdiyyəsinin podrat sahəsində yerləşən 8 ha torpaq sahəsində taxıl bitkiləri əkmək üçün onunla bir illik icarə müqaviləsi bağlamış, o da həmin müqaviləni kənd ərazi komissiyasına təqdim etmişdir. 2008-ci ilin noyabr ayında 11,41 ha torpaq sahəsində taxıl əkdiyi üçün dövlət büdcəsi vəsaiti hesabına hər hektara görə 40 manat vəsait almışdır. O qeyd edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs onu aldatmış, belə ki, Qalacıq bələdiyyəsinin podrat sahəsindən 8 ha torpaq sahəsini icarəyə götürməyi barədə 2002-ci il tarixli müqavilə qüvvədə olduğu halda qəsdən müqavilənin qüvvədən düşdüyünü bildirmişlər. xx xxx 2009-cu il, xx xxxxxx 2009-cu il, xx xxxxx 2010-cu il, xx xxxxxx 2011-ci il, xx xxx 2012-ci il, xx xxxxxx 2012-ci il, xx xxx 2013-cü il, xx xxxxxx 2013-cü il, xx xxx 2014-cü il, xx xxxxxx 2014-cü il, xx xxx 2016-cı il tarixlərdə Qalacıq bələdiyyəsinin podrat sahəsindən (BEF) ona xx xxxxxx 2002-ci il tarixli icarə müqaviləsi əsasında icarəyə verilmiş 8 ha torpaq sahəsində taxıl bitkiləri əkmiş və həmin 8 ha torpaq sahəsində əkdiyi hər hektar əkin sahəsinə görə dövlət büdcəsi vəsaiti hesabına yardım almışdır. Yuxarıda qeyd etdiyi illər ərzində Qalacıq bələdiyyəsinin podrat sahəsindən ona icarəyə verilmiş 8 ha torpaq sahəsi ilə bağlı xx xxxxxx 2002-ci il tarixli icarə müqaviləsini X67 komissiyasına təqdim etmişdir. Təqsirləndirilən şəxs bu illər ərzində kənd komissiyasının üzvü kimi onun Qalacıq bələdiyyəsinin podrat sahəsində yerləşən 8 ha torpaq sahəsini əkməyini və taxıl səpməyini bilmişdir. O, 2002-ci ildən Qalacıq bələdiyyəsinin podrat sahəsində yerləşən icarəyə götürdüyü 8 ha torpaq sahəsinin icarə haqqını ödəmiş, buna dair qəbzləri ilkin izahatına əlavə etmişdir. O qeyd edərək göstərmişdir ki, icarə haqqı ödənilmədən dövlət büdcəsi vəsaiti hesabına vəsait ayrılması mümkün deyildir. 2008-ci ildə əkdiyi hər hektar torpaq sahəsinə görə ona dövlət büdcəsi vəsaiti hesabına ayrılan yardımı adına olan “xxxxxxxxxxxx” ASC-yə məxsus plastik kart vasitəsi ilə almış və həmin plastik kart hər üç ildən bir dəyişdirilmişdir. Yuxarıda qeyd etdiyi kimi Qalacıq bələdiyyəsinin podrat sahəsində yerləşən 60 ha torpaq sahəsinin 8 ha torpaq sahəsi 15 il müddətinə tərəfindən icarəyə götürülmüş, bu illər ərzində həmin 8 ha torpaq sahəsini özü əkib taxıl səpmişdir. 2017-ci ildə icarəsində olan 8 ha torpaq sahəsinin icarə müqaviləsinin müddəti tamam olduğundan yenidən həmin torpaq sahəsini icarəyə götürmək üçün müraciət etmiş, ona Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı X40 xx.xx.2018-ci il tarixli, A№276249 nömrəli çıxarış verilmiş, lakin ona əvvəllər verilən 8 ha torpaq sahəsi daşınmaz əmlakın mütəxəssisi tərəfindən aparatla ölçülən zaman 6.9 sot olduğu müəyyən olunmuşdur. Hal-hazırda da qeyd etdiyi torpaq sahəsini icarə əsasında istifadə edir və həmin icarə müqaviləsinin 45 il müddəti vardır. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, 2002-ci ildə Qalacıq bələdiyyəsinin sədri işləyən zaman arvadı və kəndin sakinləri torpaq sahəsini icarəyə götürüb əkinlə məşğul olmaq üçün Qalacıq Bələdiyyəsinə etdiyi müraciətinə baxılıb bələdiyyənin ehtiyat fondundan icarəyə 20 il müddətinə 10 ha torpaq sahəsi verilmişdir. Bununla bağlı keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən həmin 10 ha torpaq sahəsinə dair plan və ölçü hazırlanmış, bir nüsxəsi isə arvadına verilmişdir. Həmin vaxtdan bu günə qədər ona ayrılmış torpaq sahəsini arvadı istifadə edib vaxtlı-vaxtında icarə haqqını ödəmişdir. Qalacıq Bələdiyyəsinin ehtiyat fonduna aid olan həmin torpaq sahəsi əkin təyinatlı və ümumilikdə 60 hektar olmaqla Şahid7 8 ha, Şahid5 8 ha, Şahid2 17 ha, Mustafa Şirinova 6 ha, Faiz Abdullayevə isə 6 ha torpaq sahəsi icarəyə verilmişdir. 2004-cü ilin sonlarında bələdiyyə sədri vəzifəsindən öz ərizəsi ilə çıxmış, fərdi təsərrüfatla məşğul olmuşdur. 2007-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməyə başlanılmış, həmin il dövlət büdcəsi vəsaiti hesabına yardım almaq üçün X67 komissiyasına müraciət edərək Qalacıq bələdiyyəsinin ehtiyat fonduna aid icarəyə götürdüyü 10 ha torpaq sahəsi ilə bağlı xx xxxxxx 2002-ci il tarixli icarə müqaviləsini təqdim etmişdir. Daha sonra ona müvafiq qaydada əkdiyi hər hektar torpaq sahəsinə görə yardım verilmiş, həmin ilin payızında Qalacıq bələdiyyəsinin ehtiyat fonduna aid icarəyə götürdüyü 10 ha torpaq sahəsində arvadı ilə birlikdə taxıl səpmişdir. Həmin vaxt eyni zamanda arvadı bir hektara yaxın qohumlarının yerini bir illik müddətə icarəyə götürüb taxıl əkmişdir. 2006-cı ildə Qalacıq bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs arvadına və digər 5 nəfər ayrı-ayrı şəxsə 2002-ci ildə icarəyə verilmiş və qüvvədə olan icarə müqavilələrinə məhəl qoymadan Qalacıq bələdiyyəsinin ehtiyat fonduna aid olan 60 hektar əkinə yararlı torpaq sahəsini xx xxxxxx 2006-cı il tarixli 01 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən 15 il müddətinə oğlu Səbuhi Ağayevin icarəsinə vermişdir. Təqsirləndirilən şəxs DTXK-nin İsmayıllı rayon Şöbəsi tərəfindən tərtib edilmiş İsmayıllı rayonu, Qalacıq kəndi “Qalacıq” təsərrüfatının yerquruluşu layihəsinin çıxarışında qanunsuz olaraq dəyişiklik etdirərək işlədiyi müddətdə xx xxxxxx 2002-ci il tarixli 03 nömrəli və xx xxxxxxx 2002-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilələr əsasında arvadına və Qalacıq kənd sakini Faiz Abdullayevin icarəsinə verilmiş Qalacıq bələdiyyəsinin mülkiyyətində olan 10 hektar və 6,0 hektar torpaq sahəsini də Səbuhi Ağayevin icarəsinə verdiyi 60 hektar torpaq sahəsinə daxil etdirmişdir. xx xxxxxx 2002-ci il tarixli, 03 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən Qalacıq bələdiyyəsinin mülkiyyətində olan 10 hektar əkinə yararlı torpaq sahəsini 20 il müddətinə icarəyə götürdüyü həmin ərazini 2002-ci ildən 2018-ci ilə kimi ayrı-ayrı vaxtlarda fasilə verməklə arvadı ilə birlikdə əkmiş və həmin torpaq sahəsinin icarə haqqını 2022-ci ilədək ödəmişdir. 10 hektar əkinə yararlı torpaq sahəsindən çıxarış almaq üçün DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə müraciət etmiş və həmin orqanın əməkdaşı tərəfindən aparat ilə ölçülərək arvadına əvvəllər icarəyə verilmiş Qalacıq bələdiyyəsinin ehtiyat fonduna aid 10 ha torpaq sahəsinə xx xxxxxxx 2018-ci il tarixli RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Ölçü zamanı arvadına əvvəllər 10 ha icarəyə verilmiş torpaq sahəsi ölçü aparatı ilə 8.26 ha olduğu müəyyən olunmuş, o da buna etiraz etməmiş və çıxarış verilməsinə razı olmuşdur. 2018-ci ildə onun icarəsində olan 10 hektar torpaq sahəsində buğda əkmiş, biçin vaxtı əkdiyi 10 hektar buğda sahəsinin 6.0 hektarı yandırılaraq məhv edilmişdir. Qeyd edilən hadisə ilə bağlı İsmayıllı rayon İcra hakimiyyəti başçısının Qalacıq İƏD-üzrə nümayəndəsinin, Qalacıq bələdiyyəsinin sədrinin, onun və arvadının iştirakı ilə xx xxxx 2018-ci il tarixli akt tərtib olunmuş və həmin aktda baş vermiş yanğın hadisəsi nəticəsində ümumilikdə 5000 manat dəyərində maddi ziyan dəydiyi müəyyənləşdirilmişdir. Həmin taxıl sahəsinin Təqsirləndirilən şəxs adını unutduğu oğlu tərəfindən yandırılmasından şübhələnmişdir. xx xxxxxx 2002-ci il tarixli 03 nömrəli və xx xxxxxxx 2002-ci il tarixli icarə müqavilələri əsasında arvadının və Faiz Abdullayevin icarəsinə Qalacıq bələdiyyəsinin mülkiyyətində olan 10 hektar və 6,0 hektar torpaq sahəsi icarəyə verilməsinə baxmayaraq, Səbuhi Ağayevin adı ilə sonuncunun atası Təqsirləndirilən şəxs heç bir əsas olmadan həmin ərazilərin özünə məxsus olduğunu iddia edərək arvadının və Faiz Abdullayevin həmin torpaq sahəsindən məcburi qaydada çıxarılmalarını, maneələrin aradan qaldırılması və maddi zərərə görə 22.600 manat məbləğinin ondan və Faiz Abdullayevdən tutulmasını tələb etmiş, bununla bağlı İsmayıllı rayon məhkəməsində işə baxılaraq Səbuhi Ağayevin iddiası təmin edilməmişdir. Məhkəmə prosesi zamanı arvadının və Faiz Abdullayevin icarəsində olan 10 hektar və 6.0 hektar torpaq sahələrinin elə Səbuhi Ağayev tərəfindən zəbt edilərək əkildiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bələdiyyə sədri olan vaxt faktiki icarəyə verilmiş bələdiyyənin ehtiyat fondunda olan torpaq sahələrini icarə müqavilələri qüvvədə olsa da, saxta sənədlər düzəldərək oğlu Səbuhi Ağayevə icarəyə vermişdir. 2002-ci ildən bu günə qədər arvadına icarəyə verilmiş 10 hektar torpaq sahəsinə görə icarə haqqı ödəmişdir. Təqsirləndirilən şəxs oğlu Səbuhi Ağayevin adından İsmayıllı rayon məhkəməsinin qətnaməsindən Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti etmiş, lakin onun şikayəti təmin olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs oğlu Səbuhi Ağayevin adından kassasiya şikayəti etsə də, yenə də onun şikayəti təmin olunmamışdır. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərmişdir ki, 2002-ci ildə torpaq sahəsi icarəyə götürüb əkinlə məşğul olmaq üçün Qalacıq Bələdiyyəsinə etdiyi müraciətinə baxılaraq ona Qalacıq Bələdiyyəsinin ehtiyat fondundan icarəyə 15 il müddətinə 8 ha torpaq sahəsi verilmiş, bununla bağlı keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssisi İldırım Babayev tərəfindən həmin 8 ha torpaq sahəsinin cizgi planı hazırlanmışdır. 2002-2009-cu illərdə icarəyə götürdüyü torpaq sahəsində taxıl əkmiş, hər il icarə haqqını ödəmiş, 2010-cu ildə maddi imkanı olmadığından icarəyə götürdüyü torpaq sahəsində əkin-səpin işləri apara bilməmiş, həmin vaxt həmkəndlisi Təqsirləndirilən şəxs imkanı varsa, icarəyə götürdüyü Qalacıq bələdiyyəsinin ehtiyat fonduna aid olan 8 ha torpaq sahəsində taxıl əkməsini, ancaq icarə haqqını da ödəməsini demiş, Təqsirləndirilən şəxs də onunla razılaşıb icarəyə götürdüyü 8 ha torpaq sahəsində əkin-səpin işləri aparacağını və icarə haqqını da ödəyəcəyini demişdir. Təqsirləndirilən şəxs 2010-cu ildən onun icarəyə götürdüyü 8 ha torpaq sahəsindən istifadə etmiş, sonuncu ilə arasında rəsmi razılaşma olmamış, şifahi formada razılaşmaya əsasən Təqsirləndirilən şəxs podrat sahədən icarəyə götürdüyü 8 ha torpaq sahəsində əkin-səpin işləri aparmış, eyni zamanda hər il icarə haqqını ödəmişdir. Həmin 8 ha torpaq sahəsini icarəyə götürdüyü 15 il müddəti 2017-ci ildə başa çatdıqdan sonra qeyd olunan icarə müqaviləsini yeniləməmiş, yəni podrat sahədən icarəyə götürdüyü 8 ha torpaq sahəsi 2017-ci ilə qədər onun icarəsində olmuşdur. 2008-2009-cu illərdə kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardım ayrılması ilə əlaqədar o da yardım almışdır. Belə ki, Qalacıq bələdiyyəsinin ehtiyat fonduna aid torpaq sahəsindən icarəyə götürdüyü 8 ha torpaq sahəsində taxıl səpdikdən sonra kənd ərazi komissiyasına müraciət etmiş, həmin 8 ha torpaq sahəsinin ona icarəyə verilməsi ilə bağlı x xxxxxx 2002-ci il tarixli icarə müqaviləsini, cizgi planı təqdim etmiş, üç dəfə dövlət büdcəsi vəsaiti hesabına yardım almışdır. İcarəsində olan 8 ha torpaq sahəsini yadında qaldığı qədər bir il İsmayıllı rayonunun İstisu kənd sakini, tanışı Yaşar Səfərəliyevin isifadə etməsinə icazə vermiş, 2018-ci ilin avqust ayına qədər onun icarəyə götürdüyü 8 ha torpaq sahəsinə görə Qalacıq Bələdiyyəsi ilə bağladığı icarə müqaviləsi qüvvədə olmuşdur. Təqsirləndirilən şəxs və X57 bələdiyyəsinin ehtiyat fonduna aid olan 60 ha torpaq sahəsindən icarəyə torpaq sahəsi verilməmiş, həmin 60 ha torpaq sahəsi 2002-ci ildən onunla birlikdə 6 nəfər şəxsə icarəyə verilmişdir. Məhkəmə iclasında Şahid11 ifadəsində göstərmişdir ki, atası X2 2002-ci ildə taxıl səpmək üçün icarəyə torpaq sahəsi götürmək məqsədi ilə Qalacıq bələdiyyəsinə etdiyi müraciətinə baxılıb bələdiyyənin ehtiyat fonduna aid olan torpaq sahəsindən 6 ha torpaq sahəsi icarəyə verilmiş və Qalacıq bələdiyyəsi ilə sonuncu arasında 20 il müddətinə x xxxxxxx 2002-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. 2002-ci ildən başlayaraq mərhum atası X49 bələdiyyəsinin ehtiyat fonduna aid olan icarəyə götürdüyü 6 ha torpaq sahəsini hər il özü əkib taxıl səpmişdir. 2008-ci ildən kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardım olunmağa başlanılmış, həmin ildən başlayaraq 2016-cı il də daxil olmaqla atası X49 bələdiyyəsinin podrat sahəsinə aid olan 6 ha torpaq sahəsini əkərək taxıl səpmiş və əkdiyi hər hektara görə subsidiya almışdır. Mərhum atası Mustafa Şirinovun kənd ərazi komissiyasına təqdim etdiyi sənədlərdən tam məlumatı olmasa da, x xxxxxxx 2002-ci il tarixli icarə müqaviləsi təqdim edilmiş, eyni zamanda bu illər ərzində faktiki olaraq mərhum atası Mustafa Şirinov bələdiyyənin podrat sahəsindən icarəyə götürdüyü 6 ha torpaq sahəsini özü əkərək taxıl səpmiş və dövlət büdcəsi vəsaiti hesabına yardım almışdır. 2016-2019-cu illərdə mərhum atası Mustafa Şirinov icarəyə götürdüyü 6 ha torpaq sahəsini faktiki əkib taxıl səpsə də, subsidiya almamış, buna səbəb isə yeni qaydalar olmuş, icarəyə götürülmüş torpaq sahəsi ilə bağlı daşınmaz əmlakdan çıxarış alınması tələb olunmuş, mərhum atası Mustafa Şirinov da səhhəti ilə əlaqədar həmin məsələnin üzərinə düşə bilməmişdir. xx xxxxxx 2019-cu ildə atası Mustafa Şirinov vəfat etmiş, sonuncunun bələdiyyənin ehtiyat fonduna aid sahədən icarəyə götürdüyü 6 ha torpaq sahəsi varisi kimi onun istifadəsində olmuş, həmin icarə müqaviləsini öz adına sənədləşdirmək məqsədi ilə müvafiq orqanlara müraciət etmişdir. x xxxxxxx 2002-ci il tarixdə Qalacıq bələdiyyəsinin ehtiyat fonduna aid torpaq sahəsindən mərhum atası Mustafa Şirinova 20 il müddətinə verilmiş 6 ha torpaq sahəsində Təqsirləndirilən şəxs və Səbuhi Ağayev heç vaxt əkin-səpin işləri aparmamış, hər il mərhum atası Mustafa Şirinov özü taxıl əkərək subsidiya almışdır. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, atası X41 bələdiyyəsinin ehtiyat fondundan 6 ha torpaq sahəsi 20 il müddətinə icarəyə verilmiş, həmin vaxtdan mərhum X63 maddi imkanı zəif olduğundan əkin-səpin işləri apara bilməmiş, həmin ərazini şifahi formada razılaşmaqla əmisi Şahid3 istifadə etmişdir. 2006-cı ildə Təqsirləndirilən şəxs bələdiyyə sədri seçildikdən sonra X63ə icarəyə verilmiş 6 ha torpaq sahəsində hər hansı bir icazə almadan taxıl əkmiş, X63 dəfələrlə Təqsirləndirilən şəxs torpaq sahəsindən çıxmağı desə də, o, yenədə öz bildiyini etmişdir. X63 2009-cu ildə vəfat etmişdir. Təqsirləndirilən şəxs onun X63ə 20 il müddətinə icarəyə verilmiş qalacıq bələdiyyəsinin podrat sahəsinə aid olan 6 ha torpaq sahəsini 12 ildir ki, özbaşına əkərək hər hektarına görə saxta sənədlər düzəldib subsidiya almış, o, bunları məhkəmə proseslərində öyrənmiş, Təqsirləndirilən şəxs etdiyi əməllərə görə məsuliyyətə cəlb olunmasını xahiş etmiş, bildiyi qədər Təqsirləndirilən şəxs və X57 bələdiyyəsinin ehtiyat fonduna aid olan 60 ha torpaq sahəsindən icarəyə torpaq sahəsi verilməmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, 2008-2013-cü illərdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini, 2013-2015-ci illərdə İsmayıllı Rayon İcra Hakimiyyətinin Sosial İqtisadi İnkişafın təhlili və pronozlaşdırılması şöbəsinin müdirinin müavini, 2016-cı ilin fevral ayından 2019-cu ilin sentyabr ayına kimi Dövlət X42 direktoru işləmiş, hal-hazırda da İsmayıllı Rayon İcra Hakimiyyətinin Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində baş məsləhətçi işləyir. 2007-ci ildə “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi qaydaları” müəyyənləşdirilmiş və həmin ildən istehsalçılara dövlət büdcəsi vəsaiti hesabına yardımlar verilməyə başlanılmış, bundan sonra rayonlarda Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 32 nömrəli qərarına əsasən rayon icra hakimiyyətinin sərəncamı əsasında rayon və kənd ərazi komissiyaları yaradılmışdır. İsmayıllı rayon komissiyasının tərkibinə rayon icra hakimiyyətinin aqrar məsələlər üzrə müavini, sabiq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinin nümayəndəsi, rayon statistika idarəsinin və maliyyə idarəsinin nümayəndələri, veteranlar və şəhid ailələri ictimai birliyinin və İqtisadi İnkişaf Nazirliyinin regional inkişaf şöbəsinin nümayəndələri daxil olmuş, X26 tərkibinə isə rayon icra hakimiyyətinin başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, yerli bələdiyyə sədrləri, hər kəndi təmsil edən bir istehsalçı, iki ağsaqqal daxil olmuşdur. 2007-ci ilin iyun ayında yanacaq və mator yağlarına görə İsmayıllı Rayon Komissiyasının sədri həmin vaxt aqrar məsələləri şöbəsinin müdiri, rayon icra hakimiyyətinin müavini işləyən Xalid Qəniyev olmuş, sonuncu hal-hazırda vəfat etmişdir. 2007-ci ilin payızında isə buğda və çəltik əkininə görə halhazırki rayon icra hakimiyyəti Başçısının birinci müavini Rövşən Ağayev olmuşdur. 2008-2015-ci illərdə o, rayon komissiyasının sədri olmuş, 2016-cı ildən isə Azərbaycan Respublikası Prezidentinin “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” xx xxxxx 2014-cü il tarixli fərmanına əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin rayon və şəhər idarələri yaradılmış, xx xxxxx 2016-cı il tarixli əmrlə o, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin İsmayıllı rayon X32 rəis təyin olunduğundan elə həmin il kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsinin təşkili məqsədi ilə yaradılmış işçi qrupunun rəhbəri olmuşdur. 2007-ci ildən başlayaraq istehsalçılara dövlət büdcəsi vəsaiti hesabına yardımlar verilməyə başlanılmışdır. Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 32 nömrəli qərarına əsasən yaz tarla işləri başa çatdıqdan sonra istehsalçı əkdiyi əkin barəsində ərizə ilə kənd ərazi komissiyasına müraciət edərək lazım olan sənədləri təqdim edir, Kənd ərazi komissiyası istehsalçıdan ərizə daxil olduqdan sonra 10 gün müddətində təqdim olunan sənədləri təftiş etdikdən sonra komissiya üzvləri və istehsalçı ilə birlikdə aparılmış aqrotexniki işləri bilavasitə yerində yoxlayaraq baxış aktı tərtib edilir və aktın bir nüsxəsi isə istehsalçıya verilir. İstehsalçıya yardım verilməsi məsələsi bu mərhələdə həll olunmuş, kənd ərazi komissiyası bilavasitə əkin sahələrinə aparılmış aqrotexniki işlərə yerində baxış keçirərək istehsalçının ərizəsində göstərdiyi neçə hektar əkin sahəsinin həqiqətən əkilib-əkilməməsini müəyyən edir, eləcə də əkin işləri aparılmış sahənin istehsalıçnın istifadəsində, mülkiyyətində və icarəsində olub-olmaması ilə bağlı sənədləri təhlil edir. Kənd ərazi komissiyasının rəhbəri inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi, kənd bələdiyyəsinin sədri isə komissiyanın üzvü olmuş, istehsalçının bilavasitə əkdiyi, aqrotexniki işlər apardığı torpaq sahələrinin kimə məxsusluğunu icra nümayəndəsi, eləcə də bələdiyyə sədri kəndin rəhbər işçiləri kimi bilmiş, toplanmış sənədlər qeyd olunan qərarın iki nömrəli cədvəlinə uyğun tərtib edilib baxılması üçün 15 iyun tarixinə kimi rayon komissiyasına təqdim olunmuş, Rayon komissiyası işçi qrupunun vasitəsi ilə kənd ərazi komissiyalarından daxil olan məlumatlar əsasında 10 gün ərzində icmal siyahılar ilə sənədlər təhlil edilmiş, sual doğuran məqamlar kənd ərazi komissiyaları ilə birlikdə yerində araşdırılmış, İsmayıllı rayonu üzrə istehsalçılar tərəfindən təqdim olunan sənədlər 10 gün ərzində tam, təfərrüatı ilə təhlil olunması fiziki cəhətdən mümkün olmamış, hətda, payızlıq əkin aparılması ilə bağlı rayon komissiyasına daxil olan sənədlərin təhlil olunması üçün 3 gün vaxt verilmiş, rayon üzrə yardım alınması ilə bağlı müraciət edən istehsalçıların hər il üçdən iki hissəsi payızda müraciət etmiş, 3 gün müddətində də bu qədər sənədlərin dərindən təhlil edilməsi mümkün olmamışdır. İstehsalçıya yardım verilib-verilməməsi məsələsi kənd ərazi komissiyasının birbaşa səlahiyyətlərinə aid olmuş, çünki əkin sahələrini bilavasitə yerində kənd ərazi komissiyası baxmış, rayon komissiyası ilə müqayisə olunmayacaq dərəcədə az olan sənədləri daha dərindən təhlil etmək imkanları olmuş, 25 iyun tarixinə kimi icmal siyahılar tərtib edilərək rayon icra hakimiyyəti başçısı tərəfindən təsdiq olunaraq Respublika komissiyasına təqdim olunmuş, Respublika komissiyası 10 gün ərzində rayon komissiyalarından daxil olan sənədlərə baxıb qərar qəbul edərək dövlət büdcəsi vəsaiti hesabına yardımların verilməsi prosesinə başlamış, Respublika komissiyası Maliyyə Nazirliyi və “xxxxxxxxxxxx” ASC ilə birlikdə müvafiq banklar vasitəsi ilə istehsalçılara çatacaq vəsaitin müəyyən olunmuş qaydada plastik kartlara verilməsini 10 iyul tarixindən başlayaraq təşkil etmiş, daha sonra müvafiq icra hakimiyyətləri 1 avqust tarixinə ayrılmış büdcə vəsaitinin istifadəsi barədə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Respublika Komissiyasına hesabat təqdim etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 avqust, 2015-ci il tarixli 283 nömrəli qərarı ilə istehsalçılara verilmiş yardımların qaydalarında dəyişikliklər edilmiş və həmin qərarla “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi qaydaları” təsdiq edilmiş, Kənd Təsərrüfatı Nazirliyinin yerli şöbələri yaradılana qədər rayon komissiyasının işçi qrupu rayon icra hakimiyyətinin başçısının sərəncamı ilə yaradılmış, Kənd Təsərrüfatı Nazirliyinin yerli şöbələri yaradılandan sonra isə onun tərəfindən işçi qrupu yaradılmış, işçi qrupu daxil olan istehsalçılara məxsus sənədləri X26 təqdim etdikləri icmal siyahılara uyğun təhlil etmiş, sual doğuran məqamları yerində araşdırmış, dolaysı ilə istehsalçıların əkin işləri apardığı torpaq sahələrinin istehsalçının mülkiyyətində, icarəsində olmasına dair sənədləri dərindən təhlil etmə imkanları olmamış, yəni fiziki cəhətdən 10 gün ərzində bunların çatdırılması mümkün olmamış, orta hesabla hər il rayon üzrə 7000-8000 istehsalçının sənədləri daxil olmuş, bununla belə rayon üzrə əkin aparılmasına baxmayaraq 2016-cı ildə hər il üç-dörd min hektar sahəyə yardım verilməmiş, 2016-cı ildən sonra isə 5-6 min hektar əkin sahələrinə yardım verilməmiş, buna səbəb isə təqdim olunan sənədlərin qanunauyğun hazırlanmadığı, təyinatına uyğun sahələrdə əkin aparılmadığı, eləcə də bəzi istehsalçılar tərəfindən sənədlərin kənd ərazi komissiyalarına gec təqdim etmələri olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 avqust, 2015-ci il tarixli 283 nömrəli qərarı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi qaydaları”na əsasən isə Dövlət büdcəsinin vəsaiti hesabına istehsalçılara yardımın verilməsində əsas meyar kənd təsərrüfatı məhsullarının istehsalı üçün becərilən 1 (bir) hektar genetik modifikasiya olunmamış bitkilərin əkin sahəsi və çoxillik əkmələr götürülmüş, istehsalçılara hər hektar hesabı ilə bitkilərin becərilməsinə sərf etdikləri yanacaq və motor yağlarına görə 50 manat, buğda və çəltik səpininə görə əlavə 40 manat yardım verilmiş, istehsalçılara hər hektar hesabı ilə bitkilərin becərilməsinə sərf etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardım əsas əkinlərlə yanaşı, təkrar (aralıq) əkinlərə də şamil edilmişdir. İsmayıllı rayonunda onun rayon komissiyasının rəhbəri olduğu dövrdə belə hallar olmamış, təkrar əkinlərə yardım verilməmişdir. Dövlət büdcəsinin vəsaiti hesabına yardımlar istehsalçılara mülkiyyətində, istifadəsində və ya icarəsində olan və mövcud qanunvericiliklə əkin məqsədi üçün istifadə olunmasına icazə verilən kənd təsərrüfatı təyinatlı torpaq sahələrində apardıqları əkinlərə və çoxillik əkmələrə görə verilmiş, kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi şəxslərə yardımlar onların hesablaşma hesablarına, fiziki şəxslərə onların cari (xüsusi kart) hesablarına köçürülməklə verilmiş, istehsalçıların siyahısının tərtib edilməsi və onlara hər hektar əkin sahəsinə və çoxillik əkmələrə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi məqsədi ilə rayon icra hakimiyyəti başçısının sərəncamı ilə kənd ərazi komissiyaları yaradılmış, kənd ərazi komissiyası sədrdən və üzvlərdən ibarət olmaqla komissiyanın sədri - rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi, komissiyanın üzvləri - kənd bələdiyyəsinin sədri, hər kəndin istehsalçılarından bir nəfər nümayəndə, hər kəndin ağsaqqallarından 2 nəfər nümayəndə daxil olmuş, rayon üzrə istehsalçılara dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsinin təşkili Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin rayon kənd təsərrüfatı idarələri tərəfindən həyata keçirilmiş, Rayon kənd təsərrüfatı idarəsi kənd ərazi komissiyalarından daxil olmuş məlumatlar əsasında dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımların məbləğinə dair rayon üzrə icmal siyahıları tərtib etmiş, dövlət büdcəsinin vəsaiti hesabına yardımların istehsalçılara ödənilməsinin təşkili üçün müvəkkil bankla müqavilə bağlamış və həmin müqavilənin bir nüsxəsi Respublika Komissiyasına təqdim edilmiş, X26 iş rejimini və istehsalçılardan müvafiq sənədlərin qəbul edilməsi qaydalarını, şərtlərini və sənədlərin təqdim edilmə tarixini göstərməklə, rayon (şəhər) kütləvi informasiya vasitələrində məlumat dərc etdirmiş, istehsalçıların hesablarına yardımların köçürülməsi üçün Respublika Komissiyasının qərarına əsasən yardım veriləcək istehsalçıların siyahısını, bank rekvizitlərini və onlara verilən yardımın (vəsaitin) məbləği barədə məlumatları müvəkkil bankın müəyyən etdiyi formada ona təqdim etmiş, əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik səpininə görə istehsalçılara yardımların verilməsi ilə bağlı Respublika Komissiyasının qərarları barədə məlumatları kənd ərazi komissiyalarına göndərmiş və rayonun kütləvi informasiya vasitələri ilə yaymış, kənd ərazi komissiyalarından daxil olan məlumatları mütəmadi təhlil etmiş, dəqiqləşdirilməyə ehtiyacı olan məqamları kənd ərazi komissiyaları ilə birlikdə yerində araşdırmış, aşkar edilmiş qanun pozuntuları haqqında Respublika Komissiyasına məlumat vermiş, istehsalçılara dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi prosesində yaranan problemləri 5 (beş) iş günü müddətində araşdırmış və nəticəsini istehsalçıya bildirmişdir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi dövlət büdcəsindən ayrılmış vəsait hesabına ərizə və blank formalarını çap etdirmiş və hər il əsas əkinlər üzrə martın 15-dək, təkrar əkinlər üzrə iyulun 1-dək rayon kənd təsərrüfatı idarələri vasitəsilə kənd ərazi komissiyalarına çatdırılmasını təmin etmiş, istehsalçı dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımı almaq üçün fiziki şəxslər üçün şəxsiyyət vəsiqəsinin, hüquqi şəxslər üçün VÖEN-in surəti, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədlərin (dövlət aktı, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, icarə müqaviləsi və s.) surətləri, torpaq sahəsinin planı və ölçüsünün surəti, hüquqi şəxslərin möhürlə və onların səlahiyyətli nümayəndələrinin imzası ilə təsdiq edilmiş bank rekvizitləri, yaz tarla işləri (payızlıq əkinlər də nəzərə alınmaqla) başa çatdıqdan sonra istehsalçı becərdiyi hər hektar əkin sahəsinə və çoxillik əkmələrə sərf etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımı almaq üçün müvafiq qaydada ərizəsini, ərizəyə əlavə edilmiş cədvəl üzrə məlumatı hər il iyunun 1-dək kənd ərazi komissiyasına təqdim etmiş, kənd ərazi komissiyası istehsalçıdan ərizə daxil olduqdan sonra 10 (on) gün müddətində istehsalçının iştirakı ilə əkin sahələrində və çoxillik əkmələrdə aparılmış aqrotexniki işləri yerində yoxlayb 2 (iki) nüsxədən ibarət baxış aktı tərtib edilərək bir nüsxəsi istehsalçıya verilmiş, kənd ərazi komissiyası təqdim edilmiş sənədlərə və baxış aktlarına əsasən istehsalçıların siyahısını və onların kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə etdikləri əkin sahəsi barədə məlumatları müvafiq cədvəllər formasında tərtib edib yardıma sənəd təqdim etmiş hüquqi şəxs olan istehsalçıların bank rekvizitləri ilə birlikdə baxılması üçün iyunun 10-dək rayon Dövlət X31 (bundan sonra DAİM) təqdim edir. DAİM kənd ərazi komissiyalarından daxil olan məlumatları 20 (iyirmi) gün müddətində təhlil etmiş, dəqiqləşdirilməyə ehtiyac olan məqamları kənd ərazi komissiyaları ilə birlikdə yerində araşdırmış, onları təsdiq etdikdən sonra icmal siyahını müvafiq cədvəllər formasında tərtib etmiş, DAİM müvafiq cədvəllərə uyğun tərtib edilmiş icmal siyahıları iyunun 30-dək Respublika Komissiyasına təqdim etmişdir. Respublika Komissiyası müvafiq rayon daxil olmuş icmal siyahılara 15 (on beş) gün müddətində baxaraq istehsalçılara becərilmiş hər hektar əkin sahəsinə və çoxillik əkmələrə, buğda və çəltik səpininə görə yardımların verilməsi barədə qərar qəbul etmişdir. Yeni qərarla da rayon komissiyasının və Respublika komissiyasının əsas iş funksiyası icmal siyahıların təhlilindən ibarət olmuş, Respublika Komissiyası Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, DAİM və müvəkkil banklarla birlikdə istehsalçılara çatacaq vəsaitin müəyyən olunmuş qaydada verilməsini avqustun 1-dən başlayaraq təşkil etmiş, təkrar əkinlərin becərilməsində istifadə edilən yanacaq və motor yağlarına görə yardımların verilməsi qaydaları və şərtləri yuxarıdakı qaydalarla eynilik təşkil etmiş, lakin təkrar əkinlərdə sənədlər hər il sentyabrın 1-dək kənd ərazi komissiyasına təqdim edilmiş, kənd ərazi komissiyaları isə sentyabrın 10-dək DAİM təqdim edilmişdir. DAİM icmal siyahıları sentyabrın 25-dək müvafiq qaydada Respublika Komissiyasına təqdim etmiş, Respublika Komissiyası DAİM daxil olmuş icmal siyahılara 15 (on beş) gün müddətində baxıb becərilmiş hər hektar əkin sahəsinə görə istehsalçılara yardımın verilməsi barədə qərar qəbul etmişdir. Respublika Komissiyası Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, DAİM və müvəkkil banklarla birlikdə istehsalçılara çatacaq vəsaitin müəyyən olunmuş qaydada verilməsini oktyabrın 20-dən başlayaraq təşkil etmişdir. Səbuhi Ağayev 2017-ci ilə qədər müvafiq sənədləri təqdim edərək dövlət büdcəsi vəsaiti hesabına yardım almış, 2017-ci ildə Səbuhi Ağayevin təqdim etdiyi sənədlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinin şərtəlrinə əsasən notariat qaydasında təsdiq olunmadığı üçün yardım alacaq istehsalçıların siyahısına daxil edilməmiş, bundan sonra Səbuhi Ağayev xx xxxx 2017-ci il tarixdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə rəsmi ərizə ilə müraciət etmiş, həmin müraciət baxılması üçün əlavə olunmuş sənədlərlə birlikdə DAİM göndərilmişdir. Səbuhi Ağayevin xx xxxx 2017-ci il tarixli ərizəsinə Qalacıq bələdiyyəsindən icarəyə götürdüyü 60 ha torpaq sahəsinə görə hazırlanmış sənədlərdə eyni sahələrin həm əkin, həm də örüş sahəsi olduğu göstərilmiş, Qalacıq təsərrüfatının yerqurluşu lahiyyəsindən çıxarış, eləcə də xx xxxxxx 2006-cı il tarixdə hazırlanmış akt iki variantda təqdim olnmuş, o ilk dəfə olaraq Səbuhi Ağayevin təqdim etdiyi sənədlərdə saxtakarlıq olduğunu aşkar etmiş, həqiqətəndə həmin vaxta qədər Səbuhi Ağayev tərəfindən təqdim olunan sənədlərdəki çatışmazlığı nə işçi qrupu, nə rayon komissiyası, nə də ki o, görməmiş, buna səbəb isə təqdim olunan istehsalçıların sənədlərinin həddən artıq çox olması, eyni zamanda qeyd olunan sənədlər X26 təqdim etdikləri icmal siyahı əsasında təhlil edilmiş, həmin icmal siyahılar təhlil ediləndə sual doğuran məqam aşkar edilməmiş, bu səbəbdən də istehsalçı Səbuhi Ağayevin sənədlərindəki natamamlıq görünməmişdir. Səbuhi Ağayev Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin İsmayıllı rayon kənd təsərrüfat idarəsinə qarşı, üçüncü şəxslər İsmayıllı rayon Qalacıq bələdiyyəsi və İsmayıllı rayon Qalacıq kənd komissiyası cəlb edilməklə, “2016-cı ildə buğda əkilmiş 60 ha torpaq sahəsinə 15 ha hissəsinə görə ödənilməli olan 1350 manat və 2017-ci ildə buğda əkilmiş 60 ha torpaq sahəsinə görə ödənilməli olan 5400 manat subsidiya olmaqla, cəmi 6750 manat subsidiyanın verilməsi üçün sənədlərin qəbul edilməsinin və subsidiyanın ödənilməsinin təmin edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə iddia ilə Şəki-İnzibat İqtisadi məhkəməsinə müraciət etsə də, məhkəmə onun iddiasını təmin etməmişdir. Səbuhi Ağayevin illər üzrə təqdim etdiyi sənədlərdəki hər hansı bir saxtalığın olmasını aşkar etmək rayon komissiyasının işi olmamış, hətda, məhkəmə prosesində belə bunlar üzə çıxmamış, bunun üçün ixtisaslaşmış ekspertizanın keçirilməsi zəruri olmuş, o bunu məhkəmə prosesi gedişində tələb etsə də, tələbi təmin olunmamışdır. Məhkəmə prosesində iddiaçının nümayəndəsi Təqsirləndirilən şəxs xx.xx.2006-cı il tarixli müqaviləni, eləcə də iki ayrı-ayrı yerqurluşu lahiyyəsindən çıxarışı təqdim etmiş, guya xx.xx.2006-cı il tarixli icarə müqaviləsi ilə Qalacıq bələdiyyəsinin ehtiyat fondunda olan 60 hektar torpaq sahəsinin Səbuhi Ağayevə 15 illik müddətinə icarəyə verilməsini bildirmiş, o da bir müqavilə ilə iki müxtəlif yerqurluşundan çıxarışın verilməsinin məntiqə uyğun olmadığını bildirmiş, həmin məsələnin aydınlaşdırılmasını tələb etmiş, Şəki-İnzibati İqtisad məhkəməsi DƏDRX-in 9 saylı X58 sorğu vermiş, sorğuda qeyd olunan yerqurluşundan çıxarışlar şərti olaraq 1 və 2 adı altında nömrələnərək göndərilmiş, adı çəkilən idarədən məhkəməyə ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubunda iddiaçının icarəsində olan torpaq sahəsinin yerqurluşu lahiyyəsindən çıxarışlara münasibətdə qeyd etmişdir ki, 1 nömrəli sxem kimi nömrələnmiş sxemdə iddiaçının adına qeyd olunmuş torpaq sahəsini idarədə mövcud olan DWJ baza məlumatlarına əsasən təyinatı BEF, uqodyası əkindir, 2 nömrəli sxem kimi nömrələnmiş sxemdə iddiaçının adına qeyd olunmuş torpaq sahəsi isə idarədə mövcud olan DWJ baza məlumatlarına əsasən təyinatı bələdiyyənin kənd təsərrüfatlı kolluq ərazisidir. Bir müqavilə əsasında iki müxtəlif yerqurluşu çıxarışı mövcud olmaqla həmin yerqurluşundakı çıxarışlarda nəzərdə tutulan torpaq sahələrinin təyinatı da fərqli olduğunu qeyd etmişdir. Bundan sonra, X68- İnzibat İqtisadi məhkəməsinin qətnaməsindən Şəki Ağellyasiya məhkəməsinə şikayət etmiş, Şəki Ağellyasiya məhkəməsi onun şikayətini təmin edərək Şəki-İnzibat İqtisadi məhkəməsinin qətnaməsini ləğv etmiş, bundan sonra kassasiya şikayəti vermiş, lakin Ali Məhkəmənin mülki işlər üzrə kollegiyası onun şikayətini təmin etməmiş, birinci inistansiya məhkəməsindən başlayaraq rəhbəri olduğu idarəni cavabdeh qismində tanımış, lakin rəhbəri olduğu idarə istehsalçıya bilavasitə dövlət büdcəsi vəsaiti hesdabına yardımın ayrılmasını təmin etmədiyi üçün həmin səlahiyyət elə Respublika Komissiyasına məxsus olmuş, Şəki-İnzibati-İqtisadi məhkəmsinin qərarını Respublika komissiyasına baxılması üçün göndərmiş, Respublika komissiyası isə həmin məsələyə baxacağını bildirmiş, bundan sonra Respublika komissiyası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə sorğu vermiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsidə cavabında X17 icarəyə torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 9 saylı X58 müraciət daxil olmaması və həmin icarəyə götürülmüş torpaq sahəsi barədə elektron məlumat bazasında heç bir məlumat olmaması bildirilmiş, rayon komissiyasının rəhbəri kimi işçi qrupu vasitəsi ilə kənd ərazi komissiyaları tərəfindən təqdim olunan icmal siyahılara uyğun təhlillər aparmış, bu müddət ərzində də sual doğuran məqam aşkar edilmədiyi üçün qeyd edilən müqavilələrdəki fərqliliyi görə bilməmiş, həmin məsələni 2017-ci ildə aşkar edib Səbuhi Ağayevə dövlət büdcəsi vəsaiti hesabına yardım verilməsinin qarşısını almış, lakin məhkəmələr əsasız qərar qəbul edib Səbuhi Ağayevə vəsait ayrılması barədə qərar qəbul etmiş, lakin cavabdeh orqan kimi İsmayıllı DAİM qoyulduğundan qərar bu günə qədər icra olunmamışdır. Rayon komissiyasının rəhbəri kimi ancaq kənd ərazi komissiyasının təqdim etdiyi icmal siyahını təhlil etmiş, hər hansı bir sual doğuran hal aşkar etməmiş, istehsalçı tərəfindən bilavasitə əkilmiş və həmin əkilən sahənin kimə məxsus olması, neçə hektar olması, sənədlərin tələb olunan səviyyədə olub-olmamasını bilavasitə müəyyən edən kənd ərazi komissiyası olmuş, rayon komissiyası yalnız kənd ərazi komissiyaları tərəfindən təqdim olunan icmal siyahılara uyğun təhlil aparmış, istehsalçıların reallıqda nə qədər əkin əkmələrinin, sənədlərinin düz olub-olmamasını görmələri mümkün olmamış, sadəcə sual doğuran məqam olanda kənd ərazi komissiyası ilə birlikdə yerində həmin məsələ araşdırılıb qərar qəbul edilmiş, bu illər ərzində X67 komissiyasından daxil olan icmal siyahıda Səbuhi Ağayev ilə bağlı sual doğuran məqam aşkar edilməmiş, eləcə sənədin saxta olub-olmamasını müəyyən etmək üçün mütəxəssis olmadıqlarından o, rayon komissiyasının işçi qrupu illər üzrə Səbuhi Ağayevin kənd ərazi komissiyasına təqdim etdikləri sənədlərdəki çatışmazlığı görə bilməmişdir. Bununla belə həmin çatışmazlıq 2017-ci ildə tərfindən aşkar edilmiş və bununla bağlı məhəkəmə qarşısında məsələ qaldırılmış, bu illər ərzində Səbuhi Ağayevə ödənilən pulun geri qaytarılmasını tələb etmişdir. Məhkəmə iclasında şahid X34 ifadəsində göstərmişdir ki, 1993-2001-ci illərdə keçmiş Dövlət Torpaq Komitəsinin İsmayıllı rayon şöbəsində, 2001-2015-ci illərdə isə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsində baş məsləhətçi, 2015-2018-ci illərdə isə Əmlak Məsələləri Dövlət Komitəsinin Qəbələ ərazi şöbəsində məsləhətçi-müfəttişdir. 2006-cı ildə ləğv edilmiş DTXK-nin İsmayıllı rayon Şöbəsində baş məsləhətçi vəzifəsində işləmiş, İsmayıllı rayon Qalacıq kəndi “Qalacıq” təsərrüfatının yerquruluşu lahiyyəsindən çıxarış sənədi xx xxxxxx 2006-cı il tarixdə onun tərəfindən hazırlanmış, həmin çıxarışda X43 bələdiyyəsinin mülkiyyətində olan 60 ha kolluq sahənin icarəyə verilmiş torpaq sahəsini əks etdirən cizgi olduğunu bildirmişdir. Bununla belə, ona təqdim edilən ikinci İsmayıllı rayon Qalacıq kəndi “Qalacıq” təsərrüfatının yerquruluşu lahiyyəsindən çıxarışın baş tərəfində “Azərbaycan Respublikası İsmayıllı rayonu, Qalacıq kəndi, Qalacıq təsərrüfatının Yerqurluşu Lahiyyəsindən çıxarış Miqyas 1:10000 Təsdiq edilmiş, Qalacıq bələdiyyəsinin sədri M.S.Ağayev” yazısı, eləcə də çıxarışın aşağısındakı “DT və XK-nin İsmayıllı rayon şöbəsinin müdiri A.Xıdırov, İsmayıllı rayon şöbəsinin baş məsləhətçisi İ.Babayev, istifadəçi:” sözləri onun tərəfindən yazılsa da, lakin həmin çıxarışdakı cizgi, cizginin içərisində olan yazılar və qeyd edilən çıxarış sənədinin sol tərəfində yazılmış “Litir-A” Qalacıq kənd sakini X21 15 (on beş) il müddətinə icarəyə verilmiş torpaq sahəsi S=60.0 (altmış) hektar, eyni zamanda çıxarışın aşağı sağ küncündə olan S.Ağayev sözləri onun tərəfindən yazılmadığını, həmin sözlərin sonradan kimliyi bilinməyən şəxs tərəfindən çıxarış sənədinə əlavə edildiyini, qeyd olunan çıxarışda Akif Xıdırovun adının qarşısındakı imzanın sonuncuya, eləcə də adının qarşısında olan imzanın ona məxsus olmadığını bildirmişdir. Bundan əlavə ismayıllı rayon Qalacıq kəndi “Qalacıq” təsərrüfatının yerquruluşu lahiyyəsindən çıxarış sənədinin yuxarı hissəsində sağ tərəfdə qeyd edilmiş Təsdiq edirəm: Qalacıq bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs sözlərinin qarşısındakı imza qrafasında Qalacıq bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs imzası olmamışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci tarixli 1907 nömrəli “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” sərəncamın icrası ilə əlaqədar olaraq İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının x xxxx 2007-ci il tarixli, 21 nömrəli sərəncamı ilə istehsalçıların siyahısını tərtib etmək və onlara becərdikləri hər hektar əkin sahəsinə və çoxillik əkmələrə görə dövlət büdcəsinin vəsaiti hesabına 40 manat yardım verilməsinin təmin olunması üçün komissiya yaradılmış və o, həmin komissiyanın tərkibində olmuş, kənd ərazi komissiyaları tərəfindən istehsalçılara aid sənədlər rayon komissiyasına daxil olmuş, həmin vaxt daxil olan sənədlər kifayət qədər çox olduğundan komissiyanın üzvləri onlara verilmiş qısa 10 gün müddətində həmin sənədləri tam şəkildə və ətraflı baxaraq təhlil etmək fiziki cəhətdən mümkün olmamış, bununla belə komissiya üzvləri və işçi qrupu tərtib olunmuş icmal siyahılara uyğun olaraq istehsalçıların neçə hektar əkin işləri aparmasını yoxlamış, şübhəli hal olduqda isə həmin məsələ ilə bağlı X26 iştirakı ilə yerində əraziyə baxış keçirilmiş, məsələ yerində araşdırılmışdır. Onun əsasən rayon üzrə dövlət vəsaiti hesabına yardım almaq üçün müraciət edən istehsalçıların əkdiyi əkin sahələrinin keçmiş Dövlət Torpaq Xəritəçəkmə Komitəsində məlum olan rayon üzrə əkin sahələri ilə uyğunluğunu yoxlamaqdan ibarət olmuş, o istehsalçıların sənədlərini bir-bir oturub təhlil etməmiş, adətən, şübhəli hal olduqda həmin məsələ yerində araşdırılmışdır. Səbuhi Ağayevə qeyd etdiyi kimi Qalacıq bələdiyyəsinə aid 60 ha kolluq sahədən torpaq icarəyə verilmiş, yuxarıda qeyd olunan aktın tərtib edilməsində, eləcə də Qalacıq bələdiyyəsinin ehtiyat fondundan Səbuhi Ağayevə icarəyə verilmiş 60 ha torpaq sahəsinin ölçülməsində iştirak etməmiş, aktda adının qarşısında olan imza ona məxsus olmadığı, kimə məxsus olduğunu isə bilmədiyini qeyd etmiş, X57 bələdiyyəsinin ehtiyat fondundan yox, kolluq sahədən 60 ha torpaq icarəyə verilmiş, həmin aktın tərtib olunmasında iştirak etmiş, aktda qeyd olunanların doğru olduğunu, aktda adının qarşısında olan imzanın ona məxsus olduğunu bildirmişdir. Səbuhi Ağayevin təqdim etdiyi sənədlər barədə məlumatı olmamış, onun təqdim etdiyi sənədlərlə tanış olmamış, həmin sənədlərdə hər hansı bir şübhəli məqam aşkar olunmamışdır. Məhkəmə iclasında Şahid15 ifadəsində göstərmişdir ki, xx xxx 2016-cı il tarixdə İsmayıllı rayon X27 (indiki İsmayıllı Dövlət X44) torpaq məsələləri üzrə baş məsləhətçi kimi işə qəbul edilmiş, işinin torpaq məslələri üzrə yaranan hər hansı bir çətinlikdə mütəxəssis kimi kömək etməkdən ibarət olmuşdur. xx xxx 2016-cı ildən istehsalçılara, yəni taxıl və digər dənli bitkiləri əkən kənd sakinlərinə yardım məqsədi ilə dövlət büdcəsi vəsaiti hesabına yardım verilməsi ilə bağlı İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilə İsmayıllı rayon komissiyasının üzvü seçilmiş, bu günə qədər də həmin komissiyanın üzvüdür. Komisyanın üzvü kimi işi kənd komissiyalarından daxil olan sənədləri komissiya üzvləri ilə birlikdə gözdən keçirmək, əkilmiş sahələrin rəqəmlərinin uyğunluğunu yoxlamaq, şübhə doğuran məqamlar olduqda isə həmin məsləni yerində araşdırmaqdan ibarət olmuşdur. Komissiyanın üzvü olduğu müddətdə nəzərdən keçirdiyi kənd komissiyaları tərəfindən daxil olan sənədlərdə şübhəli bir hal aşkar etməmişdir. 2017-ci ildə X67 komissiyasından İsmayıllı rayon komissiyasına istehsalçı Səbuhi Ağayev tərəfindən dövlət büdcəsi vəsaiti hesabına yardım alamq üçün təqdim olunan sənədlər nəzərdən keçirilərkən həmin sənədlərdə çatışmazlıq aşkar olunmuşdur. 2017-ci ildən başlayaraq bütün istehsalçıların əkin sahələri ilə bağlı təqdim etdikləri əkin apardıqları torpaqlara dair sənədlər döblət qeydiyyatından keçirilməsi, yəni Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən qeydiyyata alınması tələbi qoyulmuş, Səbuhi Ağayevin təqdim etdiyi əkin işləri apardığı ilkin texniki sənədlərin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən qeydiyyata alınmadığı müəyyən edilmiş, istehsalçı Səbuhi Ağayevə həmin sənədlərin dövlət qeydiyyatından keçirildikdən sonra müraciət edilməsi bildirilmiş, sonuncunun təqdim etdiyi torpaq ilə bağlı sənədlərinə baxdıqda Səbuhi Ağayevin əkin aparması kimi qeyd olunan Qalacıq bələdiyyəsinin ehtiyat fondunda olan torpaq sahəsindən 20 ha torpaq sahəsinə dair həmin kəndin sakini, şəhid ailəsi olan Şahid2 adına həmin 20 ha torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin çıxarışının olduğu müəyyən olunmuş, qeyd olunan səbəblərdən Səbuhi Ağayevə dövlət büdcəsi vəsaiti hesabına yardım verilməsindən imtina edilmişdir. Səbuhi Ağayev isə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin İsmayıllı rayon X18rşı 2016-cı ildə buğda əkilmiş 60 ha torpaq sahəsinin 15 ha hissəsinə ödənilməli olan 1350 manat və 2017-ci ildə buğda əkilmiş 60 ha torpaq sahəsinə ödənilməli olan 5400 manat subsidiya olmaqla, cəmi 6750 manat subsidiyanın verilməsi üçün sənədlərin qəbul edilməsi və subsidiyanın verilməsi ilə bağlı Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ilə müraciət etmiş, həmin məhkəmə proseslərində mütəxəsis qismində iştirak etmiş, prosesin gedişində Səbuhi Ağayevin əkdiyini qeyd etdiyi Qalacıq bələdiyyəsinə məxsus ehtiyat fonduna aid olan 60 ha torpaq sahəsinin 6 nəfər kənd sakinin icarəsində olduğu müəyyən edilmiş, həmin vaxta qədər bununla bağlı məlumat və hər hansı bir şübhə doğuran hal aşkar olunmamış, Şəki İnzibati-İqtisadi Məhkəməsi Səbuhi Ağayevin iddiasını təmin etməsə də, sonradan Apellyasiya və Ali Məhkəmə onun iddiasını təmin etmiş, Səbuhi Ağayevin təqdim etdiyi sənədlərin torpaq sahəsi üzrə mütəxəsis kimi təhlil edərkən natamam olduğunu, düzgün sənədlər olmadığını müəyyən etmiş, başqa bir məhkəmə prosesində həqiqətəndə Səbuhi Ağayevin əkdiyi torpaq sahəsi ilə bağlı sənədlərin saxta olduğu müəyyən olunmuşdur. Məhkəmə iclasında Şahid6 ifadəsində göstərmişdir ki, 2005-ci ildə keçirilən bələdiyyə seçkilərində öz namizədliyini irəli sürmüş, həmin seçkilərdə bələdiyyənin üzvü seçilmiş, bələdiyyənin üzvü seçilən ili Təqsirləndirilən şəxs bələdiyyənin sədri seçilmişdir. Təqsirləndirilən şəxs işlərinin düzgün olmadığını başa düşdüyündən, buna həmişə etiraz etdiyindən sonuncu onunla ədavət aparmış, bələdiyyə üzvü olduğu vaxtda keçirilən iclaslarda demək olar ki, iştirak etməmiş, hər hansı bir sənədə imza etməmişdir. xx xxxxxx 2006-cı il tarixli, 09 saylı iclas protokoldakı yazılar Nəcəf Babayevin yazısına oxşadığını bildirmiş, X65 bələdiyyəsinin ərazisindən icarəyə torpaq sahəsinin verilməsi ilə bağlı iclasda iştirak etməmiş, X57 bələdiyyəsinin ehtiyat fondundan torpaq sahəsi icarəyə verilmişdirsə, bu qanunsuz olmuş, çünki həmin torpaq sahələri digər kənd sakinlərinin icarəsində olmuşdur. Məhkəmə iclasında Şahid10 ifadəsində göstərmişdir ki, 2005-ci ildə seçkilərdə bələdiyyənin üzvü seçilmiş, bələdiyyənin üzvü olan vaxt sosial məsələlər üzrə komissiya sədri olmuşdur. Bələdiyyə üzvü olduğu müddətdə keçirilən bələdiyyə iclaslarında iştirak etsə də, X21 60 hektar torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı iclasda iştirak etməmiş, bundan xəbəri olmamışdır. X65 bələdiyyəsinin ərazisindən icarəyə torpaq sahəsinin verilməsi ilə bağlı iclasda iştirak etməmiş, xx xxxxxx 2006-cı il tarixli, 09 saylı iclas protokolun kim tərəfindən tərtib olunduğunu bilməmişdir. X1, Şahid7, X11, X5, Şahid5, X4 icarə müqavilələrinin ləğv edilməsi ilə bağlı iclasda iştirak edib-etmədiyini xatırlamadığını bildirmiş, xx xxx 2006-cı il tarixli, 05 saylı iclas protokolda adının qarşısında olan imza ona məxsus olsa da, savadsız olduğundan, yəni yazılan sənədlərdən anlayışı olduğundan bələdiyyə üzvü kimi inanıb imza çəkmiş, lakin protokolun mahiyyətini bilməmişdir. Məhkəmə iclasında şahid X15 ifadəsində göstərmişdir ki, 2005-ci ildə keçirilən bələdiyyə seçkilərində Qalacıq bələdiyyəsinin üzvü seçilmiş, Təqsirləndirilən şəxs isə bələdiyyənin sədri seçilmişdir. O, bələdiyyənin üzvü olduğu müddətdə keçirilən bələdiyyə iclaslarında iştirak etsə də, X21 60 hektar torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı iclasda iştirak etməmiş, xx xxxxxx 2006cı il tarixli, 09 saylı iclas protokolun kim tərəfindən tərtib olunduğunu bilməmişdir. Məhkəmə iclasında Şahid8 ifadəsində göstərmişdir ki, 2005-ci ildə keçirilən bələdiyyə seçkilərində Qalacıq bələdiyyəsinin üzvü seçilmiş, Təqsirləndirilən şəxs isə bələdiyyənin sədri seçilmişdir. Qalacıq bələdiyyəsinin üzvü olan vaxt eyni zamanda da Qalacıq kənd orta məktəbində müəllim işləmiş, müəllim kimi əmək haqqı almış, bələdiyyə üzvü kimi isə əmək haqqı almamış, bələdiyyənin üzvü olduğu müddətdə keçirilən bələdiyyə iclaslarında iştirak etməmiş, nə də bu barədə ona məlumat verilməmişdir. xx xxxxxx 2006-cı il tarixli, 09 saylı iclas protokolun kim tərəfindən tərtib olunduğunu bilməmiş, X65 bələdiyyəsinin ərazisindən icarəyə torpaq sahəsinin verilməsi ilə bağlı iclasda iştirak etməmişdir. X1, Şahid7, X11, X5, Şahid5, X4 icarə müqavilələrinin ləğv edilməsi ilə bağlı iclasda iştirak etməmiş və xx xxx 2006-cı il tarixli, 05 saylı iclas protokolundan xəbəri olmamışdır. Məhkəmə iclasında Şahid14 ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 2015-ci ildən isə İsmayıllı Rayon İcra Hakimiyyətinin Qalacıq kənd İƏD-si üzrə nümayəndəsi vəzifəsinə təyin olunmuşdur. Nümayəndə təyin olunduqdan sonra eyni zamanda kənd ərazi komissiyasının sədri vəzifəsini də icra etmidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2015-ci il tarixli, 283 nömrəli qərarı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi qaydaları”na əsasən dövlət büdcəsi vəsaiti hesabına yardımlar ildə bir dəfə verilmiş, buna görə də 2016-cı ilin may ayında sənədləri kənd ərazi komissiyası qəbul etmiş, Təqsirləndirilən şəxs oğlu Səbuhi Ağayevin adından kənd ərazi komissiyasına hər il olduğu kimi həmin ildə əkin apardığı torpaq sahəsinin sənədlərini təqdim etmişdir. X51 bələdiyyəsi ilə bağladığı icarə müqaviləsini, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinin rəyini, akt və “Qalacıq” təsərrüfatının yerquruluşu lahiyyəsindən çıxarışı, o cümlədən digər Qalacaıq bələdiyə torpaqlarının icarədarlarının sənədlərini İsmayıllı rayon komissiyasına təqdim etmiş, İsmayıllı rayon komissiyasın mütəxəsisi Paşa Məmmədov iki gün sonra ona zəng edib təqdim etdiyi sənədləri əsli ilə natariusda təsdiq olunduqdan sonra gətirməyini, bundan sonra subsidiyanın ayrılması üçün Kənd Təsərrüfat Nazirliyinə göndəriləcəyini bildirdiyindən icarədarları çağırıb ümumi vəziyyəti izah edib təqdim etdikləri sənədləri natarial qaydada təsdiq etdikdən sonra təqdim etmələrini bildirmişdir. Səbuhi Ağayev və digər icarədarlar həmin sənədləri natariusda təqdim etdikdən sonra kənd ərazi komissiyasına təqdim etmişlər, elə həmin ildə qeyd edilən sənədlər əsasında Səbuhi Ağayevə digər icarədarlara subsidiya ayrılmışdır. 2017-ci ildə Səbuhi Ağayev yenidən subsidiya almaq üçün kənd ərazi komissiyasına müraciət etmiş, müvafiq sənədlərini təqdim etmiş, həmişəki kimi Səbuhi Ağayevin və digər icarədarların sənədlərini toplayıb İsmayıllı rayon komissiyasına təqdim etmişdir. İsmayıllı rayon komissiyasından bələdiyələrin əkin sahələrinə subsidiya verilməsi üçün icarədarla bələdiyyə arasında icarə müqaviləsinin natariusda təsdiq edilməklə təqdim edilməsi bildirilmiş, Səbuhi Ağayevi və digər icarədarları dəvət edib icarə müqavilələrinin natariusda təsdiq olunmalı olduğunu bildirmiş, Səbuhi Ağayev natariusa müraciət etdikdən sonra natarius imtina cavabı vermiş, buna əsas isə icarədarla Qalacıq bələdiyyəsi arasında bağlanmış icarə müqaviləsinin Daşınmaz Əmlakın Dövlət Reysterində qeydiyata alınmaqla çıxarış alındıqdan sonra həmin icarə müqavilələrinin təsdiq olunacağı bildirilmiş, elə buna görə də həmin il Səbuhi Ağayevə subsidiya verilməmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X29 ifadəsində göstərmişdir ki, 2005-ci ildə keçirilən bələdiyyə seçkilərində Qalacıq bələdiyyəsinin üzvü seçilmiş, Təqsirləndirilən şəxs isə bələdiyyənin sədri seçilmişdir. Qalacıq bələdiyyəsinin üzvü olan vaxt bələdiyyənin mühasibi olmuşdur. X57 bələdiyyəsinin ərazisindən icarəyə torpaq sahəsinin verilmişdir. Həmin torpaq sahəsinin Bələdiyyənin bir neçə iclasda iştirak etmişdir. X1, Şahid7, X11, X5, Şahid5, X4 icarə müqavilələrinin ləğv edilməsi ilə bağlı iclasda iştirak etməmiş və xx xxx 2006-cı il tarixli, 05 saylı iclas protokolundan xəbəri olmamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-xətşünaslıq ekspertizasının xx xxxx 2019-cu il tarixli 6762 nömrəli rəyindən görünür ki, “Qalacıq” təsərrüfatının yerqurluşu lahiyyəsindən çıxarışın kserosurətində qırmızı rəngli rəngləyici maddə ilə haşiyələnmiş, “B.E.F, ək, A, LİTİR-A, Qalacıq kənd sakini X21 15 (on beş) il müddətinə icarəyə verilmiş torpaq sahəsi S=60.0 (altmış) hek, S.Ağayev” yazıları – X29 tərəfinizdən icra olunmuşdur. xx xxxxxx 2006-cı il tarixli aktın kserosurətində “İ.Babayev” soyadı önündə əks olunmuş imza X34 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. “Qalacıq” təsərrüfatının yerqurluşu lahiyyəsindən çıxarışın kserosurətində “İ.Babayev” soyadı önündə əks olunan imzanın X34 tərəfindən, X29 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunubolunmamasını, eləcə də xx xxxxxx 2006-cı il tarixli aktın kserosurətində “İ.Babayev” soyadı önündə əks olunan imzanın X29 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunubolunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır, yəni tədqiq olunan imzalarda qrafik materialın azlığı, cizgilərin sadəliyi, kserosurət çıxarılan zaman imzaların hərf və cizgilərinin aydın və dəqiq əks olunmaması müqayisə vaxtı imkan vermir ki, qəti bir (müsbət və ya mənfi) rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyyatını seçib ayırmaq mümkün olsun. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-xətşünaslıq ekspertizasının x xxx 2019-cu il tarixli 9462 nömrəli rəyindən görünür ki, “Qalacıq” təsərrüfatının yerqurluşu lahiyyəsindən çıxarışın kserosurətində qırmızı rəngli rəngləyici maddə ilə haşiyələnmiş, “B.E.F, ək, A, LİTİR-A, Qalacıq kənd sakini X21 15 (on beş) il müddətinə icarəyə verilmiş torpaq sahəsi S=60.0 (altmış) hek, S.Ağayev” yazıları – X29 tərəfinizdən icra olunmuşdur. xx xxxxxx 2006-cı il tarixli aktın kserosurətində “İ.Babayev” soyadı önündə əks olunmuş imza X34 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. xx xxxxxx 2006-cı il tarixli aktın kserosurətində “S.Ağayev” yazıları önündə əks olunmuş imza X35 tərəfindən icra olunmuşdur. xx xxxxxx 2006-cı il tarixli 01 saylı müqavilənin kserosurətində “İcarəverən” qrafasında əks olunmuş imza və xx xxxxxx 2006-cı il tarixli 01 saylı müqavilənin kserosurətində “İcarəverən” qrafasında əks olunmuş imza Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. x xxxxxxx 2008-ci il tarixli müqavilənin kserosurətində “İİ Tərəf” qrafasında əks olunmuş imza, xx xxxxxx 2006-cı il tarixli 01 saylı müqavilənin kserosurətində “İcarəçi” qrafasında əks olunmuş imza X29 tərəfindən yox, Təqsirləndirilən şəxs tərəfindən yox, X34 tərəfindən yox, X55 tərəfindən yox, X34 tərəfindən yox, X35 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Materialın İİ cildinin 183-cü vərəqəsində olan lahiyədən çıxarış adlı sənədin kserosurətində əks olunmuş imzanın, xx xxxxxxx 2009-cu il, xx xxx 2013-cü il, x xxxx 2013-cü il tarixli icarə müqavilələrinin kserosurətlərində əks olunmuş yazıların və imzaların X34, X55, Təqsirləndirilən şəxs, X29 və X35 tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır, yəni tədqiq olunan sənədlər keyfiyyətsiz kserosurət olduğundan, hərəkətlərin başlanğıc və bitmə nöqtələrini izləmək mümkün olmadığından, tədqiq olunan imza özündə informativ əlamətlər saxlamayan sadə cizgilərdən ibarət olduğudan, müsbət və ya mənfi rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyatını tapıb qiymətləndirmək mümkün deyildir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-xətşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 697 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, X17 adından olan xx xxxxxx 2011-ci il tarixli ərizə-məlumatda “İmza, tarix” qarafasındakı imza, xx xxxxxx 2011-ci il tarixli 255 nömrəli baxış aktında “İmzalar: 5” qrafasındakı imza, X17 adından olan xx xxx 2012-ci il tarixli ərizədə “İmza:” qrafasındakı imza, X17 adından olan xx xxx 2012-ci il tarixli məlumat cədvəlində “imzası, möhür” qrafasındakı imza, xx xxx 2012-ci il tarixli 267 nömrəli baxış aktında “İmzalar: 6.” qrafasındakı imza, xx xxx 2013-cü il tarixli 274 nömrəli baxış aktında “İmzalar: 6.” qrafasındakı imza, X17 adından olan xx xxxxxx 2014-cü il tarixli ərizə-məlumatda “İmza, tarix” qarafasındakı imza, xx xxxxxx 2014-cü il tarixli 305 nömrəli baxış aktında “İmzalar: 6” qrafasındakı imza, X17 adından olan xx xxx 2016-ci il tarixli ərizədə “İmza” qrqfasındakı imza, X17 adından olan xx xxx 2016-cı il tarixli məlumat cədvəlində “imza” qrafasındakı imza, xx xxx 2016-cı il tarixli əkin sahələrinə baxış aktında “Aktın doğruluğunu imzalarımızla təsdiq edirik: 6” və “Aktın surətini aldım:” qrafalarındakı imzalar - X35 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, X17 adından olan 2007-2008-ci illərə aid tarixsiz ərizədə “İmza” qrafasındakı imza, xx xxxxxx 2008-ci il tarixli aktda “İmzalar: 2.” qrafasındakı imza, x xxxxxxx 2008-ci il tarixli 10 nömrəli icarə müqaviləsində “Qalacıq bələdiyyəsinin sədri:” qrafasındakı imza, xx xxxxxx 2009-cu il tarixli aktda “İmzalar: 2” qrafasındakı imza, xx xxx 2009cu il tarixli aktda “İmzalar: 2” qrafasında imza - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, xx xxxxxx 2006-cı il tarixli 09 nömrəli iclas protokolundan çıxarışın kserosurətində əks olunmuş əlyazmalar və “Bələdiyyənin sədri:” qrafasında əks olunmuş imza - X29 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, X17 adından olan xx xxxxxx 2008-ci il tarixli məlumat cədvəlində “imza” qrafasındakı imza, xx xxxxxx 2008-ci il tarixli aktda “İmzalar: 5.” qrafasındakı imza, X17 adından olan xx xxxxxx 2009-cu il tarxli ərizədə “İmza” qrafasındakı imza, X17 adından olan x xxxxxx 2009-cu il tarixli məlumat cədvəlində “İmza” qrafasındakı imza, x xxxxxxx 2008-ci il tarixli 10 nömrəli icarə müqaviləsində “İİ Tərəf İsmayıllı rayon sakini” qrafasındakı imza, xx xxxxxx 2009-cu il tarixli aktda “İmzalar: 5” qrafasındakı əks olunmuş imza,xx xxxxxx 2006-cı il tarixli 01 nömrəli icarə müqaviləsinin kserosurətində “İcarəçi” qrafasında əks olunmuş imza, X17 adından olan xx xxx 2009-cu il tarixli ərizədə “İmza” qrafasındakı imza, xx xxx 2009-cu il tarixli məlumat cədvəlində “imza, möhür” qrafasındakı imza, xx xxx 2009-cu il tarixli aktda “İmzalar:5” qrafasında imza, xx xxxxxx 2010-cu il tarixli ərizədə, “İmza:” qrafasındakı imza, x xxxxxx 2010-cu il tarixli məlumat cədvəlində “İmza:” qrafasındakı imza, xx xxxxxx 2010-cu il tarixli aktda “İmzalar: 6” qrafasındakı imza, xx xxxxxx 2006-cı il tarixli 01 nömrəli müqavilənin kserosurətində “İcarəçi” qrafasında əks olunmuş imza, xx xxxxx 2010-cu il tarixli ərizədə “İmza” qrafasındakı imza, xx xxxxx 2010-cu il tarixli məlumat cədvəlində “imzası,möhür” qrafasındakı imza, xx xxxxx 2010-cu il tarixli aktın “İmzalar: 5” qrafasındakı imza, xx xxxxxx 2006-cı il tarixli 01 nömrəli müqavilənin kserosurətində “İcarəçi” qrafasında əks olunmuş imza, xx xxx 2011-ci il tarixli ərizədə “İmza” qrafasındakı imza, xx xxx 2011-ci il tarixli ərizədə “İmza,möhür” qrafasındakı imza, xx xxx 2011-ci il tarixli 280 nömrəli baxış aktında “İmzalar: 5” qrafasındakı imza, xx xxx 2011-ci il tarixli 280 nömrəli baxış aktında “İmzalar: 5” qrafasındakı imza, xx xxxxxx 2006-cı il tarixli 01 nömrəli müqavilənin kserosurətində “İcarəçi” qrafasında əks olunmuş imza, xx xxxxxx 2006-cı il tarixli 01 nömrəli müqavilənin kserosurətində “İcarəçi” qrafasında əks olunmuş imza, xx xxxxxx 2006-cı il tarixli 01 nömrəli müqavilənin kserosurətində “İcarəçi” qrafasında əks olunmuş imza, xx xxxxxx 2012-ci il tarixli ərizə-məlumatda “İmza,tarix” qrafasındakı imza, xx xxxxxx 2012-ci il tarixli 279 nömrəli baxış aktında “İmzalar: 6” qrafasındakı imza, xx xxxxxx 2006-cı il tarixli 01 nömrəli müqavilənin kserosurətində “İcarəçi” qrafasında əks olunmuş imza, x xxxxxxx 2012-ci il tarixli 02 nömrəli icarə müqaviləsinin kserosurətində “İİ Tərəf, İsmayıllı rayon kənd sakini:” qrafası qarşısında əks olunmuş imza, xx xxx 2013-cü il tarixli ərizədə “İmza” qrafasındakı imza, xx xxx 2013-cü il tarixli məlumat cədvəlində “İmza,möhürü” qrafasındakı imza, xx xxxxxx 2013-cü il tarixli ərizə-məlumatda “imza,tarix” qrafasındakı imza, xx xxxxxx 2013-cü il tarixli 242 nömrəli baxış aktında “İmzalar: 6” qrafasındakı imza, xx xxx 2013-cü il tarixli 07 nömrəli icarə müqaviləsinin kserosurətində “İİ Tərəf, İsmayıllı rayon kənd sakini:” qrafası qarşısında əks olunmuş imza, xx xxx 2014-cü il tarixli ərizədə “İmza” qrafasındakı imza, xx xxx 2014-cü il tarixli məlumat cədvəlində “Ağayev S.M” yazıları qarşısındakı imza, xx xxx 2014-cü il tarixli 274 nömrəli baxış aktında “İmzalar: 6” qrafasındakı imza, x xxxx 2013-cü il tarixli 08 nömrəli icarə müqaviləsinin kserosurətində “İİ Tərəf, İsmayıllı rayon kənd sakini:” qrafası qarşısında əks olunmuş imza, xx xxxxxx 2006-cı il tarixli 01 nömrəli müqavilənin kserosurətində “İcarəçi” qrafasında əks olunmuş imza - X35 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, X17 adından olan xx xxxxxx 2009-cu il tarxli ərizədə “İmza” qrafasındakı imza, X17 adından olan x xxxxxx 2009-cu il tarixli məlumat cədvəlində “İmza” qrafasındakı imza, xx xxx 2009-cu il tarixli ərizədə “İmza” qrafasındakı imza, xx xxx 2009-cu il tarixli məlumat cədvəlində “imza,möhür” qrafasındakı imza, xx xxxxxx 2010-cu il tarixli ərizədə, “İmza:” qrafasındakı imza, x xxxxxx 2010-cu il tarixli məlumat cədvəlində “İmza:” qrafasındakı imza, xx xxxxxx 2010-cu il tarixli aktda “İmzalar: 2” qrafasındakı imza, xx xxxxxx 2010-cu il tarixli aktda “İmzalar: 3” qrafasındakı imza, xx xxxxxx 2010-cu il tarixli aktda “İmzalar: 4” qrafasındakı imza, xx xxxxxx 2010-cu il tarixli aktda “İmzalar: 6” qrafasındakı imza, xx xxxxx 2010-cu il tarixli ərizədə “İmza” qrafasındakı imza, xx xxxxx 2010-cu il tarixli məlumat cədvəlində “imzası,möhür” qrafasındakı imza, xx xxxxx 2010-cu il tarixli aktın “İmzalar: 2” qrafasındakı imza, xx xxxxx 2010cu il tarixli aktın “İmzalar: 3” qrafasındakı imza, xx xxxxx 2010-cu il tarixli aktın “İmzalar: 1” qrafasındakı imza, xx xxxxx 2010-cu il tarixli aktın “İmzalar: 5” qrafasındakı imza, xx xxx 2011-ci il tarixli ərizədə “İmza” qrafasındakı imza, xx xxx 2011-ci il tarixli ərizədə “İmza,möhür” qrafasındakı imza, xx xxx 2011-ci il tarixli 280 nömrəli baxış aktında “İmzalar: 2” qrafasındakı imza, xx xxx 2011-ci il tarixli 280 nömrəli baxış aktında “İmzalar: 3” qrafasındakı imza, xx xxx 2011-ci il tarixli 280 nömrəli baxış aktında “İmzalar: 5” qrafasındakı imza, xx xxx 2011-ci il tarixli 280 nömrəli baxış aktında “İmzalar: 2” qrafasındakı imza, xx xxx 2011-ci il tarixli 280 nömrəli baxış aktında “İmzalar: 3” qrafasındakı imza, xx xxx 2011-ci il tarixli 280 nömrəli baxış aktında “İmzalar: 5” qrafasındakı imza, xx xxxxxx 2012-ci il tarixli ərizə-məlumatda “İmza,tarix” qrafasındakı imza, xx xxxxxx 2012-ci il tarixli 279 nömrəli baxış aktında “İmzalar: 6” qrafasındakı imza, xx xxxxxx 2013cü il tarixli ərizə-məlumatda “imza,tarix” qrafasındakı imza, xx xxxxxx 2013-cü il tarixli 242 nömrəli baxış aktında “İmzalar: 6” qrafasındakı imza Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, xx xxxxxx 2008-ci il tarixli aktda “İmzalar: 3.” qrafasındakı imza, xx xxxxxx 2009-cu il tarixli aktda “İmzalar: 4” qrafasındakı imza, xx xxx 2009-cu il tarixli aktda “İmzalar:3” qrafasında imza, xx xxxxxx 2010-cu il tarixli aktda “İmzalar: 4” qrafasındakı imza, xx xxxxx 2010-cu il tarixli aktın “İmzalar: 3” qrafasındakı imza, xx xxxxxx 2011-ci il tarixli 255 nömrəli baxış aktında “İmzalar: 3” qrafasındakı imza, xx xxx 2012-ci il tarixli 267 nömrəli baxış aktında “İmzalar:3” qrafasındakı imza, xx xxxxxx 2012-ci il tarixli 279 nömrəli baxış aktında “İmzalar: 3” qrafasındakı imza, xx xxx 2013-cü il tarixli 274 nömrəli baxış aktında “İmzalar: 3” qrafasındakı imza, xx xxxxxx 2013-cü il tarixli 242 nömrəli baxış aktında “İmzalar: 3” qrafasındakı imza, xx xxx 2014-cü il tarixli 274 nömrəli baxış aktında “İmzalar: 3” qrafasındakı imza, xx xxxxxx 2014-cü il tarixli 305 nömrəli baxış aktında “İmzalar:3” qrafasındakı imza, xx xxx 2016-cı il tarixli əkin sahələrinə baxış aktında “Aktın doğruluğunu imzalarımızla təsdiq edirik: 3” qrafasındakı imza - X38 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, xx xxxxxx 2006-cı il tarixli 01 nömrəli icarə müqaviləsinin kserosurətində “A. Xıdırov” soyadı qarşısında əks olunmuş imza, xx xxxxxx 2006-cı il tarixli 01 nömrəli müqavilənin kserosurətində “A. Xıdırov” soyadı qarşısında əks olunmuş imza (cəmi 8 ədəd müqavilədə) X55 yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, xx xxxxxx 2010-cu il tarixli aktda “İmzalar: 3” qrafasındakı imza, xx xxx 2011-ci il tarixli 280 nömrəli baxış aktında “İmzalar: 3” qrafasındakı imza - X30 yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, xx xxxxx 2010-cu il tarixli aktın “İmzalar: 1” qrafasındakı imza, xx xxxxxx 2011-ci il tarixli 255 nömrəli baxış aktında “İmzalar:1” qrafasındakı imza - X22 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, xx xxxxxx 2011-ci il tarixli 255 nömrəli baxış aktında “İmzalar: 2” qrafasındakı imza, xx xxx 2012-ci il tarixli 267 nömrəli baxış aktında “İmzalar:2” qrafasındakı imza, xx xxxxxx 2012-ci il tarixli 279 nömrəli baxış aktında “İmzalar: 2” qrafasındakı imza, xx xxx 2013-cü il tarixli 274 nömrəli baxış aktında “İmzalar: 2” qrafasındakı imza, xx xxxxxx 2013-cü il tarixli 242 nömrəli baxış aktında “İmzalar:2” qrafasındakı imza, xx xxx 2014-cü il tarixli 274 nömrəli baxış aktında “İmzalar: 2” qrafasındakı imza, xx xxxxxx 2014-cü il tarixli 305 nömrəli baxış aktında “İmzalar:2” qrafasındakı imza - X23 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, xx xxx 2012-ci il tarixli 267 nömrəli baxış aktında “İmzalar: 5” qrafasındakı imza, xx xxxxxx 2012-ci il tarixli 279 nömrəli baxış aktında “İmzalar: 5” qrafasındakı imza, xx xxx 2013-cü il tarixli 274 nömrəli baxış aktında “İmzalar: 5” qrafasındakı imza - X24 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, X17 adından olan xx xxxxxx 2008-ci il tarixli məlumat cədvəlində “imza” qrafasındakı imza, xx xxxxxx 2008-ci il tarixli aktda “İmzalar: 3.” qrafasındakı imza, xx xxxxxx 2008-ci il tarixli aktda “İmzalar: 5.” qrafasındakı imza, xx xxxxxx 2009-cu il tarixli aktda “İmzalar: 5” qrafasındakı əks olunmuş imza, xx xxxxxx 2009-cu il tarixli aktda “İmzalar: 4” qrafasındakı əks olunmuş imza, X17 adından olan xx xxx 2009-cu il tarixli ərizədə “İmza” qrafasındakı imza, xx xxx 2009-cu il tarixli aktda “İmzalar:3” qrafasında imza, xx xxx 2009-cu il tarixli aktda “İmzalar:5” qrafasında imza, xx xxxxxx 2011-ci il tarixli 255 nömrəli baxış aktında “İmzalar:1” qrafasındakı imza, xx xxxxxx 2011-ci il tarixli 255 nömrəli baxış aktında “İmzalar: 2”, xx xxxxxx 2011-ci il tarixli 255 nömrəli baxış aktında “İmzalar: 3” qrafasındakı imza, xx xxx 2012-ci il tarixli 267 nömrəli baxış aktında “İmzalar:2” qrafasındakı imza, xx xxx 2012-ci il tarixli 267 nömrəli baxış aktında “İmzalar:3” qrafasındakı imza, xx xxx 2012-ci il tarixli 267 nömrəli baxış aktında “İmzalar: 5” qrafasındakı imza, xx xxxxxx 2012-ci il tarixli 279 nömrəli baxış aktında “İmzalar: 2” qrafasındakı imza, xx xxxxxx 2012-ci il tarixli 279 nömrəli baxış aktında “İmzalar: 3” qrafasındakı imza, xx xxxxxx 2012-ci il tarixli 279 nömrəli baxış aktında “İmzalar: 5” qrafasındakı imza, x xxxxxxx 2012-ci il tarixli 02 nömrəli icarə müqaviləsinin kserosurətində “İİ Tərəf, İsmayıllı rayon kənd sakini:” qrafası qarşısında əks olunmuş imza, xx xxx 2013-cü il tarixli ərizədə “İmza” qrafasındakı imza, xx xxx 2013-cü il tarixli məlumat cədvəlində “İmza,möhürü” qrafasındakı imza, xx xxx 2013-cü il tarixli 274 nömrəli baxış aktında “İmzalar: 2” qrafasındakı imza, xx xxx 2013-cü il tarixli 274 nömrəli baxış aktında “İmzalar: 3” qrafasındakı imza, xx xxx 2013-cü il tarixli 274 nömrəli baxış aktında “İmzalar: 5” qrafasındakı imza, xx xxxxxx 2013-cü il tarixli 242 nömrəli baxış aktında “İmzalar:2” qrafasındakı imza, xx xxxxxx 2013-cü il tarixli 242 nömrəli baxış aktında “İmzalar: 3” qrafasındakı imza, xx xxx 2013-cü il tarixli 07 nömrəli icarə müqaviləsinin kserosurətində “İİ Tərəf, İsmayıllı rayon kənd sakini:” qrafası qarşısında əks olunmuş imza, xx xxx 2014-cü il tarixli ərizədə “İmza” qrafasındakı imza, xx xxx 2014-cü il tarixli məlumat cədvəlində “Ağayev S.M” yazıları qarşısındakı imza, xx xxx 2014-cü il tarixli 274 nömrəli baxış aktında “İmzalar: 2” qrafasındakı imza, xx xxx 2014-cü il tarixli 274 nömrəli baxış aktında “İmzalar: 3” qrafasındakı imza, xx xxx 2014-cü il tarixli 274 nömrəli baxış aktında “İmzalar: 6” qrafasındakı imza, x xxxx 2013-cü il tarixli 08 nömrəli icarə müqaviləsinin kserosurətində “İİ Tərəf, İsmayıllı rayon kənd sakini:” qrafası qarşısında əks olunmuş imza, xx xxxxxx 2014-cü il tarixli 305 nömrəli baxış aktında “İmzalar:2” qrafasındakı imza, xx xxxxxx 2014-cü il tarixli 305 nömrəli baxış aktında “İmzalar: 3” qrafasındakı imza x xxxxxxx 2012-ci il tarixli 02 nömrəli icarə müqaviləsinin kserosurətində “İİ Tərəf, İsmayıllı rayon kənd sakini:” qrafası qarşısında əks olunmuş imza, xx xxx 2016-cı il tarixli əkin sahələrinə baxış aktında “Aktın doğruluğunu imzalarımızla təsdiq edirik: 3” qrafasındakı imza - Təqsirləndirilən şəxs tərəfindən və ya başqa şəxs tərəfindən icra olunubolunmamasını müəyyən etmək mümkün olmadı. Ekspertizaya təqdim edilmiş, X17 adından olan xx xxxxxx 2006-cı il tarixli 01 nömrəli müqavilənin kserosurətində “İcarəçi” qrafasında əks olunmuş imza, xx xxxxxx 2006-cı il tarixli 01 nömrəli müqavilənin kserosurətində “A. Xıdırov” soyadı qarşısında əks olunmuş imza (cəmi - 8 ədəd müqvilədə ) - X34 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmadı. Ekspertizaya təqdim olunmuş, x xxxxxxx 2012-ci il tarixli 02 nomrəli icarə müqaviləsinin kserosurətində, xx xxx 2013-cü il tarixli 07 nömrəli icarə müqaviləsinin kserosurətində, x xxxx 2013-cü il tarixli 08 nömrəli icarə müqaviləsində “İsmayıllı bələdiyyəsinin sədri:” qrafaları qarşısında əks olunmuş imzalar tədqiqi hissədə göstərilən səbəblərə görə tədqiqat üçün yararsız olduğundan, Azərbaycan Respublikası CPM-nin 97.4.2-ci və “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanununun 12-ci maddələrinə əsasən bildiririk ki, həmin imzaların X19, Təqsirləndirilən şəxs, X35 tərəfindən və ya başqa şəxs (şəxslər) tərəfindən icra olunub-olunmaması haqqında rəy vermək mümkün deyildir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının x xxxx 2020-ci il tarixli, 2916 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsindəgöstərilənlərə əsasən 2008-2016-cı illərdə İsmayıllı rayonunun Qalacıq kənd sakini X21 dövlət büdcəsinin vəsaiti hesabına 30.202,00 manat yardımın ayrılması, “Kapitalbank” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş xx xxxxxx 2008-ci il tarixdən xx xxx 2016-cı il tarixədək olan olan dövrü əhatə edən hesabdan çıxarış üzrə isə ayrılmış vəsaitin 19.957,00 manat məbləğində məxaric olunması müəyyən olunur. Yəni yalnız 19.957,00 manat məbləğində vəsait məxaric edilməsi müəyyən edildiyi təqdirdə dövlət büdcəsindən 19.957,00 manat məbləğində vəsaitin artıq verilməsi müəyyən olunur. Dövlət büdcəsinə dəymiş ziyana görə kimin və ya kimlərin məsuliyyət daşıması hüquqi xarakterli məsələ olduğundan istintaq tərəfindən həll edilməlidir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X8 xx.xx.2020ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, ekspert rəyləri, digər iş materialları ilə onun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, yəni vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuş, vəzifəli şəxs kimi tamah niyyəti ilə rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi yolu ilə vəzifə saxtakarlığı etmiş, hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlayaraq saxtalaşdırmış, habelə öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluqcinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 308.1, 313, 320.1, 178.2.3 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Eyni zamanda məhkəmədə o da müəyyən olundu ki, Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayət hadisəsi 2008-2011-ci il tarixlərdə baş vermiş, həmin vaxtdan da yeddi ildən artıq müddət keçmiş, CM-nin 313 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət hadisələri 2008-2015-ci il tarixlərdə baş vermiş, həmin vaxtdan da iki ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.1.2-ci maddəsinə əsasən az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Təqsirləndirilən şəxsə ittiham olunan Cinayət Məcəlləsinin 308.1, 313 və 320.1-ci maddələrinin sanksiyasından da aydın olur ki, həmin əməllər cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən və az ağır cinayətə aiddir. Bununla belə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə baxmayaraq müdafiə tərəfi bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsinə razılıq verməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə ittiham hökmü çıxarılmalı, lakin təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 308.1, 313 və 320.1-ci maddələri ilə cəza təyin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 39.1.3-cü maddəsinə görə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Qeyd olunan Məcəllənin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Bundan əlavə həmin Məcəllənin 44.2.1-ci maddəsinə görə bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Eyni zamanda “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli Qərarında qeyd olunur ki, cinayət və cinayət prosessual qanunvericiliyi məhkəmə tərəfindən ittiham hökmünə əsasən cəzadan azad etmənin iki şərtsiz halını nəzərdə tutur cinayət məsuliyyətinə cəlbetmə müddətlərinin keçməsi və amnistiya aktının mövcud olması. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, 313 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1 və 75.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə ona həmin maddələrlə cəza təyin olunmamalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayətin törədilməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunduğunu cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ev dustaqlığında olduğu müddət, yəni 08 (səkkiz) ay 04 (dörd) gün ev dustaqlığında saxlamanın müddəti də nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək ev dustaqlığında olduğu müddət, yəni 08 (səkkiz) ay 04 (dörd) gün ev dustaqlığında saxlamanın müddəti ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından bir günə iki gün hesabı ilə çıxılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İsmayıllı rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 635 (altı yüz otuz beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia olmamışdır. Məhkəmə müsadirə ilə bağlı məsələni araşdırır və hazırkı cinayət işi üzrə müsadirə olunmalı olan əmlak aşkar edilmədiyindən xüsusi müsadirə ilə bağlı tədbirin tətbiq olunmasını məqsədə müvafiq hesab etmir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44, 197-198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, 313 və 320.1ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1 və 75.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə ona həmin maddələrlə cəza təyin olunmasın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 178.2.3 və 178.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ev dustaqlığında olduğu 08 (səkkiz) ay 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 01 (bir) il 04 (dörd) ay 08 (səkkiz) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İsmayıllı rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 635 (altı yüz otuz beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar