Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-24/2023 24.07.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Qafarlı Yelmar Elman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsvə onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1975-ci il tarixdə Qəbələ rayonunun Uludaş kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işsiz, Qəbələ rayonunun Uludaş kəndində yaşayan və qeydiyyatda olan barəsində “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Qəbələ rayonunun Uludaş kəndində yerləşən həmkəndlisi X12 məxsus icarəyə götürüb işlətdiyi çayxanada həmkəndliləri Şahid2, Şahid1, X5 və X6 bir-birləri ilə pul vəsaitlərinin uduşu üçün oynanılan, uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan qumar oynamaları üçün onlardan hər bərabərə bitən oyuna görə 20 (iyirmi) qəpik pul almaq müqabilində əvvəlcədən razılığa gəlib, onlara 36 (otuz altı) ədəd atlas kart dəsti və çayxananın daxilində yer verməklə qumarxana təşkil etmə cinayətini törətmiş, oyun başladıqdan sonra hər dəfəsində 20 (iyirmi) qəpik olmaqla yuxarıda qeyd olunan qumar oynayan şəxslərdən 1 AZN arası pul almış və həmin qumar oyunun gedişində çayxanaya gələn Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən oyun zamanı istifadə edilən 36 ədəd kart dəsti, eləcə də uduş üçün stolun üzərinə qoyulmuş 1 (bir) ədəd 10 (on) manatlıq, 1 (bir) ədəd 5 (beş) manatlıq, 3 (üç) ədəd 1 (bir) manatlıq kağızdan ibarət olmaqla ümumilikdə 18 (on səkkiz) manat pul əskinazları aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxsAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1-cimaddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsəməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 244-1.1-cimaddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında ifadə verərkən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Qəbələ rayonunun Uludaş kəndində yaşayır və orada pasport qeydiyyatındadır. Qəbələ rayonunun Uludaş kəndində həmkəndlisi Yaşarın oğu Aydına məxsus çayxana var ki, həmin çayxananı Aydından aylığı 25 manata olmaqla icarəyə götürüb işlətməklə çay satıb ailəsini dolandırırmış. Hal-hazırda çayxananı işlətmir, oranı 2 ay işlətdikdən sonra sahibi Aydına qaytarıb təhvil vermişdir. Çayxananı işlətdiyi müddətdə hər gün nahardan sonra saat 15 radələrində açıb gün ərzində faliyyət göstərək çayxanaya gələn müştərilərə çay satıb axşam saat 21 radələrində bağlayırmış. xx.xx.2023-cü il tarixdə saat təxminən 16 radələrində həmkəndliləri Şahid2, Şahid1, X13 və X14 işlətdiyi çayxanaya gəlib çay içib damino oynadıqdan sonra birlikdə puldan qumar oyunu oynamaq istədiklərini bildirmişlər. Həmin şəxslərin təklifi ilə razı olub işlətdiyi çayxanada qumar oynamaqlarına icazə verərək onlara oyun oynamaq üçün 36 ədəd kağızdan olan kartalar və yer vermişdir. Bundan sonra Şahid2, Şahid1, Mayis Məhərərmov və İlham Musayev çayxananın daxilində bir stolda əyləşib birlikdə puldan qumar oynamağa başlamışlar. Onların qumar oyunu zamanı hər bərabər bitən oyuna görə ona 20 qəpik “seka” pulu verirmişlər və onlardan 1 manata yaxın “seka” pulu almışdır. Ağaşirin, Musalim, Mayis və İlham qumar oynadıqları vaxt o, çayxananın içərsində sobanın kənarında stulda əyləşmişdir. Yuxarıda adları qeyd olunan şəxslər onun işlətdiyi çayxanada qumar oynadıqları vaxtdan təxminən 10-15 dəqiqə keçmiş həmin vaxt iki nəfər polis geyim formasında olan şəxslər sonradan bildiyi kəndin sahə rəisi Sübhan və onun köməkçisi Rəcəb adlı şəxslər çayxananın içərsinə daxil olmuşlar. Polis əməkdaşları Ağaşirinin, Musalimin, Mayisin və İlhamın puldan qumar oynadıqlarını görüb videoçəkiliş aparmaqla oynanılan qumarın qanunsuz olduğunu bildirib bununla bağlı araşdırma aparılması üçün onları Qəbələ RPŞ-nə gətirmişlər. Təqsirləndirilən şəxs ifadəsində əlavə olaraq onu da qeyd etmişdir ki, Şahid2, Şahid1, Mayis Məhərərmov və İlham Musayev işlətdiyi çayxanada əvvəllər puldan qumar oynamamış, buna görə onlardan “seka” pulu almamışdır.Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən çox peşiman olduğunu, oğlunun Qarabağ müharibəsi iştirakçısı olmasının nəzərə alınmasını və məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində Qəbələ rayon polis şöbəsinin X2 X4 X17 X11 Sübhan Vaqif oğluifadəsində göstərdi ki, Qəbələ rayonunun Məmmədağalı kəndində yaşayır və orada pasport qeydiyyatındadır. Qəbələ rayon polis şöbəsinin X2 X4 X17 Qrupunun İnspektoru vəzifəsində olub, lakin polis sahə rəisi vəzifəsini müvəqqəti icra edir. Qəbələ rayonunun Uludaş kənd sakini Təqsirləndirilən şəxs ilə heç bir düşmənçilik və ədavəti olamamışdır. Təqsirləndirilən şəxs məlum hadisədən sonra tanımışdır. xx.xx.2023cü il tarixdə saat təxminən 16 radələrində şöbənin İTB-nin polis sahə nəfəri Rəcəb Babaşov ilə xidməti əraziləri olan Qəbələ rayonunun Uludaş kəndinin ərazisində xidmətdə olarkən kəndin mərkəzində yerləşən həmin kənd sakini Təqsirləndirilən şəxs işlətdiyi çayxananın içərsindən səs-küy gəldiyini eşidib orada qumar oynanılması onlarda şübhə doğuraraq çayxanaya daxil olmuşlar. Çayxanaya daxil olan zaman zalın içərsində sağ tərəfdə ayrıca stolda sonradan adları ona məlum olan Qəbələ rayonunun Uludaş kənd sakinləri Şahid3, Şahid2, Şahid1 və İlham Musayevin birlikdə puldan atlas oyun kartları ilə qumar oynadıqlarını görərək özlərini Qəbələ RPŞ-nin əməkdaşları kimi təqdim edib mobil telefonla vidio çəkliş aparmaqla stolun üzərində olan oyun kartları və müxtəlif əskinazlardan ibarət ümumilikdə 18 manat pul tərəflərindən götürülmüşdür. Həmin şəxslərə qumar oynamqaları qanun pozuntusu olduğunu izah edib çayxananı işlədən Təqsirləndirilən şəxs eləcə də orada puldan qumar oynayan şəxslər Şahid3, Şahid2, Şahid1 və İlham Musayev barəsində araşdırma aparılması üçün Qəbələ RPŞ-nə gətirib baş vermiş hadisə barəsində tərəfindən raportla şöbə rəisinə məruzə edilmişdir. Müraciəti ilə bağlı Təqsirləndirilən şəxs işlətdiyi çayxanada puldan qumar oynayan Şahid3, Şahid2, Şahid1 və İlham Musayev barəsində şöbənin İTB-də araşdırma aparılıb onların hər birinə AR-sı İXM-in 525-ci maddəsi ilə inzibati protokol tərtib olunaraq iş baxılması üçün Qəbələ rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində Şahid1 ifadəsində göstərdi ki,Qəbələ rayonunun Uludaş kəndində yaşayır və orada pasport qeydiyyatındadır. Təqsirləndirilən şəxs ilə həmkəndlidir, onunla heç bir düşmənçilik və ədavəti yoxdur. Təqsirləndirilən şəxs Uludaş kəndində çayxana işlətməklə məşğul olurmuş və hal-hazırda həmin çayxananı işlətmir. xx.xx.2023-cü il tarixdə saat təxminən 16 radələrində Loğmanın işlətdiyi çayxanaya gəlib çayxanada olan həmkəndliləri, Mayis Şöyübov, Şahid2, İlham Musayev ilə birlikdə bir stolda əyləşib damino daşları ilə “Telefon” oyunu oynadıqdan sonra əyləşdikləri stolun üzərində 36 ədəd kağızdan olan kart olduğunu görüb belə qərara gəlmişlər ki, hər əli 20 qəpikdən olmaqla qumar oynasınlar. Bundan sonra birlikdə puldan qumar oynamağa başlamışlar. Buna görə çayxananı işlədən Təqsirləndirilən şəxs onlara heç bir etiraz etməmiş, əksinə onlara qumar oynamaları üçün şərait yaratmışdır. Aralarında hər bərabərə bitən oyuna görə Loğmana 20 qəpik seka pulu vermişlər. Mayis, Ağaşirin və İlham ilə qumar oynayan vaxtı Qəbələ rayon polis şöbəsinin əməkdaşları kəndin sahə rəisi Sübhan və onun köməkçisi Rəcəb adlı polis əməkdaşları çayxanaya daxil olub onların qumar oynadıqlarını görüb mobil telefonla video çəkiliş etməyə başlamışlar. Polis əməkdaşları onların qumar oynamaqlarının qanunsuz olduğunu bildirərək oyun zamanı stolun üzərində 18 manata yaxın pulları və oyun kartlarını götürərək, onu, Mayisi, Ağaşirini və İlhamı barələrində araşdırma aparılması üçün Qəbələ RPŞ-nə gətirmişlər. Bununla bağlı barələrində şöbənin İTB-də araşdırma aparılaraq toplanmış material baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilərək Məhkəmə tərəfindən ona, Mayisə, Ağaşirinə və İlhama 3.000 manat cərimə kəsilmişdir. Hal hazırda həmin cərimə tərəfindən dövlət büdcəsinə ödənilmişdir.Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində əlavə olaraq onu da qeyd etmişdir ki, ilk dəfə imiş ki, Təqsirləndirilən şəxs işlətdiyi çayxanada qumar oynamış və ona oynadığı oyuna görə 20 qəpik seka pulu vermiş, əvəllər Loğmanın işlətydiyi çayxanada qumar oynamamış, ona seka pulu verməmiş, Mayis, Ağaşirin və İlham ilə aralarında qumar oyunu təxminən 10-15 davam etmiş, aralarında təxminən 4-5 dəfə bərabərə bitən oyun olmuş, buna görə Təqsirləndirilən şəxs 20 qəpikdən olmaqla təxminən 01 manat “seka” pulu vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş X13 və Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiklərini təsdiq etmişlər. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxscinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi, şahid ifadələri və aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş Qəbələ rayon Məhkəməsi tərəfindən təqdim edilmiş video görüntüyə baxış zamanı müəyyən edilmişdir ki, Şahid2, Şahid1, Şahid3 və X14 xx.xx.2023-cü il tarixdə məhkəmə prosesində Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə təqsirli bilinib ayrı-ayrılıqda dindirilərkən xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs işlətdiyi çayxanada həqiqətəndə pul müqabilində qumar oyunu oynadıqlarını, Təqsirləndirilən şəxs bunun üçün həmin şəxslərə qumar oyunu oynmaları üçün işlətdiyi çayxananın daxilində yer təşkil edərək onlardan hər bərabər bitən oyuna görə 20 (iyirmi qəpik) “seka” pulu aldığını bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Qəbələ rayon Məhkəməsi tərəfindən təqdim edilmiş Qəbələ RPŞ-nin İTB-in sahənin polis nəfəri, polis baş serjantı Rəcəb Babaşov tərəfindən çəkilmiş video görüntüyə baxış zamanı Şahid2, Şahid1, Şahid3 və X6 çayxananın daxilində bir stolda əyləşərək pul müqabilində oyun kartları ilə qumar oynadıqları aydın şəkildə müşahidə edilir. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmişdir. Həmin istintaq hərəkətinin keçirilməsi zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət hadisəsini etiraf edərək ifadəsində göstərdiyi xüsusatları hadisə yerində də əyani şəkildə göstərib Qəbələ rayonunun Uludaş kəndi ərazisində işlətdiyi çayxanada həmkəndliləri Şahid2, Şahid1, X8 və X9 qumar oyunu üçün ayrıcı yer masa təşkil etdiyini, bunun üçün həmin şəxslərdən hər bərabər bitən oyuna görə 20 (iyirmi) qəpikdən olmaqla ümumilikdə 01 (bir) manata yaxın pul aldığını əyani şəkildə göstərmişdir. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, həmin tarixdə şahid X3 ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmişdir. Həmin istintaq hərəkətinin keçirilməsi zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları hadisə yerində də əyani şəkildə göstərərək Qəbələ rayonunun Uludaş kəndi ərazisində həmkəndlisi Təqsirləndirilən şəxs işlətdiyi çayxanada ona, digər həmkəndliləri Şahid2, X8 və X9 qumar oyunu üçün yer təşkil etdiyini, bunun üçün hər bərabər bitən oyuna görə 20 (iyirmi) qəpikdən olmaqla Təqsirləndirilən şəxs ümumilikdə 01 (bir) manata yaxın seka pulu verdiklərini bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmişxx.xx.2023-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, həmin tarixdə Şahid2 ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmişdir. Həmin istintaq hərəkətinin keçirilməsi zamanı Şahid2 ifadəsində göstərdiyi xüsusatları hadisə yerində də əyani şəkildə göstərərək Qəbələ rayonunun Uludaş kəndi ərazisində həmkəndlisi Təqsirləndirilən şəxs işlətdiyi çayxanada ona, digər həmkəndliləri Şahid1, X8 və X9 qumar oyunu üçün yer təşkil etdiyini, bunun üçün hər bərabər bitən oyuna görə 20 (iyirmi) qəpikdən olmaqla Təqsirləndirilən şəxs ümumilikdə 01 (bir) manata yaxın seka pulu verdiklərini bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, həmin tarixdə Şahid3 ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmişdir. Həmin istintaq hərəkətinin keçirilməsi zamanı şahid Mayis Məhərərmov ifadəsində göstərdiyi xüsusatları hadisə yerində də əyani şəkildə göstərərək Qəbələ rayonunun Uludaş kəndi ərazisində həmkəndlisi Təqsirləndirilən şəxs işlətdiyi çayxanada ona, digər həmkəndliləri Şahid2, Şahid1 və X9 qumar oyunu üçün yer təşkil etdiyini, bunun üçün hər bərabər bitən oyuna görə 20 (iyirmi) qəpikdən olmaqla Təqsirləndirilən şəxs ümumilikdə 01 (bir) manata yaxın seka pulu verdiklərini bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Qəbələ RMX PHŞ-in 13 aprel 2023-cü il tarixli PHŞ/6-52/2-523/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs RMX PHŞ-in Poliklinika şöbəsinin “narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda deyil. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Cinayət işi materiallarına əlavə edilmişQəbələ rayon İcra Hakimiyyəti Başçısının Uludaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Cinayət işi materiallarına əlavə edilmiş Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Uludaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 5-59-53/2-106/2023nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi anası X7, arvadı X15 və oğlu X19 iştirakçısı X10 ibarətdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün ibtidai istintaq və ilkin məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadələri, şahidlərin ibtidai istintaq zamanı və ilkin məhkəmə baxışı zamanı verdikləri ifadələri, digər iş materialları ilə onun kqumar oyunlarının keçirilməsi üçün yer, yəni qumarxana təşkil etmə və saxlama cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 244-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını, onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 244-1.1-cimaddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 244-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs 21 iyun 2023-cü il saat 12:20-dən saat 14:00-dək şübhəli şəxs qismində saxlandığı bir gün müddət Azırbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə hesablamaqla ona təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərkən, maddi sübut qismində tanınmış Şahid2, Şahid1, Şahid3 və X6 qumar oynu zamanı Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən video görüntüsü çəkilməklə həmin görüntü köçürülmüş 01 ədəd CD formatlı disk və Şahid2, Şahid1, Şahid3 və X6 məhkəmə prosesi zamanı video görüntüsü köçürülmüş 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulub saxlandığı 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla ona təyin edilmiş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Şahid2, Şahid1, Şahid3 və X6 qumar oynu zamanı Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən video görüntüsü çəkilməklə həmin görüntü köçürülmüş 01 ədəd CD formatlı disk və Şahid2, Şahid1, Şahid3 və X6 məhkəmə prosesi zamanı video görüntüsü köçürülmüş 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökm elan olunduğundan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №1(025)-24/2023
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-24/2023
24.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver