Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-22/2025 18.08.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2, zərərçəkmiş şəxslər, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Müdafiəçi iştirakı ilə, xx.xx.1969-cu ildə Qəbələ rayonu, Tola kəndində anadan olmuş, AR vətəndaşı, evli, orta təhsilli, işləməyən, Qəbələ rayonu, Tola kəndində yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ondan ötrü məhkəməyə verilmişdir ki, o, xx.xx.2025-ci il tarixdə saat 20:00 radələrində nəqliyyat vasitələrini idarə etmək hüququ olmaqla ayıq vəziyyətdə idarə etdiyi özünə məxsus olan VAZ21063 minik marka və modelli, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ rayon Hacıalılı-Şamlı-Tövlə yerli əhəmiyyətli avtomobil yolunun Qəbələ rayonu Tövlə kəndində yerləşən X5 məxsus həyətyanı sahənin qarşısından keçən hissəsində üzü Hacıalılı kəndi istiqamətində 30 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, yəni idarə etdiyi avtomobili sola döndərməzdən əvvəl qarşıdan əks istiqamətdə hərəkətdə olaraq yaxınlaşan sürücü Şahid1 idarə etdiyi VAZ 21013 markalı avtomobilə yol verməli və bundan sonra hərəkətin təhlükəsizliyinin təmin olunacağına əmin olaraq avtomobili sola döndərməli olduğu halda, həmin Qanununun yuxarıda göstərilən tələblərinə riayət etməyərək, texniki cəhətdən saz vəziyyətdə olan VAZ21063 minik marka və modelli, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobili qeyd olunan yol şəraitində idarə edərkən qarşıdan əks istiqamətdə hərəkətdə olaraq yaxınlaşan sürücü Şahid1 idarə etdiyi VAZ21013 minik marka və modelli, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilə yol vermədən idarə etdiyi avtomobili sola döndərməklə sonuncunun hərəkəti üçün təhlükə yaratmış və nəqliyyat vasitələrinin VAZ21013 minik marka və modelli, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağında toqquşmasına səbəb olmuş, nəticədə ehtiyyatsızlığından idarə etdiyi avtomobildə sərnişin qismində olan X8 hadisə zamanı aldığı baş beyin toxumasının ağır dərəcəli əzilməsi, baş beyin toxumasına və qişalarına qansızma, kəllə əsası sümüklərinin sınığı, sağ baldır sümüklərinin aşağı 1/3-nin qapalı yerini dəyişən qəlpəli sınığı, başın sağ təpə nahiyyəsinin, alının sağ qaşüstü nahiyyəsinin, burunun yuxarı sağ tərəfinin, sol qaşın üst hissəsinin əzilmiş-cırılmış yaraları, alının orta aşağı hissəsinin, sağ diz oynağının içəri səthinin və hər iki əlin üst hissəsinin sıyrıqları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan ağır bədən xəsarətlərindən hadisə yerində ölməsinə, eləcə də Zərərçəkmiş şəxs1 döş qəfəsinin qapalı travması, döş qəfəsinin sağ tərəfində qabırğaların çoxsaylı sınığı, sağ tərəfli hematoraks, sağ ağ ciyərin kontuziyası, sağ bud sümüyünün yuxarı hissəsində burmalararası hissədən keçən qapalı yerini dəyişən qəlpəli sınığı, sağ budun metalostiosintez cərrahi əməliyyatından sonrakı vəziyyəti, alının sağ tərəfinin əzilmiş-cırılmış yarası kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarəti yetirilməsinə və VAZ21013 minik marka və modelli, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olan Zərərçəkmiş şəxs2 döş qəfəsinin açıq travması, döş qəfəsinin ön sol hissəsində Vİ qabırğa səviyyəsində döş boşluğuna nüfuz edən deşilmiş yarası, perikardın və sol ağ ciyərin zədələnməsi, hemotoraks, sol Vİ qabırğanın sınığı, sağ baldırın ön orta və ön aşağı 1/3-nin sıyrığı kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarəti yetirilməsinə səbəb olan yol hərəkət qaydalarını pozma cinayətini törətmişdir. İş üzrə Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ rayonu Tövlə kəndində yaşayır və fərdi qaydada bənna işləyir. xx.xx.2025-ci il tarixdə, saat təxminən 20 radələrində VAZ21063 minik” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobili Hacıalılı kəndinin mərkəzi istiqamətində saatda təxminən 20-30 km saat sürətlə idarə etmiş və Tövlə kənd sakini X4 yaşadığı evin həyətinin qapısının qarşısına çatarkən qarşıdan əks istiqamətdə gələn bir avtomobilin qarşı hərəkət zolağına çıxaraq üzərinə gəldiyini görüb avtomobilini sola tərəf döndərərək əks zolağıa çıxartmışdır. Həmin vaxt qarşıdan gələn VAZ 21013 minik marka və modelli, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobil də öz hərəkət zolağına keçmiş, nəticədə avtomobillər onun üçün əks istiqamətli hərəkət zolağında toqquşmuşdur. Toqquşmanın təsirindən onun idarə etdiyi VAZ21063 markalı avtomobil təxminən 10-15 metr məsafə arxaya doğru hərəkət edib sağ tərəfdəki dərəlik hissəyə düşmüş, Şahid1 idarə etdiyi avtomobil isə təxminən 10-15 metr məsafə asfalt örtüklü yolda Tövlə kəndinin mərkəzi istiqamətində irəliyə gedərək dayanmışdır. Hadisə vaxt onun avtomobilinin qabaq sağ sərnişin oturacağında əyləşmiş X10 aldığı xəsarətlərdən ölmüş, avtomobilinin arxa sərnişin oturacağında əyləşmiş qardaşı oğlu Zərərçəkmiş şəxs1 isə ağır bədən xəsarətləri almışdır. Daha sonra onu və hadisə yerində xəsarət almış şəxsləri hadisə yerinə gələn kənd sakinləri Qəbələ RMX-ya aparmışlar. Təqsirləndirilən şəxs dahaa sonra ifadəsində göstərmişdir ki, baş verənlərə görə peşmançılıq hissi keçirir və X10un ölümünə ğörə əzab çəkir. İş üzrə zərərçəkmiş şəxs X8 hüquqi varisi X2 ifadəsində göstərmişdir ki, mərhum X12 ilə 40 ildən artıq müdətə evli olmuş və onunla birlikdə Qəbələ rayon Tövlə kəndində yaşamışlar. Ehsan Kərimov xx.xx.2025-ci il tarixdə saat təxminən 18 radələrində evdən çıxaraq yaşadıqları Tövlə kəndin mərkəzinə tərəf getmiş, həmin gün saat 21 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə olarkən Tövlə kəndində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ölmüş və Tövlə kənd qəbiristanlıqda dəfn edilmişdir. X8 yol nəqliyyat hadisəsində ölməsinə görə Emin Muştaqovdan heç bir şikayət və tələbi yoxdur. İş üzrə Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 13 radələrində Hacıalılı kəndindən yaşadığı Tövlə kəndinə həmkəndlisi və tanışı Şahid1 idarə etdiyi VAZ21013 minik markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmiş, saat 20 radələrində həmin avtomobillə Tövlə kəndinin mərkəzi istiqamətində hərəkətdə olmuş və avtomobilin qabaq sağ sərnişin oturacağında əyləşmişdir. Şahid1 avtomobili saatda təxminən 70-80 km saat sürətlə idarə etmiş və Tövlə kənd sakini X4 yaşadığı evin həyətinin qapısının qarşısına çatarkən əks istiqamətli hərəkət zolağından gələn bir avtomobilin uzaq işıqlarının yandığını görüb söndürülməsi üçün öz avtomobilinin işıqlarını yandırıb söndürməklə işarə vermişdir. Lakin həmin avtomobil uzaq işıqları söndürmədən sola tərəf dönüb qarşı hərəkət zolağına çıxmış və Aqasifin idarə etdiyi VAZ21013 minik markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobillə yolda qabaq-qabağa toqquşmuşdur. Toqquşmanın təsirindən VAZ21063 markalı avtomobil təxminən 10-15 metr arxaarxaya gedərək sağ tərəfdə olan dərəliyə düşmüş, Aqasifin avtomobili isə təxminən 10-15 metr məsafə asfalt örtüklü yolda Tövlə kəndinin mərkəzi istiqamətində irəliyə gedərək yolda dayanmışdır. Həmin vaxt o, xəsarət aldığı üçün huşunu itirmiş, Aqasif sifət nahiyəsində sillə ilə vuraraq onu oyatmışdır. O, avtomobildən yerə düşüb asfalt üzərində oturmuş və Təqsirləndirilən şəxs “Ehsan, ay Ehsan” deyə qışqırdığını eşitmişdir. Daha sonra onu və hadisə yerində xəsarət almış şəxsləri hadisə yerinə gələn kənd sakinləri Qəbələ RMX-ya aparmışlar. Yol nəqliyyat hadisəsində xəsarət almasına görə Emin Muştaqovdan heç bir şikayət və tələbi yoxdur. İş üzrə Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 20 radələrində o, Təqsirləndirilən şəxs idarə etdiyi VAZ21063 minik markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıalılı kəndinin mərkəzi istiqamətində hərəkətdə olmuş və avtomobilin arxa sərnişin oturacağında əyləşmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs avtomobili təxminən 30 km/sat sürətlə idarə etmiş, Tövlə kənd sakini X4 yaşadığı evin həyətinin qapısına çatarkən əks istiqamətdən gələn avtomobilin işıqlarının yanıb söndüyünü görüb çaşmış və avtomobilin sükanını sola tərəf döndərib əks hərəkət zolağa çıxaraq həmin zolaqda hərəkətdə olan VAZ21013 minik markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobillə qabaq-qabağa toqquşmuşdur. Toqquşmanın təsirindən VAZ21063 markalı avtomobil təxminən 10-15 metr məsafə arxaya doğru hərəkət edərək sağ tərəfdəki dərəliyə düşmüş, Şahid1 idarə etdiyi avtomobil isə Tövlə kəndinin mərkəzi istiqamətində təxminən 10-15 metr irəliyə gedərək asfalt yolda dayanmışdır. Hadisə nəticəsində o, ağır bədən xəsarətləri almış, Təqsirləndirilən şəxs avtomobilinin qabaq sağ sərnişin oturacağında əyləşmiş Ehsan Kərimov isə ölmüşdür. Daha sonra onu və hadisə yerində xəsarət almış şəxsləri hadisə yerinə gələn kənd sakinləri Qəbələ RMX-ya aparmışlar. Yol nəqliyyat hadisəsində xəsarət almasına görə Emin Muştaqovdan heç bir şikayət və tələbi yoxdur. İş üzrə Şahid1 ifadəsində göstərmişdir ki, o, Qəbələ rayon Tövlə kəndində yaşayır. xx.xx.2025-ci il tarixdə, evdə olarkən 100 qram spirtli içki qəbul etmiş və həmin gün saat təxminən 20 radələrində dostu X11 adına olan VAZ21013 minik markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Hacıalılı kəndi istiqamətində saatda təxminən 70 km saat sürətlə hərəkətdə olmuşdur. Tövlə kənd sakini X4 yaşadığı evin həyət qapısının qarşısına çatmağa az qalmış əks istiqamətli hərəkət zolağından gələn bir avtomobilin uzaq işıqlarının yandığını görüb söndürülməsi üçün öz avtomobilinin işıqlarını yandırıb söndürməklə işarə vermişdir. Lakin həmin avtomobil uzaq işıqları söndürmədən sola tərəf dönüb qarşı hərəkət zolağına çıxmış və onun idarə etdiyi VAZ21013 minik markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobillə yolda qabaq-qabağa toqquşmuşdur. Toqquşmanın təsirindən VAZ21063 markalı avtomobil təxminən 10-15 metr arxaarxaya gedərək sağ tərəfdə olan dərəliyə düşmüş, onun avtomobili isə təxminən 10-15 metr məsafə asfalt örtüklü yolda Tövlə kəndinin mərkəzi istiqamətində irəliyə gedərək yolda dayanmışdır. Həmin vaxt idarə etdiyi avtomobilin qabaq sərnişin oturacağında əyləşmiş Zərərçəkmiş şəxs2 huşunu itirdiyi üçün bir-iki dəfə yüngül şillə vuraraq onu ayıltmış və sonra VAZ 2106 markalı avtomobilə tərəf gedərək həmin avtomobilin qabaq sərnişin oturacağında olan həmkəndlisi Ehsanın öldüyünü, arxa sərnişin oturacağında olan Müslümün isə xəsarət aldığını görmüşdür. Daha sonra onu və hadisə yerində xəsarət almış şəxsləri hadisə yerinə gələn kənd sakinləri Qəbələ RMX-ya aparmışlar. Hadisə zamanı sərxoş olmuş, yəni hadisədən əvvəl təxminən 100 qram spirtli içki sayılan araq içkisi içmişdir. İş üzrə Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 21 radələrində ona tanışları zəng edərək qardaşı Emin tərəfindən idarə olunan avtomobillə Tövlə kəndi ərazisində yol nəqliyyat hadisəsi törədildiyi barədə məlumat vermiş və o, hadisə yerinə gedərək zədələnmiş VAZ21013 minik markalı avtomobilin yolda dayandığını, həmin avtomobillə toqquşmuş VAZ21063 minik markalı avtomobilin isə zədələnmiş vəziyyətdə üzü Tövlə kəndinin mərkəzi istiqamətində yolun sağ ehtiyat hissəsində olduğunu görmüşdür. Hadisə yerində olarkən Qəbələ RPŞ-dən müstəntiq gəlmiş, hadisə yerinə onun və digərlərinin iştirakı ilə baxış keçirmişlər. Baxış keçirilməsinə dair protokol və sxem tərtib olunmuş və fotoşəkilləri çəkilmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Qəbələ rayonu Tövlə kəndində yaşayır. xx.xx.2025-ci il tarixdə saat təxminən 21 radələrində özünə məxsus olan VAZ2107 minik mara və modelli, ** GP *** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı evə doğru gedərkən atası Emin tərəfindən idarə olunan avtomobillə Tövlə kəndi ərazisində yol nəqliyyat hadisəsi törədildiyi barədə məlumat almış və dərhal hadisə yerinə getmişdir. VAZ21013 minik markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 və VAZ2106 minik markalı, ** BF *** d.q.n-lı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisə yerində olmuşdur. X10 huşsuz vəziyyətdə VAZ2106 minik markalı, ** BF *** d.q.n-lı avtomobilin qabaq sağ sərnişin oturacağında olmuş, onu digər şəxslərin köməkliyi ilə avtomobildən çıxarıb öz avtomobilinin arxa sərnişin oturacağında uzadaraq Qəbələ RMX-ya aparmış, Ehsan Kərimovun artıq öldüyü məlum olmuş və Qəbələ rayon məhkəmə tibbi ekspertiza mərkəzinə gətirilmişdir. İşdə olan «Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında» xx.xx.2025-ci il tarixli protokolda göstərilmişdir ki, hadisə Qəbələ rayon Hacıalılı-Şamlı-Tövlə yerli əhəmiyyətli avtomobil yolunun Qəbələ rayonu Tövlə kəndindən keçən hissəsində üzü Tövlə kəndinin mərkəzi istiqamətində baş vermiş, hadisə yerində yolun hərəkət hissəsi düz, örtüyün növü asfaltbeton olmaqla quru vəziyyətdədir. Asfalt örtüyün eni 6 metr, hərəkət zolaqlarının sayı 02, hərəkət zolaqlarının eni 3 metr olmaqla bir-birindən ağ rəngli qırıq-qırıq xəttlərlə ayırır. Hərəkət hissəyə sağdan daşlı-çınqıllı ehtiyat hissə, soldan əks istiqamətli hərəkət zolağı birləşir. Hərəkət zolağına sonra sağ və sol tərəfdən kəndə aid tikililər birləşir. Hərəkətin nizamlanma üsulu öz-özünə olmaqla hərəkət zolaqları kənd daxili yaşayış məntəqəsi yol nişanının təsiri altındadır; Toqquşma yeri Tövlə kəndinin mərkəzi istiqamətində hərəkət üçün nəzərdə tutulmuş hərəkət zolağında, asfaltın kənarından 0,70 metr məsafədə, hərəkət zolaqlarını ayıran qırıq-qırıq xətdən 2.30 metr məsafədədir. Hadisə yerində VAZ21063 minik markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil üzü Tövlə kəndinin mərkəzi istiqamətində yolun sağ ehtiyat hissəsində saat 18 yönündə, VAZ21013 minik markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobil isə üzü Hacıalılı kəndi istiqamətində yolun hərəkət zolağında saat 21 yönündə hərəkətsiz vəziyyətdə dayanmışdır. Toqquşma yerində asfalt səth üzərində avtomobillərə məxsus, toqquşmanın təsirindən yarana biləcək sürtünmə izi və həmin sürtünmə izlərinin ətrafında avtomobillərə məxsus şüşə, plastik və boya qırıntıları aşkar edilir; Toqquşma yerindən VAZ21063 minik markalı , ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətsiz vəziyyətdə dayandığı yerədək olan məsafə 12.70 metr, VAZ21013 minik markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətsiz vəziyyətdə dayandığı yerədək olan məsafə 14 metrdir. Hadisədən əvvəl VAZ21013 minik markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobil Tövlə kəndinin mərkəzi istiqamətində golan zolaqda, VAZ21063 minik markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil isə Hacıalılı kəndi istiqamətində olan zolaqda hərəkətdə olmuşdur. Hadisə yerinə baxış keçirilən zaman hadisə yerinin yaxınlığında yerləşən Tövlə kənd sakini X5 məxsus evin çöl hissəsində quraşdırılmış iş videomüşahidə kameralarının hadisə anında qeyd aldığı videogörüntü götürülərək CD disk formada protokola əlavə edilmişdir. Baxış zamanı fotoşəkillər çəkilmiş və əksi çıxarılıb protokola əlavə edilmişdir. (c.i 01-cild, səh 5-11; fotocədvəl, səh: 12-22) İşdə olan xx.xx.2025-ci il tarixli “CD diskinə baxış keçirilməsi haqqında” protokola əsasən hadisə yerinə baxış keçirilən zaman hadisə yerinin yaxınlığında yerləşən Tövlə kənd sakini X5 məxsus evin çöl hissəsində quraşdırılmış videomüşahidə kamerasının qeydə aldığı videogörüntünü özündə əks etdirən CD diskə baxış keçirilərkən müşahidə edilmişdir: xx.xx.2025-ci il tarixli saat 20:03:16-dan 20:05:15-dək olan müddətdəki görüntülərin 1-ci saniyədə avtomobilə məxsus səslər eşidilir, 5-ci saniyədə üzü Hacıalılı kəndi istiqamətində hərəkətdə olan avtomomibilin işıqları yaxınlıqda olan dəmir hasara düşür , 35-ci saniyədə üzü Hacıalılı kəndi istiqamətində hərəkətdə olan avtomobilin işıqları sola doğru düşür və avtomobil sola manevr edir, həmin saniyədə üzü Tövlə kəndinin mərkəzi istiqamətində digər bir avtomobilin işıqları görünür, 36-cı saniyədə üzü Tövlə kəndinin mərkəzi istiqamətində işıqları düşən avtomobil kameranın görünüş dairəsinə düşür, 37-ci saniyədə isə avtomobillərin toqquşduğu görünür və toqquşma səsi eşidilir, 46-cı saniyədə bir nəfər şəxsin “Ehsan, ay Ehsan, Müslüm, ay Müslüm” deyə səsləndiyi eşidilir; Tövlə kəndinin mərkəzi istiqamətində hərəkətdə olan avtomobilin sol zolağa çıxmadan öz hərəkət zolağında hərəkət etdiyi müəyyən edilir. (c.i 01-cild, səh 94-95) İşdə olan AR SN MTE və PA ETT Birliyi tərəfindən verilmiş 24 fevral 2025-ci il tarixli 03 nömrəli Rəydə göstərilmişdir ki, X8 meyitində baş beyin toxumasının ağır dərəcəli əzilməsi, baş beyin toxumasına və qişalarına qansızma, kəllə əsası sümüklərinin sınığı, sağ baldır sümüklərinin aşağı 1/3-nin qapalı yerini dəyişən qəlpəli sınığı, başın sağ təpə nahiyyəsinin, alının sağ qaşüstü nahiyyəsinin, burunun yuxarı sağ tərəfinin, sol qaşın üst hissəsinin əzilmiş-cırılmış yaraları, alının orta aşağı hissəsinin, sağ diz oynağının içəri səthinin və hər iki əlin üst hissəsinin sıyrıqları kimi xəsarəti vardır. Həmin xəsarətlər yuxarıda göstərilən tarixdə və şəraitdə, yəni 25 dekabr 2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənə bilər. X8 ölümünə səbəb baş beyin qişalarına və toxumasına qansızma ilə müşayiət olunan baş beyinin ağır dərəcəli əzilməsi olmuşdur və hadisə vaxtı aldığı həmin xəsarətlərlə ölümü arasında birbaşa səbəbli əlaqəsi vardır. X8 bədəni üzərində aşkar edilən xəsarətlər küt alətin(əşyaların) təsirindən qərarda göstərilən tarixdə və şəraitdə, yəni 31 yanvar 2025-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sərnişində törənə bilər. Dərəcəsinə görə həmin xəsarətlər canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aiddir. X8 meyitindən götürülmüş qanda və sidikdə məhkəmə tibbi kimya tədqiqatları nəticəsində spirtli içki, narkotik, psixotrop maddə və güclü təsir edici maddələr aşkar edilməmişdir. (c.i 01-cild, səh: 167-171) İşdə olan AR SN MTE və PA ETT Birliyi tərəfindən verilmiş 15 aprel 2025-ci il tarixli, 33 nömrəli “canlı şəxsin ekspertizası” rəyinə əsasən Təqsirləndirilən şəxs bədəni üzərində alının əzilmiş-cırılmış yarası, burunun və hər iki dizin ön səthinin sıyrığı kimi xəsarəti vardır. Qeyd olunan xəsarət küt alətin (əşyaların)təsirindən qərarda göstərilən tarixdə və şəraitdə, yəni 31 yanvar 2025ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər. Həmin xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə aiddir. (c.i 01-cild, səh: 172-174) İşdə olan AR SN MTE və PA ETT tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 37 nömrəli “canlı şəxsin ekspertizası” rəyinə əsasən Şahid1 bədəni üzərində alının və sol dizin ön səthinin sıyrığı kimi xəsarəti vardır. Qeyd olunan xəsarət küt alətin (əşyaların)təsirindən qərarda göstərilən tarixdə və şəraitdə, yəni 31 yanvar 2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər. Həmin xəsarətlər dərəcəsinə görə sağlamlığa zərər vurmayan bədən xəsarətinin əlamətlərinə aiddir. (c.i 01-cild, səh: 175-176) İşdə olan AR SN MTE və PA ETT Birliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 40 nömrəli “canlı şəxsin ekspertizası” rəyinə əsasən Zərərçəkmiş şəxs1 bədəni üzərində döş qəfəsinin qapalı travması, döş qəfəsinin sağ tərəfində qabırğaların çoxsaylı sınığı, sağ tərəfli hematoraks, sağ ağ ciyərin kontuziyası, sağ bud sümüyünün yuxarı hissəsində burmalararası hissədən keçən qapalı yerini dəyişən qəlpəli sınığı, sağ budun metalostiosintez cərrahi əməliyyatından sonrakı vəziyyəti, alının sağ tərəfinin əzilmiş-cırılmış yarası kimi xəsarəti vardır. Qeyd olunan xəsarətlər küt alətin (əşyaların)təsirindən qərarda göstərilən tarixdə və şəraitdə, yəni 31 yanvar 2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər. Həmin xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə aiddir. (c.i 01-cild, səh: 177-179) İşdə olan AR SN MTE və PA ETT Birliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 41 nömrəli “canlı şəxsin ekspertizası” rəyinə əsasən Zərərçəkmiş şəxs2 bədəni üzərində döş qəfəsinin açıq travması, döş qəfəsinin ön sol hissəsində Vİ qabırğa səviyyəsində döş boşluğuna nüfuz edən deşilmiş yarası, perikardın və sol ağ ciyərin zədələnməsi, hemotoraks, sol Vİ qabırğanın sınığı, sağ baldırın ön orta və ön aşağı 1/3-nin sıyrığı kimi xəsarəti vardır. Qeyd olunan xəsarətlər küt alətin (əşyaların)təsirindən qərarda göstərilən tarixdə və şəraitdə, yəni 31 yanvar 2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər. Həmin xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə aiddir. (c.i 01-cild, səh: 180-182) İşdə olan AR ƏN MEM tərəfindən verilmiş 15 aprel 2025-ci il tarixli 8/548 nömrəli Rəydə göstərilmişdir ki, İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ21063 minik markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ21013 minik markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. Sürücü Şahid1 VAZ21013 markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Şahid1 VAZ21013 markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Şahid1 avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. (c.i 01-cild, səh 150-163) İşdə olan AR ƏN MEM tərəfindən verilmiş 17 iyun 2025-ci il tarixli 8/1109 nömrəli Rəydə göstərilmişdir ki, İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ21063 minik markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. VAZ21013 minik markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur; Sürücü Şahid1 VAZ21013 markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Şahid1 VAZ21013 markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Şahid1 avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. VAZ 21013 markalı avtomobilin təhlükə yaranan anda toqquşma yerindən olduğu məsafə(34 metr) onun yaşayış məntəqəsində maksimum icazə verilən hərəkət surətinə uyğun dayanma yolundan (41,6 metr) kiçik olduğundan sürücü Şahid1 VAZ 21013 markalı avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən hərəkət surətinə uyğun hərəkət etdirməsi şəraitində də onun idarə etdiyi avtomobili toqquşma yerinə çatmadan dayandırmağa texniki imkanı olmamışdır. Ona görə də, VAZ21013 markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə,yəni sürücünün hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə texniki hesabat aparılmasına lüzum yoxdur. (c.i 01-cild, səh: 163-166) İşdə olan Qəbələ rayonu mərkəzi xəstəxanası Publik hüquqi şəxsi tərəfindən verilmiş 31 yanvar 2025-ci il tarixli, 9 nömrəli “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” aktına əsasən Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi baş verən zaman ayıq olmuşdur. (c.i 01-cild, səh: 35) İşdə olan İşdə olan AR SN MTE və PA ETT Birliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 542/K nömrəli “məhkəmə-kimyəvi ekspertizası” rəyinə əsasən Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləribarbitur turşusu törəmələri, alkaloidlər(həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid(çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. (c.i 01-cild, səh: 143-145) İşdə olan “X16” MMC avtomobil təmiri sexi tərəfindən verilmiş 17 fevral 2025-ci il tarixli arayışda göstərilmişdir ki, VAZ 21063 minik markalıi, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilə və VAZ21013 minik markalı , ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobillərin tormoz, sükan, digər idaretmə mexanizmlərində hər hansı bir nasazlıq aşkar edilməmişdir və avtomobillərin üzərində olan təkərlərin hamısının istismara yararlı olduğu müəyyən edilmişdir. (c.i 01-cild, səh :98) İşdə olan AR DİN Baş Dövlət Yol Polisi İdarəsi Şəki Regional Qİ və TB şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 016-3-13-16-6/2-187/2025 saylı məlumatda göstərilmişdir ki, mərkəzləşdirilmiş kompüter bazasına əsasən Təqsirləndirilən şəxs etibarlılıq müddəti xx.xx.2015-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan “B,” kateqoriyalı AF200066 nömrəli sürücülük vəsiqəsi almış, inzibati xətaya yol verməsi və nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində hər hansı məlumat qeydə alınmamışdır. (c.i 01-cild, səh: 136) İşdə olan AD 482853 nömrəli X3 şəhadətnaməsinin surətinə əsasən VAZ21013 minik markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdə X7 adına qeydiyyata alınmışdır. (c.i 01-cild, səh: 42) İşdə olan xx.xx.2024-cü il tarixli ƏN-İX 552547 nömrəli Etibarnamənin surətinə əsasən VAZ21013 minik markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2025-ci il tarixədək olan müddətdə idarə etmək, barəsində sərəncam vermək və digər hərəkətlər etmək səlahiyyətləri ilə X1 verilmişdir. (c.i 01-cild, səh:43) İşdə olan AC 132010 nömrəli X3 şəhadətnaməsinin surətinə əsasən VAZ 21063 minik markalıi, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2013-cü il tarixdə Təqsirləndirilən şəxs adına qeydiyyata alınmışdır. (c.i 01-cild, səh: 58-59) AR CPM-nin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübütların məcmuyuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 338.1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hökm çıxartdıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad etməlidir. Məhkəmə tədqiq olunmuş subutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmişdir. Onun təqsiri özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin və iş üzrə dindirilmiş şahidlərin ifadələri, işin materiallarında olan yol-nəqliyyat hadisəsinin sxemi, məhkəmə-kimyəvi, məhkəmə-tibbi və məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının rəyləri, habelə işdə olan digər materiallarla tam sübuta yetmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib CM-nın Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla cəzalanmalıdır. AR CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza ədalətin bərpası, məhkumun islah edilməsi və məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdə olan AR DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (c.i 02-cild, səh: 36-379) Əməlindən peşman olması, ölmüş zərərçəkmiş şəxsin hüquqi varisinə və iş üzrə digər zərərçəkmiş şəxslərə dəymiş mənəvi zərərin aradan qaldırılması üçün səylər göstərərək onlarla barışıq əldə etməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşdə olan Qəbələ rayon İHB Tövlə kənd İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. (c.i 01-cild, səh:126) «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Məhkəmə hesab edir ki, törətdiyi cinayətin xarakteri nəzərə alınaraq Təqsirləndirilən şəxs AR CM-nın müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, cəzanın həddi müəyyən edilərkən onun şəxsiyyəti və cəzasını yüngülləşdirən hallar nəzərə alınmalıdır. AR CM-nın 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli cəzasını çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. İş üzrə maddi sübut, Təqsirləndirilən şəxs saxlanılan “VAZ 21063” markalı ** BF *** dövlət nömrə nişanlı avtomobil onun özünə verilməli, "xxxx" MMC-nin duracağında saxlanılan “VAZ 21013” markalı ** BT *** dövlət nömrə nişanlı avtomobil X9 qaytarılmalıdır. Təqsirləndirilən şəxs 213,0 (iki yüz on üç) manat ekspertiza xərci alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əssən və Azərbaycan Respublikası CPM-nin 347, 349, 351-353, 383-385-ci maddələrini rəhbər tutaraq H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzasını çəkməsinin əvvəli onun cəzasını çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut, Təqsirləndirilən şəxs saxlanılan “VAZ 21063” markalı ** BF *** dövlət nömrə nişanlı avtomobil onun özünə verilsin; "xxxx" MMC-nin duracağında saxlanılan “VAZ 21013” markalı ** BT *** dövlət nömrə nişanlı avtomobil X9 qaytarılsın. Təqsirləndirilən şəxs 213,0 (iki yüz on üç) manat ekspertiza xərci alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №1(025)-22/2025
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-22/2025
18.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver