Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 1(025)-23/2020 12.08.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Qafarlı Yelmar Elman oğlunun katibliyi, Azərbaycan Respublikasının Baş Prokorluğunun Dövlət X1 rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1978-ci il tarixdə Qəbələ şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində xx xxxx 2020-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə, xx.xx.1980-cı il tarixdə Qəbələ şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, diş texniki işləyən, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində xx xxxx 2020-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 əvvəlcədən tanıdığı və qonşusu olan Təqsirləndirilən şəxs2 ilə birlikdə spirtli içki qəbul etdikdən sonra, xx.xx.2020-ci il tarixdə təxminən saat 00:30 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi “VAZ 2107” markalı **-BH-*** dövlət nömrə nişanlı avtomobili ilə yaşadığı ünvan 1 ünvanının qarşısına gəldikdən sonra sonuncu ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əli ilə Təqsirləndirilən şəxs2 bədənindən tutub fiziki güc tədbiq edərək yerə yıxdıqdan sonra ayağı və əli ilə qəsdən onun sifətinə və bədəninin müxtəlif nahiyyələrinə təpik və yumuruqla bir neçə zərbələr vuraraq, ona burunun əzilməsi, travmatik burun qanaxması, burun arakəsməsinin travmatik deformasiyası, burun sümüyünün yerini dəyişən sınığı, hər iki gözünün alt hissəsinin, üzün sol almacıq nahiyyəsinin, sol sağrının yuxarı bayır hissəsinin, sağ diz oynağının bayır tərəfinin, sol baldırın arxa aşağı 1/3-nin qançırı, sol saidin arxa yuxarı 1/3-nin, boyunun sağ aşağı hissəsinin, sol baldırın bayır orta 1/3-nin sıyrığı ilə müşayiət olunan, həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vuran bədən xəsarətləri yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 əvvəlcədən tanıdığı və qonşusu olan Təqsirləndirilən şəxs1 ilə birlikdə spirtli içki qəbul etdikdən sonra, xx.xx.2020-ci il tarixdə təxminən saat 00:30 radələrində etibarnamə ilə idarə etdiyi “VAZ 2107” markalı **-BH-*** dövlət nömrə nişanlı avtomobili ilə Elxan Həsənovun yaşadığı ünvan 1 ünvanının qarşısına gəldikdən sonra sonuncu ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yumuruğu ilə sonuncunun ağız nahiyyəsinə qəsdən bir zərbə vurmaqla ona alt çənənin sağdan və soldan İ dişlərin travmatik düşüyü, alt dodağın orta hissəsində əzilmiş-cırılmış yarası ilə müşayiət olunan, sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa Yüngül zərər vuran bədən xəsarətləri yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 127.1-cü maddəsi ilə, Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Təqsirləndirilən şəxs2 Elburus oğlu ilə qonşudur və onunla əvvəllər aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. xx.xx.2020-ci il tarixdə saat 16:30 radələrində Qəbələ şəhərində yerləşən “Xalca” adlanan kafeyə gəlmiş, həmin vaxt qonşusu Təqsirləndirilən şəxs2 kafedə tanımadığı bir nəfər şəxslə bir stolda əyləşib çay içirmiş. Rəşad onu görərək birlikdə çay içməyə dəvət etsə də, bundan imtina etmişdir. Daha sonra Rəşad ona gedib birlikdə çəkilmə zoğal arağı almağı təklif etmişdir. Rəşadın xahişini nəzərə alıb sonuncunun idarə etdiyi “Vaz 21074” markalı **-BH-*** dövlət nömrə nişanlı minik avtomobili ilə Qəbələ şəhərində yerləşən Xanlar istirahət mərkəzinə gedib ordan hər biri 10 manata olmaqla iki ədəd 0.5 litir çəkilmə zoğal arağı almışlar. Almış olduğu araqlardan birini Rəşada vermiş, digərini isə özünə götürmüşdür. Araq aldıqdan sonra Rəşad ilə Xanlar istirahət mərkəzindən çıxarkən Rəşaddan Qəbələ şəhərinin mərkəzinə 7 mərtəbələr deyilən yerdə bir nəfər şəxslə görüşərək ondan pul alacağını, buna görədə avtomobilini oraya sürməsini xahiş etmişdir. Rəşadın dediyi ünvana avtomobilini sürsə də, görüşüb pul alacağı şəxsi tapa bilmədiyindən yenidən Rəşad ilə “Xalça” adlı kafeyə gələrək kafenin qarşısında avtomobilindən yerə düşərkən Rəşad ona aldıqları arağı içməyi təklif etmişdir. O isə Təqsirləndirilən şəxs2 “tanışım İkram adlı şəxsə söz vermişəm onun ilə araq icəcəm, əgər İkram ilə yeyib içməkdən tez dursam sənə zəng edərəm” sözlərini demişdir. Rəşaddan ayrılaraq tanışı İkram ilə Qəbələ şəhərində görüşüb ikisi birlikdə Qəbələ şəhərində yerləşən “Künbəz” adlanan kafeyə gəlmiş, İkram ilə orada yeyib içərək ikisinə almış olduğu 1 ədəd 05 litrlik çəkilmə zoğal arağını içmişlər. İkram ilə yeyib-icib qurtardıqdan sonra ondan ayrılaraq saat təxminən 20:30 radələrində Qəbələ şəhərinin mərkəzindəki “Sim-Sim” deyilən yerə gəlib Rəşada zəng edərək onun harada olmasını soruşmuşdur. Rəşad ona evlərində olduğunu, almış olduğu arağı yarıya kimi içdiyini, qalanını isə götürərək olduğu yerə gələcəyini demişdir. Təxminən 10-15 dəqiqə sonra Rəşad özünə məxsus avtomobil ilə gələrk onu sözü gedən yerə götürməklə yeyib içmək üçün Qəbələ şəhərindəki Tehran adlı şəxsə məxsus kafeyə gəlmişlər. Lakin həmin vaxtı kafe bağlı olmuşdur, oradan pivə almaq üçün əvvəl “Tural”, sonra isə “Bazare Store” adlanan mağazalara gəlsələr də, pivə tapa bilməmişlər. Sonra Rəşad ilə onun Qəbələ şəhirində yerləşən iş yeri olan stomotoloji kabinetinə gəlmişlər, Rəşadın iş yerində meyvə ilə araq icərək araq kifayət etmədiyi üçün oğlu Şahid2 zəng edərək onu Rəşadın iş yerinə çağırmışdır. Az keçmiş oğlu Şaban həmin yerə gələrək oğlu Şabana Qəbələ şəhərindəki Hamletin mağazasına gedərək oradan viski, çörək, kolpasa, siqaret alıb gətirməsini tapşırmışdır. X4 adlı şəxsin mağazasına gedərək oradan nisiyə dediyi şeyləri alıb gətirmiş, viskini yarıya qədər içərkən həmin vaxtı polis əməkdaşları olduqları yerə gələrək karantin rejimi olduğunu icazə verilmədiyini və oranı tərk etmələrini bildirmişlər. Rəşadın avtomobilinə minərək Rəşadın idarə etdiyi avtomobil ilə yaşadığı ünvana gəlmişlər. Saat təxminən 24 radələri olarmış və hava yağışlı imiş. Oğlu Şaban ilə maşından düşərək oradan bir qədər uzaqlaşdıqda Rəşadın ondan avtomobilinin açarlarını istəmiş, Rəşada avtomobilinin açarlarını almadığını deyərək oğlu Şaban ilə birlikdə yaşadığı evə gəlmişdir. Təxminən yarım saat sonra Rəşadın həyətinin giriş qapısını döyüb onu çağırdığı üçün bayıra çıxıb nə istədiyini soruşmuş, Rəşaddan ondan təkrar avtomobilinin açarlarını götürməsini iddia edərək açarları verməsini desə də, o Rəşada açarları götürmədiyini, bundan xəbəri olmadığını bildirmişdir. Rəşad onun ünvanına nalayiq ifadələr işlətməyə başlamış, Rəşada söyüş söyməməsini deyərək ona məxsus avtomobilin yanına gəlmişlər. Rəşada nalayiq ifadələr işlətməməsini desə də, o söyüşlərini davam etdirdiyi üçün aralarında mübahisə baş verərək əlbəyaxa olub qarşılıqlı dava etməyə başlamışlar. Rəşad öncə yumuruğu ilə ağız nahiyyəsinə qəsdən bir zərbə vurmuş və zərbənin təsirindən ağzındakı anadan gəlmə dişlərindən ikisi yerindən çıxmışdır. Bundan sonra Rəşada fiziki zor təbiq etməklə onu yerə yıxıb burun nahiyyəsinə bir təpik zərbəsi, eləcədə təpiyi ilə bədəninin müxtəlif nahiyyələrinə bir neçə zərbələr vurmaqla onu döyməyə başlamışdır. Dava dalaş səsinə oğlu Şaban və qonşusu Rüfət gələrək onunla Rəşadı ayıraraq sakitləşdirmişlər. Rüfət nə səbəbə dalaşdıqlarını soruşduqda Rəşad Rüfətə “Elxan mənə məxsus avtomobilin arçarlarını alıb və vermir” sözlərini dedikdə Rüfət Rəşada açarların onun şalvarının kəmərindən asıldığını demişdir. Rəşad kəmərindəki açarları çıxarıb maşınına əyləşib avtomobilini işə salmaq istədikdə Rəşada yaxınlaşaraq ona “bəs açarlar məndə idi” deyib avtomobilin ön sol qapısını dartıb açaraq Rəşadı əli ilə maşından çıxarmaqla onu maşının ön sol hissəsinə arxası üstə vurmuşdur. Nəticədə avtomobilin qapısı arxaya qatlanaraq zədələnmişdir. Qonşusu Rüfət və oğlu Şaban onunla Elxanı ayıraraq Şaban onu öz evlərinə, Rüfət isə Rəşadı öz evlərinə tərəf aparmışdır. Sonda Təqsirləndirilən şəxs2la barışdığını, bir-birlərinə qarşı şikayət və tələblərinin olmadığını bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs1 məhkəməyə xx.xx.2020-ci il tarixdə ərizə göndərərək bildirmişdir ki, hazırda o, Təqsirləndirilən şəxs2la barışmışdır. Ona dəymiş ziyan ödənmişdir. Ona görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini və həmin maddə ilə barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə ünvan 2 ünvanında yaşayır və hal-hazırda özəl diş texniki işləyir. Təqsirləndirilən şəxs1 ilə qonşudur və Təqsirləndirilən şəxs1la aralarında heç bir düşmənçilik və ədavət olmamış, münasibətləri yaxşı olmuşdur. xx.xx.2020-ci il tarixdə saat 16:30 radələrində Qəbələ şəhərində yerləşən “Xalca“ adlanan kafedə kafeni işlədən Rafiq Kərimov ilə çay içərkən kafeyə qonşusu Elxan gəlmişdir. Elxanı görüb çay içdiyi stola dəvət etmiş və söhbət zamanı çəkilmə araqdan söz düşmüşdür. Elxan ona “özümə tut arağı almışam lazım olsa sənədə ala bilərəm” sözlərini demiş və qarşıdan “Novruz Bayramı” gəldiyindən Elxandan onada çəkilmə araq almasını xahiş etmişdir. Belə olub kafedən birlikdə çıxıb ona məxus “VAZ 2107” marakalı **- BH-*** dövlət nömrə nişanlı avtomobilə əyləşərək Qəbələ şəhərinə yerləşən Xanlar istirahət mərkəzinə gəlmişlər. Elxan oradan həm özünə, həmdəki ona 2 ədəd 05 litirlik çəkilmə zoğal arağı alaraq birlikdə yenidən Xalca kafesinə gəlmişlər. Elxanın ona bər-bər İkram adlı şəxslə yeyib içməyə getdiyini deyərək onuda dəvət etmişdir. Elxana onunla getmədiyini demiş və yaşadığı evə gələrək axşam yeməyi yeyərkən Elxanın alığı araqdan 100 qram içərək yatmışdır. Saat təxminən axşam 21 radələrində Elxan zəng vuraraq harada olduğunu, şəhər mərkəzinə çıxıb-çıxmamağını soruşmuşdur. Elxana evdə yatdığını, həmdə hava yağmurlu olduğunu, bu səbəbdəndə heç yana getməyəcəyini bildirmişdir. Təxminən 2 saat keçdikdən sonra, saat təxminən 23 radələrində Elxan ona təkrar zəng vuraraq Qəbələ şəhərinin mərkəzindəki Sim-Sim deyilən yerin qarşısında dayandığını, onu Qəbələ şəhərindəki 9 mərtəbəli evlər deyilən yerdə işi olduğunu və oraya apramağını, sonra isə pivə içməyi bildirmişdir. Belə olub idarə etdiyi “VAZ 2107” marakalı **-BH- *** dövlət nömrə nişanlı avtomobillə sözü gedən yerə gəlmiş və Elxanı Sim-sim deyilən yerdən avtomobilinə mindirərək dediyi ünvana gətirmişdir. 5 dəqiqə sonra Elxanla birlikdə ona məxsus Qəbələ şəhərindəki diş kabinetinə gəlmişlər, oraya gəldikən sonra Elxan oğlu Şabana zəng vuraraq olduqları yerə çağırıb onu Hamlet adlı şəxsin Qəbələ şəhərindəki mağazasına yeyib içmək almağa göndərmişdir. Şaban Hamletin mağazasına gedərək oradan gedib yeyib içmək alıb gətirmişdir, Elxanla birlikdə yeyib içərkən oraya polis əməkdaşları gələrək Karantin rejimi olduğundan bu səbəbdəndə iş yerini bağlamağını və dağlışmalarını bildirmişlər. Elxanla sona qədər yeyib içə bilməyərək yeyib içməyi yarımçıq qoymaqla oradan ona məxsus avtomobil ilə yaşadıqları küçəyə gəlmişlər. Saat təxminən 24 radələri olarmış, hava yağışlı olduğu üçün Elxanı qapısına gətirmiş və avtomobilinin mühərrikini söndürmüşdür. Şaban avtomobildən yerə düşərək Elxanla ikisinə avtomobilin içərsində söhbət etməyə başlamışlar. Elxanın ona birlikdə gedərək Qəbələ şəhəri ərazisində gizlin yerdə yeyib içməyi təklif etmiş, lakin hava yağışlı olduğundan Elxanla getməkdən imtina etmişdir. Elxanala getmədiyi səbəbindən Elxan ona məxsus avtomobilin üzərindəki açarları özü ilə götürmüş və avtomobilini ona verməsini bildirmişdir. Lakin avtomobili Elxana verməyərək açarları Elxandan geri tələb etmiş, Elxanın ona tərəf gəlib sol tərəfdən avtomobilin qapısını güclə açdığından avtomobilin qapısı zədələnmiş, nəticədə təxminən ona 200 (iki yüz) manat maddi ziyan dəymişdir. Bu məsələ üstündə aralarında sözlü mabahisələri baş vermişdir, mübahisə zamanı ilk öncə yumuruğu ilə Təqsirləndirilən şəxs1 ağız nahiyyəsinə qəsdən bir zərbə vurmuş və onun ağzı qanamışdır, ardınca isə Elxanın ona fiziki güc tətbiq edərək əli ilə bədənindən tutub yerə yıxaraq yerdə sifətinə qəsdən bir təpik zərbəsi vurmuş və burnu zədələnərək qan axmağa başlamışdır. Eləcədə yerdə suyun içinə yıxılmış vəziyyətdə bədəninin müxtəlif nahiyyələrinə bir neçə təpik və yumuruq zərbələri vuraraq onu döymüşdür, hadisə zamanı orada olan Elxanın oğlu Şaban və qonşusu Rüfət Elxanı ondan ayıraraq sakitləşdirmişlər. Şaban atası Elxanı öz evlərinə, Rüfət isə onu öz evlərinə aparmışdır. Sonda Təqsirləndirilən şəxs1la barışdığını, bir-birlərinə qarşı şikayət və tələblərinin olmadığını bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs2 məhkəməyə xx.xx.2020-ci il tarixdə ərizə göndərərək bildirmişdir ki, hazırda o, Elxan Həsənovla barışmışdır. Ona dəymiş ziyan ödənmişdir. Ona görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini və həmin maddə ilə barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, ailəsi ilə birlikdə ünvan 4 ünvanında yaşayır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər ikisi qonşusudur. Təqsirləndirilən şəxs2la və Elxan Həsənovla heç bir düşmənçilik və ədavəti yoxdur. xx.xx.2020-ci il tarixdə saat təxminən 00:30 radlərində siqaret çəkmək üçün yaşadığı həyətə düşmüş, həmin vaxtı hava yağmurlu olaraq güclü yağış yağırmış, bir vaxtı küçələrindən səs-küy gəldiyini eşidərək səsə həyətindən yola tərəf çıxmışdır. Küçəyə çıxarkən qonşuları Rəşad ilə Elxan yolda Elxangilin həyətinin qapısına tərəf yerdə ikisi suyun içində yerdə yıxlı vəziyyətdə bir biri ilə əlbə-əyaxa olub qarşılıqlı dalaşaraq ünvanlarına nəlayiq ifadələr işlətməklə bir birlərini yumuruq və təpik zərbəsi vuraraq dalaşırlarmış. Hadisəni görərək Rəşad və Elxanı ayırıb sakitləşdirmək üçün onların yanına getmiş həmin vaxtı Elxanın oğlu Şabanda orada olmuşdur. Şabanla birlikdə Elxan və Rəşadı ayıraraq sakitləşdirmişlər. Dava-dalaş zamanı Rəşadın avtomobili onların dava etdiyi yerdən yolun mərkəzində qalmışdır. Rəşad ilə Elxan arasında dava-dalaş açar məsələsi üstündə imiş, beləki Rəşad Elxandan avtomobilinin açarlarını tələb etmiş, Elxan isə Rəşada açarların onda olmadığını demişdir. Avtomobilin açarlarının Rəşadın şalvarının kəmərindən asıldığını görüb ona bildirmiş ki, açarlar sənin şalvarının kəmərinin sağ tərəfindən asılıdır, sonra Rəşad şalvarının kəmərindən açarları çıxararaq avtomobilini işə salıb evlərinə getmək istəsədə avtomobili işə sala bilməmiş, buna səbəb onun sərxoş vəziyyətdə olması olmuşdur. Rəşada evlərinə getməsini, səhər gəlib avtomobilini götürməsini bildirərək Rəşadı tutub evlərinə aparıb həyətlərinə salarkən Rəşadın anası Qətibənin və arvadı Aygülün qapılarının qarşısında həyətləri tərəfdə olduqlarını görmüşdür. Rəşadın arvadı Aygül gələrək birlikdə Rəşadı evlərinə aparmışdır. Rəşad ilə Elxan qarşılıqlı dava edən zaman Rəşadın burnu və sifət nahiyyəsi, Elxanın isə ağzı və burunun üstü qanamış vəziyyətdə görmüşdür. Rəşadı evlərinə apardıqdan sonra geri qayıdan zaman Rəşadın avtomobilinin sol tərəfində yerdə yanan işıqdan mobil telefon olduğunu, həmin telefonun Rəşadın telefonu olduğunu bilib telefonu götürərək üzərinin suyunu silib evlərinə aparıb Rəşadın arvadı Aygülə vermişdir. Onu görən Rəşadın anası Qətibə “Rəşadın avtomobilinin açarını sənə verim, sən avtomobili gətir həyətimizə sal yolda qalamsın” sözlərini demiş, onun Qətibədən avtomobilin açarılarını götürərək işə salmaq istəsə də buna bacara bilməyib avtomobilin qapılarını kilitləyib açarları yenidən Qətibəyə qaytararaq vermiş və yaşadığı evə gəlmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertizası və X3-Təcrübi və X2 rayon şöbəsinin xx xxxxx 2020-ci il tarixli 135 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində alt çənənin sağdan və soldan İ dişlərin travmatik düşüyü, alt dodağın orta hissəsində əzilmiş-cırılmış yarası ilə müşayiət olunan xəsarətlər vardır ki, həmin xəsarətlər küt əşya (alət) təsirindən xx.xx.2020-ci il tarixdə törənə bilər ki, həmin xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül Zərər vurmanın əlamətinə aiddir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertizası və X3-Təcrübi və X2 rayon şöbəsinin xx xxxxx 2020-ci il tarixli 128 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədəni üzərində burunun əzilməsi, travmatik burun qanaxması, burun arakəsməsinin travmatik deformasiyası, burun sümüyünün yerini dəyişən sınığı, hər iki gözünün alt hissəsinin, üzün sol almacıq nahiyyəsinin, sol sağrının yuxarı bayır hissəsinin, sağ diz oynağının bayır tərəfinin, sol baldırın arxa aşağı 1/3-nin qançırı, sol saidin arxa yuxarı 1/3-nin, boyunun sağ aşağı hissəsinin, sol baldırın bayır orta 1/3-nin sıyrığı ilə müşayiət olunan xəsarətlər vardır ki, həmin xəsarətlər küt əşya (alət) təsirindən xx.xx.2020-ci il tarixdə törənə bilər ki, həmin xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərər vurmanın əlamətinə aiddir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri məhkəmə iclasında təqsirləndirilən şəxslərin öz etirafedici ifadələri, ekspertrəyləri, hadisəyerinəbaxışprotokolu,eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. AzərbaycanRespublikasıCinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Həmin Məcəllənin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs2 birbirləri ilə barışmasını və bir-birlərinə dəymiş ziyanı tamamilə ödəmələrini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməlidirlər. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməli, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizamqətimkan tədbiri ləğv edilməlidir. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməli, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizamqətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 43, 321, 347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs1, həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizamqətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs2, həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizamqətimkam tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə icraata xitam verilsin. Qərardan 20 gün müddətində QəbələRayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №1(025)-23/2020
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №1(025)-23/2020
12.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver