Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-23/2025 18.08.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Dövlət ittihamçısı və Müdafiəçi2 iştirakı ilə, xx.xx.1961-ci ildə Qəbələ rayonu, Soltannuxa kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Qəbələ rayonu, Soltannuxa kəndində yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ondan ötrü məhkəməyə verilmişdir ki, o, 2024-cü ilin iyul ayının ortalarında istintaqa dəqiq məlum olmayan tarixdə Qəbələ rayonunun Soltannuxa kəndində “Vəlvəllik” adlı meşəlik ərazisində yabanı halda bitmiş, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin yarpaqlarını yığaraq qurutmaqla satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək, hazırlayıb, saxlamaqla üzərində gəzdirərkən xx.xx.2025-ci il tarixdə saat 17:07 radələrində Qəbələ şəhəri Heydər Əliyev adına parktda piyada hərəkət edən zaman Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılmış, həmin yerdə əməliyyat-axtarış tədbirini keçirən cinayət axtarış bölməsinin əməkdaşları tərəfindən foto və video çəkiliş aparılmaqla saat 17:07 dəqiqədən etibarən üstünə yoxlama aparılan zaman yuxarıda qeyd edilən mənbədən qanunsuz olaraq əldə etdiyi ağ rəngli sellofan torbada təmiz çəkisi 12.11 qram çəkidə xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əynindəki qara rəngli şalvarın sağ yan cibindən aşkarlanaraq müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Qəbələ rayonunun Soltannuxa kəndində yaşayır və 10 ilə yaxın müddətdir ki, narkotik maddə olan qurudulmuş marixuanadan istifadə edir. İstifadə etdiyi narkotik vasitə olan marixuananı Qəbələ rayonunun Soltannuxa kəndi ərazisində yabanı halda bitmiş çətənə kollarının yarpaqlarından yığmaqla əldə edir. Hazırda istifadə etdiyi narkotik vasitə olan marixuananı 2024-cü ilin iyul ayında Qəbələ rayonu Soltannuxa kəndi yaxınlığındakı “Vəlvəllik” adlanan meşəlik ərazisidə yabanı halda bitmiş marixuana bitkilərindən yığaraq istifadə etmək üçün qurutmuş və sellofan torbaya yığaraq ailə üzvlərindən xəbərsiz yaşadığı ünvandakı mal tövləsinin damında gizlədərək saxlamışdır. Həmin narkotik vasitədən müxtəlif vaxtlarda az-az istifadə etmiş, xx.xx.2025-ci il tarixdə saat təxminən 16 radələrində qalan hissəni çəkmək üçün sellofan torba ilə birlikdə götürüb Qəbələ şəhərinə gəlmişdir. Saat təxminən 17 radələrində Qəbələ şəhəri Heydər Əliyev adına Parkda gəzərkən tanımadığı iki nəfər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirakından şübhələndiklərini bildirərək üzərində narkotik vasitə olubolmadığını soruşmuşlar. Onlara üzərində qurudulmuş marixuana olduğunu bildirərək əynindəki qara rəngli şalvarın sağ yan cibində saxladığı 01 (bir) ədəd ağ rəngli sellofan torbadakı narkotik vasitə olan qurudulmuş marixuana kütləsini polis əməkdaşlarına təqdim etmiş, həmin kütləni Qəbələ rayonu, Soltannuxa kəndi yaxınlığındakı “Vəlvəllik” adlanan meşəlik yabanı halda bitən çətənə bitkilərindən topladığını və qurudaraq Qəbələ rayonu, Soltannuxa kəndində yaşadığı ünvanda gizlətdiyini, üzərindəki narkotik vasitəni də həmin yerdən götürdüyünü bildirmişdir. Şahid1 ifadəsində göstərmişdir ki, o, Qəbələ RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 24 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə olan marixuana qanunsuz olaraq əldə edərək üzərində daşıması, eləcə də saxlaması barədə daxil olmuş məlumat əsasında həmin gün saat 17:07 radələrində Qəbələ RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2la birlikdə Qəbələ şəhəri Heydər Əliyev parkına getərək mövqe tutub müşahidə aparmış, Təqsirləndirilən şəxs ərazidə olarkən saxlanılmışdır. Özlərini təqdim edərək ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilib hüquq və vəzifləri izah edilmiş və ondan üzərində narkotik vasitə, yaxud digər cinayət xarakterli predmet olub-olmadığı şifahi qaydada soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərində qurudulmuş marixuana olduğunu bildirmiş və əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan torba çıxararaq təqdim etmişdir. Sellofan torba açıldıqda kəskin iyə malik qurudulmuş marixuanaya bənzər yaşıl rəngli kütlə aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin kütlənin qurudulmuş marixuana olduğunu və 2024cü ilin iyul ayında Qəbələ rayonu Soltannuxa kəndi yaxınlığındakı “Vəlvəllik” adlı meşəlik ərazisində yabanı halda bitmiş çətənə kollarından yığaraq əldə edib özü istifadə etmək üçün saxladığını bildirmişdir. Aşkar edilmiş marixuanaya bənzər kütlə elektron trəzidə çəkilmiş və müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş və tədbirdə iştirak edənlər tərəfindən imzalamışdır. Təqsirləndirilən şəxs üzərinə baxış zamanı mobil telefon vasitəsilə fotoşəkillər çəkilmiş və videoçəkiliş aparılmış, fotoşəkillər, eləcə də videogörüntü 01 ədəd CD diskə köçürülərək protokola əlavə edilmişdir. İş üzrə şahid Qəbələ RPŞ NMQ-nin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsində göstərilən xüsusatları eyni ilə təsdiq etmişdir. İşdə olan 24 aprel 2025-ci il tarixli “Əməliyyat axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokola əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni əldə edərək üzərində saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı o, 24 aprel 2025-ci il tarixdə, saat 07:07 radələrində Qəbələ şəhəri “Heydər Əliyev” adına parkda saxlanılmış, hüquq və vəzifələri izah olunaraq üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs 1 (bir) ədəd ağ rəngli sellofan torbada yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Həmin narkotik maddə olan qurudulmuş marixuanaya oxşar kütlə sellofan torba ilə birlikdə elektron tərəzidə çəkilərək 14.59 qram gəlmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan qurudulmuş marixuananı 2024-cü ilin iyul ayının ortalarında Qəbələ rayonunun Soltannuxa kəndi yaxınlığındakı “Vəlvəllik” adlanan ərazidə yanabı halda bitən nartkotik tərkibli bitklərin yarpaqlarından toplayaraq özünün istifadəsi üçün qurudub yaşadığı ünvanda gizlədərək saxladığını və həmin qurudulmuş bitki kütləsini üzərində daşıyarkən yaxalandığını bildirmişdir. Qeyd olunan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsi sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə baxış zamanı mobil telefon vasitəsilə fotoşəkillər şəkilmiş və videoçəkiliş aparılmış, həmin fotoşəkillər, eləcə də videogörüntü 01 ədəd CD diskə köçürülərək protokola əlavə edilmişdir. (c.i.səh: 07-08; fotocədvəl. səh:08-13) İşdə olan xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyaya baxış keçirilməsi, həmçinin, şəxsi axtarış və götürmə haqqında” protokola əsasən 24 aprel 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs aşkar edilmiş əşyalara (predmetlərə) videoçəkilişdən istifadə edilərək baxış keçirilərkən təqdim olunan 01 ədəd ağ rəngli zərf açıldıqda içərisində 1 ədəd ağ rəngli sellafon torbada olan kəskin iyə malik, marixuanaya bənzər qurudulmuş yaşıl kütələ aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin bitki kütləsinin onun üzərində aşkar edilərək götürüldüyünü, həmin kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və 2024-cü ilin iyul ayının ortalarında Qəbələ rayonunun Soltannuxa kəndi yaxınlığındakı “Vəlvəllik” adlanan ərazidə yanabı halda bitən nartkotik tərkibli bitklərin yarpaqlarından toplayaraq özünün istifadəsi üçün qurudub üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik maddə olan qurudulmuş marixuana kütləsi təkrarən elektron tərəzidə çəkildikdə 4.41 qram gəlmiş və qablaşdırılıb götürülərək DİN-in “103” saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış və götürmə zamanı mobil telefon vasitəsilə fotoşəkillər şəkilmiş və videoçəkiliş aparılmış, həmin fotoşəkillər, eləcə də videogörüntü 01 ədəd CD diskə köçürülərək protokola əlavə edilmişdir. (c.i.səh: 26-27; fotocədvəl. səh:28-36) İşdə olan 05.07..2025-ci il tarixli “təqsirləndirilən şəxsin ifadələrinin yerində yoxlanılması” haqqında protokola əsasən Təqsirləndirilən şəxs Qəbələ rayon Soltannuxa kəndi yaxınlığındakı “Vəlvəllik” adlanan ərazini göstərərək xx.xx.2025-ci il tarixdə polis əməkdaşları tərəfindən üzərində aşkarlanaraq götürülmüş 1 ədəd sellofan torbada olan qurudulmuş marixuana kütləsini 2024-cü ilin iyul ayında həmin yerdə yabanı halda bitmiş marixuana bitkilərindən öz istifadəsi üçün yığdığını və qurutduqdan sonra Qəbələ rayonu Qəbələ rayonu Soltannuxa kəndində, yaşadığı ünvanda saxladığını bildirmişdir. (c.i. səh: 130-131; fotocədvəl. səh: 132-133) İşdə olan AR ƏN MEM X5 tərəfindən verilmiş 25 aprel 2025-ci il tarixli 17/303 nömrəli məhkəmə bioloji ekspertizasının rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “İştirakçılar” 1.Şübhəli şəxs Mustafayev.İ, 2.Müdafiəçi1 3.Ə/m Mustafayev R 4. Rüstəmov.V yazısı, digər yazılar və imzalar olan 01 (bir) ədəd zərfin içərsindəki, digər 01 (bir) ədəd zərfin içərsində olan 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 12,11 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixunadır; Tədqiqata 0,05 qram sərf eilmiş,marixuananın qalıq çəkisi 12,06 qram olmuşdur. ( c.i. səh :48-51) İşdə olan Qəbələ rayon X6 Mərkəzinin Bitkiçilik sektorunun müdiri, mütəxəssis-aqronom X2 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Rəyə əsasən Qəbələ rayonununun Soltannuxa kəndinin “Vəlvəllik” adlı ərazisindəki arxların kənarında narkotik tərkibli çətənə (kannabis) bitkiləri yabanı halda bitə bilər. Yabanı halda narkotik mənşəli bitkilərin yetişməsi üçün həmin ərazidə onlara hər hansı bir aqrotexniki qulluq göstərilməsi halı müşahidə edilməmişdir. ( c.i. səh : 135) AR CPM-nin 124.2-ci maddəsinə əsasən şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər cinayət prosesində sübut kimi qəbul edilir. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsüf olunmuşdur. Ona görə də o, CM-nın 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona CM-nın Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası daxilində cəza təyin edilməlidir. AR CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdə olan AR DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məlumata əsasən Təqsirləndirilən şəxs İnqlab oğlunun məhkumluğu yoxdur. ( c.i. səh : 90-91) İş üzrə cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin təqdim etdiyi 04 iyul 2025-ci il tarixli 1042 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub.Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. ( c.i. səh : 136) İşdə olan Qəbələ RİHB Soltannuxa kənd İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. (c.i.səh:94) İşdə olan xx.xx.2025-ci il tarixli “cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” protokola əsasən Təqsirləndirilən şəxs həmin tarixdə AR CM-nın 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur.(c.i. səh: 15) İşdə olan Qəbələ RPŞ-nin xx.xx.2025-ci il tarixli 591saylı qərarının surətinə əsasən Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. (c.i. səh: 79) «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 3-cü bəndinin 2-ci abzastında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq Təqsirləndirilən şəxs CM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, CM 69.3-cü maddəsinə əsasən onun xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanıldığı müddət cəza müddətinə hesablanmalıdır; İş üzrə maddi sübut olan Qəbələ RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan cəmi 12,06 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli; İş üzrə ekspertiza xərcini təşkil edən 34,55 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Qeyd olunanlara əsasın Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351-353, 383- 385-ci maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin və o, ərazi üzrə narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. AR CM-nın 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixdə həbsdə saxlandığı müddət nəzərə alınaraq üzərində 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün saat 00:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, Qəbələ rayonunun inzibati ərazisinin hüdudlarından çıxmamaq, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut, Qəbələ RPŞ-nin maddi sübutların saxlanması yerinə təhvil verilmiş cəmi 12,06 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza xərcini təşkil edən 34,55 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №1(025)-23/2025
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-23/2025
18.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver