Məhkəmə qərarları › İş №1(025)-25/2023

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-25/2023

21.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-25/2023 21.08.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Qafarlı Yelmar Elman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1995-ci il tarixdə Qəbələ şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Qəbələ rayonu Küsnət kəndində qeydiyyatda olan və faktiki olaraq ünvan 1 ünvanında yaşayan, 19 aprel 2023-cü il tarixdə barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx.xx.1993-cü ildə Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 2 ünvanında qeydiyyatda olan, 18 aprel 2023-cü il tarixdə barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə, özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə saat 01 radələrində qonşusu Zərərçəkmiş şəxs məxsus Qəbələ şəhəri E.Kərimov küçəsində yerləşən həyətyanı sahənin qarşısına gələrək evin yerləşdiyi həyətyanı sahənin kənarındakı hasarı aşmaqla qanunsuz olaraq həyətə daxil olmuş, daha sonra həyətdə yerləşən evin pilləkənlərindən çıxmaqla eyvanda yerləşən 450 (dörd yüz əlli) manat dəyərində “İTALTERMİC” markalı kombi aparatını gizli yolla götürüb yola çıxdıqdan sonra əvəzsiz və qanunsuz ələ keçirdiyi əmlakı Qəbələ şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən kirayə tutduğu evə aparmış, bununla da Zərərçəkmiş şəxs məxsus 450 (dörd yüz əlli) AZN dəyərində əmlakı gizli yolla talayıb əvəzsiz və qanunsuz ələ keçirməklə oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tanışı və qeyri-rəsmi nikah münasibətlərində yaşadığı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə saat 01 radələrində qonşusu Zərərçəkmiş şəxs məxsus Qəbələ şəhəri E.Kərimov küçəsində yerləşən evin yerləşdiyi həyətyanı sahənin qarşısına gələrək, aralarında olan razılığa və rol bölgüsünə uyğun olaraq Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs məxsus evin yerləşdiyi həyətyanı sahənin hasarının kənarındakı yolda dayanaraq kənar şəxslərin, eləcə də ev sahibinin evə gələcəyi təqdirdə Təqsirləndirilən şəxs1 xəbər verməsi üçün gözləmiş, özü isə əvvəlcə Zərərçəkmiş şəxs məxsus həyətin kənarındakı hasarı aşmaqla qanunsuz olaraq həyətə daxil olmuş, daha sonra həyətdə yerləşən evin pilləkənlərindən çıxmaqla eyvanda yerləşən 80(səksən) manat dəyərində “Demir Dokum” markalı qazla su qızdırıcını (pitiminutkanı), daha sonra həyətdə yerləşən evin pəncərəsini özü ilə əvvəlcədən gətirdiyi qaz açarı vasitəsi ilə sındırmaqla pəncərəni açdıqdan sonra qanunsuz olaraq evin içərisinə daxil olub, oradan 180 (bir yüz səksən) manat dəyərində “LG” markalı televizoru gizli yolla götürüb, Təqsirləndirilən şəxs2 köməkliyi ilə yola çıxdıqdan sonra birlikdə əvəzsiz və qanunsuz ələ keçirdikləri əmlakları Qəbələ şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən kirayə tutduğu evə aparmış, bununla da Zərərçəkmiş şəxs məxsus ümumilikdə 260 (iki yüz altmış) AZN dəyərində əmlakları gizli yolla talayıb əvəzsiz və qanunsuz ələ keçirməklə oğurluq cinayətini törətmişdir. Bununla yanaşı o, təkrarən tanışı və qeyri-rəsmi nikah münasibətlərində yaşadığı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə saat 01 radələrində qonşusu Zərərçəkmiş şəxs məxsus Qəbələ şəhəri E.Kərimov küçəsində yerləşən evin yerləşdiyi həyətyanı sahənin qarşısına gələrək əvvəlcə Zərərçəkmiş şəxs məxsus həyətin kənarındakı hasarı aşmaqla qanunsuz olaraq həyətə daxil olub həyətin giriş qapısını açmaqla Təqsirləndirilən şəxs2 da həyətə qanunsuz daxil olması üçün şərait yaratdıqdan sonra qaz açarı adlanan alət ilə tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə saat 01 radələrində sındırılmış pəncərədən qanunsuz olaraq evin içərisinə daxil olub, oradan 200(iki yüz) manat dəyərində “İNDESİT” markalı paltaryuyan maşını, 1 ədəd 10(on) manat dəyərində “SEVEN 7 STOR” markalı su tefalını, 1 ədəd dəyəri 10(on) manat təşkil edən “MAESTRO” markalı əl mikserini, 1 ədəd 50(əlli) manat dəyərində “Samsung” markalı tozsovuranı gizli yolla götürüb, Təqsirləndirilən şəxs2 köməkliyi ilə yola çıxdıqdan sonra birlikdə əvəzsiz və qanunsuz ələ keçirdikləri əmlakdan 1 ədəd istifadə edilmiş 07 litr su tutumu olan latun materialından hazırlanmış 150(bir yüz əlli) manat dəyərində samovarı naməlum şəraitdə itirmiş, digər əmlakları isə Qəbələ şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən kirayə tutduğu evə aparmış, nəticədə Zərərçəkmiş şəxs məxsus ümumilikdə 420(dörd yüz iyirmi) AZN dəyərində əmlakı gizli yolla talayaraq oğurluq cinayətini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 tanışı və qeyri-rəsmi nikah münasibətlərində yaşadığı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə saat 01 radələrində sonuncunun qonşusu Zərərçəkmiş şəxs məxsus Qəbələ şəhəri E.Kərimov küçəsində yerləşən evin yerləşdiyi həyətyanı sahənin qarşısına gələrək, aralarında olan razılığa və rol bölgüsünə uyğun olaraq o, Zərərçəkmiş şəxs məxsus evin yerləşdiyi həyətyanı sahənin hasarının kənarındakı yolda dayanaraq kənar şəxslərin, eləcə də ev sahibinin evə gələcəyi təqdirdə Təqsirləndirilən şəxs1 xəbər verməsi üçün gözləmiş, Təqsirləndirilən şəxs1 isə əvvəlcə Zərərçəkmiş şəxs məxsus həyətin kənarındakı hasarı aşmaqla qanunsuz olaraq həyətə daxil olmuş, daha sonra həyətdə yerləşən evin pilləkənlərindən çıxmaqla eyvanda yerləşən 80(səksən) manat dəyərində “Demir Dokum” markalı qazla su qızdırıcını (pitiminutkanı), ardınca evin pəncərəsini özü ilə əvvəlcədən gətirdiyi qaz açarı adlanan alət ilə sındırmaqla pəncərəni açdıqdan sonra qanunsuz evin içərisinə daxil olub, oradan 180(bir yüz səksən) manat dəyərində “LG” markalı televizoru gizli yolla götürüb, onun köməkliyi ilə yola çıxdıqdan sonra birlikdə əvəzsiz və qanunsuz ələ keçirdikləri əmlakı Qəbələ şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən kirayə tutduqları evə aparmış, bununla da Zərərçəkmiş şəxs məxsus ümumilikdə 260 (iki yüz altmış) AZN dəyərində əmlakı gizli yolla talayıb əvəzsiz və qanunsuz ələ keçirməklə oğurluq cinayətini törətmişdir. Bununla yanaşı o, təkrarən tanışı və qeyri-rəsmi nikah münasibətlərində yaşadığı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə saat 01 radələrində sonuncunun qonşusu Zərərçəkmiş şəxs məxsus Qəbələ şəhəri E.Kərimov küçəsində yerləşən evin yerləşdiyi həyətyanı sahənin qarşısına gələrək əvvəlcə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs məxsus həyətin kənarındakı hasarı aşmaqla qanunsuz olaraq həyətə daxil olub həyətin giriş qapısını açmaqla onun həyətə qanunsuz daxil olması üçün şərait yaratdıqdan sonra qaz açarı adlanan alət ilə Təqsirləndirilən şəxs1 tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə saat 01 radələrində sındırılmış pəncərədən qanunsuz olaraq evin içərisinə daxil olub, oradan 200(iki yüz) manat dəyərində “İNDESİT” markalı paltaryuyan maşını, 1 ədəd 10(on) manat dəyərində “SEVEN 7 STOR” markalı su tefalını, 1 ədəd dəyəri 10(on) manat təşkil edən “MAESTRO” markalı əl mikserini, 1 ədəd 50 (əlli) manat dəyərində “Samsung” markalı tozsovuranı gizli yolla götürüb, Təqsirləndirilən şəxs2 köməkliyi ilə yola çıxdıqdan sonra birlikdə əvəzsiz və qanunsuz ələ keçirdikləri əmlaklardan 1 ədəd istifadə edilmiş 07 litr su tutumu olan latun materialından hazırlanmış 150 (bir yüz əlli) manat dəyərində samovarı naməlum şəraitdə itirmiş, digər əmlakları isə Qəbələ şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən kirayə tutduqları evə aparmış, nəticədə Zərərçəkmiş şəxs məxsus ümumilikdə 420 (dörd yüz iyirmi) AZN dəyərində əmlakı gizli yolla talayaraq oğurluq cinayətini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Qəbələ rayonu Küsnət kəndində qeydiyyatda olmaqla və faktiki olaraq ünvan 1 ünvanında yaşayır. Həmçinin son 3 aydır ki, Heydər Əliyev prospekti ünvanında yerləşən birmərtəbəli evi kirayə tutaraq həmin evdə də ara-sıra gedib qalır. Belə ki, həmin evi kirayə tutmağına səbəb qeyrirəsmi nikah münasibətlərində olduğu Təqsirləndirilən şəxs2 həmin evdə yaşaması və onun da həmin evdə Təqsirləndirilən şəxs2 ilə ara-sıra qalmasıdır. Tək şəkildə, eləcə də qeyri-rəsmi nikah münasibətlərində yaşadığı Təqsirləndirilən şəxs2 ilə birlikdə Qəbələ şəhəri E.Kərimov küçəsində yerləşən atasına məxsus evlə qonşuluqda yerləşən evdən təxminən 150 metr aralı məsafədə yerləşən Zərərçəkmiş şəxs məxsus həyətyanı sahədəki evdən oğurluq etmişdir. Belə ki, ilk dəfə 2023-cü ilin aprel ayının əvvəllərində yaşadığı evə piyada şəkildə gedərkən evdən, yəni E.Kərimov küçəsində yerləşən evdən təxminən 150 metr aralı məsafədə yerləşən sahibi Zərərçəkmiş şəxs Ukrayna Respublikasında yaşadığını bildiyi evin həyətyanı sahəsinin kənarında yerləşən divarından həyətinə baxdıqda həyətdə yerləşən birmərtəbəli yaşayış evinin eyvan hissəsində kombi aparatının olduğunu görmüşdür. İş yeri olmadığı üçün və maddi vəziyyəti pis olduğundan həmin kombini oğurlayıb sataraq qazanc əldə etmək fikri yaranmışdır. Bu minvalla xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə saat 01 radələrində sərxoş vəziyyyətdə qonşusu Zərərçəkmiş şəxs həyətyanı sahəsinin qarşısına gəlmiş, həyətə hasardan aşmaqla daxil olmuşdur. Ona məlum imiş ki, həmin evdə heç kim yaşamır. Daha sonra həyətdə yerləşən birmərtəbəli evin pilləkənlərindən istifadə etməklə eyvana çıxmış və sözü gedən kombi aparatını yerindən sökmüş, daha sonra həmin kombi aparatını əlinə götürüb daxil olduğu Zərərçəkmiş şəxs həyətinin giriş qapısını arxadan açmaqla qapıdan yola çıxmışdır. Kombi aparatını əlində yaxınlıqda olan su artezianının yaxınlığına kimi gətirib artezianın yanına qoymuşdur. Daha sonra isə yaşadığı E.Kərimov küçəsində yerləşən evə getmiş və evdən ədyal götürüb kombini gizlətdiyi artezianın yanına gəlmişdir. Kombi aparatını həmin ədyala bürümüş ki, görən olmasın. Daha sonra *4040 taksi xidmətinə zəng etmiş və ünvanı ona bildirmiş, təxminən 5-10 dəqiqə sonra olduğu ünvana, yəni E.Kərimov küçəsinə markasını və nömrə nişanını dəqiq xatırlamadığı taksi gəlmiş, əlində olan ədyala bürümüş vəziyyətdəki kombi aparatını həmin taksinin yük hissəsinə yerləşdirmiş və taksi onu Heydər Əliyev prospekti ünvanında yerləşən kiraya tutaraq Təqsirləndirilən şəxs2 ilə birlikdə yaşadığı evin qarşısına gətirmişdir. Kombini həmin evin girişinə qoymuşdur. 12 aprel 2023-cü il tarixdə isə qeyri-rəsmi nikah münasibətlərində olduğu Təqsirləndirilən şəxs2 da həmin evə gəlmişdir. O kombini görüb haradan aldığını və gətirdiyini soruşmuşdur. Əvvəlcə ona kombi aparatının dostuna məxsus olduğunu bildirsə də, sonradan həmin gecə ikisi də içki içdikdən sonra Gülsümxanıma bildirmiş ki, kombi aparatını E.Kərimov küçəsində onunla qonşu olan Zərərçəkmiş şəxs evindən oğurlamışdır. Gülsümxanım isə ona əvvəlcə irad bildirmiş və nə üçün oğurluq etdiyini soruşmuş, Gülsümxanıma bildirmiş ki, məhkəmə onu 200 manat miqdarında cərimə edibdir. Həmin cəriməni ödəmək üçün kombi aparatını oğurlamışdır. Həmin gün birlikdə gecə saatlarına kimi spirtli içki qəbul etmişlər. Hər ikisi artrıq dərəcə sərxoş vəziyyətə düşmüşlər. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə saat 01 radələrində Təqsirləndirilən şəxs2 bildirmiş ki, həmin evdən, yəni Zərərçəkmiş şəxs evindən təkrar oğurluq etmək istəyir. Gülsümxanım isə onunla razılaşmışdır. Belə olub birlikdə saat 01 radələrində tanımadığı taksi ilə Qəbələ şəhəri E.Kərimov küçəsində yerləşən Zərərçəkmiş şəxs evinin qarşısına getmişlər. Təqsirləndirilən şəxs2 həyətə daxil olmamış, Gülsümxanım onu qapının qarşısında kənar şəxslər, eləcə də ev sahibi gələrsə xəbər verməsi üçün gözləmişdir. Həyətə eyni qaydada hasardan aşmaqla daxil olmuşdur. Həyətdə yerləşən birmərtəbəli evin giriş qapısını yoxlamış, qapı bağlı olduğu üçün həmin evin pəncərəsini əlində olan qaz açarı ilə vurub sındıraraq evə daxil olmuşdur. Həmin evə girməzdən qabaq özü ilə birlikdə qaz açarı adlanan açarı və bir ədəd kəlbətini də götürmüşdür. Həmin vaxt evdən 1 ədəd su qızdırıcı aparatı, yəni aristonu, 1 ədəd qara rəngli LG markalı televizoru əlinə götürmüş və həyətin giriş qapısının yanına kimi gətirmişdir. Təqsirləndirilən şəxs2 da onu qapıda gözləyirmiş. Birlikdə taksi çağırmışlar, tanımadıqları taksi həmin ünvana gəlmiş və onları dedikləri ünvana, yəni Qəbələ şəhəri H.Əliyev proepekti ünvanında yerləşən evə aparmışdır. Həmin taksinin sürücüsünün kim olduğunu bilmir. Eləcə də həmin tanımadığı taksi sürücüsünün oğurluq etdiyiklərindən məlumatı olmamışdır. Həmin LG markalı televizorla pitiminutkanı həmin kirayə qaldıqları evə qoymuşlar. Səhərisi günün axşamı, yəni 14 aprel 2023-cü il tarixdən 15 aprel 2023-cü il tarixə keçən gecə ikisi H.Əliyev prospekti ünvanında yerləşən evdə spirtli içki qəbul etmişlər və ağır dərəcədə sərxoş vəziyyətinə düşmüşlər. Daha sonra eyni qaydada gecə saatlarında saat 01 radələrində Təqsirləndirilən şəxs2 bildirmiş ki, həmin evdən, yəni Zərərçəkmiş şəxs evindən təkrar oğurluq etmək istəyir. Gülsümxanım isə onunla razılaşmışdır. Belə olub birlikdə saat 01 radələrində tanımadığı taksi ilə Qəbələ şəhəri E.Kərimov küçəsində yerləşən Zərərçəkmiş şəxs evinin qarşısına getmişlər. Hər ikisi həyətə hasardan aşmaqla daxil olmuşlar. Daha sonra isə evdə axtarış aparmışlar ki, qiymətli əşyaları oğurlasınlar. Belə olub birlikdə həmin gün həmin evdən 1 ədəd paltaryuyan maşın, 1 ədəd göy rəngli tozsovuran, 1 ədəd mikseri, 1 ədəd tefalı oğurlamışlar və birlikdə həyətin giriş qapısının qarşısına kimi gətirmişlər və tanımadığı taksi xidmətinə zəng edərək taksi çağırmışlar. Həmin taksi sürücüsünə bildirmişlər ki, öz evinindir və yuxarıda kirayə qaldığı evə aparırlar. Belə olub həmin markasını və dövlət nömrə nişanını xatırlamadığı taksi ilə həmin əmlakları H.Əliyev prospekti ünvanında yerləşən evə aparıb boşaltmışlar. Tək və Təqsirləndirilən şəxs2 ilə birlikdə oğurladıqları əmlakların heç birini satmamışlar, çünkü tutulduğu günə kimi hər gün içki içirmişlər. 17 aprel 2023-cü il tarixdə isə polis əməkdaşları kirayə yaşadığı H.Əliyev proepktində yerləşən evə gələrək ondan oğurluq edib-etmədiyini soruşmuş, o isə etdiyi əməli səmimi olaraq etiraf etmiş və həmin əmlakların hər birini onlara təqdim etmişlər. Eləcə də oğurluq zamanı istifadə etdiyi bir ədəd əlcəyi, bir ədəd kəlbətini və bir ədəd də qaz açarını polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs1 daha sonra ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs məxsus 01 ədəd 7 litr su tutumu olan samovarı ola bilsin ki, içkili olduqları üçün itirmişlər. Belə ki, samovarı digər əmlaklar ilə birlikdə oğurlamışlar, hava da qaranlıq olduğundan ola bilsin ki, samovarı unudub yolda qoymuşlar. Lakin sonradan həmin yolu getsə də, samovarı orada görməmişdir. Məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyində Seven 7 Stor markalı su tefalının qiymətinin 10 manat, Maestro markalı əl mikserinin qiymətinin 10 manat, İTALTERMİC markalı kombinin qiyməti 450 manat, İNDESİT markalı paltaryuyan maşının qiymətinin 200 manat, Samsung markalı tozsovuran maşının qiyməti 50 manat, LG markalı televizorun qiyməti 180 manat, DEMİR DOKUM markalı pitiminutkanın qiymətinin 80 manat qiymətləndirilməsi ilə bağlı heç bir etirazı yoxdur. Lakin 1 ədəd istifadə edilmiş 07 litr su tutumu olan latun materialından hazırlanmış 150(bir yüz əlli) manat dəyərində samovar onun tərəfindən oğurlanmamışdır. Təqsirləndirilən şəxs1 həmçinin, hazırda əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödədiyini, onunla barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmadığını və bir daha belə hallara yol verməyəcəyini bildirib, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 5rəsiz evdə müvəqqəti yaşayır. 2012-ci il tarixdə ailə həyatı qurmuş, lakin 2019-cu il tarixdə boşanmışdır. Həmin nikahdan 3 azyaşlı uşaqları vardır ki, Xəzər rayon məhkəməsinin qərarına əsasən uşaqlar atası Əbülfəzə verilmişdir. Boşandıqdan sonra isə, yəni 2019-cu il tarixdən etibarən Qəbələ şəhərinə işləmək məqsədi ilə gəlmişdir. 2021-ci il tarixdəndir ki, Qəbələ şəhər sakini Təqsirləndirilən şəxs1 tanıyır və onunla qeyri-rəsmi nikah münasibətlərindədir. Təxminən son iki aydır ki, Təqsirləndirilən şəxs1 Qəbələ şəhəri Heydər Əliyev prospekti ərazisində yerləşən nömrəsiz evi kirayə tutmuş və bilrikdə ara-sıra həmin evdə yaşayırlarmış. Qeyri-rəsmi nikah münasibətlərində yaşadığı Təqsirləndirilən şəxs1 ilə birlikdə Qəbələ şəhəri E.Kərimov küçəsində yerləşən Yusifin atasına məxsus evlə qonşuluqda yerləşən, yəni E.Kərimov küçəsi ev 9 ünvanında yerləşən evdən təxminən 150 metr aralı məsafədə yerləşən Zərərçəkmiş şəxs məxsus həyətyanı sahədəki evdən iki dəfə oğurluq etmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 22 radələrində Bakı şəhərindən Qəbələ rayonuna Təqsirləndirilən şəxs1 kirayə tutduğu H.Əliyev prospekti ünvanında yerləşən evə gəlmişdir. Evə daxil olduqda evin girişindəki zalda kombi aparatını görmüş və Yusifdən həmin kombi aparatının kimə məxsus olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs1 əvvəlcə ona kombi aparatının dostuna məxsus olduğunu bildirsə də, sonradan həmin gecə ikisi də içki içdikdən sonra Yusif ona bildirmiş ki, kombi aparatını E.Kərimov küçəsində onunla qonşu olan Zərərçəkmiş şəxs evindən tək şəkildə oğurlamışdır. Yusifə əvvəlcə irad bildirmiş və nə üçün oğurluq etdiyini soruşmuş, Yusif isə ona bildirmiş ki, məhkəmə onu 200 manat miqdarında cərimə edibdir. Həmin cəriməni ödəmək üçün kombi aparatını oğurlamışdır. Səhərisi gün isə birlikdə gecə saatlarına kimi spirtli içki qəbul etmişlər. Hər ikisi artıq dərəcə sərxoş vəziyyətinə düşmüşlər. Həmin gün, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə saat 01 radələrində Təqsirləndirilən şəxs1 ona bildirmiş ki, həmin evdən, yəni Zərərçəkmiş şəxs evindən təkrar oğurluq etmək istəyir. O isə əvvəlcə Yusiflə razılaşmayaraq ona irad bildirsə də, sonradan Təqsirləndirilən şəxs1 ilə razılaşmışdır. Belə olub birlikdə saat 01 radələrində tanımadığı taksi ilə Qəbələ şəhəri E.Kərimov küçəsində yerləşən Zərərçəkmiş şəxs evinin qarşısına getmişlər. Həyətə daxil olmamış, o, Yusifi qapının qarşısında kənar şəxslər, eləcə də ev sahibi gələrsə xəbər vermək üçün gözləmişdir. Təqsirləndirilən şəxs1 həyətə hasardan aşmaqla daxil olmuşdur. Bir nəçə dəqiqə sonra həyətdən pəncərə sındırılması səsi eşitmişdir. Fikirləşmiş ki, Yusif evə daxil olmaq üçün evin pəncərəsini sındırmışdır. Həmin evdən oğurluq etmək üçün getməzdən qabaq Təqsirləndirilən şəxs1 özü ilə birlikdə qaz açarı adlanan açarı və bir ədəd kəlbətini də kirayə yaşadığı evdən götürüb cibinə qoymuşdur. Həmin vaxt evdən 1 ədəd su qızdırıcı aparatı, yəni pitiminutkanı, 1 ədəd qara rəngli LG markalı televizoru Təqsirləndirilən şəxs1 həyətin giriş qapısının yanına gətirib hasardan ona uzatmış, o da televizor və pitiminutkanı yol tərəfdən əlinə götürüb hasarın yanına qoymuşdur. *4040 taksi xidmətinə zəng edərək taksi çağırmışlar, tanımadığı taksi həmin ünvana gəlmiş və onu dediyi ünvana, yəni Qəbələ şəhəri H.Əliyev prospekti ünvanında yerləşən evə aparmışdır. Həmin taksinin sürücüsünün kim olduğunu bilmir. Eləcə də həmin tanımadığı taksi sürücüsünün onların oğurluq etdiyindən məlumatı olmamışdır. Həmin LG markalı televizorla pitiminutkanı həmin kirayə qaldığı evə qoymuşlar. Səhərisi günün axşamı, yəni 14 aprel 2023-cü il tarixdən 15 aprel 2023-cü il tarixə keçən gecə ikisi birlikdə H.Əliyev prospekti ünvanında yerləşən kirayə yaşadıqları evdə spirtli içki qəbul etmişlər və ağır dərəcədə sərxoş vəziyyətinə düşmüşlər. Daha sonra eyni qaydada gecə saatlarında saat 01 radələrində Təqsirləndirilən şəxs1 ona bildirmiş ki, həmin evdən, yəni Zərərçəkmiş şəxs evindən təkrar oğurluq etmək istəyir. Yusifə demiş ki, onunla getmək istəyir. Belə olub birlikdə saat 01 radələrində tanımadığı taksi ilə Qəbələ şəhəri E.Kərimov küçəsində yerləşən Zərərçəkmiş şəxs evinin qarşısına getmişlər. Əvvəlcə Təqsirləndirilən şəxs1 həyətə hasardan aşmaqla qanunsuz daxil olmuş, həyətin giriş qapısının arxasından açmış, o da giriş qapısından içəri qanunsuz daxil olmuşdur. Daha sonra isə evdə axtarış aparmışlar ki, qiymətli əşyaları oğurlasınlar. Belə olub birlikdə həmin gün həmin evdən 1 ədəd paltaryuyan maşını, 1 ədəd göy rəngli tozsovuran, 1 ədəd mikseri, 1 ədəd su tefalı oğurlamışlar və birlikdə həyətin giriş qapısının qarşısına kimi gətirmişlər və tanımadığı taksi xidmətinə Təqsirləndirilən şəxs1 zəng edərək taksi çağırmış, həmin tanımadığı taksi onların yanına gəlmişdir. Taksi sürücüsü onlara həmin əmlakları haradan əldə etdiklərini soruşmuş, Yusif isə həmin taksi sürücüsünə bildirmiş ki, öz evinindir və yuxarıda kirayə qaldıqları evə aparırlar. Belə olub həmin markasını və dövlət nömrə nişanını xatırlamadığı taksi ilə həmin əmlakları H.Əliyev prosepkti ünvanında yerləşən evə aparıb boşaltmışlar. Birlikdə oğurladıqları əmlakların heç birini satmamışlar, çünkü bu günə kimi əmlakların satılması ilə bağlı danışmamışlar. 17 aprel 2023-cü il tarixdə isə polis əməkdaşları kirayə yaşadıqları H.Əliyev prospektində yerləşən evə gələrək onlardan oğurluq edib-etmədiklərini soruşmuşlar, onlar isə etdikləri əməli səmimi olaraq etiraf etmişlər və həmin əmlakların hər birini onlara təqdim etmişlər. Əmlaklar da polis əməkdaşları tərəfindən götürülmüşdür. 1 ədəd istifadə edilmiş 07 litr su tutumu olan latun materialından hazırlanmış 150 (bir yüz əlli) manat dəyərində samovarı isə onlar oğurlamışlar. Təqsirləndirilən şəxs2 həmçinin, hazırda əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənildiyini, onunla barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmadığını və bir daha belə hallara yol verməyəcəyini bildirib, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Eyni zamanda göstərdi ki, hal-hazırda Ağdaş şəhərində yaşasa da, orada yaşaması ilə bağlı məhkəməyə heç bir sənəd təqdim edə bilmir. Belə ki, heç kim onu rəsmi qeydiyyata salmır. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs vermiş olduğu ifadəsində göstərdi ki, ünvan 8 ünvanında qeydiyyatda olmaqla ünvan 9ır. ünvan 10 4 sot torpaq sahəsinin içərisində yerləşir. Həmin torpaq sahəsinin içərisində birmərtəbəli 3 otaqlı yaşayış evi vardır ki, həmin evdə yay aylarında gəlib qalır. xx.xx.2023-cü il tarixdə saat təxminən 23 radələrində qohumu zəng edərək Qəbələ şəhəri E.Kərimov küçəsində yerləşən evindən naməlum şəxs və ya şəxslər tərəfindən oğurluq edilməsi barədə məlumat vermişdir. Belə ki, ona qohumu demiş ki, yoldan baxdıqda evin kombisi divarda əvvəlki yerində yoxdur. 17 aprel 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhərindən çıxaraq Qəbələ şəhəri E.Kərimov küçəsi ünvanında yerləşən evinə gəlmiş və evə baxdıqda görmüş ki, evin eyvan hissəsindən pəncərəsi sındırılmaqla pəncərə açılmışdır. Həmçinin evin eyvan hissəsində yerləşən 1 ədəd 1700 manat dəyərində kombisinin, eləcə də, istifadə edilmiş 1 ədəd 150 manat dəyərində Demir Dokum markalı su ptiminutkasının, evin içərisindəki mətbəxdən isə 1 ədəd istifadə edilmiş 700 manat dəyərində İndesit markalı paltaryuyan maşın, qonaq otağında divara asılmış vəziyyətdə olan 1 ədəd 700 manat dəyərində LG markalı televizorunun, mətbəxdən bir ədəd təxmini dəyəri 20 manat dəyərində Seven 7 Stor markalı yaşıl rəngli su tefalını, bir ədəd təxmini dəyəri 20 manat dəyərində Maestro markalı mikserinin, eləcə də həmin otaqdan 150 manat dəyərində Samsung markalı tozsovuranının yerində olmadığını aşkar etmişdir. Buna görə də Qəbələ RPŞ-nə ərizə ilə müracit etmişdir. Ona sonradan məlum olmuş ki, evindən oğurluq edən şəxs qonşusu Təqsirləndirilən şəxs1 və onun qeyri rəsmi nikah münasibətlərində olduğu Təqsirləndirilən şəxs2dır. Ona məxsus ünvan 11 ünvanında yerləşən evdən əlavə olaraq heç nə oğurlanmamışdır. Həmçinin 1 ədəd istifadə edilmiş 07 litr su tutumu olan latun materialından hazırlanmış 150(bir yüz əlli) manat dəyərində samovarı oğurlamamışlar və samovarı evin zirzəmisindən tapmışdır. Ümumilikdə 3520 manat maddi ziyan dəymişdir. Ona məxsus ünvan 11 ünvanında yerləşən evdən sadəcə olaraq kombi, putiminutka, televizor, tozsovuran, paltaryuyan maşın, mikser, samovar və su tefalı oğurlanmışdır. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslərlə barışdığını, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun dayısı qızıdır. Zərərçəkmiş şəxs özü Bakı şəhərində qeydiyyatda olmaqla yaşasa da, onun Qəbələ şəhəri E.Kərimov küçəsində birmərtəbəli yaşayış evi vardır ki, həmin evdə yay aylarında gəlib qalır. Həmçinin həmin evə ara-sıra o da gedib nəzarət edir, eləcə də dayısı qızı Zərərçəkmiş şəxs ona sözü gedən evin açarlarını ara sıra vermişdir ki, həmin evin həyətinə lazım olan alətləri yığsın. Belə ki, sonuncu dəfə qeyd edilən oğurluq hadisəsi baş verməzdən, yəni 2023-cü ilin aprel ayından təxminən 1 ay əvvəl həmin evin həyətinin giriş qapısının açarı onda olmuşdur və həmin həyətə gedərək dayısı əlil olduğundan dayısına məxsus əlil arabasını həmin həyətə qoymuşdur. Lakin həmin vaxt həyətdən və ya evdən hər hansı bir oğurluq hadisəsinin baş verdiyinin şahidi olmamışdır. Belə ki, sözü gedən həyətdən və evdən oğurluq hadisəsi 2023-cü ilin aprel ayının ortalarında baş vermişdir. Sonradan ona məlum olmuş ki, sözü gedən evdən 1 ədəd “SEVEN 7 STOR” markalı, Almaniya istehsallı, HT- 0503 modelli su tefalı, “Maestro” markalı, MR-501 modelli əl mikseri, “İTALTERMİC” markalı kombi, “İNDESİT” markalı paltaryuyan maşın, “Samsung” markalı tozsovuran maşın, “LG” markalı televizor və “DEMİR DOKUM” markalı qazla su qızdırıcı(pitiminutka) və 7 litr su tutumu olan samovarı oğurlayan şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2dır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini hər birinin törətməsi özlərinin etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, iş materialları və aşağıda göstərilən digər sübutlarlada təsdiq edilir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ünvan 8 ünvanında qeydiyyatda olmaqla ünvan 9an Zərərçəkmiş şəxs məxsus Qəbələ şəhəri E.Kərimov küçəsində yerləşən evdən oğurluq hadisəsi ilə əlaqədar hadisə yerinə təhqiqatçı Toğrul Aslanlı tərəfindən baxış keçirilərkən müəyyən edilmişdir ki, qeyd olunan oğurluq hadisəsi Qəbələ şəhəri E.Kərimov küçəsində yerləşən evdən baş vermişdir. Həmin evin yerləşdiyi həyətin giriş qapısı dəmir materialındandır. Giriş qapısından daxil olduqdan sonra sağdan 15 metr məsafədə bir mərtəbəli sarı rəngli ev yerləşir ki, həmin evin giriş qapısı dəmir materialındandır. Evin eyvan hissəsində kombi və pitiminutka aparatının yerləşdiyi divar vardır ki, həmin divarın üzərində kombi və pitiminutka aparatının olmadığı aşkar edilmişdir. Evin giriş qapısından girdikdən sonra 3 otaq olduğu, həmin otaqlardan qonaq otağında LG markalı televizorun, mətbəxdən İndesit markalı paltaryuyan maşının, 1 ədəd 7 litr su tutumu olan samovarın, 1 ədəd su tefalının, 1 ədəd mikserin, 1 ədəd tozsovuran maşının oğurlandığı müəyyən edilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs həmin evdə təkrar baxış keçirən zaman 2 ədəd xalçanın, 1 ədəd kiçik ölçülü 200 manat dəyərində LG markalı televizorunun, boyunbağısını aşkar edərək həmin əmlakların oğurlanmadığını bildirmişdir. Baxış zamanı evin giriş qapısından soldakı pəncərəsinin sınmış vəziyyətdə olduğu müəyyən edilmişdir. Hadisə yerinə baxış zamanı digər əhəmiyyət kəsb edəcək hallara rast gəlinməmişdir. Baxış zamanı foto çəkiliş aparılmış, əldə olunmuş görüntülər foto-cədvəl formasında baxış protokoluna əlavə edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş 17 aprel 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Qəbələ şəhəri H.Əliyev prospekti ünvanında yerləşən kirayə tutduqları evə təhqiqatçı Toğrul Aslanlı tərəfindən baxış keçirilmişdir. Baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Qəbələ şəhəri H.Əliyev prospekti ünvanında yerləşən kirayə tutduqları evdə 1 ədəd Seven 7 Stor markalı su tefalı, Maestro markalı əl mikseri, İTALTERMİC markalı kombi, İNDESİT markalı paltaryuyan maşın, Samsung markalı tozsovuran maşın, LG markalı televizor, Demir Dokum markalı su qızdırıcı pitiminutka, eləcə də Təqsirləndirilən şəxs1 oğurluq hadisəsi zmaan istifadə etdiyi bir ədəd əlcək və digər alətlər maddi sübut kimi aşkar edilərək götürülmüşdür. Hadisə yerinə baxış zamanı digər əhəmiyyət kəsb edəcək hallara rast gəlinməmişdir. Baxış zamanı foto çəkiliş aparılmış, əldə olunmuş görüntülər foto-cədvəl formasında baxış protokoluna əlavə edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş 10 iyul 2023-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmişdir. Həmin istintaq hərəkətinin keçirilməsi zamanı Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində Qəbələ şəhəri. E.Kərimov küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus evdən oğurluq etməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları yerində əyani şəkildə göstərməsi təklif edilmiş, Təqsirləndirilən şəxs1 ona edilmiş təkliflə razışlaraq bundan ötrü Qəbələ şəhəri. E.Kərimov küçəsinə getmək lazım olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 ilə birlikdə sonuncunun göstərdiyi ünvana gedilmiş, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs evinin qarşısına çatdıqda bildirmiş ki, avtomobili saxlamaq lazımdır. Bundan sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs məxsus həyətyanı sahəni və həyətdə yerləşən birmərtəbəli yaşayış evini göstərərək bildirmişdir ki, oğurluq etdiyi ev həmin evdir. Həmin evdən tək və Təqsirləndirilən şəxs2 ilə birlikdə oğurluq etmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs1 ifadəsində uyğun şəkildə ardıcıllıqla Zərərçəkmiş şəxs həyətinin giriş qapısını, həyətdəki evi, evin eyvanında yerləşən kombi və pitiminutka aparatlarını, evin sındırdığı pəncərəsini, mətbəxdəki paltaryuyan maşını, mikseri, tefalı, tozsovuran maşını, LG markalı televizoru və samovarı oğurladığı otaqları göstərmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən göndərilmiş 25 may 2023-cü il tarixli məhkəmə əmtəəşünaslıq ekspertizasının 9/3240 saylı rəyindən görünür ki, ekspertizaya fotoşəkilləri təqdim edilmiş 1 ədəd “SEVEN 7 STOR” markalı, Almaniya istehsallı, HT-0503 modelli su tefalının 2023-cü ilin aprel ayına olan orta bazar qiyməti 10 manat, 1 ədəd “Maestro” markalı, MR-501 modelli əl mikserinin 2023-cü ilin aprel ayına olan orta bazar qiyməti 10 manat, 1 ədəd “İTALTERMİC” markalı, Aqua Jet-28 CC modelli kombinin 2023-cü ilin aprel ayına olan orta bazar qiyməti 450 manat, 1 ədəd “İNDESİT” markalı paltaryuyan maşının 2023-cü ilin aprel ayına olan orta bazar qiyməti 200 manat, 1 ədəd “Samsung” markalı, SC-4520 modelli tozsovuran maşının 2023-cü ilin aprel ayına olan orta bazar qiyməti 50 manat, 1 ədəd “LG” markalı, 32LN541U modelli televizorun 2023-cü ilin aprel ayına olan orta bazar qiyməti 180 manat, 1 ədəd “DEMİR DOKUM” markalı, 32 lt həcmli qazla su qızdırıcı(pitiminutka)nın 2023-cü ilin aprel ayına olan orta bazar qiyməti 80 manat müəyyən edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qəbzlərdən görünür ki, 1 ədəd “SEVEN 7 STOR” markalı, Almaniya istehsallı, HT-0503 modelli su tefalı, “Maestro” markalı, MR-501 modelli əl mikseri, “İTALTERMİC” markalı kombi, “İNDESİT” markalı paltaryuyan maşın, “Samsung” markalı tozsovuran maşın, “LG” markalı televizor və “DEMİR DOKUM” markalı qazla su qızdırıcı(pitiminutka) Zərərçəkmiş şəxs xahişini nəzərə alaraq ona geri qaytarılmışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Qəbələ RMX PHŞ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, PHŞ-6-52/2-729/2023 saylı məktubdan görünür ki, Qəbələ şəhər sakini xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 RMX-nın PHŞ-nin poliklinika şöbəsinin psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda deyildir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Şəhəri Narkoloji Mərkəzi PHŞ-dən daxil olan xx.xx.2023-cü il tarixli 3591 saylı məktubdan görünür ki, ünvan 12 ünvanında qeydiyyatda olan xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 Bakı Şəhəri Narkoloji Mərkəzdə qeydiyyatda yoxdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxənası” PHŞ-dən daxil olan xx.xx.2023-cü il tarixli 7597 saylı məktubdan görünür ki, ünvan 12 ünvanında qeydiyyatda olan xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 “Respublika Psixiatriya Xəstəxənası”nda müalicə olunmamışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs məxsus evdən oğurluq edən zaman istifadə etdiyi bir ədəd kəlbətin, bir ədəd qaz açarı və bir cüt qara rəngli əlcək iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınsın və saxlanmaları üçün Qəbələ rayon polis şöbəsinin saxlama kamerasına təhvil verilmişdir. İş materillarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxsdir. İş materillarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan 17 aprel 2023-cü il tarixli protokoldan və 17 aprel 2023-cü il tarixli qərardan göründüyü kimi, Təqsirləndirilən şəxs1 17 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli həmin gün saat 18:20-dən hesablanmış, 19 aprel 2023-cü il tarixdə təqsirləndirilən şəxs qsimində cəlb edilməklə barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş və həmin gün saat 16:30-da Qəbələ RPŞ-nin MSYdən azad edilmişdir. İş materiallarında olan 20 iyun 2023-cü il tarixli “Qətimkan tədbirinin şərtlərini pozan təqsirləndirilən şəxsin tutulması haqqında” protokoldan göründüyü kimi, Təqsirləndirilən şəxs1 20 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli həmin gün saat 12:55-dən hesablanmış, 20 iyun 2023-cü il tarixdə “təqsirləndirilən şəxsin azad edilməsi və barəsində seçilmiş qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında” qərara əsasən “başqa yerə getməmək haqqınzda iltizam” qətimkan tədbiri qüvvədə saxlanılmış və həmin gün saat 13:55-də Qəbələ RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan 20 iyun 2023-cü il tarixli “Qətimkan tədbirinin şərtlərini pozan təqsirləndirilən şəxsin tutulması haqqında” protokoldan göründüyü kimi, Təqsirləndirilən şəxs2 20 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli həmin gün saat 11:40-dan hesablanmış, 20 iyun 2023-cü il tarixdə “təqsirləndirilən şəxsin azad edilməsi və barəsində seçilmiş qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında” qərara əsasən “başqa yerə getməmək haqqınzda iltizam” qətimkan tədbiri qüvvədə saxlanılmış və həmin gün saat 12:55-də Qəbələ RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarına əlavə edilmiş Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Qəbələ Şəhər İnzibati Ərazi X8 tərəfindən verilmiş 04 may 2023-cü il tarixli, 1043 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ailə tərkibi atası X11, anası X9, qardaşı X6 ibarətdir. İş materiallarına əlavə edilmiş Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Qəbələ Şəhər İnzibati Ərazi X8 tərəfindən verilmiş 04 may 2023-cü il tarixli, 5-1043 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Şüvəlan Qəsəbə İnzibati Ərazi X8 tərəfindən verilmiş 16 may 2023-cü il tarixli, 5-12-212- 124/2023 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 13 ünvanda qeydiyyatda olsa da, həmin ünvanda yaşamır. Ailə tərkibi atası X7, anası X3 və qardaşı X2 ibarətdir. İş materillarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Şüvəlan Qəsəbə İnzibati Ərazi X8 tərəfindən verilmiş 16 may 2023-cü il tarixli, 5-12-212-124- 1/2023 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iş üzrə təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olaraq bir qrup şəxs halında zərərçəkmiş şəxsə məxsus evdən özgə əmlakını gizli yolla təkrar talamaqla zərərçəkmiş şəxsə maddi ziyan vurmaları, yəni Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir və onlar, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələbinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarların şəxsiyyətləri, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələbinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan maddi hüquq normalarının məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CMin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmağı məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində cəza məsələsini müzakirə edərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olaraq, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 əməlində zərərçəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödəməsini və onunla barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını, həm də cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, ona ittiham edildiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsi əsaslı və ədalətlidir. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli CM-in 15-ci maddəsinə əsasən, az ağır cinayət hesab olunmaqla yanaşı, bu cinayət tamah niyyəti ilə birbaşa qəsdlə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinə görə təqsirləndirildiyi maddələrin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğu halda ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməz. Məhkəmə bu mövqeyi həm də ondan irəli gəlir ki, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışıq əldə etsə də, dəymiş ziyanın ödənməsi onun iradəsindən asılı olmamış, oğurladığı əşyaları sata bilmədiyindən, polis əməkdaşları tərəfindən yaxalandıqdan sonra zərərçəkmiş şəxsə qaytarmaq məcburiyyətində qalmışdır. Belə ki, Təqsirləndirilən şəxs1 məhkəmə zamanı izahatında oğurladığı əşyaları satmaq niyyətində olduğunu, sadəcə olaraq hər gün spirtli içki qəbul edərək sərxoş olduğu üçün satmağa vaxt tapa bilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 məhkəmə zamanı qeyri-səmimi ifadələr vermişdir. Belə olan halda, Təqsirləndirilən şəxs1 ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül cəza ilə cəzalandırılması qanunilik və ədalətlilik baxımından düzgün hesab edilə bilməz. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki,istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər,ədalətin bərqərar edildiyi də aydın görünməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlini etiraf etməklə əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamındakı tövsiyyələri, hazırkı məhkəmə təcrübəsini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyaların azadlıqdan məhrum etmə cəzalarının nəzərdə tutulmasını, eyni zamanda Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinin cəzanın məqsədlərini təmin edə bilməyəcəyini, onun islah olunması üçün cəmiyyətdən təcrid edilməsinin zəruri olmasını nəzərə alaraq təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, 17 aprel 2023-cü il tarixli protokoldan və 17 aprel 2023-cü il tarixli qərardan göründüyü kimi, Təqsirləndirilən şəxs1 17 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli həmin gün saat 18:20-dən hesablanmış, 19 aprel 2023-cü il tarixdə təqsirləndirilən şəxs qsimində cəlb edilməklə barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş və həmin gün saat 16:30-da Qəbələ RPŞnin MSY-dən azad edilmişdir. Eyni zamanda 20 iyun 2023-cü il tarixli “Qətimkan tədbirinin şərtlərini pozan təqsirləndirilən şəxsin tutulması haqqında” protokoldan göründüyü kimi, Təqsirləndirilən şəxs1 20 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli həmin gün saat 12:55-dən hesablanmış, 20 iyun 2023-cü il tarixdə “təqsirləndirilən şəxsin azad edilməsi və barəsində seçilmiş qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında” qərara əsasən “başqa yerə getməmək haqqınzda iltizam” qətimkan tədbiri qüvvədə saxlanılmış və həmin gün saat 13:55-də Qəbələ RPŞ-nin MSY-dən azad edilmişdir. Ona görə də onun həbsdə saxlanıldığı 03 (üç) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə hesablamaqla təyin olunan azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. Məhkəmə hazırki hökmlə Təqsirləndirilən şəxs1 azadlıqdan məhrumetmə növündə cəza təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş “başqa yerə getməmək barədə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Odur ki, Təqsirləndirilən şəxs1 hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzasının əvvəli 21 avqust 2023-cü il tarixdən hesablanmalı, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.1 və 56.1.2-ci maddələrinə əsasən, azadlıqdan məhrum etmə növündə cəzanın ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-məntəqə tipli cəzaçəkmə müəssisələrində; qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 hazırki hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində cəza məsələsini müzakirə edərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olaraq, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 əməlində zərərçəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödəməsini və onunla barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, müsbət xarakterizə edilməklə şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, Təqsirləndirilən şəxs2 özünü təqsirli bilir. Törətdiyi əməldən səmimi peşmançılıq çəkməklə zərərçəkmiş şəxslə barışıq əldə etmiş, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 bağışlamış, ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən CM-nin 58.1-ci maddəsinin (törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir) tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 şəxsiyyəti (zərərçəkmiş şəxslə barışıq əldə etməsini, həmin şəxsin şikayətinin, iddiasının və tələbinin olmamasını, yaşayış yerindəm müsbət xarakterizə olunmasını, əməlindən səmimi peşman olmalarını), cinayət xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayətin məqsəd və motivi, təyin olunacaq cəzanın onun islah olunmasına təsiri nəzərə alınmaqla CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin olunması məqsədə müvafiqdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını qeydiyyatda olduğu yer üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 cəzasının icrasına nəzarəti qeydiyyatda olduğu yer üzrə Bakı şəhəri probasiya idarəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 20 iyun 2023-cü il saat 11:40-dan 12:55-dək şübhəli şəxs qismində saxlandığı bir gün müddət Azırbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə hesablamaqla ona təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərkən, maddi sübut qismində tanınmış 1 ədəd “SEVEN 7 STOR” markalı, Almaniya istehsallı, HT-0503 modelli su tefalı, “Maestro” markalı, MR-501 modelli əl mikseri, “İTALTERMİC” markalı kombi, “İNDESİT” markalı paltaryuyan maşın, “Samsung” markalı tozsovuran maşın, “LG” markalı televizor və “DEMİR DOKUM” markalı qazla su qızdırıcının (pitiminutka) zərərçəkmiş şəxsə təhvil verilməsini nəzərə alır. Məhkəmə həmçinin bir ədəd “samovarın” təqsirləndirilən şəxslər tərəfindən oğurlanmaması qənaətinə gəlir və həmin epizodu ittihamdan xaric edilməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda maddi sübut qismində və Qəbələ rayon Polis şöbəsində saxlanılan bir ədəd kəlbətin, bir ədəd qaz açarı və bir cüt qara rəngli əlcək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri cəmi 100 (bir yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Qəbələ rayon vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkillər tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatlardan görünür ki, Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs1 məhkəmə baxışı dövründə hüquqlarını 11 saat müddətində və Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs2 məhkəmə baxışı dövründə hüquqlarını 11 saat müddətində müdafiə etmişdir. Məhkəmə cinayət işi üzrə keçirilmiş məhkəmə iclaslarının protokollarını araşdırıb, cinayət işinin həcmini nəzərə alaraq hesab edir ki, Müdafiəçi1 və Müdafiəçi2 müdafiəçi qismində iş materialları ilə tanış olmaqla, keçirilmiş hazırlıq və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 11 saat sərf etmişlər. Odur ki, Təqsirləndirilən şəxs1 göstərilmiş 11 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi1 66 manat məbləğində pul və Təqsirləndirilən şəxs2 göstərilmiş 11 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi2 66 manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 17 aprel 2023-cü il tarixdən 19 aprel 2023-ci il tarixədək, həbsdə saxlanıldığı 02 gün, 20 iyun 2023-cü il tarixdə həbsdə saxlanıldığı 01 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs1 hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli 21 avqust 2023-cü il tarixindən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 20 iyun 2023-cü il tarixdə həbsdə saxlanıldığı 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq saxlanılmış 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Bakı şəhəri ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasının icrasına nəzarəti qeydiyyatda olduğu yer üzrə Bakı şəhəri probasiya idarəsi həyata keçirsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 100 (bir yüz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X5, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). İş üzrə maddi sübut qismində tanınmış 1 ədəd “SEVEN 7 STOR” markalı, Almaniya istehsallı, HT-0503 modelli su tefalı, “Maestro” markalı, MR-501 modelli əl mikseri, “İTALTERMİC” markalı kombi, “İNDESİT” markalı paltaryuyan maşın, “Samsung” markalı tozsovuran maşın, “LG” markalı televizor və “DEMİR DOKUM” markalı qazla su qızdırıcının (pitiminutka) zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut qismində və Qəbələ rayon Polis şöbəsində saxlanılan bir ədəd kəlbətin, bir ədəd qaz açarı və bir cüt qara rəngli əlcək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs1 göstərilmiş 11 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi1 66 manat məbləğində pul və Təqsirləndirilən şəxs2 göstərilmiş 11 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi2 66 manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökm elan olunduğundan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar