Məhkəmə qərarları › İş №1(025)-21/2023

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-21/2023

07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-21/2023 07.06.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi – X4, müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Qəbələ rayonu, Bum qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Bum qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19:20 radələrində nəqliyyat vasitələrini idarə etmək hüququ olmaqla nəqliyyat vasitəsini idarəetmə hüququ verən etibarnamə ilə faktiki sahibliyində olan QAZ 3102 minik markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ rayon Yemişanlı-Uludaş yolunun Uludaş kəndindən keçən 4-cü kilometrliyində rayonun Bum qəsəbəsi istiqamətdə öz hərəkət zolağı ilə saatda 60 kilometr sürətlə hərəkətdə olarkən “X16” Azərbaycan Respublikası Qanununun 36.1.3, 37.4.1, 37.4.2, 37.4.3 və 64.1-ci maddələrinin tələblərini pozaraq, yəni, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı, eləcə də 3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanının tələbinə əməl etməli olduğu, eləcə də yol nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalı yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənəri qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməli, zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə(tərəfə) bu və ya digər vasitə ilə çatdırmalı, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli olan xəsarət aldığı halda onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli sonra hadisə yerinə qayıtmalı olduğu, adı çəkilən qanunun 36.1.3-cü maddəsinin yuxarıda göstərilən tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, sadalanan yol hərəkəti qaydalarını kobudcasına pozaraq avtomobili 50 km/saata qədər məhdudlaşdırılmış yolda 60 km/saat sürətlə idarə edərkən qarşıda onunla eyni istiqamətdə hərəkət hissəsinin sağ kənar qurtaracağından 0,90 metr məsafədə yolun hərəkət hissəsinin içərisi ilə düzünə piyada hərəkətdə olan Qəbələ rayon Uludaş kənd sakini xx.xx.2003-cü il təvəllüdlü X6 nəzərə alaraq ondan təhlükəsiz yan məsafə seçərək hərəkətini davam etdirməli, yaxud bu mümkün olmadıqda idarə etdiyi avtomobili piyadaya çatmadan dayandırmalı olması kimi texniki imkanlarından istifadə etməyərək idarə etdiyi avtomobillə piyada X6 avtomobilin ön sağ yan tərəfi ilə vurub, nəticədə ehtiyatsızlığından sonuncuya yetirdiyi açıq kəllə beyin travması, baş beyin toxumasına və qişalarına qansızma, baş beyin toxumasının ağır dərəcədə əzilməsi, kəllə qapağı və kəllə əsası sümüklərinin sınığı, başın arxa təpə-ənsə nahiyəsinin əzilmiş-cırılmış yaraları, sol çiyinin arxa səthinin, hər iki kürək nahiyəsinin, sol sarğı nahiyəsinin, sol budun arxa bayır yuxarı 1/3-nin və hər iki əllərin üst səthinin sıyrıqları kimi dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vuran xəsarətlərdən hadisə yerində ölməsinə səbəb olan yol nəqliyyat hadisəsi cinayətini törətməklə yol nəqliyyat hadisəsi zamanı idarə etdiyi nəqliyyat vasitəsini yerindən tərpətmiş, qəza dayanma nişanını qurmadan, qəza işıq siqnalı yandırmadan, ya da yanıb-sönən qırmızı işıq fənəri qoymadan, zərər çəkənə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görmədən, hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə(tərəfə) bu və ya digər vasitə ilə çatdırmadan, “Təcili tibbi yardım” maşını çağırmadan, zərər çəkəni həyat üçün təhlükəli olan xəsarət aldığı halda onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərmədən, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə aparmadan idarə etdiyi avtomobillə həmin yol nəqliyyat hadisəsi yerindən qaçaraq Qəbələ rayon Mıxlıqovaq kəndi istiqamətinə getmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri üzrə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, nəqliyyat vasitələrini idarəetmə hüququ verən etibarnamə əsasında Qaz 3102 minik markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobil idarə edir. BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. 13 fevral 2023-cü il tarixdə saat 19:10 radələrində həmin avtomobili idarə edərək Uludaş kəndinin mərkəzinə Zöhrab adlı şəxsin mağazasına yağ almağa getmişdir.Mağazaya daxil olaraq oradan yağ alaraq avtomobilinə əyləşmiş ki, geri qayıtsın.Avtomobili idarə edərək geri qayıdırmış, avtomobildə başqa şəxs olmamışdır. Üzü evlərinə, yəni, Uludaş kəndinin mərkəzindən Bum qəsəbəsi istiqamətdə bir-birinə əks iki istiqamətli asfalt yolla avtomobilini idarə edirmiş. Avtomobilinin sürəti təxminən 60 km/saat olarmış. Avtomobilini yaxın işıqda idarə edirmiş. Uludaş kənd sakini Xanlar adlı şəxsin həyət qapısının yaxınlığında əks istiqamətli yolla iki ədəd kiçik minik markalı avtomobilinin gəldiyini görmüşdür. Həmin avtomobillərdən irəlidə olanı uzaqvuran işıqda olmuş, onu gördükdə aralarında təxminən 60 metr məsafə olarmış. Uzaqvuran işığı yandırıb-söndürməklə həmin avtomobildən yaxın işığa keçməsini işarə etmişdir. Bu zaman irəlidə gedən avtomobil işıqlarını yaxın işığa keçirmiş, avtomobilinin yanından əks yolla keçib getmişdir. Arxadan gələn digər minik markalı avtomobilin də 60-70 metr məsafədən uzaqvuran işıqda hərəkət etdiyini görmüş, avtomobilinin uzaqvuran işığını yandırıb ona işarə edərək yaxın işığa keçməsini xəbərdar etmişdir. Ancaq həmin avtomobil yaxın işığa keçməmişdir.Həmin avtomobilin işıqları gözlərimi qamaşdırmış, bu zaman təxminən 20-22 metr məsafədən asfaltın sağ kənarından ortasına doğru təxminən 80 sm-1 metr məsafədə bir nəfər piyadanın üzü Bum qəsəbəsi istiqamətdə getdiyini görmüşdür. Həmin piyada avtomobili istiqamətdə piyada hərəkət imiş. Piyadanı görən kimi avtomobilini sola əks yola qaçırmaq istəmiş, ancaq əks yolla həmin avtomobil gəldiyi üçün avtomobilini əks yola çıxarmamış, əyləc pedalını basmağa imkan tapmamış, avtomobili gəldiyi kimi qabaq sağ tərəfi ilə həmin piyadanı arxadan vurmuşdur.Piyada zərbədən sonra kapotun üzərinə qalxmış və avtomobilinin şüşəsinə çırpılmış, asfaltın sağına torpaq yola yerə düşmüşdür.Avtomobilini bir qədər irəlidə, təxminən 30-40 metr məsafədə saxlamış, yerə düşüb vurduğu piyadanın yanına gəlmiş, piyadanın yanına gəldikə onun qan içində, tanımadığı kişi cinsli cavan oğlan olduğunu görmüşdür. Piyada ona nəsə deyə bilməmiş, ağır xəsarətlər aldığından öldüyü aşkar görünürmüş. Piyadanın artıq öldüyünü görüb polis şöbəsinə gedərək hadisə barədə məlumat verib təslim olmaq qərarına gəlmiş, meyiti orada qoyub avtomobilinə oturmuş, yolda tanışı Mıxlıqovaq kənd sakini Nabir adlı şəxsə, yəni, mobil telefonunda “Nabir Usta” kimi adını yazdığı dostu Nabirin ***-***-**-** saylı nömrəsinə zəng edərək ona hadisə barədə qısa məlumat vermiş, Nabir nə baş verib deyə geniş soruşanda Nabirlə görüşüb hadisəni ona geniş danışmaq istəmiş, Nabirin Mıxlıqovaq kəndində mərkəzdə çayxana yaxınlığında olduğunu demişdir. Mıxlıqovaq kəndində mərkəzdə Nabirlə görüşüb ona törətdiyi yol nəqliyyat hadisəsi barədə tam məlumat vermişdir. Nabirlə ikisi olmuş, başqa kimsə yanlarında olmamışdır.Nabir polisə gedərək təslim olmasını istəmiş, Nabirdən ayrılıb avtomobilini idarə edərək hərəkətə başlamış, yol üstü Bum qəsəbəsində həyətlərinə düşüb həyat yoldaşı Şahid10 hadisəni danışmış, polis şöbəsinə getdiyini bildirmişdir.Aldığı yağı evə verərək dayanmadan avtomobilini idarə edərək Qəbələ rayon polis şöbəsinə gəlmiş və növbətçi hissəyə məlumat vermişdir. Avtomobili polis şöbəsinin duracağına yerləşdirilmişdir.Sonradan ehtiyatsızlıqdan vurduğu piyadanın Uludaş kənd sakini X9 olduğunu bilmişdir.Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona verilən suallara cavab olaraq bildirmişdir ki, piyadanı gördükdən təxminən 2-3 saniyə sonra onu avtomobillə ehtiyatsızlıqdan vurmuşdur. Hadisədən əvvəl avtomobilində heç bir texniki nasazlıq olmamış, baş vermiş hadisənin avtomobilinin texniki sazlığı ilə əlaqəsi yoxdur. Piyadanın artıq öldüyünə görə ona hər hansı bir tibbi yardım etməyə cəhd etməmiş, özünü itirməsi, qorxması səbəbindən təcili tibbi yardıma zəng edərək məlumat verməmiş, ölmüş şəxsin qohumlarının toplaşacağından və ona nəsə edə biləcəklərinə görə qorxaraq hadisə yerində dayanmamış, çıxıb getmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspert rəyləri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X10 ifadəsində göstərmişdir ki, 13 fevral 2023-cü il tarixdə nahardan sonra oğlu Laçın kənddə saçını kəsdirəməyə getmək istədiyini bildirmişdir. Laçın bu niyyətlə günortadan sonra evdən çıxmış, özü isə 1 saat evdə istirahət etdikdən sonra kənd mərkəzinə çayxanaya getmişdir. Saat 19-20 radələri aralığında digər oğlu Elman mobil telefonla zəng edərək “Laçını kənddə yolda maşın vurub” demişdir. Harada vurduğunu soruşduqda Elman hadisənin Xanların evinin yanında baş verdiyini söyləmişdir. Dərhal kənd mərkəzindən bir avtomobillə hadisə yerinə gəlmiş, hadisə yerində polis əməkdaşları var imiş. Laçın isə qan içində yolun Bum qəsəbə istiqamətində sağ kənarında yerdə asfaltdan kənarda imiş. Dərhal Laçına yaxınlaşmış, vəfat etdiyini müəyyən etmişdir. Hadisə yerinə təclili tibbi yardım avtomobili gəlmiş, Laçının meyitini xəstəxanaya aparmışlar. Polis əməkdaşları isə hadisə yerinə baxış etmişlər. Lakin, Laçını vurmuş avtomobil, eləcə də sürücüsü hadisə yerində yox imiş. Laçını avtomobillə vurmuş şəxs Bum qəsəbə sakini Ramiz adlı şəxs olmuş və o Laçını Qaz 3102 markalı avtomobillə vurmuş və hadisə yerindən qaçıb getmişdir. Daha sonra oğlunun meyiti məhkəmə-tibb ekspertizasına göndərilmiş, müayinə olunaraq ona təhvil verilmiş, səhəri gün onu kənddə qəbirstanlıqda dəfn etmişlər. Sonda isə təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, onunla barışmayacağını bildirmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təqribən 19:30-19:45 radələri aralığında Qəbələ rayon polis şöbəsinin növbətçi hissəsindən rayonun Uludaş kəndində yol kənarında bir nəfər şəxsin qan içində ölmüş vəziyyətdə aşkar olunması barədə məlumat verilmişdir. Növbətçi həmin şəxsi avtomobil vurması nəticəsində ölməsinə şübhələr olduğuna görə həmin yerə dərhal getməyini tələb etmişdir.Dərhal dövlət yol polisi bölməsinin inspektoru Şahid2la birgə hadisə yerinə getmiş, hadisə yerinə çatdıqda üzü Bum qəsəbəsi istiqamətdə yolun sağında qan içində tanımadığı təxminən 20-22 yaşlı bir nəfər cavan oğlan meyitini görmüşdür.Həmin yerə kənd camahatı toplaşırmış, eləcə də hadisə yerində post patrul xidməti əməkdaşları Şahid5 və Şahid11 var imiş. Onlar hadisə yerini mühafizə edirdirlər.Ancaq həmin şəxsi vurmuş avtomobil hadisə yerində yox imiş.Oraya toplaşan şəxslər, eləcə də post patrul xidməti əməkdaşları həmin şəxsi vurmuş avtomobilin və sürücünün hadisə yerində olmadığını, qaçdığını bildirirmişlər. Qısa zamanda hadisə yerinə müstəntiq gəlmiş, hal şahdilərinin, digər iştirak edən şəxslərin iştirakı ilə hadisə yerinə baxış keçirməklə ölçmə işləri aparmış, hadisə yerinin sxemini, eləcə də hadisə yerinin fotoşəkillərini çəkmişdir.Baxış protokolu, sxemlə tanış olaraq imzalamışdır.Hadisə yerində müəyyən olunmuşdur ki, ölmüş şəxs Qəbələ rayon Uludaş kənd sakini X7r. Hadisə yerinə gəlmiş təcili tibbi yardım avtomobili meyiti hadisə yerindən aparmışdır. Daha sonradan piyada Laçın Mahmudovu vurmuş avtomobil Qəbələ rayon Bum qəsəbə sakini Təqsirləndirilən şəxs idarə etdiyi Qaz 3102 minik markalı, ** BN *** dövlət qeydiyyat nişanlı olduğunu, hadisə zamanı avtomobilin sürücüsü olmuş Təqsirləndirilən şəxs avtomobili ilə birgə polis şöbəsinə gedərək könüllü təslim olduğunu bilmişdir.Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə yerinə özü və Şahid2 çatdıqda Təqsirləndirilən şəxs və ya onun avtomobili orada olmamış, ümumiyyətlə piyadanı vurmuş şəxsin kimliyi məlum deyilmiş. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, Qəbələ rayon Uludaş kəndinin mərkəzində ərzaq mağazası işlədir. 13 fevral 2023-cü il tarixdə saat təxminən 19- 20 radələri aralığında mağazada imiş. Satıcı kimi dayanmışdır. Bu zaman Ramiz mağazaya daxil olmuş, oradan bir litr “Möcüzə” adlı maye yağ, 2 manat dəyərində konfet, həmçinin, 3 ədəd çörək almışdır. Pulunu nəğd ödəyərək mağazadan çıxıb getmişdir. Ramizin arxası ilə mağazadan çıxmamışdır. Təxminən 30 dəqiqə sonra qəsəbə mərkəzində xatırlamadığı şəxslərdən kəndin yuxarı hissəsində Tərlanın oğlu Laçını bir avtomobil vurub öldürdüyünü, ancaq kim vurubsa bəlli olmadığını eşitmişdir. Hadisə yerinə getməmiş, mağazada qalmışdır. Səhəri gün Laçını Ramizin idarə etdiyi Qaz3102 markalı avtomobil vurduğunu eşitmişdir. Məhkəmə iclasında Şahid11 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 19-20 radələri aralığında PPXB-nin polis nəfəri Şahid5la birgə Uludaş kəndində xidməti avtomobillə post patrul xidmətində imiş. Bu zaman əvvəllər Uludaş kənd sakini kimi tanıdığı Əziz adlı şəxs Vüsalın mobil telefonuna zəng edərək təcili olaraq Bum qəsəbəsi istiqamətdə gəlməyini istəmiş, orada yol kənarında qan içində bir nəfər cavan oğlan meyiti olduğunu demişdir. Dərhal avtomobili idarə edərək birgə Bum qəsəbəsi istiqamətdə hərəkətə başlamışlar. Təxminən bir kilometr məsafə getdikdən sonra Əzizin dediyi yerdə yol kənarında Əziz və polis şöbəsində polisə ictimai dəstək işləyən Elvin adlı şəxsi görmüşlər.Əlavə adlarını xatırlamadığı adamlar da toplaşırmış. Vüsal avtomobili saxlamış, birgə yerə düşmüşlər.Bum qəsəbəsi istiqamətdə yolun sağında qan içində tanımadığı bir nəfər təxminən 20-21 yaşlı bir nəfər cavan oğlan meyitini görmüş, həmin yerə təcili tibbi yardım avtomobili çağırmışlar. Əziz və Elvin yol ötən zaman həmin meyiti yol kənarında təsadüfən gördüklərini, şəxsin necə ölməsini birbaşa görməkdiklərini bildirmişlər. Ancaq həmin şəxsi vurmuş avtomobil və idarə etmiş sürücü hadisə yerində yox imiş. Oraya toplaşan şəxslər həmin şəxsi vurmuş avtomobilin və sürücünün hadisə yerində olmadığını, qaçdığını bildirirmişlər. Qısa zamanda hadisə yerinə yol patrul xidməti əməkdaşları, daha sonra müstəntiq gəlmiş, müstəntiq hal şahidlərinin, digər şəxslərin iştirakı ilə hadisə yerinə baxış keçirmişdir. Elə hadisə yerində müəyyən olunmuşdur ki, ölmüş şəxs Qəbələ rayon Uludaş kənd sakini X7r. Hadisə yerinə gəlmiş təcili tibbi yardım avtomobili meyiti hadisə yerindən aparmış, sonradan piyada Laçın Mahmudovu vurmuş avtomobilin Qəbələ rayon Bum qəsəbə sakini Təqsirləndirilən şəxs idarə etdiyi Qaz 3102 minik markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobil, hadisə zamanı sürücünün Təqsirləndirilən şəxs avtomobili ilə birgə polis şöbəsinə gedərək könüllü təslim olduğunu bilmişdir. Məhkəmə iclasında Şahid5 Şahid11 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Şahid8 ifadəsində göstərmişdir ki, 13 fevral 2023-cü il tarixdə saat 19:30-19:45 radələri aralığında yaşadığı kənddə idarə etdiyi Vaz 2106 markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərək Bum qəsəbəsi, Tikanlı kəndi istiqamətdə şəxsi işi ilə bağlı onunla eynikənddə yaşayan nənəsigilə gedirmişdir. Bu zaman Xanlar adlı şəxsin həyətinin qapısının yaxınlığılığında asfalt örtükdən kənarda üzü Tikanlı kəndi, yəni, hərəkətinin sağında bir nəfər şəxsi yerdə uzanmış vəziyyətdə görmüşdür. Həmin şəxs kişi cinsli imiş, onun sərxoş olub orada yatdığını düşünərək avtomobilini saxlamış ki, kim olduğunu bilsin, kömək edərək evlərinə yola salsın. Avtomobilini saxlayıb yerə düşmüş və həmin şəxsə yaxınlaşanda onun ağzından, başından qan gəldiyini, qan içində olduğunu görmüşdür. Həmin şəxsin kim olduğunu bilməmiş, təxminən 20-22 yaşlı cavan bir oğlan imiş. Tərpənmirmiş, öldüyü aşkar hiss olunurmuş. Meyitin olduğu yer torpaq sahə qan içində imiş. Bu zaman oradan idarə etdiyi Vaz 2106 markalı avtomobillə Tikanlı kəndi istiqamətdə gedən bibisioğlu Əziz onu görüb avtomobilini saxlayıb yerə düşmüşdür. Əziz nə baş verdiyini soruşduqda ona naməlum meyiti göstərmişdir. Əziz də meyitə baxmış, ancaq tanımamışdır. Bu zaman Əziz həmin kənddə və oradan təxminən 1 km məsafədə dayanmış Qəbələ rayon polis şöbəsinin post patrul xidməti əməkdaşı Şahid5 zəng edərək məlumat vermişdir. Polis serjantları Vüsal və Elmar oraya gəlmiş, artıq yol keçən xatırlamadığı şəxslər oraya toplaşmışlar. Vüsal Qəbələ rayon polis şöbəsinə məlumat vermiş, ölmüş şəxsin qohumları gəlmiş, məlum olmuş ki, ölmüş şəxs həmkəndlisi X7r. Polis əməkdaşları, müstəntiq hadisə yerinə gəlmiş, baxış keçirmişdir. Təcili tibbi yardım avtomobili gələrək Laçının meyitini oradan aparmışlar. Sonradan Laçının meyitinə rast gəldikdən az öncə Təqsirləndirilən şəxs idarə etdiyi QAZ3102 markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobillə Laçını vurduğunu bilmişdir. Ancaq hadisə yerində olanda orada nə Ramiz, nə də idarə etdiyi avtomobil olmamışdır. Məhkəmə iclasında Şahid10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əridir, Bum qəsəbəsində birgə yaşayırlar, 4 övladları vardır. 13 fevral 2023-cü il tarixdə saat 19 radələrində Ramiz evdə olan zaman evdə yağ olmadığı üçün ondan mağazaya gedərək yağ almağını istəmiş, Ramiz də Qaz 3102 markalı avtomobili ilə həyətdən çıxaraq yağ almaq üçün getmişdir. Təxminən 1 saat sonra Ramiz avtomobil ilə evə gəlmiş və ona bildirmişdir ki, yağ alıb qayıdan zaman avtomobillə yolda bir nəfəri vurub öldürmüş, polisə təslim olmağa gedir. Ancaq Ramiz kimi vurduğunu deməmişdir. Qorxduğu üçün bu barədə nəsə soruşa bilməmiş, Ramiz çox dayanmamış, yağı verib avtomobillə çıxıb getmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyi Qəbələ rayon şöbəsinin məhkəmə-tibbi ekspertizasının 13 fevral 2023-cü il tarixli 6 saylı rəyindən görünür ki, X1 meyitində açıq kəllə beyin travması, baş beyin toxumasına və qişalarına qansızma, baş beyin toxumasının ağır dərəcədə əzilməsi, kəllə qapağı və kəllə əsası sümüklərinin sınığı, başın arxa təpə-ənsə nahiyəsinin əzilmiş-cırılmış yaraları, sol çiyinin arxa səthinin, hər iki kürək nahiyəsinin, sol sarğı nahiyəsinin, sol budun arxa bayır yuxarı 1/3-nin və hər iki əllərin üst səthinin sıyrıqları kimi xəsarətləri vardır. X1 bədəni üzərində aşkar edilən xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə yəni, 13 fevral 2023-cü ildə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində piyadada törənə bilər. X1 bədəni üzərində aşkar edilən xəsarətlər küt alətin(əşyaların) təsirindən törənmişlər.Dərəcəsinə görə həmin xəsarətlər canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə aiddir. X1 ölümünə səbəb baş beyinin qişalarına, baş beyin toxumasına qansızma və baş beyin toxumasının ağır dərəcəli əzilməsi olmuşdur və hadisə vaxtı aldığı həmin xəsarətlərlə ölümü arasında birbaşa səbəbli əlaqə vardır. X1 meyitindən götürülmüş qanda və sidikdə aparılmış məhkəmə kimya tədqiqatları nəticəsində spirtli içki, narkotik, psixotrop və güclü təsir edici maddələr aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi 28 mart 2023-cü il tarixli 8/630 nömrəli yol nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “QAZ-3102” minik markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X16” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü R.E.Qədirov avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 60 km/saat sürətlə idarə etdiyindən, onun hərəkətlərində “X16” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (“Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X8” Hüquqi Şəxsin 28 fevral 2023-cü il tarixli 717/K saylı məhkəmə-kimyəvi rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər(həmçnin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid(çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X12 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” X17 13 fevral 2023-cü il tarixli 23 nömrəli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası X11 Bölməsinin 03 mart 2023-cü il tarixli 17/214 nömrəli materialların məhkəmə ekspertizası “lifli materialların tədqiqi” rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, QAZ-3102 minik markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının oturacaq və söykənəcək hissələrinin üzlüklərinin səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 nömrəli cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, QAZ-3102 minik markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının oturacaq hissəsinin üzlüyünün səthi üzərində aşkar edilmiş bozumtul-göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. İşdə olan Qəbələ RPŞ-nin DYPB-nin rəisi Aydın Heydərovun təqdim etdiyi 01 mart 2023-cü il tarixli rapota əsasən Qəbələ rayon Bum qəsəbə sakini Təqsirləndirilən şəxs adına Azərbaycan Respublikası DİN-in BDYP-nin X3 “BC” kateqoriyalı AE 738998 saylı (xx.xx.2020-xx.xx.2030) sürücülük vəsiqəsi qeydə alınmışdır. Sürücülük hüququ məhdudlaşdırılmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs adına Azərbaycan Respublikası DİN-in BDYP-nin X3 hər hansı yol nəqliyyat hadisəsi törətməsi barədə məlumat daxil olmamışdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün istintaq və məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadələri, ekspert rəyləri, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, digər iş materialları ilə onun idarə etdiyi avtomobillə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi cinayətini və yol nəqliyyat hadisəsi yerindən qaçması cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayətin törədilməsini, törətdiyi əməli etiraf edib səmimi peşimançılıq hissi keçirməsini, ailəli olmaqla himayəsində üç yetkinlik yaşına çatmayan uşağın olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 07 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə zalında həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Qəbələ Rayon Polis Şöbəsində saxlanılan QAZ-3102 markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil, bir ədəd şalvar və bir ədəd üzlük (çexol) hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə qaytarılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 156 (bir yüz əlli altı) manat 94 (doxsan dörd) qəpik Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia olmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 263.2-ci maddəsi ilə 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 264-cü maddəsi ilə 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəza çəkmə müddətinin əvvəli 07 iyun 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli Cəzaçəkmə Müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalında həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Qəbələ Rayon Polis Şöbəsində saxlanılan QAZ-3102 markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil, bir ədəd şalvar və bir ədəd üzlük (çexol) hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə qaytarılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 156 (bir yüz əlli altı) manat 94 (doxsan dörd) qəpik Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar