Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 1(025)-24/2020 09.09.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qafarlı Yelmar Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikasının Baş Prokorluğunun Dövlət X1 rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1990-cı il təvəllüdlü, Qəbələ rayonu Vəndam qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, orta təhsilli, məhkumluğu olmayan, Qəbələ rayon Vəndam qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə saat təxminən 10 radələrində yaşadığı Qəbələ rayon Vəndam qəsəbəsindəki evinin həyətində olan zaman qəsəbənin həyət qapısına bitişik ara yolunda qardaşı Şahid1 ilə qonşuları Zərərçəkmiş şəxs arasında yaranmış mübahisə zamanı, yəni, qonşusu Zərərçəkmiş şəxs qardaşı Şahid1 öz həyətinin kənarına hasar çəkmək üçün basdırma bərkitmək məqsədi ilə quyu qazdığı torpaq sahəsinin ona aid olmasını iddia edərək irad bildirib quyuları özünə aid olan hissədən çəkməsini tələb edərkən onlara yaxınlaşmış, həmin vaxt Zərərçəkmiş şəxs ayağının orada olan kötüyün üzərinə çıxıb sürüşüb yerə yıxılmasından istifadə edib təpiklə Zərərçəkmiş şəxs sifətinin sağ tərəfindən qəsdən 2-3 dəfə təpiklə vuraraq ona üzün sağ hissəsinin, sağ sub və suborbital nahiyyənin dərialtı hematoması və sağ gözaltının qançırı kimi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran bədən xəsarəti yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid1 doğma qardaşıdır. Zərərçəkmiş şəxs isə həmkəndlisi və qonşusudur. Yaqub və ailəsi ilə ailələləri arasında uzun müddətdir ki, qonşu münaqişələri vardır. O, qonşusu Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəmnində dalaşaraq onu vurub xəsarət yetirmişdir. Hal-hazırda törətdiyi əməldən peşmandır. Buna görə Zərərçəkmiş şəxs üzr istəmişdir. Təqsirləndirilən şəxs sonda məhkəməyə ərizə təqdim edərək Zərərçəkmiş şəxs ilə barışdığını, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib, barəsində olancinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid1 və Təqsirləndirilən şəxs qardaşları qonşularıdır, onlarla özünün və ailələləri arasında uzun müddətdir ki, qonşu münaqişələri vardır. Zaurla, Zaminlə həyətləri arasında bir dənə çəpər varmış, həmin şəxslərlə Vəndam qəsəbə mərkəzinə gedən ümumi yolları ümumi imiş. Zaminin evinin arxası onun evinin həyət qapımın qarşısına düşür. Zaminin evinin arxası həmişə çəpər, kolluq olmuşdur. xx xxxxx 2020-ci il tarixdə saat təxminən 10-11 radələrində Vəndam qəsəbə mərkəzində işlədiyi tikinti mağazasında imiş, bu zaman arvadı Qətibə onun mobil telefonuna zəng edərək Zamingillə münaqişələrinin olduğunu bildirmiş və təcili olaraq evə gəlməyini istəmişdir. Zamingillə tez-tez münaqişələrinin olduğundan yenə də aralarında nəsə münaqişə baş verdiyini bilmiş, dərhal avtomobilinə əyləşib 5-6 dəqiqəyə həyətinə gəlib çatmışdır. Bu zaman Zaur, Zamin, Ziyadxan, həmçinin bütün ailə üzvləri, həmçinin onların 2 nəfər ustası bayırda olmuşdur. Zamin evinin arxasından həmin ustalara hasar çəkdirmək üçün quyu qazdırırmış və orda arvadı Qətibə də var imiş. Onlar bir-birinə qarşılıqlı olaraq nalayiq ifadələr işlədirmişlər. Zamin quyuları əvvəlki yerindən deyil, təxminən 2 metrə yaxın onun torpağına daxil olaraq quyu qazdırdığını, həmçinin, hasar üçün ipi düzgün çəkmədiyini görmüş, Zaminə quyunu əvvəlki yerindən qazmalı olduğunu, onun torpağına daxil olmamasını istəmişdir. Zamin isə “mən burdan basdıracağam, hardan qazmışam, ordan da basdıracağam” demiş, bundan sonra Zaminin quyunu qazmaması üçün yaxasından tutub özünə tərəf çəkmiş, həmin vaxt ayağı orada olan kötüyün üzərinə çıxaraq sürüşmüşdür. Zamini də tutduğu üçün o da özünü saxlaya bilməyib onun üzərinə yıxılmış, özü altda qalmışdır. Zamin də onun üzərinə yıxılmış, qalxıb onun üzərində oturmuş, əllərini onun sinəsinə qoymuş, onu ayağa qalxmağa qoymamışdır. Sağ əli altında qalmış, sol əli boş olmuş, oradan təxminən 1 metr məsafədə olan Zaur ona baş tərəfindən yaxınlaşıb təpiklə 2-3 dəfə sifətinin sağ tərəfinə vurmuş, boşda qalmış sol əli ilə sifətini gizlətməyə çalışırmış ki, zərbələr sifətinə dəyməsin. Ancaq atdığı 2-3 təpik onun sifətinin sağ tərəfindən dəymiş, orada olan arvadı Qətibə onlara yaxınlaşaraq Zaminin sinəsindən tutub onu dartıb oradan çəkmiş, ayağa qalxmış və Zaur ondan bir qədər aralanmışdır. Sağ gözü bərk ağrıdığından Zaurun təpik zərbələrinə görə xəsarət aldığını bilmiş, sonra Zaur, Ziyadxan, Zamin və ailəsi hələ də orada onların ünvanına nalayiq söyüşlərinə davam edirmişlər. Oraya az sonra oğlu Samir də iş yerindən gəlmiş, Zaur və Zaminə onları polisə şikayət edəcəyini bildirmiş və qəsəbənin polis sahə rəisi Şahin və Cavidana zəng edərək bu barədə məlumat vermişdir. Qısa zamanda həmin polislər oraya gəlmiş, onlara hadisəni danışmış və Zaurun onun sifətinə təpik vurduğunu demiş, polislər ona ərizə yazmaq üçün polis şöbəsinə getməli olduğunu demiş, sonra Ziyadxan, Zaur, Zamin, ailəsi oradan uzaqlaşmışlar, həmin gün polis şöbəsinə yaxınlaşaraq ərizə ilə müraciət etmişdir. Mübahisə zamanı Zamin onun sinəsindən tutub yerə sıxıb saxlamış, Zaur da təpiklə sifətinin sağ tərəfinə 2-3 dəfə vurmuşdur. Başqa kimsən onu vurmamış və orada qeyd etdiyi şəxslərdən başqa kimsə olmamışdır. Ailə üzvlərindən heç kim Zauru, Zamini və ya onların ailə üzvlərini vurmamış, heç bir fiziki zor tətbiq etməmişlər. Zaminin bədəni üzərində xəsarət görməmiş və onun necə xəsarət almasını bilməmişdir. Dava anidən olmuş və təxminən 2 dəqiqə çəkmişdir. Dava zamanı Zamin onu vurmamış və ancaq yerə sinəsindən əlləri ilə tutub saxlamışdır. Zaur isə qəsdən təpiklə onun sifətinə 2-3 dəfə vurmuşdur. Həmçinin Zaur və Zaminin adlarını qarışdırdığını, buna görə də məhkəmə tibb ekspertizası zamanı, həmçinin ilkin təhqiqat araşdırması zamanı onu Zaminin təpiklə vurduğunu demişdir. Sifətindəki yüngül dərəcəli bədən xəsarətini Zaur yetirmiş, Zaur və Zamin qardaşlarının adlarını qarışdırdığı üçün ilkin təhqiqat araşdırması dövründə hadisə yerinə baxış keçirilərkən videoçəkiliş zamanı Zamini göstərib “bu tutub Zamin vurub” dedikdə, Zamin tutub, Zaur vurub demək istəmişdir. Zərərçəkmiş şəxs sonda məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, Zaura qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, Təqsirləndirilən şəxs barəsində cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Şahid1 və Təqsirləndirilən şəxs qardaşları qonşularıdır, onlarla, ailələləri arasında uzun müddətdir ki, qonşu münaqişələri vardır. Vəndam qəsəbə mərkəzinə gedən ümumi yolları vardır ki, həmin yoldan ümumi istifadə edirlərmiş. Zaurla, Zaminlə həyətləri arasında bir dənə çəpər varmış. Zaminin evinin arxası onların həyət qapısının qarşısında yerləşir. xx xxxxx 2020-ci il tarixdə, saat təxminən 10-11 radələrində öz həyətində göyərti yığırmış. Bu zaman bayırda taqqıltı səsi eşitmiş, nə baş verdiyini bilmək üçün həyət qapısından bayıra çıxmış, tanımadığı bir kişinin əlində lomla yeri deşdiyini görmüşdür. Zaminin də əlində lapatka varmış. Həmin tanımadığı kişiyə, sonradan tanıdığı Zaurun qaynatası Müslümə “burdan 1,5 metr bizim yerimizdir, damın damcılığıdır” demiş, Müslüm heç nə deməmiş, həmin vaxt Zamin onu nəzərdə tutaraq nalayiq ifadə işlətmiş, onu vurmaq üçün lapatakanı yuxarı qaldırmış, lapatkanı onun əlindən alıb kənara atmışdır.Bundan sonra qarşılıqlı olaraq bir-birilərinə nalayiq ifadələr işlətməyə başlamışlar.Bu zaman oraya Zaminin arvadı, atası, qardaşı Zaur, onların arvadları, anası Gülnaz gəlmiş, hamısı onun ünvanına nalayiq söyüşlər söyməyə başlamışlar.Orada Zamin polisin “102” xidmətinə zəng etmiş, özü isə əri Yaquba zəng etmişdir ki, oraya gələrək baş verənləri sakitləşdirsin.Qısa zamanda oraya əri Yaqub gəlmiş və Zaminə hasar üçün quyunu əvvəlki yerdən, yəni özü tərəfdən çəkməsini istəmiş, Zamin isə qazdığı yerdən basdıracağını bildirmişdir. Bu zaman Yaqub Zaminin qazmaması üçün Zaminin yaxasından tutmuşdur ki, onu kənara çəksin. Həmin vaxt Yaqubun ayağı orada olan kötüyün üzərinə çıxaraq sürüşmüş, Zamini də tutduğu üçün o da özünü saxlaya bilməyib onun üzərinə yıxılmışdır. Yaqub altda qalmış, Zamin də üzərinə yıxılıb qalxaraq Yaqubun üzəridə oturmuş, əllərini onun sinəsinə qoymuş, onu ayağa qalxmağa qoymamışdır. Belə ki, Yaqubun sağ əli altında qalmış, sol əli ancaq boş imiş. Oradan təxminən yarım metr məsafədə olan Zaur Yaqubun baş tərəfindən yaxınlaşıb təpiklə 2-3 dəfə onun sifətinin sağ tərəfinə vurmuş, Yaqub da boşda qalmış sol əli ilə zərbələrdən yayınmaq üçün sifətini gizlətməyə çalışmışdır. Zaurun atdığı 2-3 təpik Yaqubun sifətinin sağ tərəfindən dəymiş, onlara yaxınlaşaraq Zaminin sinəsindən tutub onu dartıb oradan çəkmiş, Yaqub da ayağa qalxmış, artıq Zaur da Yaqubdan bir qədər aralanmış, sonra Zaur, Ziyadxan, Zamin və ailəsi hələ də orada ünvanlarına nalayiq söyüşlərinə davam etmişlər. Oraya az sonra oğlu Samir də iş yerindən gəlmiş, qısa zamanda polislər də oraya gəlmiş, həmin polislərə də hadisəni danışmışlar və ərizə yazmaq üçün Qəbələ rayon polis şöbəsinə gəlmişlər. Zamin Yaqubun sinəsindən tutub yerə sıxıb saxlamış, Zaur da təpiklə sifətinin sağ tərəfinə 2-3 dəfə vurmuş, başqa heç kim Yaqubu vurmamışdır. Oraya başqa şəxslər toplaşmamış, davanın anidən olmuş və təxminən 2 dəqiqə davam etmişdir. İlkin təhqiqat araşdırması zamanı yazılan izahatını tələsik olaraq vermiş, əslində Yaqubun sifətinə təpiklə Zaurun vurduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs həmkəndlisi və qonşusudur. Yaqubun həyəti ilə onun həyətini Yaqubun sərhəddə tikdiyi tövlə, quraqlıq və dərə ayırır. Yaqub öz evinə onun həyət qapısının qarşısından keçərək gedirmiş, yəni, ikisinin də Vəndam qəsəbə mərkəzinə gedən yolları eynidir.xx xxxxx 2020-ci il tarixdə saat təxminən 11 radələrində həyətində Bunud kənd sakinləri Müslüm və Cəsarət adlı şəxslər dəmirdən hasar çəkirmişlər. Həmin hasarla qeyd etdiyi ümumi yolla öz həyətinin yoldan görünməməsi, mal-qara keçməməsi üçün kənalarını bağlayırmış. Qaz borusunun həyətinə düşməməsi üçün hasarı qaz borusundan təxminən 50 sm həyəti tərəfdən çəkirmiş. Ustalar kolları açmaq üçün ondan dəhrə istəmiş, həyətə daxil olanda Yaqubun arvadı Qətibənin ustalar işləyən yerdə onun, atası Ziyadxanın və ailə üzvlərinin adlarını çəkib ucadan nalayiq söyüşlər söydüyünü eşitmişdir. Dəhrəni həyətdən tapa bilmədiyindən, həmçinin ustalarla Qətibə arasında dava-dalaş olacağından ehtiyat edib ustaların yanına qayıtmış, ustaların yanına çatıb Qətibəyə heç nə demədən Müslüm və Cəsarəti dava-dalaş olmasın deyə işlədikləri yerdən bir qədər kənara etmiş, bundan sonra lapatkanı götürüb ustanın əvəzində özü yeri qazıb işləməyə başlamış, Qətibə isə həmin vaxt yenə də söyüşlərinə davam etmişdir. Aralarında təxminən 20-30 metr məsafə olarmış, həmin vaxt artıq anası Gülnaz, Zaurun arvadı Zülfiyyə, arvadı Nigar, atası Ziyadxan oraya həyətdən yaxınlaşmış, həyətdən bayıra atası Ziyadxan, gəlinlər çıxmış, Zaur və anası isə həyətdə imişlər, həyətdən çəpərin arxasından baş verənləri izləyirmişlər. Qətibə isə ucadan ünvanına nalayiq söyüşlərinə davam etmiş və onu ailəsini təhqir edirmişlər. Bundan sonra Qətibənin bu söyüşlərinə onun dediyi formada özünə cavab qaytarmışdır. Təxminən 5-6 dəqiqə sonra Yaqub oraya idarə etdiyi Vaz 2104 markalı avtomobillə gəlmiş və avtomobildən yerə düşüb heç bir söz demədən “küçük” deyərək sol əli ilə paltarının yaxasından sinə nahiyyəsindən tutub özünə tərəf çəkmiş, arxa-arxaya Yaqub onu 1-2 addım dartımışdır ki, sağ ayağı qaz borusuna ilişmiş, Yaqub da özünü saxlaya bilməmiş və ayağı oradakı kötüyə ilişərək arxası üstə yıxılmışdır. Yaqubun üzərinə yıxılmış, Yaqub altda, özü isə onun üzərinə üzüüstə yıxılmış, ailə üzvlərinin köməkliyi ilə və özü dərhal ayağa qalxmış, Qətibə də Yaquba kömək edərək onu ayağa qaldırmışdır. Sonra oradaca polisin “102” xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermiş, oraya Yaqubun oğlu Samir də Niva markalı avtomobillə gəlmiş və o da nalayiq söyüşlər söyməyə başlamış, qısa zamanda oraya polis əməkdaşları Cavidan və Şahin adlı şəxslər gəlmiş və polis şöbəsinə getmişlər. Baş vermiş dava-dalaş zamanı onu heç kim vurmmış, ancaq Yaqubun onun yaxasından tutub dartıb yıxmışdır. Həmin vaxt boynunun sağ hissəsindən sıyrıq kimi xəsarət almış, özünün də Yaqubu vurmamışdır. Yaqubun bədəni üzərindəki xəsarətləri yıxıldığı zaman ala biləcəyini düşünmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3, Şahid4 və Şahid5 digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirdi ki, Şahid1 və Zərərçəkmiş şəxs qonşularıdır, Zamin və ailəsi ilə heç bir ədavəti yoxdur. Yaqubla isə ədavətləri vardır. Belə ki, Yaqubla aralarında həmişə qonşu münaqişələri olurmuş, səbəbi isə Yaqubun səbəbsiz yerə həmişə söz-söhbət yaratması, qapısının qarşısına çıxaraq heç bir səbəb olmadan ünvanlı, ünvansız nalayiq ifadələr işlətməsi, yaşadıqları yeri xaraba və sair adlandırması, həmçinin bu kimi digər hərəkətlər etməsi olmuşdur. Zamin və ailəsinin də Yaqubgillə ədavətli olduğunu bilmişdir. Yaqubgillə və Zamingillə yolları ümumidir, həyətinin kənarları isə setkadan hasarlamışdır. xx xxxxx 2020-ci il tarixdə saat təxminən 10-11 radələrində həyətində imiş, yol yerindən təxminən 25 metr məsafədə dayanmışdır. Bu zaman orada Yaqubun arvadı Qətibənin Zamini yol yerində söyüb təhqir etdiyini eşitmişdir. Belə ki, Zamin orada öz həyətinin kənarını hasar edirmiş, əlavə 2 nəfər adlarını bilmədiyi usta da Zaminlə işləyirmiş. Bu zaman Zamin ustaların işini saxlamış, özü işləməyə başlayanda Qətibə söyüşlərinə davam etmiş, bayıra çıxıb onları sakitləşdirmək istəmiş, Zamin də Qətibənin söyüşlərinə onun dediyi formada cavab qaytarmışdır. Bayıra çıxıb Zaminə sakitləşməsini, Qətibəyə baş qoşmamasını istəmiş və həmin vaxt orada artıq Zaminin ailəsi də toplaşmışdır. Bu vaxt oraya Yaqub gəlmiş və o Zaminin yaxasından tutub özünə çəkmiş, Zaminin ayağı qaz borusuna ilişmiş, özünü saxlaya bilməyib yıxılan zaman Yaqub da həmin vaxt ayaqüstə dura bilməmiş və Zamin Yaqubun üzərinə yıxılmışdır. Yaqub alta, Zamin də onun üzərinə yıxılı vəziyyətdə qalmış, Zaminin atası Ziyadxan və anası Gülnaz Zamini ayağa qaldırmışlar. Qətibə isə Yaqubu ayağa qaldırmışdır. Bu zaman oraya polislər gəlmiş, orada durmayıb evinə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirdi ki, Qəbələ rayon Vəndam qəsəbəsində sahə polis nəfəri vəzifəsində işləyir, xx xxxxx 2020-ci il tarixdə qəsəbənin sahə rəisi, X6 qəsəbəsində olan zaman Qəbələ RPŞ-nin növbətçi hissəsindən sahə rəisi X7 rayon Vəndam qəsəbə sakinləri Zərərçəkmiş şəxs ailəsi ilə Şahid3 ailə üzvləri arasında münaqişə olması barədə məlumat verilərək dərhal həmin yerə yaxınlaşmaqları istənilmiş, qeyd edilən ünvana təxminən 15 dəqiqə sonra gəlib çatmışlar. Hadisə yerinə çatdıqda həm Ziyadxanın, həm də Yaqubun ailəsi bayırda imişlər və onlar bir-birilərinin ünvanına qarşılıqlı nalayiq ifadələr işlətdirmişlər. Onları sakitləşdirmişlər və öz həyətlərinə salmışlar. Bu zaman Zərərçəkmiş şəxs onlara bildirmişdir ki, qonşusu Şahid3 oğlu Şahid1 həyətinin kənarını ona aid olan hissədən hasar çəkirmiş və Zaminə buna görə irad bildirdikdə Zamin məhəl qoymamış, buna görə onun yaxasından tutmuş və ayağı sürüşüb hər ikisi yerə yıxılmışlar. Bundan sonra orada yaxında olan Zaminin qardaşı təpiklə onun sifətinə vurmuş, orada olan ailə üzvləri davanı ayırmışlar. Həmin vaxt Yaqubun sifətində həqiqətən də sağ tərəfində qızartı varmış. Yaqub şikayətçi olduğunu demiş, Zamin də Yaqubun onun yaxasından tutub itələyib yerə yıxdığı üçün Yaqubdan şikayətçi olduğunu demiş, Zərərçəkmiş şəxs müraciəti təhqiqat araşdırması tələb etdiyindən onları Qəbələ polis şöbəsinə dəvət etmişlər və aidiyyəti üzrə təqdim etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirdi ki, baş vermiş dava-dalaşı birbaşa olaraq görməmişdir. Baş vermiş hadisədən sonra atası Zərərçəkmiş şəxs qonşusu Şahid1 onu yerdə yıxılmış vəziyyətdə tutduğunu, Zaurun isə təpiklə onun sifətinə vurduğunu öyrənmişdir. Məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etiraf edici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertrəyi, istintaq protokolları və aşağıda göstərilən digər sübutlarlada təsdiq edilir. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X4-Təcrübi və X2 rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 176 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində üzün sağ hissəsinin, sağ sub və suborbital nahiyyəsinin dərialtı hematoması, sağ göz altının və sol baldırın arxa orta 1/3nin qançırı kimi xəsarət vardır. Həmin xəsarət küt alətin (əşyaların) təsirindən müayinə olunanın yuxarıda göstərdiyi tarixə, yəni xx xxxxx 2020-ci ildə törənə bilər. Qeyd olunan xəsarətlər ayrıayrılıqda dərəcəsinə görə üzün sağ hissəsinin, sağ sub və suborbital nahiyyənin dərialtı hematoması və sağ gözlatının qançırı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə, sol baldırın arxa orta 1/3-nin qançırı isə sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. İşə əlavə edilmiş xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İcbari X9 Dövlət X8 Bölmələrini İdarəetmə Birliyi “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” X5 daxil olmuş 3/384 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Qəbələ RMX PHŞ-in polikilinika şöbəsinin psixiatrik, narkoloji və nevroloji kabinetində qeydiyyatda deyildirlər. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmiş və Cinayət Məcəlləsinin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs məhkəmə təqdim etdiyi ərizədən görünür ki, o Zərərçəkmiş şəxs ilə barışmışdır. Buna görə də iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edir. Məhkəmə, təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq, onun cinayət məsuliyyətindən azad olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məqsədəuyğun hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs əməli məhkəmə iclasında təqsirləndirilən şəxsin öz etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi, hadisə yerinə baxış protokolu, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Həmin Məcəllənin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): Azərbaycan Respublikası CPM-nin 40.3.-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı həmin Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi, Azərbaycan Respublikası CPM-nin 40.3. və 43.1.2-ci maddələri tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası CPM-nın 40.3, 43, 321, 347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkam tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Qərardan 20 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №1(025)-24/2020
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №1(025)-24/2020
09.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver