Məhkəmə qərarları › İş №1(025)-26/2020

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-26/2020

14.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-26/2020 14.09.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Qafarlı Yelmar Elman oğlunun katibliyi, Azərbaycan Respublikasının Baş Prokorluğunun Dövlət X2 rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1976-cı ildə Qəbələ şəhərində anadan olmuş, AR vətəndaşı, evli, məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2019-cu ilin sentyabr ayının ortalarında Qəbələ rayonu Nic qəsəbəsi ərazisində, Qaraməryəm-İsmayıllı-Şəki maqistral yolunun 84-cü kilometrliyinin sağ ehtiyyat hissəsində, “X12 Ferma yanı” kimi tanınan ərazidən yabanı halda bitmiş, çətənə (kannabis) bitkisini toplamaqla, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək, hazırlayıb saxlamaqla və üzərində gəzdirərkən, xx.xx.2020-ci il tarixdə saat təxminən 01:30 radələrində idarə etdiyi “Vaz 21214” markalı **-SR-*** dövlət nömrə nişanlı minik avtomobili ilə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun 55-ci km-də Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisində Qəbələ şəhəri istiqamətində hərəkətdə olarkən idarə etdiyi avtomobilin işıqlandırma sistemindən düzgün istifadə etmədiyindən BDYPİ-in 4-cü tağımının YPX-nin əməkdaşları tərəfindən saxlanılaraq, Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən üzərinə və avtomobilinə baxış keçirilərkən, onun əynindəki qara rəngli gödəkçənin sağ cibindən şəxsi istehlak miqdarından artıq miqdarda şəffaf sellofan torbanın içərisində 9 ədəd kibrit qutusunda olan, hər birinin xalis çəkisi 7,39 qr, 7,26 qr, 6,36 qr, 7,90 qr, 6,51 qr, 6,50 qr, 7,72 qr, 6,95 qr, 6,75 qram, ümumi təmiz çəkisi 63,34 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə bitkisindən (kannabis) kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında ifadə verərkən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. xx.xx.2020-ci il tarixdə, saat təxminən 16 radələrində əvvəlcədən tanıdığı Qəbələ rayon Nohurqışlaq kənd sakini Cəlal adlı şəxsin ona zəng vuraraq onda Nohur gölünün sazan balığı oduğunu bidirmiş və Cəlala bir neçə saat sonra gələrək onunla görüşüb balığı götürcəyini demişdir. Həmin gün axşam saat təxminən 22 radələrində Cəlala zəng vuraraq Nohurqışlaq kəndinə gəldiyini bildirərək idarə etdiyi “Vaz 21214” markalı **-SR-*** dövlət nömrə nişanlı minik avtomobili ilə Qəbələ rayonu Nohurqışlaq kəndinə gedərək Cəlal ilə görüşmüşdür. Təxminən 2 kiloqrama yaxın çəkidə olan balığı Cəlaldan alaraq ona 20 manat pul vermiş, sonra Cəlala İsmayıllı rayonunda bir nəfər şəxlə şəxsi işi olduğunu bildirməklə onunla görüşmək üçün İsmayıllı rayonuna getməyi təklif etmişdir. Cəlal ilə birlikdə İsmayıllı rayonuna gedərək həmin şəxslə görüşə bilməyib yenidən Qəbələ rayonuna geri qayıtmaq qərarına gəlmişdir. Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisində hərəkətdə olarkən idarə etdiyi avtomobil orada xidmət aparan Yol patrul xidməti avtomobilinin əməkdaşları tərəfindən saxlanılmışdır. Əvvəlcədən idarə etdiyi avtomobilin oturduğu ön sol oturacağının alt hissəsində selofan torbada kibrit qutularındakı narkotik vasitə olan qurudulmuş marixuna olduğu üçün həmin sellofan torbanı əynindəki gödəkcənin sağ cibinə qoymuş ki, YPXnin əməkdaşları avtomobilini yoxlayacaqları halda həmin narkotik vasitəni aşkar etməsinlər. Avtomobildən yerə düşərkən YPX-nin əməkdaşı onunla söhbət zamanı və həmçinin zahiri görüşündən şübhələnələrək ondan narkotik vasitə qəbul edib etməməsini soruşmuş, polis əməkdaşına düzünü deyərək həqiqətən Cəlal ilə görüşməmişdən əvvəl nəişə çəkdiyini bildirmişdir. YPX-in əməkdaşı ondan üzərində və ya avtomobildə narkotik vasitə olub-olmadığını soruşduqda üzərində narkotik vasitə olduğunu bidirmiş, Yol patrul xidmətinin əməkdaşı, sonradan adını bildiyi Şahid4 məlum hadisə barədə zəng vuraraq Qəbələ RPŞ-nin Növbətçi Hissəsinə məlumat vermişdir. Az keçmiş hadisə yerinə Qəbələ RPŞ-nin polis əməkdaşları gələrək video çəkilişlə üzərinə baxış keçirmişlər, polis şöbəsinin təhqiqatçısı, adını sonradan bildiyi Tural adlı polis əməkdaşı onun üzərində narkotik vasitə olub olmadığını soruşduqda üzərində narkotik vasitə olan qurudulmuş marixuananın olduğunu bildirmişdir. Baxış zamanı üzərində gödəkcəsinin sağ cibində olan sellofan torbanı çıxarmaqla torbanın kənarını özü cıraraq içərsində olan 9 ədəd kibirit qutularını polis əməkdaşlarına təqdim etmiş və kibrit qutularının hər birini açaraq içərsindəki qurudulmuş marixuana olduğunu və həmin kibrit qutularının özünə məxsus olduğunu göstərmişdir. Sonra kibrit qutularını sellofan torbaya qoymaqla cibinə qoymuş, avtomobilinə baxış zamanı isə heçnə aşkar edilməmişdir. Daha sonra polis əməkdaşlarından ətrafdan keçən şəxslərin onu görə biləcəyini və nüfuzuna xələl gələ biləcəyini əsas gətirərək baxışın davamını Qəbələ RPŞ-də aparılmasını xahiş etmişdir. Polis əməkdaşlarının müşayəti ilə polis şöbəsinin inzibati binasına gələrək X5nin xidməti otağına 2 hal şahidi və Müdafiəçi dəvət olunaraq Müdafiəçi müdafiəsi üçün heç bir etirazı olmayaraq ona hüquq və vəzifələri izah edilməklə Tural Mehdizadə tərəfindən üzərinə baxış keçirilmişdir. Baxış zamanı üzərində olan əynindəki gödəkcənin sağ cibində olan sellofan torbanı təqdim edərək içərsində olan 9 ədəd kibrit qutusunu masanın üzərinə qoymuş, kibrit qutularının hər birini tamamı ilə açılmış vəziyyətdə göstərərək içərsində qurudulmuş marixuananın olduğunu, həmin marixuananın özünə məxsus olduğunu və 2019-cu ilin sentyabr ayının ortalarında Qəbələ rayonu Nic qəsəbəsi ərazisindən “X12 Ferma yanı” kimi tanınan ərazidən yabanı halda bitmiş çətənə (kannabis) bitkisindən yığdığını bildirmişdir. Həmin içərsində narkotik vasitə olan qurudulmuş marixuna dolu kibrit qutuları ayrı ayrılıqda elektron tərəzidə çəkilərək 9 ədəd kibrit qutuları ayrı-ayrılıqda 9 qram, 9.8 qram, 8.8 qram, 9 qram, 8.8 qram, 7.4 qram, 8.7 qram, 9.5 qram və 8.4 qram çəkidə olmuşdur. Özünün təqdim etmiş olduğu içərsində narkotik vasitə olan qurudulmuş marixuna dolu 9 ədəd kibrit qutuları cəmi 79.4 qram təşkil etmişdir. X5 həmin 9 ədəd kibrit qutularını sellofan torbanın içərsinə qoymaqla ağ zərfin içərsinə qoyub zərf yapışqanla yapışdırılaraq möhürlənmiş və doğruluğunu həm zərfdə, həmdə baxış protokolunda öz imzası ilə təsdiq etmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən çox peşiman olduğunu, himayəsində yetkinlik yaşına çatmayan 2 qızının və xəstə atasının olduğunu bildirdi və məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə İsmayıllı şəhəri M.F.Axundov küçəsi, ev 10 ünvanında yaşayır və hal-hazırda AR-sı DİNnin DYPİ-in 4-cü tağımının YPX-i inspektoru vəzifəsində işləyir. Təqsirləndirilən şəxs baş vermiş məlum hadisədən sonra tanımış, buna görə də əvvəllər və hazırda onunla heç bir ədavəti yoxdur. xx.xx.2020-ci il il tarixdə saat təxminən 01:30 radələrində AR DİN-nin BDYPİ-in 4-cü tağımının inspektoru polis baş serjantı Şahid5 ilə birlikdə patrul avtomobili ilə dislokasiya üzrə Qaraməryəm İsmayıllı-Şəki magistral yolunun 55-ci kilometrliyində Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisində xidmətdə olmuşdur. Həmin vaxtı Qəbələ şəhəri istiqamətində hərəkətdə olan ağ rəngli Vaz 21214 Niva markalı, **-SR-*** dövlət nömrə nişanlı minik avtomobilinin işıqlandırma sistemindən düzgün istifadə edilmədiyini görüb tərəflərindən həmin avtomobilin sürücüsü saxlanılmışdır. Avtomobilin sürücüsünə özünü təqdim edərək sürücünün sənələrini tərəfindən yoxlanılarkən məlum olmuşdur ki, həmin şəxs Qəbələ şəhər sakini Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs yanında bir nəfər şəxs sonradan adı məlum olan Şahid3 də olmuşdur. Təqsirləndirilən şəxs avtomobilindən yerə düşərək onun zahiri görünüşündən, eləcədə hərkətlərindən narkotik vasitə qəbul etməsi şübhə yaratdığı üçün bu barədə Qəbələ RPŞ-nin NH-nə zəng vuraraq məlumat vermişdir. Təxminən yarım saat sonra olduqları yerə Qəbələ RPŞ-nin əməkdaşları gəlmişlər, şöbənin TB-nin təhqiqatçısı, polis baş leytenantı Tural Mehdizadə özünü Təqsirləndirilən şəxs təqdim edərək onun üzərində hər hansı bir narkotik vasitə olub olması, əgər vardırsa təqdim edəcəyi ilə bağlı sual vermiş, Təqsirləndirilən şəxs etiraf edərək üzərində özünün istifadə etdiyi narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Ona hüquq və vəzifələri izah olunmaqla üzərinə video görüntü ilə baxış keçirilməyə başlanılmış, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən şəffav rəngli torba çıxardaraq təqdim edərək torbanın bir kənarından astaca içərsində olan kibrit qutularını bir-bir çıxardaraq yarımaçılı vəziyyətdə açıb yerə düzmüşdür. Həmin kibrit qutularının sayı cəmi 9 ədəd olmuşdur, hər bir kibrit qutusunun içərsində qurudulmuş vəziyyətdə olan xüsusi kəskin iyə malik yaşıl kütlə olmuşdur ki, Təqsirləndirilən şəxs həmin 9 ədəd daxilində qurudulmuş yaşıl kütlə olan kibrit qutularının özünə məxsus və həmin qurudulmuş yaşıl kütlənin marixuana olduğunu bildirmişdir. Daha sonra həmin 9 ədəd kibrit qutularını çıxardığı şəffav rəngli sellofan torbaya yığaraq cibinə qoymuş, onun avtomobilinə baxış keçirilərkən isə iş üçün əhəmiyyət kəsb edən maddi sübut aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs baxış zamanı kənar şəxslərin görə biləcəyini və nüfuzunun aşağı düşə biləcəyinə görə baxışın Qəbələ RPŞ-də davam etdirilməsini xahiş etdiyindən polis əməkdaşlarının müşayəti ilə Təqsirləndirilən şəxs Qəbələ RPŞ-nin inzibati binasına gətirilmişdir. Polis şöbəsinin inzibati binasına 2 nəfər hal şahidi, eləcədə Müdafiəçi dəvət edilərək Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək üzərinə yenidən baxış keçirilməyə başlanmış, X5 tərəfindən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya digər psixiotrop maddələr olub-olmaması soruşulduqda o əyinindəki qara rəngli ön hissəsi zamokla açılıb bağlanan qış gödəkçəsinin sağ cibində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. X5 Təqsirləndirilən şəxs narkotik vasitəni təqdim etməsi təklif etdikdə Təqsirləndirilən şəxs sağ əlini gödəkcənin sağ yan cibinə salaraqhəmin cibindən şəffav rəngli sellafon torba çıxararaq qarşısındakı stolun üzərinə qoyub ağzını açaraq orada 9 ədəd içərisi doldurulmuş halda narkotik vasitə sayılan qurudulmuş marixuanaya bənzər yaşıl rəngli kütləni göstərərək özünə məxsus olduğunu bildirmişdir. Sonra içərsində qurudulmuş kəskin iyə malik narkotik vasitəyə bənzər yaşıl kütlə olan 9 ədəd kibrit qutuları nömrələnərək elekton tərəzidə çəkilmiş, həmin kibrit qutuları çəkilən zamanı 1-si 9 qram, 2-si 9.8 qram, 3-sü 8.8 qram, 4-sü 9 qram, 5-si 8.8 qram, 6-sı 7.4 qram, 7-si 8.7 qram, 8-si 9.5 qram, 9-su isə 8.4 qram olmaqla ümumilikdə 79.4 qram təşkil etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuananı haradan əldə etməsi soruşulduqda Təqsirləndirilən şəxs həmin marixuananı Qəbələ rayonu Nic qəsəbəsinin “Dostlar kolxozu” deyilən ərazisindən yabanı halda bitmiş marixuana bitki kütlələrindən qurudaraq əldə etdiyini bildirmişdir. Həmin 9 ədəd kibrit qutuları seloffan torbaya qoyulub zərfə yerləşdirilməklə üzəri möhürlənib onun, hal şahidləri, orada olan polis əməkdaşları, həmçinin Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi tərəfindən imzalanmışdır. Baxış zamanı baxışı qeyd etdiyi ardıcıllıqla əks etdirən fotoşəkillər çəkilib sonra baxış başa çatmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 Şahid4 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Qəbələ rayon Nohurqışlaq kəndində yaşayır və hal-hazırda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Mühafizə Xidmətinin Qəbələ rayon Dövlət X6 Yanğın söndürən rəisi vəzifəsində çalışır. Təqsirləndirilən şəxs 4-5 ildir ki, tanıyır. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər Qəbələ şəhərində əlvan metalların alqı satqısı ilə məşğul olduğu üçün ona bir neçə dəfə əlvan metal satdığına görə onunla tanışlığı yaranmışdır. Bir neçə ay bundan əvvəl Təqsirləndirilən şəxs ondan özü üçün Qəbələ rayon Nohurqışlaq kəndinin ərazisində yerləşən Nohur gölünün balığından istədiyi üçün Pərvizə balıq olacağı təqdirdə ona məlumat verəcəyinə söz vermişdir. xx.xx.2020-ci il tarixdə, saat təxminən 16 radələrində Pərvizə zəng vuraraq 2 kiloqram Nohur gölünün sazan balığının olması barədə məlumat vermişdir. Həmin gün axşam saat təxminən 22:30 radələrində yaşadığı evdə olarkən Təqsirləndirilən şəxs ona zəng vuraraq onunla görüşmək üçün Qəbələ şəhərindən çıxaraq Qəbələ rayonu Nohurqışlaq kəndinə gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs satacağı balığı götürərək yaşadığı evdən piyada çıxıb təxminən 100-150 metr aralıda Nohurqışlaq-Yengicə kəndləri istiqamətinə gedən asvalt yolun kənarına çıxmaqla Nohurqışlaq kəndinin ərazisində yerləşən “Star Petrol” yanacaq doldurma məntəqəsi istiqamətinə gəlmişdir. X1 həyətinin giriş qapısının qarşısında Təqsirləndirilən şəxs ilə qarşılaşmış, Pərviz oraya idarə etdiyi Vaz 21214 markalı, **-SR-*** dövlət nömrə nişanlı avtomobil ilə tək gəlmiş, yanında kimsə olmamışdır. Pərviz ilə salamlaşıb onunla görüşərək balığı ona vermiş, Pərvizə satdığı balığa görə Pərviz ona 20 manat pul vermişdir. Daha sonra Pərviz ondan İsmayıllı rayonunda bir nəfər ilə şəxsi işinin olduğunu, həmin şəxs ilə görüşmək üçün birlikdə İsmayıllı rayonuna getmələrini xahiş etmişdir. Belə olub Pərviz ilə ikisi birlikdə İsmayıllı rayonuna gedərək Pərvizin dediyi şəxs ilə görüşə bilməyib yenidən birlikdə Qəbələ rayonuna qayıtmaq qərarına gəlmişlər. Qəbələ rayon Vəndam qəsəbəsi ərazisində xidmət aparan Yol Patrul Xidməti avtomobilinin polis əməkdaşları tərəfindən Pərvizin idarə etdiyi avtomobil saxlanılmış, Pərviz idarə etdiyi avtomobildən düşərək polis əməkdaşlarına yaxınlaşdığını görərək bundan 1-2 dəqiqə sonra onun avtomobildən düşərək polis əməkdaşlarına yaxınlaşıb Pərvizin idarə etdiyi avtomobilini saxlamalarının səbəbini soruşmuşdur. Yol patrul xidmətinin əmkdaşı həmin gün Pərvizin idarə etdiyi avtomobili Qəbələ rayon ərazisində saxla işarəsi verdiklərini, lakin Pərvizin avtomobili saxlamadığı üçün təkrar onu saxladıqlarını ona demişdir. Təxminən 20-25 dəqiqə sonra oraya Qəbələ RPŞ-nin bir neçə əməkdaşı gəlmişlər, sonra ona məlum olmuş ki, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etməsi və üzərində gəzdirməsində şübhəlidir. Hadisə yerində Təqsirləndirilən şəxs polis əməkdaşlarına həqiqətən etiraf edərək narkotik vasitə olan marixuana qəbul etdiyini və üzərində 9 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərində əvvəlcədən narkotik vasitə olan qurudulmuş marixuananın olmasından, onu haradan əldə etdiyindən məlumatlı olmamış, eləcədə Təqsirləndirilən şəxs heç vaxtı narkotik vasitə almamış və ondan istifadə etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə ünvan 2 ünvanında yaşayır. Təqsirləndirilən şəxs baş vermiş məlum hadisədən sonra tanımışdır, buna görə də əvvəllər və hazırda onunla heç bir ədavəti olmamışdır. xx.xx.2020-ci il il tarixdə, saat təxminən 03 radələrində o, Qəbələ şəhərinin mərkəzində dayanaraq idarə etdiyi avtomobil ilə taksi fəaliyyət ilə məşğul imiş. Qəbələ şəhərinin mərkəzində polis əməkdaşları ona yaxınlaşaraq özlərini Qəbələ rayon polis şöbəsinin əməkdaşları olduğunu təqdim edərək ondan Qəbələ rayon polis şöbəsinin inzibati binasının həyətində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən bir nəfər vətəndaşın üzərinə baxış keçiriləcəyini və həmin baxışda hal şahidi qismində iştirak etməyini xahiş edərək Qəbələ rayon polis şöbəsinin inzibati binasına dəvət etmişlər. Könüllü olaraq baxışın keçirilməsində hal şahidi qismində iştiraka razı olaraq polis əməkdaşları iləbirgə Qəbələ rayon polis şöbəsinin inzibati binasına gəlmişdir. Orada polis əməkdaşlarından əlavə hüquq müdafiəçisi Müdafiəçi, həmçinin mülki geyimdə olan iki nəfər dəşəxs olmuş, həmin şəxsləri tanımadığından polis əməkdaşlarının onlardan birini təqdim edərək həmin şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan Təqsirləndirilən şəxs olduğunu, buna görə də üzərinə baxış keçiriləcəyini,onun da hal şahidi kimi iştirak etməyini xahiş etmişlər. Ondan Təqsirləndirilən şəxs qohumluq əlaqəsinin olub-olmadığını, əvvəllər tanıyıb tanımadığını və tanıdığı halda onunla nə kimi münasibətinin olduğunu soruşmuşlar. O, Təqsirləndirilən şəxs tanımadığını, onunlaheç bir münasibəti olmadığını, buna görə də baxışda iştirak etmək istədiyini bildirmişdir. Sonra ona hal şahidi kimi hüquq və vəzifələri izah edilmiş, orada olan digər mülki geyimli şəxsin adının Şəhriyar olduğunu və onun da hal şahidi olduğunu və onun kimi baxışda hal şahidi qismində iştirak edəcəyini bilmişdir. Həmçinin Təqsirləndirilən şəxs da hüquq və vəzifələri izah edilməklə baxış başlanmışdır. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs əynində qara rəngli şalvar, qara rəngli ön hissəsi zamokla açılıb bağlanan qış gödəkçəsi,onun altında qara rəngli qarşı tərəfi düymələrlə bağlanan köynək olmuşdur. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya digər psixiotrop maddələr olub-olmaması soruşulduqda o,əyinindəki qara rəngli, ön hissəsi zamokla açılıb bağlanan qış gödəkçəsinin sağ cibində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitəni təqdim etməsi təklif edildikdə, Təqsirləndirilən şəxs sağəlini gödəkcənin sağ yan cibinə salaraqhəmin cibindən şəffav rəngli sellafon torba çıxararaq qarşısındakı stolun üzərinə qoyub ağzını açaraq orada 9 ədəd içərisi doldurulmuş halda narkotik vasitə sayılan qurudulmuş marixuanaya bənzər yaşıl rəngli kütləni göstərərk özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra içərsində qurudulmuş kəskin iyə malik narkotik vasitəyə bənzər yaşıl kütlə olan 9 ədəd kibrit qutuları nömrələnərək elekton tərəzidə çəkilmiş, həmin kibrit qutuları çəkilən zamanı 1-si 9 qram, 2-si, 9.8 qram, 3-sü 8.8 qram, 4-sü 9 qram, 5-si 8.8 qram, 6-sı 7.4 qram, 7-si 8.7 qram, 8-si 9.5 qram, 9-su isə 8.4 qram olmaqla ümumilikdə 79.4 qram təşkil etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananı haradan əldə etməsi soruşulduqda Təqsirləndirilən şəxs həmin marixuananı Qəbələ rayon Nic qəsəbəsinin “Dostlar kolxozu” deyilən ərazisindən yabanı halda bitmiş marixuana bitki kütlələrindən qurudaraq əldə etdiyini bildirmişdir. Sonra həmin 9 ədəd kibrit qutuları seloffan torbaya qoyulub zərfə yerləşdirilməklə üzəri möhürlənib, onun digər hal şahidi Şəhriyar, orada olan polis əməkdaşları, həmçinin Təqsirləndirilən şəxs, müdafiəçisiMüdafiəçi tərəfindən imzalanmışdır. Baxış zamanı baxışı ardıcıllıqla əks etdirən fotoşəkillər çəkilmiş və sonra baxış başa çatmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs polislər və ya qeyri kimsə tərəfindən heç bir təzyiq edilməmiş, özü sərbəst olaraq baxışda iştirak etmiş, narkotik vasitələri təqdim edərək şifahi olaraq suallara cavab vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid6 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Qəbələ şəhəri, Z.Əliyeva küçəsində yaşayır, hal-hazırda Qəbələ rayon Polis şöbəsində sahə rəisi vəzifəsində işləsə də, həmin vaxt Qəbələ RPŞ-nin CAB-in baş əməliyyat müvəkkili vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs baş vermiş məlum hadisədən sonra tanımış, buna görə də əvvəllər və hazırda onunla heç bir ədavəti yoxdur. xx.xx.2020-ci il il tarixdə, gecə saat təxminən 01:30 radələrində Qəbələ RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Elçin İsmayılov ona zəng vuraraq Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisində AR-sı DİN-nin BDYPİ-in 4-cü tağımının YPX-nin əməkdaşları bir nəfər şəxsin idarə etdiyi avtomobilini saxladıqlarını həmin şəxsin narkotik vasitədən istifadə etməsi şübhəli bildiyindən həmin yerə getməyini bildirmişdir. Daxil olmuş məlumat əsasında qeyd olunan ünvan getmiş, oraya gedərkən məlum olmuşdur ki, Qəbələ şəhər sakini Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 21214 Niva markalı **-SR-*** dövlət nömrə nişanlı minik avtomobili ilə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolu ilə Qəbələ şəhəri istiqamətinə hərəkətdə olarkən işıqlandırma sistemindən düzgün istifadə edilmədiyi üçün AR DİNnin BDYPİ-in 4-cü tağımının YPX-nin əməkdaşları Şahid4 və Şahid5 tərəfindən saxlanılmışdır. Onun narkotik vasitənin təsiri altında olması şübhə yaratdığı üçün Şahid4 tərəfindən Qəbələ RPŞ-nin NH-nə məlumat verilmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs yanında bir nəfər şəxs sonradan adı ona məlum olan Şahid3 də olmuşdur. Şöbənin TB-nin təhqiqatçısı polis baş leytenantı Tural Mehdizadə özünü Təqsirləndirilən şəxs təqdim edərək onun üzərində hər hansı bir narkotik vasitə olub olması, əgər vardırsa təqdim edəcəyi ilə bağlı sual verilmiş, Təqsirləndirilən şəxs etiraf edərək üzərində özünün istifadə etdiyi narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Ona hüquq və vəzifələri izah olunmaqla üzərinə video görüntü ilə baxış keçirilməyə başlamış, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən şəffav rəngli torba çıxardaraq təqdim edərək torbanın bir kənarından astaca içərsində olan kibirit qutularını bir-bir çıxardaraq yarımaçılı vəziyyətdə açıb yerə düzmüşdür. Həmin kibrit qutularının sayı cəmi 9 ədəd olmuşdur, hər bir kibrit qutusunun içərsində qurudulmuş vəziyyətdə olan xususi kəskin iyə malik yaşıl kütlə olmuşdur ki, Təqsirləndirilən şəxs həmin 9 ədəd daxilində qurudulmuş yaşıl kütlə olan kibrit qutularının özünə məxsus və həmin qurudulmuş yaşıl kütlənin marixuana olduğunu bildirmişdir. Daha sonra həmin 9 ədəd kibrit qutularını çıxardığı şəffav rəngli sellofan torbaya yığaraq cibinə qoymuş, onun avtomobilinə baxış keçirilərkən isə iş üçün əhəmiyyət kəsb edən maddi sübut aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs baxış zamanı kənar şəxslərin görə biləcəyini və nüfuzunun aşağı düşə biləcəyinə görə baxışın Qəbələ RPŞ-də davam etdirilməsini xahiş etdiyindən polis əməkdaşlarının müşayəti ilə Təqsirləndirilən şəxs Qəbələ RPŞ-nin inzibati binasına gətirilmişdir. Polis şöbəsinin inzibati binasına 2 nəfər hal şahidi, eləcədə Müdafiəçi dəvət edilərək Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək üzərinə yenidən baxış keçirilməyə başlanmış, X5 tərəfindən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya digər psixiotrop maddələr olub-olmaması soruşulduqda o əyinindəki qara rəngli ön hissəsi zamokla açılıb bağlanan qış gödəkçəsinin sağ cibində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. X5 Təqsirləndirilən şəxs narkotik vasitəni təqdim etməsini təklif edildikdə Təqsirləndirilən şəxs sağ əlini gödəkcənin sağ yan cibinə salaraqhəmin cibindən şəffav rəngli sellafon torba çıxararaq qarşısındakı stolun üzərinə qoyub ağzını açaraq orada 9 ədəd içərsi doldurulmuş halda narkotik vasitə sayılan qurudulmuş marixuanaya bənzər yaşıl rəngli kütləni göstərərək özünə məxsus olduğunu bildirmişdir. Sonra içərsində qurudulmuş kəskin iyə malik narkotik vasitəyə bənzər yaşıl kütlə olan 9 ədəd kibrit qutuları nömrələnərək elekton tərəzidə çəkilmiş, həmin kibrit qutuları çəkilən zamanı 1-si 9 qram, 2-si, 9.8 qram, 3-sü 8.8 qram, 4-sü 9 qram, 5-si 8.8 qram, 6-sı 7.4 qram, 7-si 8.7 qram, 8-si 9.5 qram, 9-su isə 8.4 qram olmaqla ümumilikdə 79.4 qram təşkil etmişdir, Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuananı haradan əldə etməsi soruşulduqda Təqsirləndirilən şəxs həmin marixuananı Qəbələ rayonu Nic qəsəbəsinin “Dostlar kolxozu” deyilən ərazisindən yabanı halda bitmiş marixuana bitki kütlələrindən qurudaraq əldə etdiyini bildirmişdir. Həmin 9 ədəd kibrit qutuları seloffan torbaya qoyulub zərfə yerləşdirilməklə üzəri möhürlənib onun, hal şahidləri, orada olan polis əməkdaşları, həmçinin Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi tərəfindən imzalanmışdır. Baxış zamanı baxışı qeyd etdiyi ardıcıllıqla əks etdirən fotoşəkillər çəkilib sonra baxışın başa çatmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Qəbələ RPŞ-nin TB-nin təhiqatçısı vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə saat 01:30 radələrində AR DİN BDYP-nin 4-cü tağımının YPX inspektoru, polis baş serjantı Şahid4 Qəbələ RPŞ-nin NH-nə telefonla məlumat verərək xidmətdə olduğu Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun 55-ci km-də Qəbələ rayon Vəndam qəsəbəsindən keçən hissəsində saxladığı **-SR-*** dövlət qeydiyyat nişanlı “Vaz 21214” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs narkotik vasitənin təsiri altında olmasından şübhələnməsi barədə məlumat vermişdir. Daxil olmuş raport xx.xx.2020-ci il tarixdə HK-1/347 sayla qeydiyyata alınaraq icraatına daxil olmuşdur. xx.xx.2020-ci il tarixli baxış istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs əynində ön hissəsi zamoqla açılıb bağlanan qara rəngli gödəkcə, gödəkcənin altında ön tərəfi döymələrlə açılıb bağlanan qara rəngli uzunqol köynək, bir ədəd qara rəngli cins materiallı şalvar və ayağında qara rəngli ayaqqabı olmuşdur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddə olubolmaması soruşulduqda o gödəkçəsinin sol iç cibindən narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs bildirdiyi narkotik vasitəni istintaqa təqdim etməsi təklif olunduda, o əlini gödəkçəsinin sağ yan cibinə salaraq cibindən 01 ədəd şəffaf rəngli sellofan bükülü çıxardaraq stolun üzərinə qoymuşdur. Həmin sellofan bükülü açıldıqda içərisində 9 ədəd içəri dolu vəziyyətdə yaşıl rəngli, xüsusi spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin içərsində narkotik vasitə olan qurudulmuş marixuna dolu kibrit qutuları ayrı ayrılıqda elektron tərəzidə çəkilərək 9 ədəd kibrit qutuları ayrıayrılıqda 9 qram, 9.8 qram, 8.8 qram, 9 qram, 8.8 qram, 7.4 qram, 8.7 qram, 9.5 qram və 8.4 qram çəkidə olmaqla ümumilikdə 79.4 qram təşkil etdiyi müəyyən edilmişdir. Həmin kütlə sollafan torba ilə birgə zərfə qoyulub qablaşdırılmaqla, maddi sübut əhəmiyyəti daşıdığından götürülmüşdür. Təqsirləndirilən şəxs baxış zamanı həmin narkotik vasitə olan qurudulmuş marixuananı özünün istifadəsi məqsədi ilə üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış zamanı digər sübut əhəmiyyəti daşıyacaq fakt növü aşkar edilməmişdir. Baxış istintaq hərəkətinin gedişatının fotoşəkilləri çəkilərək, əksi çıxarılıb, işə əlavə edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X9 şahid X8 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan xx xxxxx 2020-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs əynində ön hissəsi zamoqla açılıb bağlanan qara rəngli gödəkcə, gödəkcənin altında ön tərəfi döymələrlə açılıb bağlanan qara rəngli uzunqol köynək, bir ədəd qara rəngli cins materiallı şalvar və ayağında qara rəngli ayaqqabı vardır. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddə olubolmaması soruşulduqda o gödəkçəsinin sol iç cibindən narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs bildirdiyi narkotik vasitəni istintaqa təqdim etməsi təklif olunduda o əlini gödəkçəsinin sağ yan cibinə salaraq cibindən 01 ədəd şəffaf rəngli sellofan bükülü çıxardaraq stolun üzərinə qoymuşdur. Həmin sellofan bükülü açıldıqda içərisində 9 ədəd içəri dolu vəziyyətdə yaşıl rəngli, xüsusi spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin içərsində narkotik vasitə olan qurudulmuş marixuna dolu kibrit qutuları ayrı ayrılıqda elektron tərəzidə çəkilərək 9 ədəd kibrit qutuları ayrıayrılıqda 9 qram, 9.8 qram, 8.8 qram, 9 qram, 8.8 qram, 7.4 qram, 8.7 qram, 9.5 qram və 8.4 qram çəkidə olmaqla ümumilikdə 79.4 qram təşkil etdiyi müəyyən edilmişdir. Həmin kütlə sollafan torba ilə birgə zərfə qoyulub qablaşdırılmaqla, maddi sübut əhəmiyyəti daşıdığından götürülmüşdür. Təqsirləndirilən şəxs baxış zamanı həmin narkotik vasitə olan qurudulmuş marixuananı özünün istifadəsi məqsədi ilə üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış zamanı digər sübut əhəmiyyəti daşıyacaq fakt növü aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzinin Şəki Reginal Bölməsinin təqdim etdiyi xx.xx.2020-ci il tarixli 17/221 nömrəli rəyindən görünür ki: - Tədqiqata təqdim olunmuş, üzərində iştirakçı1) Təqsirləndirilən şəxs hal şahidləri 1) Şahid6 2) Şahid2 sözləri və imzalar olan bir ədəd zərfin içərsində 01 (bir) ədəd sellofan torbada ayrı-ayrılıqda təmiz çəkiləri -7.39 qr, 7.26 qr, 6.36 qr, 7.90 qr, 6.51 qr, 6.50 qr, 7.72 qr, 6.95 qr, 6.95 qram ümumi təmiz çəkisi -63,34 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. - Tədqiqata təqdim olunmuş 09 (doqquz) ədəd kibrit qutularındakı qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzinin Şəki Reginal Bölməsinin təqdim etdiyi xx.xx.2020-ci il tarixli 17/221 nömrəli rəyi cinayət işinin digər materialları ilə uyğunluq təşkil etməklə real gerçəkliyi əks etdirdiyindən iş üzrə sübut növü kimi qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli maddi sübutun tanınması və saxlanması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ümumilikdə 79.4 qram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış, məhkəmə bioloji ekspertizası aparılarkən 0.18 qramının tədqiqatlara sərf edilməsi nəzərə alınmaqla qalıq qalmış 63.34 qramı saxlanması üçün Qəbələ RPŞ-nin maddi sübutların saxlama yerinə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin xx.xx.2020-ci il tarixli, 596 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərindən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Qəbələ rayon Dövlət X13 Bitkiçilik sektorunun müdiri və iş üzrə mütəxəssis-aqronom qismində tanınmış Şərifov Elimdar Möylam oğlunun təqdim etdiyi xx.xx.2020-ci il tarixli rəyində göstərilmişdir ki, Qaraməryəm-İsmayıllı-Şəki maqistral yolunun 84cü kilometrliyinin sağ ehtiyyat hissəsi, el arasında “X12 Ferma yanı” kimi tanınan ərazidə narkotik tərkibli çətənə bitkisi yabanı halda bitə bilər. İş materiallarında əlavə edilmiş xx.xx.2020-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 177 saylı tibbi müayinə protokolundan Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə yüngül dərəcə narkotik maddə sərxoşluğu təsiri altında olduğu bildirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X7” Publik hüquqi şəxsin xx.xx.2020-ci il tarixli 1283/K saylı məhkəmə-kimiyəvi rəyində Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “Kannabinoid” aşkar edildiyi, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu) fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1.4 benzodiazepin törəmələri aşkar edilmədiyi, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində narkotik vasitə aşkar edilərək, lakin məhkəmə-kimya şöbəsində narkotik vasitələrin miqdarı təyinatı aparılmadığı bildirlmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən və Qəbələ Rayon Məhkəməsinin 1(025)-35/2015 nömrəli, xx xxxx 2015-ci tarixli hökmündən görünür ki, Əzimov X11 Rayon Məhkəməsinin 1(025)-35/2015 nömrəli, xx xxxx 2015-ci tarixli hökmü ilə AR CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 1.200 (bir min iki yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. İşdə olan Qəbələ rayon İcra və probasiya şöbəsinin Qəbələ Rayon Məhkəməsinə təqdim etdiyi xx.xx.2020-ci il tarixli, 2520/4 nömrəli məktubdan görünür ki, Qəbələ Rayon Məhkəməsinin 1(025)-35/2015 nömrəli, xx xxxx 2015-ci tarixli hökm üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 1200 manat cərimə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs təyin edilmiş cərimənin dövlət büdcəsinə ödənilməsi təmin edilmiş və hökm icra olunduğu üçün xx.xx.2016-ci il tarixdə Qəbələ rayon İcra və probasiya şöbəsinin icraatından çıxarılmışdır. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. İşə əlavə edilmiş Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Qəbələ şəhər X15 üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 825 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Qəbələ şəhər X15 üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli, 825 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı X4, azyaşlı qızları 2004-cu ildə anadan olmuş X10, 2007-ci ildə anadan olmuş X3 ibarətdir. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib saxlamaqla üzərində daşımasında təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, işdə olan xx xxxxx 2020-ci il tarixli baxış protokolu, digər istintaq hərəkəti protokolları və maddi sübutla tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının xx xxxx 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 12-ci bəndinə görə narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın xalis çəkisi cəmi 63,34 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını, həm də cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, ona ittiham edildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsi, təyin edilən azadlıqdan məhrumetmə cəzasının 09 (doqquz) ay müddətə müəyyən edilməsi əsaslı və ədalətlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarında olan xx xxxxx 2020-ci il tarixli protokoldan göründüyü kimi, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli isə xx xxxxx 2020-ci il saat 03:45-dən hesablanmış, xx xxxxx 2020-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Eyni zamanda xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə qətimkan tədbirinin şərtlərini pozduğu üçün tutulmuş, tutmanın əvvəli isə xx xxxx 2020-ci il saat 12:00-dan hesablanmış, xx xxxx 2020-ci il tarixdə isə məhkəmə zalından həbsdən azad edilmişdir. Ona görə də onun həbsdə saxlanıldığı 04 (dörd) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə hesablamaqla təyin olunan azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. Məhkəmə hazırki hökmlə Təqsirləndirilən şəxsna azadlıqdan məhrumetmə növündə cəza təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Odur ki, Təqsirləndirilən şəxsna hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzasının əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.1 və 56.1.2-ci maddələrinə əsasən, azadlıqdan məhrum etmə növündə cəzanın ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-məntəqə tipli cəzaçəkmə müəssisələrində; qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 saylı «Qərarın» 26-cı bəndində qeyd olunur ki, «məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir». İbtidai istintaq zamanı təyin edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmənarkoloji dispanserin rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, iş üzrə maddi sübut kimi tanınmış və Qəbələ rayon Polis şöbəsində saxlanılan qalıq çəkisi 7,39 qr, 7,26 qr, 6,36 qr, 7,90 qr, 6,51 qr, 6,50 qr, 7,72 qr, 6,95 qr, 6,75 qram, ümumi çəkisi – 63,34 qram olan qurudulmuş marixuana hökm öz qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri cəmi 51,06 (əlli bir manat altı qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək, xx xxxx 2020ci il tarixdən xx xxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 04 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla, üzərində qəti olaraq 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli xx xxxxxxxx 2020-ci il tarixindən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi olan 51,06 (əlli bir manat altı qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinadarlıq Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab AZE 41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************). İş üzrə maddi sübut kimi tanınmış və Qəbələ rayon Polis şöbəsində saxlanılan qalıq çəkisi 7,39 qr, 7,26 qr, 6,36 qr, 7,90 qr, 6,51 qr, 6,50 qr, 7,72 qr, 6,95 qr, 6,75 qram, ümumi çəkisi – 63,34 qram olan qurudulmuş marixuana məhv edilsin. Hökm elan olunduğundan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar