Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-23/2023 10.07.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi - Qəbələ rayon Vəkil Bürosunun vəkili – Müdafiəçi və təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Qəbələ rayonu, Bum kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Bum kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 11:30 radələrində nəqliyyat vasitələrini idarə etmək hüququ olmaqla etibarnamə ilə faktiki sahibliyində olan Vaz 11183 minik markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ rayon yerli əhəmiyyətli Həmzəlli-Cığatelli yolunun Həmzəlli kəndinin mərkəzindən keçən hissəsində buz örtüklü yolla rayonun Bum qəsəbəsi istiqamətində öz hərəkət zolağı ilə saatda 40-50 kilometr sürətlə hərəkətdə olarkən “X8” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı olduğu halda adı çəkilən Qanunun yuxarıda göstərilən tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, göstərilən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq, yəni, yol şəraitinin buz örtüklü olmasını nəzərə almadan yol hərəkəti üçün təhlükəsiz şərait yaratmamış, hərəkət zamanı diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə etməsindən ayırmış, avtomobilin öz hərəkət zolağında dayanıqlı hərəkətini təmin etməmiş, avtomobili yol şəraitinə uyğun sürətlə hərəkət etdirməmiş, bununla da avtomobilin idarəetməsini itirmiş, avtomobili buzlu yol örtüyü üzərində sürüşüb yoldan çıxaraq yolun sağ kənarında ehtiyat hissədə dayanaraq etirbanamə əsasında faktiki sahibliyində olan Chevrolet Niva 2123 minik markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilə yük yığan piyada xx.xx.1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs avtomobilinin sağ yan tərəfi ilə vurmuş, nəticədə ehtiyatsızlığından sonuncuya açıq kəllə beyin travması, subdural hematoma, baş beyinin əzilməsi, sol alın və gicgah sümüklərinin qəlpəli kompression sınıqları, sol almacıq sümüyünün sınığı, alının sol tərəfinin əzilmişcırılmış yarası, sol göz ətrafının qançırı, hər iki diz oynaqlarının arxa səthinin əzilmiş, sıyrılmış yaraları, hər iki baldırın ön səthinin sıyrıqları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi üzrə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10 fevral 2023-cü il tarixdə saat 11:30 radələrində həmin avtomobili idarə edərək rayonun Həmzəlli kəndinin içərisindəki asfalt yolla üzü Bum qəsəbəsi istiqamətdə sağ hərəkət zolağı ilə öz yolunda hərəkət edirmiş. Avtomobilin sürəti təxminən 40-50 km/saat olarmış. Həmin gün hava qarlı, yol da buzlu imiş.Asfalt örtük demək olar ki, görünmürmüş, bütün buz və qar bağlamışdır. Nəqliyyat vasitəsini idarə etdikdə, yaxud elə piyada şəkildə asfaltın üzərinin çox sürüşkən olduğu aşkar hiss edilirmiş. Həmzəlli kəndinin mərkəzindəki hərəkət yolunun sağındakı mağazanın qarşısında saxlayaraq orada alver etmək niyyəti varmış. Həmzəlli kəndinin mərkəzinə çatmamış təxminən 20-25 metr məsafədən avtomobilini dönmək üçün bir qədər sağa, mağazaya tərəf meyilləndirmişdir. Bu zaman qəflətən avtomobili buzlu yolda fırlanmağa başlamışdır.Belə ki, avtomobilinin sol arxa tərəfi fırlanaraq yolun sağındakı səkiyə tərəf çevrilmiş və arxa sol təkəri yolun sağındakı səkiyə dəymiş, zərbədən sonra isə avtomobilinin qabaq sağ yan tərəfi, yəni, sərnişin qapısı hissəsindən yolun kənarında dayanmış Şevrolet Niva markalı avtomobilin arxa hissəsindən zərbə ilə çırpılmışdır. Şevrolet Niva markalı avtomobil yerində sürüşərək bir qədər Bum qəsəbə istiqamətdə gedərək dayanmışdır. Öz avtomobili isə çevrilib üzü Qəbələ şəhəri istiqamətdə dayanmışdır. Dərhal avtomobilindən yerə düşmüş, bu zaman avtomobilinin sağ tərəfində yerdə bir oturmuş vəziyyətdə sifəti qan içində əvvəllər tanımadığı cavan bir oğlan varmış. Həmin şəxs xəsarət almışdır. Avtomobili çevrilən zaman vurub xəsarət yetirdiyini bilmişdir. Belə ki, həmin şəxsin Şevrolet Niva markalı avtomobillə avtomobilinin sağ yan tərəfi arasında sıxılıb qalmışdır. Ancaq birbaşa olaraq həmin piyadanı vurmağını görməmişdir. Belə ki, avtomobili çevrilməyə başlayan anda artıq onu ram etməyə çalışırmış. Buna baxmayaraq avtomobili elə çevrilməmişdən Həmzəlli kəndində Şamo adlı şəxsin mağazasının qarşısında həmin Şevrolet Niva markalı avtomobilin ön tərəfi Bum qəsəbəsi istiqamətdə dayanmasını görmüş, lakin, piyada orada olmamışdır. Ola bilər ki, avtomobili çevrilməyə başlayan zaman diqqət etməmiş və həmin piyada avtomobilin arxasına keçmişdir. Hadisə yerində dayanmış, oraya toplaşan şəxslər dərhal təcili tibib yardıma zəng edərək məlumat vermiş, xəsarət almış şəxsi xəstəxanaya aparmışlar.Avtomobilinin qabaq sağ sərnişin qapı hissəsi əzilmişdir. Şevrolet Niva markalı avtomobilin də arxa hissəsində zərbə izləri varmış.Hadisə yerində dayanıb polis əməkdaşlarını gözləmiş, onlarla birgə hadisə yerinə keçirilən baxışda iştirak etmişdir.Hadisə yerini təqdim etmiş, fotoşəkillər çəkilmiş, tərtib edilmiş baxış protokolunu və sxemi tanış olaraq imzalamışdır. Sonradan ehtiyatsızlıqdan vuruduğu piyadanın Qəbələ rayon Abrıq kənd sakini Zərərçəkmiş şəxs, Şevrolet Niva markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin də həmin şəxsin olduğunu bilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 10 fevral 2023-cü il tarixdə saat 11:30 radələrində Qəbələ rayon Həmzəlli kəndində Şamo adlı şəxsin mağazasının qarşısında yol kənarında Şevrolet markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilini üzü Bum qəsəbəsi istiqamətdə yolun sağında ehtiyat hissədə saxlayaraq avtomobilinin arxa yük yerini açıb oraya mağazadan aldığı bəzi yükləri yığırmış. Arxası Qəbələ şəhəri istiqamətdə olmuşdur. Həmin gün hava qarlı, şaxtalı, yolun asfaltın üzəri isə buzlu və sürüşkən imiş. Bu zaman güclü zərbənin təsirindən yerə yıxılmış, bundan sonra baş verənləri xatırlaya bilmir. Bir neçə gün sonra ayılanda özünü xəstəxanada görmüşdür. Məlum olmuş ki, Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 11183 minik markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən qəflətən yoldan çıxmış və onu vurmuşdur. Başından, ayaqlarından, üz sümüklərindən xəsarətlər alaraq ağır əməliyyat keçirmişdir. Xəstəxanada uzun müddət yatmışdır. Hazırda əməliyyatı bitməmişdir. Növbəti dəfə əməliyyat olmalıdır. Sonda isə Təqsirləndirilən şəxs şikayətçi olduğunu, dəymiş ziyanın tam ödənilməsini tələb etmiş, Təqsirləndirilən şəxs daha ağır cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, 10 fevral 2023-cü il tarixdə saat 11:30 radələrində Qəbələ rayon Həmzəlli kəndində iş yoldaşı Tağı Əkbərovla birgə post patrul xidmətində imiş. Həmin vaxt qış ayı olduğu üçün hava şaxtalı, asfalt isə tam buzlu, sürüşkən olmuşdur. Bu zaman Həmzəlli kənd sakini Vasif adlı şəxs onun mobil telefonuna zəng edərək “Şamonun marketinin qarşısında piyada vurulub” demiş, oraya gəlməyini istəmişdir. Tağı Əkbərovla birgə xidməti avtomobilini idarə edərək həmin yerə gəlmişdir. Belə ki, hadisə yerindən təxminən 500 metr Qəbələ şəhəri istiqamətdə olmuşlar. Hadisə yerinə çatanda xəsarət almış, vurulmuş piyada Zərərçəkmiş şəxs üzü yuxarı yerdə uzanmış vəziyyətdə görmüşdür. Hadisə yerində Arazın Vaz 11183 markalı avtomobili qabaq sağ qapısı əzilmiş vəziyyətdə dayanmış, özü də hadisə yerində imiş. Bundan başqa X4 markalı avtomobili hadisə yerində üzü Bum qəsəbəsi istiqamətdə dayanmışdır. Dərhal təcili tibbi yardıma, eləcə də rayon polis şöbəsinə məlumat vermişdir. Hadisə yerində olan xatırlamadığı şəxslər bildirmişlər ki, Arazın idarə etdiyi avtomobil hadisədən əvvəl Bum qəsəbəsi istiqamətdə hərəkətdə olmuş, həmin vaxt Xeyirbəy isə Şevrolet Niva markalı avtomobilin arxasına nəsə yük yığırmış.Bu vaxt Arazın idarə etdiyi Vaz 11183 markalı avtomobili sürüşərək yoldan çıxıb Xeyirbəyi vurmuş, X7 ilə həmin avtomobilin arasında qalmışdır. Özü, həmçinin, torplamış şəxslərin köməkliyi ilə xəsarət almış X5 markalı avtomobilə yerləşdib xəstəxanaya aparmağa başlamışlar. Təxminən 150-200 metr Qəbələ şəhəri istiqamətdə getdikdən sonra təcili tibbi yardım avtomobilinin hadisə yerinə getdiyini görüb onu saxlayıb Xeyirbəyi təcili tibbi yardım avtomobilinə yerləşdirib xəstəxanaya yola salmış, özü isə Şevrolet Niva markalı avtomobili idarə edərək onu geri hadisə yerinə gətirmişdir. Az sonra hadisə yerinə Qəbələ rayon polis şöbəsinin baş müstəntiqi gəlmiş, onun, iki nəfər hal şahidinin, sürücü Təqsirləndirilən şəxs, iştirakı ilə hadisə yerinə baxış keçirməyə başlamış, müəyyən edilmişdir ki, piyada Zərərçəkmiş şəxs Bum qəsəbəsi istiqamətdə Şamo adlı şəxsin işlətdiyi marketin qarşısında yolun ehtiyat hissəsində dayanmış vəziyyətdə olarkən Arazın idarə etdiyi Vaz 11183 markalı avtomobil tərəfindən ehyatsızlıqdan vurulmuşdur. Hadisə yerini Təqsirləndirilən şəxs özü təqdim etmişdir.Müstəntiq tərəfindən çoxlu sayda digər ölçmə işləri aparılmış, lakin, həmin ölçüləri xatırlamır. Baxışın sonunda müstəntiq tərəfindən tərtib edilmiş sxem və protokol ilə tanış olaraq imzalamışdır. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, 10 fevral 2023-cü il tarixdə saat 11:30 radələrində Qəbələ rayon Həmzəlli kəndində “Şamo” adlı şəxsin mağazasının yanında imiş. Həmin vaxt qış ayı olduğu üçün hava şaxtalı, asfalt isə tam buzlu, sürüşkən olmuşdur. Bu zaman sonradan adını bildiyi Xeyirbəy adlı şəxs marketin qarşısında təxminən 2-3 metr asfaltın ortasına tərəf yerdə Şevrolet Niva markalı avtomobilin yük yerinə nəsə yerləşdirirmiş. Bu anda Qəbələ şəhər tərəfdən üzü Bum qəsəbəsi istiqamətdə Vaz 11183 markalı avtomobilin təxminən 35 km/saat sürətlə hərəkət etdiyini, Vaz 11183 markalı avtomobilin tormoz səsi edərək qəflətən sürüşərək yolun tam kənarına səkiyə tərəf gəldiyini, təkərlərinin səkiyə dəyərək təxminən 14-15 metr mağazanın qarşısı tərəfə gəldiyini görmüşdür. Avtomobil artıq çevrilmişdir və həmin vaxt Xeyirbəyin üzərinə gedirmiş. “Qaç, qaç” deyə qışqıraraq Xeyirbəyin çəkilməsini istəmiş, ancaq gec olmuş və sürüşən avtomobilin qabaq sağ tərəfi Xeyirbəyə dəymiş, Xeyirbəy həmin avtomobillə yük yığdığı Şevrolet Niva markalı avtomobilin arxa qapısı arasında qalmış, yerə yıxılmış, sürüşən avtomobil dayanmışdır. Vaz 11183 markalı avtomobilin qabaq sağ qapı hissəsi əzilmişdir. Sürücü Təqsirləndirilən şəxs avtomobilindən yerə düşmüş, oraya post patrul xidməti əməkdaşı Şahid1 gəlmişdir. Həmçinin, təcili tibbi yardıma məlumat verilmişdir. Orada olan kənd sakinləri, Şahid1, eləcə də sürücü Araz köməklik edərək Xeyirbəyi öz avtomobili olan Şevrolet Niva avtomobilinə xəstəxanaya yola salmaq üçün yerləşdirmişlər. X9 markalı avtomobili idarə edərək Xeyirbəyi xəstəxanaya aparmağa başlamış, təxminən 200 metr Qəbələ şəhəri istiqamətdə gedərək uzaqlaşmışlar ki, təcili tibbi yardım avtomobili gəlmiş, xəsarət almış şəxs X5 markalı avtomobildən düşüb onu təcili tibbi yardım avtomobilinə mindirib xəstəxanaya aparmışlar. Şevrolet Niva markalı avtomobil hadisə yerinə qayıtmışdır. Az sonra oraya polis şöbəsindən müstəntiq gəlmiş, ondan hadisə yerinə keçirilən baxışda hal şahidi qismində iştirak etməyini xahiş etmişdir. Razılıq vermiş, hüquq və vəzifələri izah edilmiş, sonra başqa bir hal şahidi, həmkəndlisi Şahid2, onun, sürücü Təqsirləndirilən şəxs və polis əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilməyə başlanmışdır. Müəyyən edilmişdir ki, piyada yolun Bum qəsəbəsi istiqamətdə sağında mağazanın qarşısında ehtiyat hissədə vurulmuşdur. Təqsirləndirilən şəxs özü hadisə yerini təqdim edirmiş. Müstəntiq tərəfindən çoxlu sayda digər ölçmə işləri aparılmış, lakin, həmin ölçüləri xatırlamır. Baxışın sonunda müstəntiq tərəfindən tərtib edilmiş sxem və protokol ilə tanış olaraq imzalamışdır. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, 10 fevral 2023-cü il tarixdə saat 11:30 radələrində Qəbələ rayon Həmzəlli kəndində “Şamo” adlı şəxsin mağazasının yanında xatırlamadığı kənd sakinləri ilə birgə dayanıb söhbət edirmiş. Həmin vaxt qış ayı olduğu üçün hava şaxtalı, asfalt isə tam buzlu, sürüşkən imiş. Bu zaman sonradan adını bildiyi Xeyirbəy adlı şəxs marketin qarşısında təxminən 2-3 metr asfaltın ortasına tərəf yerdə Şevrolet Niva markalı avtomobilin yük yerinə nəsə yerləşdirirmiş. Bu anda Qəbələ şəhər tərəfdən üzü Bum qəsəbəsi istiqamətdə Vaz 11183 markalı avtomobilin təxminən 30-35 km/saat sürətlə hərəkət etdiyini görmüşdür. Vaz 11183 markalı avtomobilin tormoz səsi edərək qəflətən sürüşərək yolun tam kənarına səkiyə tərəf gəldiyini, təkərlərinin səkiyə dəyərək təxminən 15-16 metr mağazanın qarşısına hərəkət etdiyini görmüş, avtomobil artıq çevrilmiş və həmin vaxt sürüşən avtomobilin qabaq sağ tərəfi Xeyirbəyə dəymiş, Xeyirbəy həmin avtomobillə yük yığdığı Şevrolet Niva markalı avtomobilin arxa qapısı arasında qalmış, yerə yıxılmış, sürüşən avtomobil dayanmışdır. Vaz 11183 markalı avtomobilin qabaq sağ qapı hissəsi əzilmişdir. Sürücü Təqsirləndirilən şəxs avtomobildən yerə düşmüş, oraya post patrul xidməti əməkdaşı Şahid1 gəlmişdir. Həmçinin, təcili tibbi yardıma məlumat verilmişdir.Orada olan kənd sakinləri, Xətail eləcə də Araz köməklik edərək Xeyirbəyi özünün Şevrolet Niva avtomobilinə xəstəxanaya yola salmaq üçün yerləşdirmişlər. X9 markalı avtomobili idarə edərək Xeyirbəyi xəstəxanaya aparmağa başlamış, təxminən 200 metr Qəbələ şəhəri istiqamətdə gedərək uzaqlaşmışlar ki, təcili tibbi yardım avtomobili gəlmiş, xəsarət almış şəxs X5 markalı avtomobildən düşürüb təcili tibbi yardım avtomobilinə mindirib xəstəxanaya aparmışlar. Şevrolet Niva markalı avtomobil hadisə yerinə qayıtmışdır. Az sonra oraya polis şöbəsindən müstəntiq gəlmiş, ondan hadisə yerinə keçirilən baxışda hal şahidi qismində iştirak etməyini xahiş etmişdir.Razılıq vermiş, hüquq və vəzifələri izah edilmiş, sonra başqa bir hal şahidi, həmkəndlisi Şahid3, onun, sürücü Təqsirləndirilən şəxs və polis əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilməyə başlanmışdır. Müəyyən edilmişdir ki, piyada yolun Bum qəsəbəsi istiqamətdə sağında mağazanın qarşısında ehtiyat hissədə vurulmuşdur. Təqsirləndirilən şəxs özü hadisə yerini təqdim edirmiş. Müstəntiq tərəfindən çoxlu sayda digər ölçmə işləri aparılmış, lakin, həmin ölçüləri xatırlamır. Baxışın sonunda müstəntiq tərəfindən tərtib edilmiş sxem və protokol ilə tanış olaraq imzalamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs vəsatətinə əsasən şahid qismində dindirilmiş X6 ifadəsində dəymiş ziyanla bağlı Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X10 18 mart 2023-cü il tarixli 54 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində açıq kəllə beyin travması, subdural hematoma, baş beyinin əzilməsi, sol alın və gicgah sümüklərinin qəlpəli kompression sınıqları, sol almacıq sümüyünün sınığı, alının sol tərəfinin əzilmiş-cırılmış yarası, sol göz ətrafının qançırı, hər iki diz oynaqlarının arxa səthinin əzilmiş sıyrılmış yaraları, hər iki baldırın ön səthinin sıyrıqları və sol alın təpə gicgah nahiyəsinin kəsilmiş yaraları kimi xəsarətləri vardır.Açıq kəllə beyin travması, subdural hematoma, baş beyinin əzilməsi, sol alın və gicgah sümüklərinin qəlpəli kompression sınıqları, sol almacıq sümüyünün sınığı, alının sol tərəfinin əzilmiş-cırılmış yarası, sol göz ətrafının qançırı, hər iki diz oynaqlarının arxa səthinin əzilmiş sıyrılmış yaraları, hər iki baldırın ön səthinin sıyrıqları küt alətin(əşyaların) təsirindən müayinə olunanın göstərdiyi tarixdə və şəraitdə, yəni, 10 fevral 2023-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində piyadada törənə bilər. Bədən xəsarətləri ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aiddir. Başın sol alın-təpə-gicgah nahiyəsinin nal şəkilli kəsilmiş yarası onun üzərində 10 fevral 2023-cü il tarixdə saat 18:30 radələrində aparılmış cərrahi əməliyyat zamanı törənmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 mart 2023-cü il tarixli 8/631 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Vaz 11183 minik markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs Əirza oğlunun hərəkətlərində “X8” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Mövcud metodikanın tələblərinə əsasən piyadalar məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və piyadaların hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmədiyindən piyadaların hərəkətlərinin tədqiqi ekspertin səlahiyyətinə aid deyildir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X3” Hüquqi Şəxsin 28 fevral 2023-cü il tarixli 716/K saylı məhkəmə-kimyəvi rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər(həmçnin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid(çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. İşdə olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 10 fevral 2023-cü il tarixli 22 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən tarixdə 10 fevral 2023-cü il tarixdə ayıq vəziyyətdə olmuşdur. İşdə olan Qəbələ RPŞ-nin DYPB-nin rəisi Aydın Heydərovun 19 may 2023-cü il tarixli raportundan görünür ki, Qəbələ rayon Bum qəsəbə sakini Təqsirləndirilən şəxs adına Azərbaycan Respublikası DİN-in X2 “BC” kateqoriyalı AF220194 saylı (xx.xx.2016xx.xx.2026) sürücülük vəsiqəsi qeydə alınmışdır. Sürücülük hüququ məhdudlaşdırılmamışdır. Yol hərəkəti qanunvericiliyinin tələblərini pozduğuna görə barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 328.1-ci, xx.xx.2022-ci il tarixdə İXM-nin 342.5-ci, xx.xx.2023-cü il tarixdə isə İXM-nin 328.1-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib edilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin özünün istintaq və ilkin məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, ekspert rəyləri, digər iş materialları ilə onun idarə etdiyi avtomobillə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayətin törədilməsini, törətdiyi əməli etiraf edib səmimi peşimançılıq hissi keçirməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunduğunu cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəza çəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan VAZ 11183 minik markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Təqsirləndirilən şəxs sərəncamında saxlanılmış hesab edilməli, bir ədəd CD-disk cinayət işi materiallarında saxlanılmalı və bir ədəd videomüşahidə kamerası, 4 GB tutumlu mikro yaddaş kartı və kamera cihazının qoşulması üçün istifadə edilən adapter sahibi Zərərçəkmiş şəxs sərəncamında saxlanılmış hesab edilməlidir. İş üzrə mülki iddia olmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan VAZ 11183 minik markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Təqsirləndirilən şəxs sərəncamında saxlanılmış hesab edilsin, bir ədəd CDdisk isə cinayət işi materiallarında saxlanılsın və bir ədəd videomüşahidə kamerası, 4 GB tutumlu mikro yaddaş kartı və kamera cihazının qoşulması üçün istifadə edilən adapter sahibi Zərərçəkmiş şəxs sərəncamında saxlanılmış hesab edilsin. . Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №1(025)-23/2023
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-23/2023
10.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver