Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 1(025)-25/2022 08.08.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, zərərçəkmiş şəxsin nümayəndəsi X6, müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Qəbələ rayonu, Bum qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Zərgərli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 11 noyabr 2021-ci il tarixdə, saat 10:20 radələrində, ayıq vəziyyətdə, idarə etmə hüququ olmaqla Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Qəbələ rayon ərazisindən keçən 67-ci km-də maksimum sürət həddi 50 km/saat nəzərdə tutulmuş yolda etibarnamə ilə sahibliyində olan idarə etdiyi Ford Transit yük markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ şəhəri istiqamətindən Qəbələ rayon Zarağan kəndi istiqamətinə yolun sol hərəkət zolağı ilə 50-60 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 2-ci bəndinin tələblərini pozaraq, yəni nizamlanmayan piyada keçidinə yaxınlaşdığını nəzərə alaraq avtomobilin surətini hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi həddə qədər azaltmalı, nizamlanmayan piyada keçidi qarşısında dayanmış nəqliyyat vasitəsinin qarşısından piyadaların yolu keçmədiyinə əmin olmalı, keçiddə piyada olduğu vəziyyətdə piyada keçidinə daxil olmadan avtomobili dayandıraraq piyadaya yol verməli və bundan sonra hərəkətin təhlükəsizliyinin təmin olunacağına əmin olaraq hərəkətini davam etdirməli olduğu halda, yol hərəkəti haqqında qanunun yuxarıda göstərilən tələblərinə riayət etməməklə, həmin qaydaları kobud surətdə pozmaqla, yolun sağ hərəkət zolağında qəza işıqlarını yandırmaqla piyadaların keçməsini gözləyən sürücüsü və dövlət nömrə nişanı istintaqa məlum olmayan Ford Transit markalı yük avtomobilinin dayanmasına məhəl qoymayaraq Qəbələ şəhəri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsinin qarşısında piyada keçidinin üstündə yolun sağından soluna tərəf keçən və 9,50 metr məsafə qətt etmiş Qəbələ şəhər sakini xx.xx.1980-cı il təvəllüdlü Zərərçəkmiş şəxs avtomobilin ön sol hissəsi ilə vurmuş və nəticədə ona qapalı kəllə beyin travması, baş beyinin ağır dərəcədə əzilməsi, subaroxnoidal qansızma, beyin ödəmi, koma 4-cü dərəcə, burun və əng sümüyünün sınığı, döş qəfəsinin küt travması, ağ ciyərin əzilməsi, soldan 3-cü, 4-cü, 5-ci və 6-cı qabırğaların sınığı, sol tərəfli hemopnevmotoraks, sol böyrək ətrafı toxumaya qansızma, 2-ci, 3-cü bel fəqərələrinin sol köndələn çıxıntılarının sınıqları, sol oturaq, qasıq sümüyünün sınıqları, sol qamış və incik sümüklərinin qapalı qəlpəli yerdəyişən sınığı, alının, burunun və üzün əzilmiş-cırılmış yaraları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağalamlığa ağır zərər vuran bədən xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Qəbələ rayon Zərgərli kəndində yaşayır və orada daimi pasport qeydiyyatındadır. Zərərçəkmiş şəxs baş vermiş məlum hadisədən sonra tanımış, Zərərçəkmiş şəxs ilə heç bir düşmənçilik və ədavəti olmamışdır. Baş etibarnamə əsasında idarə etdiyi Ford Tranzit yük markalı ** BH *** dövlət nömrə nişanlı avtomobili var ki, həmin avtomobil ilə sifariş əsasında yük daşımaqla məşğul olur. xx.xx.2021-ci il tarixdə saat təxminən 10:20 radələrində idarə etdiyi Ford Tranzit yük markalı ** BH *** dövlət nömrə nişanlı avtomobillə Qəbələ şəhərindən Qaraməryəm-İsmayıllı Şəki magistral yolu ilə hərəkət etməklə üzü Qəbələ rayonunun Zarağan kəndi istiqamətinə yaşadığı Zərgərli kəndinə gedərək avtomobili yolun sol hərəkət zolağı ilə saatda təxminən 60 km sürətlə idarə edirmiş. Zarağan-2 qaçqınlar yaşayan şəhərcik istiqmətinə gedən yol ayrıcı dairəyə çatıb təxminən 50-60 metr uzaqlıqdan Qəbələ şəhəri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsinin qarşısındakı piyada keçidi ilə iki nəfər qadın piyadanın yolun sağ tərəfindən sol tərəfinə keçdiklərini görmüş, həmin vaxtı yolun sağ hərəkət zolağı ilə hərəkət edən avtomobillərin sürücüləri piyadalara yol verməklə idarə etdiklləri avtomobillərin qəza işıqlarını yandırmaqla dayanıb piyadaların keçməsini gözləyirlərmiş. İdarə etdiyi avtomobildən öndə bir neçə avtomobil piyadaların keçməsini gözləməyib hərəkət etdikləri üçün dayanmayıb hərəkətimi davam etdirmiş, piyadalar yəni Zərərçəkmiş şəxs və Çinarə İsmayılova avtomobillərin keçməsini gözləyərək asvalt örtüklü yolun ortasında dayanmışlar. Fikirləşmiş ki, onlar idarə etdiyi avtomobilin keçməsini gözləyəcəklər buna görə hərəkətini davam etdirmişdir. Həmin an Zərərçəkmiş şəxs yolun soluna tərəf qaçdığı üçün idarə etdiyi avtomobilin ön sol tərəfi ilə onun bədəninin sol tərəfindən vurmuş, zərbənin təsirindən o, asvalt səth üzərinə düşərək sürünməklə müəyyən məsafədə gedərək dayanmışdır. Törətmiş olduğu hadisədən sonra idarə etdiyi avtomobili irəliyə yolun sağına tərəf sürüb saxlamaqla avtomobildən düşüb Zərərçəkmiş şəxs yaxınlaşmış və görmüş ki, o, xəsarət alaraq özündən gedibdir. Bundan sonra onu oradan keçən tanımadığı avtomobillərin birinə qoymaqla Qəbələ rayon X3 hazır ki, Qəbələ rayon Mərkəzi xəstəxanasına gətirmişdir. Həmin vaxtı indiyə kimi Zərərçəkmiş şəxs həkim xərclərini tamamı ilə ödəyərək ona ümumilikdə 73 000 manatdan artıq xərc çəkmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi X7 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma qızıdır. Təqsirləndirilən şəxs baş vermniş məlum hadisədən sonra tanımışdır. xx.xx.2021-ci il tarixdə saat 10:20 radələrində qızı Lalə iş yoldaşı Çinarə İsmayılova ilə ikisi birlikdə çay içmək üçün iş yerindən piyada çıxmışlar ki, yolun əks tərəfində yerləşən Vüsal adlı şəxsin mağazasına gedib oradan özləri üçün şirniyyat alıb geri qayıtsınlar. Qəbələ şəhəri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsinin qarşısındakı piyada keçidi ilə üzü Qəbələ rayon Zarağan kəndi istiqamətinə doğru yolun sağından soluna tərəf keçirlərmiş. Elsəfə Hidayətovun idarə etdiyi Ford markalı ** BH *** dövlət nömrə nişanlı yük avtomobilinin gəldiyini görərək qaçıb yolu keçmək istədikdə Təqsirləndirilən şəxs yolun sol hərəkət zolağında piyada keçidinin üzərində idarə etdiyi avtomobilin ön tərəfi ilə Lalənin bədəninin sol tərəfindən vurmuş, zərbənin təsirindən asvalt səth üzərinə düşüb bir neçə metr sürünməklə irəliyə tərəf gedib xəsarət alaraq özündən getmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi X7 məhkəməyə ərizə təqdim edərək, dəymiş ziyan tamamilə ödənildiyindən və barışıq əldə olunduğundan, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbin olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, Qəbələ RPŞ-nin PPXB-ün polis nəfəri vəzifəsində işləyir. xx.xx.2021-ci il tarixdə PPXB-nün polis nəfəri İlham Cabbarlı ilə dislokasiya üzrə Qəbələ şəhəri ərazisində xidmətdə olmuşlar, həmin vaxtı hava şəraiti yağmurlu imiş. Qəbələ rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsinin qarşısında bir neçə avtomobilin dayandığını və vətəndaşların toplaşdığını görərək həmin yerə yıxınlaşdıqda məlum olmuş ki, piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribdir. Sonradan ona məlum olmuş ki, Zərərçəkmiş şəxs işlədiyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsindən çıxıb piyada keçidi ilə yolun sağından soluna tərəf keçmək istəyərkən həmin vaxtı Təqsirləndirilən şəxs idarə etdiyi Ford Tranzit marakalı ** BH *** dövlət nömrə nişanlı yük avtomobili ilə Qəbələ şəhəri istiqamətindən Zarağan kəndi istiqamətinə hərəkətdə olarkən piyada keçidinin üzərində Zərərçəkmiş şəxs ehtiyyatsızlıqdan vurmuş və ona xəsarət yetirdiyi üçün idarə etdiyi avtomobili orada saxlayıb Zərərçəkmiş şəxs oradan keçən avtomobillərin birinə qoymaqla özü Qəbələ rayon X4 yəni hal-hazırki Qəbələ rayon Mərkəzi Xəstəxanasına həkimə aparmışdır. Belə olub hadisə barəsində zəng vuraraq şöbənin Növbətçi Hissəsinə məlumat vermiş, az keçmiş hadisə yerinə şöbənin YPXB-ün inspektoru Şahid1 və İB-in müstəntiqi Emil Niyazov gələrək hadisə yerinin müayinəsini aparmışlar. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Hal-hazırda Qəbələ RPŞ-nin DYPBin inspektoru vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə saat 10:30 radələrində Qəbələ rayon polis şöbəsinin X5 rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsinin qarşısında piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsinin baş verməsi barədə ona verilmiş məlumat əsasında hadisə yerinə getmişdir. Hadisə yerinə getdikdən sonra ona məlum olmuş ki, Qəbələ şəhər sakini Zərərçəkmiş şəxs işlədiyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsindən çıxıb piyada keçidi ilə yolun sağından soluna tərəf keçmək istəyərkən həmin vaxtı Qəbələ rayon Zərgərli kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi Ford Tranzit marakalı ** BH *** dövlət nömrə nişanlı yük avtomobili ilə Qəbələ şəhəri istiqamətindən Zarağan kəndi istiqamətinə hərəkətdə olarkən piyada keçidinin üzərində Zərərçəkmiş şəxs ehtiyyatsızlıqdan vurmuş və ona xəsarət yetirdiyi üçün idarə etdiyi avtomobili orada saxlayıb Zərərçəkmiş şəxs oradan keçən avtomobillərin birinə qoymaqla özü Qəbələ rayon X4 yəni hal-hazırki Qəbələ rayon Mərkəzi Xəstəxanasına həkimə aparmışdır. Bundan sonra müstəntiqin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, baxışda iştirak etmişdir. Baxış aydın və yağmurlu hava şəraitində üzü Zarağan kəndi istiqamətinə keçirilmişdir. Hərəkətin nizamlanma üsulu öz-özünə olmaqla hadisə yeri yaşayış məntəqəsi yol nişanı təsiri altında olduğu üçün surət həddi 50 km saatda nəzərdə tutulmuş, yolun hərəkət hissəsi düz, örtüyün növü asfalt beton və örtüyün vəziyyəti yaş olmuşdur. Yol örtüyünün ümumi eni 12 metr hərəkət zolaqlarının sayı isə 3dür. Hərəkət hissəyə sağdan Səfərbəylik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qarşısında avtomobillərin park edilməsi üçün nəzərdə tutulmuş avtomobil dayanacağı, soldan üzəri torpaq və ot örtüklü yol ayrıcı səki birləşir. Ətrafda şəhər tipli tikililər yerləşir. Hadisə baş vermiş yer piyada keçidi və yaşayış məntəqəsi yol nişanı təsiri altındadır. Piyadanın vurulduğu yer Zarağan kəndi istiqamətində yolun sağ hərəkət hissəsinin soldan birinci hərəkət zolağında, piyadaların hərəkəti üçün nəzərədə tutularaq asfalt səth üzərində nişanlanmış piyada keçidi zolaqlarının üzərində, yolun sağ tərəfindən soluna doğru 9.50 metr, yol ayrıcı səkidən yolun sağ tərəfində doğru 2.40 metr məsafədə yerləşmişdir. Torpaq və ot örtüklü yol ayrıcı səkinin üzərində olan işıq dirəyindən piyadanın vurulduğu yerə qədər 15.60 metr məsafə təşkil etmiş, nəqliyyat vasitəsinin hadisə yerində vəziyyəti ön tərəfi Zarağan kəndi istiqamətində olmaqla sağ və orta hərəkət zolaqlarını bir-birindən ayıran qırıq-qırıq xəttin üzərində, ön kapotun sol tərəfi əzilmiş şəkildə olmaqla hərəkətsiz vəziyyətdə dayanmış, hadisə baş vermiş yerdə heç bir tormoz və sürtünmə izi, həmiçinin avtomobilin yük yerində yük aşkar edilməmiş boş vəziyyətdə olmuşdur. Baxış zamanı baxış keçirilməsi haqqında protokol tərtib edilmiş, hadisə yerinin sxemi tərtib edilmiş, həmçinin foto şəkillər çəkilmişdir.Tərəfindən baxış protokoluna və hadisə yerinin sxeminə imza edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin 25 dekabr 2021-ci il tarixli 636 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində qapalı kəllə beyin travması, baş beyinin ağır dərəcədə əzilməsi, subaroxnoidal qansızma, beyin ödəmi, koma 4-cü dərəcə, burun və əng sümüyünün sınığı, döş qəfəsinin küt travması, ağ ciyərin əzilməsi, soldan 3-cü, 4-cü, 5-ci və 6-cı qabırğaların sınığı, sol tərəfli hemopnevmotoraks, sol böyrək ətrafı toxumaya qansızma, 2-ci, 3-cü bel fəqərələrinin sol köndələn çıxıntılarının sınıqları, sol oturaq, qasıq sümüyünün sınıqları, sol qamış və incik sümüklərinin qapalı qəlpəli yerdəyişən sınığı, alının, burunun və üzün əzilmiş-cırılmış yaraları kimi xəsarətləri vardır ki, qeyd olunan xəsarətlər küt alətin (əşyaların) təsirindən 11 noyabr 2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənə biləcəyi, qeyd olunan xəsarətin dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vuran bədən xəsarətinə aidddir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 dekabr 2021-ci il tarixli, 8/3177 saylı ekspert rəyindən görünür ki, istintaq tərəfindən verilmiş məlumatlara əsasən Ford Transit markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi Təcrübi və X9 Hüquqi şəxsin 13 iyun 2022-ci il tarixli 203 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və mütəxəsis müayinəsinə əsasən, ona müştərək travma, qapalı kəllə beyin travması, subaroxnoidal qansızma, beyin ödəmi, diffuz aksikal zədələnmə, döş qəfəsinin küt travması, sol 3-cü, 4-cü, 5-ci və 6-cı qabırğaların sınığı, sol tərəfli hemopnevmotoraks, sol qamış sümüyünün yuxarı 1/3-nin çoxqəlpəli yerdəyişmiş sınığından sonrakı vəziyyətin və sol tərəfli hemiplegiyanın olduğu müəyyən edilmişdir. Zərərçəkmiş şəxs hazır ki sağlamlıq durumu ilə əlaqədar hazırda onunla kənar şəxsin köməyi ilə istintaq hərəkətlərinin aparılması mümkündür. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonevroloji Dispanserinin təqdim etdiyi 24 iyun 2022-ci il tarixli 409/138 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri, psixi pozuntusuz XBT 10 FO7.2 xəstəlik keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri az ifadəli olduğundan o, baş vermiş hazırki hadisədən əvvəl öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. O, hazırki ekspertiza zamanı da ona qarşı törədilmiş əməlin mahiyyətini dərk etmək, hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Zərərçəkmiş şəxs yaranmış şəraitin mahiyyətini tam dərk edərək davranışının mümkün nəticələrini görə bilmək qabiliyyətindədir. Zərərçəkmiş şəxs baş vermiş hadisələri düzgün qavrayaraq həmin hadisələr barəsində düzgün ifadə verə bilər. Zərərçəkmiş şəxs sensorperseptiv proseslərin fərdi xüsusiyyətlərini və hadisə şəraiyini nəzərə alaraq o, iş üçün əhəmiyyətli halları düzgün qavraya bilər. Zərərçəkmiş şəxs həssaslığı və onun hədləri, hadisənin baş verdiyi şəraitin malik olduğu qıcıqlandırıcılar duymağa və qavramağa imkan verir, təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyilli deyildir. Zərərçəkmiş şəxs özündən uydurmağa meyilli deyildir.O aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiyəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymətvermə, subyektivizim əlamətləri, şəxslər arası konfilikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Zərərçəkmiş şəxs ona qarşı edilən hərəkətlərin xarakter və mənasını anlaya bilmişdir. Ona qarşı edilən hüquqazidd hərəkətlərdən əvvəl adi psixi emosional vəziyyətdə olmuş, baş vermiş hadisə zamanı və hadisədən sonra deməsinə görə huşunu itirmişdir. Zərərçəkmiş şəxs yaş və fərdi-psixi xüsusiyyətlərindən, intelektual inkişafı və emosional halından asılı olaraq müqavimət göstərmək qabiliyyətinə malik olub-olmaması istintaq hərəkətləri ilə aydınmlaşdırılmalıdır. İşdə olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında 297 nömrəli protokolda, Təqsirləndirilən şəxs hadisə baş verən tarixdə yəni 11 noyabr 2021-ci il tarixdə ayıq vəziyyətdə olduğu qeyd edilmişdir. İşdə olan Qəbələ RPŞ-nin DYPB-in rəisi polis mayoru Aydın Heydərovun 28 mart 2022-ci il tarixli arayışında sürücü Təqsirləndirilən şəxs adına AR-sı DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Bazasında AE 733599 saylı BC kateqoriyalı sürücülük vəsiqəsinin qeydə alındığı, hadisə törətdiyi vaxtı ona məxsus sürücülük vəsiqəsində heç bir məhdudiyyətin qoyulmadığı və sürücülük vəsiqəsinin xx.xx.2029-cu il tarixədək qüvvədə olduğu göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ərizə təqdim edərək törətdiyi əməli etiraf edərək əməlindən səmimi peşiman olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödənilməsini nəzərə alaraq işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulan əməlin törətməsi özünün, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadəsi, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından və ona dəymiş ziyanı tam şəkildə ödədiyindən o, cinayət məsuliyyətindən azad olunmalı, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1-1 və ya 263.1-1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11–ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda, başlanmış cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə görə bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175-ci maddəsinə müvafiq olaraq ləğv edilməli, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməli, iş üzrə maddi sübut olan Ford Transit markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil sahibinin sərəncamında saxlanılmış hesab edilməli və bir ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia olmamışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 320-321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət işinin icraatına xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunsun. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan Ford Transit markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil sahibinin sərəncamında saxlanılmış hesab edilsin və bir ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №1(025)-25/2022
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №1(025)-25/2022
08.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver