Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-23/2024 07.10.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X21 və müdafiəçi X4 iştirakı ilə, xx.xx.1988-ci ildə Kəlbəcər rayonu, İstisu qəsəbəsində anadan olmuş, AR vətəndaşı, evli, orta təhsilli, işləməyən, Qəbələ şəhəri, M.Abdulov küçəsi, ev 52, mənzil 204-də yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ondan ötrü məhkəməyə verilmişdir ki, o, xx.xx.2024-cü il tarixdə saat 14:55 dəqiqədə nəqliyyat vasitələrini idarə etmək hüququ olmaqla ayıq vəziyyətdə etibarnamə və yol vərəqəsi olmadan idarə etdiyi "xxxx" MMC-yə məxsus olan “KHAZAR SD MİNİK” marka və modelli, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobillə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Qəbələ şəhəri, H.Əliyev prospekti ərazisindən keçən hissəsində üzü Zarağan kəndi istiqamətində 69.4 km/saat sürətdən artıq sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin və 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq idarə etməməli, nizamlanmayan piyada keçidinə yaxınlaşarkən avtomobilin sürətini hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi həddə qədər azaltmalı, piyada keçidinə daxil olmuş piyadaya yol verməli və bundan sonra hərəkətin təhlükəsizliyinin təmin olunacağına əmin olaraq hərəkətini davam etdirməli olduğu halda və həmin Qanununun yuxarıda göstərilən tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, texniki cəhətdən saz vəziyyətdə olan “KHAZAR SD MİNİK” marka və modelli, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 69,4 km/saatdan artıq sürətlə idarə edib nizamlanmayan piyada keçidinə yaxınlaşarkən avtomobilin sürətini hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi həddə qədər azaltmayaraq və piyada keçidinə daxil olmuş piyadaya yol verməyərək yolu sağdan sola doğru piyada keçidinin üzəri ilə keçən piyada X6 avtomobilinin ön hissəsi ilə vurmuş, nəticədə zərərçəkmiş xx.xx.1968-ci il təvəllüdlü X5 baş beyinin qişalarına və toxumasına qansızma, qara ciyərin, dalağın, mədənin və diafraqmanın travmatik cırılması, bağırsaqların müsariqəsinə qansızma, çanaq sümüklərinin çoxsaylı yerini dəyişən sınığı, travmadan və qanitirmədən sonrakı şok, ağ ciyərlərin əzilməsi, hər iki böyrək ətrafının hematoması, başın sol alın təpə hissəsinin, alının sol qaşüstü, alının sağ yuxarı, sağ gözün bayır bucağı nahiyəsinin, burunun, üst dodağın, alt çənənin, sol budun bayır yuxarı 1/3-nin, sol diz oynağının bayır tərəfinin, sol baldırın ön və bayır orta 1/3-nin, sağ dizin ön aşağı və içəri səthinin, sağ baldırın ön orta-içəri 1/3-nin sıyrıqları və sol bud-çanaq oynağının bayır tərəfinin qançırı kimi dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlərdən xx.xx.2024-cü il tarixdə saat 01:50-də Qəbələ rayon mərkəzi xəstəxanasında ölməsinə səbəb olan yol hərəkət qaydalarını pozma cinayətini törətmişdir. İş üzrə Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ şəhəri, M.Abduyev küçəsi, bina 52, mənzil 204-də yaşayır. xx.xx.2024-cü il tarixdə, saat 14:55-də özünə məxsus olan “KHAZAR SD MİNİK” markalı , ** PX *** dövlət qeydiyyat nişanlı avtomobil saatda təxminən 60-70 km surətlə idarə edərək Qəbələ şəhəri, H.Əliyev prospekti ilə Qəbələ rayon Zarağan kəndi istiqamətində hərəkətdə olarkən Qəbələ Avtovağzalı qarşısındakı piyada keçidini sağdan sola doğru keçən piyadanı təxminən 20,0 metr məsafədən görmüşdür. Həmin vaxt piyada artıq sağ zolağı keçib qurtarmış, sağ zolaqda hərəkətdə olan avtomobil saxlayaraq həmin piyadaya yol verdiyi üçün həmin anadək o, piyadanı görə bilməmişdir. Piyada bir addım arxaya və bir addım qarşıya doğru hərəkət edərək yolun ortasında dayanmış, o, dərhal əyləci sıxaraq sükanı sağa doğru döndərmiş, lakin avtomobili saxlaya bilməyərək keçidin üzərində dayanmış piyadanı (X6) avtomobilinin qabaq sağ tərəfi ilə vurmuşdur. Zərbənin təsirindən X20 təxminən 10-15 metr irəliyə atılaraq yerə düşmüş, avtomobil təxminən 30-35 metr məsafə qət edərək yolun sol hərəkət zolağında dayanmışdır. X6 hadisə yerinə gələn TTY işçiləri Qəbələ RMXya aparmışlar. Hadisə yerinə gələn polis işçiləri hadisə yerini müayinə etmiş, sxem və protokol tərtib edilmiş və hal şahidləri tərəfindən imzalanmışdır. 06 aprel 2024-cü il tarixdə saat 03 radələrində X12 RMX-da öldüyünü bilmişdir. Təqsirləndirilən şəxs daha sonra ifadəsində əməlindən peşman olub baş verənlərə görə iztirab keçirtdiyini, lakin Araz İbrahimxəlilovun vərəsələri ilə barışmaq üçün göstərdiyi hər cür səylərin nəticəsiz qaldığını bildirmişdir. İş üzrə zərərçəkmiş şəxs X5 hüquqi varisi X27 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 14:30-da atası X11 və anası Şahid3 Bakı şəhərində yaşayan qardaşı Roman Əzizlinin yanına getmək məqsədilə Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən evlərindən çıxıb əmisi Şahid2 idarə etdiyi AZ 21099 markalı avtomobillə Qəbələ Avtovağzalına tərəf getmişlər. Təxminən 20-25 dəqiqə sonra Şahid2 ona zəng edərək X7rşısındakı piyada keçidi üzərində “Khazar SD minik” markalı avtomobillə vurulduğunu və xəsarət aldığı üçün Qəbələ RMX-na aparıldığını bildirmişdir. O, dərhal Qəbələ RMX-na gələrək atası Arazın ağır bədən xəsarətlərindən koma vəziyyətində olduğunu görmüşdür. 06 aprel 2024-cü il tarixdə gecə vaxtı atası X18 RMX-da ölmüşdür. İş üzrə Şahid3 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ rayon Mıxlıqovaq kəndində yaşayır. xx.xx.2024-cü il tarixdə saat təxminən 14:30-da Bakı şəhərində yaşayan qardaşı Roman Əzizlinin yanına getmək məqsədilə əri X11 ilə birlikdə Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən evlərindən çıxıb qaynı Şahid2 idarə etdiyi AZ 21099 markalı avtomobillə Qəbələ Avtovağzalına tərəf getmişlər. Qəbələ Avtovağzalının qarşısında Vüsal avtomobili saxlamış və Araz avtomobildən düşərək piyada keçidi ilə yolun digər tərəfində dayanmış Bakı şəhərinə gedən Ford markalı sərnişin avtomobilinə doğru təxminən 10 metr hərəkət etmişdir. Həmin anda o, tormoz səsi eşitmiş, piyada keçidi üzərində dayanmış əri Araz İbrahimxəlilovun yolda yüksək sürətlə hərəkət edən avtomobillə vurulduğunu və zərbənin təsirindən havaya qalxaraq yerə çırpıldığını görmüşdür. O, qışqıraraq Vüsala Arazı maşın vurduğunu demiş və dərhal avtomobildən düşüb yerdə uzanmış vəziyyətdə olan Arazın yanına gedərək Arazın xırıldadığını və ağız nahiyyəsindən qan axdığını görmüşdür. Hadisə yerinə gələn TTY avtomobili Arazı Qəbələ RMX-ya aparmış, xx.xx.2024-cü il tarixdə, saat 02-03 radələrində Araz İbrahimxəlilov aldığı ağır bədən xəsarətlərindən Qəbələ RMX-da vəfat etmiş və Qəbələ rayon Mıxlıqovaq kəndində dəfn edilmişdir. . İş üzrə Şahid2 ifadəsində göstərmişdir ki, o, Qəbələ rayon Mıxlıqovaq kəndində yaşayır. xx.xx.2024-cü il tarixdə, saat 14:30 radələrində yaşadığı Qəbələ rayon Mıxlıqovaq kəndindən idarə etdiyi VAZ21099 minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə qardaşı X11 və qardaşı arvadı Şahid3 Qəbələ rayon Mıxlıqovaq kəndində yerləşən evlərindən Qəbələ şəhəri ərazisində yerləşən Avtovağzala aparmış və avtovağzalın qarşısında avtomobili saxlamışdır. Araz avtomobildən düşərək piyada keçidi ilə yolun digər tərəfində dayanmış Bakı şəhərinə gedən Ford markalı sərnişin avtomobilinə doğru təxminən 10 metr hərəkət etmişdir. Həmin anda tormoz səsi eşidilmiş və Şahid3 qışqıraraq Arazı maşın vurduğunu bildirmişdir. Qarşıya baxdıqda Araz İbrahimxəlilovun yolda yüksək sürətlə hərəkət edən avtomobillə vurulduğunu və zərbənin təsirindən havaya qalxaraq yerə çırpıldığını görmüşdür. O, dərhal avtomobildən düşüb yerdə uzanmış vəziyyətdə olan Arazın yanına gedərək Arazın xırıldadığını və ağız nahiyyəsindən qan axdığını görmüşdür. Hadisə yerinə gələn TTY avtomobili Arazı Qəbələ RMX-ya aparmış, xx.xx.2024-cü il tarixdə, saat 02-03 radələrində Araz İbrahimxəlilov aldığı ağır bədən xəsarətlərindən Qəbələ RMX-da vəfat etmiş və Qəbələ rayon Mıxlıqovaq kəndində dəfn edilmişdir. İş üzrə Şahid1 ifadəsində göstərmişdir ki, o, Qəbələ RPŞ DYPB YPX inspektoru vəzifəsində işləyir. 05 aprel 2024-cü il tarixdə YPX inspektoru X8 ilə birlikdə xidmətdə olmuş və saat 15-00 radələrində Qəbələ RPŞ-nin X16 şəhər H.Əliyev prospektində yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat alaraq dərhal xidməti avtomobillə ol nəqliyyat hadisəsinin baş verdiyi yerə getmişlər. Hadisə yerində Ağdaş şəhəri istiqamətində hərəkət edən “Khazar SD minik” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobil Qəbələ Avtovağzalının qarşısındakı piyada keçidi üzərində bir nəfər piyadanı (X6) vurduqdan sonra 30-40 metr məsafə qət edərək Ağdaş şəhəri istiqamətində yolun sol zolağında hərəkətsiz vəziyyətdə aşkar edilmişdir. YNH zamanı xəsarət almış piyada Qəbələ RMX-ya aparıldığı üçün hadisə yerində olmamışdır. “Khazar SD minik” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Fərəcov X9 qarşısındakı piyada keçidinin üzərində piyadanı vurduğunu və avtomobilini hadisə yerində saxladığını bildirmişdir. Daha sonra hadisə yerinə müstəntiq gəlmiş, hadisə yerinin fotoşəkilləri çəkilmiş, “Khazar SD minik” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilə aid olan və piyada keçidinə kimi uzanan tormoz izi aşkar edilərək qeydə alınmış, sxem tərtib edilmiş və protokol yazılmışdır. Sürücü Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarına əməl etməmiş və piyada keçidindən keçən piyadaya yol verməyərək yol nəqliyyat hadisəsi törətmişdir. İş üzrə şahid qismində dindirilmiş Qəbələ RPŞ-nin DYPB YPX inspektoru X8 ifadəsində Şahid1 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq edərək anoloji ifadə vermişdir. İş üzrə Şahid5 ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında yaşayır, Khazar SD minik markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobili o, 2023-cü ilin may ayında etibarnamə ilə Bakı şəhər sakini Adil Bəbirovdan 24 ay müddətində ayda 520 manat ödəmək şərti ilə almış və sonradan sürücülük hüququndan məhrum olduğu üçün etibarnamə ilə Seymur Əliyevə vermişdir. Təxminən 3-4 aydır ki, aylıq kredit ödənişlərini verə bilmədiyi üçün avtomobili Adil Bəbirovun razılığı ilə tanışı Təqsirləndirilən şəxs idarəçiliyinə vermişdir. Təqsirləndirilən şəxs həmin avtomobillə 05 aprel 2024-cü il tarixdə Qəbələ şəhəri ərazisində yerləşən Avtovağzalın qarşısındakı piyada keçidi üzərində piyadanı vurmuş, YNH zamanı xəsarət almış piyada A.İbrahimxəlilov 06 aprel 2024-cü il tarixdə Qəbələ RMX-da ölmüşdür. 05 aprel 2024-cü il tarixdə saat 16-00 radələrində Qəbələ şəhərinin mərkəzindən gələrkən Khazar SD minik markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilin Zarağan kəndi istiqamətində yolun sol hərəkət zolağında dayandığını görmüşdür. İşdə olan «Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında» xx.xx.2024-cü il tarixli protokolda göstərilmişdir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Qəbələ şəhəri, H.Əliyev prospekti ərazisindən keçən hissəsində baş vermişdir. Hadisə yerində yolun hərəkət hissəsi düz, yol örtüyünün növü asfaltbeton olmaqla quru vəziyyətdədir. Asfalt yol örtüyünün eni 16 metr, hərəkət zolaqlarının sayı isə 04-dür. Hərəkət hissəsini bir-birindən üzəri köbə daşları ilə hörülmüş bardür sahə ayırır. Üzü Zarağan kəndi istiqamətində olan hərəkət hissədəki 02 ədəd hərəkət zolaqlarını isə bir-birindən ağ rəngli qırıq-qırıq xətt ayırır. Hərəkət hissəyə sağdan piyada səkisi, soldan əks istiqamətli hərəkət zolağını ayıran üzəri köbə daşları ilə hörülmüş sahə birləşir. Hadisə yerində “KHAZAR SD” minik marka və modelli, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilə aid piyada keçidində piyadanın vurulma nöqtəsinə qədər uzanan 24 metr uzunluğunda tormoz izi vardır. “KHAZAR SD” minik marka və modelli, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobil X20u piyada keçidinin üzərində vurduqdan sonra 36 metr məsafə qət edərək asfalt örtüklü yolun sol hərəkət zolağında hərəkətsiz vəziyyətdə dayanmışdır. Piyada X1rşısındakı piyada keçidinin üzəri ilə vurulma nöqtəsinə qədər yolun sağından soluna doğru 5.60 metr məsafə qət etmişdir. YNH Ağdaş şəhəri istiqamətdə yolun sol hərəkət zolağında baş vermişdir. (c.i, səh 5-18) İşdə olan 05 aprel 2024-cü il tarixli “tədqiqat üçün nümunələrin götürülməsi haqqında” protokola əsasən Təqsirləndirilən şəxs kimyəvi ekspertiza üçün qan nümunəsi götürülmüşdür. (c.i, səh: 20-22) İşdə olan 23 aprel 2024-cü il tarixli “CD diskinə baxış keçirilməsi haqqında” protokola əsasən yol nəqliyyat hadisəsini özündə əks etdirən Təhlükəsiz Şəhər Xidmətinin QTŞ-021 nömrəli videmüşahidə qurğusunun 2-ci kamerasının xx.xx.2024-cü il tarixli saat 14:54-dən 14:57-dək olan müddətdəki görüntüləri özündə əks etdirən CD diskinə baxış keçirilərkən ümumlikdə 3 dəq 01 saniyə videogörüntü müşahidə edilir. Videonun 1-ci saniyəsindən 1 dəq 10-cu saniyəsinədək avtomobilllərin axını hərəkət zolağında aydın şəkildə müşahidə edilir. Videonun 1 dəq 11-ci saniyəsində yolun sağ kənarında olan piyada səkisindən mərhum Araz İbrahimxəlilovun yolun sağ kənarından piyada keçidinə daxil olaraq piyada şəkildə yolu sağdan sola doğru keçməyə başladığı, piyada keçidinə yaxınlaşan dövlət nömrə nişanı istintaqa məlum olmayan boz rəngli Nissan X-Trail markalı avtomobilin sağ zolaqda hərəkətini dayandıraraq X20a yol verdiyi, piyada A.İbrahimxəlilovun 1 dəq 17-ci saniyəyə kimi piyada keçidinin üzərində yolun orta hissəsinə kimi asta yerişlə keçdiyi, 1 dəq 18-ci saniyədə isə üzü Zarağan kəndi istiqamətində olan yolun sol hərəkət zolağı ilə hərəkət edən KHAZAR SD minik markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilin piyada keçidinin üzəri ilə hərəkətdə olan, yəni yolu sağdan sola doğru keçmək istəyən X20u piyada keçidinin üzərində vurduğu, piyadanın asfalt örtüklü yola yerə yıxılması və KHAZAR SD minik markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilin piyada keçidindən irəlidə sol zolaqda hərəkətsiz vəziyyətdə dayandığı müşahidə edilir. (c.i, səh: 62-63) İşdə olan “maddi sübutun tanınması və saxlanması barədə” 16 may 2024-cü il tarixli qərara əsasən KHAZAR SD minik markalı, ** PX *** dövlət qeydiyyat nişanlı minik avtomobili maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü həqiqi sahibi X17 təhvil verilmişdir. (c.i, səh: 111) İşdə olan AR SN MTE və PA ETT Birliyi tərəfindən verilmiş 03 may 2024-cü il tarixli 05 nömrəli Rəydə göstərilmişdir ki, X5 meyitində baş beyinin qişalarına və toxumasına qansızma, qara ciyərin, dalağın, mədənin və diafraqmanın travmatik cırılması, bağırsaqların müsariqəsinə qansızma, çanaq sümüklərinin çoxsaylı yerini dəyişən sınığı, travmadan və qanitirmədən sonrakı şok, ağ ciyərlərin əzilməsi, hər iki böyrək ətrafının hematoması, başın sol alın təpə hissəsinin, alının sol qaşüstü, alının sağ yuxarı, sağ gözün bayır bucağı nahiyəsinin, burunun, üst dodağın, alt çənənin, sol budun bayır yuxarı 1/3-nin, sol diz oynağının bayır tərəfinin, sol baldırın ön və bayır orta 1/3-nin, sağ dizin ön aşağı və içəri səthinin, sağ baldırın ön orta-içəri 1/3-nin sıyrıqları və sol bud-çanaq oynağının bayır tərəfinin qançırı kimi xəsarəti vardır. Həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni 05 aprel 2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində piyadada törənə bilər. Bədən xəsarətlərinin ağırlıq dərəcəsinə görə ağır ölümlə nəticələnən və həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə aiddir. X5 ölümünə səbəb ağır dərəcəli travmadan və qanitirmədən sonrakı şok olmuşdur. Onun ölümü ilə 05 aprel 2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində aldığı ağır bədən xəsarətləri ilə birbaşa səbəbli əlaqəsi vardır. X5 ölümü onun adına tərtib edilmiş tibbi sənədlərində göstərilən vaxtda, yəni 06 aprel 2024-cü il saat 01:50-də baş vermişdir. X5 meyitindən götürülmüş qanda və sidikdə məhkəmə-tibbi kimya tədqiqatları nəticəsində spirti içki, narkotik və psixotrop tərkibli və güclü təsir edici maddələr aşkar edilməmişdir. (c.i, səh:133-137) İşdə olan Qəbələ rayon Mərkəzi xəstəxanası Publik Hüquqi şəxs tərəfindən verilmiş 05 aprel 2024-cü il tarixli 44 nömrəli “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokoluna əsasən Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi törədərkən ayıq olmuşdur. (c.i, səh:23) İşdə olan AR SN MTE və PA X28 şıxs tərəfindən verilmiş 24 aprel 2024-cü il tarixli 1339/K nömrəli Rəydə göstərilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid(çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. (c.i, səh: 94-97) İşdə olan AR ƏN MEM tərəfindən verilmiş 17 may 2024-cü il tarixli 8/1315 nömrəli Rəydə göstərilmişdir ki, tədqiqata təqdim edilmiş KHAZAR SD minik markalı, ** PV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Yuxarıda aparılmış hesabatdan məlum olur ki, hadisə yerində KHAZAR SD markalı avtomobilə məxsus qalmış 24 metr uzunluğunda tormoz izinə uyğun onun hərəkət sürəti mövcud şəraitdə 69.4 km/saatdır. Lakin avtomobilin tormoz izinin sonunda dayanmadığından KHAZAR SD markalı avtomobilin tormozlamadan əvvəlki real hərəkət sürəti hesabatla müəyyən edilmiş 69.4 km/saatdan artıq olmuşdur. Sürücü Hüseynov avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Mövcud metodiki vəsaitin tələblərinə əsasən piyada məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və piyadanın hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmədiyindən onun hərəkətlərinin tədqiqi ekspertin səlahiyyətinə aid deyildir. (c.i, səh: 123-126) İşdə olan “X32” MMC avtomobil təmiri sexi tərəfindən verilmiş 12 aprel 2024-cü il tarixli arayışa əsasən KHAZAR SD minik markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin tormoz, sükan, digər idaretmə mexanizmlərində hər hansı bir nasazlıq aşkar edilməmişdir. (c.i, səh: 44) İşdə olan AR SN MPEM PHŞ tərəfindən verilmiş 10 may 2024-cü il tarixli, 321 saylı Rəydə göstərilmişdir ki, Təqsirləndirilən şəxs ÜZVİ ŞƏXSİYYƏT POZUNTUSU, DAVRANİŞ POZUNTULARİ İLƏ XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F07.0 xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs ÜZVİ ŞƏXSİYYƏT POZUNTUSU, DAVRANİŞ POZUNTULARİ İLƏ XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F07.0 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri onda müaliyim ifadəli olması səbəbindən onun hal-hazırda məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs ÜZVİ ŞƏXSİYYƏT POZUNTUSU, DAVRANİŞ POZUNTULARİ İLƏ XBT 10(Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F07.0 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri onda müaliyim ifadəli olması səbəbindən o, cinayəti törədən zaman, yəni xx.xx.2024-cü il tarixdə öz hərəkətlərini ölçüb-biçmək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ÜZVİ ŞƏXSİYYƏT POZUNTUSU, DAVRANİŞ POZUNTULARİ İLƏ XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F07.0 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri onda müaliyim ifadəli olması səbəbindən onun əməlləri AR CM-nin 22-ci maddəsinin təsiri altına düşür.( c.i,səh:140-141) İşdə olan AR DİN BDYPİ Şəki Regional Qİ və TB şöbəsi tərəfindən verilmiş 10 iyul 2024cü il tarixli 1750 nömrəli məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə “BC” kateqoriyalı AE 135337 nömrəli xx.xx.2030-cu il tarixədək müddəti olan sürücülük vəsiqəsi almış, inzibati xətaya yol verməsi və nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində hər hansı məlumat qeydə alınmamışdır. (c.i, səh: 188) AR CPM-nin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübütların məcmuyuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 338.1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hökm çıxartdıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad etməlidir. Məhkəmə tədqiq olunmuş subutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmişdir. Onun təqsiri özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin və iş üzrə dindirilmiş şahidlərin ifadələri, işin materiallarında olan yol-nəqliyyat hadisəsinin sxemi, məhkəmə-kimyəvi, məhkəmə-tibbi və məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının rəyləri, habelə işdə olan digər materiallarla tam sübuta yetmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib CM-nın Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla cəzalanmalıdır. AR CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza ədalətin bərpası, məhkumun islah edilməsi və məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdə olan Qəbələ RİHB-nin Qəbələ rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 100 nömrəli arayışa əsasən Təqsirləndirilən şəxs evlidir, himayəsində xx.xx.2014-cü il təvəllüdlü X25 və xx.xx.2016-cı il təvəllüdlü X22 adında uşaqları vardır. (c.i, səh: 46) İşdə olan AR MN N nömrəli hərbi hissədən verilmiş xx.xx.2024-cü il tarixli Travma haqqında Arayışın surətinə əsasən əsgər Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı Tərtər Ağdərə istiqamətində döyüş tapşırığını yerinə yetirərkən “Partlayış travması nəticəsində keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli istisna tipli şəxsiyyət pozuntusu” diaqnozu ilə xəsarətlər almışdır. ( c.i.səh:50) Himayəsində iki nəfər azyaşlı uşağı olması, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi və cinayəti anlaqlığı istisna etməyən psixi pozuntunun təsiri altında törətməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. İşdə olan AR DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məlumata əsasən Təqsirləndirilən şəxs məhkum edilməmişdir. (c.i, səh:79) İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşdə olan Qəbələ RİHB-nin Qəbələ rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatı tərəfindən verilmiş 15 aprel 2024-cü il tarixli 102 nömrəli xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. (c.i, səh: 47) İşdə olan xx.xx.2024-cü il tarixli 3554 saylı Həkim Psixiatr Komissiyasının Rəyində göstərilmişdir ki, Vətən müharibəsi iştirakçısı Təqsirləndirilən şəxs Respublika Psixatriya Xəstəxanası nəzdində yaradılmış Həmin Psixiatr Komissiyası tərəfindən müayinəsi zamanı onda İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə beyin travması nəticəsində şəxsiyyət pozğunluğu, teztez baş verən dekompensasiyalar, cəngolma tutmaları ilə F 07,0 diaqnozu qoyulmuşdur. (c.i, səh:49) İşdə olan Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X26 Birliyi tərəfindən verilmiş 10 yanvar 2023-cü il tarixli Ə 022755 nömrəli vəsiqəyə əsasən Təqsirləndirilən şəxs İİİ qrup müharibə əlilidir.(c.i, səh: 28-29). İşdə olan AR İcbari Tibbi Sığorta X29 Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən verilmiş 17 may 2024-cü il tarixli, 18-1-52/2- 1220/2024 nömrəli məlumatda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Qəbələ RMX PHŞ-in poliklinika şöbəsinin psixiatrik narkoloji kabinetində “F07.0 Üzvi şəxsiyyət pozuntusu” diaqnozu ilə qeydiyyatda olmaqla xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə “F07.0 Üzvi şəxsiyyət pozuntusu” diaqnozu ilə müalicə olunmuşdur. (c.i, səh: 121) İşdə olan AR SN Gəncə şəhəri Narkoloji Dispanseri tərəfində verilmiş 06 iyul 2024-cü il tarixli, 1165 nömrəli Rəydə göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. (c.i, səh: 138) Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nın müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzanın həddi müəyyən edilərkən onun şəxsiyyəti və cəzasını yüngülləşdirən hallar nəzərə alınmalıdır. CM-nın 56.1.1-ci maddəsinə əsasən o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkməsinin əvvəli cəzasını çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. İş üzrə maddi sübut olan X2 “KHAZAR SD” markalı ** PX *** dövlət nömrə nişanlı avtomobil sahibi X15 özünə verilməli və Təqsirləndirilən şəxs 128,0 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əssən və Azərbaycan Respublikası CPM-nin 347, 349, 351-353, 383-385-ci maddələrini rəhbər tutaraq H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzasını çəkməsinin əvvəli onun cəzasını çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan X2 “KHAZAR SD” markalı ** PX *** dövlət nömrə nişanlı avtomobil onun özünə verilsin. Təqsirləndirilən şəxs 128,0 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №1(025)-23/2024
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-23/2024
07.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver