Məhkəmə qərarları › İş №1(025)-24/2022

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-24/2022

29.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-24/2022 29.08.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1974-cü ildə Qəbələ rayonu, Bayramkoxa kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Bayramkoxalı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 2021-ci ilin dekabr ayında istintaqa dəqiq məlum olmayan tarixdə səhər saatlarında qonşusu Qəbələ rayon Bayramkoxalı kənd sakini Zərərçəkmiş şəxs məxsus evdə sonuncunun dəvəti ilə gəlib işləyərkən evin ikinci mərtəbəsindəki qonaq otağında yerləşən şkafın üzərindəki bir ədəd 583 əyarlı, 3 qram çəkidə 240 manat dəyərində qızıl bilərzik, bir cüt 583 əyarlı 4,6 qram çəkidə 368 manat dəyərində qızıl sırğa və bir ədəd 583 əyarlı 5 qram çəkidə qızıl üzüyün yerləşdiyi 3 manat dəyərində kağız materialından hazırlanmış qabı görərək onda həmin əmlakları oğurlamaq niyyəti yaranmış, bundan sonra qabla birlikdə həmin əmlakları gizli yolla götürmüş, həmin əmlaklardan kağız qabı öz həyətinə atmış, bir cüt qızıl sırğanı xx.xx.2022-ci il tarixdə Qəbələ şəhəri ərazisində həmin sırğanın oğurluq yolla əldə edilməsindən məlumatı olmayan qızıl alqısatqısı ilə məşğul olan Şahid2, təxminən 2 gün sonra isə bir ədəd qızıl üzük və bir ədəd qızıl bilərziyi Ağdaş şəhəri ərazisində üzük və bilərziyin oğurluq yolla əldə edilməsindən məlumatı olmayan qızıl alqı-satqısı ilə məşğul olan Şahid3 sataraq qazanc əldə etmiş, bununla da Zərərçəkmiş şəxs məxsus ümumilikdə 1011 (bir min on bir) AZN dəyərində əmlakı gizli yolla talayıb əvəzsiz və qanunsuz olaraq ələ keçirməklə oğurluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qonşusudur. 2021-ci ilin dekabr ayının dəqiq xatırlamadığı günündə Zərərçəkmiş şəxs onu evlərinin peçinin boru hissəsini təmir etmək üçün köməyə çağırmış, belə olub onlara getmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs qohumu Fəxri adlı şəxs də onlarda imiş. Fəxri ikinci mərtəbənin damına çıxmış, o da ikinci mərtəbənin sağ tərəfdəki böyük otağına daxil olmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs da onun yanında imiş. Fəxri damdan doru tavan hissədəki dəlikdən ona uzatmış, o isə borunu tuta bilmək üçün boyu çatmasına görə ayağının altına stol qoyaraq stolun üzərinə çıxmışdır. Həmin zaman otaqda olan şkafın üzərində göy rəngli qab görmüş və həmin qabın qızıl qabına oxşadığından onun içərisində qızıl ola biləcəyini düşünmüşdür. Zərərçəkmiş şəxs yanında olduğuna görə həmin qabı götürməmişdir. Otağın döşəməsi toz olduğuna görə Səba birinci mərtəbəyə süpürgə gətirməyə getmiş, o, həmin zaman qeyd etdiyi qabı götürərək əynindəki pencəyin sağ yan cibinə qoymuşdur. Təxminən 20 dəqiqə sonra borunu təmir edib bitirmişlər, sonra evə getmişdir. Həyətdə qızıl qabını açaraq içərisinə baxmış və qabın içərisində bir cüt qaşlı sırğa, bir ədəd həmin sırğanın qaşlı üzüyü və bir ədəd də üzərində “Arzuman” sözü yazılmış bilərzik olduğunu görmüşdür. Həmin əşyaları götürərək cibinə qoymuş, qabı həyətdəki tualetin quyusuna atmışdır. Daha sonra evə çıxmış və əşyaları cibində saxlamış, qızılları heç kimə göstərməmişdir. Təxminən 4-5 gün gözləmiş ki, xəbərləri olsa qızılları qaytarsın. Heç kimin xəbəri olmadığına görə qabın içərisində olan bir cüt sırğanı satmaq qərarına gəlmişdir. Belə olub 03 yanvar 2022-ci il tarixdə pencəyini evə qoymuş, pencəyin cibindən bir cüt sırğanı götürərək əyninə digər bir isti gödəkçə geyinib Qəbələ şəhərinin mərkəzinə gəlmişdir. Qəbələ şəhərində Gündüz adlı şəxsin qızılzinət əşyalarının alqı-satqı mağazasına getmiş, Gündüz adlı şəxsə şəxsiyyət vəsiqəsini təqdim edərək həmin sırğanı 250 manat müqabilində satmışdır. Gündüz sırğanı yoxlamış və qızıl olduğunu demişdir. Sırğanı satan zaman üzərindəki qaşları Gündüz çıxarmış və ona təqdim etmişdir. Gündüz ona həmin qaşların dəyərsiz olduğunu demiş, buna görə həmin qaşları mağazanın yaxınlığındakı zibil qabına atmışdır. Təxminən 2 gün sonra fikriləşmiş ki, qızıl Ağdaş rayonunda baha qiymətə olar, buna görə də evdəki pencəyin cibindən bir ədəd üzüyü və bir ədəd bilərziyi götürərək Hacıallı kəndinə gəlmiş və oradan yoldan keçən avtomobillərin biri ilə Ağdaş rayonuna getmişdir. Ağdaş rayonu ərazisində bazarın qarşısında avtomobildən düşmüş, yaxınlıqdakı qızıl satılan yerə getmiş, ona qızıl satdığını bildirmiş, o da aldığını qeyd etmişdir, belə olub həmin əşyaları şəxsiyyət vəsiqəsini təqdim edərək ora satmışdır. Əşyaları yoxlamışlar və ona qızıl olduqlarını demişlər. Üzüyün üzərindəki qaşı çıxararaq dəyərsiz olduğunu deyib ona qaytarmışlar. Həmin mağazanın adı “Karat qızıl dükanı” imiş. Qeyd etdiyi əşyaları sataraq ümumilikdə qramına 50-70 manat arası pul almışdır. Mağazadan çıxdıqdan sonra verilən qaşları yaxınlıqdakı zibil qabına atmış. Əldə edilən 300-320 manatdan puldan 200 manatını övladının təhsil haqqını ödəmiş, qalan hissəsini isə hissə-hissə gündəlik xərclər üçün xərcləmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri, ekspert rəyi, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs əvvəlcədən tanıyır. Zərərçəkmiş şəxs onun qohumudur, yəni qaynının arvadıdır. Zərərçəkmiş şəxs evindən oğurluq olması barədə məlumatı 2022-ci ilin may ayının əvvəllərində olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs evinin ikinci mərtəbəsindəki qonaq otağında yerləşən şkafın üzərindəki bir ədəd qızıl bilərzik, bir cüt qızıl sırğa və bir ədəd qızıl üzüyün yerləşdiyi kağız materialından hazırlanmış qab Təqsirləndirilən şəxs tərəfindən oğurlanmışdır. Təqsirləndirilən şəxs də onun həmkəndlisidir. Vüqarla birlikdə 2021-ci ilin dekabr ayının əvvəllərində Zərərçəkmiş şəxs evinin ikinci mərtəbəsində işləmişlər. Bunu Zərərçəkmiş şəxs özü ondan və Vüqardan xahiş etmişdir. Belə ki, Zərərçəkmiş şəxs evinin ikinci mərtəbəsində yerləşən qonaq otağındakı peç düzəlməli imiş, buna görə də onu və Vüqarı Zərərçəkmiş şəxs evə dəvət etmişdir. Saat təxminən 10 radələrində evin qonaq otağında imişlər. Belə ki, o, evin dam hissəsində peçin boru hissəsini tuturmuş, Vüqar isə otaqda peçi tənzimləyirmiş. Elə həmin vaxt Təqsirləndirilən şəxs sözü gedən qızıl-zinət əşyalarını götürə bilər. Çünkü o, ev sahibi Zərərçəkmiş şəxs icazəsi ilə evə gəlsə də, qonaq otağında tək imiş. Belə ki, həmin vaxt özü evin damında imiş. Təqsirləndirilən şəxs sözü gedən qızıl-zinət əşyalarını oğurladığını görməmiş, Təqsirləndirilən şəxs qeyd edilən qızılları oğurladıqdan sonra ona hər hansı bir məlumat verməmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, Qəbələ şəhər H.Əliyev prospekti ərazisində özünə məxsus olan qızıl-zinət əşyaları satılan yeri işlədir. Həmçinin həmin mağazada qızıl satan şəxslərdən qızıl da alır və öz qeydiyyat kitabında qeydlərini aparır. Qəbələ rayon Bayramkoxalı kənd sakini Təqsirləndirilən şəxs əvvəlcədən tanımır, onu mövcud hadisədən sonra tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs 2022-ci ilin yanvar ayının 3-ü tarixində onun işlədiyi “Gündüz” adlı qızıl-zinət mağzasına gələrək özünə məxsus qızıl sırğa olduğunu, həmin qızıl sırğanı övladının təhsil haqqı üçün satmaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs əlindəki sırğanı götürüb yoxlamış, həmin sırğanın rus qızılı materialından hazırlandığını müəyyən etmişdir. Həmin sırğanın əyarı “583” imiş. Sırğanı Vüqardan götürüb üzərində olan qaşları çıxarıb Vüqarın özünə vermişdir. Daha sonra isə həmin sırğanı elektron tərəzidə çəkmiş və çəkisinin 4,6 qram olduğunu müəyyən etmişdir. Buna görə də hər qramını 54 manatdan olmaqla ümumilikdə Təqsirləndirilən şəxs 250 manat pul vermişdir. Təqsirləndirilən şəxs bir cüt qızıl sırğa alan zaman həmin sırğanın oğurluq olması barədə məlumatı olmamış, Təqsirləndirilən şəxs aldığı qızıl sırğanı digər tanımadığı qızıl alan şəxslərə satmışdır. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə teleqram ünvanlayaraq, istintaqda verdiyi ifadəsini təsdiq etmiş, dəymiş ziyan tam ödənildiyindən təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbin olmadığını bildirmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 011- 5843-1222 nömrəli məktubdan görünür ki, mövcud oğurluq hadisəsinin baş verdiyi yerdən götürülmüş əl-barmaq izləri KTİ-in ADİS-in bazasında olan şəxslərin əl əksləri ilə müqayisə edilmiş, müqayisəli tədqiqat nəticəsində təqdim edilmiş əl izlərindən 01 ədəd əl-barmaq izinin (şifonerin şüşəsi üzərindən götürülmüş iz) xx.xx.1974-cü ildə Qəbələ rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin orta barmağı ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyun 2022-ci il tarixli, 9/4515 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən qızıl-zinət əşyalarının nəzəri qaydada orta bazar qiyməti ilə ümumi dəyəri 1011 (bir min on bir) manat müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün ibtidai istintaq və ilkin məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadələri, şahidlərin ibtidai istintaq zamanı və ilkin məhkəmə baxışı zamanı verdikləri ifadələri, ekspert rəyi, digər iş materialları ilə onun özgə əmlakını gizli yolla talayaraq oğurluq cinayətin törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini könüllü etiraf edərək səmimi peşimançılıq hissi keçirməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam olaraq ödəməsini və onunla barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən həbsdə olduğu müddət, yəni 03 (üç) gün həbsdə saxlamanın müddəti də nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 17 mart 2022-ci il tarixdən 19 mart 2021-ci il tarixədək və 21 iyun 2022-ci il tarixdən saat 10:00-dan həmin gün saat 11:30-dək həbsdə olduğu müddət, yəni 03 (üç) gün həbsdə saxlamanın müddəti ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından bir günə iki gün hesabı ilə çıxılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. İş üzrə maddi sübut olan Azərbaycan Respublikası DİN-in KTİ-dən daxil olmuş əl izləri, eyniləşdirməyə dair çıxarış və Şahid2 təqdim etdiyi dəftərin vərəqi cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə müsadirə ilə bağlı məsələni araşdırır və hazırkı cinayət işi üzrə müsadirə olunmalı olan əmlak aşkar edilmədiyindən xüsusi müsadirə ilə bağlı tədbirin tətbiq olunmasını məqsədə müvafiq hesab etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə olduğu 03 (üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 06 (altı) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Azərbaycan Respublikası DİN-in KTİ-dən daxil olmuş əl izləri, eyniləşdirməyə dair çıxarış və Şahid2 təqdim etdiyi dəftərin vərəqi cinayət işi materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar