Məhkəmə qərarları › İş №1(025)-22/2023

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-22/2023

17.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-22/2023 17.07.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Qafarlı Yelmar Elman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1990-cı il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, Ağdam rayonu, Əlimədətli ərazi dairəsi, Əliağalı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, 07 yanvar 2023-cü il tarixdə barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən Təqsirləndirilən şəxs ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən təkrarən qərəzli hərəkətləri edərək, eyni zamanda ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədərək xuliqanlıq etmişdir. Belə ki, o, 13 sentyabr 2022-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixə keçən gecə saat 00:30 radələrində yüngül dərəcəli alkoqol sərxoş vəziyyətdə Qəbələ rayon Zarağan-2 məcburi köçkün qəsəbəsinin giriş hissəsində çoxmərtəbəli binaların həyətində əhalinin sıx toplaşdığı ictimai yerdə Vaz 2106 minik markalı ** CF *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Zərərçəkmiş şəxs2 idarə etdiyi Mercedes Benz 190 minik markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobil onunla üzbəüz gəldiyindən Zərərçəkmiş şəxs2 yol verməməyi üstündə aralarında yaranmış mübahisə zamanı əvvəlcə Zərərçəkmiş şəxs2 ünvanına ucadan nalayiq söyüşlər söymüş, bu vaxt Zərərçəkmiş şəxs2 yanında olan Zərərçəkmiş şəxs1 münaqişənin qarşısını almaq üçün Mercedes Benz 190 minik markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobili geriyə sürərək yolu açmasına baxmayaraq, o, avtomobilini idarə edərək keçib getmək əvəzinə səbəbsiz olaraq cəmiyyətdə insanlar arasında təşəkkül tapmış əxlaq normalarına zidd şəkildə avtomobilini Zərərçəkmiş şəxs2 və sonuncunun istifadəsində olan avtomobil ilə üzbəüz saxlamış, uca səslə nalayiq ifadələr işlətmiş, bundan sonra Zərərçəkmiş şəxs2lə əvvəlcə avtomobilin içərisində əlbəyaxa olmuş, ardınca xuliqanlıq hərəkətlərini davam etdirərək avtomobilindən enərək uca səslə ünvanlı və ünvansız nalayiq ifadələr işlətməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə etmiş və Zərərçəkmiş şəxs2lə əlbəyaxa olmaqla qarşılıqlı dava-dalaş zamanı Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyyələrindən zərbələr endirməklə sonuncuya sol əlin üst səthinin, boyunun sol orta və sağ aşağı nahiyyəsinin, sol qoltuqaltı nahiyyənin sıyrığı kimi sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmiş, bununla da 15 dəqiqə müddət ərzində ictimai qaydanın pozulması ilə nəticələnən xuliqanlıq cinayətini törətmişdir. Bundan əlavə, o, təkrarən yuxarıda qeyd olunan hadisə bitdikdən təxminən 20 dəqiqə sonra, yəni 13 sentyabr 2022-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixə keçən gecə saat 00:50 radələrində yüngül dərəcəli alkoqol sərxoş vəziyyətdə Qəbələ rayon Zarağan-2 məcburi köçkün şəhərciyinin giriş hissəsində əhalinin sıx toplaşdığı ictimai yerdə ictimai qaydanın qorunması üzrə borcunu yerinə yetirən, yəni bir neçə dəqiqə əvvəl Zərərçəkmiş şəxs2lə arasında olan dava-dalaşı ayıran, eləcə də onun alkoqol sərxoş vəziyyətdə avtomobil idarə etməsi və xuliqanlıq hərəkətləri barədə Qəbələ RPŞ-nin DYPB-nin əməkdaşına mobil telefonu ilə zəng edib məlumat verən şəhərcik sakini Zərərçəkmiş şəxs1 barəsində polisə məlumat verməsini bəhanə gətirərək hər hansı əsaslı səbəb olmadan sonuncunun üzərinə hücum çəkib, ünvanına uca səslə nalayiq ifadələr işlətmiş və yumruğu ilə onun sağ qulaq nahiyyəsindən qəsdən vurub fiziki ağrı yetirməklə təkrar və ictimai qaydanın qorunması üzrə borcunu yerinə yetirən şəxsə qarşı xuliqanlıq cinayətini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə ittiham olunaraq məhkəməyə verilmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək, özünü Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, 13 sentyabr 2022-ci il tarixdə saat təxminən 23 radələrində atası X8 məxsus etibarnamə və sürücülük vəsiqəsi əsasında qismən sərxoş vəziyyətdə idarə etdiyi VAZ2106 minik markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qəbələ rayon Zarağan- 2 ünvanının giriş hissəsi ilə yaşadığı binaya getmək üçün hərəkətdə imiş. Həmin yaşayış məntəqəsi “Qaçqın şəhərciyi” adlanmaqla şəhərciyin giriş hissəsi dardır, eləcə də girişdə digər avtomobillər dayandığı üçün yalnız bir avtomobilin giriş-çıxışı üçün yer vardır. Həmin vaxt, yəni saat 23 radələrində şəhərciyə sözü gedən hissədən avtomobili ilə girərkən qarşıdan Mersedes 190 markalı avtomobilin gəldiyini görmüşdür. Həmin vaxt şəhərciyə ilk olaraq girən şəxs o olduğu üçün yolun onun olduğunu bildirmişdir. Bu zaman həmin Mersedes 190 markalı avtomobilin qabaq sağ sərnişin oturacağında əyləşən əvvəlcədən tanıdığı Zərərçəkmiş şəxs1 avtomobildən yerə düşmədən pəncərədən əlini çölə çıxararaq ondan avtomobilini arxaya sürməsini tələb etmiş ki, onlar əvvəlcə şəhərcikdən çıxsınlar. O isə yolun onun olduğunu bildiyi üçün avtomobilini arxaya sürməmiş və avtomobili arxaya edənin ünvanına da söyüş söymüşdür. Yəni söyüşü özünə söymüş, başqa heç kimi söyməmişdir. Bu zaman Təbriz və Mersedes 190 markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 adlı şəxs avtomaşınından yerə düşüb onun avtomaşını istiqamətinə gəlmişlər. Həmin vaxt avtomobillərin arasında təxminən 10-15 metr məsafə var imiş. Əvvəlcə onun avtomobilinin yanına Zərərçəkmiş şəxs2 yaxınlaşmış və ona yenə də təhqiramiz sözlər demiş və avtomobilini arxaya sürməsini tələb etmişdir. O da bu zaman avtomobilindən yerə düşmək istəmiş, lakin Əkbər və Təbriz buna imkan verməmişdir. Bu zaman Əkbər onun tərəfdən qapını açaraq içəri daxil olmuş və onun sifətini yumruqla zərbələr endirmiş, bu zaman onun köynəyini cırmış və üz gözü qan içində olmuşdur. Sonradan Təbriz öz avtomobillərini bir az geri çəkmişdir. Yolun açıldığını görərək avtomobildən düşməmiş və avtomobilin qaz pedalına basmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs2 avtomobilinin qabaq hissəsi tərəflərdə imiş. Zərərçəkmiş şəxs1 avtomobili arxaya çəksə də, yol yenə də dar qalmışdır. O, avtomobilini yerindən möhkəm tərpətsə də, Zərərçəkmiş şəxs2 üzərinə avtomobil sürməmiş və belə bir niyyəti olmamışdır. Avtomobilini Zərərçəkmiş şəxs2 ayağı üzərindən də keçirməmişdir. Daha sonra Zərərçəkmiş şəxs2 onun avtomobilinin yanına təkrar yaxınlaşmışdır. Bu zaman Əkbər onun sifətindən və baş nahiyyəsindən bir neçə dəfə yumruqla zərbə endirmişdir. Eləcə də avtomobilinin salon hissəsindəki güzgüsünü vuraraq sındırmışdır. Həmin vaxt Təbriz isə onun avtomobilini təpikləmişdir. Daha sonra hadisə yerinə Əkbərin qardaşı Fəxri də gəlmişdir. Fəxri isə Əkbəri ondan aralamağa başlamışdır. Həmin vaxt Fəxri də səhv etmirsə ona təpik və yumruq atırmış. Lakin onun atdığı təpik və yumruqlar ona dəyməmişdir. Həmin vaxt etdikləri münaqişəyə təxminən 15-20 nəfər şəxs kənardan, eləcə də yaxınlıqda olan çay evindən gələrək şahidlik etmişlər, eləcə də onları ayırmağa köməklik etmişdir. Konret olaraq Əkbər onu döydüyü üçün DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Qəbələ RPŞ-nin əməkdaşları hadisə yerinə gəlmişlər və Qəbələ RPŞ-yə gedərək bu barədə rəsmi ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs2 ilə arasında olan münaqişə və mübahisə təxminən 30 dəqiqə müddət davam etmişdir. O, ümumiyyətlə avtomobili Əkbərin üzərinə sürməmişdir. Onun fikri yalnız yolunu keçərək getmək olmuşdur. Lakin yol dar olduğundan avtomobili qırağa çəkərək getmək məcburiyyətində qalmışdır. Zərərçəkmiş şəxs1 isə onun avtomobilinə ziyan yetirməyə çalışdığından onun üzərinə gedərək vurmağa çalışmışdır, lakin orada olan şəxslər buna imkan verməmişlər və onları aralamışlar. Təqsirləndirilən şəxs sonda özünü CM-nin 221.1-ci maddəsi ilə təqsirli bildiyini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin heç bir şikayət və tələblərinin olmamasını bildirib, məhkəmədən ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs2 vermiş olduğu ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Kəlbəcər rayonunun məcburi köçkünü kimi Qəbələ rayonunun Zarağan-2 köçkün şəhərciyində müvəqqəti yaşayır. Təqsirləndirilən şəxs tanıyır və onunla heç bir düşmənçilik və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs da onun kimi həmin köçkün şəhərciyində məcburi köçkün kimi müvəqqəti yaşayır. xx.xx.2022-ci il tarixdə Qəbələ rayonunun Mıxlıqovaq kəndində şəhid dəfnində iştirak edib axşam saat təxminən 22 radələrində oradan çıxıb yaşadığı Zarağan-2 qaçqın şəhərciyinə qayıdaraq gəlmişdir. Bundan bir neçə saat keçdikdən sonra səhhətində narahatlıq hiss etdiyi üçün xx.xx.2022-ci il tarixdə saat təxminən 00:30 radələrində tanışı Zərərçəkmiş şəxs1 ilə birlikdə idarə etdiyi atası Rafiq Musayevə məxsus Mercedes Benz 190 minik markalı ** CS *** dövlət nömrə nişanlı minik avtomobili ilə Qəbələ rayon mərkəzi xəstəxanasına getmək üçün şəhərciyin ərazisindən çıxarkən şəhərciyin çıxışında Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 2106 minik markalı ** CF *** dövlət nömrə nişanlı minik avtomobili ilə qarşılaşmışdır. Yol dar olub keçmək mümkün olmadığından idarə etdiyi avtomobilin işıqları ilə Təqsirləndirilən şəxs işarə vermiş ki, ona yol versin və özü keçib getsin. Lakin Elşən avtomobili arxaya verməmişdir. Daha sonra Elşən avtomobilini arxaya verən barədə söyüş söydüyü üçün idarə etdiyi avtomobildən düşüb Elşənin avtomobilinə yaxınlaşıb ona iradını bildirmiş ki, söyüş söyməsin. Elşənin ondan uzaq olması üçün və aralarında söz-söhbət olmasın deyə dostu Zərərçəkmiş şəxs1 xahiş etmiş ki, idarə etdiyi avtomobili arxaya versin və Elşən idarə etdiyi avtomobil ilə keçib getsin. Təbrizə yol dar olduğu üçün avtomobili arxaya verməsi üçün yol göstərəkən bu zaman Elşən idarə etdiyi avtomobili üzərinə qəsdən sürmüş, bu zaman Elşənin avtomobilinin ön sol təkəri ayağının üzərindən keçərək ona fiziki ağrı yetirmişdir. Bu səbəbdən Elşənin ona qarşı etdiyi hərəkətlərə dözə bilməyib onun idarə etdiyi avtomobilə sükan olan tərəfinə doğru gedib Elşəni vurmaq istəmişdir. Amtomobildə yumruq və təpiklə Elşənin baş, sifət və eləcədə bədəninin müxtəlif nahiyyələrinə ardıcıl bir neçə dəfə zərbələr vurmuşdur. Mübahisə səsinə şəhərcikdə yaşayan təxminən 15-20 nəfərə yaxın şəxslər toplaşmışlar. Hadisədən sonra bu barədə DİN-in 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Belə ki, atası Rafiq onun yanında 102 xidmətinə yığmış, əvvəlcə o, özünü təqdim etmiş, sonra isə telefonu ona vermiş və hadisə barədə özü məlumat vermişdir. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayəti və tələbi olmadığını göstərərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 vermiş olduğu ifadəsində göstərmişdir ki, 13 sentyabr 2022-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixə keçən gecə saat təxminən 00 radələrində Əkbər atasına məxsus Mersedes 190 markalı avtomobil ilə şəhərciyin çıxışı istiqamətində hərəkətdə olarkən çıxışda Əkbərin idarə etdiyi avtomobilin qabaq sərnişin oturacağında oturmuşdur. Həmin avtomobillə şəhərciyin çıxışı istiqamətində bir qədər irəliləmişlər ki, qarşı tərəfdən Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 2106 markalı avtomobili ilə şəhərciyə daxil olduğu zaman ondan yol verməsini istəmişlər, çünkü həmin vaxt Elşən təxminən 50 sm arxaya avtomobili hərəkət etsəydi onlar şəhərcikdən rahat çıxacaqlarmış. Lakin Elşənin şəhərciyə daxil olması üçün Əkbər avtomobilini təxminən 20 metr arxaya doğru hərəkət etdirməli imiş. Bu səbəbdən ondan yol istəmişlər. Belə ki, əvvəlcə Əkbər avtomobilindən yerə düşmüş, yerdə ona sözlə yol verməli olduğunu demiş, daha sonra isə o, avtomobildən yerə düşmədən pəncərədən ona əli ilə yol verməsini işarə etmişdir. Lakin Elşən onlara yol vermədiyi üçün o da avtomobildən yerə düşmüşdür. Təkrarən Elşəndən onlara yol verməsini sözlə xahiş etmişlər. Təqsirləndirilən şəxs isə onlara yol vermək əvəzinə yol verən barəsində nalayiq ifadə işlətmiş, yəni ucadan söyüş söymüşdür. Bu səbəbdən Əkbər Elşənin üzərinə gedərək onunla təxminən 2 dəqiqə müddət ərzində sözlü mübahisə etmişdir. Daha sonra Əkbəri çay evindən hadisə yerinə gələn Fəxri kənara çəkmiş və Əkbərin idarə etdiyi Mersedes markalı avtomobili arxaya sürməsini xahiş etmiş ki, Elşən şəhərciyə daxil ola bilsin. Bu səbəbdən Əkbərin atasına məxsus Mersedes 190 markalı avtomobili təxminən 15-20 metr məsafə arxaya doğru sürmüşdür. Əkbər də onun idarə etdiyi avtomobilin qarşısında avtomobili tərəfə piyada gəlirmiş. Əkbərə bildirmiş ki, avtomobilə əyləşsin və şəhərciyin digər çıxışından çıxsınlar. Zərərçəkmiş şəxs2 Elşənin bu hərəkətindən əsəbləşdiyi üçün sonuncu avtomobildə əyləşdiyi zaman onun üzərinə hücum çəkib onu yumruqla Elşənin sifət nahiyyəsindən bir neçə dəfə vurmuş, Elşən də avtomobilindən düşərək Əkbərin üzərinə hücum çəkmiş, bu zaman isə səsə toplaşmış təxminən 15-20 nəfər şəhərcik sakinləri Elşənə maneə olmuşlar. Həmin vaxt Təqsirləndirilən şəxs ucadan nalayiq ifadələr işlədirmiş. Daha sonra ara bir qədər sakitləşmişdir. Ara sakitləşdikdən sonra şəhərciyin çıxışında dayandığı zaman və telefonla Elşənin içkili şəkildə avtomobil sürməsinin qarşısını almaq üçün Qəbələ RPŞ-nin DYPB-nin əməkdaşı Asif Əliyarova, daha sonra isə Asifin ona verdiyi xidmətdə olan yol polis əməkdaşı olan Ruslan adlı polis əməkdaşına zəng edib danışarkən Elşən nalayiq ifadə işlədərək üzərinə hücum çəkib ona sağ qulaq nahiyyəsindən bir dəfə vurmuş, o da özünü müdafiə etmək məqsədi ilə Elşənin üzərinə getmiş və onun sifət nahiyəsindən deyil, sinə nahiyyəsindən itələmişdir. Təxminən bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Bununla da dava sona çatmışdır. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayəti və tələbi olmadığını göstərərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində bildirmişdir ki, 13 sentyabr 2022-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixə keçən gecə saat təxminən 00 radələrində dostu Qənbər, Eliş və Sərvanla birlikdə şəhərciyin giriş hissəsində yerləşən Şahid8 işlətdiyi çay evində domino oynayan zaman qardaşı Əkbər yan masada Səbutay və digər tanımadığı şəxslərlə əyləşib domino oynayırmışlar. Təxminən bir neçə dəqiqədən sonra qardaşı Əkbər ayağa qalxaraq çay evini tərk etmiş və sonradan ona məlum olmuşdur ki, onlar qaldığı binanın qarşısında saxlanılan atasına məxsus Mersedes 190 markalı avtomobilin yanına getmiş və avtomobili işə salmış, dostu Təbrizi evlərinə aparmaq məqsədi ilə avtomobillə şəhərciyin çıxışında daha dəqiq isə Vasifin işlətdiyi mağazanın qarşısında avtomobili saxlamış və Təbriz avtomobilə əyləşmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs da idarə etdiyi Vaz 2106 markalı avtomobili ilə şəhərciyə daxil olurmuş. Elşən idarə etdiyi Vaz 2106 markalı avtomobili qardaşının idarə etdiyi avtomobilin qarşı tərəfinə sürərək saxlamış, qardaşı isə işıq işarələri ilə işarə edərək Elşəndən yol istəmiş, lakin Elşən isə ara-ara avtomobilə sürət verən pedalı basaraq avtomobilini qardaşının avtomobilinin üzərinə sürmüş, bu səbəbdən isə qardaşı Əkbər bir ayağını avtomobildən bayıra qoyaraq başını avtomobildən çıxarıb Elşəndən yol istəmiş və ona tələsdiyini izah etmişdir. Qardaşı isə ondan yenidən yol istədikdə Təqsirləndirilən şəxs avtomobilini geriyə edənin ünvanına nalayiq ifadələr işlədərək yol verməyəcəyini bildirmişdir. Qardaşı Əkbər də öz növbəsində həmin söyüşləri ona geri qaytararaq Elşənin sifətindən bir dəfə şillə ilə vurmuşdur. Elşənlə qardaşının arasındakı davanın böyüyəciyini görən şəhərcik sakinləri onları ayırmışlar. Sonradan Təbriz atasına məxsus avtomobilə əyləşərək avtomobili geriyə sürmüş ki, Elşənin keçib getməsi üçün yol açılsın. Lakin Elşən özünə məxsus avtomobillə yolu keçib getmək əvəzinə Kazım adlı şəxsin mağazasının yaxınlığında üzü şəhərciyin çıxışı istiqamətində yolun sağ hissəsində saxlamış atasına məxsus Mersedes markalı avtomobilin üzərinə, eləcə də həmin vaxt atasına məxsus avtomobilin qarşısında ayaq üstdə olan qardaşı Əkbərin üzərinə sürməyə başlamışdır. Həmin vaxt qardaşı Əkbər iki avtomobilin arasında qalmamaq üçün qaçdığı zaman qardaşının sol ayağı Elşənin idarə etdiyi avtomobilin qabaq sol təkərinin altında qalmışdır. Bundan qəzəblənən qardaşı Əkbər Elşənin avtomobilinə tərəf getmiş, çünkü Elşən artıq avtomobilini saxlamışdır. Bu zaman Elşən təkrar nalayiq ifadələr işlətdiyi üçün qardaşı Əkbər onu avtomobilində yerə düşməmiş şəkildə yumruqla sifət nahiyyəsindən bir neçə dəfə vurmuşdur. Çətinliklə onları ayırmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Saməddin oğlu ifadəsində bildirmişdir ki, 13 sentyabr 2022-ci il tarixdə saat təxminən 23 radələrində Qəbələ rayon Zarağan-2 ünvanında Şahid8 işlətdiyi çay evində Şahid6 və digər iki nəfər tanışı ilə birlikdə domino oyunu oynayırmışlar. Qəbələ şəhəri, Zarağan-2 ünvanının giriş hissəsi, yəni Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs2 münaqişə etdikləri yer onların əyləşdiyi çay evindən görünürmüş. Həmin vaxt ilkin olaraq görmüş ki, Zərərçəkmiş şəxs2 idarə etdiyi Mersedes 190 markalı avtomobil ilə Zarağan-2 ünvanından, yəni şəhərcikdən çıxır, həmin vaxt isə Təqsirləndirilən şəxs idarə etdiyi Vaz2106 markalı avtomobillə şəhərciyə daxil olurmuş. Zərərçəkmiş şəxs2 həmin vaxt avtomobilin pəncərəsindən boylanaraq Elşəndən ona yol verməsini istəmiş, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs2 yol verməyəcəyini bildirmişdir. Bu səbəbdən Zərərçəkmiş şəxs2 və onun yanında olan Təbriz birlikdə avtomobildən düşərək Elşənə tələsdiklərini bildirərək yenidən ondan yol verməsini istəmişlər. Lakin Elşən bu zaman yol verənin ünvanına nalayiq ifadə işlədərək Zərərçəkmiş şəxs2 yol verməmişdir. Bunu görən Təbriz davanın böyüməməsi üçün Zərərçəkmiş şəxs2 Elşəndən ayırmış və onlar da köməyə getmək üçün domino oynunu yarımçıq qoyaraq həmin tərəfə, yəni şəhərciyin giriş hissəsinə doğru getmişlər. Həmin vaxt onunla yanaşı çay evində əyləşərək çay içən və domino oynayan digər şəhərcik sakinləri, yəni təxminən 10-15 nəfər şəxs də əyləşdikləri masanı tərk edərək münaqişənin baş verdiyi yerə yaxınlaşmışlar. O isə həmin vaxt şəxsən Təqsirləndirilən şəxs ayıraraq təxminən 10 metr şəhərciyin çıxışı istiqamətinə aparmışdır. Həmin vaxt da Elşən onunla birlikdə kənara çəkildiyi müddət ərzində də ünvanlı və ünvansız şəkildə ucadan nalayiq ifadələr işlədirmiş. Həmin vaxt Elşənin sərxoş vəziyyətdə olduğu aydın şəkildə müşahidə edilirmiş. Elşəni bir qədər sakitləşdirdikdən sonra Zərərçəkmiş şəxs2 tərəf getmiş və Əkbərdən avtomobilini kənara etməsini, Elşənə yol verməsini xahiş etmişdir. Lakin həmin vaxt Zərərçəkmiş şəxs2 davanı ayırmaq üçün gələn şəhərcik sakinləri tutub saxladıqları üçün Əkbərin idarə etdiyi avtomobili Əkbər özü deyil, Təbriz sükan arxasında əyləşərək geriyə sürmüşdür. Həmin vaxt araya bir anlıq sakitlik çökdüyü üçün tanışlarına bildirmiş ki, gedək daminoya davam edək. Bu zaman Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə əyləşərək avtomobili sürmüş və həmin vaxt isə Əkbərin “ay, ay” deyə ucadan qışqırıq səsini eşitmişdir. Bu səbəbdən o və şəhərcik sakinləri həmin yerə getmişlər və avtomobilə çatdıqları zaman görmüş ki, Elşənin baş və sifət nahiyyəsinə Elşən öz avtomobilində oturmuş vəziyyətdə Əkbər yumruqla zərbələr yetirir. Elşən də avtomobildə oturmuş vəziyyətdə Əkbərə əl və qolları ilə müdaxilə edir, yəni ona fiziki güc tətbiq edir. Həmin vaxt Təbriz də Əkbərin idarə etdiyi avtomobildən düşərək digər şəhərcik sakinləri kimi Elşən və Əkbərin davasını kənardan izləmişdir. O və digər şəhərcik sakinləri çox çətinliklə Əkbəri Elşəndən ayırmışlar və bununla da dava sona çatmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirmişdir ki, 13 sentyabr 2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə saat təxminən 00 radələrində şəhərciyin giriş hissəsində yerləşən işlətdiyi çay evinin çölündə dayanaraq siqaret çəkən zaman ilk olaraq Zərərçəkmiş şəxs2 idarə etdiyi Mersedes 190 markalı avtomobillə şəhərcikdən çıxmaq üçün çıxışda hərəkət etdiyini görmüşdür. Həmin vaxt Əkbərin idarə etdiyi Mersedes markalı avtomobilin içərisində, yəni qabaq sərnişin oturacağında Zərərçəkmiş şəxs1 da var imiş. Onlar təxminən 6 saniyə ərzində bir-birilərinə yol vermək üçün, yəni birinin digərinə yol verməsi üçün avtomobildə gözləmişlər. Lakin hər ikisi arxaya edərək yol vermədiyindən hər üçü avtomobildən yerə düşmüşlər. Əkbər Təqsirləndirilən şəxs soruşmuş ki, nə üçün yol vermir. Elşən isə ucadan nalayiq ifadə işlədərək avtomobili arxaya edənin ünvanına söyüş söymüşdür. Elşəni yaxınlıqda olan şəxslərin köməkliyi ilə ayıraraq şəhərciyin çıxışı istiqamətinə aparmışdır. Əkbəri isə kimin apardığını görməmişdir. Bu zaman Təbriz Əkbərin avtomobilini arxaya sürmüş, Əkbər də həmin zaman isə öz avtomobilinin ön hissəsi tərəfdə imiş. Həmin vaxt artıq yol açılmışdır. Yəni Elşənin keçib getməsi üçün yol açılmışdır. Lakin Təqsirləndirilən şəxs keçib getmək əvəzinə Əkbərgil tərəfə avtomobili sürmüş və Əkbərin yanında avtomobili saxlamışdır. Avtomobilin Əkbərə dəyib dəymədiyini görməmişdir. Çünkü ondan təxminən 30 metr aralı imiş. Bu zaman isə Əkbər avtomobilini hərəkətsiz vəziyyətdə saxlamış Təqsirləndirilən şəxs sürücü tərəfdən avtomobilinə yaxınlaşmış, qapını açmış və Elşənə zərbələr endirməyə başlamışdır. Bu zaman isə şəhərcik sakinləri onların yanına gedib Əkbəri Elşəndən ayırmışlar. Bu zaman isə Əkbərin atası hadisə yerinə gəlmiş və Əkbəri özü ilə birlikdə aparmışdır. Hadisənin sakitləşdiyini görüb işlətdiyi çay evinə getmişdir. Lakin çay evində artıq heç kim yox imiş. Çünkü çay evində olan şəxslər də çay evini tərk edərək münaqişə yerinə gəlmişlər. Həmin vaxt isə obyektinin, yəni çay evinin də iş fəaliyyəti dayanmışdır. Elşənin Əkbərin üzərinə avtomobilini sürdüyünün şahidi olmuşdur. Zərərçəkmiş şəxs2lə Təqsirləndirilən şəxs arasında baş verən mübahisə və münaqişə təxminən 30 dəqiqədən artıq davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirdi ki, 13 sentyabr 2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə saat təxminən 00 radələrində şəhərciyin giriş hissəsində yerləşən Şahid8 işlətdiyi çay evində çay içən zaman Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 idarə etdiyi Mersedes markalı avtomobili şəhərciyin giriş hissəsində geriyə sürərək Təqsirləndirilən şəxs “yol verdim sür da” sözünü eşitmişdir. Bir neçə dəqiqə sonra isə çay evində olan müştərilərin çayxananı tərk edərək yola tərəf çıxdıqlarını görmüş və bu səbəbdən o da yola çıxmışdır. Yola çıxan zaman görmüşdür ki, küçədə xeyli şəhərcik sakini toplaşmışdır. Onlardan nə məsələ olduğunu soruşmuşdur. Elşənlə Əkbərin arasında dava düşdüyünü eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, 13 sentyabr 2022-ci il tarixdə saat təxminən 00 radələrinə yaxın Şahid8 işlətdiyi çay evində xatırlamadığını şəxslərlə domino oynayan zaman şəhərciyin giriş hissəsindən səs-küy gəldiyini, eləcə də ucadan nalayiq ifadələr işlədildiyini eşidərək damino oyunlarını yarımçıq qoymuşlar və dava baş verən tərəfə getmişlər. Onlar dava-dalaş baş verən yerə çatdıqda görmüş ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs Elşənə məxsus Vaz2106 markalı avtomobilə tərəf aparıb, daha sonra isə Əkbərin atasına məxsus avtomobilə əyləşib həmin avtomobili təxminən 20 metr aralı məsafəyə sürmüş ki, Elşənin avtomobilinin qarşısı açılsın və Elşən keçib getsin. Bu zaman Təqsirləndirilən şəxs avtomobilini Əkbər durduğu yerə sümüş Əkbər "ay, ay ayağım" sözünü ucadan işlətmişdir. Elşən isə artıq Əkbərin atasına məxsus avtomobillə üzbəüz dayanmışdır. Bu zaman Əkbər Elşənin avtomobilinin sürücü hissəsindən qapısına yaxınlaşmış, qapını açaraq Elşənlə əlbəyaxaya çıxmış və dava etmişdir. Onların birbirilərinin yaxasından və boynundan tutmuşdur. Elə bu zaman isə şəhərcik sakinləri onları ayırmışlar. Həmçinin o da Əkbəri dartmış ki, onlar ayrılsınlar. Eləcə də o, onların ikisinin də arasında imiş. Həmin vaxt gecə olduğu üçün Əkbərin əlinin üzərində xəsarət olub-olmamasına fikir verməmişdir. Lakin Elşənin sifətindəki şişkinlik aydın şəkildə müşahidə edilirmiş. Həmin vaxt həmçinin Elşən ucadan nalayiq ifadələr işlədirmiş. Bundan sonra ara bir qədər sakitləşmiş ki, Elşən yaxınlıqda olan Təbrizi bir dəfə yumruqla vurmuş, eləcədə nalayiq ifadə işlətmişdir. Elşənin Təbrizi vurmasına səbəb Təbrizin telefonla zəng edərək polisə məlumat verməsi olmuşdur. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 13 sentyabr 2022-ci il tarixdə Qəbələ RPŞ-nin əməliyyat qrupunda iş yoldaşı Ruslan Mikaylovla birlikdə imiş. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə saat 00 radələrində Qəbələ RPŞ-nin DYPB-nin baş inspektoruAsif Əliyarov zəng edərək Qəbələ şəhəri, Zarağan-2 ünvanında hadisə baş verdiyini və içkili şəxsin avtomobil idarə etdiyini vətəndaş Zərərçəkmiş şəxs1 ona zəng edərək məlumat verdiyini bildirmiş və onları oraya getməklərini demişdir. O da iş yoldaşı Ruslanla birlikdə həmin əraziyə, yəni şəhərciyin giriş hissəsinə getmişdir. Həmin əraziyə çatdıqda görmüş ki, artıq münaqişə sona yetmişdir, Təqsirləndirilən şəxs üz və göz nahiyyəsi qan içində və şişmiş vəziyyətdədir. Eləcə də onun spirtli içki qəbul etdiyi aydın şəkjildə müşahidə edilirmiş. Vaz 2106 markalı avtomobil şəhərciyin girişindən girdikdə təxminən 30-40 metr içəridə üzü şəhərcik istiqamətində yolun sol hissəsində hərəkətsiz vəziyyətdə dayanmışdır. Lakin buna baxmayaraq həmin şəxs, yəni Təqsirləndirilən şəxs da ucadan nalayiq ifadələr işlətməyə davam edirmiş, eləcə də onun dava etdiyi şəxs də, yəni adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs2 də ucadan nalayiq ifadələr işlədirmiş. Daha sonra isə hadisə yerinə Qəbələ RPŞ-nin təhqiqatçısı gəlmişdir. Yaxınlıqda olan ət düknanının kamera görüntülərinə baxmışlar, kamerada VAZ2106 markalı avtomobilin hərəkətdə olduğu, eləcə də manevr edərək sürüb qarşıda solda dayandığı müəyyən etmişlər. Buna görə də o və iş yoldaşı Ruslan Təqsirləndirilən şəxs avtomobilini Qəbələ RPŞ-yə gətirmişlər. Avtomobili o idarə etmiş, Təqsirləndirilən şəxs isə Qəbələ RPŞ-nin digər əməkdaşları şöbəyə apardılar. Qəbələ RPŞ-də onu sərxoşluq müayinəsindən keçirmişlər, Təqsirləndirilən şəxs ağır dərəcədə sərxoş olduğu üçün onun barəsində AR İXM-nin 333.1-ci maddəsi ilə inzibati protokol tərtib etmişlər. Təqsirləndirilən şəxs da qərarla razılaşmış və imza çəkmiş, buna görə də Təqsirləndirilən şəxs 400 manat miqdarında cərimə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 13 sentyabr 2022-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixə keçən gecə Qəbələ şəhəri, Zarağan-2 ünvanında yerləşən şəhərciyin içərisində özünə məxsus avtomobili ilə yaşadığı evə tərəf getdiyi zaman şəhərciyin giriş hissəsindən ucadan səslərin gəldiyini eşidərək səs gələn tərəf, yəni şəhərciyin giriş hissəsinə doğru getmişdir. Oraya çatdıqda əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ünvanına ucadan nalayiq ifadələr işlətdiyinin şahidi olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs sifətində şişkinlik olduğunun da şahidi olmuşdur. Belə məlum olmuşdur ki, Təqsirləndirilən şəxs sifətindən Zərərçəkmiş şəxs2 vurmuş, buna görə də Elşən nalayiq ifadələr işlədir. O hadisə yerinə gəldikdə Təqsirləndirilən şəxs avtomobilində deyilmiş, o yerdə imiş və 102 xidmətinə zəng edirmiş. Elşənin avtomobili isə üzü şəhərcik istiqamətində, yolun sol hərəkət zolağında hərəkətsiz vəziyyətdə imiş. Həmin vaxt Zərərçəkmiş şəxs2 isə hadisə yerində görə bilməmişdir. Lakin artıq polis əməkdaşları hadisə yerinə gəldikdə Zərərçəkmiş şəxs2 də səhərcik tərəfdən gəldiyini görmüşdür. O, həmin vaxt Əkbərin üzərində hansı xəsarətlərin olduğuna fikir verməmişdir. Çünkü həmin vaxt hava da qaranlıq idi. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, 13 sentyabr 2022-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixə keçən gecə oğlu Elşən evə gec gəldiyi üçün ona zəng edərək evə gəlməsini bildirmişdir. Elşən Qaradok deyilən ərazidə olduğunu bildirmiş və az vaxta evə gələcəyini qeyd etmişdir. Lakin Elşən gecə yarısı olmasına baxmayaraq hələ də evə gəlib çıxmamışdır. 13 sentyabr 2022-ci il tarixdən 14 sentyabr 2022ci il tarixə keçən gecə oğlu Təqsirləndirilən şəxs atasına, yəni Vidadiyə zəng etmiş, telefonu əvvəl o açsa da, Elşən telefonu atasına verilməsini tələb etmişdir. Elşən atasına telefonda 3-4 nəfər şəxsin onu döydüyünü bildirmişdir. Belə olub dərhal şəhərciyin giriş hissəsinə getmişlər. O gedən zaman münaqişə sakitləşmişdir. Elşən yanına yaxınlaşanda onun sifətinin qan içində olduğunu görmüşdür. Elşəni evə aparmaq istəsə də, Elşən 102 xidmətinə zəng etdiyini və polis əməkdaşlarını gözlədiyini bildirmişdir. Həmin vaxt Elşən avtomobilini təpiklə vuran şəxsin, yəni Zərərçəkmiş şəxs1 üzərinə getmişdir. Zərərçəkmiş şəxs1 isə davamlı olaraq ona, yəni Elşənin anasına söyüşlər söymüşdür. Müstəntiq ilk gündən onun oğlu Təqsirləndirilən şəxs qarşı qərəzli mövqe sərgiləmişdir. Hadisənin başlanmasına səbəb Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 olsa da, hadisədə döyülən onun oğlu Elşən olsa da, nədənsə istintaq orqanı onları müdafiə etmiş, oğlu Təqsirləndirilən şəxs ağır ittihamlar verməyə çalışmışlar. Bununla bağlı müxtəlif orqanlara şikayətlər etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 25 sentyabr 2022-ci il tarixli 533 saylı məhkəmə tibbi ekspertizasının rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində burun sümüyünün yerini dəyişməyən sınığı, hər iki gözaltının, sol baldırın bayır orta 1/3-nin qançırı, alt dodağın selikli qişasına qansızma, sol gözün buynuz qişasında qansızma, üzün sağ yanaq hissəsinin, boyunun sol aşağı nahiyyəsinin, döş qəfəsinin ön sol hissəsinin, sağ dirsək oynağının bayır tərəfinin, sağ baldırın ön orta 1/3-nin sıyrıqları kimi xəsarətlərin olduğu, qeyd olunan xəsarətlərin küt alətin (əşyaların) təsirindən müayinə olunanın yuxarıda göstərdiyi tarixdə və şəraitdə, yəni 13 sentyabr 2022-ci il tarixdə törənə bilər. Dərəcəsinə görə həmin xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül Zərər vurmanın əlamətlərinə aiddir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 30 sentyabr 2022-ci il tarixli 537 saylı məhkəmə tibbi ekspertizasının rəyində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində sol əlin üst səthinin, boyunun sol orta və sağ aşağı nahiyyəsinin, sol qoltuqaltı nahiyyənin, sol ayağın İ barmağının daraq falanqasının üst səthinin sıyrığı kimi xəsarətlərin olduğu, qeyd olunan xəsarətlər küt alətin(əşyaların) təsirindən müayinə olunanın yuxarıda göstərdiyi tarixdə və şəraitdə, yəni 13 sentyabr 2022-ci il tarixdə törənə bilər. Dərəcəsinə görə həmin xəsarətlər sağlamlığa zərər vurmayan bədən xəsarətinin əlamətlərinə aiddir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya ETT birliyinin Qəbələ rayon şöbəsi tərəfindən təqdim edilmiş Zərərçəkmiş şəxs2 barəsində olan 13 may 2023-cü il tarixli 187 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində sol əlin üst səthinin, boyunun sol orta və sağ aşağı nahiyyəsinin, sol qoltuqaltı nahiyyənin, sol ayağın İ barmağının daraq falanqasının üst səthinin sıyrığı kimi xəsarətlərin olduğu, qeyd olunan xəsarətlər küt alətin(əşyaların) təsirindən müayinə olunanın yuxarıda göstərdiyi tarixdə və şəraitdə, yəni 13 sentyabr 2022-ci il tarixdə törənə bilər. Dərəcəsinə görə həmin xəsarətlər sağlamlığa zərər vurmayan bədən xəsarətinin əlamətlərinə aiddir. Həmçinin vət. Zərərçəkmiş şəxs2 bədəni üzərində qeyd olunan xəsarətlər forma və quruluşuna, ölçülərinə, eyni xarakterdə olduqlarına və digər morfoloji xüsusiyyətlərinə görə sol əlinin üst səthindəki xəsarəti vintaçan alətlə və hər hansı kəsici-deşici alətlə yetirilməsinə uyğun gəlmir. Eləcə də Zərərçəkmiş şəxs2 sol ayağının üst səthindəki xəsarətin səthiliyinə, ölçülərinə, yerləşmə nahiyyələrinə, forma və digər morfoloji əlamətlərinə görə avtomobilin təkərinin ayaq pəncəsi üstündən keçməsi nəticəsində yaranması inandırıcı görünmür. Məhkəmə baxışı zamanı iş materiallarında olan “CD” diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs yol kənarında dayanmış telefonla danışan Zərərçəkmiş şəxs1 ilə bir birinə əl qol atması və bir birilərini itələmələri müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı iş materiallarında olan “CD” diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, videonun ümumilikdə 4 dəqiqə 16 saniyə olduğu, həmin videonun 22ci saniyəsində Mersedes 190 markalı avtomobilin üzü şəhərciyin çıxışı istiqamətinə yolun sol hissəsi ilə gələrək dayandığı, videonun 35-ci saniyəsində yolun sağ hissəsində əvvəlcədən dayanıqlı vəziyyətdə olan avtomobilə söykənmiş vəziyyətdə dayanmış bir nəfər şəxsin həmin Mersedes 190 markalı avtomobilə əyləşdiyi, videonun 38-ci saniyəsində isə VAZ2106 markalı avtomobilin üzü şəhərcik istiqamətində yolun sağ hissəsi ilə şəhərciyə daxil olaraq həmin mersedes markalı avtomobillə üzbəüz dayandığı müəyyən edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmiş ki, Mercedes 190 markalı avtomobilin dövlət qeydiyyat nişanı ** CS ***-dir və həmin avtomobili idarə edən şəxs Zərərçəkmiş şəxs2dur. Eləcə də həmin Mercedes 190 markalı avtomobilin ön sərnişin oturacağında əyləşən şəxs isə Zərərçəkmiş şəxs1dur. Həmçinin şəhərciyə daxil olan Vaz2106 markalı avtomobili idarə edən şəxs isə özüdür və Vaz2106 markalı avtomobilin dövlət qeydiyyat nişanı ** CF ***-dır. Daha sonra videonun 1 dəqiqə 11-ci saniyəsinə kimi hər iki avtomobilin üzbəüz dayandığı, 1 dəqiqə 11-ci saniyəsində isə Mercedes 190 markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 avtomobilin sürücü hissəsindən qapını açmaqla yerə düşərək əl işarəsi ilə Vaz2106 markalı avtomobilə geriyə sürməsini bildirməsi, 1 dəqiqə 24-cü saniyədə isə Zərərçəkmiş şəxs2 avtomobilindən düşərək VAZ2106 markalı avtomobilin önünə keçməsi, Zərərçəkmiş şəxs1 da avtomobilin ön sərnişin oturacağından düşərək Zərərçəkmiş şəxs2 itələyərək münaqişə etməsinə qoymaması, videonun 2 dəqiqə 26-cı saniyəsinədək avtomobillərin üzbəüz hərəkətsiz vəziyyətdə dayanması, 2 dəqiqə 36-cı saniyədə Merdcedes 190 markalı avtomobilin sürücü oturacağına Zərərçəkmiş şəxs1 oturması, 2 dəqiqə 40-cı saniyəsində isə Zərərçəkmiş şəxs2 üzü şəhərcik istiqamətində yolun sağ hissəsi ilə piyada hərəkət etməsi, videogörüntünün 2 dəqiqə 44-cü saniyəsində Mersedes 190 markalı avtomobili Zərərçəkmiş şəxs1 geriyə hərəkət etdirməsi, Videogörüntünün 3 dəqiqə 13-cü saniyəsində VAZ2106 markalı avtomobilin sürücü hissəsindən qapısının açıldığı və avtomobilə Təqsirləndirilən şəxs əyləşdiyi, videonun 3 dəqiqə 15 ci saniyəsində Təqsirləndirilən şəxs avtomobilin mühərrikini işə salaraq və ön işıqlarını yandıraraq avtomobili şəhərcik istiqamətində sürməsi, videonun 3 dəqiqə 19-cu saniyəsində isə əks istiqaməti qeydə alan videomüşahidə kamerasına keçildiyi, videonun 3 dəqiqə 43-cü saniyəsində Təqsirləndirilən şəxs idarə etdiyi Vaz2106 markalı avtomobili əvvəlcə üzü şəhərcik istiqamətində sol hissəyə doğru sürməsi, 3 dəqiqə 48-ci saniyədə isə Təqsirləndirilən şəxs Vaz2106 markalı avtomobilini sağa istiqamətləndirərək onunla üzbəüz dayanmış Mersedes 190 markalı avtomobil ilə üzbəüz saxlaması, elə bu zaman Təqsirləndirilən şəxs avtomobilinin yanına kənar şəxslərin qaçaraq toplaşması, 3 dəqiqə 52 ci saniyədə isə Təqsirləndirilən şəxs avtomobilini təxminən 1 metr məsafə geriyə sürməsi, daha sonra isə hadisə yerinə, yəni Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin sürücü qapısı tərəfə ondan çox şəxslərin toplaşdığı aydın şəkildə müşahidə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Qəbələ rayonu Mərkəzi xəstəxanasından təqdim edilmiş 14 sentyabr 2022-ci il tarixli 174 nömrəli “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən tarixdə, yəni xx.xx.2022-ci il tarixdə yüngül dərəcədə alkoqol sərxoşluğunun olduğu müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Qəbələ rayonu Mərkəzi xəstəxanasından təqdim edilmiş 14 sentyabr 2022-ci il tarixli 175 nömrəli “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu”ndan görünür ki, Zərərçəkmiş şəxs2 hadisə baş verən tarixdə, yəni xx.xx.2022-ci il tarixdə ayıq olduğu müəyyən edilmişdir. İş materiallarında olan Qəbələ RPŞ-nin DYPB-nin rəisi polis mayoru Aydın Heydərovun xx.xx.2023-cü il tarixli arayışından görünür ki, xx.xx.2022-ci il tarixdə Qəbələ rayon Zarağan-2 ünvanında yerləşən məcburi köçkünlərin yaşadığı şəhərciyin giriş hissəsində baş vermiş davadalaşla əlaqədar həmin yola baxış keçirilmiş, baxış keçirilən zaman müəyyən edilmişdir ki, şəhərciyin giriş hissəsində üzü şəhərcikdən çıxış istiqamətində yolun sağ hissəsində avtomobillər saxlanıldığı halda, həmin yolda keçid üstünlüyü hüququna malik olan sürücü şəhərciyə daxil olan sürücüdür. Belə olan halda həmin yolda xx.xx.2022-ci il tarixdə keçid üstünlüyünə malik olan sürücü Təqsirləndirilən şəxsdur. İş materillarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən və Qəbələ Rayon Məhkəməsinin 1(025)-47/2011 nömrəli, 21 oktyabr 2011-ci tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 221.1 və 315.2-ci maddələri ilə təqsirli bilinib 221.1-ci maddəsi ilə 6 (altı) ay müddətinə, 315.2-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, AR CM-nin 66.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzalar tam toplanılaraq, qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X9 Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Qəbələ rayonu Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 13 fevral 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X9 Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Qəbələ rayonu Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 21 dekabr 2022-ci il tarixli, 401 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yaşayır və ailə tərkibi atası X10, anası X6 və həyat yoldaşı X4 ibarətdir. Məhkəmə hesab edir ki, istintaq orqanı əldə edilmiş sübutlara və işin faktiki hallarına düzgün hüquqi qiymət verməyərək təqsirləndirilən şəxsin əməlini düzgün tövsif etməmişdir. Belə ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olsa da, istintaq orqanı işin faktiki hallarını düzgün müəyyən etməmiş və Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə tövsif edərkən səhvə yol vermişdir. Azərbaycan Respublikası CM-nın 221.2.1-ci maddəsi xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətləri bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə; 221.2.2-ci maddəsi isə - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədilən cinayət əməllərinə görə məsuliyyəti nəzərdə tutur. Hər iki normanı tətbiq edərkən, təqsirkarın hərəkətlərini xarakterizə edən maddələrin dispozisiyasında göstərilən əlamətlərin mövcudluğu mütləqdir. Təqsirləndirilən şəxs verilmiş ittihama görə o, təkrarən yuxarıda qeyd olunan hadisə bitdikdən təxminən 20 dəqiqə sonra, yəni 13 sentyabr 2022-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixə keçən gecə saat 00:50 radələrində yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətdə Qəbələ rayon Zarağan-2 məcburi köçkün şəhərciyinin giriş hissəsində əhalinin sıx toplaşdığı ictimai yerdə ictimai qaydanın qorunması üzrə borcunu yerinə yetirən, yəni bir neçə dəqiqə əvvəl Zərərçəkmiş şəxs2lə arasında olan dava-dalaşı ayıran, eləcə də onun alkoqol sərxoş vəziyyətdə avtomobil idarə etməsi və xuliqanlıq hərəkətləri barədə Qəbələ RPŞ-nin DYPB-nin əməkdaşına mobil telefonu ilə zəng edib məlumat verən şəhərcik sakini Zərərçəkmiş şəxs1 barəsində polisə məlumat verməsini bəhanə gətirərək hər hansı əsaslı səbəb olmadan sonuncunun üzərinə hücum çəkib, ünvanına uca səslə nalayiq ifadələr işlətmiş və yumruğu ilə onun sağ qulaq nahiyyəsindən qəsdən vurub fiziki ağrı yetirməklə təkrarən və ictimai qaydanın qorunması üzrə borcunu yerinə yetirən şəxsə qarşı xuliqanlıq cinayətini törətmişdir. İlk növbədə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə məsuliyyət xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə yaranır. Hazırki iş üzrə ibtidai istintaq orqanı tərəfindən təkrarlıq onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs hadisə bitdikdən təxminən 20 dəqiqə sonra, Zərərçəkmiş şəxs1 üzərinə hücum çəkib, ünvanına uca səslə nalayiq ifadələr işlətmiş və yumruğu ilə onun sağ qulaq nahiyyəsindən qəsdən vurub fiziki ağrı yetirməklə təkrar xuliqanlıq cinayətini törətmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. 16.2-ci maddəsinə əsasən Bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2021-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan cinayətlərin təkrarlığı zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir və hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü maddələrinin şərh edilməsinə dair” 2017-ci il 2 iyun tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, təkrarlıq yalnız o hallarda yaranır ki, əməllərin hər birində müstəqil cinayətin tərkib əlamətləri olsun, yəni ayrılıqda götürülmüş hər bir əməldə cinayət tərkibi olmalıdır. Beləliklə, təkrarlığın yaranması üçün onu təşkil edən hər bir əməlin cinayət-hüquqi əhəmiyyət daşıması, yəni ayrı-ayrılıqda götürüldükdə hər bir əməlin cinayət məsuliyyəti yaratması, o cümlədən, onların hər birində cinayət tərkibinin əlamətləri olması zəruridir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında baş vermiş mübahisə heç də səbəbsiz yaranmamışdır. Belə ki, həmin mübahisə Zərərçəkmiş şəxs2 ilə eyni avtomobildə olan Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs avtomobilini geri çəkməsini tələb etmələri ilə başlamış, Təqsirləndirilən şəxs avtomobilini geri çəkməməsi, Zərərçəkmiş şəxs2 isə həmin hərəkətlərin özünə qarşı hörmətsizlik kimi qiymətləndirməsindən qaynaqlanmışdır. Yəni, həmin mübahisə, iş üzrə dindirilmiş şəxslərin məhkəmədə verdikləri ifadələrdən məlum olduğu kimi, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında olan davaya, daha sonra onların sözlə mübahisələri qarşılıqlı əlbə-yaxa olmaları ilə davam etmişdir. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında olan dava başlandığı andan Zərərçəkmiş şəxs1 onların yanında olmuşdur. Hətta Zərərçəkmiş şəxs1 istintaq və məhkəmə zamanı verdiyi ifadəsində avtomobildən yerə düşmədən pəncərədən Təqsirləndirilən şəxs əli ilə yol verməsini işarə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 ətrafdakılar tərəfindən ayrılandan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 üzərinə yürüyərək ona yumruğu ilə vurması məhz onun Zərərçəkmiş şəxs2lə olan mübahisəsindən qaynaqlanmışdır. Məhkəmə araşdırması zamanı da müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında sözlü mübahisə başlandığı andan Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 yanında olmuş, yəni Təqsirləndirilən şəxs xuliqanlıq hərəkətləri ilk andan onların hər ikisinə qarşı olmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs həm Zərərçəkmiş şəxs2, həm də Zərərçəkmiş şəxs1 qarşı etdiyi xuliqanlıq hərəkətləri vahid niyyətlə əhatə olunmuşdur. Təkrarlığın yaranması üçün isə təqsirləndirilən şəxsin hər bir ayrı əməli (həm Zərərçəkmiş şəxs2, həm də Zərərçəkmiş şəxs1) digərləri ilə faktiki əlaqədə olmamalı idi ki, hazırki işdə də bu müəyyən olunmur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2021-cı il tarixli Qərarında da göstərildiyi kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan cinayətlərin təkrarlığı zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir və hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur. Hazırkı cinayət işindən həmçinin müəyyən olunur ki, Təqsirləndirilən şəxs həm Zərərçəkmiş şəxs2, həm də Zərərçəkmiş şəxs1 qarşı olan əməlləri faktiki bir-biri ilə əlaqədədir. Yəni ki, Təqsirləndirilən şəxs həm Zərərçəkmiş şəxs2, həm də Zərərçəkmiş şəxs1 qarşı əməlləri məhz yol mübahisəsindən qaynaqlanmaqdadır və əməllər faktiki əlaqədədir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 221.2.2-ci maddəsi ilə məsuliyyətin yaranması üçün xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə yaranır. Hazırki iş üzrə ibtidai istintaq orqanı tərəfindən ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərilməsi, yəni CM-nin 221.2.2-ci hissəsi onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs Qəbələ rayon Zarağan-2 məcburi köçkün şəhərciyinin giriş hissəsində əhalinin sıx toplaşdığı ictimai yerdə ictimai qaydanın qorunması üzrə borcunu yerinə yetirən, yəni bir neçə dəqiqə əvvəl Zərərçəkmiş şəxs2lə arasında olan dava-dalaşı ayıran, eləcə də onun alkoqol sərxoş vəziyyətdə avtomobil idarə etməsi və xuliqanlıq hərəkətləri barədə Qəbələ RPŞ-nin DYPB-nin əməkdaşına mobil telefonu ilə zəng edib məlumat verən şəhərcik sakini Zərərçəkmiş şəxs1 barəsində polisə məlumat verməsini bəhanə gətirərək hər hansı əsaslı səbəb olmadan sonuncunun üzərinə hücum çəkib, ünvanına uca səslə nalayiq ifadələr işlətmiş və yumruğu ilə onun sağ qulaq nahiyyəsindən qəsdən vurub fiziki ağrı yetirməklə ictimai qaydanın qorunması üzrə borcunu yerinə yetirən şəxsə qarşı xuliqanlıq cinayətini törətmişdir. İttihamın CM-nin 221.2.2-ci hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında olan mübahisədə tərəf kimi iştirak etmişdir. Nəticə etibarı ilə Zərərçəkmiş şəxs1 mübahisənin kəsilməsi üçün kənardan müdaxilə edən şəxs olmayıb hadisədə ictimai borcunu yerinə yetirən şəxs rolunda çıxış etməmişdir. İstintaq orqanı ictimai qaydanın qorunması üzrə borcunu yerinə yetirən, yəni bir neçə dəqiqə əvvəl Zərərçəkmiş şəxs2lə arasında olan dava-dalaşı ayıran, eləcə də onun alkoqol sərxoş vəziyyətdə avtomobil idarə etməsi və xuliqanlıq hərəkətləri barədə Qəbələ RPŞ-nin DYPB-nin əməkdaşına mobil telefonu ilə zəng edib məlumat verən şəhərcik sakini Zərərçəkmiş şəxs1 barəsində polisə məlumat verməsini bəhanə gətirərək Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 vurmasını qeyd etsə də, bu hal məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Əksinə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 onun avtomobilinə zərər yetirməsi səbəbindən onun üzərinə getdiyini, onu vurduğunu bildirmişdir. Həmçinin məhkəmə zamanı ifadələri alınan şahidlərdən heç biri Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 hücum etməsinin məhz Zərərçəkmiş şəxs1 polisə zəng etməsi ilə əlaqədar olması barədə izahat verməmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs 102 xidmətinə daha əvvəl zəng etməsi müəyyən olunmuşdur ki, bu da Zərərçəkmiş şəxs1 polisə zəng etməsinə görə Təqsirləndirilən şəxs onun üzərinə gedərək vurması barədə istintaqın gəldiyi qənaət ağlabatan deyildir. Əlavə olaraq məhkəmə onu qeyd edir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 arasında olan davanı ayırmağa yalnız Zərərçəkmiş şəxs1 deyil, hadisənin ətrafında olan digər şəxslər də cəhd etmişlər. Təqsirləndirilən şəxs isə həmin şəxslərə münasibətdə heç bir xuliqanlıq hərəkətlərinə yol verməmiş, yalnız Zərərçəkmiş şəxs1 üzərinə gedərək ona yumruq vurmuşdur. Bu da onu göstərir ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında olan mübahisədə tərəf kimi iştirak etmişdir. Göründüyü kimi Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi də Təqsirləndirilən şəxs əməllərinə əsassız olaraq şamil edilmişdir. Məhkəmə iclasında araşdırılan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində xuliqanlıq cinayətinin əlamətləri vardır və onun əməli Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinə tövsif edilməli, həmin maddə ilə məsuliyyət daşımalıdır. Eyni zamanda, Zərərçəkmiş şəxs2 ilə mübahisə edərkən Təqsirləndirilən şəxs ictimai qaydanı pozan, cəmiyyətə açıq-aşkar hörmətsizlik edən və Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər etmiş olsada, onun xuliqanlıq əməlinin təkrar törətməsi və ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə törətməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsinə görə şəxsin təqsirli olmasına şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 1.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır. Həmin Məcəllənin 12.1-ci maddəsində isə qeyd göstərilir ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 126.3-cü maddəsinə əsasən, şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut növü kimi istifadə edilə bilməz. Həmin Məcəllənin 138.2-ci maddəsinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını,cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər.» İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Hüseyn və başqaları Azərbaycana qarşı" iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, “ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılması əsasında müəyyən etməkdir.” Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 222.2.2-ci maddələrinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 222.2.2-ci maddələri ilə tövsif etmişdir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsində göstərilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X5 haqqında» X1 və İnsan Hüquqları Üzrə Arvopa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 10-cu maddəsində göstərilir ki, hüququn aliliyi və insan hüquqlarına hörmət X3 3-cü maddəsində nəzərdə tutulan əsas dəyərlərdəndir. Azərbaycan Respublikası CPM-in 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 349.5 və 349.5.1-ci maddələrinin tələbinə görə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinin tələbinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyətini yaradır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci və 221.2.2-ci maddələrindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə tövsif etməyi qanuni və əsaslı sayır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, 13 sentyabr 2022-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixə keçən gecə saat 00:30 radələrində yüngül dərəcəli alkoqol sərxoş vəziyyətdə Qəbələ rayon Zarağan-2 məcburi köçkün qəsəbəsinin giriş hissəsində çoxmərtəbəli binaların həyətində əhalinin sıx toplaşdığı ictimai yerdə Vaz 2106 minik markalı ** CF *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Zərərçəkmiş şəxs2 idarə etdiyi Mercedes Benz 190 minik markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobil onunla üzbəüz gəldiyindən birbirilərinə yol verməmək üstündə aralarında yaranmış mübahisə zamanı əvvəlcə Zərərçəkmiş şəxs2 ünvanına ucadan nalayiq söyüşlər söymüş, bu vaxt Zərərçəkmiş şəxs2 yanında olan Zərərçəkmiş şəxs1 münaqişənin qarşısını almaq üçün Mercedes Benz 190 minik markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobili geriyə sürərək yolu açmasına baxmayaraq, o, avtomobilini idarə edərək keçib getmək əvəzinə səbəbsiz olaraq cəmiyyətdə insanlar arasında təşəkkül tapmış əxlaq normalarına zidd şəkildə avtomobilini Zərərçəkmiş şəxs2 və sonuncunun istifadəsində olan avtomobil ilə üzbəüz saxlamış, uca səslə nalayiq ifadələr işlətmiş, bundan sonra Zərərçəkmiş şəxs2lə əvvəlcə avtomobilin içərisində əlbəyaxa olmuş, ardınca xuliqanlıq hərəkətlərini davam etdirərək avtomobilindən enərək uca səslə ünvanlı və ünvansız nalayiq ifadələr işlətməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə etmiş və Zərərçəkmiş şəxs2lə əlbəyaxa olmaqla qarşılıqlı dava-dalaş zamanı Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyyələrindən zərbələr endirməklə sonuncuya sol əlin üst səthinin, boyunun sol orta və sağ aşağı nahiyyəsinin, sol qoltuqaltı nahiyyənin sıyrığı kimi sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmiş, bununla da 15 dəqiqə müddət ərzində ictimai qaydanın pozulması ilə nəticələnən, eyni zamanda hadisənin davamında Qəbələ rayon Zarağan-2 məcburi köçkün şəhərciyinin giriş hissəsində əhalinin sıx toplaşdığı ictimai yerdə Zərərçəkmiş şəxs1 üzərinə hücum çəkib, ünvanına uca səslə nalayiq ifadələr işlətmiş və onunla qarşılıqlı olaraq əl qol hərəkətləri ilə bir birini vuraraq xuliqanlıq cinayətini törətmişdir. Beləliklə, məhkəmə qanunçuluq, qanun qarşısında bərabərlik, ədalət prinsiplərinə əsaslanaraq, məhkəmə iclasında əldə edilən və qiymətləndirilən mötəbər sübutlara məcmu halda hüquqi qiymət verərək və Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 221.2.1-ci və 221.2.2-ci maddələrindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin etirafı, zərər çəkmiş şəxslər, şahidlərin ifadələri, ekspertiza rəyi ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər.» Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir: «Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir.” Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələbinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarların şəxsiyyətləri, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələbinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza məsələsini müzakirə edərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olaraq, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, müsbət xarakterizə edilməklə şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilir. Törətdiyi əməldən səmimi peşmançılıq çəkməklə zərərçəkmiş şəxslərlə barışıq əldə etmiş, zərərçəkmiş şəxslər təqsirləndirilən şəxsi bağışlamış, onunla barışmış, ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 58.1-ci maddəsinin (törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir) tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsin şəxsiyyəti (zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, həmin şəxslərin şikayətinin, iddiasının və tələbinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsini, yaşayış yerindəm müsbət xarakterizə olunmasını, əməlindən səmimi peşman olmasını), cinayət xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayətin məqsəd və motivi, təyin olunacaq cəzanın onun islah olunmasına təsiri nəzərə alınmaqla CM-nin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin olunması məqsədə müvafiqdir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırkı halda, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edəcəkdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yeri və müalicə aldığı yeri tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqıda iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 07 mart 2023-cü il tarixli qərardan göründüyü kimi, Təqsirləndirilən şəxs 07 mart 2023-cü il tarixdə qətimkan tədbirinin şərtlərini pozduğu üçün tutulmuş, tutmanın əvvəli isə 07 mart 2023-cü il saat 10:10-dan hesablanmış, 07 mart 2023-cü il tarixdə barəsində “başqa yerə getməmə barədə iltizam” qətimkan tədbiri seçilməklə həmin gun saat 10:35-də saxlandığı MSY-dən azad edilmişdir. Ona görə də onun həbsdə saxlanıldığı bir gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə hesablamaqla təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərkən, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 və Rafiq Musayev tərəfindən təqdim edilmiş CD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələrindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs oğlunun xx.xx.2023-cü il tarixdə tutulub saxlandığı 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla ona təyin edilmiş 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 və Rafiq Musayev tərəfindən təqdim edilmiş CD disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökm elan olunduğundan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar