Məhkəmə qərarları › İş №1(025)-25/2024

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-25/2024

19.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-25/2024 19.08.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə və Müdafiəçi iştirakı ilə, xx.xx.1984-cü ildə Gürcüstan Respublikası Dmanisi rayonunda anadan olmuş, AR vətəndaşı, evli, ali təhsilli, fərdi sahibkar işləyən, Bakı şəhəri, Nizami ra-nu, E.Süleymanov küçəsi ev 137, mənzil 52-də qeydiyyatda olub Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəs. Sülh küçəsi ev 35, mən.21-də yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.1 və 188.2-ci maddələri ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ondan ötrü məhkəməyə verilmişdir ki, o, 2022-ci ilin iyun ayından etibarən avqust ayına kimi olan müddət ərzində, istintaqa dəqiq məlum olmayan tarixdə Qəbələ rayon Bum qəsəbəsində yerləşən, döngə nöqtələrinin koordinatları 1.X-734912.3289 Y-4542843.5347; 2.X- 734947.2402, Y-4542831.9038; 3.X-734950.4509, Y-4542827.5047; 4.X-734938.6575, Y- 4542800.7789; 5.X-734900.1018, Y-4542814.8923 olmaqla mülkiyyət növü “Dövlət”, kateqoriyası “X10” torpaqlarına məxsus olan 0,13 ha torpaq sahəsinin ətrafını qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan sement-beton bünövrə üzərində 50 sm və 1 metr hündürlüklərdə hasarlama işlərinin qanunsuz olmasından məlumatı olmayan fəhlə kimi müəyyən xidmət haqqı ödəməklə işə cəlb etdiyi şəxslərə özbaşına hasara aldırıb torpaq sahəsini vahid niyyətlə əhatə olunmuş qəsdlə tutmaqla özbaşına hasarlama işləri aparmışdır. Bundan başqa o, 2022-ci ilin yay aylarından etibarən 2023-cü ilin yay aylarına kimi olan müddət ərzində, istintaqa dəqiq məlum olmayan tarixdə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Qəbələ rayon Bum qəsəbəsində yerləşən, mülkiyyət növü “Dövlət”, kateqoriyası “X10” torpaqlarına məxsus torpaq sahəsinin içərisində döngə nöqtələrinin koordinatları 1.X-734909.1343; Y-4542816.4554; 2.X-734911.9419; Y-4542822.6267; 3.X-734917.9130; Y-4542819.9103; 4.X- 734919.0228; Y-4542822.3497; 5.X-734926.3502; Y-4542819.0163; 6.X-734921.5674; Y- 4542808.5031; 7.X-734914.0580; Y-4542811.9193; 8.X-734914.9234; Y-4542813.8217 olmaqla 159,445 kv. metr sement-beton bünövrə üzərində tikinti işlərinin qanunsuz olmasından məlumatı olmayan fəhlə kimi müəyyən xidmət haqqı ödəməklə işə cəlb etdiyi şəxslərə birmərtəbəli “A-Frame” formalı fərdi yaşayış evini tikdirməklə özbaşına tikinti işləri aparmışdır. İş üzrə Təqsirləndirilən şəxs özünü ona qarşı Azərbaycan Respublikası CM-nin 181.1 və 188.2-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyun ayında dostu Şahid3 ilə qohum olan Şahid1 Qəbələ rayon Bum qəsəbəsi ərazisində təxminən 13 sot torpaq sahəsini satdığını eşitmiş və dostu Qəbələ rayon Bum qəsəbə sakini Şahid3 ilə birlikdə əraziyə baxmaq üçün həmin yerə gedərək həmin torpaq sahəsinin yarı hissəsinin 2400 manat pul müqabilində əldə olunması barədə Qiyasla şifahi razılığa gəlmişdir. Qiyasa 2400,0 manat verəndən sonra 2022-ci ilin iyun ayından başlayaraq həmin torpaq sahəsinin kənarında sement-beton bünövrə üzərində 50 sm və 1 metr hündürlükdə hasar tikdirmiş, hasarlama işlərini təxminən 2022-ci ilin avqust ayında başa çatdırmışdır. Torpaq sahəsini hasarlamaqda məqsədi və niyyəti, həmin torpaq sahəsində birmərtəbəli “A-Frame” formalı ev tikmək olmuş və həmin vaxtdan, yəni 2022-ci ilin avqust ayından etibarən 13 sot torpaq sahəsinin içərisində birmərtəbəli , eni 11,15 metr, uzunluğu isə 14,30 metr olmaqla 159,445 kv. metr ölçüdə A-Frame formalı birmərtəbəli ev tikintisinə başlamışdır. Tikinti işləri kimliklərini bilmədiyi müxtəlif ustalar tərəfindən yerinə yetirilmiş, tikintidə Şahid1 fəhlə kimi işləmişdir. 2023-cü ilin yay aylarında həmin tikinti işləri maddi cəhətdən problem yarandığı üçün dayanmış, lakin evin dam örtüyü çəkilib qurtarmışdır. 2023-cü ilin noyabr ayında isə telefon nömrəsinə zəng edilərək həmin tikinti işləri gedən əraziyə dəvət olunmuş, lkin Bakı şəhərində olduğu üçün Qəbələ rayonuna gələ bilməmişdir. Həmin ərazinin ətrafında çoxsaylı yaşayış evləri olduğundan torpaq sahəsinin “X10” torpaqlarına daxil olduğunu bilməmiş və yaşayış massivi əhatəsində yerləşdiyindən bələdiyyə fonduna aid olduğunu güman edib torpaq sahəsinin alqı-satqı yolu ilə alınmasından ötrü bələdiyyəyə müraciət etmişdir. Qəbələ rayonu Bum bələdiyyəsindən torpaq sahəsinin dövlət mülkiyyətində olduğunu öyrənmiş, həmin vaxtdan sonra ərazidə heç bir tikinti aparmamış və tikdiyi n evin içərisində hər hansı bir təmir işləri görməmişdir. İş üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdən etibarən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 15 saylı Regional X4 baş mütəxəssis-hüquqşünası vəzifəsində işləyir. 27 noyabr 2023-cü il tarixdə Meşələrin İnkişafı Xidmətindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 15 saylı X6 Mərkəzinə məktub daxil olmuş, həmin məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qəbələ ərazi şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı Bum qəsəbəsinin yaxınlığında X9 aid 150 m2 torpaq sahəsində vətəndaş Təqsirləndirilən şəxs tərəfindən fərdi yaşayış evinin inşası məqsədi ilə tikinti işlərinin aparılmışdır. Qeyd edilən məktub əsasında 08 dekabr 2023-cü il tarixdə 15 saylı X6 Mərkəzin əməkdaşları meşələrin mühafiəzi üzrə baş mühəndis Şahid2, Bum meşəbəyliyinin sabiq meşəbəyisi Cavad Feyruzov və 6 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Rasim Rəsulovun iştirakı ilə qeyd edilən tikinti işləri aparılmış torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı tikinti işlərini aparan Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsinə zəng edilərək baxış keçiriləcək əraziyə dəvət edilmiş, lakin Təqsirləndirilən şəxs baxışda iştirak etmək üçün qeyd edilən tikinti işləri aparılan əraziyə gəlməmişdir. Buna görə də baxış Təqsirləndirilən şəxs iştirakı olmadan keçirilmişdir. Faktla bağlı 000935 nömrəli akt tərtib edilmiş, tikinti işləri aparılan obyektin fotoşəkilləri çəkilmiş, vətəndaş Təqsirləndirilən şəxs 10 gün müddətində X9 aid torpaq sahəsində apardığı tikintinin sökülərək torpağın əvvəlki vəziyyətinə qaytarılmaqla Mərkəzə təhvil verilməsi ilə bağlı rəsmi məktub göndərilmiş, lakin Təqsirləndirilən şəxs ünvanına göndərilmiş bildiriş cavabsız qalmış və bu səbəblə də toplanmış material məktubla baxılması üçün aidiyyəti üzrə Qəbələ rayon prokurorluğuna göndərilmişdir. Təqsirləndirilən şəxs hasarladığı və tikinti apardığı torpaq sahəsinə görə 15 saylı X6 Mərkəzi ilə müqavilə bağlamamış, müqavilə bağlamaq üçün hər hansı rəsmi və ya şifahi şəkildə müraciət etməmiş, vergi və sair ödəniş etməmişdir. Tikintidən əvvəl Təqsirləndirilən şəxs tikinti aparmaq istəməsi niyyətini bilmədiyindən, eləcə də Mərkəzin hər hansı bir əməkdaşının onun tikinti aparmasından məlumatlı olmadığından tikinti aparmaması üçün ona bu barədə şifahi və ya yazılı xəbərdarlıq edilməmişdir. Ərazidə qeyd edilən qanunsuz tikinti faktı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qəbələ ərazi şöbəsinin əməkdaşları tərəfindən aşkar edilmiş və Mərkəzə bu barədə məlumat daxil olduqdan sonra Təqsirləndirilən şəxs yazılı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsindən daxil olmuş 27 mart 2024-cü il tarixli 3-21-3-42/2-1623/2024 nömrəli məktuba əsasən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Qəbələ rayon Bum qəsəbəsində özbaşına tutduğu və tikinti işləri apardığı torpaq sahəsi 0,13 ha təşkil edir və Dövlət mülkiyyətində olmaqla “X10” torpaqlarına aiddir. İş üzrə Şahid1 ifadəsində göstərmişdir ki, 1994-cü il tarixdə Qəbələ rayon Bum qəsəbəsi ərazisində 0,11 ha torpaq sahəsi alıb alıb ev tikmiş və həmin vaxtdan etibarən qəsəbə ərazisində yaşamışdır. 1995-ci il tarixdə yaşadığı evin qarşısında yerləşən təxmini ölçüsü 18 ha torpaq sahəsinin kənarlarını tor məftillə çəpərləyərək zəbt etmiş və ərazidə meyvə ağacları əkərək torpaq sahəsindən istifadə etmişdir. 2022-ci ilin yay aylarında yaşadığı evə əvvəllər tanımadığı bir nəfər (Təqsirləndirilən şəxs) gəlmiş və ondan həmin 0,18 ha torpaq sahəsini satıb-satmadığı və sənədi olub olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs ondan torpaq sahəsinin zəbt olunduğunu və sənədlərinin olmadığını öyrənmiş və həmin vəziyyətdə 0,8 ha torpaq sahəsini ondan 3200 manata almağa razılaşaraq sənədləşdirmə işlərini öz üzərinə götürmüşdür. Kamran ona 3200 deyil, cəmi 2400 manat vermiş və 2022-ci ilin yay aylarından etibarən həmin 8 sot torpaq sahəsi üzərində təxminən 150 kvadrat metr ölçüdə birmərtəbəli evin tikintisinə başlamışdır. Həmin evin tikintisində o, zəhmət haqqı müqabilində fəhlə kimi işləmişdir. 2023-cü ilin noyabr ayında həmin evin yerləşdiyi əraziyə gələn tanımadığı şəxslər tikintinin qanunsuz olduğunu bildirərək işin dayandırılmasını tələb etmiş və ondan sonra ərazidə hər hansı təmir tikinti işləri görülməmişdir. Təqsirləndirilən şəxs satdığı torpaq sahəsində hasarlama və A-Frame formalı evin tikintisində Kamrana ona görə kömək etmiş ki, Kamran ona bildirmiş ki, artıq tikinti üçün icazə almışdır. Buna görə də Kamrana inanmış və tikintidə ona fəhləlik etmişdir. İş üzrə şahid X2 ifadəsində göstərmişdir ki, 2015-ci il tarixdən etibarən Qəbələ rayon Bum bələdiyyə sədri vəzifəsində işləyir. Bakı şəhər sakini Təqsirləndirilən şəxs onun tanışıdır. Təqsirləndirilən şəxs Qəbələ rayon Bum qəsəbəsi ərazisində yerləşən Bum meşəbəyliyinə aid olan 0,13 ha torpaq sahəsini Bum qəsəbə sakini Şahid1 2022-ci ilin ortalarında dəqiq xatırlamadığı tarixdə miqdarını bilmədiyi pul vəsaiti müqabilində almışdır. Həmin 0,13 ha torpaq sahəsinin kənarları sement-betonla hasarla bağlıdır. Təqsirləndirilən şəxs həmin 0.13 ha torpaq sahəsini alan zaman onun tanışı olaraq bildirmiş ki, həmin torpaq sahəsi meşə fonduna aid torpaq sahəsidir və orada hər hansı bir tikinti işləri aparmaq, eləcə də həmin torpaq sahəsini sənədləşdirmək mümkün deyildir. Lakin Təqsirləndirilən şəxs 2022-ci ilin iyun ayında həmin 0.13 ha torpaq sahəsinin içərisində təxminən 150 kvadrat metr ölçüdə olan birmərtəbəli ev tikintisinə başlamışdır. Həmin evin isə dam örtüyü də çəkilib qurtarmışdır. Həmin evdə işləyən ustalar isə eşitdiyinə görə Təqsirləndirilən şəxs tanışları olmuşdur. Lakin adlarını bilmir. Hal-hazırda isə həmin evin içərisində hər hansı bir təmir işləri görülmür. İş üzrə Şahid3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs dostu, Şahid1 isə kürəkənidir. Təqsirləndirilən şəxs Qəbələ rayon Bum qəsəbəsində yerləşən meşə fonduna aid olan torpaq sahəsində tikinti işləri apardığı torpaq sahəsini Şahid1 təxminən 30 il bundan qabaq zəbt etmiş və ərazini çəpərləmişdir. Həmin torpaq sahəsinin meşə fonduna məxsus olduğunu bilməyərək 2022-ci ilin yay aylarında ərazini Təqsirləndirilən şəxs göstərərək qaynatası Qiyasın zəbtində olan sahə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs da həmin torpaq sahəsini bəyənmiş və ərazidə yerləşən 0,13 ha torpaq sahəsini qaynatası Şahid1 2400 manat pul vəsaiti müqabilində almışdır. Həmin torpaq sahəsində tikilmiş A-Frame formalı evin tikinti ölçülərini Kamrana o, vermiş, Kamran da 2022-ci ilin yay aylarında həmin torpaq sahəsində A-Frame formalı ev tikintinisinə başlamışdır. Təqsirləndirilən şəxs sonradan ona bildirmişdir ki, torpaq sahəsini öz adına rəsmiləşdirmiş və tikinti işləri aparmaq üçün icazə almışdır. Həmin evin tikintisində Şahid1 fəhlə kimi işləmişdir. İş üzrə Şahid2 ifadəsində göstərmişdir ki, o, 15 saylı regional X4 meşələrin qorunub mühafizə olunması üzrə baş mühafizə mühəndisi vəzifəsində işləyir. 27 noyabr 2023-cü il tarixdə Meşələrin İnkişafı Xidmətindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 15 saylı X6 Mərkəzinə daxil olmuş məktubda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qəbələ ərazi şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı Bum qəsəbəsi yaxınlığında X9 aid 150 m2 torpaq sahəsində vətəndaş Təqsirləndirilən şəxs tərəfindən fərdi yaşayış evinin inşası məqsədi ilə tikinti işləri aparıldığı barədə məlumat verilmiş və həmin məlumat əsasında 08 dekabr 2023-cü il tarixdə 15 saylı X6 Mərkəzin əməkdaşları, yəni sabiq Bum meşəbəyisi Cavad Feyruzovun, onun və 6 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Rasim Rəsulovun iştirakı ilə qeyd edilən tikinti işləri aparılmış torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı tikinti işlərini aparan Təqsirləndirilən şəxs istifadəsində olan telefon nömrəsinə zəng edilərək baxış keçiriləcək əraziyə dəvət edilmiş, lakin Təqsirləndirilən şəxs baxışda iştirak etmək üçün qeyd edilən tikinti işləri aparılan əraziyə gəlməmiş və baxış Təqsirləndirilən şəxs iştirakı olmadan keçirilmişdir. Faktla bağlı 000935 nömrəli akt tərtib edilmiş, tikinti işləri aparılan obyektin fotoşəkilləri çəkilmiş, vətəndaş Təqsirləndirilən şəxs 10 gün müddətində X9 aid torpaq sahəsində apardığı tikintinin sökülərək torpağın əvvəlki vəziyyətinə qaytarılmaqla Mərkəzə təhvil verilməsi ilə bağlı rəsmi məktub göndərilmiş, lakin Təqsirləndirilən şəxs ünvanına göndərilmiş bildiriş cavabsız qalmışdır. Təqsirləndirilən şəxs hasarladığı və tikinti apardığı torpaq sahəsinə görə 15 saylı X6 Mərkəzi ilə müqavilə bağlamamış, müqavilə bağlamaq üçün hər hansı rəsmi və ya şifahi şəkildə müraciət etməmiş, vergi və sair ödəniş etməmişdir. Tikintidən əvvəl Təqsirləndirilən şəxs tikinti aparmaq istəməsi niyyətini bilmədiyindən, eləcə də Mərkəzin hər hansı bir əməkdaşının onun tikinti aparmasından məlumatlı olmadığından tikinti aparmaması üçün ona bu barədə şifahi və ya yazılı xəbərdarlıq edilməmişdir. Qeyd edilən qanunsuz tikinti faktı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qəbələ ərazi şöbəsinin əməkdaşları tərəfindən aşkar edilmişdir. Mərkəzə bu barədə məlumat daxil olduqdan sonra Təqsirləndirilən şəxs yazılı xəbərdarlıq edilmişdir. Ərazi yaşayış məntəqələrinin əhatəsində olduğundan tikinti aparılan torpaq sahəsinin “X10” torpaqlarına aid olduğunu bilməmiş və bu səbəbdən Kamran Seleymanova qeyd edilən tikinti işlərinin qanunsuz olduğu barədə əvvəlcədən xəbərdarlıq etməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsindən daxil olmuş 27 mart 2024-cü il tarixli 3-21-3-42/2-1623/2024 nömrəli məktubda göstərilən Təqsirləndirilən şəxs tikinti işləri apardığı torpaq sahəsinin yaxınlığında yerləşən tikililər Nazirlər Kabinetinin qərarına əsasən 2019-cu il tarixdə əvəzləşdirilməsi üçün qeydiyyata götürülmüşdür. Hal-hazırda həmin məsələrlə bağlı Mərkəzdə araşdırma davam etdirilir. İşdə olan xx.xx.2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokola əsasən Təqsirləndirilən şəxs tərəfindən üzərində qanunsuz tikinti işləri aparılmış Qəbələ rayon Bum qəsəbəsində yerləşən mülkiyyət növü “Dövlət”, kateqoriyası “X10” torpaqları olan 0,13 ha torpaq sahəsinə baxış keçirilərkən aşkar edilmişdir ki, torpaq sahəsinin kənarları hər tərəfdən sementbeton ilə 50sm və 1 metr hündürlükdə tam bağlanmışdır. Hər tərəfdən sement-beton ilə 50sm və 1 metr hündürlükdə tam bağlanmış torpaq sahəsinin uzunluğu 34 metr, eni isə 28 metrdir. Torpaq sahəsi üzərində birmərtəbəli A-Frame formalı fərdi yaşayış evi tikilmişdir. Həmin evin uzunluğunu 14.30 metr, eninin isə 11.10 metr olmaqla ümumi sahəsi 159,445 kv metrdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs qeyd edilən sement-beton hasar və A-Frame formalı fərdi yaşayış evini 2022ci ilin yayından 2023-cü ilin yayınadək olan müddətdə tikdirdiyini bildirmişdir. (c.i. səh: 38-44) İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsindən daxil olmuş 27 mart 2024-cü il tarixli 3-21-3-42/2-1623/2024 nömrəli məktubda göstərilmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən Bum qəsəbəsində yerləşən əraziyə baxış keçirilmiş və müasir ölçü aləti GPS aləti vasitəsi ilə ölçü işləri həyata keçirilmiş və çöl ölçmə işləri nəticəsində əldə olunan məlumatlar əsasında kameral şəraitdə “X1 X5(TEKUİS)” və Aqrar İslahat xəritəsinə (dwg) istinad edilərək araşdırma zamanı məlum olmuşdur ki, “X1 X3(TEKUİS)” və Aqrar İslahat xəritəsində (dwg) Qəbələ RPŞ-nin İB-nin icraatında olan araşdırması aparılan Qəbələ rayonu Bum qəsəbəsində, üzərində qanunsuz tikinti işlərinin aparılan torpaq sahəsinin mülkiyyət növü Dövlət, kateqoriyası “X10” (DMF) torpaqlarına aid edilmişdir. Torpaq sahəsinin və üzərində yerləşən tikilinin məkan göstəricilərini (döngə nöqtələrinin koordinatlarını və digər məlumatları) özündə əks etdirən torpaq sahəsinin ortofoto görüntüsü məlumata əlavə edilmişdir ( Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq hasara alınan 0,13 ha torpaq sahəsinin koordinatları:1.X-734912.3289 Y-4542843.5347; 2.X-734947.2402, Y-4542831.9038; 3.X- 734950.4509, Y-4542827.5047; 4.X-734938.6575, Y-4542800.7789; 5.X-734900.1018, Y- 4542814.8923; Təqsirləndirilən şəxs tərəfindən tikdirilən qanunsuz tikintinin koordinatları: 1.X- 734909.1343; Y-4542816.4554; 2.X-734911.9419; Y-4542822.6267; 3.X-734917.9130; Y- 4542819.9103; 4.X-734919.0228; Y-4542822.3497; 5.X-734926.3502; Y-4542819.0163; 6.X- 734921.5674; Y-4542808.5031; 7.X-734914.0580; Y-4542811.9193; 8.X-734914.9234; Y- 4542813.8217) ( c.i.səh: 62-64) İşdə olan AR ETSN X8 üzrə tərtib edilmiş 08 dekabr 2023-cü il tarixli 000935 nömrəli 15 saylı Aktda göstərilmişdir ki, 08 dekabr 2023-cü il tarixdə Qəbələ rayon Bum bələdiyyəsinə məxsus torpaq sahəsi ilə həmsərhəd meşə fonduna aid torpaq sahəsində vətəndaş Təqsirləndirilən şəxs tərəfindən təqribən 150,0 kv. metr torpaq sahəsində fərdi yaşayış evinin inşası məqsədilə tikinti işlərinin aparıldığı əraziyə əməkdaşlar tərəfindən baxış keçirilərkən qeyd edilən tikinti işlərinin aparıldığı ərazinin 15 saylı RMTM-nin Bum meşəbəyliyinin 09 saylı meşə dolayısının 153-cü kvartalının ərazisi olduğu və 0,13 ha zəbt edilmiş ərazidə 150 kv. metr ölçüdə fərdi yaşayış evinin inşaa edildiyi müəyyən edilmişdir. Tikinti tam başa çatmamışdır, görülən tikinti işləri saxlanılaraq nəzarətə götürülmüşdür. Ərazidə fotoşəkillər çəkilmiş, GPS əl aləti vasitəsi ilə ərazinin koordinatları götürülmüşdür. (c.i.səh: 11-12) AR CPM-nin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübütların məcmuyuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Məhkəmə tədqiq olunmuş subutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.1 və 188.2-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmişdir. Ona görə də o, həmin maddələr ilə təqsirli bilinib CM-nın Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla cəzalanmalıdır. AR CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza ədalətin bərpası, məhkumun islah edilməsi və məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdə olan AR DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il məlumata əsasən Təqsirləndirilən şəxs məhkum edilməmişdir. (c.i. səh: 125-126) İşdə olan Bakı şəhəri, Nizami RİHB-nin 2 nömrəli sahə inzibati ərazi dairəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 13-20/06 nömrəli məlumata əsasən Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi ev 137, mənzil 52-də yaşayır və himayəsində iki nəfər azyaşlı uşağı vardır. Himayəsində iki nəfər azyaşlı uşağın olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldılr. Süleymanov Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşdə olan 04 may 2024-cü il tarixli “ittiham elan edilməsi üçün şəxsin tutulması haqqında” protokola əsasən Təqsirləndirilən şəxs 04 may 2024-cü il tarixdə saat 16:15-də Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə ittiham elen edilməsi üçün tutulmuşdur. (c.i. səh: 87) İşdə olan Qəbələ RPŞ İB-nin 05 may 2024-cü il tarixli “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi barədə” qərara əsasən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. (c.i. səh: 104) İşdə olan 15 iyul 2024-cü il tarixli “qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması haqqında” protokola əsasən , Təqsirləndirilən şəxs 15 iyul 2024-cü il tarixdə saat 15:20-də Qəbələ rayon polis şöbəsinin inzibati binasında tutulmuşdur. (c.i. səh: 155) İşdə olan Qəbələ RPŞ İB-nin 15 iyul 2024-cü il tarixli “təqsirləndirilən şəxsin azad edilməsi və barəsində seçilmiş qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında” qərara əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri qüvvədə saxlanılaraq, Qəbələ RPŞ-nin inzibati binasında həbsdən azad edilmişdir. (c.i. səh: 172- 173) «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 3-cü bəndinin 2-ci abzastında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsi və cəzasını yüngülləşdirən halın olması nəzərə alınaraq Təqsirləndirilən şəxs AR CM-nın müvafiq maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli və CM-nin 66.2-ci maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək və xx.xx.2024cü il tarixdə həbsdə saxlandığı müddət AR CM-nın 69.3-cü maddəsinə əsasən onun cəza müddətinə hesablanmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351-353 və 383- 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs AR CM-nın 188.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs oğlu AR CM-nın 188.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. AR CM-nin 66.2-ci maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. AR CM-nın 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək və xx.xx.2024-cü il tarixdə həbsdə saxlandığı müddət nəzərə alınaraq üzərində 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün saat 00:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, Bakı şəhərinin inzibati ərazisinin hüdudlarından çıxmamaq, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar