Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-22/2024 26.08.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X7 və onun nümayəndəsi X3, Zərərçəkmiş şəxs və müdafiəçi X1 iştirakı ilə, xx.xx.1987-ci ildə Qəbələ şəhərində anadan olmuş, AR vətəndaşı, subay, orta təhsilli, işləməyən, Qəbələ şəhəri, S.Vurğun küçəsi ev 10-da yaşayan, Qəbələ rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə AR CM-nın 234.1, 69.3-cü maddələri ilə 01 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və xx.xx.2022-ci ildə cəzasını çəkib qurtardış,barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ondan ötrü məhkəməyə verilmişdir ki, o, xx.xx.2024-cü il tarixdə saat 21 radələrində nəqliyyat vasitələrini idarə etmək hüququ olmaqla ayıq vəziyyətdə etibarnamə əsasında idarə etdiyi faktiki sahibliyində olan “MERCEDES BENZ E320 MİNİK” markalı, ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş-Zarağan magistral yolunun Qəbələ rayon Böyük Əmili kəndi ərazisindən keçən hissəsində üzü Ağdaş şəhəri istiqamətində 110 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı, hərəkət zamanı diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə almaqla avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin idarə olunması ilə əlaqədar hərəkətləri(tormozlama, manevr və sair) vaxtında yerinə yetirməli və avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq idarə etməməli olduğu halda və həmin Qanununun yuxarıda göstərilən tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, texniki cəhətdən saz vəziyyətdə olan “MERCEDES BENZ E320 MİNİK” markalı, ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobili qeyd olunan yol şəraitində idarə edərkən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmamış, hərəkət zamanı diqqətini daim dəyişən yol şəraitindən və avtomobili idarə etməsindən ayırmaqla avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin edə bilməmiş, avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq 110 km/saat sürətlə idarə etmiş, nəticədə avtomobil üzərində idarəetməni itirərək hərəkət hissəsindən sağ tərəfə çıxıb daşlı-çınqıllı ehtiyyat hissədə 30 metr məsafə sürüşərək ağac maneəyə dəymiş, daha sonra ehtiyyat hissədə ard-arda bir neçə dəfə aşmaqla 69 metr məsafə qət edərək hərəkətsiz vəziyyətdə dayanaraq aşma zamanı yaranmış zərbələrdən yanacaq sistemində, yanacaq borucuqlarında hermetikliyin pozulması nəticəsində yanacağın avtomobilin mühərrik sisteminin qızmış hissələrinin üzərinə axmaqla alışması səbəbindən tamamilə yanmış, bununla da ehtiyatsızlığından həmin avtomobilin arxa sərnişin oturacağında olan sərnişin, zərərçəkmiş xx.xx.1970-ci il təvəllüdlü X2 ağır dərəcəli açıq kəllə beyin travması, baş beyinin qişalarına və toxumasına qansızma, baş beyin toxumasının ağır dərəcədə əzilməsi, kəllə əsası sümüklərinin sınığı, burunun, sol körpücük sümüklərinin yerini dəyişən sınığı, sol qabırğaların çoxsaylı sınığı, sol ağ ciyərlərin əzilməsi, daxili qanaxma, başın sol alın təpə nahiyyəsinin əzilmiş-cırılmış yarası, alının, üzün sol tərəfinin, burunun, sol alt çənə, sol körpücük nahiyyəsinin, sağ dirsək oynağının bayır, sağ dirsək oynağının arxa, sağ bud-çanaq oynağının bayır, sol dirsək oynağının bayır və iç, sağ əlin üst səthinin, sağ qalça nahiyyəsinin, sağ bud-çanaq oynağının, sol dizin ön səthinin və sağ baldırın ön orta 1/3-nin sıyrıqları kimi dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlərdən hadisə yerində ölməsinə, eləcə də həmin avtomobilin arxa sərnişin oturacağında olan digər sərnişin, Zərərçəkmiş şəxs hər iki əng, hər iki almaçıq və burun sümüklərinin yerini dəyişən sınığı, travmatik burun qanaxması, başın sağ gicgah-təpə nahiyyəsinin, alının sol qaşüstü nahiyyəsinin əzilmiş-cırılmış yaraları, sağ budun iç səthinin qançırı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulmasına səbəb olan yol hərəkət qaydalarını pozma cinayətini törətmişdir. İş üzrə Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Ağdaş şəhəri ərazisində idarə etdiyi “MERCEDES BENZ E320 MİNİK” markalı, ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobil cərimə borcuna görə Ağdaş RPŞ-nin DYPB əməkdaşları tərəfindən saxlanılaraq Ağdaş RPŞ-nin duracağına aparılmışdır. xx.xx.2024-cü il tarixdə saat təxminən 11-00 radələrində o, Ağdaş RPŞ-nə getmiş və təxminən 221 manat cəriməni ödəyərək avtomobili duracaqdan götürüb qeyri-rəsmi nikahla yaşadığı Şahid1 ilə birlikdə Qəbələ şəhərinə qayıdaraq saat təxminən 18-00 radələrində Qəbələ şəhərində yerləşən bağ sahəsinə gəlmişdir. Bağda olarkən tanışı Rəfail Mirzəliyev istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək özünə məxsus olan QAZ 66 markalı avtomobilə mühərrik almaqdan ötrü Ağdaş rayonuna gedib gəlmələrini xahiş etmiş, isə avtomobildə yanacaq olmadığını bildirmişdir. Rəfail Mirzəliyev ona 15 manatlıq yanacaq verəcəyini bildirdikdən sonra o, Şahid1 birlikdə idarə etdiyi “MERCEDES BENZ E320 MİNİK” markalı, ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobillə bağ evindən çıxıb Qəbələ Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı yola tərəf gəlmiş və orada gözləyən Rəfail Mirzəliyevi və Zərərçəkmiş şəxs avtomobilə götürüb it üçün sümük və düyü almaqdan ötrü Xanlar restorana getmişdir. Oradan “Azpetrol” adlı yanacaqdoldurma məntəqəsinə gəlib avtomobilə 15 manatlıq yanacaq tökmüş ( pulu kartla özü ödəmişdir) və sonra Qəbələ şəhərindən Ağdaş rayonu istiqamətində yola davam etmişlər. Həmin vaxt Şahid1 avtomobilin qabaq sərnişin oturacağında, Rəfail Mirzəliyev və Zərərçəkmiş şəxs isə avtomobilin arxa sərnişin oturacağında əyləşmişdir. Saat 21:20 radələrində Qəbələ rayonu Böyük Əmilli kəndi ərazisi ilə saatda 100-110 km/saat sürətlə hərəkətdə olarkən idarə etdiyi “MERCEDES BENZ E320 MİNİK” markalı, ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobil yolun sağ tərəfində olan daşlı-çınqıllı ehtiyat hissəyə çıxaraq aşmış və yanmağa başlamışdır. Hadisə zamanı huşunu itirdiyi üçün onu Şahid1 ayıltmış və həmin vaxt Məhəmmədin səsini eşidərək onun onun sağ olduğunu bilmişdir. Daha sonra Rəfail Mirzəliyevi axtararaq onun avtomobildən təxminən 5-10 metr qarşıda daşlı-çınqıllı ehtiyat hissədə yerdə uzandığını görmüş, yanına gedərək böyrü üstə çevirib ürəyindən masaj etmiş, ağızından üfürərək hava vermiş, lakin ayılda bilməyərək artıq öldüyünü bilmişdir. Bundan sonra isə hadisə yerində 103 TTY xidməti gəlmiş və onu xəstəxanada aparmışlar. Təqsirləndirilən şəxs daha sonra ifadəsində bildirmişdir ki, yol nəqliyyat hadisəsi törətməzdən qabaq hər hansı bir spirtli içki, narkotik maddə və ya psixotrop maddə qəbul etməmiş və sərxoş olmamışdır. X4 ilə çox yaxın dost olmuş, onun ölümünə görə iztirablar keçirtmiş və əməlindən peşman olmuşdur. İş üzrə zərərçəkmiş şəxs X2 hüquqi varisi X5 nümayəndəsi X8 ifadəsində göstərmişdir ki, mərhum X4 onun atasıdır. 06 yanvar 2024-cü il tarixdə saat təxminən 21-00 radələrində evdə olarkən Rəfail Mirzəliyevə zəng gəlmiş, atası həmin zəngdən sonra evdən çıxıb getmiş və saat təxminən 22 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “MERCEDES BENZ E320 MİNİK” markalı, ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobilin yüksək sürət səbəbindən yoldan çıxaraq zərblə ağacadəyib aşması nəticəsində ölməsi məlum olmuşdur. 07 yanvar 2024-cü il tarixdə mərhum atası X18 rayonu Duruca kəndində dəfn edilmişdir. Rəfail Mirzəliyevin QAZ 66 markalı avtomobili olmuş, lakin avtomobil istismara yararsız olduğundan son üç il müddətində sürülməmiş və təmiri planlaşdırılmamışdır. Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi törədərkən həmin vaxt qəbul etdiyi narkotik vasitələrin təsiri altında olmuş və cinayəti qəsdən törətmişdir. Təqsirləndirilən şəxs şikayətçidir və onun yol nəqliyyat hadisəsi törədərkən narkotik vasitələrin təsiri altında olub olmadığının yenidən yoxlanılmasını tələb edir . İş üzrə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 19 radələrində əmisi Rəfail Mirzəliyev evdə olarkən tanışı Qəbələ şəhər sakini Təqsirləndirilən şəxs zəng edərək ondan harada olduğunu soruşmuş və onunla işi olduğunu bildirərək yola çıxmasını xahiş etmişdir. Həmin vaxt o əmisi Rəfail Mirzəliyevin yanında olmuş və onunla birlikdə Qəbələ şəhəri Mikayıl Müşfiq küçəsində yerləşən asfalt örtüklü yoldakı körpünün üstünə çıxıb Təqsirləndirilən şəxs gözləmişlər. Təxminən 10 dəqiqə sonra Təqsirləndirilən şəxs “MERCEDES BENZ E320 MİNİK” markalı, ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmiş, həmin vaxt avtomobilinin qabaq sərnişin oturacağında əvvəlcədən tanımadığı bir nəfər qadın (Şahid1) əyləşmişdir. O və əmisi Rəfail Mirzəliyev “MERCEDES BENZ E320 MİNİK” markalı, ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sərnişin oturacağına oturmuş və onlar birlikdə Xanlar adlı restorana getmişlər. Təqsirləndirilən şəxs restorandan it üçün sümük almış və sonra Qəbələ şəhəri ərazisində yerləşən “Azpetrol” adlı yanacaqdoldurma məntəqəsinə gedib avtomobilə 15 manatlıq yanacaq tökmüşdür. Yanacağın pulunu X19 Əzizova nağd vermiş və Təqsirləndirilən şəxs kartla ödəmişdir. Daha sonra onlar Qəbələ şəhərindən Ağdaş rayonu istiqamətində yola düşmüş və yolda hər biri ( o cümlədən Təqsirləndirilən şəxs) narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Saat 21:20 radələrində Təqsirləndirilən şəxs avtomobili Qəbələ rayonu Böyük Əmilli kəndi ərazisində Ağdaş rayonu istiqamətində saatda təxminən 160-180 km/saat sürətlə idarə etdiyinə görə Rəfail Mirzəyev ona bir neçə dəfə sürətlə bağlı xəbərdarlıq etmiş, lakin Təqsirləndirilən şəxs ona deyilənlərə məhəl qoymayaraq avtomobili yüksək sürətlə idarə etməkdə davam etmiş və Şahid1 ilə bilmədiyi səbəbdən mübahisə etmişlər. Həmin anda avtomobil anidən asfalt örtüklü yoldan sağ tərəfə çıxaraq sağda yerləşən daşlı-çınqıllı ehtiyat hissəyə doğru hərəkət etmiş və ordakı ağaca dəydikdən sonra bir neçə dəfə aşaraq sürüşmüşdür. . Avtomobil ağaca dəyərkən o, zərbənin təsirindən avtomobilin arxa sol pəncərəsindən çıxıb yerə yıxılaraq huşunu itirmiş, özünə gəldikdə isə əmisi Rəfail Mirzəliyev yolun daşlı-çınqıllı ehtiyat hissəsində uzanmış vəziyyətdə qaldığını görmüş və ona doğru sürünüb yaxınlığına gəlmişdir. Təqsirləndirilən şəxs həmin vaxt əmisi Rəfail Mirzəliyevi oyatmağa çalışmış, lakin artıq öldüyü üçün Rəfail Mirzəliyev ayılmamışdır. Bundan sonra o onu hadisə yerinə gələn 103 TTY xidməti Qəbələ RMX-ya aparmış və o, xəstəxanada ayılmışdır. Hadisə nəticəsində bədəninin müxtəlif hissələrindən, əsasən isə baş nahiyyəsindən sınıq xəsarətləri almış, hadisədən sonra Təqsirləndirilən şəxs tərəfindən ona heç bir köməklik göstərilməmişdir. Rəfail Mirzəliyevin QAZ 66 markalı avtomobili olmuş, lakin avtomobil istismara yararsız olduğundan son üç il müddətində sürülməmiş və təmiri planlaşdırılmamışdır. Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi törədərkən həmin vaxt qəbul etdiyi narkotik vasitələrin təsiri altında olmuş və cinayəti qəsdən törətmişdir. Təqsirləndirilən şəxs şikayətçidir və onun yol nəqliyyat hadisəsi törədərkən narkotik vasitələrin təsiri altında olub olmadığının yenidən yoxlanılmasını tələb edir . İş üzrə Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 19-00 radələrində qeyri rəsmi nikah münasibətlərində yaşadığı Təqsirləndirilən şəxsla birlikdə sonuncuya məxsus olan Qəbələ şəhərində yerləşən bağda olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs zəng olunmuş və ondan avtomobil mühərriki almaqdan ötrü Ağdaş rayonuna gedib gəlmələri xahiş edilmişdir. Zəng edən şəxs Qəbələ şəhər sakini Rəfail Mirzəyev olmuş və Ağdaş rayonuna gedib gəlməkdən ötrü avtomobilə 15 manatlıq yanacaq tökəcəyini bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onunla birlikdə idarə etdiyi “MERCEDES BENZ E320 MİNİK” markalı, ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobillə bağ evindən çıxıb Qəbələ Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı yola tərəf gəlmiş və orada gözləyən Rəfail Mirzəliyevi və Zərərçəkmiş şəxs avtomobilə götürüb it üçün sümük və düyü almaqdan ötrü Xanlar restorana getmişlər. Oradan “Azpetrol” adlı yanacaqdoldurma məntəqəsinə gəlib avtomobilə 15 manatlıq yanacaq tökdükdən ( pulu kartla Təqsirləndirilən şəxs özü ödəmişdir) sonra Qəbələ şəhərindən Ağdaş rayonu istiqamətində yola davam etmişlər. Həmin vaxt o, avtomobilin qabaq sərnişin oturacağında, Rəfail Mirzəliyev və Zərərçəkmiş şəxs isə avtomobilin arxa sərnişin oturacağında əyləşmiş, onları avtomobilə götürdüyünə görə Təqsirləndirilən şəxsla mübahisə etmişdir. Saat 21:20 radələrində Qəbələ rayonu Böyük Əmilli kəndi ərazisi ilə hərəkətdə olarkən avtomobil yolun sağ tərəfində olan daşlı-çınqıllı ehtiyat hissəyə çıxaraq ağaca çırpılmış, daha sonra isə bir neçə dəfə aşaraq yanmağa başlamışdır. Avtomobil dayandıqdan sonra sürücü Təqsirləndirilən şəxs avtomobilin arxa hissəsində yerdə uzandığını görüb onu silkələyərək ayıltmış və ona avtomobilin yandığını bildirmişdir. Həmin vaxt avtomobilin arxa sərnişin oturacağında əyləşən Zərərçəkmiş şəxs asfalt örtüklü yol tərəfdən gəlmiş, Rəfail Mirzəliyev isə avtomobilin yaxınlığında yerdə uzanmış vəziyyətdə olmuşdur. Rəfail Təqsirləndirilən şəxs Mirzəliyevin ağızından üfürərək ona hava vermiş, lakin onu ayılda bilməmişdir. Bundan sonra isə hadisə yerində 103 TTY xidməti gəlmiş, hadisə zamanı o, ciddi bir xəsarət almadığı üçün Qəbələ rayon mərkəzi xəstəxanasında müayinə olunmamışdır. İş üzrə şahid Qəbələ RPŞ-nin DYPB YPX inspektoru Şahid4 ifadəsində göstərmişdir ki, 06 yanvar 2024-cü il tarixdə saat 21:30 radələrində Qəbələ RPŞ-nin DYPB-nin YPX isnpektoru X17 ilə birlikdə xidmətdə olarkən Qəbələ RPŞ-nin X10 rayon Böyük Əmilli kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat almış və dərhal xidməti avtomobillə Ağdaş-Zarağan yolunun Qəbələ rayon Böyük Əmilli kəndi ərazisindən keçən hissəsinə getmişlər. Hadisə yerinə çatdıqda görmüşlər ki, Ağaş şəhəri istiqamətində hərəkətdə olmuş “MERCEDES BENZ E320 MİNİK” markalı, ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobil yoldan çıxaraq yolun sağ hissəsində yerləşən ağaca dəymiş, daha sonra isə 90-100 metr məsafədə ehtiyat hissə ilə sürüşərək dayanmış və alışmışdır. Həmin vaxt hadisə yerində FHN-nin yanğınsöndürən əməkdaşları olmuş və yanan avtomobili söndürürmüşlər. Hadisə yerində yolun sağ kənarında yerləşən daşlı-çınqıllı ehtiyyat hissədə bir nəfər şəxsin meyiti aşkar edilmişdir. Hadisə yerinin yaxınlığında aşkar edilən avtomobilin ağ rəngli ön bufer hissəsinin üzərindəki ** KJ *** dövlət qeydiyyat nişanına əsasən komyuter vasitəsilə avtomobili sürənin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Daha sonra hadisə yerinə müstəntiq gəlmiş, hadisə yerinin fotoşəkilləri çəkilmiş, eləcə də sxem tərtib edilmiş və protokol yazılaraq baxışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Hadisə yerində əlavə hər hansı bir avtomobil izi, eləcə də digər bir avtomobilə aid boya qırıntıları aşkar edilmədiyindən hadisənin avtomobilin yüksək sürətlə idarə olunması səbəbindən baş verdiyi ehtimal edilmişdir. İş üzrə şahid Qəbələ DYMX-da yanğınsöndürən vəzifəsində işləyən Şahid5 Sıracəddin oğlu ifadəsində göstərmişdir ki, 06 yanvar 2024-cü il tarixdə saat təxminən 21:34 radələrində 101 hissənin rabitə məntəqəsinə Qəbələ rayon Böyük Əmilli kəndi ərazisində minik avtomobilinin yanması barədə zəng məlumatı daxil olmuş və o, iş yoldaşları Rüfət Məlikov və Qiyas Qiyaslı ilə birlikdə dərhal yanğınsöndürən avtomobil ilə Ağdaş-Zarağan yolunun Qəbələ rayon Böyük Əmilli kəndi ərazisindən keçən hissəsində yanğın hadisəsinin baş verdiyi ünvana getmişdir. Hadisə yerinə çatdıqda üzü Ağdaş şəhəri istiqamətində yolun sağ ehtiyat hissəsində dayanmış “MERCEDES BENZ E320 MİNİK” markalı, ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobilin yandığı aşkar edilmiş və dərhal həmin avtomobilin üzərində yanğın söndürmə işləri aparılmışlar. Hadisə yerində yolun sağ kənarında yerləşən daşlı-çınqıllı ehtiyyat hissədə bir nəfər şəxsin meyiti aşkar edilmiş və hadisə yerində olan polis əməkdaşları tərəfindən ölçmə işləri aparılmışdır. Hadisə yerində olarkən onlar çatadək avtomobildə olmuş sürücü və sərnişinlərin TTY avtomobili ilə Qəbələ RMX-ya aparıldığını bilmişlər. Hadisə yerində olan avtomobildə hər hansı kənar şəxs olmamış və yanmamışdır. Avtomobili söndürdükdən sonra bununla bağlı “yanğınsöndürmə haqqında ilkin akt” tərtib etmişlər və bu barədə rəhbərliyə məruzə etmişlər. İşdə olan «Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında» xx.xx.2024-cü il tarixli protokolda göstərilmişdir ki, yol nəqliyyat hadisəsinin baş verdiyi yerdə yolun hərəkət hissəsi düz, örtüyün növü asfaltbeton olmaqla quru vəziyyətdədir. Asfalt örtüyünün eni 15 metr, hərəkət zolaqlarının sayı isə 04-dür. Hərəkət hissəsini bir-birindən üzəri ot örtüklü bardür sahə ayırır. Üzü Ağdaş şəhəri istiqamətində olan hərəkət hissədəki 02 ədəd hərəkət zolaqlarını isə bir-birindən ağ rəngli qırıq-qırıq xətt ayırır. Hərəkət hissəyə sağdan daşlı-çınqıllı ehtiyat hissə, soldan əks istiqamətli hərəkət zolağını ayıran üzəri ot örtüklü bardür sahə birləşir. Hadisə yerində “MERCEDES BENZ E320 MİNİK” markalı, ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobilin əvvəlcə daşlı-çınqıllı ehtiyat hissəyə çıxma izi, ardınca həmin daşlı-çınqıllı ehtiyat hissədə yerləşən ağaca dəymə izi, ardınca isə avtomobilin üzü Ağdaş şəhəri istiqamətində olan yolun sağında yerləşən daşlı-çınqıllı ehtiyat hissədə saat 19 yönündə hərəkətsiz vəziyyətdə dayandığı yer vardır ki, avtomobilin daşlı-çınqıllı ehtiyat hissəyə çıxdığı yerdən dayandığı yerə kimi 99 metr məsafə qət edərək ehtiyat hissədə hərəkətsiz vəziyyətdə dayanmaqla yandığı müəyyən edilmişdir. Hadisə yerində tormoz izinə rast gəlinməmişdir. Hərəkətsiz vəziyyətdə dayanmış “MERCEDES BENZ E320 MİNİK” markalı, ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə paraleldə X2 meyitinin olduğu aşkar edilmişdir. Avtomobilin yoldan çıxaraq ağac maneəyə dəydiyi yerə kimi 30 metr, ağac maneədən meyitə kimi 43 metr, meyitdən avtomobilə kimi isə 26 metrdir. Hadisə yerində, eləcə də asfalt səth üzərində hər hansı bir digər avtomobillə toqquşmaya xarakterik izlər, digər bir avtomobilin ehtiyat hissələri aşkar edilməmişdir. Avtomobillin hadisə yerində yerləşməsinə, onun əzilmiş, deformasiyaya uğramış hissələrinə, həmçinin avtomobilə məxsus müxtəlif boya və qırıntı hissələrinin töküldüyü yerə əsasən müəyyən edilmişdir ki, hadisə hərəkətin Ağdaş şəhəri istiqamətdə sol hərəkət zolağında baş vermişdir. Hadisə yerində olan aşmış avtomobilin yerləşdiyi vəziyyətdən, maneəni vurma və aşma yerindən müəyyən olunmuş ki, hadisədən əvvəl “MERCEDES BENZ E320 MİNİK” markalı, ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobil Ağdaş şəhəri istiqamətdə hərəkətdə olmuşdur. (c.i 2-ci cild, səh 111-112) İşdə olan 31 yanvar 2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokola əsasən hadisə yerində müvafiq ölçmə işləri aparılarkən müəyyən edilmiş ki, Ağdaş-Zarağan magistral yolunun Qəbələ rayon Böyük Əmilli kəndi ərazisindən keçən hissəsindəki yolun hərəkət hissəsinin uzunluğu 7.30 metr, hərəkət zolağının eni 3.60 metrdir. Baxışda iştirak edən şəxslərin göstərdiyi nöqtələrə uyğun olaraq avtomobilin asfalt örtüklü yoldan çıxdığı yerdən ağaca dəydiyi yerədək 30 metr, ağaca dəydiyi yerdən meyitin düşdüyü yerə kimi 43 metr, meyitdən avtomobilin yandığı yerədək 26 metr olmuşdur. Hadisə yerində, asfalt səth üzərində hər hansı tormoz izi, toqquşma izi və digər bir avtomobilə aid sınmış ehtiyyat hissələri aşkar edilməmişdir. Eləcə də hadisə yerində videomüşahidə kameraları aşkar edilməmişdir. ( c.i.2-ci cild, səh:112-113) İşdə olan AR SN MTE və PA ETT Birliyi tərəfindən verilmiş 07 yanvar 2024-cü il tarixli 01 nömrəli Rəydə göstərilmişdir ki, X2 meyitində açıq kəllə beyin travması, baş beyinin qişalarına və toxumasına qansızma, baş beyin toxumasının ağır dərəcədə əzilməsi, kəllə əsası sümüklərinin sınığı, burunun, sol körpücük sümüklərinin yerini dəyişən sınığı, sol qabırğaların çoxsaylı sınığı, sol ağ ciyərlərin əzilməsi, daxili qanaxma, başın sol alın təpə nahiyyəsinin əzilmiş-cırılmış yarası, alının, üzün sol tərəfinin, burunun, sol alt çənə, sol körpücük nahiyyəsinin, sağ dirsək oynağının bayır, sağ dirsək oynağının arxa, sağ bud-çanaq oynağının bayır, sol dirsək oynağının bayır və iç, sağ əlin üst səthinin, sağ qalça nahiyyəsinin, sağ bud-çanaq oynağının, sol dizin ön səthinin və sağ baldırın ön orta 1/3-nin sıyrıqları kimi xəsarəti vardır. Həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni 06 yanvar 2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sərnişində törənə bilər. X2 ölümü kəllə əsası sümüklərinin sınığı ilə müşayiət olunan baş beyin toxumasının ağır dərəcəli əzilməsi olmuşdur. Bədən xəsarətlərinin ağırlıq dərəcəsinə görə ağır ölümlə nəticələnən və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aiddir. Onun ölümü ilə 06 yanvar 2024-cü il tarixdə saat 21 radələrində aldığı ağır bədən xəsarətləri ilə birbaşa səbəbli əlaqəsi vardır. X2 meyitindən götürülmüş qanda və sidikdə məhkəmə-tibbi kimya tədqiqatları nəticəsində spirti içki, narkotik və psixotrop tərkibli və güclü təsir edici maddələr aşkar edilməmişdir. (c.i.2-ci cild, səh:113) İşdə olan AR SN MTE və PA ETT Birliyi Qəbələ rayon şöbəsi tərəfindən verilmiş 02 fevral 2024-cü il tarixli 35 nömrəli Rəy göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində başın hər iki təpə nahiyyəsinin, sağ üst göz qapağının, alt çənənin, burunun əzilmiş-cırılmış yaraları, sağ ağ ciyərin yuxarı payının kontuziyası, hər iki əllərin üst səthinin, sağ budun ön aşağı 1/3-nin, sağ dizin ön səthinin, sol sarğı nahiyyəsinin, sağ bayır topuğun sağ ayaq barmaqlarının üst səthinin, sol ayağın İİ barmağının üst səthinin sıyrıqları və sol ayağın İ barmağının dırnaq falanqasının sıyrılmış yarası kimi xəsarəti vardır. Qeyd olunan xəsarət küt alətin (əşyaların) təsirindən müayinə olunanın göstərdiyi tarixdə və şəraitdə, yəni 06 yanvar 2024-cü ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənə bilər. Həmin xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmanın əlamətlərinə aiddir. ( c.i.2-ci cild, səh:113) İşdə olan AR SN MTE və PA ETT Birliyi Qəbələ rayon şöbəsi tərəfindən verilmiş 02 fevral 2024-cü il tarixli 37 nömrəli Rəydə göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində hər iki əng, hər iki almaçıq və burun sümüklərinin yerini dəyişən sınığı, travmatik burun qanaxması, başın sağ gicgah, sol gicgah-təpə nahiyyəsinin, alının sol qaşüstü nahiyyəsinin əzilmiş-cırılmış yaraları, sağ budun iç səthinin qançırı kimi xəsarəti vardır. Qeyd olunan xəsarət küt alətin(əşyaların) təsirindən müayinə olunanın göstərdiyi tarixdə və şəraitdə, yəni 06 yanvar 2024-cü ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənə bilər. Həmin xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmanın əlamətlərinə aiddir. (c.i.2-ci cild, səh:113-114) İşdə olan AR SN MTE və PA ETT Birliyi tərəfindən verilmiş 22 yanvar 2023-cü il tarixli, 176/K nömrəli ekspert Rəyinə əsasən Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər(həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid(çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. (c.i 2-ci cild, səh 114) İşdə olan AR ƏN MEM tərəfindən verilmiş 22 aprel 2024-cü il tarixli 3-16-16/2-10/1163 nömrəli Rəydə göstərilmişdir ki, “MERCEDES BENZ E320 MİNİK” markalı, ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobildə yanğın izlərinin nisbi analizinə və inkişaf dinamikasına görə müəyyən edilmişdir ki, yanğının mənbəyi avtomobilin mühərrik bölməsində, mühərrikin salona yaxın hissəsində olmuş və yanğın yanar materialların üzəri ilə inkişaf edərək digər hissələrinə yayılmışdır. Yanğın, avtomobil hərəkətdə olarkən baş vermiş yol nəqliyyat hadisəsi zamanı(aşarkən) almış olduğu zərbələrdən yanacaq sistemində (yanacaq borucuqlarında) hermetikliyin pozulması nəticəsində yanacağın avtomobilin mühərrik sisteminin qızmış hissələrinin üzərinə axmaqla onun alışmasından baş vermişdir. (c.i 2-ci cild, səh 114) İşdə olan AR ƏN MEM tərəfindən verilmiş 03 may 2024-cü il tarixli 8/451-6/812-8/452 nömrəli Rəydə göstərilmişdir ki, tədqiqata təqdim edilmiş “MERCEDES BENZ E320 MİNİK” markalı, ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobilin ön bamperində olan sürtünmə izlərinin boya örtüyünün özünə məxsus astar qatının sürtünmə (bərk predmetlə təmasda olması) nəticəsində cızılıb üst qata çıxmasına (yaranmasına) xarakterik olub, üzərində kənar avtonəqliyyat vasitələrinə məxsus boya qalıqları, hissəcikləri yoxdur. Tədqiqata təqdim edilmiş “MERCEDES BENZ E320 MİNİK” markalı, ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobilin (baxış zamanı tamamilə yanması müəyyən edildi) üzərində lak-boya örtüyü olmadığından onun səthində kənar avtomobilə aid lakboya hissəciklərinin olub-olmadığını müəyyən etmək mümkün olmadı. Təqdim edilmiş “MERCEDES BENZ E320 MİNİK” markalı, ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobil yoldan çıxıb ağacı vuraraq aşdığından və tam yanaraq avtomobilin hissələrinin ilkin forması dəyişdiyindən onun digər bir nəqliyyat vasitəsi ilə kontaktda olub-olmamasını nəqliyyat trasoloji ekspertizası yolu ilə müəyyən etmək mümkün deyildir. “MERCEDES BENZ E320 MİNİK” markalı, ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs tədqiq olunan şəraitdə hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 110 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. (c.i.2ci cild, səh: 114) İşdə olan “Avtoservis 77” ( VÖEN: **********) tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışa əsasən xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsindən sonra “Ford Servisin” həyətindəki duracağa qoyulmuş “MERCEDES BENZ E320 MİNİK” markalı, ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobillə baxış keçirilərkən nəqliyyat vasitəsinin tormoz, sükan və digər idarəetmə sistemlərində hər hansı bir nasazlıq aşkar edilməmişdir. (c.i.1-ci cild, səh:135) İşə əlavə edilmiş Elektron informasiya sisteminin məlumatına əsasən “MERSEDES BENZ E 320 MİNİK” markalı ** KJ *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsinə əsasən X11 adına qeydiyyata alınmışdır. İşə əlavə edilmiş AE 713610 nömrəli sürücülük vəsiqəsinin surətinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdən xx.xx.2025-ci il tarixədək D BE CE kateqoriyalar üzrə nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. AR CPM-nin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübütların məcmuyuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 338.1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hökm çıxartdıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad etməlidir. Məhkəmə tədqiq olunmuş subutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmişdir. Onun təqsiri özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin və iş üzrə dindirilmiş şahidlərin ifadələri, işin materiallarında olan yol-nəqliyyat hadisəsinin sxemi, məhkəmə-yanğın, məhkəmə-kimyəvi, məhkəmə-tibbi, kompleks trasoloji və məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının rəyləri, habelə işdə olan digər materiallarla tam sübuta yetmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib CM-nın Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla cəzalanmalıdır. AR CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza ədalətin bərpası, məhkumun islah edilməsi və məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdə olan AR DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məlumat əsasən Əzizov X13 rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə AR CM-nın 234.1, 69.3-cü maddələri ilə 01 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və xx.xx.2022-ci ildə cəzasını çəkib qurtarmışdır. ( c.i.1-ci cild, səh: 152-153) İşdə olan Qəbələ RİHB-nin Qəbələ şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 5-59-12/2-3xx/xx/2024 saylı məlumata əsasən Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü X12 və xx.xx.2016-cı il təvəllüdlü X14 adında uşaqları vardır. ( c.i.1-ci cild, səh: 143) Himayəsində iki nəfər azyaşlı uşaqların olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşdə olan Qəbələ RİHB-nin Qəbələ şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. ( c.i.1-ci cild, səh: 144) Məhkəmə hesab edir ki, törətdiyi cinayətin xarakteri nəzərə alınaraq Təqsirləndirilən şəxs AR CM-nın müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, cəzanın həddi müəyyən edilərkən onun cəzasını yüngülləşdirən hal və şəxsiyyəti nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan Qəbələ şəhəri ərazisində yerləşən “Ford Servis”-in duracağında saxlanılan “MERSEDES BENZ E 320 MİNİK” markalı **-KJ-*** dövlət nömrə nişanlı avtomobil sahibi X11 özünə verilməli və Təqsirləndirilən şəxs 400,0 (dörd yüz) manat ekspertiza xərci alınıb dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əssən və Azərbaycan Respublikası CPM-nin 347, 349, 351-353, 383-385-ci maddələrini rəhbər tutaraq H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 2 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilib “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və Təqsirləndirilən şəxs məhkəmə zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzasını çəkməsinin əvvəli 26 avqust 2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut olan Qəbələ şəhəri ərazisində yerləşən “Ford Servis”-in duracağında saxlanılan “MERSEDES BENZ E 320 MİNİK” markalı ** KJ *** dövlət nömrə nişanlı avtomobil X11 özünə verilsin. Təqsirləndirilən şəxs 400,0 (dörd yüz) manat ekspertiza xərci alınıb dövlət büdcəsinə keçirilsin. Hökm elan olunduğundan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 (iyirmi) gün müddətinə). Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim. Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №1(025)-22/2024
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-22/2024
26.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver