Məhkəmə qərarları › İş №1(025)-25/2020

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-25/2020

19.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-25/2020 19.10.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Qafarlı Yelmar Elman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsinin icrası həvalə edilmiş İ dərəcəli hüquqşunas X8, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Novruz oğlunun iştirakları ilə xx.xx.1991-ci il təvəllüdlü, Qəbələ rayon Kürd kəndində anadan olmuş, Qəbələ rayon Kürd kəndində qeydiyyatda olan və Qəbələ şəhəri, M.Abduyev küçəsi bina 52, mənzil 412-də müvəqqəti yaşayan, orta təhsilli, işsiz, subay, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, xx xxx 2020-ci il tarixdə barəsində Qəbələ rayon Məhkəməsi tərəfindən seçilmiş 3 ay müddətinə “həbs” qətimkan tədbiri xx xxxx 2020-ci il tarixdə Şəki Apelyasiya Məhkəməsi tərəfindən “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx.xx.1996-cı il təvəllüdlü, Ağdaş rayon Ləki kəndində anadan olmuş, Ağdam rayon Başqərvənd kəndində qeydiyyatda olan və yaşayan, orta təhsilli, işsiz, subay, Azərbaycan Respublikası vətəndaşı,məhkumluğu olmayan, xx xxx 2020-ci il tarixdə barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx.xx.1996-cı il təvəllüdlü, Qəbələ rayon Kürd kəndində anadan olmuş, Qəbələ rayon Kürd kəndində qeydiyyatda olan və yaşayan, orta təhsilli, işsiz, subay, Azərbaycan Respublikası vətəndaşı, xx.xx.2018-ci il tarixdə Qəbələ rayon Məhkəməsinin hökmü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 11 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, xx xxx 2020-ci il tarixdə barəsində Qəbələ rayon Məhkəməsi tərəfindən seçilmiş 3 ay müddətinə “həbs” qətimkan tədbiri xx xxxx 2020-ci il tarixdə Şəki Apelyasiya Məhkəməsi tərəfindən “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə keçən gecə təxminən saat 01 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, vətəndaş Zərərçəkmiş şəxs məxsus Qəbələ şəhəri, Zərifə Əliyeva küçəsində yerləşən təmirsiz həyət evinə bitişik, ətrafı taxta ilə hasarlanmış və saxlanc yeri kimi istifadə olunan üstü açıq ağıla qanunsuz daxil olaraq əvvəlcə oradan sonuncuya məxsus 5 baş xırda buynuzlu heyvanı olan qoyunlarını, daha sonra bu cür əməlini davam etdirərək qabaqcadan əlbir olduğu tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə keçən gecə təxminən saat 01 radələrində vətəndaş Zərərçəkmiş şəxs məxsus yuxarıda qeyd olunan saxlanc yerinə qanunsuz daxil olub oradan əlavə 7 baş xırda buynuzlu heyvanı olan qoyunlarını, beləliklə 8 baş dişi cinsli, 4 baş erkək cinsli olmaqla ümumilikdə 1199 manat, 94 qəpik dəyərində, cəmi 12 baş xırdabuynuzlu heyvanı olan qoyunlarını vahid niyyətlə əhatə olunmuş qəsdlə oğurlayaraq özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs3 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə keçən gecə təxminən saat 01 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, vətəndaş Zərərçəkmiş şəxs məxsus Qəbələ şəhəri, Zərifə Əliyeva küçəsində yerləşən təmirsiz həyət evinə bitişik, ətrafı taxta ilə hasarlanmış və saxlanc yeri kimi istifadə olunan üstü açıq ağıla qanunsuz daxil olaraq əvvəlcə oradan sonuncuya məxsus 5 baş xırda buynuzlu heyvanı olan qoyunlarını, daha sonra bu cür əməlini davam etdirərək qabaqcadan əlbir olduğu tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə keçən gecə təxminən saat 01 radələrində vətəndaş Zərərçəkmiş şəxs məxsus yuxarıda qeyd olunan saxlanc yerinə qanunsuz daxil olub oradan əlavə 7 baş xırda buynuzlu heyvanı olan qoyunlarını, beləliklə 8 baş dişi cinsli, 4 baş erkək cinsli olmaqla ümumilikdə 1199 manat, 94 qəpik dəyərində, cəmi 12 baş xırdabuynuzlu heyvanı olan qoyunlarını vahid niyyətləəhatə olunmuş qəsdlə oğurlayaraq özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə keçən gecə təxminən saat 01 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, vətəndaş Zərərçəkmiş şəxs məxsus Qəbələ şəhəri, Zərifə Əliyeva küçəsində yerləşən təmirsiz həyət evinə bitişik, ətrafı taxta ilə hasarlanmış və saxlanc yeri kimi istifadə olunan üstü açıq ağıla qanunsuz daxil olaraq əvvəlcə oradan sonuncuya məxsus 5 baş xırda buynuzlu heyvanı olan qoyunlarını, daha sonra bu cür əməlini davam etdirərək qabaqcadan əlbir olduğu tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə keçən gecə təxminən saat 01 radələrində vətəndaş Zərərçəkmiş şəxs məxsus yuxarıda qeyd olunan saxlanc yerinə qanunsuz daxil olub oradan əlavə 7 baş xırda buynuzlu heyvanı olan qoyunlarını, beləliklə 8 baş dişi cinsli, 4 baş erkək cinsli olmaqla ümumilikdə 1199 manat, 94 qəpik dəyərində, cəmi 12 baş xırdabuynuzlu heyvanı olan qoyunlarını vahid niyyətlə əhatə olunmuş qəsdlə oğurlayaraq özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 hər birinin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, xx xxx 2020-ci il tarixdə Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən tutulmuş və doğma xalası oğlu Məhəmmədlə birlikdə oğurluq etməkdə ittiham edilmişdir. O, əslində oğurluq etməmişdir. Atası ona zəng edərək qoruduğu sahələrinə qoyunların keçdiyini demiş, o da Məhəmməddən qoyunları çıxartmaq üçün kömək istəmiş, Məhəmməd isə çay evində müştərilər olduğundan gedə bilməmişdir. Belə olub Vahiddən kömək istəmiş və Vahidlə birlikdə həmin əraziyə getmişlər. Orada əkin sahəsinə qanunsuz daxil olub ziyan vuran başqa şəxsə məxsus qoyunları gətirib işlədiyi Qəbələ rayon yeni avtovağzalın arxasında olan ağula salmışdır. Niyyəti həmin qoyunları oğurlamaq olmamışdır. Əkin sahəsinə qanunsuz daxil olan qoyunları ağula salmaqda məqsədi həmin qoyunlarının sahibi cərimələmək olmuşdur. Daha sonra o, polis əməkdaşları tərəfindən tutularaq Qəbələ RPŞ-nə gətirildikdən sonra rəis müavini Azər Cəfərovun otağına gətirilmişdir. O, Məhəmməd və Vahid ayrı otaqlarda saxlanılmış, otaqda olan zaman Azər Cəfərov onun üzünün sol tərəfindən bir dəfə sillə ilə vuraraq “Məhəmməd və Vahid hardadır” deyə soruşmuşdur. O isə “onları neynirsiz, qoyunları mən ağula salmışdım, məsələ mənlikdir onların günahı yoxdur” deyib cavab vermişdir. Sonra qollarını İlqar və Elnur adlı polis serjantları tutaraq Azər Cəfərov yenidən onun sifətinə bir sillə vurmuşdur. Daha sonra Azər Cəfərov onu iz qalmayacaq şəkildə döymək barədə Elnur və İlqara göstəriş verib hadisəni onlar deyən kimi etiraf etməsinə nail olunmanı istəmişdir. O getdikdən sonra İlqar və Elnur onun qollarını buraraq ona əzab verməyə başlamışlar, onların verdiyi əzablara dözməyib nə demişlərsə onu etmişdir. Onunla birlikdə Vahid və Məhəmməd də həmin gün şöbəyə gətirilmişdir. Həmin hadisə barədə etirafları ona işgəncə verilərək alınmış, MSY-də saxlanılarkən verilən işgəncələrə dözməyib başını divara vurmuşdur. Onun tək günahı sahibini tanımadığı şəxsin qoyununu kəsib yeməsi olmuşdur. Kəsib yedikləri quzunun pulunu zərərçəkmiş şəxsə ödəmişlər. Həmçinin o, psixi pozuntu xəstəsidir. Qəbələ rayon psixiatrik kabinetində pisixi xəstə kimi qeydiyyatda olmaqla mütamadi müalicə qəbul edir. Əvvəllər bir neçə dəfə Bakı şəhəri 1 nömrəli Ruhi-Əsəb Dispanserində müalicə keçmiş, xx xxxxxx 2017-ci il tarixli Qəbələ rayon Məhkəməsinin Qərarı ilə “Cinayət-Proessual fəaliyyət qabiliyyəti olmayan şəxs” hesab edilmişdir. Təqsirləndirilən şəxs1 həmçinin, hazırda quzunu kəsib yeməsinə görə əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, xəstəliyinin olmasını və bir daha belə hallara yol verməyəcəyini bildirib, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onun oğurluqla əlaqəsi yoxdur və 12 baş qoyunları oğurlamamışdır. Qoyunları Təqsirləndirilən şəxs1 qoruduğu əkin sahəsinə ziyan vurduqları üçün ağıla salmışdır. O, Anar və Məhəmmədlə ağıla salınmış quzunun birini kəsərək kabab etmişlər. xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində və xx xxx 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində ifadə verən zaman Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən fiziki zor və təzyiq edilərək ifadə vermişdir. Anar adlı Qəbələ rayon sakini ilə Qəbələdə işlədiyi müddətdə tanış olmuşdur. xx xxx 2020-ci il tarixdə törətmədiyi oğurluğa görə Anar və Məhəmmədlə birlikdə Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən tutulmuşdur. Onu, Anarı və sonuncunun xalası oğlu Məhəmmədi saat 17-18 radələrində RPŞ-nə gətirib 2-ci mərtəbəyə Azər müəllimin otağına qaldırmışlar. Orada qoluna qandal vurulub Anar və Məhəmməd ilə 17-18 may tarixlərdə oğurluqda olmağı ilə bağlı suallar vermiş, o da heç bir oğurluqda iştirak etmədiyini demişdir. Azər müəllim əvvəlcə onun qarnına, sonra isə üzünə sillə ilə vurmağa başlamış, sonra otaqda olan mülki formalı Emil adlı polis də onun mədəsinin üstünə vurmağa başlamış, daha sonra onu yerə yıxıb Emil, Azər və Elçin döyməyə və təpikləməyə başlamışlar. Onlar onu təhqir edib daha sonra cibindən bükülü bir şey çıxarıb ona “ya səni narkotiklə tutacıyıq, yada biz deyənləri edəcəksən” demişlər. Daha sonra Anarın dindirildiyi digər otağa aparıb orada Anar ona “əməliyyat yerim ağrıyır, Azər müəllim nə desə onu da edərsən, artıq dözə bilmirəm, mənə söz verilib ki, hamımızı qurtaracaqlar” demişdir. Sonra isə Anarla razılaşmış, bundan sonra onu etmədiyi cinayətlə bağlı sənədlərə qol çəkdirmişlər. Həmçinin Şahid3 adlı polis əməkdaşı Bakı şəhərində onu taparaq məhkəməyə teleqram vurmasını təkid etmiş və bu səbəbdən teleqram vurmuşdur. Onun tək günahı tanımadığı şəxsə məxsus quzunun kəsilib yeyilməsində iştirak etməsi olmuşdur. Təqsirləndirilən şəxs3 məhkəmədən hazırda döyüş bölgəsində yaşadığını, ailəsinin və kəndlərinin təhlükəsizliyinin qorunmasında iştirak etdiyini nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Anar xalası oğludur, Vahid adlı şəxsi isə əvvəllər tanımırmış. Qəbələ şəhərində Zərifə Əliyeva adına parkda Səfa adlı şəxsdən icarə əsasında çay evi işlədirmiş. Çay evini işlətdiyi zaman Anar da orada imiş və Anarın atasının ona zəng edərək qoruduğu sahələrinə qoyunların keçdiyini demiş, Anar da ondan qoyunları çıxartmaq üçün kömək istəmiş, çay evində müştərilər olduğundan gedə bilməmiş, Anarın Vahidlə söhbət etdiyini görmüşdür. İş yeri evlərindən uzaq olduğu üçün gedib-gəlməkdə çətinlik çəkdiyindən Anarın Qəbələdəki fermasında yatırmış. Anarın fermasına gedən zaman orada cərimə kimi olan yerdə bir neçə baş qoyunun olduğunu görmüş, xalasından və Anardan qoyunların kimin olduğunu soruşanda ona qoyunların sahibini axtardıqlarını demişlər. Anara qoyunlar orada qalsa canavar, çaqqal yeyəcəyini demişdir. Anar da qoynuları oraya gündüz saldığını, axşamlar isə öz ağılına saldığını bildirmişdir. Təxminən 1-2 gündən sonra tövlədəki quzulardan birini kəsmişəm deyərək kömək etməyi xahiş edəndə işdən Anarın fermasına gedəndə Anarın artıq qoyunu tam soyduğunu görmüş, Anar ona cərimə əvəzinə qoyunu kəsdiyini bildirmiş, bundan sonra həmin qoyunu bişirmək üçün onun iş yerinə gətirmiş, Anar və Vahid isə kömür və çörək axtardıqlarından oraya bir qədər gec gəlmişlər. Anar və Vahidlə ətin bir parçasını kabab edərək yemişlər. Anara, Vahidə və ona Qəbələ rayon polis şöbəsində təzyiq edildiyi üçün onlar onun adını çəkərək qoyun oğurladıqda əlbir olduqlarını dediklərini, sonradan isə Şəki Apelyasiya Məhkəməsində onun adının olmadığını tam sərbəst formada bildirdiklərini öyrəndiyini bildirmişlər. Təqsirləndirilən şəxs2 barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs vermiş olduğu ifadəsində göstərdi ki, rəsmi iş yeri yoxdur, ancaq təsərrüfatında təxminən 700 baş qoyun və keçi vardır. Onlardan 350 başı ana qoyun, 200 başı quzu, qalanları isə keçidir. Hər gün özü səhər saatlarında heyvanlarını Qəbələ şəhərinin aşağı hissəsindəki Zarağan kəndinə bitişik otlaq və çaylaq ərazidə otarmışdır. Axşam saat təxminən 20 radələrində heyvanlarını yaşadığı yerdəki həyətinə bitişik kənarları bağlı kubik daşı və taxta hasarla əhatələnmiş olan ağıla, saxlanc yerinə salırmış. Hər gün səhər və axşam heyvanlarını sayırmış. xx xxx 2020-ci il tarixdə səhər saatlarında heyvanlarını yenə də otlağa çıxaranda saydıqda 5 baş ana qoyun və 7 baş quzunun əksik olduğunu müəyyən etmiş, onların itə biləcəyini zənn edərək axtarmış, lakin tapa bilməmiş, oğurlandığı qənaətinə gəlib bu barədə ərizə ilə Qəbələ rayon polis şöbəsinə müraciət etmişdir. Ana qoyunlar 3 yaşlı, quzular isə 5-6 aylıq olmuşlar. Öz heyvanlarının hamısını öz əlamətlərinə görə tanımışdır. Belə ki, onların belinə qırmızı boya, arxasına isə quyruq hissinə göy boya vurmuşdur. Qəbələ rayon polis şöbəsinə müraciət edəndən sonra oğurluq edən şəxslərin Məhəmməd, Anar və Vahid adlı şəxslərin olduqlarını bilmişdir. Oğurluq nəticəsində ona təxminən 2400 manat maddi ziyan dəymiş, oğurlanmış qoyunlardan 8 başı dişi cinsə, 4 başı isə erkək cinsə məxsus olmuşdur. Anar, Məhəmməd və Vahid tərəfindən kəsilib yeyilmiş quzu 5-6 aylıq olmaqla erkək cinsli, diri çəkisinin təqribən 10 kq təşkil etmişdir. Anar və ya qeyri kimsə ona qoyunlarının Gilan şirkətinə və orada olan sakinlərə məxsus olan əkin sahəsinə daxil olması barədə irad bildirməmiş, onlara nəzarət etdiyindən qoyunlarının heç zaman əkin sahələrinə daxil olmamışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs oğurlanmış qoyunlardan 11-nin ona qaytarıldığını, kəsilmiş quzuya görə ona 100 manat verildiyini, lakin verilmiş məbləğ ilə razılaşmadığını, ona dəymiş ziyanın tamamilə ödənilmədiyini bildirmişdir. xx.xx.2020-ci il tarixdə zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəməyə poçt vasitəsilə ərizə göndərərək, təqsirləndirilən şəxslər barəsində ən ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirdi ki, Gilan Aqroservisdə mühafizəçi işləyir, işi Gilan Aqroservisin əkin sahələrini mal-qaradan, qoyunlardan, insanlardan və digər zərər vurmalardan qorumaqdır. Buna görə Gilan ona aylıq 160 manat pul vermişdir. Qoruduğu əkin sahələri Qəbələ şəhərində təzə avtovağzalın aşağı hissəsində yerləşir. Yolun Zarağan kəndi istiqamətində həm sağında, həm də solunda qoruduğu əkin sahələri var və qoruduğu əkin sahələri 250-300 hektar təşkil etmişdir. Təqsirləndirilən şəxs1 4 ildən artıqdır ki, tanıyır. Belə ki, Təqsirləndirilən şəxs1 onun yaşadığı evdən yolun digər tərəfində yaşayırmış və onun evinin yanında böyürtkən yığanda Anarı tanımışdır. Anarla normal münasibəti olmuşdur, heç bir ədavəti olmamışdır. İşlədiyi yerdə mal-qara qoyun quzu əkin sahəsinə daxil olduqda bu barədə sahənin müdriyyətinə məlumat verərək həmin heyvanları sahədə olan ağıla salmış, bundan sonra heyvanların sahiblərinə zəng edərək məlumat vermiş, sahiblər də heyvanlarını aparmağa gələndə 10-20 manat pul verirmişlər. Mal-qaranın Anarın əkininə daxil olmasını görməmişdir. Əgər daxil olarsa ağılları eyni olduğundan görə bilərmiş. Ancaq Təqsirləndirilən şəxs1 ağıla nə zamansa heyvan salmasını da görməmiş, özü də ona bu barədə bildirməmişdir. Əkinə daxil olan heyvanların çox zaman Aydınqışlaq, Daşça kəndlərinin, Zarağan kəndində yaşayan qaçqınların mal-qarası, qoyunları olduğundan onlar ilkin olaraq onun qoruduğu əkin sahəsinə daxil olmuşlar. Anarın qoruduğu sahə avtovağzalın yanından xeyli uzaqda olduğunundan, Təqsirləndirilən şəxs1 qoruduğu yerə mexseti türklərinin mal-qarası daxil ola bilərmiş, çünki onların Qəbələ şəhəri istiqamətindən gəlirlərmiş. Anarın əvvəllər qoyun-quzu, malqara oğurladığını və buna görə də həbs olunduğunu bilmişdir. 2020-ci ilin may ayında televizorda Anarın, adını bilmədiyi xalasıoğlunun və digər tanımadığı şəxsin birgə qoyun oğurladıqları üçün həbs edildiklərini görmüşdür. Sonradan Təqsirləndirilən şəxs1 həbsdən çıxanda onu görüb nə baş verdiyini soruşmuş, Anar ona “sənin ağılına ləzgilərin qoyunun salmışdım” deyə bildirmişdir. Ancaq Təqsirləndirilən şəxs1 ona həmin qoyunları oraya oğurlayıb salmasını, yaxud əkinə ziyan vurduğu üçün salmasını deməmiş, bu barədə ondan nəsə soruşmamışdır. Özü isə Anarın qoyunları oğurlayıb ağıla saldığı üçün həbs edildiyini güman etmişdir. Təqsirləndirilən şəxs1 ona sadəcə olaraq ləzgilərin qoyunları olduğunu demiş, sonradan həmin qoyunların Gündüz adlı şəxsin 12 baş qoyunu olduğunu bilmişdir. Anara zəng edərək ağıla qoyunları Anarın və ya qeyri kimsənin salıb-salmadığını soruşmamışdır. Anarın ağıla qoyun salmasını görməmiş, həmçinin ağıla qoyun salmasını bilməmişdir. Anarın etdiyi oğurluğa görə özünü müdafiə etmək üçün belə dediyini düşünmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, Qəbələ RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxx 2020-ci il tarixdə Qəbələ RPŞ-nin İBdə aparılan cinayət işi ilə bağlı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs3 ifadələrinin yerində yoxlanılması zamanı iştirak etmişdir. İfadələri yerində yoxlanılan Təqsirləndirilən şəxs3 bildirmişdir ki, tanışı Təqsirləndirilən şəxs1 barəsində X33 Məhkəməsində cinayət işi olduğundan Təqsirləndirilən şəxs1 vəkilinə pul lazım olduğundan ona və Məhəmmədə özünün bildiyi bir həyətdən qoyun oğurlamaq istədiyini bildirib ona köməklik etmələrini xahiş etmişdir. Anarın xahişinə razı olmuşlar. Bundan sonra Qəbələ şəhəri, Zərifə Əliyeva küçəsində yaşayan Zərərçəkmiş şəxs yaşayış evinin həyətindəki kənarları bağlı, üstü açıq ağıldan tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olub 2020-ci ilin may ayı ərzində birinci dəfə 5 baş, ikinci dəfə isə 7 baş qoyunu oğurlayaraq onları həmin şəxslərlə Təqsirləndirilən şəxs1 Qəbələ rayon yeni avtovağzalın arxasında yerləşən fermasının yanındakı ağıla salmışlar. Daha sonrakı gün isə qoyunlardan bir başını kəsərək Məhəmməd və Anarla birgə yemişlər, ətin qalan hissəsini isə Anar özü ilə götürmüşdür. Daha sonra Təqsirləndirilən şəxs3 əyani olaraq Zərərçəkmiş şəxs məxsus olan ağıldan 100-120 metr məsafəyə dayanaraq Məhəmmədlə birgə Təqsirləndirilən şəxs1 orada gözlədiklərini, Təqsirləndirilən şəxs1 özünün ağıldan qoyunları yol kənarına daşıdığını və oradan da qoyunları Anar və Məhəmmədlə Anarın avtovağzalın arxasındakı ağılına daşıdıqları yeri təqdim etmişdir. İfadələrin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs3 müdafiəçisi, həmçinin polis əməkdaşları da iştirak edirmişlər. İfadələrin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs3 heç bir fiziki, psixoloji və sair təzyiq edilməmiş, ifadələrin yerində yoxlanılması zamanı video və fotoçəkilişdən istifadə edilmiş, daha sonra ifadələrin yerində yoxlanılması haqqında protokol tərtib edilmiş, ucadan oxunmuş və heç bir əlavə olmadığından Təqsirləndirilən şəxs3, müdafiəçisi və digər iştirak edən şəxslər tərəfindən imzalanmışdır. O, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər hansı bir fiziki zor və təzyiqlər tətbiq etməmiş, onları döyməmişdir. Təqsirləndirilən şəxs3 yalan danışır və dedikləri həqiqəti əks etdirmir. Belə ki, Vahid ona bir neçə dəfə whatsapp proqramı ilə səs yollayaraq, zəng edərək Məhəmməd və Anarın anasının ona təzyiqlər edərək ifadələrini dəyişməsini istədiklərini, artıq onların zənglərindən bezdiyini bildirmiş, hətta özü ona Mehribanın səs yazısını da yazdığını bildirmiş, həmin səs yazısını whatsapp proqramı ilə ona yollamışdır. Bu barədə səs yazısını istintaqa raportla təqdim etmiş, yəni, bunu Vahiddən tələb və təzyiq etmədən Vahid özü vermişdir. Həmçinin Vahid özü ona Mehriban və Anarın anası Leylanın zənglərindən bezdiyini, buna görə də bu barədə ərizə ilə müraciət etmək, teleqram göndərmək istədiyini demiş və o, etiraz etməmişdir. xx xxxx 2020-ci il tarixdə digər xidməti işlə bağlı Bakı şəhərində olan zaman Vahid onunla yenə də əlaqə saxlamış, ərizə yazmaq istədiyini, həmçinin teleqram da yolladığını demişdir. Onunla Bakı şəhərində görüşmüş, Vahid özü sərbəst müdaxiləsi olmadan ərizə yazmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 digər Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Qəbələ RPŞ-nin MSY-nin polis nəfəri vəzifəsində işləyir. xx xxx 2020-ci il tarixdə Qəbələ RPŞ-nin İB-də aparılan cinayət işi ilə bağlı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 ifadələrinin yerində yoxlanılması zamanı iştirak etmişdir. İfadələri yerində yoxlanılan Təqsirləndirilən şəxs1 bildirmişdir ki, barəsində X33 Məhkəməsində cinayət işi varmış, vəkilinə pul lazım olduğundan oğurluq edərək pul əldə etmək qərarına gəlmiş, bu barədə tanışları Vahid və Məhəmməd adlı şəxslərə bildirib ona kömək etmələrini xahiş etmiş və həmin şəxslər də razı olmuşlar. Qoyunları Qəbələ şəhəri, Zərifə Əliyeva küçəsində yaşayan Zərərçəkmiş şəxs oğurlayacağını da əvvəlcədən özü müəyyən etmiş, sonradan Qəbələ şəhəri, Zərifə Əliyeva küçəsində yaşayan Zərərçəkmiş şəxs yaşayış evinin həyətindəki kənarları bağlı, üstü açıq ağıldan tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olub 2020-ci ilin may ayı ərzində birinci dəfə 5 baş, ikinci dəfə isə 7 baş qoyunu oğurlayaraq onları həmin şəxslərlə Qəbələ rayon Yeni avtovağzalın arxasında yerləşən fermasının yanındakı ağıla salmışdır. Sonradan isə həmin qoyunları oradakı tövləsinə özü daşımış, daha sonrakı gün isə qoyunlardan bir başını kəsərək Məhəmməd və Vahid adlı şəxslərlə birgə yemişdir. Qalan ətin bir qədərini onunla kirayədə qeyri-rəsmi yaşayan Mələk adlı qıza vermiş, daha sonra Təqsirləndirilən şəxs1 əyani olaraq Zərərçəkmiş şəxs məxsus olan 1 metr hündürlükdə taxta ilə kənarları bağlı üstü açıq vəziyyətdə olan ağıldan əyilib qoyunları neçə oğurlayıb götürdüyünü, onları tövlədən təxminən 100-120 metr məsafəyə daşıdığı yeri, həmçinin Vahid və Məhəmməd adlı şəxslərlə qoyunları avtovağzalın arxasındakı ağıla daşıdığı yeri, həmin qoyunları tövləsinə daşıdığı yeri əyani olaraq göstərmişdir. İfadələrin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs1 müdafiəçisi, həmçinin polis əməkdaşları da iştirak etmişdir. Təqsirləndirilən şəxs1 heç bir fiziki, psixoloji və sair təzyiq edilməmiş, ifadələrin yerində yoxlanılması zamanı video və fotoçəkilişdən istifadə edilmişdir. Daha sonra ifadələrin yerində yoxlanılması haqqında protokol tərtib edilmiş, ucadan oxunmuş, heç bir əlavə olmamış, Təqsirləndirilən şəxs1, müdafiəçisi və digər iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirdi ki, o, Qəbələ RPŞnin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxx 2020-ci il tarixdə Qəbələ RPŞ-nin İB-də aparılan cinayət işi ilə bağlı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 ifadələrinin yerində yoxlanılması zamanı iştirak etmişdir. İfadələri yerində yoxlanılan Təqsirləndirilən şəxs1 bildirmişdir ki, barəsində X33 Məhkəməsində cinayət işi vardır, vəkilinə pul lazım olduğundan oğurluq edərək pul əldə etmək qərarına gəlmişdir. Bu barədə tanışları Vahid və Məhəmməd adlı şəxslərə bildirib ona kömək etmələrini xahiş etmiş və həmin şəxslər də razı olmuşlar. Qoyunları Qəbələ şəhəri, Zərifə Əliyeva küçəsində yaşayan Zərərçəkmiş şəxs oğurlayacağını da əvvəlcədən özü müəyyən etmişdir. Sonradan Qəbələ şəhəri, Zərifə Əliyeva küçəsində yaşayan Zərərçəkmiş şəxs yaşayış evinin həyətindəki kənarları bağlı, üstü açıq ağuldan tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olub 2020-ci ilin may ayı ərzində birinci dəfə 5 baş, ikinci dəfə isə 7 baş qoyunu oğurlayaraq onları həmin şəxslərlə Qəbələ rayon Yeni avtovağzalın arxasında yerləşən fermasının yanındakı ağula salmış, sonradan isə həmin qoyunları orada olan özü tövləsinə daşımışdır. Daha sonrakı gün isə qoyunlardan bir başını kəsərək Məhəmməd və Vahid adlı şəxslərlə birgə yemişlər, qalan ətin bir qədərini isə onunla kirayədə qeyri rəsmi yaşayan Mələk adlı qıza vermişdir. Daha sonra Təqsirləndirilən şəxs1 əyani olaraq Zərərçəkmiş şəxs məxsus olan 1 metr hündürlükdə taxta ilə kənarları bağlı üstü açıq vəziyyətdə olan ağuldan əyilib qoyunları neçə oğurlayıb götürdüyünü, onları tövlədən təxminən 100-120 metr məsafəyə daşıdığı yeri, həmçinin Vahid və Məhəmməd adlı şəxslərlə qoyunları avtovağzalın arxasındakı ağula daşıdığı yeri, həmçinin həmin qoyunları tövləsinə daşıdığı yeri əyani olaraq göstərmişdir. İfadələrin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs1 müdafiəçisi, həmçinin polis əməkdaşları da iştirak etmişlər. İfadələrin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs1 heç bir fiziki, psixoloji və sair təzyiq edilməmişdir. İfadələrin yerində yoxlanılması zamanı video və fotoçəkilişdən istifadə edilmiş, daha sonra ifadələrin yerində yoxlanılması haqıqnda protokol tərtib edilmiş, ucadan oxunmuş, heç bir əlavə olmamış, Təqsirləndirilən şəxs1, müdafiəçisi və digər iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 digər Şahid5 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirdi ki, Qəbələ RPŞ-nin MSY-nin polis nəfəri vəzifəsində işləyir. xx xxx 2020-ci il tarixdə Qəbələ RPŞ-nin İB-də aparılan cinayət işi ilə bağlı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 ifadələrinin yerində yoxlanılması zamanı iştirak etmişdir. İfadələri yerində yoxlanılan Təqsirləndirilən şəxs1 bildirmişdir ki, barəsində X33 Məhkəməsində cinayət işi vardır, vəkilinə pul lazım olduğundan oğurluq edərək pul əldə etmək qərarına gəlmişdir. Bu barədə tanışları Vahid və Məhəmməd adlı şəxslərə bildirib ona kömək etmələrini xahiş etmiş və həmin şəxslər də razı olmuşlar. Qoyunları Qəbələ şəhəri, Zərifə Əliyeva küçəsində yaşayan Zərərçəkmiş şəxs oğurlayacağını da əvvəlcədən özü müəyyən etmişdir. Sonradan Qəbələ şəhəri, Zərifə Əliyeva küçəsində yaşayan Zərərçəkmiş şəxs yaşayış evinin həyətindəki kənarları bağlı, üstü açıq ağuldan tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olub 2020-ci ilin may ayı ərzində birinci dəfə 5 baş, ikinci dəfə isə 7 baş qoyunu oğurlayaraq onları həmin şəxslərlə Qəbələ rayon Yeni avtovağzalın arxasında yerləşən fermasının yanındakı ağula salmış, sonradan isə həmin qoyunları orada olan özü tövləsinə daşımışdır. Daha sonrakı gün isə qoyunlardan bir başını kəsərək Məhəmməd və Vahid adlı şəxslərlə birgə yemişlər, qalan ətin bir qədərini isə onunla kirayədə qeyri rəsmi yaşayan Mələk adlı qıza vermişdir. Daha sonra Təqsirləndirilən şəxs1 əyani olaraq Zərərçəkmiş şəxs məxsus olan 1 metr hündürlükdə taxta ilə kənarları bağlı üstü açıq vəziyyətdə olan ağuldan əyilib qoyunları neçə oğurlayıb götürdüyünü, onları tövlədən təxminən 100-120 metr məsafəyə daşıdığı yeri, həmçinin Vahid və Məhəmməd adlı şəxslərlə qoyunları avtovağzalın arxasındakı ağula daşıdığı yeri, həmçinin həmin qoyunları tövləsinə daşıdığı yeri əyani olaraq göstərmişdir. İfadələrin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs1 müdafiəçisi, həmçinin polis əməkdaşları da iştirak etmişlər. İfadələrin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs1 heç bir fiziki, psixoloji və sair təzyiq edilməmişdir. İfadələrin yerində yoxlanılması zamanı video və fotoçəkilişdən istifadə edilmiş, daha sonra ifadələrin yerində yoxlanılması haqqında protokol tərtib edilmiş, ucadan oxunmuş, heç bir əlavə olmamış, Təqsirləndirilən şəxs1, müdafiəçisi və digər iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 digər Şahid7 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X25 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs1 onun oğlu, Təqsirləndirilən şəxs2 isə bacısı oğludur. Oğlu Təqsirləndirilən şəxs1 qoyunları oğurlamamışdır. Belə ki, həyat yoldaşı Məhəmməd Aslanov əkin sahəsinə qoyunların keçdiyini görmüş, özü yorğun olduğundan bu barədə Anara məlumat vermişdir. Anar isə əkin sahəsinə qanunsuz daxil olub ziyan vuran başqa şəxsə məxsus qoyunları gətirib işlədiyi Qəbələ rayon yeni avtovağzalın arxasında olan ağula salmışdır. Anarın niyyəti həmin qoyunları oğurlamaq olmamışdır. Əkin sahəsinə qanunsuz daxil olan qoyunları ağula salmaqda məqsədi həmin qoyunlarının sahibini cərimələmək olmuşdur. Qəbələ RPŞ-si tərəfindən onlara qarşı əvvəllər də qərəzli mövqe sərgilənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs2 onun oğlu, Təqsirləndirilən şəxs1 isə bacısı oğludur. O, xx.xx.2017-ci il tarixdə avtoqəza nəticəsində məhkəmə tibbi-ekspertzasının rəyinə əsasən sağlamlığa zərər vurmayan xəsarət alması ilə əlaqədar Qəbələ rayon polis şöbəsində göstərilən hadisənin qeyri obyektiv araşdırılması və polis əməkdaşlarının qanunsuz hərəkətləri barədə çoxsaylı şikayətləri olmuşdur. Bu səbəbdən Qəbələ RPŞ-si tərəfindən ona və oğluna qarşı qərəzli mövqe sərgilənməkdədir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini hər birinin törətməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, iş materialları və aşağıda göstərilən digər sübutlarlada təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və göstərmişdir ki, Vahid adlı şəxsi uzun müddətdir ki, tanıyırmış, belə ki, o bir neçə il əvvəl Qəbələ şəhərində hərbi hissədə işləmiş, sonradan isə hərbidən çıxmışdır. Buna görə də onunla yaxın münasibəti varmış. Qəbələ şəhərində yeni avtovağzalın arxasında qaldığı evin yanında tövləsi varmış, orada Məşğulluq İdarəsi tərəfindən dolanışıq məqsədi ilə verilmiş özünün 2 baş inəyi vardır ki, həmin yerdə gah özü, gah anası qalırmış, həmçinin avtovağzalın arxasındakı əkin sahəsinə də “Gilan” şirkəti tərəfindən tapşırıldığı üçün nəzarət edirmiş, buna görə ona taxıl yetişdikdə taxıl verəcəyinə söz vermişlər. Hazırda X33 məhkəməsində barəsində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə cinayət işinə baxılırmış. Barəsində olan cinayət işi ilə bağlı ona hüquqi köməklik lazım olduğu üçün Şəki şəhərində olan vəkillərlə maraqlandıqda ona vəkil üçün 1000 manat xidmət haqqı lazım olduğunu demişlər. Buna görə oğurluq edərək tez bir şəkildə pul əldə etmək qərarına gəlmiş, gündüz saatlarından evinin yaxınındakı sahələrdə mütəmadi olaraq qoyunların otladığını görərək oğurluq etmək, həmin qoyunlardan oğurlayıb satmaq fikrini qətiləşdirmişdir. Təxminən xx xxx 2020-ci il tarixdə oğurluq etmək fikri olduğunu deyərək bu barədə Məhəmməd adlı xalasıoğluna və tanışı Vahid adlı şəxsə Qəbələ şəhəri Zərifə Əliyeva adına parkdakı klubda deyərək onunla birgə oğurluq etmələrini istəmişdir. Lakin, Vahid və Məhəmməd ona oğurluq etməsələr də, oğurluq etməyə köməklik edəcəklərini demişlər. Onlarla razı olmuş, əvvəlcədən nəzarət etdiyi taxıl sahəsinin kənarındakı qoyun sürülərinin Ağdaş rayonu istiqamətində piyada yolun sol kənarındakı Zərifə Əliyeva küçəsindəki “Şıxtacı baba” adlanan yerə getdiklərindən qoyunların orada saxlanıldıqlarını bildiyindən, həmin gün gecə saat təxminən saat 01 radələrində oğurluq etmək üçün üzü bir həyətə doğru, sahibini tanımadığı bağ-həyət sahəsinin kənarına gəlmiş, qoyunların bir hissəsi setkadan, taxtadan olan hasardan içəridə imiş. Bu zaman orada bir it olub ona hürsə də tutmamış, sakitləşmiş, oğurluq üçün özü ilə birgə ip də aparmışdır ki, qoyunların ayaqlarını bağlayıb oradan əkin sahəsinin kənarına gətirsin ki, Vahid və Məhəmmədlə birgə tövləsinə aparsın. Oradan qoyunlardan bir-bir olmaqla 5 başını təxminən 1 metr hündürlükdəki hasardan əyilib götürüb bayıra çıxartmış və onların ayaqlarını bağlamış, qoyunları 200 metr yol kənarına yuxarıda qeyd etdiyi ağıla daşımaq üçün gətirmişdir. Qoyunları tövləyə aparsaydı o zaman atasıgilin bundan xəbər tuta biləcəklərini düşünmüş, bundan sonra Qəbələ şəhərinə kluba gələrək oğurluq barədə Məhəmməd və Vahid adlı şəxsə bildirmiş, onlar da köməklik etmişlər. Belə ki, Məhəmməd 2 baş qoyunu, Vahid bir baş, özü 2 baş qoyunu çiyninə alıb tövləsinin yanındakı ağıla salaraq ayaqlarını açmışlar. Məqsədləri qoyunları satıb və pul əldə etmək olmuş, pul isə vəkilə vermək üçün ona çatmalı imiş. Səhəri gün ağıldan qoyunları tövləsinə özü tək daşımışdır. xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixə keçən gecə saat təxminən 01 radələrində yenə də Məhəmməd və Vahid birgə onun oğurluq etdiyi yerə oğurluq etmək üçün getmişlər, Vahid və Məhəmməd onu təxminən 100 metr məsafədə gözləmişlər ki, gedib əvvəllki yerdən, adını sonradan bildiyi Gündüz adlı şəxsin həyətyanı sahəsindəki ağıldan qoyun oğurlasın. Həmin yerə gəlmiş, oradan təxminən 1 metr hündürlüdəki taxta hasardan əyilib cəmi 7 baş qoyunu bayıra çıxartmış, onları sürə-sürə Məhəmməd və Vahidin yanına gətirmişdir. Onlar ona köməklik etmiş, birgə qoyunları sürə-sürə yenə də ağıla gətirmişlər, xx xxx 2020-ci il tarixdə isə tövləsinə yaxın yerdə həyətində 1 baş qoyunu Vahidlə, Məhəmmədlə birgə kəsmişlər, kəsilmiş qoyunun bir qədərini həmin gün gecə saatlarında Qəbələ şəhərində Məhəmmədin işlədiyi klubda qızardıb kabab edərək yemişlər, qalan əti isə onunla qeyri rəsmi yaşayan Yavər adlı qıza vermiş, sonradan polis şöbəsi tərəfindən oğurluq etdikləri müəyyən edilərək polis şöbəsinə aparılmışlar, qoyunlardan 11 baş isə tövlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 oğurluqları xx xxx 2020-ci il və xx xxx 2020-ci il tarixlərdə deyil, xx xxx 2020-ci il və xx xxx 2020-ci il tarixlərdə törətdiklərini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və göstərmişdir ki, Anar adlı şəxsi uzun müddətdir ki, tanıyırmış, belə ki, bir neçə il əvvəl Qəbələ şəhərində hərbi hissədə işləmiş, sonradan isə hərbidən çıxmış, buna görə də onunla yaxın münasibəti varmış. Anarın hazırda X33 məhkəməsində barəsində AR CM-nin 221.1-ci maddəsi ilə cinayət işi olduğunu ona bildirmişdir. Qəbələ şəhərində Zərifə Əliyeva adına parkdakı gecə klubunda Anar ona və Məhəmmədə barəsində olan cinayət işi ilə bağlı hüquqi köməklik lazım olduğu üçün Şəki şəhərində olan vəkillərlə maraqlandıqda vəkil üçün 1000 manat xidmət haqqı lazım olduğunu demiş, təxminən xx xxx 2020-ci il tarixdə Anar ona və tanışı Məhəmməd adlı şəxsə oğurluq etmək fikri olduğunu deyərək oğurluq etməyi təklif etmiş, lakin Məhəmməd razı olmamış, Anara oğurluq etməsək ona oğurluq etməyə köməklik edəcəklərinə söz vermişlər. Bu köməklik Anara oğurladığı qoyunları daşımaqdan, yerləşdirməkdən və sair bu kimi hərəkətlərdən ibarət olmalı imiş. Elə həmin gün axşam Anar özü Qəbələ şəhərində “Şıxtacı baba” adlanan yerə yaxın, üzü Ağdaş rayonu istiqamətində yolun sol tərəfində bir həyətdə qoyunların yerini müəyyən etdiyini demiş, oradan qoyunlardan oğurlamaq istədiyini bildirmişdir. Lakin, Anar ona və Məhəmmədə ilkin olaraq nə qədər qoyun oğurlayacaqlarını deməmiş, aralarındakı əvvəlcədən olan razılığa əsasən Anar özü həyətə gedərək qoyunlardan oğurlayıb onları yol kənarında, əkin sahəsinin kənarlarına gətirməli imiş. Yəni, Məhəmmədlə həyətə daxil olmalı deyilmişlər, ancaq əkin sahəsinin kənarından Anara köməklik edərək qoyunları yolun əks tərəfinə avtovağzalın arxasındakı Anarın tövləsinə yaxın bir ağıla daşıyaraq Anara köməklik etməli imişlər. 2020-ci ilin mayın 17-dən 18-ə keçən gecə axşam saat 01 radələrində oğurluq etmək üçün üzü Ağdaş rayonu istiqamətində yolun sol kənarındakı “Şıxtacı baba” adlanan yerə gəlmişlər. Anar əvvəlcədən orada bir həyətdən qoyun oğurluğu üçün yer etdiyi həyətə getmiş, Məhəmmədlə onu əkin sahəsinin kənarında, yəni Anarın oğurluq etdiyi yerdən təxminən 100 metr məsafədə əkin sahəsinin yanında piyada gözləyirmişlər. Anar oğurluq üçün hazırlıqlı getmiş, oğurladığı qoyunların ayaqlarını bağlamaq üçün özü ilə ip götürmüşdür. Qoyunları qucaqlarında daşımalı imişlər, Anar özü ora həyətə gedərək oradan bir neçə dəfəyə 5 baş qoyunu yolun əkin sahəsinin kənarına ayaqları bağlı vəziyyətdə gətirmiş, Anarın hansı həyətə, kimin həyətinə getdiyini bilməmişlər, bu barədə ondan soruşmamışlar. Anar 5 baş qoyunu ayaqları bağlı şəkildə gətirdikdən sonra Məhəmmədlə, həmçinin Anarın özü qoyunları qucaqlarında, çiyinlərinə alaraq yeni tikilən avtovağzalın arxasına Anarın dediyi əkin sahəsinin yanındakı ağıla aparmışlar, ayaqlarını açaraq oraya buraxmışlar. Anar həmin qoyunları satıb pul əldə etməli və vəkilinə verməli imiş, buna görə ona, Məhəmmədə pul və sair maddi gəlir çatmalı deyilmiş. Qoyunları daşıyan zaman ana-bala olmaqla 2 baş qoyunu birdən qucağına alıb Anarın dediyi yerə, yəni, əkin sahəsinin kənarındakı, Anarın tövləsindən bir qədər aralı olan kənarları bağlı ağıla gətirmişdir. Məhəmməd və Anar da hərəsinə 1 baş olmaqla qucaqlarında qoyunları həmin ağıla gətirmişlər. Bir baş qalan qoyunu da Anar özü sonradan yenə də qucağında ağıla gətirmişdir. Anar qoyunları tövləyə saldıqda valideyinlərinin görə biləcəyinə görə ağıla saldığını demişdir. xx xxx 2020-ci il tarixdə Anarla görüşdükdə Təqsirləndirilən şəxs1 ona və Məhəmmədə yenə də həmin yerdən eyni qaydada qoyunlardan oğurlamaq istədiyini demiş və yenə də Məhəmmədlə ona qoyunları oğurlamaqda köməklik etməyə əvvəlcədən razılaşmışlar, gecə saat 01 radələrində Məhəmmədlə yenə də əkin sahəsinin kənarında gözləyirmişlər, Anar isə oğurluq etmək üçün getmiş, az sonra Anarın qoyunları sürərək əkinin sahəsinin kənarına gətirdiyini görmüşlər. Bu zaman Məhəmmədlə Anara köməklik etmişlər, qoyunları sürüb onları bir qədər də əkin sahəsinin kənarına, oradan isə hər üçü yenə də onları sürüb yolun əks tərəfindəki avtovağzalın arxasındakı əvvəlki yerə əkin sahəsinin yanındakı ağıla salmışlar. Bundan sonra oradan Məhəmmədlə uzaqlaşıb getmişlər. Həmin qoyunlardan da ona və Məhəmmədə heç bir pul və ya qoyun, maddi gəlir çatmalı deyilmiş, sadəcə olaraq Anara vəkilinə pul verə bilməsi üçün köməklik edirmişlər. xx xxx 2020-ci il tarixdə isə 1 baş qoyunu Anarla, Məhəmmədlə birgə kəsmişlər, bir qədərini birgə yemişlər, qalan 11 qoyun isə Anarın tövləsində qalmış, sonradan polis şöbəsi tərəfindən oğurluq etdikləri müəyyən edilərək polis şöbəsinə aparılmışlar. Təqsirləndirilən şəxs3 nə birinci, nə də ikinci dəfə oğurluq zamanı Anarın dəqiq olaraq nə qədər qoyun oğurlayacağını demədiyini, oğurladıqları qoyunların saylarını özü müəyyən etdiyini, Anarla, Məhəmmədlə və ya təklikdə başqa heç bir oğurluq etmədiyini, səs-küy olub tutula biləcəkləri üçün Məhəmmədlə birgə Anarın qoyunları oğurladığı yerə getmədiklərini bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələr məhkəmə baxışında elan edilərək tədqiq edilmişdir. Həmin ifadələrdən gürünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək yaşayış sahəsinə və başqa saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq cinayətini törətdiklərini bildirmişlər. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ibtidai istintaqda verdikləri ifadələr sərbəst ifadələrdir, həmin ifadələri hər hansı fiziki və ya psixi təsir altında verməmişlər, ona görə də həmin ifadələrin mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyinə görə sübut növü kimi nəzərə alınmalı və məhkəmə istintaqında təqdiq olunan bütün sübutların məcmusu ilə birlikdə qiymətləndirilməlidir. İşdə olan məhkəmənin sorğusuna əsasən Qəbələ rayon prokurorluğundan daxil olmuş Qəbələ rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşunas X2 xx xxxxxx 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, şikayətçi Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, X6 və X25 və qeyrilərinin müraciətlərində göstərilmiş Qəbələ RPŞ-nin əməkdaşlarının qanunsuz hərəkətləri barədə göstərilən xüsusatlar təsdiq olunmadığından və cinayət hadisəsi müəyyən olunmadığından, bu barədə toplanmış 38c- 20 saylı material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. Həmçinin qərarda göstərilmişdir ki, araşdırma zamanı Qəbələ RPŞ tərəfindən təqdim edilmiş CD diskə baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Qəbələ RPŞ-nin MSY-nin 6-cı və 4-cü saxlama kameralarında xx.xx.2020-ci il tarixdə müvafiq olaraq saat 14:32 və 14:50 radələrində özlərini aqressiv apararaq başlarını və bədənlərinin digər yerlərini kameranın daşdan olan divarına və kamerada olan dəmir və taxtadan ibarət olan çarpayıya, əşya dolabına vuraraq özlərinə müxtəlif xəsarətlər yetirmişlər. Beləliklə məhkəmə hesab edir ki, Qəbələ rayon prokurorluğundan daxil olmuş Qəbələ rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşunas X2 xx xxxxxx 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə Təqsirləndirilən şəxs1la M.X7 müəssisənin Tibb sanitar hissəsində həkim tərəfindən müayinə keçirilən zaman bədənləri üzərində xəsarətlər aşkar olunsa da, həmin müəssisəyə köçürülməzdən öncə Qəbəblə RPŞ-də özlərinə xəsarət yetirmələrinin video gərüntülərlə və polis əməkdaşlarının izahatları ilə təsdiq olunmuşdur. Bu səbəbdən Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən fiziki zorakılığa və işgəncələrə məruz qalması barədə təqsirləndirlən şəxslərin ifadələri, o cümlədən şahidlər L.Aslanova və Təqsirləndirilən şəxs2nın yaxın qohumlar olmaqla maraqlı şəxslər olduqları üçün onların izahatları sübut kimi qiymətləndirilməməlidir. Həmçinin ilkin olaraq etiraf edilmiş oğurluq cinayətinin inkar edilməsi barədə Təqsirləndirilən şəxs3la həmin cinayətin digər iştirakçısı Təqsirləndirilən şəxs2 anası Təqsirləndirilən şəxs2 ilə telefon danışığının olması, həmin danışıq zamanı sonuncunun təkid etməsinə baxmayaraq Təqsirləndirilən şəxs3 sərbəst şəkildə Təqsirləndirilən şəxs2nın oğlu Təqsirləndirilən şəxs2 və bacısı oğlu Təqsirləndirilən şəxs1la birlikdə oğurluq cinayətini etiraf etdikdən, habelə Təqsirləndirilən şəxs2nın oğlu Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən yayındırmaq üçün ona təzyiq etməsi barədə Qəbələ RPŞ-nə ərizə ilə müraciət etdiyi halda sonradan zorakılığa məruz qalaraq cinayəti etiraf etməsi barədə araşdırma zamanı verdiyi izahatınının doğru olmasına şübhə doğurmuşdur. Qəbələ RPŞ-nin əməkdaşlarının heç biri tərəfindən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 fiziki zorakılığa və işgəncələrə məruz qalmaları təsdiq edilməmişdir. Bu səbəbədən cinayət məsuliyyətindən yayınmaq üçün bu barədə həmin təqsirləndirilən şəxslərin və qohumlarının göstərdikləri xüsusatların yalan və qərəzli olması kimi qiymətləndirilməlidir. İşdə olan Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 tərəfindən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsinə dair vəsatətindən görünür ki, təqsirləndirilən şəxs əməlini səmimi etiraf etmiş və özünü təqsirli bililmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli şübhəli şəxs Təqsirləndirilən şəxs3 və şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzləşdirilməsi protokolundan və həmin üzləşdirmə zamanı aparılmış videoçəkilişə baxış zamanı görünür ki, Təqsirləndirilən şəxs3 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə deyərək bildirmişdir ki, xx xxx 2020ci və xx xxx 2020-ci il tarixlərdə Təqsirləndirilən şəxs1 Qəbələ şəhər Z.Əliyeva küçəsindən qoyun oğurlamasına köməklik etmişlər. Təqsirləndirilən şəxs3 bildirmişdir ki, Anar həmin küçədən bir həyətə qoyunları gətirməyə getmiş, özü və Məhəmməd isə oğurluq yerindən 100 metr məsafədə gözləmiş, Anar qoyunları gətirdikdən sonra hər üçü birgə onları Anarın yeni avtovağzalın arxasındakı tövləsinin yanındakı ağılına salmışlar, özü və Məhəmmədin qeyd edilən hadisənin oğurluq olduğunu bilmişlər. Üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs2 isə özünü müdafiə xarakterli ifadə verərək iş yerində ancaq kabab bişirilən zaman iştirak etdiyini, həmin ətin də oğurluq olmasını bilmədiyini, heç bir oğurluqda iştirak etmədiyini bildirmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli “şübhəli şəxsin ifadələrinin yerində yoxlanılması” protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 videoçəkiliş aparılmaqla müdafiəçisinin iştirakı ilə Zərərçəkmiş şəxs Qəbələ şəhəri Z.Əliyeva küçəsindəki kənarları taxta ilə bağlı olan ağılından birinci dəfə 2020-ci ilin may ayında 5 baş,ikinci dəfə isə yenə də 2020-ci ilin may ayında 7 baş qoyunu Zərərçəkmiş şəxs həyətyanı sahəsində yerləşən kənarları bağlı ağılından oğurladığını bildirmiş, əyani olaraq Təqsirləndirilən şəxs1 ağılın kənarındakı 1 metr hündürlükdəki taxta hasardan əyilib qoyunları necə götürməsini göstərmiş, həmçinin Təqsirləndirilən şəxs3la Təqsirləndirilən şəxs2 onu həmin yerdən təxminən 80-100 metr məsafədə əkin sahəsinin kənarında gözlədikləri yeri təqdim etmiş, qoyunları oraya özünün apardığını, daha sonra isə Vahid və Məhəmmədlə birgə qoyunları birinci dəfə qucaqlarında və çiyinlərində, ikinci dəfə isə sürərək onları tövləsinin yanındakı ağıla saldıqlarını bildirmiş, daha sonra ifadələrin yerində yoxlanılması Təqsirləndirilən şəxs1 Qəbələ şəhəri yeni avtovağzalı arxasındakı tövləsinin yanındakı ağılda davam etdirilmiş, Təqsirləndirilən şəxs1 əkin sahəsinin kənarında yerləşən ətrafı dəmirlə hasarlanmış ağılı təqdim edərək qoyunları oraya daşıyıb yığdıqlarını bildirmiş, daha sonra ağıldan 100 metr məsafədə yerləşən tövləsini təqdim edərək qoyunları sonradan özü tövləsinə daşıdığını bildirmiş, tövləsinin qapısını açaraq orada olan 6 baş quzunu və 5 baş ana qoyunu təqdim etmiş, həmin qoyunları oğurladığını, Vahid və Məhəmmədin həmin qoyunların oğurluq olmasından xəbərdar olduqlarını və ona köməklik etdiklərini bildirmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli “şübhəli şəxsin ifadələrinin yerində yoxlanılması” protokolundan görünür ki, Təqsirləndirilən şəxs3 Qəbələ şəhəri, Z.Əliyeva küçəsində, üzü Ağdaş rayonu istiqamətində asfalt örtükdən sol tərəfdə təxminən 800 metr məsafədəki əkin sahəsinin kənarını təqdim edərək xx xxx 2020-ci il tarixdə gecə saatlarında Təqsirləndirilən şəxs1 5 baş, xx xxx 2020-ci il tarixdə gecə saatlarında 7 baş qoyunu həmin yerdən təxminən 150 metr məsafədə yerləşən bir həyətynı sahədən oğurlayıb ora gətirdiyini, tanışı Məhəmmədlə birgə dayanıb orada Təqsirləndirilən şəxs1 gözlədiklərini, sonra isə 5 baş qoyunu qucaqlarında Təqsirləndirilən şəxs1 avtovağzalın arxasındakı ağılına apardılarını, 7 baş qoyunu isə sürərək həmin yerə apardıqlarını, özünün və Məhəmmədin Təqsirləndirilən şəxs1 ancaq köməklik etdiklərini bildirmişdir. Daha sonra ifadələrin yerində yoxlanılması yolun əks tərəfində davam etdirilmiş, Təqsirləndirilən şəxs3 avtovağzalın arxasında Təqsirləndirilən şəxs1 tövləsindən təxminən 80 metr məsafədə yerləşən kənarları dəmir hasarla hasarlanmış saxlanc yerini təqdim edərək 17 may və xx xxx 2020-ci il tarixlərdə gecə saatlarında oğurladıqları qoyunları oraya saldıqlarını qeyd etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli “ifadələrin yerində yoxlanılması” protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 Qəbələ şəhəri yeni avtovağzalın arxasındakı tövləsindən təxminən 100-120 metr, qoyunları saldıqları ağıldan isə 7-8 metr məsafəni təqdim edərək orada bir baş erkək cinsli quzunu kəsdiyi yeri təqdim etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs Qəbələ şəhəri mərkəzindən təxminən 3 km məsafədə yerləşən Z.Əliyeva küçəsində özünə məxsus olan həyət evinə bitişik saxlanc yeri olan kənarları 1 metr hündürlükdə məsafəli taxta ilə hasarlanmış ağılı təqdim edərək 12 baş qoyununun oradan oğurlandığını bildirmişdir.Baxış keçirilən ağılın taxtadan kilidli qapısı vardır, giriş-çıxış sərbəst deyil, qoyunların özbaşına ağıldan çıxması qeyri mümkün olması müəyyən edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli “əşyanın könüllü təqdim edilməsi haqqında” protokoldan görünür ki, cinayət işinin araşdırılması zamanı şahid qismində olan Şahid9 cinayət işi üzrə şübhəli olan şəxs Təqsirləndirilən şəxs1 xx xxx 2020-ci il tarixdə səhər saatlarında ona yaşadıqları evə gətirib verdiyi və soyuducuda saxladığı quzu əti olduğunu bildirdiyi əti Qəbələ RPŞ-nin inzibati binasında istintaqa təqdim etmişdir.Təqdim edilmiş əti yaşıl rəngli üzərində “Bazarstore” yazılmış sellofan klokdadır, donmuş haldadır, elektron tərəzidə əti çəkdikdə çəkisinin 2,125 kq olduğu müəyyən edilmişdir. Təqdim edilmiş ət götürülərək maddi sübut kimi tanınmış və Qəbələ RPŞ-nin saxlancına təhvil verilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli “könüllü təqdim etmə” haqqında protokoldan görünür ki, iş üzrə şübhəli şəxs Aslanov X12 Vahid Zaman oğlu və Təqsirləndirilən şəxs2 ilə birgə Zərərçəkmiş şəxs məxsus olan oğurladıqları 11 baş qoyunu Qəbələ şəhəri Yeni avtovağzalın arxasındakı özünə məxsus olan tövlədə istintaqa təqdim etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus olan və cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs1 tərəfindən istintaqa təqdim edilmiş 11 baş qoyuna baxış keçirilmiş, baxış zamanı onlardan 5 başının dişi cinsli ana qoyun, 3 başının dişi cinsli quzu, 3 başının isə erkək cinsli quzu olduqları müəyyən edilmiş, həmin qoyunlar elektron tərəzidə çəkildikdə 5 baş ana qoyunun çəkiləri müvafiq olaraq 22 kq, 29 kq, 26 kq, 28 kq və 34 kq olduğu, 3 baş dişi cinsli quzunun isə müvafiq olaraq 12 kq, 14 kq və 14 kq olduqları, 3 baş erkək cinsli quzuların isə müvafiq olaraq 9,5 kq, 12 kq və 12 kq olduqları müəyyən edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli “tanınmaya təqdim etmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs özünə məxsus olan 11 baş qoyunları başqa qoyunlar içərisindən belində qırmızı boya, arxasında isə quyruq hissində göy boya olması əlamətinə görə tanıyaraq dəqiqliklə göstərmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş xx xxx 2020- ci il tarixli “əşyanın maddi sübut kimi tanıması və qaytarılması haqqında” qərardan görünür ki, Aslanov X12 Vahid Zaman oğlu və Təqsirləndirilən şəxs2 ilə birgə Zərərçəkmiş şəxs məxsus olan oğurladıqları və istintaqa təqdim etdikləri 11 baş qoyun maddi sübut kimi tanınmaqla Zərərçəkmiş şəxs qaytarılmışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs3 tərəfindən göndərilmiş Bakı şəhəri, Şağan qəsəbəsindən daxil olmuş teleqramda göstərilir ki, “Anar və Məhəmməd türmədən bir neçə dəfə zəng edərək istintaqa verdiyim ifadələrimi guya təzyiq altında verməyimi təkidlə tələb edilər. Məndən əsassız olaraq istintaqa verdiyimi və yalan ifadə verməyimi tələb edərək təhdid edirlər”. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli Təqsirləndirilən şəxs3 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs3 qeyd etmişdir ki, “17 may və xx xxx 2020-ci il tarixlərdə əvvəlcədən tanıdığım Anar və Məhəmməd adlı şəxslərlə əlbir olub birgə Qəbələ şəhərində Gündüz adlı şəxsin tövləsindən cəmi 12 baş qoyun oğurlamışıq, buna görə də Anar və Məhəmməd həbs edilmişlər. Anar və Məhəmməd, həmçinin valideyinləri mənim ***-***-**-** saylı nəmrəmə mütəmadi zəng edərək mənə istintaqda ifadəmi dəyişərək yalan ifadə verməyə məcbur edirlər, məndən tələb edirlər ki, mən istintaqda ifadə verim ki guya biz oğurluq etməmişik, istintaqa ifadələrimizi təzyiq altında vermişik. Əslində isə istintaqda mənə, Anara və Məhəmmədə heç bir təzyiq edilməmiş, sərbəst şəkildə videoçəkilişlə vəkilin iştirakı ilə ifadə vermişik, hazırda istintaqa verdiyim bütün ifadələrimi tam təsdiq edirəm, hətta bir neçə gün əvvələ Məhəmmədin anası mənim mobil nömrəmə zəng edərək istintaqa verdiyim ifadəmi dəyişməyimi məndən tələb etmişdir”. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Qəbələ RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid3 xx xxxx 2020-ci il tarixli raportundan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs3 xx xxxx 2020-ci il tarixdə iş üzrə digər təqsirləndirilən şəxs X1 ona zəng etdiyi zaman aralarında olan telefon danışığını səsyazma proqramı vasitəsi ilə qeydə aldığını bildirib həmin səs yazısını ***-***-**-** saylı nömrədə işləyən “Whatsapp” proqramı vasitəsi ilə Şahid3 istifadəsində olan ***-***-**-** saylı nömrədə işləyən “Whatsapp” proqramına göndərmişdir. Səs yazısı Şahid3 tərəfindən 01 ədəd cd diskə köçürülmüş və istintaqa təqdim edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 anası X1 Təqsirləndirilən şəxs3 zəng etməsi və danışıq səslərinin səsyazma proqramı vasitəsi ilə qeydə alınaraq istintaqa təqdim edilmiş 01 ədəd cd diskə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs3 Mehriban Məmmədxanovaya Təqsirləndirilən şəxs1la, Təqsirləndirilən şəxs2la birgə qoyun oğurladıqlarını etiraf etdiyi aşkar səslənir. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs3 səslənən kişi səsinin həqiqətən də ona məxsus olduğunu, qadın səsinin isə Mehriban Məmmədxanovaya məxsus olduğunu bildirmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 9-1725 nömrəli “ərzaq və sənaye mallarının əmtəəşünaslıq tədqiqatı” rəyinə əsasən:-bir baş 3 illik, dişi cinsli diri çəkisi 22 kq olan qoyun 103,46 manat; -bir baş 3 illik, dişi cinsli diri çəkisi 29 kq olan qoyun 136,37 manat;-bir baş 3 illik, dişi cinsli diri çəkisi 26 kq olan qoyun 122,27 manat;-bir baş 3 illik, dişi cinsli diri çəkisi 28 kq olan qoyun 131,67 manat;-bir baş 3 illik, dişi cinsli diri çəkisi 34 kq olan qoyun 159,89 manat; -bir baş 6 aylıq,erkək cinsli, diri çəkisi 9,5 kq olan qoyun 64,53 manat; -bir baş 6 aylıq,erkək cinsli, diri çəkisi 12 kq olan qoyun 81,51 manat;-bir baş 6 aylıq,erkək cinsli, diri çəkisi 12 kq olan qoyun 81,51 manat;-bir baş 6 aylıq,erkək cinsli, diri çəkisi 10 kq olan qoyun 67,93 manat;-bir baş 6 aylıq, dişi cinsli, diri çəkisi 12 kq olan qoyun 75,24 manat; -bir baş 6 aylıq, dişi cinsli, diri çəkisi 14 kq olan qoyun 87,78 manat;-bir baş 6 aylıq, dişi cinsli, diri çəkisi 14 kq olan qoyun 87,78 manat təşkil edir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər rayonlararası psixonevroloji dispanserinin xx xxxx 2020-ci il tarixli 333 nörməli rəyinə əsasən Təqsirləndirilən şəxs1 qarışıq dissosiativ (konversion)pozuntu XTB10 F44.7 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və az ifadəli olduğundan o, ona şamil edilən hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və ya onları idarə qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Qəbələ rayon mərkəzi xəstəxanası Publik Hüquqi şəxsindən daxil olmuş məktuba əsasən Təqsirləndirilən şəxs1 Qəbələ RMX PHŞ-in poliklinika şöbəsinin psixiatrik kabinetində “şəxsiyyətin isterik pozuntusu” diaqnozu ilə qeydiyyatdadır, digər kabinetlərdə isə qeydiyyat yoxdur. Həmçinin Təqsirləndirilən şəxs2 Qəbələ Qəbələ RMX PHŞ-in poliklinika şöbəsinin psixiatrik, narkoloji və nevroloji kabinetlərində qeydiyyatda deyildir. İş materiallarına əlavə edilmiş X33 Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(091)-74/2020 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib, 1500 (bir min beş yüz) manat cərimə cəzasına məhkum edilmişdir. İş materillarına əlavə edilmiş Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli 1(107)-154/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 müdafiəçisi X31 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(025)- 20/2019 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 5000 (beş min) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən xx xxxx 2017-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək həbs və ümumi tipli psixiatriya stasionarda məcburi müalicədə olduğu müddəti nəzərə alınmaqla Təqsirləndirilən şəxs1 təyin edilmiş cərimə cəzasından tamamilə azad edilmişdir. İş materiallarına əlavə edilmiş Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 1(025)-04/2018 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə ona 01 (bir) il müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2017-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 11 (on bir) ay, 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə növündə cəza saxlanılmışdır. İş materillarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutilan cinayəti törətməkdə təqsirli bilinmiş, cinayəti törətdikdən sonra psixi xəstəliyə tutulmuş və sağalanadək ümumi tipli psixiatriya stasionarında məcburi müalicə təyin edilmiş, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin qərarı ilə ümumi tipli psixiatriya stasionarında məcburi müalicə tədbiri ləğ vedilmiş, xx.xx.2019-cu il tarixdə Qəbələ rayon Məhkəməsi tərəfindən CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələrinə əsasən 5000 manat cərimə cəzası təyin edilmiş, CM-nin 69.4-cü maddəsinə əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək həbs və ümumi tipli psixiatriya stasionarında məcburi müalicə olduğu müddət nəzərə alınaraq cərimə cəzasından azad edilmişdir. İş materillarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu olmayan şəxsdir. İş materillarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə məsuliyyətə cəlb edilmiş, xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.2.2.-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 11 ay, 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İşə əlavə edilmiş Qəbələ rayon İcra Hakimiyyəti Qəbələ rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatı tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 187 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İşə əlavə edilmiş Ağdam rayon İcra Hakimiyyəti Başçısının Qərvənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İşə əlavə edilmiş Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Kürd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 135 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan Qəbələ rayon İcra Hakimiyyəti Qəbələ rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 187 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ailə tərkibi atası X13, anası X25 və qardaşı X9 ibarətdir. İş materiallarında olan Ağdam rayon İcra Hakimiyyəti Başçısının Qərvənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 294 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 ailə tərkibi atası X10, anası X11, qardaşı X16 və bacısı X3 ibarətdir. İş materiallarında olan Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Kürd kənd X30 üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 135 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 ailə tərkibi atası X5, anası X6 və qardaşı X4 ibarətdir. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iş üzrə təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olaraq bir qrup şəxs halında zərərçəkmiş şəxsə məxsus müəssisədən özgə əmlakını gizli yolla talamaqla zərərçəkmiş şəxsə maddi ziyan vurmaları, yəni onlardan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir və onlar, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələbinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarların şəxsiyyətləri, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələbinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində ittiham hökmü çıxarmağı məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə istinad edilən cinayət əməlini təqsirli olaraq törətməsi onun xx xxx 2020-ci il tarixdə şübhəli şəxs qismində verdiyi ifadəsinə, xx xxx 2020-ci il tarixli “şübhəli şəxs qismində tutma haqqında” protokoldakı etirafedici qeydlərinə, xx xxx 2020-ci il tarixli “ifadələrin yerində yoxlanılması” istintaq hərəkətinə, xx xxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində ifadəsinə, xx xxx 2020-ci il tarixli “əşyanın könüllü təqdim etmə” haqqında protokollara, Qəbələ rayon Məhkəməsinin xx xxx 2020ci il tarixli 4(025)-4/2020 nömrəli qərarına, barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2020-ci il tarixli vəsatətə Qəbələ rayon prokurorluğunda baxılarkən istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurorun qəbulunda olarkən özünü təqsirli bilərək törətdiyi cinayət əməlini səmimi etiraf etməsinə, Qəbələ RPŞ-nin CAB-nin xx xxx 2020-ci il tarixli əməliyyat tapşırığına cavaba, digər Təqsirləndirilən şəxs3 xx xxx 2020-ci il tarixli şübhəli şəxs qismində verdiyi ifadəsinə, zərərçəkmiş şəxin ifadələrinə, Təqsirləndirilən şəxs3 xx xxx 2020-ci il tarixli şübhəli şəxs qismində ifadələrinin yerində yoxlanılması istintaq hərəkətinə, iş üzrə şübhəli şəxs qismində olan Təqsirləndirilən şəxs3 ilə iş üzrə digər digər şübhəli şəxs qismində olan şəxs Təqsirləndirilən şəxs2 xx xxx 2020-ci il tarixli üzləşdirmə istintaq hərəkətinə, Təqsirləndirilən şəxs3 xx xxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində ifadəsinə, xx xxxx 2020-ci il tarixli Təqsirləndirilən şəxs3 tərəfindən Bakı şəhəri, Şağan qəsəbəsindən göndərilmiş teleqrama, Təqsirləndirilən şəxs3 tərəfindən yazılmış və işə əlavə edilmiş xx xxxx 2020-ci il tarixli ərizəyə, Təqsirləndirilən şəxs3 ilə digər Təqsirləndirilən şəxs2 anası Mehriban Məmmədxanova arasında və istintaqa təqdim edilmiş telefon danışığına, xx xxxx 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokola, xx xxxx 2020-ci il tarixli ifadələrin yerində yoxlanılması istintaq hərəkətinə, şahidlərin ifadələrinə və istintaq zamanı əldə edilmiş digər mötəbər sübutlarla təsdiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində cəza məsələsini müzakirə edərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olaraq, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 dəymiş ziyanı qismən aradan qaldırmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, müsbət xarakterizə edilməklə şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon icra və probasiya şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi yaşadığı yer üzrə Qəbələ rayon icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməli, onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək həmin qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan xx xxx 2020-ci il tarixli qərardan göründüyü kimi, Təqsirləndirilən şəxs1 xx xxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli isə xx xxx 2020-ci il saat 21:00-dan hesablanmış, xx xxx 2020-ci il tarixdə isə Qəbələ Rayon Məhkəməsinin 4(025)- 4/2020 nömrəli qərarı ilə barəsində 3 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Eyni zamanda Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 4(107)-56/2020 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 barədə xx xxx 2020-ci ildən xx xxxxxx 2020-ci ilədək seçilmiş həbs qətimkan tədbiri həmin müddətə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Ona görə də onun xx xxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 04 (dörd) ay 29 (iyirmi doqquz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Həmçinin iş materiallarında olan X33 Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(091)-74/2020 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib, 1500 (bir min beş yüz) manat cərimə cəzasına məhkum edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli 1(107)-154/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 müdafiəçisi X31 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş cərimə cəzası hazırki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına tamamilə birləşdirilməklə, Təqsirləndirilən şəxs1 çəkilməsi üçün üzərində azadlığın məhdudlaşdırılması və cərimə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cərimə cəzası müstəqil icra olunmalıdır. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə istinad edilən cinayət əməlini təqsirli olaraq törətməsi onun xx xxx 2020-ci il tarixli şübhəli şəxs qismində verdiyi ifadəsinə, xx xxx 2020-ci il tarixli “şübhəli şəxs qismində tutma haqqında” protokoldakı etirafedici qeydlərinə, xx xxx 2020-ci il tarixli “ifadələrin yerində yoxlanılması” istintaq hərəkətinə, xx xxx 2020-ci il tarixli “əşyanın könüllü təqdim etmə” haqqında protokollara, xx xxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində ifadəsinə, Qəbələ RPŞ-nin CAB-nin xx xxx 2020-ci il tarixli əməliyyat tapşırığına cavaba, digər Təqsirləndirilən şəxs1 xx xxx 2020-ci il tarixli şübhəli şəxs qismində verdiyi ifadəsinə, zərərçəkmiş şəxin ifadələrinə, Təqsirləndirilən şəxs1 xx xxx 2020-ci il tarixli şübhəli şəxs qismində ifadələrinin yerində yoxlanılması istintaq hərəkətinə, iş üzrə şübhəli şəxs qismində Təqsirləndirilən şəxs2 ilə xx xxx 2020-ci il tarixli üzləşdirmə istintaq hərəkətinə, Təqsirləndirilən şəxs1 xx xxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində ifadəsinə, xx xxxx 2020-ci il tarixli Bakı şəhəri, Şağan qəsəbəsindən göndərilmiş teleqramına, işə əlavə edilmiş xx xxxx 2020-ci il tarixli ərizəsinə, Təqsirləndirilən şəxs3 ilə digər Təqsirləndirilən şəxs2 anası Mehriban Məmmədxanova arasında və istintaqa təqdim edilmiş telefon danışığına, xx xxxx 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokola, şahidlərin ifadələrinə və istintaq zamanı əldə edilmiş digər mötəbər sübutlarla təsdiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs3 barəsində cəza məsələsini müzakirə edərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olaraq, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən dəymiş ziyanı qismən aradan qaldırmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, müsbət xarakterizə edilməklə şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs3 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Təqsirləndirilən şəxs3 ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Ağdam rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs3 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Ağdam rayon icra və probasiya şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə Ağdam rayon icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan xx xxx 2020-ci il tarixli qərardan göründüyü kimi, Təqsirləndirilən şəxs3 xx xxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli isə xx xxx 2020-ci il saat 00:10-dan hesablanmış, xx xxx 2020-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Ona görə də onun həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə hesablamaqla təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə istinad edilən cinayət əməlini təqsirli olaraq törətməsi digər Təqsirləndirilən şəxs1 xx xxx 2020-ci il tarixdə şübhəli şəxs qismində verdiyi ifadəsinə, xx xxx 2020-ci il tarixli “ifadələrin yerində yoxlanılması” istintaq hərəkətinə, xx xxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində ifadəsinə, xx xxx 2020-ci il tarixli “əşyanın könüllü təqdim etmə” haqqında protokollara, Qəbələ RPŞ-nin CAB-nin xx xxx 2020-ci il tarixli əməliyyat tapşırığına cavaba, digər Təqsirləndirilən şəxs3 xx xxx 2020-ci il tarixli şübhəli şəxs qismində verdiyi ifadəsinə, zərərçəkmiş şəxin ifadələrinə, Təqsirləndirilən şəxs3 xx xxx 2020-ci il tarixli şübhəli şəxs qismində ifadələrinin yerində yoxlanılması istintaq hərəkətinə, Təqsirləndirilən şəxs3 xx xxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində ifadəsinə, xx xxx 2020-ci il tarixdə şübhəli şəxs qismində Təqsirləndirilən şəxs3 ilə üzləşdirmə istintaq hərəkətinə, xx xxxx 2020-ci il tarixli Təqsirləndirilən şəxs3 tərəfindən Bakı şəhəri, Şağan qəsəbəsindən göndərilmiş teleqrama, Təqsirləndirilən şəxs3 tərəfindən yazılmış və işə əlavə edilmiş xx xxxx 2020-ci il tarixli ərizəyə, Təqsirləndirilən şəxs3 ilə anası Mehriban Məmmədxanova arasında və istintaqa təqdim edilmiş telefon danışığına, xx xxxx 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokola, şahidlərin ifadələrinə və istintaq zamanı əldə edilmiş digər mötəbər sübutlarla təsdiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində cəza məsələsini müzakirə edərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olaraq, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 dəymiş ziyanı qismən aradan qaldırmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasında son məhkumluğu (Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 1(025)-04/2018 nömrəli hökmü) hazırki ittiham üzrə cinayət əməllərini törədərkən ödənilməmiş və götürülməmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törədərkən Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 65-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, müsbət xarakterizə edilməklə şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, onun islah olunmasına, özünün və ailəsinin həyat şəraitinə təsir imkanlarını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək ona həmin maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, lakin təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının real olaraq çəkilməsinin məqsədə müvafiq olmamasını və onun cəza çəkmədən islah oluna biləcəyini mümkün sayaraq təqsirləndirilən şəxslə davranışda ictimaiyyətin daha fəal iştirakını təmin etmək, təqsirləndirilən şəxsdə cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına yardım göstərmək məqsədi ilə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəllənin 70-ci maddəsini tətbiq etməklə təyin olunan cəzanın şərti olaraq tətbiq edilməsini ədalətli, məqsədə uyğun və onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olunması baxımından əsaslı hesab edir. Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi zamanı Təqsirləndirilən şəxs2 üzərinə həmçinin vəzifələr qoyulmalı və həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən onların üzərində nəzarət müvafiq dövlət orqanlarına həvalə olunmalıdır. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməli, onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək həmin qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon icra və probasiya şöbəsi həyata keçirməlidir. İş materiallarında olan xx xxx 2020-ci il tarixli qərardan göründüyü kimi, Təqsirləndirilən şəxs2 xx xxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli isə xx xxx 2020-ci il saat 01:15-dən hesablanmış, xx xxx 2020-ci il tarixdə isə Qəbələ Rayon Məhkəməsinin 4(025)- 5/2020 nömrəli qərarı ilə barəsində 3 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Eyni zamanda Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 4(107)-64/2020 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 barədə xx xxx 2020-ci ildən xx xxxxxx 2020-ci ilədək seçilmiş həbs qətimkan tədbiri həmin müddətə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Ona görə də onun xx xxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla, həbsdə və ev dustaqlığında saxlamanın bir gün müddətinin azadlığdan məhrumetmə cəzasının bir gününə hesablanmaqla ona təyin edilmiş azadlığdan məhrumetmə cəzasından çıxılmalıdır. İş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri cəmi 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərkən, maddi sübut qismində tanınmış və 11 başqoyunun zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alır. İş üzrə sübut kimi tanınmış və Qəbələ RPŞ-nin saxlancına təhvil verilmiş 01 baş qoyuna məxsus ət parçası hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 xx xxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 04 (dörd) ay 29 (iyirmi doqquz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli Qərarı ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş və hazırda ödənilməmiş qalan 1500 (bir min beş yüz) cərimə cəzası hazırki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına tamamilə birləşdirilməklə, Təqsirləndirilən şəxs1 çəkilməsi üçün üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 02 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması və 1500 (bir min beş yüz) manat cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş 1500 (bir min beş yüz) manat miqdarında cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş qəti olaraq 02 (iki) il 02 (iki) ay 02 (iki) gün gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkantədbiriləğvedilsin. Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək həmin qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs3 xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 ona təyin edilmiş qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Ağdam rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Ağdam rayon İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 xx xxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla, həbsdə və ev dustaqlığında saxlamanın bir gün müddətinin azadlığdan məhrumetmə cəzasının bir gününə hesablanmaqla ona təyin edilmiş 03 (üç) il müddətə azadlığdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 02 (iki) gün müddətə azadlığdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 təyin olunmuş 02 (iki) il 07 (yeddi) ay 02 (iki) gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilsin. Sınaq müddəti 03 (üç) il müəyyən edilsin və hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarəti yaşayış yeri üzrə Qəbələ rayon İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək həmin qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tutularaq dövlət büdcəsinə ödənilsin. (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinadarlıq Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). İş üzrə maddi sübut qismində tanınmış və Qəbələ RPŞ-nin saxlancına təhvil verilmiş 01 baş qoyuna məxsus ət parçası hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut qismində tanınmış 11 baş qoyunun zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Hökm elan olunduğundan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar