Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-21/2021 31.03.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Qəbələ şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Tikanlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə təxminən saat 09:00-dan başlayaraq 2 saat müddət ərzində odun tədarük etmək məqsədi ilə meşə fonduna daxil olmayan, Qəbələ rayonu Tikanlı kənd inzibati ərazisi daxilində “Tikanlı” adlanan çayın sol kənarında yerləşən dövlət mülkiyyətinin su fonduna aid torpaq sahəsində bitmiş 01 (bir) ədəd vələs cinsinə mənsub 49 sm diametrində və 01 (bir) ədəd qovaq cinsinə mənsub 66 sm diametrində, cəmi iki ədəd köküstə yaş halda olmuş ağacları qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan özünə məxsus “İnterscol” markalı motorlu mişarla qanunsuz kəsib götürərək, dövlət mülkiyyətinə 2550 (iki min beş yüz əlli) manat dəyərində xeyli miqdarda ziyan vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə “İnterscol” markalı matorlu mişarını götürərək özü tək yaşadığı evdən təxminən 1 kilometr uzaqlıqda yerləşən Tikanlı çayının kənarındakı meşə ərazisinə getmişdir. Motorlu mişar ilə çayın kənarında olan yaş kök üstə bitmiş 1 ədəd təxminən 49 sm diametrli vələs ağacı cinsinə məxsus ağacı və 1 ədəd 66 sm diametrli qovaq ağacı cinsinə məxsus ağacı saat 09:00-dan saat 11:00-dək olan müddətdə dib hissəsindən kəsərək yerə yıxıb müxtəlif hissələrə doğramışdır. Həmin vaxtı həmkəndlisi Şahid2 oraya gəlib ağac kəsdiyini görmüş, ertəsi gün yəni xx.xx.2020-ci il tarixdə kəsdiyi vələs və qovaq ağacı cinsinə məxsus ağaclardan doğrayıb topladığı odunları anası Şahid3 köməkliyi ilə həmkəndlisi Ramin Burcalıyevin idarə etdiyi Zil 131 markalı yük avtomobilinə yükləyib həyətinə gətirərək boşaltmışdır. Şahid4 30 manat zəhmət haqqı pul vermişdir. Sonradan ona ağac kəsdiyini görən Şahid2 bu barədə digər həmkəndlisi əmisi Şahid1 məlumat vermiş və Tehran isə ondan qanunsuz ağac kəsməyi barədə polisə şikayət etdiyini bilmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmin ağacları maddi vəziyyəti aşağı olduğundan ağır həyat şəraitində ailəsi ilə birlikdə yaşadığı evini qış fəsilində qızdırmaq məqsədi ilə kəsdiyini, törətdiyi əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, 2012-ci il tarixdən səlahiyyətli nümayəndəsi qismində təmsil etdiyi zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Qəbələ rayonu İcra Hakimiyyəti başçısının Tikanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs kənddə yaşadığı müddətdə ailəsi, qonşuları və qohumları ilə münasibəti yaxşı olmuş və barəsində nümayəndəliyə mənfi məlumat daxil olmamış, Qəbələ rayonu Tikanlı kəndində istiliyi təmin etmək üçün yanacaq maye qaz xətti olmadığı üçün istiliyi kənd camaatı odun vasitəsi ilə həyata keçirir, bu səbəbdən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Tikanlı kəndinin Tikanlı çayı adlanan çayın sol kənarından dövlət mülkiyyətinə aid torpaq sahəsindən yaş kök üstə olan 1 ədəd təxminən 49 sm diametrli vələs və 1 ədəd 66 sm diametrli olan qovaq ağacı cinsinə məxsus yaş şəkildə olan ağacları qanunsuz olaraq dib hissəsindən matorlu mişarla kəsib həmin ağacları müxtəlif hissələrə doğrayıb odun məqsədi ilə yaşadığı həyətə aparmışdır. Nümayəndə ifadəsində Qəbələ rayonu Tikanlı kənd sakini Təqsirləndirilən şəxs vurulmuş maddi ziyanı ödəməyə imkanı olmasa da, ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə həmkəndlisi Təqsirləndirilən şəxs ona bir gün öncə yaşadığı Tikanlı kəndinin ərazisindən keçib gedən Tikanlı çayının kənarından kənd icra nümayəndəsindən razılıq almaqla ağac kəsərək odun topladığını, həmin odunları həyətinə gətirməyini xahiş etmişdir. Elvinin xahişini nəzərə alaraq idarə etdiyi Zil 131 markalı ** BB *** dövlət nömrə nişanlı yük avtomobili ilə Təqsirləndirilən şəxs dediyi ünvana getmiş, Elvin tərəfindən kəsilmiş ağaclar 1 ədəd vələs və 1ədəd qovaq ağacı cinsinə məxsus yaş kök üstə olan ağaclar olmuş ki, həmin ağacları müxtəlif hissələrə kəsərək odun etmiş, Təqsirləndirilən şəxs və anası Şahid3 köməkli şəkildə kötükləri yük avtomobilinə yükləyərək həmin odunları Təqsirləndirilən şəxs yaşadığı həyətə gətirərək boşaltmışlar. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs doğma oğlu olub birlikdə yaşayırlar, yaşadığı və qeydiyyatda olduğu Qəbələ rayonu Tikanlı kəndində istiliyi təmin etmək üçün yanacaq maye olan qaz xətti olmadığı üçün kənd sakinləri istiliyi ancaq odunla təmin edirlər. Qarşıdan qış mövsümü gəldiyindən oğlu Təqsirləndirilən şəxs həyətlərinə odun doğrayıb gətirmək üçün xx.xx.2020-ci il tarixdə səhər saatlarında motorlu mişarını götürərək evlərindən təxminən 1 kilometr uzaqlıqda yerləşən Tikanlı çayının kənarındakı meşə ərazisinə getmişdir. Həmin gün axşam oğlu Elvin yaşadıqları evə gələrək Tikanlı çayının sol kənarından yaş kök üstə bitən müxtəlif diametrli 1 ədəd vələs və 1 ədəd qovaq ağacı cinsinə məxsus ağaclar kəsərək onları müxtəlif hissələrə doğrayaraq topladığını səhər gedərək gətirəcəyini bildirmişdir.,Ertəsi gün yəni xx.xx.2020-ci il tarixdə oğlu Təqsirləndirilən şəxs ilə birlikdə həmkəndlisi Ramin Burcalıyevin yük avtomobili ilə Elvinin əvvəlcədən ağac kəsdiyi yerə getmişlər. Elvinin kəsdiyi ağaclar yaş şəkildə olan 1 ədəd vələs və 1 ədəd qovaq ağacı cinsinə məxsus ağaclar olmuşdur. Elvin ilə odunları Raminin yük avtomobilinə köməkli şəkildə yükləyərək gətirib həyətlərinə boşaltmışlar. Məhkəmə iclasında Şahid1 Abil oğlu ifadəsində göstərmişdir ki, Qəbələ rayonu Tikanlı kəndində yaşayır, Təqsirləndirilən şəxs həmkəndlisidir. xx.xx.2020-ci il tarixdə qonşuluğunda yaşayan qardaşı oğlu Şahid2 ona zəng edərək Təqsirləndirilən şəxs yaşadığı evdən yuxarıda çay yatağının kənarından iki ədəd müxtəlif diametrli yaş kök üstə olan vələs və qovaq ağacı cinsinə məxsus ağac kəsməsi barədə məlumat vermişdir. Vüsaldan ona mobil telefonda Votsap sosial şəbəkəsi ilə görüntülü zəng vurmasını və Elvinin ağacları haradan kəsdiyini görsətməsini xahiş etmişdir. Vüsal mobil telefon vasitəsi ilə ona görüntülü zəng vuraraq Təqsirləndirilən şəxs yaşadığı evdən təxminən 150-200 metr yuxarıda çay yatağının kənarından müxtəlif diametrli qovaq və vələs ağacı cinsinə məxsus yaş kök üstə ağacları motorlu mişar ilə dib hissəsindən yıxaraq həmin ağacları hissələrə doğradığını görmüşdir. Bu səbəbdən həmkəndlisi Təqsirləndirilən şəxs qanunsuz ağac kəsməsi barədə AR DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Hadisə yerinə Qəbələ RPŞ-nin əməkdaşları gələrək şikayət ərizəsi alınmış, Təqsirləndirilən şəxs tərəfindən kəsilmiş ağaclara baxış keçirilərək baxışda iştirak etmişdir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx xxxxxx 2020-ci il tarixli 1286 saylı məktubundan və ona əlavə edilmiş hesablama cədvəlindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən kəsilmiş ağaclar yaşıllıq ərazilərdə ağacların kəsilməsi və məhv edilməsi nəticəsində təbiətə dəymiş ziyan Azərbaycan Respublikası Nazirlər kabinetinin 2016-cı il 27 oktyabr tarixli 421 saylı qərarı ilə hesablanaraq 49 sm diametrli ağacın kəsilməsi nəticəsində təbiətə dəymiş ziyan 850,00 (səkkiz yüz əlli) manat, 66 sm diametrli qovaq ağacının kəsilməsi nəticəsində təbiətə dəymiş ziyan isə 1700,00 (bir min yeddi yüz) manat təşkil edərək Qanunsuz olaraq kəsilmiş hər iki ağaca görə təbiətə dəymiş ziyan ümumilikdə 2550 (iki min beş yüz əlli) manat olduğu müəyyən edilmişdir. Müstəntiqin xx xxxxxx 2021-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün ibtidai istintaq və ilkin məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadələri, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ibtidai istintaq zamanı və ilkin məhkəmə baxışı zamanı verdikləri ifadələri, digər iş materialları ilə onun meşə fonduna daxil olmayan, dövlət mülkiyyətinin su fonduna aid torpaq sahəsindən xeyli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə cinayətin törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, törətdiyi əməli könüllü etiraf edib səmimi peşimançılıq hissi keçirməsini, ailəli olmaqla himayəsində üç azyaşlı uşağın olmasını, ailəsinə yeganə qazanc gətirən şəxs olmasını, İİİ-cü qrup əlil olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunduğunu cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 259.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. X1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. İş üzrə maddi sübut olan Qəbələ Rayon Polis Şöbəsində saxlanılan bir ədəd “İnterscol” markalı motorlu mişar hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Təqsirləndirilən şəxs (CPM 131.1.2) qaytarılmalıdır. İş üzrə mülki iddia olmamışdır. Məhkəmə müsadirə ilə bağlı məsələni araşdırır və hazırkı cinayət işi üzrə müsadirə olunmalı olan əmlak aşkar edilmədiyindən xüsusi müsadirə ilə bağlı tədbirin tətbiq olunmasını məqsədə müvafiq hesab etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. X1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Qəbələ Rayon Polis Şöbəsində saxlanılan bir ədəd “İnterscol” markalı motorlu mişar hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Təqsirləndirilən şəxs qaytarılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №1(025)-21/2021
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-21/2021
31.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver