Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-23/2022 22.08.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Qafarlı Yelmar Elman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X3 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Azərbaycan Respublikası "xxxx" MMC-nin nümayəndəsi X4, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil X1, Təqsirləndirilən şəxs4 və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1977-ci ildə Qəbələ rayon, Məlikli kəndində anadan olmuş, evli, natamam orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, işsiz, məhkumluğu olmayan, Qəbələ rayon Məlikli kəndində qeydiyyatda olmaqla yaşayan, 07 aprel 2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə, xx.xx.1982-ci ildə Qəbələ rayon, Zalam kəndində anadan olmuş, evli, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, işsiz, məhkumluğu olmayan, Qəbələ rayon, Zalam kəndində qeydiyyatda olmaqla yaşayan, 07 aprel 2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə, xx.xx.1989-cu ildə Qəbələ rayon, Məlikli kəndində anadan olmuş, evli, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, işsiz, məhkumluğu olmayan, Qəbələ rayon, Məlikli kəndində qeydiyyatda olmaqla yaşayan, 07 aprel 2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə, xx.xx.1986-cı ildə Qəbələ rayon, Sileyli kəndində anadan olmuş, evli, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, İİİ qrup əlil, Qəbələ rayon, Sileyli kəndində qeydiyyatda olmaqla yaşayan, 07 aprel 2022ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə, özgənin xeyli miqdarda əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, 23 mart 2022-ci il tarixdə saat 19 radələrində Qəbələ rayonu Soltannuxa kəndi ərazisində yerləşən “X29 Stansiyasının İnzibati təsərrüfat zonası və Texniki mövqe” MMC-nin 18 mərtəbəli binasının 1-ci mərtəbəsində yerləşən dəmir qapısını içəriyə doğru basıb aralanmış hissəsindən qanunsuz içəriyə daxil olub, binanın zirzəmi hissəsindən yük altında olmayan bir metrinin qiyməti 40(qırx) manat təşkil edən, ümumilikdə 9440(doqquz min dörd yüz qırx) manat dəyərində içərisi mis əsaslı ərintidən ibarət cəmi 236 metr uzunluğunda elektrik kabellərini gizli yolla 3-4 metr uzunluğunda kəsib üzərindəki metal izolyasiya təbəqəsini soyduqdan sonra zirzəminin kiçik ölçülü pəncərəsindən çölə çıxartmaqla birlikdə əvəzsiz və qanunsuz ələ keçirdikləri kabelləri sürüyərək özünə məxsus Mersedes Benz markalı, ** ZR *** dövlət qeydiyyat nişanlı avtomobilin yaxınlığına gətirib orada kabelləri 1 metrlik hissələrə doğramaqla avtomobilə yükləyib rayonun Sileyli kəndi ərazisinə Təqsirləndirilən şəxs3 həyətinə gətirmiş, daha sonra həmin kabellərin plastik izolyasiya təbəqəsini soyaraq içərisindəki 943 kiloqram çəkidə mis metalı həmin metalların oğurluq yolla əldə edilməsindən məlumatı olmayan rayonun Hacallı kənd sakini Şahid1 xx.xx.2022-ci il tarixdə sataraq, nəticədə zərərçəkmiş hüquqi şəxs “X29 Stansiyasının İnzibati təsərrüfat zonası və Texniki mövqe” MMC-nin balansında olan ümumilikdə 9440(doqquz min dörd yüz qırx) manat dəyərində əmlakı gizli yolla talayaraq oğurluq cinayətini xeyli miqdarda ziyan vurmaqla törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə, özgənin xeyli miqdarda əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, 23 mart 2022-ci il tarixdə saat 19 radələrində Qəbələ rayonu Soltannuxa kəndi ərazisində yerləşən “X29 Stansiyasının İnzibati təsərrüfat zonası və Texniki mövqe” MMC-nin 18 mərtəbəli binasının 1-ci mərtəbəsində yerləşən dəmir qapısını içəriyə doğru basıb aralanmış hissəsindən qanunsuz içəriyə daxil olub, binanın zirzəmi hissəsindən yük altında olmayan bir metrinin qiyməti 40(qırx) manat təşkil edən, ümumilikdə 9440(doqquz min dörd yüz qırx) manat dəyərində içərisi mis əsaslı ərintidən ibarət cəmi 236 metr uzunluğunda elektrik kabellərini gizli yolla 3-4 metr uzunluğunda kəsib üzərindəki metal izolyasiya təbəqəsini soyduqdan sonra zirzəminin kiçik ölçülü pəncərəsindən çölə çıxartmaqla birlikdə əvəzsiz və qanunsuz ələ keçirdikləri kabelləri sürüyərək Təqsirləndirilən şəxs1 məxsus Mersedes Benz markalı, ** ZR *** dövlət qeydiyyat nişanlı avtomobilin yaxınlığına gətirib orada kabelləri 1 metrlik hissələrə doğramaqla avtomobilə yükləyib rayonun Sileyli kəndi ərazisinə öz həyətinə gətirmiş, daha sonra həmin kabellərin plastik izolyasiya təbəqəsini soyaraq içərisindəki 943 kiloqram çəkidə mis metalı həmin metalların oğurluq yolla əldə edilməsindən məlumatı olmayan rayonun Hacallı kənd sakini Şahid1 xx.xx.2022-ci il tarixdə sataraq, nəticədə zərərçəkmiş hüquqi şəxs “X29 Stansiyasının İnzibati təsərrüfat zonası və Texniki mövqe” MMC-nin balansında olan ümumilikdə 9440(doqquz min dörd yüz qırx) manat dəyərində əmlakı gizli yolla talayaraq oğurluq cinayətini xeyli miqdarda ziyan vurmaqla törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs4 tamah niyyəti ilə, özgənin xeyli miqdarda əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, 23 mart 2022-ci il tarixdə saat 19 radələrində Qəbələ rayonu Soltannuxa kəndi ərazisində yerləşən “X29 Stansiyasının İnzibati təsərrüfat zonası və Texniki mövqe” MMC-nin 18 mərtəbəli binasının 1-ci mərtəbəsində yerləşən dəmir qapısını içəriyə doğru basıb aralanmış hissəsindən qanunsuz içəriyə daxil olub, binanın zirzəmi hissəsindən yük altında olmayan bir metrinin qiyməti 40(qırx) manat təşkil edən, ümumilikdə 9440(doqquz min dörd yüz qırx) manat dəyərində içərisi mis əsaslı ərintidən ibarət cəmi 236 metr uzunluğunda elektrik kabellərini gizli yolla 3-4 metr uzunluğunda kəsib üzərindəki metal izolyasiya təbəqəsini soyduqdan sonra zirzəminin kiçik ölçülü pəncərəsindən çölə çıxartmaqla birlikdə əvəzsiz və qanunsuz ələ keçirdikləri kabelləri sürüyərək Təqsirləndirilən şəxs1 məxsus Mersedes Benz markalı, ** ZR *** dövlət qeydiyyat nişanlı avtomobilin yaxınlığına gətirib orada kabelləri 1 metrlik hissələrə doğramaqla avtomobilə yükləyib rayonun Sileyli kəndi ərazisinə Təqsirləndirilən şəxs3 həyətinə gətirmiş, daha sonra həmin kabellərin plastik izolyasiya təbəqəsini soyaraq içərisindəki 943 kiloqram çəkidə mis metalı həmin metalların oğurluq yolla əldə edilməsindən məlumatı olmayan rayonun Hacallı kənd sakini Şahid1 xx.xx.2022-ci il tarixdə sataraq, nəticədə zərərçəkmiş hüquqi şəxs “X29 Stansiyasının İnzibati təsərrüfat zonası və Texniki mövqe” MMC-nin balansında olan ümumilikdə 9440(doqquz min dörd yüz qırx) manat dəyərində əmlakı gizli yolla talayaraq oğurluq cinayətini xeyli miqdarda ziyan vurmaqla törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə, özgənin xeyli miqdarda əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, 23 mart 2022-ci il tarixdə saat 19 radələrində Qəbələ rayonu Soltannuxa kəndi ərazisində yerləşən “X29 Stansiyasının İnzibati təsərrüfat zonası və Texniki mövqe” MMC-nin 18 mərtəbəli binasının 1-ci mərtəbəsində yerləşən dəmir qapısını içəriyə doğru basıb aralanmış hissəsindən qanunsuz içəriyə daxil olub, binanın zirzəmi hissəsindən yük altında olmayan bir metrinin qiyməti 40(qırx) manat təşkil edən, ümumilikdə 9440(doqquz min dörd yüz qırx) manat dəyərində içərisi mis əsaslı ərintidən ibarət cəmi 236 metr uzunluğunda elektrik kabellərini gizli yolla 3-4 metr uzunluğunda kəsib üzərindəki metal izolyasiya təbəqəsini soyduqdan sonra zirzəminin kiçik ölçülü pəncərəsindən çölə çıxartmaqla birlikdə əvəzsiz və qanunsuz ələ keçirdikləri kabelləri sürüyərək Təqsirləndirilən şəxs1 məxsus Mersedes Benz markalı, ** ZR *** dövlət qeydiyyat nişanlı avtomobilin yaxınlığına gətirib orada kabelləri 1 metrlik hissələrə doğramaqla avtomobilə yükləyib rayonun Sileyli kəndi ərazisinə öz həyətinə gətirmiş, daha sonra həmin kabellərin plastik izolyasiya təbəqəsini soyaraq içərisindəki 943 kiloqram çəkidə mis metalı həmin metalların oğurluq yolla əldə edilməsindən məlumatı olmayan rayonun Hacallı kənd sakini Şahid1 xx.xx.2022-ci il tarixdə sataraq, nəticədə zərərçəkmiş hüquqi şəxs “X29 Stansiyasının İnzibati təsərrüfat zonası və Texniki mövqe” MMC-nin balansında olan ümumilikdə 9440(doqquz min dörd yüz qırx) manat dəyərində əmlakı gizli yolla talayaraq oğurluq cinayətini xeyli miqdarda ziyan vurmaqla törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 hər birinin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3 və 177.2.4cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin 18 mərtəbəli inzibati binasının zirzəmi hissəsindən xx.xx.2022-ci il tarixdə elektrik kabelləri oğurlamışdır. Belə ki, 2022-ci ilin mart ayında tanışları Vüsal, Orxan və Rəşidlə birlikdə olan zaman maddi imkanları zəif olduğundan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin inzibati binasından elektrik kabellərini oğurlayaraq pul əldə etmək qərarına gəlmişlər. Belə ki, əvvəlcədən kənd camaatından eşitmişlər ki, MMC-nin 18 mərtəbəli binasının zirzəmi hissəsində mis tərkibli elektrik kabelləri vardır. Belə olub, 23 mart 2022-ci il tarixdə saat 19 radələrində üçü, yəni, Rəşid və Orxanla birlikdə özünə məxsus Mersedes Benz markalı, ** ZR *** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı Məlikli kəndində görüşərək MMC istiqamətində yola düşmüşlər, yolda isə, yəni Zalam kəndi ərazisindən Təqsirləndirilən şəxs2 da götürmüşlər. Təqsirləndirilən şəxs2la telefon əlaqəsi saxlayaraq əvvəlcədən razılaşmışlar ki, bu formada MMC-nin ərazisinə oğurluq üçün gedəcəklər. Birlikdə rayonun Sırt Yengicə kəndi ərazisinə kimi getmişlər, o, Sırt Yengicə kəndi ərazisində yerləşən sahəlikdə avtomobili saxlamış, avtomobildən düşərək meşə və dağlıq sahə ilə MMC-nin inzibati ərazisinə setka hasardan daxil olmuşlar. Daha sonra 18 mərtəbəli binanın ətrafını gəzərək binaya daxil olmaq üçün yer axtarmışlar. Binanın arxa hissəsində dəmir qapı var imiş ki, həmin qapının dəmirləri tam örtülü deyilmiş, belə olub birlikdə dəmir qapının alt hissəsini içəriyə doğru basaraq dəmirin altından binaya daxil olmuşlar. Daha sonra binanın zirzəmi hissəsinə daxil olmuşlar və əvvəlcədən özləri ilə birlikdə gətirdikləri dəmirkəsən alətlə binanın zirzəmi hissəsində olan içərisində mis metaldan ibarət elektrik kabellərini kəsmişlər, təxminən 236 metr uzunluğunda elektrik kabellərini kəsdikdən sonra kabellərin üzərində olan dəmir örtüyü soyaraq təmizləmişlər, kabelləri təxminən 3-4 metr məsafədən kəsirmişlər ki, daşınması rahat olsun. Daha sonra isə binanın zirzəmi hissəsində olan pəncərəyə oxşar hissədən kabelləri binanın arxa hissəsinə çıxartmışlar. Oradan isə avtomobilinin yanına kimi kabelləri sürüyərək gətirmişlər, avtomobilin yanında kabelləri 1 metrlik hissələrə doğramışlar və avtomobilə yükləmişlər, daha sonra isə avtomobili birbaşa əvvəlcədən razılaşdıqları kimi Orxanın həyətinə, yəni Sileyli kəndi ərazisinə gətirmiş, bu formada üç dəfəyə kabelləri Orxanın həyətinə gətirib boşaltmışdır. Digər üç nəfər, yəni Orxan, Vüsal və Rəşid isə avtomobil yüklü olduğundan piyada şəkildə Orxanın həyətinə tərəf yola düşmüşlər. O isə 3-cü relsdən sonra geri qayıdaraq Orxan, Rəşid və Vüsalı avtomobilinə mindirmişdir. Onlar piyada şəkildə artıq rayonun Yenikənd kəndinə çatıblarmış. Artıq gecə saat 04 radələri olarmış. Onları həyətlərinə aparıb düşürmüş və öz evinə geri qayıtmışdır. Səhərisi gün isə səhər saatlarında dördü birlikdə, yəni Orxan, Rəşid və Vüsal ilə birlikdə Orxanın həyətində oğurladıqları kabellərin üzərini təmizləmiş və əldə etdikləri mis materialını daşımaq üçün Təqsirləndirilən şəxs2 ford avtomobili çağırmış, Ford markalı avtomobilin arxa yük hissəsinə oğurlayıb təmizləyərək əldə etdikləri mis materialını yükləmişlər. Daha sonra isə Vüsal və Ford markalı avtomobilin sürücüsü əvvəlcədən tanımadığı Xəyyam adlı şəxs birlikdə rayonun Hacallı kəndində yaşayan və işləyən Məmmədxan adlı şəxsin yanına misi aparmışlar. Öz avtomobili ilə Orxan və Rəşidlə birlikdə onların arxası ilə Məmmədxan adlı şəxsin işlədiyi gerə gəlmişdir. Mis çəkildikdə 943 kiloqram etmiş, Məmmədxan misin müqabilində 11787 manat pulu ona vermişdir. Orada olan zaman Ford markalı avtomobilin sürücüsü Şahid2 40 manat yol haqqı vermiş və Xəyyam oradan getmişdir. Daha sonra isə dördü birlikdə Hacallı kəndi ərazisində magistral yolun kənarında dayanaraq avtomobilinin içərisində pulu bərabər şəkildə bölmüşlər. Axşam saatlarında isə onları polis şöbəsinə çağıran zaman etdikləri oğurluq əməlini etiraf etmişlər. O, ümumilikdə 1 dəfə həmin MMC-nin inzibati binasından oğurluq etmiş, oğurluq nəticəsində əldə etdiyi pullardan onda qalmamış, öz istifadəsi üçün xərcləmiş, yəni borcunu vermiş, eləcə də xəstəsi olduğundan dərman və sair ərzaqlar almışdır. Məmmədxan adlı metal qəbul edən şəxsin həmin metalların oğurluq yolla əldə edildiyindən məlumatı olmamışdır. Belə ki, Məmmədxan onlardan misi haradan əldə etdiklərini soruşsa da, ona mis metalını Qarabağ ərazisindən söküntülərdən əldə etdiklərini bildirmişdir. MMC-nin 18 mərtəbəli binasına daxil olaraq oradan oğurluq edən zaman heç bir mühafizəçi ilə danışmamış, eləcə də mühafizəçi onlar oğurluq edən zaman orada yox imiş. Şahid2 həmin mis materiallarının oğurluq olması barədə məlumatı olmamış, ona da bildirmişlər ki, mis materiallarını Qarabağ ərazisindən söküntülərdən əldə etmişlər. Ayrı heç bir yerdən oğurluq etməmişlər, sadəcə 18 mərtəbəli binanın zirzəmi hissəsindən oğurluq etmişlər. Hadisə yerinə baxış keçirilən zaman aşkar edilmiş kabel qırıntıları kəsib götürdükləri kabellərə məxsusdur. Həmin oğurluq hadisəsini Rəşid, Vüsal və Orxan adlı şəxslərlə birlikdə etmişdir. Təqsirləndirilən şəxs1 həmçinin, hazırda əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmadığını və himayəsində azyaşlı uşağının olmasını bildirib, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin 18 mərtəbəli binasının zirzəmi hissəsindən xx.xx.2022-ci il tarixdə saat 19 radələrində elektrik kabelləri oğurlamışdır. Belə ki, 2022-ci ilin mart ayının ortalarında tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4la birlikdə olan zaman maddi imkanı zəif olduğundan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin inzibati binasından elektrik kabellərini oğurlayaraq pul əldə etmək qərarına gəlmişdir. Belə ki, əvvəlcədən kənd camaatından eşitmiş ki, MMC-nin 18 mərtəbəli binasının zirzəmi hissəsində elektrik kabelləri vardır. Belə olub, 23 mart 2022-ci il tarixdə saat təxminən 19 radələrində ona Təqsirləndirilən şəxs1 zəng edərək Zalam kəndinə çatdıqlarını bildirmiş, beləliklə Gürşad onu avtomobilinə Zalam kəndi ərazisindən mindirmiş və dördü, yəni, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1la birlikdə Gürşada məxsus Mersedes Benz markalı, ** ZR *** dövlət qeydiyyat nişanlı avtomobillə rayonun Sırt Yengicə kəndi ərazisinə kimi getmiş, Sırt Yengicə kəndi ərazisində yerləşən sahəlikdə Təqsirləndirilən şəxs1 avtomobili saxlamış, avtomobildən düşərək meşə və dağlıq sahə ilə MMC-nin inzibati ərazisinə setka hasardan daxil olmuşlar. Daha sonra 18 mərtəbəli binanın ətrafını gəzərək binaya daxil olmaq üçün yer axtarmışlar. Binanın arxa hissəsində dəmir qapı var imiş ki, həmin qapının dəmirləri tam örtülü deyilmiş, belə olub birlikdə dəmir qapının alt hissəsini içəriyə doğru basaraq dəmirin altından binaya daxil olmuşdur. Daha sonra binanın zirzəmi hissənə daxil olmuşlar və əvvəlcədən özlər ilə birlikdə gətirdikləri dəmirkəsən alətlə binanın zirzəmi hissəsində olan içərisində mis metaldan ibarət elektrik kabellərini təxminən 3-4 metr məsafədən kəsmişlər, 236 metr elektrik kabelləri kəsdikdən sonra kabellərin üzərində olan dəmir örtüyü soyaraq təmizləmişlər, daha sonra isə sürüyərək binadan çölə zirzəmidə olan barmaqlıq şəklində olan kiçik ölçülü pəncərədən çıxartmışlar, oradan isə Təqsirləndirilən şəxs1 avtomobilinin yanına kimi sürüyərək gətirmişlər, kabelləri 1 metrlik hissələrə doğramışlar və avtomobilə yükləmişlər. Daha sonra isə Gürşad avtomobili əvvəlcədən razılaşdıqları kimi Təqsirləndirilən şəxs3 həyətinə, yəni Sileyli kəndi ərazisinə aparmış, o isə Orxan və Rəşidlə birlikdə avtomobil yüklü olduğundan piyada şəkildə yola düşmüşlər, artıq gecə saat 04 radələri olarmış. Gürşad isə 3cü, yəni sonuncu relsdən sonra avtomobili ilə onları götürməyə geri qayıtmışdır. Artıq piyada şəkildə dağlıq və meşəlik sahələr ilə rayonun Yenikənd kəndinə çatmışlar. Gürşad onları öz evlərinə düşürmüşdür. Səhərisi gün isə səhər saatlarında dördü birlikdə, yəni Gürşad, Rəşid və Orxan ilə birlikdə Orxanın həyətində oğurladıqları kabellərin üzərini təmizləmişlər və əldə etdikləri mis materialını daşımaq üçün tanışı olan Ford markalı avtomobilin sürücüsü Şahid2 zəng edərək ona daşınmalı yükün olduğunu bildirərək onu Sileyli kəndinə Orxanın həyətinə çağırmışdır. Orxanın həyətində Şahid2 avtomobilinin arxa salon hissəsinə oğurlayıb təmizləyərək əldə etdikləri mis materiallarını yükləmişlər. Ford avtomobili ilə daşımaqda məqsədləri Gürşadın avtomobilinin pəncərələrindən mis materialını kənar şəxslərin görməməsi, eləcə də mislərin ümumi çəkisinin ağır olması imiş. Daha sonra isə o və Ford markalı avtomobilin sürücüsü əvvəlcədən tanıdığı Şahid2 birlikdə rayonun Hacallı kəndində yaşayan və işləyən Məmmədxan adlı şəxsin yanına misi aparmışdır. Ondan arxada isə Təqsirləndirilən şəxs1 öz avtomobili ilə Orxan və Rəşidlə birlikdə gəlmişlər. Mis çəkildikdə 943 kiloqram etmiş, Məmmədxan misin müqabilində 11787 manat pulu Təqsirləndirilən şəxs1 vermişdir. Orada olan zaman Gürşad Ford markalı avtomobilin sürücüsü Şahid2 40 manat yol haqqı vermiş və Xəyyam oradan getmişdir. Misi Şahid1 satan zaman isə Məmmədxan öz dəftərində qeydiyyat apararaq onun adını qeyd etmişdir. Daha sonra isə dördü birlikdə Hacallı kəndi ərazisində magistral yolun kənarında dayanaraq Gürşadın avtomobilinin içərisində pulu bərabər şəkildə bölmüşlər. Axşam saatlarında isə onları polis şöbəsinə çağıran zaman etdikləri əməli etiraf etmişlər. Ümumilikdə 1 dəfə qeyd edilən MMC-nin ərazisinə, eləcə də binanın içərisinə, oradan isə həmin 18 mərtəbəli binanın zirzəmisinə daxil olmuş, oradan oğurluq etmiş, oğurluq nəticəsində ümumilikdə 11787 manat pul əldə etsələr də, həmin pullardan onda qalmamış, öz istifadəsi üçün xərcləmişdir. Mis materiallarının Məmmədxan adlı şəxsə satılmasında iştirak edən zaman Məmmədxan adlı şəxsin aldığı mis materiallarının oğurluq olması barədə məlumatı olmamış, Şahid1 onlardan misi haradan əldə etdiklərini soruşsa da ona mis metalını Qarabağ ərazisindən söküntülərdən əldə etdiklərini bildirmişlər. MMC-nin 18 mərtəbəli binasına daxil olaraq oradan oğurluq edən zaman heç bir mühafizəçi ilə danışmamış, eləcə də mühafizəçi oğurluq edən zaman orada yox imiş. xx.xx.2022-ci il tarixdə oğurladığı mis materialının rayonun Sileyli kəndindən Hacallı kəndi ərazisinə satmaq üçün daşınmasında köməklik edən Ford markalı avtomobilin sürücüsü Şahid2 həmin mis materiallarının oğurluq olması barədə məlumatı olmamış, ona da bildirmişlər ki, mis materiallarını Qarabağ ərazisindən söküntülərdən, eləcə də zibilliklərdən əldə etmişlər. MMCnin ərazisindən başqa zamanlarda və ya əlavə hər hansı bir yerdən oğurlıuq etməmişdir. Təqsirləndirilən şəxs2 həmçinin, hazırda əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmadığını və himayəsində azyaşlı uşağının olmasını bildirib, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin 18 mərtəbəli inzibati binasının zirzəmi hissəsindən xx.xx.2022-ci il tarixdə saat 19 radələrində tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1la birlikdə elektrik kabelləri oğurlamışdır. Belə ki, 2022-ci ilin mart ayında tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1la birlikdə olan zaman maddi imkanları zəif olduğundan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin 18 mərtəbəli inzibati binasının zirzəmi hissəsindən oğurluq edərək pul əldə etmək qərarına gəlmişlər. Belə ki, əvvəlcədən kənd camaatından eşitmişlər ki, MMC-nin 18 mərtəbəli binasının zirzəmi hissəsində içərisi mis tərkibli elektrik kabelləri vardır. Belə olub, 23 mart 2022-ci il tarixdə saat 19 radələrində üçü, yəni Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3la birlikdə Gürşada məxsus Mersedes Benz markalı, ** ZR *** dövlət nömrə nişanlı avtomobillə MMC-dən oğurluq etmək üçün yola düşmüşlər. Rayonun Zalam kəndi ərazisində yolun üstündə isə Təqsirləndirilən şəxs2 da götürmüşlər. Gürşada məxsus avtomobillə rayonun Sırt Yengicə kəndi ərazisinə kimi getmüşlər, Sırt Yengicə kəndi ərazisində yerləşən sahəlikdə Təqsirləndirilən şəxs1 avtomobili saxlamış, avtomobildən düşərək meşə və dağlıq sahə ilə MMC-nin inzibati ərazisinə setka hasarlardan daxil olmuşlar. Daha sonra 18 mərtəbəli binanın ətrafını gəzərək binaya daxil olmaq üçün yer axtarmışlar. Binanın arxa hissəsində dəmir qapı var imiş ki, həmin qapının dəmirləri tam örtülü deyilmiş, yəni içəriyə doğru qatlanırmış. Belə olub birlikdə dəmir qapının alt hissəsindən binaya daxil olmuşlar. Daha sonra binanın zirzəmi hissənə daxil olmuşlar və əvvəlcədən özlərilə birlikdə gətirdikləri dəmirkəsən alətlə binanın zirzəmi hissəsində olan içərisində mis metaldan ibarət elektrik kabellərini kəsmişlər, təxminən 236 metr uzunluğunda elektrik kabellərini təxminən 3-4 metr məsafədən kəsdikdən sonra kabellərin üzərində olan dəmir təbəqəni soyaraq təmizləmişlər. Həmin soyub təmizlədikləri qalıqları isə zirzəmiyə atmışlar, daha sonra isə təmizlədikləri, lakin üzəri plastik izolyasiyalı olan kabelləri sürüyərək binadan çölə binanın zirzəmi hissəsində olan kiçik ölçülü pəncərənin gözündən çıxartmışlar, oradan isə Gürşadın avtomobilinin yanına gətirmişlər, kabelləri 1 metrlik hissələrə doğramışlar və Gürşadın avtomobilinə yükləmişlər. Daha sonra isə Təqsirləndirilən şəxs1 özü avtomobili birbaşa Orxanın həyətinə, yəni Sileyli kəndi ərazisinə gətirmiş, onlar isə avtomobil yüklü olduğundan piyada şəkildə yola düşmüşlər. Təqsirləndirilən şəxs1 isə 3-cü relsdən sonra geri qayıdaraq onları da avtomobilinə mindirmişdir. Artıq piyada şəkildə rayonun Yenikənd kəndinə dağlıq və meşəlik yollarla gəlmişlər. Artıq gecə saat 04 radələri olarmış. Təqsirləndirilən şəxs1 onu öz evinə gətirib düşürmüşdür. Səhərisi gün isə səhər saatlarında dördü birlikdə, yəni Orxan, Gürşad və Vüsal ilə birlikdə Orxanın həyətində oğurladıqları kabellərin üzərini təmizləmişlər və əldə etdikləri mis materialını birdəfəyə daşımaq üçün Təqsirləndirilən şəxs2 ford çağırmış, Ford markalı avtomobilin arxa yük hissəsinə oğurlayıb təmizləyərək əldə etdikləri mis materiallarını yükləmişlər. Daha sonra isə Vüsal və Ford markalı avtomobilin sürücüsü əvvəlcədən tanımadığı Xəyyam adlı şəxs birlikdə rayonun Hacallı kəndində yaşayan və işləyən Məmmədxan adlı şəxsin yanına misi aparmışlar. Orxan və Gürşadla birlikdə isə Gürşada məxsus avtomobillə Xəyyam və Vüsalın arxası ilə getmişlər. Mis çəkildikdə 943 kiloqram etmiş, Məmmədxan misin müqabilində 11787 manat pulu Gürşada vermişdir. Orada olan zaman Gürşad Ford markalı avtomobilin sürücüsünə 40 manat yol haqqı vermiş və Xəyyam oradan getmişdir. Daha sonra isə dördü birlikdə Hacallı kəndi ərazisində magistral yolun kənarında dayanaraq Gürşadın avtomobilinin içərisində pulu bərabər şəkildə bölmüşlər. Axşam saatlarında isə onları polis şöbəsinə çağıran zaman etdikləri oğurluq əməlini etiraf etmişlər. Ümumilikdə 1 dəfə həmin MMC-nin inzibati binasından oğurluq etmiş, oğurluq nəticəsində əldə etdiyi pullardan onda qalmamış, öz istifadəsi üçün xərcləmiş, yəni borcunu vermişdir. Məmmədxan adlı metal qəbul edən şəxsin həmin mis metalların oğurluq olması barədə məlumatı olmamışdır. Belə ki, Şahid1 misi haradan əldə etdiklərini soruşan zaman ona mis metalını Qarabağ ərazisindən söküntülərdən və zibilliklərdən əldə etdiklərini bildirmişlər. MMC-nin 18 mərtəbəli binasına daxil olaraq oradan oğurluq edən zaman heç bir mühafizəçi ilə danışmamışlar, eləcə də mühafizəçi oğurluq edən zaman orada olmamışdır. Şahid2 həmin mis materiallarının oğurluq olması barədə məlumatı olmamış, ona da bildirmişlər ki, mis materiallarını Qarabağ ərazisindən söküntülərdən və zibilliklərdən yığaraq əldə etmişlər. Hadisə yerinə baxış keçirilən zaman aşkar edilmiş kabel qırıntıları kəsib götürdükləri kabellərə məxsusdur. Təqsirləndirilən şəxs3 həyətində heç bir qalıq qalmamış, həmin kabellərin üzərini təmizlədikdən sonra yerdə qalan qalıqları, eləcə də dəmirkəsən alətləri Gürşadın avtomobili ilə aparıb Göyçay çayına axar suya atmışlar. Təqsirləndirilən şəxs3 həyətində həmin kabelləri səhər saatlarında təmizləmişlər, həmin vaxt Təqsirləndirilən şəxs3 həyətində ailə üzvlərindən heç kim olmamışdır. Ayrı heç bir yerdən oğurluq etməmiş, sadəcə 18 mərtəbəli binanın zirzəmi hissəsindən oğurluq etmişdir. Təqsirləndirilən şəxs4 həmçinin, hazırda əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmadığını və himayəsində azyaşlı uşağının olduğunu bildirib, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin 18 mərtəbəli binasının zirzəmi hissəsindən xx.xx.2022-ci il tarixdə saat 19 radələrində elektrik kabelləri oğurlamışdır. Belə ki, 2022-ci ilin mart ayının ortalarında tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4la birlikdə olan zaman maddi imkanıları zəif olduğundan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin 18 mərtəbəli inzibati binasının zirzəmi hissəsindən elektrik kabellərini oğurlayaraq pul əldə etmək qərarına gəlmişlər. Belə ki, əvvəlcədən kənd camaatından eşitmişlər ki, MMC-nin 18 mərtəbəli binasının zirzəmi hissəsində elektrik kabelləri vardır. Belə olub, 23 mart 2022-ci il tarixdə saat 19 radələrində üçü, yəni, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1la birlikdə Gürşada məxsus Mersedes Benz markalı, ** ZR *** dövlət qeydiyyat nişanlı avtomobillə MMC-dən oğurluq etmək üçün yola düşmüşlər. Yol gələrkən rayonun Zalam kəndi ərazisindən Təqsirləndirilən şəxs2 da avtomobilə mindirmişlər. Belə ki, telefon əlaqəsi saxlayaraq ona yola çıxmasını bildirmişlər. Gürşada məxsus avtomobillə rayonun Sırt Yengicə kəndi ərazisinə kimi getmişlər, Sırt Yengicə kəndi ərazisində yerləşən sahəlikdə Təqsirləndirilən şəxs1 avtomobili saxlamış, avtomobildən düşərək meşə və dağlıq sahə ilə MMC-nin inzibati ərazisinə setka hasardan daxil olmuşlar. Daha sonra 18 mərtəbəli binanın ətrafını gəzərək binaya daxil olmaq üçün yer axtarmışlar. Binanın arxa hissəsində dəmir qapı var imiş ki, həmin qapının dəmirləri tam örtülü deyilmiş, yəni aşağı hissəsinin içəriyə doğru qatlandığını görmüşlər. Belə olub birlikdə dəmir qapının alt hissəsini içəriyə doğru basaraq dəmirin altından binaya daxil olmuşlar. Daha sonra binanın zirzəmi hissənə daxil olmuşlar və əvvəlcədən özləri ilə gətirdikləri dəmirkəsən alətlərlə binanın zirzəmi hissəsində olan içərisində mis metaldan ibarət elektrik kabellərini təxminən 3-4 metrlik məsafələrdən kəsməyə başlamışlar, 236 metr elektrik kabelləri kəsdikdən sonra kabellərin üzərində olan dəmir örtüyü soyaraq təmizləmiş, soyub təmizlədikləri qalıqları zirzəmi hissəyə atmış, daha sonra isə təmizlədikləri, lakin üzəri izolyasiyalı olan kabelləri sürüyərək binadan çölə zirzəmidə olan kiçik ölçülü barmaqlıq şəklində olan pəncərədən çıxartmışlar, oradan isə Təqsirləndirilən şəxs1 avtomobilinin yanına sürüyərək gətirmişlər, kabelləri 1 metrlik hissələrə doğramışlar və Gürşada məxsus ** ZR *** dövlət qeydiyyat nişanlı avtomobilə yükləmişlər, daha sonra isə Gürşad avtomobili əvvəlcədən razılaşdıqları kimi onun həyətinə, yəni Sileyli kəndi ərazisinə üç dəfəyə aparmış, Vüsal və Rəşidlə birlikdə avtomobil yüklü olduğundan piyada şəkildə yola düşmüşlər, artıq gecə saat 04 radələri olarmış. Gürşadla yaxın dostluq münasibəti olduğundan və əvvəlcədən razılaşdıqlarından onun evini tanıyırmış. Gürşad 3-cü, yəni sonuncu relsdən sonra geri qayıdaraq onları rayonun Yenikənd kəndi ərazisindən avtomobilinə mindirmiş və hər birini öz həyətinə düşürmüşdür. Səhərisi gün isə səhər saatlarında dördü birlikdə, yəni Gürşad, Rəşid və Vüsal ilə birlikdə onun həyətində oğurladıqları kabellərin üzərini təmizləmişlər və əldə etdikləri mis materialını daşımaq üçün Təqsirləndirilən şəxs2 ford çağırmış, Ford markalı avtomobilin yük hissəsinə oğurlayıb təmizləyərək əldə etdikləri mis materialını yükləmişlər. Ford avtomobili ilə daşımaqda məqsədləri Gürşadın avtomobilinin pəncərələrindən mis materialını kənar şəxslərin görməməsi, eləcə də mislərin ümumi çəkisinin ağır olması və mis metalını birdəfəyə aparıb satmaq imiş. Daha sonra isə Vüsal və Ford markalı avtomobilin sürücüsü əvvəlcədən tanımadığı Şahid2 birlikdə rayonun Hacallı kəndində yaşayan və işləyən Məmmədxan adlı şəxsin yanına misi aparmışdır. O isə Gürşad və Rəşidlə Gürşada məxsus avtomobillə həmin yerə getmişlər. Mis çəkildikdə 943 kiloqram etmiş, Məmmədxan misin müqabilində 11787 manat pulu Təqsirləndirilən şəxs1 vermişdir. Orada olan zaman Gürşad Ford markalı avtomobilin sürücüsü Xəyyama 40 manat yol haqqı vermiş və Xəyyam oradan getmişdir. Daha sonra isə dördü birlikdə Hacallı kəndi ərazisində magistral yolun kənarında dayanaraq Gürşadın avtomobilinin içərisində pulu bərabər şəkildə bölmüşlər. Axşam saatlarında isə onları polis şöbəsinə çağıran zaman etdikləri əməli etiraf etmişlər. Ümumilikdə 1 dəfə həmin MMC-nin 18 mərtəbəli inzibati binasının zirzəmi hissəsindən oğurluq etmiş, həmin pullardan onda qalmamış, öz istifadəsi üçün xərcləmiş, eləcə də borcunu ödəmişdir. Məmmədxan adlı metal qəbul edən şəxsin həmin mis tərkibli metalların oğurluq olması barədə məlumatı olmamışdır. Belə ki, Şahid1 onlardan misi haradan əldə etdiklərini soruşsa da, ona mis metalını Qarabağ ərazisindən söküntülərdən əldə etdiklərini bildirmişlər. MMC-nin 18 mərtəbəli binasına daxil olaraq oradan oğurluq edən zaman heç bir mühafizəçi ilə danışmamışlar, eləcə də mühafizəçi onlar oğurluq edən zaman orada yox imiş. Şahid2 həmin mis materiallarının oğurluq olması barədə məlumatı olmamış, ona da bildirmişlər ki, mis materiallarını Qarabağ ərazisindən söküntülərdən və zibilliklərdən yığaraq əldə etmişlər. Əlavə olaraq heç bir yerdən oğurluq etməmiş, sadəcə 18 mərtəbəli binanın zirzəmi hissəsindən oğurluq etmişlər. Təqsirləndirilən şəxs3 həmçinin, hazırda əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmadığını, himayəsində azyaşlı uşağının olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirib, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Eyni zamanda göstərdi ki, özü İİİ qrup əlildir. Həyat yoldaşı X8 “Paranoid şizofreniya, ruhi sferanın qüsuru ilə” diaqnozu ilə İİ qrup əlildir və bununla bağlı sənədləri məhkəməyə təqdim etmişdir. Yoldaşının xəstəliyi ilə əlaqədar tez-tez Şəki və Bakı şəhərlərinə getməkdədir. Ailəsində başqa şəxs olmadığından həyat yoldaşını həkimə o aparmaq məcburiyyətindədir. Məhkəmədən qərar qəbul edilərkən həmin halların da nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Azərbaycan Respublikası "xxxx" MMC-nin nümayəndəsi X10 vermiş olduğu ifadəsində göstərdi ki, “X29 Stansiyasının İnzibati təsərrüfat zonası və Texniki mövqe” MMC-nin təsərrüfat şöbəsinin rəisi, direktorun müavini vəzifəsini müvəqqəti icra edir. Həmin MMC-də hal-hazıırda heç bir təmir, tikinti işləri getmir, eləcə də MMC hal-hazırda fəaliyyətini tamamilə dayandırmışdır. Lakin MMC-nin mühafizəsi bu günə kimi həyata keçirilir və qorunur. Həmçinin həmin MMC-də MMC-nin işçiləri tərəfindən ara-sıra abadlıq və təmizlik işləri görülür. MMC-nin binası Qəbələ rayon Soltannuxa kəndi ərazisində dağlıq sahədə yerləşməklə kənarları 3-4 dəfə setka hasarla hörülmüşdür. Həmin MMC-dən oğurluq hadisəsinin baş verməsi barədə məlumatı 05 aprel 2022-ci il tarixdə olmuşdur. Belə ki, MMC-nin ərazisində yerləşən 18 mərtəbəli “Qəbuledici sistemlər” yerləşən binanın zirzəmi hissəsindən ümumilikdə 236 metr müxtəlif transformatorlara gedən, hazırda yük altında olmayan mis tərkibli yüksək gərginliyin ötürülməsi üçün nəzərdə tutulan kabellər kəsilib götürülərək oğurlanmışdır. Həmin elektrik kabellərinin 236 metr hissəsinin kəsildiyini isə MMCnin rəhbərliyi və özü həmin MMC-nin zirzəmi hissəsinə Qəbələ RPŞ-nin əməkdaşları ilə birlikdə baxış keçirən zaman müəyyən etmişlər. MMC tərəfindən sözü gedən kabellərin bir metrinin aşınmış qalıq balans dəyəri 50 manat dəyərində qiymətləndirilmiş və ümumilikdə isə 236 metr kabellərin ümumi dəyəri 11800 manat qiymətləndirilmişdir. Lakin məhkəmə ekspertiza mərkəzindən cinayət işinə əlavə edilmiş rəydə sözü gedən kabellərin bir metrinin qiyməti 40 manat dəyərində qiymətləndirilmiş və MMC-nin nümayəndəsi kimi həmin rəylə razılaşır. Daha sonra Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilmişdir ki, həmin MMC-dən sözü gedən 236 metr uzunluğunda kabelləri oğurlayan şəxslər Qəbələ rayon Məlikli kənd sakinləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, rayonun Zalam kənd sakini Təqsirləndirilən şəxs2 və rayonun Sileyli kənd sakini Təqsirləndirilən şəxs3 adlı şəxslərdir. Adları qeyd edilən şəxslər icazəsiz olaraq həmin MMC-yə arxa hissədən, yəni əkin sahəsi tərəfdən MMC-nin setka hasarına yaxınlaşaraq həmin setka hasarları keçməklə, daha sonra isə binanın qapısına müdaxilə edərək qanunsuz daxil olmuşlar. MMC-yə ümumilikdə 9440 manat maddi ziyan dəymişdir. Belə ki, kabellərin 1 metrinin qiyməti 40 manatdır və 236 metr elektrik kabelləri ümumilikdə 9440 manat təşkil edir. Həmin MMC-dən baş vermiş oğurluq hadisəsində qeyd edilən oğurluğu törədən şəxslərə əlavə olaraq MMC-nin işçilərindən, eyni zamanda orada mühafizəni təşkil edən şəxslərdən kininsə köməklik etməsi, buna şərait yaratması və əlbir olmaları barədə heç bir məlumatı yoxdur. Hazırda MMC-yə dəymiş ziyan, yəni 9440 manat təqsirləndirilən şəxslər tərəfindən qarşılanmışdır. Belə ki, 9440 manat Qəbələ rayon Polis şöbəsinin depozit hesabında saxlanılır. Ona görə də nümyəndəsi olduğu zərərçəkmiş hüquqi şəxsin təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Qəbələ rayon Hacallı kəndində ailəsi ilə birlikdə yaşayır. Rəsmi iş yeri olmadığından özünə məxsus Ford Transit markalı, ** OZ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə sürücü kimi işləyir. xx.xx.2022ci il tarixdə günortadan sonrakı saatlarda Təqsirləndirilən şəxs2 ona zəng edərək rayonun Sileyli kəndi ərazisində daşınmalı yük olduğunu, həmin yükün Hacallı kəndi ərazsisində Məmmədxan adlı şəxsin iş yerinə gətirməli olduğunu bildirmişdir. Daşınası yükün nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs2 ona yükün metal olduğunu, həmin metalların Qarabağ ərazisindən söküntülərdən, zibilliklərdən yığaraq əldə etdiyi metal olduğunu bildirmişdir. Belə olub Təqsirləndirilən şəxs2 dediyi yerə, yəni adı sonradan ona məlum olan Orxan adlı Sileyli kənd sakinin həyətyanı sahəsinə getmişdir. Həmin vaxt ona məxsus olan Ford markalı avtomobilin baqaj hissəsinə mis materialını yükləmişlər. Həmin vaxt həmin həyətdə materialları onun avtomobilinə yükləyən şəxslər əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs2 və digər üç nəfər, yəni Gürşad, Orxan və Rəşid adlı şəxslər imiş. Daha sonra isə idarə etdiyi avtomobili Təqsirləndirilən şəxs2 göstərişi ilə Hacallı kəndində yaşayan və işləyən Məmmədxan adlı şəxsin yanına sürmüşdür. Onun arxası ilə Gürşad adlı şəxs öz avtomobili ilə Rəşid və Orxanla birlikdə həmin yerə gəlmişlər. Mis materialı çəkildikdə 1 tona yaxın etmiş, Məmmədxan misin müqabilində 10 min manat civarında pulu Təqsirləndirilən şəxs1 vermişdir. Daha sonra Gürşad ona Vüsalla əvvəlcədən danışdığı kimi yol haqqı olaraq 40 manat yol haqqı vermiş və o, oradan getmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin inzibati ərazisinə, eləcə də binanın içərisinə daxil olmamış, oradan oğurluq etməmişdir. Avtomobilinə xx.xx.2022-ci il tarixdə Sileyli kənd sakini Orxan adlı şəxsin həyətindən mis materialları yükləyərək daşıyan zaman həmin mis materiallarının oğurluq olması barədə məlumatı olmamışdır. Ümumilikdə bir dəfə özünün də məlumatı olmadan mis materiallarının Məmmədxan adlı şəxsə satılmasında iştirak etmiş və yol haqqı kimi 40 manat pul almışdır. Məmmədxan adlı şəxsin mis materiallarının oğurluq olması barədə məlumatı olmamışdır. Çünki Məmmədxan mis materiallarını görüb yanında olan şəxslərdən misi haradan əldə etdiyini soruşduqda Vüsal və yanında olan şəxslər mis materiallarını Qarabağ rayonu ərazisindən söküntülərdən yığaraq əldə etdiklərini bildirmişlər. Artıq həmin şəxslər bu formada Məmmədxana da dedikdən sonra tam olaraq inanmış ki, həmin mis materialları oğurluq deyil. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Qəbələ rayon Hacallı kəndində qeydiyyatdadır və orada yaşayır. Yaşadığı həyətdə metal qəbulu ilə məşğul olur. İşlədiyi yerə xx.xx.2022-ci il tarixdə Şahid2 məxsus Ford markalı, ** ZO *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə 943 kiloqram mis materialını gətirib 11787 manat müqabilində Təqsirləndirilən şəxs2 və onun yanında olan əlavə 3 nəfər tanımadığı şəxslər satmışlar. Həmin şəxslər ona mis materialını 24 mart 2022-ci il tarixdə günortadan sonrakı saatlarda gətirmişlər. Onların içərisində sadəcə Vüsal və Xəyyamı tanıyırmış. Digərlərini isə əvvəlcədən tanımırmış. Onlar xx.xx.2022-ci il tarixdə onun işlədiyi yerə gələn zaman Qarabağ ərazisindən söküntülərdən, zibilliklərdən mis materialı yığdılarını bildirmişlər. Onların içərisində əsasən Vüsal və adı sonradan ona məlum olan Gürşad adlı şəxslə söhbət edirmiş. Gürşad və Vüsaldan dəfələrlə mis materialının oğurluq olub-olmadığını soruşsa da onlar mis materialının oğurluq olmadığını bildirmişlər. Buna görə də gələcəkdə hər hansı problem yaranmaması üçün öz dəftərində qeydiyyat aparmışdır. Təqsirləndirilən şəxs2, eləcə də yanındakı şəxslərin ona satdığı mislərin oğurluq mis olduğu barədə heç bir məlumatı olmamışdır. 24 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 və onun yanında olan Gürşad adlı şəxsdən aldığı 943 kiloqram çəkidə mis materialını Gəncə rayonunda Poladəritmə zavoduna satmış, lakin zavooddan ona qəbz verilməmişdir. Həmin misdən onda 1 metr uzunluğunda qalmışdır ki, onu da polisə təqdim etmişdir. Təqsirləndirilən şəxs2 və onun yanında olan Gürşad adlı şəxsdən aldığı 943 kiloqram mis materialı təmiz və əzilmiş formada imiş. Həmin şəxslərdən bundan əlavə olaraq mis materialı və ya digər metal almamışdır. 24 mart 2022-ci il tarixdə işlədiyi obyektə mis materialını Xəyyam adlı həmkəndlisinin avtomobili ilə gətirən zaman Xəyyam orada sadəcə sürücü kimi fəaliyyət göstərirmiş, mis materialının alınması müqabilində Gürşada 11787 manat pul verdikdən sonra Gürşad orada olan Şahid2 40 manat pul vermiş və Xəyyam oradan çıxıb getmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 oğlunun Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini hər birinin törətməsi özlərinin etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadəsi, iş materialları və aşağıda göstərilən digər sübutlarlada təsdiq edilir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “Şahid1 təqdim etdiyi dəftərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baş vermiş oğurluq hadisəsi ilə əlaqədar Şahid1 təqdim etdiyi 01 ədəd damalı metal qəbul edən zaman istifadə edilən dəftər iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən götürülərək Şahid1 iştirakı ilə baxış keçirilən zaman dəftərin 100 vərəqli olduğu aydın şəkildə müşahidə edilmişdir. Həmin dəftərin 78-ci vərəqində “24/İİİ-2022”, “Mis-400-380-160=943”, “11780”, “Salam Vüsal” sözlərinin yazıldığı aydın şəkildə müşahidə edilmişdir. Baxışda iştirak edən Şahid1 bildirmişdir ki, həmin yazılar özü tərəfindən 24 mart 2022-ci il tarixdə rayonun Zalam kənd sakini Təqsirləndirilən şəxs2la digər tanımadığı şəxslər ona mis satan zaman yazılmışdır. Həmin vərəqdə qeyd edilən “24/İİİ- 2022” yazısı tarixi bildirir, yəni mis metalını 24 mart 2022-ci il tarixdə almışdır. “Mis-400-380- 160=943” yazısı aldığı misin çəkisini bildirir, yəni cəmi 943 kiloqram mis metalı almışdır. “11780” rəqəminin mənası isə aldığı misin müqabilində Vüsala və onun yanında olan Təqsirləndirilən şəxs1 verdiyi pulun miqdarıdır. Əlavə olaraq Şahid1 bildirmişdir ki, həmin dəftərdə olan “Mis-400-380-160=943” sözləri misin çəkisini bildirməklə, 24 mart 2022-ci il tarixdə Ford markalı avtomobildən mislər ağır olduğundan 400 kiloqram, 380 kiloqram və 160 kiloqram şəklində 3 dəfəyə çəkilmişdir. Baxış zamanı digər əhəmiyyət kəsb edəcək hallara rast gəlinməmişdir. Baxış zamanı foto çəkiliş aparılmış əldə olunmuş görüntülər foto-cədvəl formasında baxış protokoluna əlavə edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin 18 mərtəbəli inzibati binasının zirzəmi hissəsindən baş vermiş oğurluq hadisəsi ilə əlaqədar hadisə yerinə baxış keçirilərkən müəyyən edilmişdir ki, qeyd olunan oğurluq hadisəsi Qəbələ rayon Soltannuxa kəndi ərazisində meşəlik və dağlıq sahədə yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin 18 mərtəbəli inzibati binasının zirzəmi hissəsindən baş vermişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 MMC-nin 18 mərtəbəli binasını göstərdikdə məlum olmuşdur ki, MMC-nin oğurluq hadisəsi baş verən binası 18 mərtəbəli olmaqla kənarları 3 qat setka və kolluq hasarlıdır. MMC-nin 18 mərtəbəli binasının kənarları, yəni divarları beton və şüşə materialından hörülmüşdür. MMCnin arxa hissəsində dəmir materialından ibarət aşağı hissəsi kəsik və içəriyə doğru qatlanan qapı vardır ki, baxışda iştirak edən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 həmin qapıdan MMC-nin 18 mərtəbəli binasının içərisinə daxil olduqlarını bildirmişlər. Qeyd edilən giriş qapısından içəriyə daxil olduqda sol tərəfdə işlək vəziyyətdə olmayan lift yerləşir. Giriş qapısı ilə üzbəüz isə binanın zirzəmi hissəsinə gedən kolidor yerləşir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 oğurluq üçün girdikləri binanın giriş qapısından sola tərəf döndükdən təxminən 5 metr sonra binanın zirzəmi hissəsinə enmək üçün pilləkənlər kolidorun sağ hissəsindədir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 bildirmişlər ki, binanın oğurluq etdikləri hissəsi həmin zirzəmidir. Yuxarıda adları qeyd edilən şəxslər bildirmişlər ki, elektrik kabelləri zirzəmidə yerləşmiş və kabelləri zirzəmidən oğurlamışlar. Baxış zamanı qeyd edilən zirzəmiyə pilləkənlərlə düşüldükdə aydın şəkildə müşahidə edilmiş ki, MMC-nin 18 mərtəbəli binasının zirzəmi hissəsi qaranlıq və işıqsız şəkildədir. Binanın zirzəmi hissəsinə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 iştirakları ilə baxış keçirilərkən aydın şəkildə görsənmiş ki, müxtəlif tranformatorlara gedən yük altında olmayan elektrik kabelləri müxtəlif hissələrdən kəsilərək götürülmüş, eləcə də qeyd edilən kabellərin üzərində olan qoruyucu dəmir lentşəkilli təbəqələr soyularaq zirzəmiyə atılmışdır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 bildirmişlər ki, həmin lentşəkilli dəmir təbəqələr onların üzərini soyaraq təmizlədikləri elektrik kabellərinə məxsusdur. Baxış keçirilərkən həmin elektrik kabellərinin kəsilib götürüldükdən sonra yerdə qalmış hissələrinin içərisinin mis tərkibli olduğu və bir ədəd elektrik kabelinin içərisinin 04 ədəd nisbətən kiçik ölçülü mis tərkibli elektrik naqillərindən ibarət olduğu müəyyən edilmişdir. Binanın zirzəmi hissəsinə baxış keçirilərkən hadisə yerində yük altında olmayan kabellərin kəsilib götürülmüş hissələri ölçüldükdə ümumilikdə 236 metr elektrik kabellərinin kəsilib götürüldüyü müəyyən edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 bildirmişlər ki, kabelləri müxtəlif hissələrə kəsdikdən sonra zirzəmidən binanın çöl hissəsinə binanın arxa hissəsində olan pəncərədən çıxarmışlar, daha sonra isə həmin kabelləri gizli şəkildə rayonun Sırt Yengicə kəndinin sahəliyinə sürüyərək daşımışlar, bundan ötrü dağ ətəyi yoldan istifadə etmişlər. Sahəlik ərazidə isə kabelləri təxminən 1 metrlik hissələrə doğrayaraq Təqsirləndirilən şəxs1 məxsus Mersedes markalı avtomobilə yükləmişlər və həmin avtomobillə üç dəfəyə Qəbələ rayon Sileyli kəndi ərazisinə Təqsirləndirilən şəxs3 həyətinə aparıb boşaltmışlar. Baxış zamanı iş üçün əhəmiyyət kəsb etdiyindən gələcəkdə ekpertizaların təyin edilməsi məqsədi ilə kəsilib götürüldükdən sonra yerdə qalmış elektrik kabellərindən 1 metr uzunluğunda hissəsi tərəfimdən götürülməklə ağ rəngli sellofan torbada qablaşdırılmış və üzəri DİN-in “103” saylı möhürü ilə möhürlənmişdir. Hadisə yerinə baxış zamanı digər əhəmiyyət kəsb edəcək hallara rast gəlinməmişdir. Baxış zamanı foto çəkiliş aparılmış, əldə olunmuş görüntülər foto-cədvəl formasında baxış protokoluna əlavə edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “götürmə aparılması haqqında” qərar və protokoldan görünür ki, istintaqın gedişində Qəbələ rayon Hacallı kəndi ərazisində Şahid1 işlədiyi metal qəbul etmə yerində sonuncunun xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 aldığı 943 kiloqram mis metalına aid 1 metr uzunluğunda mis tərkibli elektrik kabeli Məmmədcan Məmmədxanovdan götürülmüş, ağ rəngli sellofan torbada qablaşdırılmış və üzəri DİN-in “103” saylı möhürü ilə möhürlənmişdir. Götürmə aparılan zaman foto çəkiliş aparılmış, əldə olunmuş görüntülər foto-cədvəl formasında protokola əlavə edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “istintaq eksperimentinin aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus Mersedes Benz markalı, ** ZR *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə 1 metrlik elektrik kabellərinin yerləşib-yerləşməməsinin müəyyən edilməsi məqsədi ilə istintaq eksperimenti keçirilmişdir. Eksperiment keçirilən zaman aydın şəkildə müşahidə edilmişdir ki, Təqsirləndirilən şəxs1 məxsus Mersedes Benz markalı, ** ZR *** dövlət qeydiyyat nişanlı minik avtomobilin baqaj, salon və ön sərnişin oturacağı hissəsinə 1 metrlik elektrik kabelləri yerləşir. həmin 1 metrlik elektrik kabellərinin tam şəkildə avtomobilin baqaj, salon və ön sərnişin oturacağı hissəsinə yığılması mümkündür. istintaq eksperimentində iştirak edən Təqsirləndirilən şəxs1 bildirmiş ki, elektrik kabellərini tanışları, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la birlikdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin 18 mərtəbəli binasının zirzəmi hissəsindən oğurlayıb meşəlik sahəyə, yəni MMCnin ərazisindən kənara avtomobili saxladığı yerə gətirib orada 1 metrlik hissələrə kəsdikdən sonra avtomobilin baqaj, salon və ön sərnişin oturacağı hissəsinə yığaraq 3 relsə aparıb Qəbələ rayon Sileyli kəndi ərazisinə Təqsirləndirilən şəxs3 həyətinə boşaltmışdır. Əlavə olaraq isə Təqsirləndirilən şəxs1 bildirmiş ki, MMC-nin ərazisindən Təqsirləndirilən şəxs3 həyətinə gedən yolun yarısı asfalt örtüklü, yarısı da kənd daxili yol olduğundan ona 15 dəqiqə müddət kifayət edirmiş ki, kabelləri Təqsirləndirilən şəxs3 həyətinə aparıb boşaldaraq geri qayıtsın. Eksperiment keçirilən zaman foto çəkiliş aparılmış, əldə olunmuş görüntülər foto-cədvəl formasında protokola əlavə edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “götürmə aparılması haqqında” qərar və protokoldan görünür ki, istintaqın gedişində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 maddi ziyanın ödnilməsi məqsədi ilə 9440 manat pulu istintaqa təqdim etmiş və 9440 manat pul gələcəkdə maddi ziyanın ödənilməsi üçün şöbənin depozitinə verilməsi məqsədi ilə təqsirləndirilən şəxslərdən götürülməklə zərfdə qablaşdırılmış və üzəri DİN-in “103” saylı möhürü ilə möhürlənmiş və xx.xx.2022-ci il tarixli “Maddi ziyanın ödənilməsi məqsədi ilə təqdim edilmiş pulun depozitə verilməsi barədə” qərarla şöbənin depozit hesabına verilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “istintaq eksperimentinin aparılması haqqında” protokoldan görünür ki, tərəfimdən 1 metr uzunluğunda üzəri soyulmamış elektrik kabelinin və 1 metr uzunluğunda təmizlənmiş mis tərkibli elektrik kabelinin çəkisinin, eləcə də 943 kiloqram mis metalının neçə metr təşkil etdiyinin müəyyən edilməsi məqsədi ilə istintaq eksperimenti keçirilmişdir. Eksperiment keçirilən zaman aydın şəkildə müşahidə edilmişdir ki, elektrik kabelinin üzərində lentşəkilli izolyasiya təbəqəsi vardır və əvvəlcə həmin təbəqə tərəfimdən soyulmuşdur. Daha sonra üzərində plastik izolyasiyalı olan 1 metr uzunluğunda elektrik kabeli “VENDS” markalı elektron tərəzi ilə çəkilmiş və çəkisinin 4 kiloqram 530 qram olduğu müəyyən edilmişdir. Beləliklə o da müəyyən edilmişdir ki, 236 metr uzunluğunda üzəri sadəcə plastik izolyasiyalı elektrik kabelinin ümumi çəkisi 1069 kiloqram edir. 1069 kiloqram üzəri sadəcə plastik izolyasiyalı elektrik kabelinin Təqsirləndirilən şəxs1 məxsus Mersedes Benz markalı, ** ZR *** dövlət qeydiyyat nişanlı minik avtomobillə 3 relsə aparılması nəzərə alınmaqla, avtomobillə hər relsə 300-400 kiloqram arası elektrik kabelinin aparıldığı müəyyən edilmişdir. Bundan əlavə 1 metr uzunluğunda üzərindəki plastik izolyasiya soyulduqdan sonra içərisində olan mis tərkibli elektrik kabeli elektron tərəzi ilə çəkilmiş və 1 metr uzunluğunda elektrik kabelinin çəkisinin 3 kiloqram 995 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 MMC-nin 18 mərtəbəli inazibati binasının zirzəmi hissəsindən oğurlayıb xx.xx.2022-ci il tarixdə Şahid1 satdıqları mis metalının ümumi çəkisinin 943 kiloqram olduğu və 1 metr uzunluğunda elektrik kabelinin içərisindəki mis metalın çəkisinin 3 kq 995 qram olduğu nəzərə alınaraq 943 kiloqram mis metalın elektrik kabeli şəklində uzunluğunun həqiqətən də 236 metr olduğu müəyyən edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10 may 2022-ci il tarixli materialların məhkəmə ekpertizası, metal və daşların tədqiqi, məhkəmə iqtisad ekspertizası və ərzaq və sənayə mallarının əmtəəşünaslıq tədqiqi üzrə ekspertizasının 9/2589 və 6/2150 saylı rəylərindən görünür ki, ekspertizaya təqdim edilmiş - üzərində “220590023 saylı cinayət işi üzrə hadisə yerinə baxış zamanı götürülmüş 01 ədəd naqil” mətni icra edilmiş bükümdə olan 1 ədəd kabel nümunəsinin üzərində korroziya ləkələri olan metal izolyasiya təbəqəsi dəmir əsaslı ərintidən, metal ekran təbəqəsi qurğuşun əsaslı ərintidən, dörd ədəd damarın əsasını təşkil edən qırmızımtıl-sarı rəngli məftilləri mis əsaslı ərintidən hazırlanmışdır. -üzərində “220590023 saylı cinayət işi üzrə Şahid1 təqdim etdiyi 01 ədəd mis naqil” qırmızı-sarı rəngli məftillərdən ibarət metal nümunə mis əsaslı ərintidən hazırlanmışdır. - təqdim edilmiş kabel nümunəsinin dörd ədəd damarının əsasını təşkil edən qırmızımtılsarı rəngli məftillər ilə təqdim edilmiş qırmızımtıl-sarı rəngli məftillərdən ibarət metal nümunə hər ikisi mis əsaslı ərintidən hazırlanmışdır. - Tədqiqata təqdim edilmiş nümunə əsasında kabelin 1 metrinin 2022-ci ilin mart ayına olan orta bazar qiyməti təxminən 40,00 manat müəyyən edilmişdir. İşdə olan Qəbələ RMX PHŞ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, 1088 saylı məktubdan görünür ki, Qəbələ rayon Zalam kəndində qeydiyyatda olmaqla yaşayan, xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2, Qəbələ rayon Məlikli kəndində qeydiyyatda olmaqla yaşayan xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs4, Qəbələ rayon Məlikli kənd sakini xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1, Qəbələ rayon Sileyli kənd sakini xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs3 və Qəbələ rayon Vəndam qəsəbə sakini xx.xx.1969-cu il təvəllüdlü X10 RMX-nın PHŞ-nin poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji xəstəlikləri kabinetlərində qeydiyyatda deyildirlər. İşdə olan 24 iyun 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, hadisə yerinə baxış keçirilən zaman götürülmüş 1 metr uzunluğunda elektrik kabeli və Şahid1 nümunə kimi götürülmüş 1 metr uzunluğunda elektrik kabeli müddi sübut kimi tanınmış və saxlanmaları üçün Qəbələ rayon polis şöbəsinin saxlama kamerasına təhvil verilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 məhkumluğu olmayan şəxslərdir. İşə əlavə edilmiş Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Məlikli kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İşə əlavə edilmiş Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Məlikli kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İşə əlavə edilmiş Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Siləyli kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İşə əlavə edilmiş Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Zalam kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İşə əlavə edilmiş Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Məlikli kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş 12 aprel 2022-ci il tarixli, 50 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ailə tərkibi həyat yoldaşı X11, uşaqları xx.xx.2003-cü il təvəllüdlü X15, xx.xx.2006-cı il təvəllüdlü X12 və xx.xx.2013-cü il təvəllüdlü X5 ibarətdir. İşə əlavə edilmiş Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Məlikli kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş 12 aprel 2022-ci il tarixli, 51 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs4 ailə tərkibi həyat yoldaşı X9, uşaqları xx.xx.2014-cü il təvəllüdlü X19, xx.xx.2016-cı il təvəllüdlü X14 və xx.xx.2018-ci il təvəllüdlü X6 ibarətdir. İşə əlavə edilmiş Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Siləyli kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş 12 aprel 2022-ci il tarixli, 17 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 ailə tərkibi həyat yoldaşı X8, uşaqları xx.xx.2010-cu il təvəllüdlü X16 və xx.xx.2012-ci il təvəllüdlü X13 ibarətdir. İşə əlavə edilmiş Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Zalam kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş 01 iyun 2022-ci il tarixli, 76 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ailə tərkibi həyat yoldaşı X20, uşaqları xx.xx.2010-cu il təvəllüdlü X17, xx.xx.2011-ci il təvəllüdlü X24 və xx.xx.2015-ci il təvəllüdlü X2 ibarətdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs3 həyat yoldaşı X8 “Paranoid şizofreniya, ruhi sferanın qüsuru ilə” diaqnozu ilə İİ qrup əlildir. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iş üzrə təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olaraq bir qrup şəxs halında zərərçəkmiş şəxsə məxsus müəssisədən özgə əmlakını gizli yolla talamaqla zərərçəkmiş şəxsə maddi ziyan vurmaları, yəni Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir və onlar, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələbinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarların şəxsiyyətləri, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələbinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 barəsində ittiham hökmü çıxarmağı məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində cəza məsələsini müzakirə edərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olaraq, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışıq əldə etməsini və dəymiş ziyanı aradan qaldırmasını və himayəsində azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, müsbət xarakterizə edilməklə şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cəza məsələsini müzakirə edərkən, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nın 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon icra və probasiya şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi yaşadığı yer üzrə Qəbələ rayon icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 05 aprel 2022-ci il tarixli qərardan göründüyü kimi, Təqsirləndirilən şəxs1 05 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli isə 05 aprel 2022-ci il saat 20:10-dan hesablanmış, 07 aprel 2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də onun həbsdə saxlanıldığı iki gün müddət Azırbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə hesablamaqla təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində cəza məsələsini müzakirə edərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olaraq, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş ziyanı aradan qaldırmasını və himayəsində azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, müsbət xarakterizə edilməklə şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cəza məsələsini müzakirə edərkən, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs2 şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nın 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon icra və probasiya şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi yaşadığı yer üzrə Qəbələ rayon icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 05 aprel 2022-ci il tarixli qərardan göründüyü kimi, Təqsirləndirilən şəxs2 05 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli isə 05 aprel 2022-ci il saat 20:22-dən hesablanmış, 07 aprel 2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də onun həbsdə saxlanıldığı iki gün müddət Azırbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə hesablamaqla təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs4 barəsində cəza məsələsini müzakirə edərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olaraq, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs4 zərərçəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş ziyanı aradan qaldırmasını və himayəsində azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs4 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, müsbət xarakterizə edilməklə şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cəza məsələsini müzakirə edərkən, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs4 şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nın 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs4 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Təqsirləndirilən şəxs4 ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs4 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon icra və probasiya şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs4 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi yaşadığı yer üzrə Qəbələ rayon icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 05 aprel 2022-ci il tarixli qərardan göründüyü kimi, Təqsirləndirilən şəxs4 05 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli isə 05 aprel 2022-ci il saat 20:33-dən hesablanmış, 07 aprel 2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də onun həbsdə saxlanıldığı iki gün müddət Azırbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə hesablamaqla təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 barəsində cəza məsələsini müzakirə edərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olaraq, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş ziyanı aradan qaldırmasını, himayəsində azyaşlı övladının olmasını və İİİ qrup əlil olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, müsbət xarakterizə edilməklə şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cəza məsələsini müzakirə edərkən, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs3 şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, özünün İİİ qrup, həyat yoldaşının isə İİ qrup əlil olmasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nın 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs3 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Təqsirləndirilən şəxs3 ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək (özünün və ailə üzvlərinin müalicəsi ilə əlaqədar Bakı-Oğuz-Şəki şəhərlərinə getmək istisna olmaqla), elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs3 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon icra və probasiya şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi yaşadığı yer üzrə Qəbələ rayon icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 05 aprel 2022-ci il tarixli qərardan göründüyü kimi, Təqsirləndirilən şəxs3 05 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli isə 05 aprel 2022-ci il saat 20:45-dən hesablanmış, 07 aprel 2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də onun həbsdə saxlanıldığı iki gün müddət Azırbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə hesablamaqla təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. İş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri cəmi 110 (bir yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərkən, maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs1 məxsus Mersedes Benz markalı, ** ZR *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalı, iş üzrə maddi sübut qismində tanınmış və Qəbələ RPŞ-də saxlanılan 01 ədəd elektrik kabeli və 01 ədəd elektrik naqili hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş şəxsə qaytarılmalıdır. İş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxslər barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Qəbələ rayon vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi4 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkillər tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatlardan görünür ki, Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs1 məhkəmə baxışı dövründə hüquqlarını 13 saat müddətində və Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi4 Təqsirləndirilən şəxs4 məhkəmə baxışı dövründə hüquqlarını 10 saat müddətində müdafiə etmişdir. Məhkəmə cinayət işi üzrə keçirilmiş məhkəmə iclaslarının protokollarını araşdırıb, cinayət işinin həcmini nəzərə alaraq hesab edir ki, Müdafiəçi1 və Müdafiəçi4 müdafiəçi qismində iş materialları ilə tanış olmaqla, keçirilmiş hazırlıq və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 saat sərf etmişlər. Odur ki, Təqsirləndirilən şəxs1 göstərilmiş 10 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi1 60 manat məbləğində pul və Təqsirləndirilən şəxs4 göstərilmiş 10 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi4 60 manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə istintaqında tədqiq olunaraq müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 tərəfindən zavoda 9440 (doqquz min dörd yüz qırx) manat ziyan vurulmuş, həmin ziyan cinayət işinin istintaqı zamanı təqsirləndirilən şəxslər tərəfindən ödənilmiş və müstəntiqin xx.xx.2022-ci il tarixli “Maddi ziyanın ödənilməsi məqsədi ilə təqdim edilmiş pulun depozitə verilməsi barədə” qərarı ilə şöbənin depozit hesabına verilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, məhkəmə zamanı zərərçəkmiş şəxsin nümayəndəsinin izahatından müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası "xxxx" MMC Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidmətinin tərkibindədir. Bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxslər tərəfindən vurulmuş zərərin əvəzi olaraq ödədikləri məbləğin depozit hesabdan çıxarılaraq dövlət büdcəsinə ödənilməsini əsalı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 oğlunun 05 aprel 2022-ci il tarixdən 07 aprel 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla ona təyin edilmiş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 oğlunun 05 aprel 2022-ci il tarixdən 07 aprel 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla ona təyin edilmiş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs4 oğlunun 05 aprel 2022-ci il tarixdən 07 aprel 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla ona təyin edilmiş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs4 ona təyin edilmiş qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs4 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs4 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs3 oğlunun 05 aprel 2022-ci il tarixdən 07 aprel 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla ona təyin edilmiş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 ona təyin edilmiş qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, (özünün və ailə üzvlərinin müalicəsi ilə əlaqədar Bakı-Oğuz-Şəki şəhərlərinə getmək istisna olmaqla) elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 tutularaq dövlət büdcəsinə ödənilsin. (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X7, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). İş üzrə maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs1 məxsus Mersedes Benz markalı, ** ZR *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut qismində tanınmış və Qəbələ RPŞ-də saxlanılan 01 ədəd elektrik kabeli və 01 ədəd elektrik naqili hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş şəxsə qaytarılsın. Müvəqqəti saxlanılması üçün Qəbələ RPŞ-nin depozit hesabına köçürülmüş 9440 (doqquz min dörd yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidmətinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 göstərilmiş 10 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi1 60 manat məbləğində pul və Təqsirləndirilən şəxs4 göstərilmiş 10 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi4 60 manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökm elan olunduğundan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №1(025)-23/2022
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-23/2022
22.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver