Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-24/2024 19.08.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Lə\man Kamran qızının katibliyi, Dövlət ittihamçısı və müdafiəçi X5 iştirakı ilə, xx.xx.1991-ci ildə Qəbələ şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, orta təhsilli, Qəbələ şəhəri, S.Vurğun küçəsi ev 3-də yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş X2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxıb Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351-353, 383-385-ci maddələrini rəhbər tutaraq M Ü Ə Y Y Ə N E T D İ: X4 ondan ötrü məhkəməyə verilmişdir ki, o, 2023-cü ilin sentyabr-oktyabr aylarında istintaqa dəqiq məlum olmayan tarixlərdə Qəbələ rayonu Nic qəsəbəsi ərazisində yerləşən, Qaraməryəm- İsmayıllı-Şəki magistral yolunun 84-cü kilometrliyinin sağ tərəfli yolun ehtiyyat hissəsində, el arasında “X14 Ferma yanı” kimi tanınan boş sahəlikdə yabanı halda bitmiş, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin yarpaqlarını yığaraq qurutmaqla satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək, hazırlayıb, saxlamaqla üzərində gəzdirərkən, xx.xx.2024-ci il tarixdə saat təxminən 12:30 radələrində Qəbələ şəhəri ərazisində yaşadığı evin yaxınlığında küçədə olarkən Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq, rayon polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış və baxış keçirilərkən, onun əynində olan boz rəngli cins şalvarın sol yan cibindən ağ rəngli sellofan torbanın içərsində 7 ədəd kağız bükümdə, hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,58 qram, 0,57 qram, 0,33 qram, 0,30 qram, 0,19 qram, 0,30 qram və 0,32 qram olmaqla ümumi təmiz çəkisi 2,59 qram və eləcə də həmin sellofan torbanın içərsində açıq vəziyyətdə təmiz çəkisi 5,49 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə bitkisindən (kannabis) kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa xx.xx.2024-cü il tarixdə saat 15:20 radələrində özünün təqdim etməsi və razılığı ilə ünvan 1 ünvanında yerləşən yaşadığı evə baxış zamanı evin yataq otağındakı çarpayının üzərindəki döşəklərin altından “Winiston” markalı boş siqaret qutusunun içərsində ağzı yapışqanla bağlanmış 01 ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 1,82 qram olan tərkibində narkotik maddələr olan çətənə bitkisindən (kannabis) kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs X4 ona qarşı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Qəbələ şəhəri, S.Vurğun küçəsi ev 3-də yaşayır və təxminən 7-8 aya yaxın müddətdir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. 2023-cü ilin təxminən sentyabr-oktyabr aylarında Qəbələ rayonunun Nic qəsəbəsi ərazisində yerləşən boş sahəlikdə yabanı halda bitmiş narkotik vasitə olan marixuana bitkisinin yarpaqlarını yığmış və evə gətirib qurudaraq şəxsən istifadə etmək məqsədilə sellofan torbaya və kağız bükümlərə yığıb əynindəki şalvarın cibində saxlamışdır. Həmin narkotik vasitəni qurudarkən üzərində olan toxumları tullamaq niyyəti ilə toplayaraq ayrıca saxlamışdır. xx.xx.2024-cü tarixdə saat təxminən 11:30 radələrində yaşadığı evin yaxınlığındakı küçədə olan zaman bir neçə nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək ondan üzərində narkotik vasitə olub olmadığını soruşmuşlar. Onlara üzərində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu dedikdən sonra Qəbələ rayon polis şöbəsinə gətirilərək müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı könüllü olaraq əynindəki şalvarın sol yan cibindəki sellofan torbanın içərisində açıq vəziyyətdə və kağız bükümlərdə olan qurudulmuş marixunanı təqdim etmişdir. Həmin narkotik vasitə olan qurudulmuş marixuna kütlələri elektron tərəzidə çəkilmiş qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş və tədbirdə iştirak edənlər tərəfindən imzalanmışdır. Həmin vaxt polis əməkdaşlarına yaşadığı evdə də özü istifadə etməkdən ötrü qurudulmuş marixuana saxladığını demiş və həmin gün saat təxminən 15:30 radələrində öz razılığı ilə yaşadığı ünvan 1-də baxış keçirilmişdir. Baxış zamanı birmərtəbəli yaşayış evinin yataq otağındakı çarpayının üzərinə yığılmış döşəklərin altında gizlətdiyi “Winiston” markalı boş siqaret qutusunun içərsində ağzı yapışqanla bağlanmış 01 ədəd sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmiş və götürülərək qablaşdırılmışdır. Bu barədə protokol tərtib edilmiş və tədbirdə iştirak edənlər tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs X4 daha sonra ifadəsində göstərmişdir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan xəstəliyi ilə əlaqədar bədənindəki ağrıları azaltmaq məqsədilə istifadə etmiş, heç kimə narkotik vasitə satmamış, narkotik vasitə əldə etdiyinə, daşıdığına, saxladığına və istifadə etdiyinə görə peşman olmuşdur. İş üzrə Şahid1 ifadəsində göstərmişdir ki, o, Qəbələ rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 22 aprel 2024-cü il tarixdə şöbəyə Qəbələ şəhər sakini Təqsirləndirilən şəxs üzərində satış məqsədilə narkotik maddə gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş və məlumatın yoxlanmasından ötrü təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin gün saat 11:30 radələrində o, Qəbələ RPŞ CAB-nın əməliyyat müvəkkilləri Şahid2, Sərxan Bəşirzadə və Şahid3lə birlikdə Qəbələ şəhər sakini X2 yaşadığı ünvana tərəf gedərək müşahidə aparmış və X10 şəhəri, S.Vurğun küçəsi ilə hərəkət edərkən saxlanılıb rayon polis şöbəsinə gətirilmişdir. Qəbələ RPŞ-nin inzibati otaqlarından birində video çəkiliş aparılmaqla üzərinə baxış keçirilərkən Ümüd Abdurəhmanzadə könüllü olaraq əynindəki şalvarın sol yan cibindəki sellofan torbanın içərisində açıq vəziyyətdə kağız bükümlərdə olan qurudulmuş marixuana kütlələrini təqdim etmiş və həmin maddəni şəxsən istifadə etmək üçün əldə etdiyini bildirmişdir. Ümüd Abdurəhmanzadənin üzərindən aşkar olunmuş narkotik vasitə olan marixuana kütlələri götürülərək qablaşdırılmış və bu barədə protokol tərtib olunaraq tədbirdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Həmin vaxt X4 yaşadığı evdə özü istifadə etməkdən ötrü qurudulmuş marixuana saxladığını bildirmiş və əməliyat tədbirləri davam etdirilərək həmin gün saat təxminən 15:30 radələrində onun öz razılığı ilə yaşadığı ünvan 1-də baxış keçirilmişdir. Baxış zamanı birmərtəbəli yaşayış evinin yataq otağındakı çarpayının üzərinə yığılmış döşəklərin altından “Winiston” markalı boş siqaret qutusunun içərsində ağzı yapışqanla bağlanmış 01 ədəd sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmiş və götürülərək qablaşdırılmışdır. Bu barədə protokol tərtib edilmiş və tədbirdə iştirak edənlər tərəfindən imzalanmışdır götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitənin ona məxsus olduğunu və Qəbələ rayonunun Nic qəsəbəsi ərazisində yerləşən boş sahəlikdən yığdığını bildirmişdir. İş üzrə şahidlər, Qəbələ RPŞ CAB-nın əməliyyat müvəkkilləri, Şahid2 və Şahid3 X6 ifadəsində göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir. İş üzrə Şahid4 Ümüd oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs atasıdır və onunla birlikdə ünvan 1-də yaşayır. xx.xx.2024-cü il tarixdə saat təxminən 15-00 radələrində yaşadığı evdə olarkən Təqsirləndirilən şəxs bir neçə nəfər polis əməkdaşı ilə birlikdə yaşadıqları ünvana gəlmiş və evə baxış keçirilmişdir. Baxış keçirilib qurtarandan sonra polis əməkdaşlarından Ümüdin qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyini və yaşadıqları evin yataq otaqda özü istifadə etmək məqsədi ilə qurudulmuş marixuana saxladığını öyrənmişdir. Həmin vaxtadək Ümüd Əbdurəhmzanzadənin qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və yaşadıqları evdə narkotik vasitə olan marixuana saxlamasından onun xəbəri olmamışdır. İşdə olan xx.xx.2024-cü il tarixli «şəxsi axtarış və götürmə haqqında» protokola əsasən həmin tarixdə saat 12:50-dən 13:40-dək olan vaxtda Qəbələ rayon polis şöbəsində X2 üzərinə baxış keçirilərkən o, boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd sellofan torba çıxararaq təqdim etmiş və içərisindəki bükülüdə narkotik vasitə olan marixuana kütlələri olduğunu bildirərək Qəbələ rayonunun Nic qəsəbəsi ərazisində yerləşən boş sahəlikdən yığdığını bildirmişdir. Həmin bükülü açıldıqda içərisində 05 ədəd ağ rəngli, 02 ədəd qara rəngli ayrı-ayrı kağız bükümlərdə narkotik vasitə olan marixuanaya bənzər bitki kütlələri aşkar edilmiş, həmin kütlələr selloffan torba ilə birlikdə elektron tərəzidə çəkildikdə çəkisinin 12,6 qram olduğu müəyyən edilmiş və bir ədəd zərfdə qablaşdırılıb DİN-nin “103” saylı möhürü ilə möhürlənərək götürülmüşdür. (c.i.səh 28-29) İşdə olan xx.xx.2024-cü il tarixli «baxış keçirilməsi haqqında» protokola əsasən həmin tarixdə saat 15-20-dən 16-10-dək olan vaxtda X2 yaşadığı Qəbələ şəhəri Səməd Vurğun küçəsində yerləşən 03 saylı evə baxış keçirilərkən evin yataq otağındakı çarpayının üzərinə yığılmış döşəklərin altından “Winiston” markalı boş siqaret qutusunun içərsində ağzı yapışqanla bağlanmış 01 ədəd sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlələr aşkar olunmuşdur. X4 həmin maddənin özünə aid olduğunu və Qəbələ rayonunun Nic qəsəbəsi ərazisində yerləşən boş sahəlikdən yığdığını bildirmişdir. Aşkar olunmuş kütlə ekspertizaya göndərilməsi üçün qablaşıdırılaraq götürülmüşdür. (c.i.səh: 37-44) İşdə olan AR ƏN MEM X16 tərəfindən verilmiş 22 aprel 2024-cü il tarixli, 3-16-16-2-17/385 saylı ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Ü.Abdurəhmanzadə” yazısı, digər adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümün içərisində olan 07 (yeddi) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri – 0,58 qr, 0,57 qr, 0,33 qr, 0,30 qr, 0,19 qr, 0,30 qr və 0,32 qram ümumi çəkiləri – 2.59 qram və həmin sellofan bükümün içərisində, açıq vəziyyətdə təmiz çəkisi – 5,49 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş, üzərində “Ü.Abdurəhmanzadə” yazısı, digər adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki: 01 (bir) ədəd polietilen paketdə, təmiz çəkisi – 1,82 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə -qurudulmuş marixuanadır. 03 (üç) ədəd kağız bükümlərdə, ayrıayrılıqda təmiz çəkiləri – 0,66 qram, 0,03 qram və 0,12 qram, ümumi çəkiləri – 0,81 qram olan bitki toxumları əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Çətənə (kannabis) bitkisinin toxumları narkotik vasitələrə aid deyil. 01 (bir) ədəd siqaretin içərisində, təmiz çəkisi 0 0,31 qram olan tünd sarımtıl – qəhvəyi rəngli kütlə narkotik vasitələrə aid deyil; a)Marixuanaların ümumi çəkisi 9,90 qram olmuş və tədqiqata 0,18 qr (hər birindən 0,02 qr) sərf edildikdən sonra 9,72 qr. qalıq qalmışdır. B) Narkotik vasitələrə aid olmayan kütlənin təmiz çəkisi 0,31 qram olmuş, tədqiqata 0,02 qr sərf edildikdən sonra 0,29 qr. qalıq qalmışdır. ( c.i. səh : 51-53) AR Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər cinayət prosesində sübut kimi qəbul edilir. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 338.1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hökm çıxartdıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, X4 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsüf olunmuşdur. Ona görə də o, CM-nın 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona CM-nın Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası daxilində cəza təyin edilməlidir. AR CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdə olan AR DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məlumata əsasən X4 məhkum olunmamışdır. (c.i. səh: 104) İş üzrə cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. İşdə olan Qəbələ RİHB-nin Qəbələ şəhər İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 5-59- 12/2-7xx/xx/2024 saylı xasiyyətnamədə X4 müsbət xarakterizə olunmuşdur. (c.i. səh: 103) İşdə olan AR ƏƏSMN DSMF 1 saylı X7 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-17-1/2- 108651/2024 saylı məlumata əsasən X4 Nazirliyin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin alt sistemlərinə əsasən ikinci dərəcə əlilliyə görə xx.xx.2010-cu il tarixdən sosial müavinət alır və əlilliyin müddəti ömürlükdür. (c.i. səh:121) İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli 1156 nömrəli X9 X17 göstərilmişdir ki, müayinə zamanı X3 narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. (c.i səh: 153) İşdə olan xx.xx.2024-cü il tarixli “cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” protokola əsasən X4 həmin tarixdə AR CM-nın 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur.(c.i. səh: 09) İşdə olan Qəbələ RPŞ-nin xx.xx.2024-cü il tarixli 455 saylı qərarının surətinə əsasən X4 barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. (c.i. səh: 85-86) «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 3-cü bəndinin 2-ci abzastında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, X4 CM-nın müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli və CM 69.3-cü maddəsinə əsasən onun xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı müddət cəza müddətinə hesablanmalıdır. İş üzrə maddi sübut olan Qəbələ RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan cəmi 9,72 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 0,29 qram çəkidə narkotik vasitələrə aid olmayan kütlə məhv məhv edilməli, İş üzrə ekspertiza xərcini təşkil edən 34,55 manat X1 tutulub dövlət büdcəsinə keçirilməlidir. Qeyd olunanlara əsasın Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351-353, 383-385-ci maddələrini rəhbər tutaraq HÖKMETDİ: X4 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. AR CM-nın 69.3-cü maddəsinə əsasən X8 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlandığı müddət nəzərə alınaraq üzərində 1 (bir) il 11 (on bir ) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X4 ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cəza müddəti ərzində X2 üzərinə hər gün saat 23-00-dan növbəti gün saat 07-00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, Qəbələ rayonunun inzibati ərazisinin hüdudlarından çıxmamaq, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut, Qəbələ RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan cəmi 9,72 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 0,29 qram çəkidə narkotik vasitələrə aid olmayan kütlə məhv edilsin. İş üzrə ekspertiza xərcini təşkil edən 34,55 manat X1 tutulub dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №1(025)-24/2024
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-24/2024
19.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver