Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 1(025)-21/2024 24.07.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, Dövlət ittihamçısı və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1974-cü ildə Qəbələ rayonu Vəndam kəndinə anadan olmuş, AR vətəndaşı, subay, orta təhsilli, işləməyən, Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi ev 23-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ondan ötrü məhkəməyə verilmişdir ki, 21 iyun 2024-cü il tarixdə, saat 06- 00 radələrində Qəbələ şəhəri,M.F.Axundov küçəsi ev 90-da yaşayan Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs nalayiq ifadələr işlətmiş və o, əlindəki süpürgənin ağac hissəsini çıxararaq Zərərçəkmiş şəxs baş nahiyəsinə iki dəfə qəsdən vuraraq sonuncuya dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirmişdir. İş üzrə Təqsirləndirilən şəxs ona qarşı AR CM-nın 128-ci maddəsi ilə irəli sürülən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi ev 23-də yaşayır və sifariş əsasında fərdi qaydada təmizlik işləri görərək qazanc əldə edir. 21 iyun 2024-cü il tarixdə, saat 06-00 radələrində Qəbələ şəhərinin mərkəzində onunla Qəbələ rayonu Zarağan kəndində yaşayan Şahid1 arasında yaxın münasibətlərin olması barədə yalan məlumatlar yaydığına görə Zərərçəkmiş şəxs ilə mübahisə etmiş və Sevdanın onun ünvanına nalayiq ifadələr işlətməsindən əsəbləşərək əlindəki süpürgənin ağacı ilə Sevdanın bədəninin müxtəlif nahiyələrindən və sonra başından zərbələr vuraraq ona xəsarətlər almışdır. Daha sonra ifadəsində Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu ifadə edib Zərərçəkmiş şəxs ilə barışdığını bildirmiş və cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. (ərizəsi işə əlavə edilir) Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Qəbələ şəhəri, M.F.Axundov küçəsi ev 90-da yaşayır və sifariş əsasında fərdi qaydada təmizlik işləri görərək qazanc əldə edir. 21 iyun 2024-cü il tarixdə, saat 06-00 radələrində Qəbələ şəhərinin mərkəzində olarkən Təqsirləndirilən şəxs ondan nəyə görə barəsində Şahid1 ilə münasibətləri olması barədə məlumat yaydığını soruşmuş və aralarında yaranmış mübahisə zamanı əlindəki süpürgənin ağacı ilə onun bədəninin müxtəlif nahiyələrindən və sonra başından zərbələr vuraraq ona xəsarətlər almışdır. Zərərçəkmiş şəxs daha sonra göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır və onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. (ərizəsi işə əlavə edilir) İşdə olan AR SN “Məhkəmə-Tibbi Ekspertiza və X1” PHŞ Qəbələ rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 297 saylı ekspert rəyində göstərilmişdir ki, 1965-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər–sol təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, sol saidin bayır yuxarı 1/3-nin, sol bazunun bayır yuxarı 1/3-nin və sağ böyrünün qançırları küt əşyanın təsirindən törənmişdir. Həmin xəsarətlər xx.xx.2024-cü il tarixdə müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilər və dərəcsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edilir. ( c.i. səh: 33-34) AR CPM-nin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 338.1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hökm çıxartdıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2024-cü il tarixli məlumatına əsasən Təqsirləndirilən şəxs məhkum edilməmişdir.(c.i. səh: 51) AR CM-nın 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. AR CPM-nın 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə həmçinin bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən əməl törətməsini, iş üzrə zərərçəkmiş tərəflə barışmasını və cinayət məsuliyyətindən azad edilməsi barədə xahişini nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad edilərək barəsində olan iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 321-ci maddəsini rəhbər tutaraq QƏRARVERDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə cinayət məsuliyyətindən azad edilsin və işin icraatına xitam verilsin. Qərardan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim. Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №1(025)-21/2024
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №1(025)-21/2024
24.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver