Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-22/2020 12.08.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Qafarlı Yelmar Elman oğlunun katibliyi, Azərbaycan Respublikasının Baş Prokorluğunun Dövlət X2 rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1983-cü ildə Qəbələ rayon Hacıalılı kəndində anadan olmuş, subay, orta təhsilli, işsiz, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, Qəbələ rayon Hacıalılı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 19 radələrində orta dərəcəli sərxoş vəziyyətdə Qəbələ rayonu Hacıalılı kəndinin mərkəzində, üzü Ağdaş rayonu istiqamətində yolun sağ kənarında yerləşən X6 işlətdiyi “Qəbələm” adlı yeməkxananın giriş qapısının qarşısında özünə məxsus xaltasız və buruntaqsız şəkildə olan itini qısqırdıb, hürdürməklə ətrafdakılarda qorxu hissi yaradaraq, istirahət etmək üçün yeməkxanaya daxil olmaq istəyən Zərərçəkmiş şəxs və digər çoxlu sayda müştərilərə icazə verməyərək mane olmaqla, ictimai qaydalara açıq etinazlıq göstərməklə, özünü ətrafda toplaşmış şəxslərə qarşı onlara münasibətdə laqeyidliyini ifadə etməklə öz şəxsiyyətini oraya toplaşmış şəxslərin şəxsiyyətinin fövqündə qoymaqla cəmiyyətə aşkar hörmətsizlik nümayiş etdirməklə, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozmaqla sonuncunun yeməkxanaya daxil olmaq üçün itini kənara etməsi barədə tutduğu haqlı irada görə onun ünvanına nalayiq söyüşlər söyüb iti təkrar onun üzərinə qısqırlamaqla “buranın lotusu, ağası mənəm, mənim icazəm olmasa heç kim içəri girə bilməz” kimi ifadələr işlədib xuliqanlıq niyyəti ilə qəflətən Zərərçəkmiş şəxs sifətinin sol nahiyyəsinə bir dəfə yumruqla güclü zərbə vurub yerə yıxaraq ona sol almacıq sümüyünün və sol çənə şaxəsinin sınığı kimi Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurma cinayətini törətmiş, həmçinin, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs ilə mübahisə edib, münaqişə yaradaraq cəmiyyətdə insanlar arasında təşəkkül tapmış əxlaq normalarına zidd Zərərçəkmiş şəxs və onun yaşadığı Ovcullu kənd sakinlərinin ünvanına ucadan nalayiq söyüşlər söyərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib Zərərçəkmiş şəxs “mən sənin kimi oğlanları vurub gedib 2-3 il srok yataraq gəlib yenə vururam” kimi zor tətbiq etmək hədəsi ilə müşayiət edilən, həmçinin yeməkxanada istirahət edən kənar şəxslərin rahatlıqlarının, yeməkxananın normal iş fəaliyyətinin, yolu keçən şəxslərin hərəkətinin təxminən 15-20 dəqiqə müddətində pozulması ilə nəticələnən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında ifadə verərkən iş üzrə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Hacıalılı kəndində ailəsi ilə birlikdə yaşayır. Qəbələ rayon Ovcullu kənd sakini Zərərçəkmiş şəxs baş vermiş məlum hadisədən sonra tanımışdır. Belə ki, xx xxxxxx 2020-ci il tarixdə saat təxminən19 radələrində Hacıalılı kəndində yolda dostu Şahid8la görüşüb birgə pivə içmək üçün mobil telefonla ona zəng edib harada olduğunu öyrənmiş, Anar Hacıalılı kəndində “Ulduz” marketin qarşısında, “Qəbələm” kafesinə getdiyini bildirmişdir. Yolun Ağdaş rayonu istiqamətində sağ tərəfində yerləşən “Qəbələm” kafesinin qarşısına çatanda Şahid8 həmin kafenin tam qapısında dayanıb onu gözləmişdir. Anar onu görüb “Qəbələm” kafesinə daxil olmuş, Anarın arxası ilə həmin kafeyə girmiş, Şahid8 kafedə barın yanında oturub pivə sifariş verib pivə içirmiş. Şahid8 yanında oturub orada pivə sifariş vermiş, pivə içə-içə Anarla sakitcə söhbət etmişdir. Özünə məxsus olan iti də arxası ilə gələrək elə kafenin qapısının qarşısında dayanmış, orada kafeyə gedib-gələn müştərilərə hürərək onları narahat etmişdir. Anara itin adamları narahat etməməsi üçün birgə kafenin qapısının yanında otub orada itə nəzarət etməyini istəmişdir. Belə olub Şahid8la kafenin içərisində qapının qarşısında oturmuşlar. Həmin vaxt kafedə xidmətçidən əlavə olaraq pendir də istəyib pulu müqabilində almışdır ki, onu da qapının qarşısında təxminən 5 metr məsafə olan itinə versin. Bu zaman kafenin xidmətçisi ona yaxınlaşaraq “sənə zəng gəlib, kimsə danışmaq istəyir” demiş, mobil telefonu ona uzatmış, telefona cavab verməmişdən xidmətçidən kim olduğunu soruşmuş, xidmətçi kafeni icarə əsasında işlədən Tərlan olduğunu ona demişdir. Telefona cavab verərərək “bəli eşidirəm” dedikdə, həmin şəxs telefonda ona “sən orada mənim kafemdə nə edirsən?” demiş, telefonda Tərlana “sən kimsən, yaxşı edirəm gəlmişəm, sən get öz kəndində kafe aç, orada qayda qoy, yaxşı edirəm” deyə cavab vermişdir. Bu zaman Tərlan mobil telefonda “ora gəlirəm, məni gözlə” demiş, ona gözlədiyini bildirmişdir. Bir müddət keçsə də, Tərlan kafeyə gəlməmiş, xidmətçidən onun unutduğu mobil nömrəsini götürüb ona zəng edərək harada olduğunu soruşmuş, Tərlan yenə də ona kafeyə gəlməyinə görə iradlar bildirmiş, ona kafeyə gəlməsini və bu barədə söhbət etmək istədiyini bildirmişdir. Bu zaman kafenin içərisinə kafedə oturduğuqları yerə kafedə xidmətçi işləyən Zərərçəkmiş şəxs gəlmiş, onlara yaxınlaşıb Şahid8 “Anar dur bura gəl, səninlə işim var” demiş, Orxan bunu deyib Anarı kafenin arxasına tualet tərəfə çağırmışdır. Orxanı Tərlanın göndərdiyini bilmiş, lakin, Orxan yəqin ki, ondan çəkindiyi üçün onu yox Anarı çağırıb başa salmaq istəyirmiş ki, onu kafeyə gətirməsin. Orxanın Anara onun barəsində danışacağını düşünüb Orxana “kafenin arxasında yox, onun gördüyü yerdə, kafenin qarşısında söhbət etmələrini istəmiş, belə olub Şahid8 qapının qarşısına çıxmış və ondan təxminən 5 metr məsafədə bayırda Orxan və Şahid8 mübahisə edirmişlər. Orxan Şahid8 “Təqsirləndirilən şəxs niyə bura soxmusan” demiş, Orxan həmçinin onun adını çəkərək nalayiq sözlərdeyərək Şahid8la mübahisə etmişdir. Orxanın onun adını çəkərək nalayiq ifadə işlətməsinə görə Orxana “sən kimə söyürsən” demiş, Orxan “səni söyürəm, bura niyə gəlmisən” demiş, Orxan bundan sonra kafenin qapısının qarşısında dayanıb ona “sən bu kafeyə girə bilmərsən” deyə bildirmişdir. Orxanın qolundan tutub Şahid8 “gəl içəri girək” demiş, Orxan onun anasının və bacısının ünvanına nalayiq söyüşlər söyməyə başlamış, buna görə də Orxana “sən kimə söyürsən? deyə bir də soruşmuşdur. Orxan “mən səni söyürəm” deyə cavab vermiş, Orxanın bu sözündən sonra əsəblərinə hakim ola bilməmiş və yumuruqla bir dəfə Orxanın sifətinə qüvvətli bir zərbə vurmuşdur. Orxan dizlərini yerə qoyaraq yerə yıxılmış və qısa müddətdə Orxan ayağa qalxıb onu vurmaq üçün üzərinə gəlmək istəmiş, lakin orada olan təxminən 20-25 nəfər Orxanı tutub saxlamış, Orxan ondan polisin “102” xidmətinə şikayət edəcəyini bildirmişdir. Bundan sonra orada olan bacısıoğlu Pərviz onun qoluna girərək oradan uzaqlaşdırmaq üçün kafenin içərisinə salmış, Anarla pivə içməyə davam edərkən oraya polislər gəlmiş və Orxanın ondan polisə şikayət etdiyini deyərək onu polis şöbəsinə aparmışlar. Orxanı yumuruqla vurmağının səbəbinin Orxanın onun və ailəsinin ünvanına nalayiq ifadələr işlətməsi olmuşdur. Orxanın sifətinin sol tərəfindən ancaq bir dəfə qəsdən yumuruqla vurmuş, başqa formada ona heç bir zor tətbiq etməmişdir. Orxandan başqa kimsəni vurmamış və əlində həmin vaxt heç bir əşya olmamışdır. Orxanı heç bir əşya ilə hədələməmiş, əşya ilə vurmamış, Orxanı və ya başqa kimsəni söyməmişdir. Baş vermiş dava-dalaşa görə təxminən 20 nəfərə qədər şəxs oraya toplaşmışdır. Kafe yolun kənarında olduğundan onlar yol keçən şəxslər, həmçinin kafedə istirahət edən şəxslər olmuşdur. İstirahətlərini yarımçıq qoyaraq oraya toplaşmışlar, ancaq həmin şəxslərin kimliklərini bilməmişdir. Orxan onu vurmaq üçün üzərinə gəlmək formasında cəhd etmiş, lakin Orxan və ya qeyri kimsənin onu vurmamış və heç bir fiziki zor tətbiq etməmişlər. Orxanı vurmağı, dava-dalaş təxminən 30 dəqiqə davam etmişdir. Baş vermiş hadisə zamanı sərxoş olmuş, belə ki, hadisədən əvvəl “Qəbələm” kafesində 4 bakal pivə, ondan da əvvəl 100 qram spirtli içki olan araq içmişdir. Tərlan, yaxud da onun işçisi ona heç zaman “Qəbələm” kafesində getməməyi üçün heç bir söz deməmiş, xəbərdarlıq etməmişdir. İtini Orxanın, yaxud digər bir müştərinin üzərinə hürdürməmiş və qısqırtmamışdır. Orxanın və ya qeyri kimsənin kafeyə daxil olmasına iti qısqırlamaqla mane olmamışdır. Hadisədən təxminən 1 ay əvvəl Orxan və Tərlan Hacıalılı kəndində Röyal marketin ikinci mərtəbəsində çay, pivə evi işlətmişlər və həmin vaxt kafeyə getmiş, orada çay içdiyi çayniki Tərlan qızdırmaqdan imtina etdiyi üçün aralarında mübahisə olmuş, buna görə dəçayın 3 manat pulunu verə bilməmiş, Orxangilin onunla prinsip saxladıqlarını düşünmüşdür. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən çox peşiman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, ona vurulmuş zərəri tam olaraq ödədiyini bildirmiş və məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X3 ifadəsində göstərdi ki, yaşadığı qonşu Hacıalılı kənd sakini Təqsirləndirilən şəxs məlum hadisə baş verməzdən əvvəllər tanımış, lakin onunla heç bir münasibəti, ədavəti olmamışdır. Sadəcə olaraq onu bir qonşu kənd sakini kimi tanımışdır. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 19 radələrində bibisioğlu X7 kəndində işlətdiyi yol kənarındakı “Qəbələm” adlı kafeyə həmkəndlisi Ağasəflə birgə getmişdir. Ağasəflə gəlib kafenin qarşısına qapının qarşısına çatdıqda yeməkxananın qapısının tam qarşısında qara rəngli hündür biritin kafenin qapısında dayandığını görmüşlər, içəri keçmək istədikdə ağzında tutacaq, boğazında ip olmayan itin üzərinə gələrək tutmaq istəmiş, ancaq tutmamışdır. İtin onu tutmaq istəməsini hiss etmiş, belə ki, Ağasəflə itə görə içəri keçə bilmirmişlər. Təxminən 30 saniyə içəri keçməyə cəhd etmişlər, lakin keçə bilməmişlər, it isə hürürmüş. Ondan başqa qapının qarşında təxminən tanımadığı 5-6 nəfər də şəxs də var imiş ki, onlar da kafeyə girmək istəyirmişlər, lakin it hürərək onlara da içəri keçməyə imkan verməmişdir. Bu zaman Təqsirləndirilən şəxs kafenin içərisində qapının qarşısında görmüş, o, hərdənbir bayıra çıxıb həmin itə yeməsi üçün pendir atmışdır. İtin Təqsirləndirilən şəxs iti olduğunu bilmişdir. Anarla aralarında təxminən 7-8 metr məsafə olmuşdur. Anara “iti kənar et, kafeyə girə bilək” demiş, Təqsirləndirilən şəxs orada “kənara etmirəm, mənim icazəm olmadan heç kim kafeyə daxil ola bilməz” demiş, həmçinin Anar ucadan səs-küy edərək onun ünvanına da nalayiq ifadələr işlətmiş, iti isə onun üzərinə qısqırlamağa başlamışdır. İt də onu qorxutmuş, lakin dişləməmiş, kafeyə, içəri keçməyə imkan verməmişdir. Həmin zaman Anarın sərxoş olması aşkar hiss edilmişdir. Anara “bu nə sözlərdir, bu təzə çıxdımı?” demiş, Anar bu zaman “buranın lotusu, ağası mənəm, icazəm olmasa heç kim içəri girə bilməz” deyə cavab vermişdir. Anar bu sözləri deyərək kafenin qapısından düşüb ona tərəf yaxınlaşmış, onun yanına gəlmiş, ”bu nə hərəkətdir, mən kafeyə gəlmişəm, sənə nə var” demiş, bu vaxt Anar qəflətən zərbə ilə bir dəfə yumuruqla onun sifətinin sol tərəfinə, sol gözünün altından vurmuş, zərbənin təsirindən bir anlıq huşunu itirib ağüzıüstə yerə yıxılmış, bundan sonra baş verənləri qismən xatırlamışdır. Belə ki, təxminən 5-6 dəqiqə ərzində bir qədər huşu qayıtdıqdan sonra kafenin qarşısında xeyli adam toplaşdığını görmüş, Ağasəf, həmkəndlisi Ruslan, həmkəndlisi Ceyhun qollarından və gövdəsindən onu zorla tutub ayaqüstə saxlamışlar, aldığı zərbədən ayaqüstə dayana bilməmiş, başı bərk ağrımışdır. Toplaşmış qeyri şəxslər isə Təqsirləndirilən şəxs sakitləşdirmək istəyirmişlər, onu kənara çəkirmişlər, belə ki, Anar hələ də onun üzərinə gələrək vurmaq istəmişdir. Lakin aralarındakı məsafə10-15 metrdən artıq olduğu üçün yumuruq və təpik atmamışdır. Ancaq Anar ucadan onun ünvanına nalayiq söyüş söymüş, Ovcullu kəndini də nalayiq söyüşlərlə təhqir edib “buranın lotusu mənəm” kimi ifadələr işlətmişdir. Orada olan təxminən 20 nəfərə yaxın adlarını xatırlamadığı, həmçinin tanımadığı şəxslər Anarı sakitləşdirib oradan aparmaq istəmişlər. Anar isə getmək istəməyərək elə ucadan onun və kəndinin ünvanına nalayiq söyüşlər söymüşdür. Həmçinin Anar ona “mən sənin kimi oğlanları vurub gedib 2-3 il srok yataraq gəlib yenə vururam” deyə bildirmişdir. Bundan bir qədər sonra dayısı Rafiq də oraya gəlmiş, onu həmkəndlisi Rasimin oğlu Məhəmmədin avtomobili ilə tibbi yardım üçün Qəbələ rayon diaqnostika mərkəzinə aparmışlar. Anar İdirosovun onu vurmasının heç bir əsaslı səbəbi olmamış, Anarın özünü Hacıalılı kəndinin “lotusu”, “ağası” hesab etdiyini deyərək onu vurmuşdur. Təqsirləndirilən şəxs onun sifətinə bir dəfə qüvvətli zərbə vurmuş, başqa formada ona heç bir fiziki zor tətbiq etməmişdir. Təkrar vurmağa cəhd etməsini, üzərinə gəlməsini görmüş, lakin buna orada olan şəxslərin imkan verməmişlər. Təqsirləndirilən şəxs ondan başqa kimsəni vurmamış, Anarın əlində həmin vaxt heç bir əşya olmamış, onu heç bir əşya ilə hədələməmiş, əşya ilə vurmamışdır. Təqsirləndirilən şəxs söyüb təhqir etməmiş, ona heç bir kobud və ya nalayiq ifadə işlətməmişdir. Həmçinin Anara heç bir fiziki zor tətbiq etməmiş, fiziki zor tətbiq etməklə hədələməmişdir. Baş vermiş dava dalaşa görə təxminən 20 nəfərə qədər şəxs oraya toplaşmışdır. Belə ki, kafe yolun kənarında olduğundan onlar yol keçən şəxslər, həmçinin kafedə istirahət edən şəxslər olmuşdur. Onlar istirahətlərini yarımçıq qoyaraq oraya toplaşmışlar, ancaq həmin şəxslərin kimliklərini bilməmiş, əlavə olaraq orada olan Hacıalılı kənd sakini Şahid4 və Hacıalılı kənd sakini, internet klub işlədən Namiq xatırlamışdır. X12 əvvəlki günlər də itini orada kafenin qarşısında saxlayıb kafeyə müştəriləri buraxmadığını öyrənmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs heç kimi vurmamış, ona heç kim fiziki zor tətbiq etməmişdir. Kafeyə daxil olmaq istəməyi, Anarın onu vurması, Anarın qanunsuz hərəkətlərini təxminən 15-20 dəqiqə davam etmişdir. Davadan əvvəl Şahid8la söhbət etməmiş, Təqsirləndirilən şəxs kafeyə girməyə heç bir qadağa qoymamış, onu təhqir etməmiş, həmçinin Təqsirləndirilən şəxsla hesabı vermədiyi üçün heç bir psinsip saxlamamışdır. Kafe onun olmadığı üçün Anarın borclu qalıb-qalmaması barədə heç nə bilməmişdir. Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün yalan danışdığını fikirləşmişdir. Anar şəxsən onun üçün deyil, ümumi olaraq kafeyə daxil olmaq istəyən şəxslər üçün iti orada kafenin qarşısında saxlayıb içəri daxil olmağa imkan verməmiş, əlavə olaraq 4-5 nəfər tanmadığı şəxslərdə oradan itə görə aralanıb çıxıb getmişlər. Zərərçəkmiş şəxs X3 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ona vurduğu zərəri tamamilə ödədiyini, ondan heç bir şikayət və ya tələbinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir, onunla heç bir qohumluğu və ya yaxın münasibəti, ədavəti yoxdur. Qəbələ rayon Hacıalılı kənd sakini Təqsirləndirilən şəxs Hacıalılı kənd sakini kimi tanımışdır. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 19:30 radələrində həmkəndlisi Ceyhunla birgə Hacıalılı kəndinə Tərlan adlı şəxsin işlətdiyi kafeyə çörək yeyib istirahət etməyə gedirmişlər. Birgə kənddən taksi ilə gəlib yolda düşüb yoldan 20 metr üzü Ağdaş istiqamətində yolun sağında yerləşən “Qəbələm” adlı kafeyə gedib kafenin qarşısına çatanda həmkəndlisi Orxanın da kafenin qarşısında dayandığını görmüşdür. Həmçinin, kafenin qarşısında bir it də varmış. Təqsirləndirilən şəxs da Orxanın yanında kafenin qarşısında olmuşdur. Anar orada Orxana “mən buranın lotusuyam, nə istəsəm edərəm” kimi sözlər demişdir. Belə ki, Anar qara rəngli hündür iti Orxanın üzərinə qısqırlayaraq içəri kafeyə girməyə imkan verməmiş, ucadan nalayiq ifadələr işlətmiş və səs-küy etmişdir. Orxan isə Anardan nə üçün belə etdiyini soruşmuş, iti kənara çəkməsini istəyirmiş, Anar isə buna məhəl qoymamışdır. Orxandan başqa kafenin qarşısında olan tanımadığı təxminən 5-6 nəfər şəxsi də eyni qayda ilə kafeyə daxil olmağa imkan verməmiş, hətta həmin şəxslərdən bəziləri artıq itə görə kafeyə girə bilməyərək geri qayıtmışdır. Orxan isə Anarla söhbət edərək içəri girmək istəmiş, lakin 2-3 dəqiqə ərzində Anar Orxanı və qeyri şəxsləri kafeyə it vasitəsilə içəri girməyə imkan verməmişdir. Orxana “mən Hacıalılı kəndinin lotusu, ağasıyam, mənim icazəm olmadan kimsə içəri girə bilməz” demişdir. Artıq həmin vaxt Anar Orxana yaxınlaşmışdır. Bu zaman Orxan kafeyə daxil olmaq istədikdə kafenin qapısının tam qarşısında Anar qəflətən bir dəfə yumuruqla Orxanın sifətinin sol tərəfindən qüvvətli zərbə vurmuşdur. Orxan sifətini tutaraq ağzıaşağı yerə yıxılmış, huşunu itirmişdir. Bu zaman orada olan özü, Ağasəf, həmçinin Ceyhun Orxanı ayağa qaldırmışlar. Həmin vaxt kafenin qarşısına təxminən 15-20 nəfər tanımadığı şəxslər toplaşmışdır. Onlar kafeninin içərisində istirahət edən şəxslər və yol keçən şəxslər olmuşlar. Həmin adamlar yaxınlaşıb Anarı tutub saxlayaraq onu sakitləşədirməyə başlamış, onu kənara çəkmişlər. Anar Orxanın və ümumən Ovcullu kənd sakinlərinin ünvanına ağır nalayiq söyüşlər söyərək Ovcullu kənd sakinlərinin onun icazəsi olmadan kafeyə girə bilməyəcəklərini, həmçinin Hacıalılı kəndində at oynatmayacaqlarını bildirmişdir. Təqsirləndirilən şəxs sərxoş olması aşkar hiss olunmuşdur. Orada olan təxminən 20 nəfərə yaxın adlarını xatırlamadığı, həmçinin tanımadığı şəxslər Anarı sakitləşdirib oradan aparmaq istəmişlər. Anar isə getmək istəməyərək elə ucadan Orxanın, kəndlərinin ünvanına nalayiq söyüşlər söymüşdür. X23 “mən sənin kimi oğlanları vurub gedib 2-3 il srok yataraq gəlib yenə vururam” demişdir. Bundan bir qədər sonra Orxanın dayısı Rafiq də oraya gəlmiş, Orxanı həmkəndlisi Rasimin oğlu Məhəmmədin avtomobili ilə Qəbələ rayon xəstəxanasına tibbi yardım üçün aparmışlar. Qısa müddət sonra polislər oraya gəlmiş, Anarı polis şöbəsinə aparmışlar. X17 yumuruqla vurmasının heç bir əsaslı səbəbinin olmamışdır. Anar özünü Hacıalılı kəndinin “lotusu”, “ağası” hesab etdiyini deyərək onu vurmuş, Təqsirləndirilən şəxs Orxanın sifətinə bir dəfə qüvvətli zərbə vurmuş, başqa formada ona heç bir fiziki zor tətbiq etməmişdir. Təqsirləndirilən şəxs Orxandan başqa kimsəni vurmamış və Anarın əlində həmin vaxt heç bir əşya olmamışdır. Orxan və ya başqa kimsə Anar İdirsovu söyüb təhqir etməmiş, ona heç bir kobud və ya nalayiq ifadə işlətməmiş, Orxan və ya başqa kimsə Anarı vurmamış, fiziki zor təbiq etməmişdir. Baş vermiş dava dalaşa görə təxminən 20 nəfərə qədər şəxs oraya toplaşmışdır. Həmin şəxslər yol keçən və həmçinin kafedə istirahət edən şəxslər olmuşlar. Onlar istirahələrini yarımçıq qoyaraq oraya gəlmişlər. Özü Ceyhunun kafesinə daxil olmaq istəmiş, Anarın it vasitəsi ilə buna mane olmuşdur. Anarın Orxanı vurması, Anarın qanunsuz hərəkətləri təxminən 15-20 dəqiqə davam etmişdir. Orxan Şahid8la söhbət etməmiş və Təqsirləndirilən şəxs kafeyə girməyə heç bir qadağa qoymamışdır. Orxanın Anarla hər hansı prinsipi olub-olmadığını bilmir. Anarın şəxsən Orxan üçün deyil, ümumi olaraq kafeyə daxil olmaq istəyən şəxslər üçün iti orada kafenin qarşısında saxılayıb içəri daxil olmağa imkan verməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir, onunla heç bir qohumluğu və ya yaxın münasibəti, ədavəti yoxdur. Qəbələ rayon Hacıalılı kənd sakini Təqsirləndirilən şəxs qonşu Hacıalılı kənd sakini kimi tanımış, onunla da heç bir yaxın münasibəti və ya ədavəti olmamışdır. İstifadəsində Mercedes markalı ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobil vardır ki, xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 20 radələrində Hacıalılı kəndində yerləşən “Ulduz” marketə gedəndə yolda Zərərçəkmiş şəxs dayısı Rafiqi Hacıalılı kəndində yol kənarında görmüş, Rafiq Orxanın çiyninə girərək onu yolun Ağdaş rayonu istiqamətində sağ tərəfində yerləşən “Qəbələm” kafesinin qarşısından yolun əks istiqaməti tərəfinə, yəni üzü Qəbələ şəhəri istiqamətinə keçirirmiş. Həmin vaxt yolun hərəkət hissəsində, həmçinin kafenin qarşısında kimliklərini xatırlamadığı xeyli adam toplaşmışdır. Rafiq onu çağırıb “Orxanı Qəbələ rayon xəstəxanasına apara bilərsənmi?” demiş, dərhal oraya yaxınlaşmış və nə baş verdiyini soruşduqda Rafiq Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan Orxanı yumuruqla sifətinə vuraraq ona xəsarət yetirdiyini demişdir. Həmin vaxt Orxanın sifətində həqiqətən də iri şişkinlik görmüş, Orxan isə sanki özündə olmamış, amma gah da danışaraq onu həqiqətən də Anarın heç bir səbəb olmadan vurduğunu deymişdir. Rafiq Orxanı onun avtomobilinə mindirmiş, bundan əlavə olaraq Hacıalılı kənd sakini Elşən də onlarla birgə Qəbələ rayon xəstəxanasına getmişlər. Orada Orxanın sifətində sınıq olduğunu həkimlər müəyyən etmişlər. Sonradan Təqsirləndirilən şəxs itini “Qəbələm” adlı kafenin qarşısına bağladığını, içəri müştərilərin keçməsinə itini qısqırlamaqla imkan vermədiyini, Orxanın da buna etiraz edərək kafeyə daxil olmaq istədikdə Anarın qəsdən yumuruqla Orxanın sifətinə vuraraq ona xəsarət yetirdiyini öyrənmişdir. Lakin davanı, həmçinin Təqsirləndirilən şəxs və onun itini görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həmkəndlisdir, onunla heç bir qohumluğu və ya yaxın münasibəti, ədavəti yoxdur. Qəbələ rayon Hacallı kənd sakini Təqsirləndirilən şəxs o Hacallı kənd sakini kimi tanıyır, onunla da heç bir yaxın münasibəti və ya ədavəti yoxdur. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 19 radələrində o, Zərərçəkmiş şəxs ilə birgə yaşadığları Ovculu kəndindən piyada rayonun Hacallı kəndinə həmkəndliləri Tərlan Məmmədovun işlətdiyi “Qəbələm” adlı kafeyə çay içib çörək yeməyə gedirmişlər. Birgə gəlib kafenin qapısının qarşısına çatanda görmüşlər ki, orada qara rəngli hündür bir it var və qapıda dayanmışdır. Onlar içəri keçmək istədikdə görmüşlər ki, it onların üzərinə gələrək tutmaq istəyir. İt həmin vaxt açıq olmuş, onun boğazında kəndir, ağzında isə heç bir tutacaq yox imiş. İtin onların tutmaq istəməsini hiss etmiş, belə ki nə o, nə də Orxan itə görə içəri keçə bilməmişlər. Təxminən 1 dəqiqə içəri keçməyə cəhd etmişlər, lakin keçə bilməmişlər, it hürmüşdür. Onlardan başqa qapının qarşında təxminən tanımadığı 5-6 nəfər də şəxs var imiş ki, onlar da kafeyə girmək istəmişlər, lakin it hürərək imkan verməmişdir. Belə ki, həmin vaxt Təqsirləndirilən şəxs özü kafenin qapısının içəri tərəfdən yaxınında olmuş və o da iti gah onlara, gah da orada olan kənar şəxslərin üzərinə qısqırdmaqla hürdürmüşdür. Onları, digər müştəriləri qorxutmuş və müştərilər də məcbur qalıb oradan uzaqlaşmışlar. Təqsirləndirilən şəxs kafenin içərisində qapının qarşısında hərdənbir bayıra çıxıb həmin itə yeməsi üçün pendir də atmışdır. Bilmişdir ki, it Təqsirləndirilən şəxs itidir. Anarla aralarında 7-8 metr məsafə olmuşdur. Orxan Anara demiş ki, “iti kənar et, kafeyə girə bilək”. Bu zaman Təqsirləndirilən şəxs orada Orxana demiş ki, “kənara etmirəm, mənim icazəm olmadan heç kim kafeyə daxil ola bilməz”. Həmçinin Anar ucadan səs-küy edərək Orxanın ünvanına da nalayiq ifadələr işlətmiş, iti isə onun üzərinə daha da qısqırlamağa başlamışdır. İt də Orxanı qorxutmuş, lakin dişləməmiş, lakin içəri keçməyə imkan verməmişdir. Anarın sərxoş olması aşkar hiss edilmişdir. Orxan Anara bildirmiş ki, “bu nə sözlərdir, bu təzə çıxdımı?". Anar bu zaman Orxana demiş ki, “buranın lotusu, ağası mənəm, icazəm olmasa heç kim içəri girə bilməz”. Belə ki, Anar mübahisə zamanı Orxana “yaxşı edirəm, mən lotuyam, Hacallı kəndinin ağasıyam, Ovcullu kəndi Hacallıda at oynada bilməz, mən belə istəyirəm” və sair bu kimi sözlər demiş, həmçinin Orxana istehsalı gülüşlər edərək özünün sanki orada olan şəxslərdən, həmçinin Orxandan üstün olmasını nümayiş etdirmiş, ətrafda olan şəxsləri tam olaraq heçə saymış, heç kimə qulaq asmamışdır. Anar bu sözləri deyərək kafenin qapısından düşüb Orxana tərəf yaxınlaşmışdır. Tam olaraq onun yanına gəlmiş, Orxan Anara demiş ki, “bu nə hərəkətdir, mən kafeyə gəlmişəm, sənə var”. Bu zaman Anar qəflətən zərbə ilə bir dəfə yumuruqla Orxanın sifətinin sol tərəfinə, sol gözünün altından vurmuşdur. Orxan da zərbənin təsirindən bir anlıq huşumu itirib ağzıüstə yerə yıxılmışdır. Bu zaman orada olan Ruslan, Ceyhun Orxanı ayağa qaldırmışdır. Həmin vaxt kafenin qarşısına təxminən 15-20 nəfər tanımadığı şəxslər toplaşmışlar. Onlar kafenin içərisində istirahət edən şəxslər və yol keçən şəxslər olmuşlar. Həmin adamlar yaxınlaşıb Anarı tutub saxlayaraq onu sakitləşədirməyə başlamışlar, onu kənara çəkmişlər, Anar isə hələ də onların əlindən dartınıb Orxanı vurmağa cəhd etmiş, lakin aralarındakı məsafə 15-20 metr olduğundan Orxana yumuruq və təpik atmamışdır. X25 və ümumən Ovcullu kənd sakinlərinin ünvanına ağır nalayiq söyüşlər (var yox söyüşləri) söyərək bildirmişdir ki, Ovcullu kənd sakinləri onun icazəsi olmadan kafeyə girə bilməz, həmçinin Hacallı kəndində at oynada bilməzlər. Aşkar hiss olunmuşdur ki, Anar sərxoşdur. Orada olan təxminən 20 nəfərə yaxın adlarını xatırlamadığı, həmçinin tanımadığı şəxslər Anarı sakitləşdirib oradan aparmaq istəmişlər. Anar isə getmək istəməyərək elə ucadan Orxanın, kəndlərinin ünvanına nalayiq söyüşlər söymüşdür. X23 demişdir ki, “mən sənin kimi oğlanları vurub gedib 2-3 il srok yataraq gəlib yenə vururam”. Bundan bir qədər sonra Orxanın dayısı Rafik də oraya gəlmiş, o Orxanı həmkəndlisi Rasimin oğlu Məhəmmədin avtomobili ilə Qəbələ rayon xəstəxanasına aparmışlar. Qısa müddət sonra polislər oraya gəlmişlər. Anar həmin vaxt kafedə imiş və pivə içirmiş. Lakin heç nə danışmamış və heç kim də Anara heç nə deməmişdir. O və Ruslan da kafeyə girmişlər, kafedə müştərilərdə olmuşdur, lakin kim olduqlarını bilməmişdir. Polislər Anarı polis şöbəsinə aparmışlar. Lakin, polisə kimin məlumat verdiyini bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs bacısı oğludur. Qəbələ rayon Hacıalılı kəndində “Qəbələm” adlı kafesi vardır ki, həmin kafeni Tərlan Məmmədov adlı şəxs icarə əsasında işlədir. Təqsirləndirilən şəxs həmkəndlisidir, onunla heç bir ədavəti, yaxud yaxın münasibəti yoxdur. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 19:30 radələrində evindən kafeyə xəbər bilməyə getmiş, kafeyə çatdıqda kafenin ətrafında, içərində nəsə narahatlıq, qarışıqları müəyyən etmiş, kafeyə daxil olanda Anar İdirsovun həmkəndlisi Şahid8la birgə oturub pivə içdiklərini görmüşdür. Anar onu görən kimi hal-əhval bilmiş, Təqsirləndirilən şəxs sərxoş olması aşkar hiss edilmişdir. Anar bu zaman ”mənim itim kafenin qarşısında olmuş, buna görə bacınoğlu Orxan mənə irad bildirmiş, mənimlə düzgün rəftar etmədiyinə görə onu yumuruqla sifətinə vuraraq döymüşəm” demişdir. Bu zaman Orxan da bayırdan kafeyə daxil olmuş, Orxanın sifətinin sol tərəfi şişmiş görmüş, Anar Orxanı göstərib onu yumuruqla vurub həmin sifətindəki xəsarəti yetirdiyini bildirmişdir. Həmin vaxt Anar sərxoş olduğundan heç tam düzgün söhbət də edə bilməmiş, ancaq “yaxşı etmişəm, əcəb etmişəm, səhvi olduğu üçün vurmuşam” deymişdir. Anar həmçinin, Orxanın onu söyüb təhqir etdiyini də demişdir. Orxan isə vəziyyəti çox pis olduğundan danışa bilməmişdir, sadəcə olaraq həqiqətən də Anarın onu yumuruqla sifətinə vuraraq xəsarət yetirdiyini demişdir. Sonra Orxanın vəziyyətinə görə onu Ovcullu kənd sakini Rasimin oğlu Məhəmmədin avtomobili ilə Qəbələ rayon diaqnostika mərkəzinə aparmışdır. Kafeyə gələndə kafenin bayırında, həmçinin içərisində adamların olduğunu görmüş, həmin adamlar kəndin cavan uşaqları olduğu üçün kimliklərini bilməmişdir. Hadisə yerinə gəldikdə Anarın itinin hələ də kafenin qarşısında olduğunu, hətta itin oradakı adamlara hürdüyünü, oraya gələn müştəriləri qorxutduğunu, onların istirahətini pozduğunu, kiminin itə tərəf daş atdığını, kimnin iti dalaşaraq qovmaq istədiyini, ancaq itin qorxmayaraq oradakı adamların üzərinə hücum etdiyininin şahidi olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs həmkəndlisidir, onunla heç bir qohumluğu və ya yaxın münasibəti, ədavəti yoxdur. Qəbələ rayon Hacıalılı kənd sakini Təqsirləndirilən şəxs ilə də heç bir yaxın münasibəti və ya ədavəti yoxdur. Qəbələ rayon Hacıalılı kəndində yol kənarında Tərlan adlı şəxsin işlətdiyi “Qəbələm” adlı kafenin tam yanında qonşuluğunda “Playstation klub” işlədirmiş. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 19:15 radələrində təkcə kluba gəlmişdir. Kluba çatanda Orxan və Anarın “Qəbələm” kafesinin qapısının qarşısında bir-biri ilə mübahisə etdiklərini görmüş, onlara tam yaxınlaşanda mübahisənin məzmunundan Anarın öz itini kafenin qarşında saxladığını, itini Orxan və qeyri şəxslərə qısqırlayaraq kafeyə girməyə imkan vermədiyini, buna görə də Orxanla mübahisələri düşdüyünün şahidi olmuşdur. Mübahisə ancaq sözdən ibarət olmuş, belə ki, Anar mübahisə zamanı Orxana “yaxşı edirəm, mən lotuyam, Hacıalılı kəndinin ağasıyam, Ovcullu kəndi Hacıalılıda at oynada bilməz, mən belə istəyirəm” və sair bu kimi sözlər deymişdir. Həmçinin Orxana istehsalı gülüşlər edərək özünü sanki orada olan şəxslərdən, həmçinin Orxandan üstün olmasını nümayiş etdirmiş, ətrafda olan şəxsləri tam olaraq heçə saymış, heç kimə qulaq asmamışdır. Həmin vaxt artıq mübahisəyə 15-20 nəfərə kimi adam toplaşmış, Orxan da Anara “düzgün etmirsən” və sair bu kimi sözlərlə ona izah etməyə çalışmışdır. Mübahisə zamanı Anar Orxanın ünvanına nalayiq söyüşlər söyərək “siz kimsiz ki, Ovculludan bura kafeyə gəlmisiniz? Burada kafe açmısını?” Bu sözləri deyib Təqsirləndirilən şəxs qəflətən bir dəfə yumuruqla Orxanın sifətinin sol tərəfinə vurmuşdur. Orxan sifətini tutaraq yerə yıxılmış, belə ki, Orxan zərbənin təsirindən sanki huşunu itirmişdir. Bu zaman özü, həmçinin Orxanın orada olan həmkəndliləri Orxanı ayağa qaldırmışlar. Həmin vaxt oraya toplaşmış adlarını tam olaraq xatırlamadığı Hacıallı kənd sakinləri Təqsirləndirilən şəxs oradan uzaqlaşdırmağa başlamışlar. Həmin şəxslər kafeninin içərisində istirahət edən şəxslər və yol keçən şəxslər olmuşlar. Həmin adamlar yaxınlaşıb Anarı tutub saxlayaraq onu sakitləşədirməyə başlamışlar və onu kənara çəkmişlər. Anar Orxanın və ümumən Ovcullu kənd sakinlərinin ünvanına ağır nalayiq söyüşlər söyərək “Ovcullu kənd sakinlərin onun icazəsi olmadan kafeyə girə bilməz, həmçinin Hacıalılı kəndində at oynada bilməzlər” kimi ifadələr işlətmişdir. Anarın sərxoş olması aşkar hiss edilmişdir. Orada olan təxminən 20 nəfərə yaxın adlarını xatırlamadığı, həmçinin tanımadığı şəxslər Anarı sakitləşdirib oradan aparmaq istəyirmişlər. Anar isə getmək istəməyərək elə ucadan Orxanın, Ovcullu kəndininünvanına nalayiq söyüşlər söymüşdür. X23 “mən sənin kimi oğlanları vurub gedib 2-3 il srok yataraq gəlib yenə vururam” demişdir. Bundan bir qədər sonra Orxanın dayısı Rafiq də oraya gəlmiş, Orxanı həmkəndlisi Rasimin oğlu Məhəmmədin avtomobili ilə Qəbələ rayon xəstəxanasına tibbi yardım üçün aparmışlar. Təqsirləndirilən şəxs Orxanı yumuruqla vurmasının heç bir əsaslı səbəbi olmamışdır. Anarın özünü Hacıalılı kəndinin lotusu, ağası hesab etdiyini deyərək Orxanı vurmuş, başqa formada ona heç bir fiziki zor tətbiq etməmişdir. Təqsirləndirilən şəxs Orxandan başqa kimsəni vurmamış və Anarın əlində həmin vaxt heç bir əşya olmamışdır. Orxan və ya başqa kimsə Təqsirləndirilən şəxs söyüb təhqir etməmiş, ona heç bir kobud və ya nalayiq ifadə işlətməmişdir. Orxan və ya başqa kimsə Anarı vurmamış, fiziki zor təbiq etməmiş, həmçinin onu zor tətbiq etməklə hədələməmişdir. Baş vermiş dava dalaşa görə təxminən 20 nəfərə qədər şəxs oraya toplaşmışdır. Həmin şəxslər yol keçən, həmçinin kafedə istirahət edən şəxslər olmuşlar. Onlar istirahələrini yarımçıq qoyaraq oraya gəlmişlər. Onun, Ceyhunun kafeyə daxil olmaq istəməsi, Anarın it vasitəsi ilə buna mane olması, Anarın Orxanı vurması, Anarın qanunsuz hərəkətləri təxminən 15-20 dəqiqə davam etmişdir. Orxanın Şahid8la söhbət etmədiyini, Təqsirləndirilən şəxs kafeyə girməyə heç bir qadağa qoymadığını, Orxanın Anarla hər hansı prinsipi olub-olmadığını bilməmişdir. Anar şəxsən Orxan üçün deyil, ümumi olaraq kafeyə daxil olmaq istəyən şəxslər üçün iti orada kafenin qarşısında saxılayıb içəri daxil olmağa imkan verməmişdir. Orxan və ya qeyri kimsə Anarı vurmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs uşaqlıq dostudur, onunla yaxın münasibəti vardır. Qəbələ rayon Ovcullu kənd sakini Zərərçəkmiş şəxs da bir müddətdir ki, tanıyırmış, belə ki, Orxan yanında əvvəllər tikintidə fəhlə kimi işləmiş, onunla da aralarında normal münasibət olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs onlarda qonaq olmuş, odun toplayaraq birgə oturub yemək yemişlər və hərəsinə təxminən 250 qram spirtli içki olan araq içmişlər. Axşamtərəfi də bir qədər Hacıalılı kəndinin mərkəzində birgə olmuşlar, saat təxminən 19 radələrində Təqsirləndirilən şəxs kənd mərkəzindəki “Qəbələm” kafesinə gedərək orada pivə içməyi təklif etmişdir. Təqsirləndirilən şəxs da razı olmuş, birgə kafeyə daxil olub orada xidmətçi işləyən şəxsə pivə sifariş etmişlər və hər ikisi kafenin içərisində giriş qapısının tam qarşısında oturub pivə içmişlər. Anarın iti də kafenin qapısının qarşısında bayırda imiş, itin ağzı və başı açıq olmuşdur. Bu zaman xidmətçi əlində telefon ona yaxınlaşmış, onunla danışmaq istəyən olduğunu demiş, xidmətçidən kimin onunla danışmaq istədiyini soruşmuş, xidmətçi isə “danış görəcəksən” deyə cavab vermişdir. Bu zaman telefonu Anar götürmüş, nəsə xatırlamadığı sözlər danışa-danışa bayıra çıxmış, kafenin qarşısında ucadan anlaşılmaz, xatırlamadığı səs-küy eşitmiş, dərhal bayıra çıxmış və həmin an Anarın Zərərçəkmiş şəxs sifətinə qəsdən bir dəfə qüvvətli yumuruqla vurduğunu görmüşdür. Orxan da sifətini tutub həmin yerə yıxılmış, o, həmçinin orada olan şəxslər Anarı tutub saxlamışlar, onu kənara çəkmişlər, orada olan qeyri şəxslər isə Orxanı tutub ayağa qaldırmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs Orxanın onu söyüb təhqir etdiyi üçün Orxanı vurduğu eşitmiş, lakin, Orxanın Təqsirləndirilən şəxs söyməsini, onu hər hansı bir formada təhqir etməsini eşitməmiş, bunu ancaq Təqsirləndirilən şəxs eşitmişdir. Orada olan şəxslər həmin vaxt Orxanı oradan kənarlaşdırmışlar və orada dayanmadan evinə çıxıb getmişdir. Dava yerinə təxminən 20 nəfər şəxs toplaşmışdır. Təqsirləndirilən şəxs Orxanı yumuruqla vurmağının səbəbinin Orxanın Təqsirləndirilən şəxs söyüb təhqir etməsi olduğunu düşünmüşdür. Bu səbəbi Təqsirləndirilən şəxs ona demişdir. Lakin Təqsirləndirilən şəxs bildirdiyi kimi Orxan onu kənara çəkərək heç bir söhbət etməmiş, ondan və Təqsirləndirilən şəxs kafeyə daxil olmamağı tələb etməmiş, onunla söhbət edərək Təqsirləndirilən şəxs ünvanına nalayiq söyüşlər söyməmişdir. Məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi, şahid ifadələri və aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş xx xxxxxx 2020-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış keçirilən yer Qəbələ rayon Hacıalılı kəndinin mərkəzində yerləşən Qəbələ-Ağdaş yolunun Ağdaş rayonu istiqamətində yolun sağında asfalt örtükdən 16 metr məsafədə yerləşən “Qəbələm” adlı kafenin yerləşdiyi ərazidir. Həmin kafenin qarşı tərəfi açıq şəkildə olmaqla yer torpaq və daşlıdır. Baxış zamanı iştirak edən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onu kafenin qarşı tərəfində vurduğunu bildirirək həmin yeri təqdim etmişdir. Kafenin giriş hissədən sağ tərəfdə 3 ədəd pəncərəsi vardır, kafenin giriş qapısının yuxarısında qırmızı hərflərlə “Qəbələm” sözü yazılmışdır.Baxış zamanı fotoşəkillər çəkilmiş, həmçinin videoçəkiliş aparılmışdır. Baxış keçirilən zaman çəkilmiş fotoşəkillər və videoçəkiliş 01 ədəd cd diskə köçürülərək baxış protokoluna əlavə edilmişdir. İşdə olan Qəbələ RMX-dan daxil olmuş xx.xx.2020-cu il tarixli 62 nömrəli “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” porotokoluna əsasən baş vermiş dava–dalaş zamanı, yəni xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs orta dərəcəli sərxoş olmuşdur. İş materiallarına əlavə edilmiş Qəbələ RMX-dan daxil olmuş xx.xx.2020-cu il tarixli 63 nömrəli “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” porotokoluna əsasən baş vermiş dava–dalaş zamanı, yəni xx xxxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs ayıq olmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X15-Təcrübi və X13 rayon şöbəsinin xx xxxxxx 2020-ci il tarixli 39 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol almacıq sümüyünün və sol çənə şaxəsinin sınığı kimi xəsarəti vardır. Həmin xəsarətlər küt alətin(əşyaların)təsirindən müayinə olunanın göstərdiyi tarixdə və şəraitdə, yəni, xx xxxxxx 2020-ci ildə törənə bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmanın əlamətlərinə aiddir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İcbari X26 Dövlət X20 Bölmələrini İdarəetmə Birliyi “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” X16 daxil olmuş 3/195 nömrəli məktuba əsasən Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Qəbələ RMX PHŞ-in polikilinika şöbəsinin psixiatrik, narkoloji və nevroloji kabinetində qeydiyyatda deyildirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Qəbələ rayon Zarağan kənd X18 üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə edilir. İş materiallarına əlavə edilmiş Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Hacıalılı kənd X18 üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 142 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi atası 1958-ci il təvəllüdlü X11, anası 1959-cu il təvəllüdlü X4, bacısı 1979-cu il təvəllüdlü X8 və qardaşı 1981-ci il təvəllüdlü X5 ibarətdir. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurma cinayətini törətməsi, həmçinin, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etməsi zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi, ekspert rəyi, ibtidai istintaq protokolları ilə də tam sübuta yetirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər.» Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli Qərarında göstərilir: «Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir.” Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, yetirdiyi xəsarətlərlə bağlı tibbi xərclərini ödəməklə törətdiyi cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə cəza məsələsini müzakirə edərkən, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əməlini səmimi etiraf etməklə əməlindən peşiman olmasını, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 127.2.3 və 221.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 127.2.3 və 221.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi və Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə qəti cəza təyin edilməsini ədalətli, məqsədə uyğun və onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olunması baxımından yetərli hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 22:00-dan növbəti gün saat 07:00dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon icra və probasiya şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə Qəbələ rayon icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş qəti olaraq 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon İcra və Probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökm elan olunduğundan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №1(025)-22/2020
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-22/2020
12.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver