Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-26/2022 19.09.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Qəbələ şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X2 həbsdə olan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə keçən gecə təxminən saat 01 radələrində Zərərçəkmiş şəxs1 Qəbələ şəhəri, A.Əliyev küçəsində yerləşən fərdi yaşayış evinin həyətinə hasarı aşmaqla qanunsuz daxil olub həyətdəki birmərtəbəli yaşayış evinin pəncərəsinin dəmir barmaqlıqlarını həyətdən götürdüyü armatur parçası ilə qırıb qismən açıq vəziyyətdə olan pəncərəsini içəri basmaqla açıb evə qanunsuz daxil olaraq qonaq otağından 200 manat dəyərində 82 sm diaqonallı, 01 ədəd “LG” markalı televizoru, evin dəhlizindən 80 manat dəyərində 01 ədəd otbiçən motoru, həyətdəki saxlanc yerindən isə 400 manat dəyərində 01 ədəd 2017-ci il istehsallı, 10 kilovoltluq gücə malik, markası məlum olmayan, işlək vəziyyətdə olan elektrik generatorunu, hər birinin dəyəri 25 manat olmaqla, ümumi dəyəri 50 manat təşkil edən 20 litrlik 02 ədəd plastik materialından hazırlanmış su qabını, dəyəri 50 manat təşkil edən sac yeməyi bişirmək üçün nəzərdə tutulan, təxminən 60X60 sm ölçüdə 01 ədəd çuqun materialından olan qabı və 150 manat dəyərində olan 2015-ci ildə istehsal edilmiş latun materialından hazırlanmış 01 ədəd samovarı, ümumilikdə isə Zərərçəkmiş şəxs1 məxsus 930 (doqquz yüz otuz) AZN dəyərində əmlakı gizli yolla talayıb əvəzsiz və qanunsuz olaraq ələ keçirdikdən sonra, həmin əmlaklardan “LG” markalı televizoru oğurluq yolla əldə edilməsindən məlumatı olmayan Qəbələ rayon Bum qəsəbə sakini Şahid3 150 manat pul müqabilində, 01 ədəd samovarı oğurluq yolla əldə edilməsindən məlumatı olmayan ünvan 3 ünvanında metal qəbul edən Şahid5 35 manat pul müqabilində, 01 ədəd otbiçən motoru 75 manat pul müqabilində, elektrik generatorunu 200 manat pul müqabilində, 20 litrlik 02 ədəd plastik materialından hazırlanmış su qabını və çuqun materialından olan qabı oğurluq yolla əldə edilməsindən məlumatı olmayan və şəxsiyyəti istintaqa məlum olmayan şəxslərə müxtəlif qiymətlərdə satmış, bununla da Zərərçəkmiş şəxs1 930(doqquz yüz otuz) manat dəyərində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2021-ci il tarixdə saat 09 radələrində Qəbələ şəhəri, 28 may küçəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus 22 nömrəli fərdi yaşayış evinin həyətinə hasarı aşmaqla qanunsuz daxil olub həyətdəki dəmir qutunun içərisindən sonuncuya məxsus 280 manat dəyərində 1(bir) ədəd “Astra” markalı, “Ast17500E” modelli elektrik generatorunu gizli yolla talayıb əvəzsiz və qanunsuz olaraq ələ keçirdikdən sonra, həmin generatoru oğurluq yolla əldə edilməsindən məlumatı olmayan ünvan 4 ünvanında elektrik avadanlıqlarının təmiri ilə məşğul olan Şahid6 50 manat pul müqabilində satmış, bununla da Zərərçəkmiş şəxs2 280(iki yüz səksən) manat dəyərində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2021-ci il tarixdə saat 22:30 radələrində Qəbələ şəhəri Pasdar məhəlləsində yerləşən Zərərçəkmiş şəxs3 Əlisəddin oğluna məxsus həyətə hasarından aşmaqla qanunsuz olaraq daxil olub, daha sonra həyətdə yerləşən iki mərtəbəli yaşayış evinin birinci mərtəbəsinin yarı açıq vəziyyətdə olan pəncərəsindən içəriyə qanunsuz daxil olmaqla evin ikinci mərtəbəsində yerləşən balkondan Zərərçəkmiş şəxs3 məxsus 130 manat dəyərində 1 ədəd 7 litr su tutumu olan, latun materialından ibarət od somavarını gizli yolla talayıb əvəzsiz və qanunsuz olaraq ələ keçirdikdən sonra, Ağdaş rayon ərazisində həmin samovarı oğurluq yolla əldə edilməsindən məlumatı olmayan və şəxsiyyəti istintaqa məlum olmayan şəxsə 25 manat pul müqabilində satmış, bununla da Zərərçəkmiş şəxs3 130(bir yüz otuz) manat maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, xx.xx.2021-ci il tarixdə saat 21:30 radələrində Qəbələ şəhəri Pasdar məhəlləsində yerləşən Zərərçəkmiş şəxs3 Əlisəddin oğluna məxsus həyətə giriş qapısını açmaqla qanunsuz daxil olub, daha sonra eyni qaydada iki mərtəbəli yaşayış evinin birinci mərtəbəsinin yarı açıq vəziyyətdə olan pəncərəsindən yaşayış evinin içərisinə qanunsuz daxil olmaqla birinci mərtəbədə yerləşən qonaq otağındakı televizor altlığının üzərindən Zərərçəkmiş şəxs3 məxsus 240 manat dəyərində 2021-ci il istehsallı, LG markalı, 82 sm dioqanallı televizoru gizli yolla talayıb əvəzsiz və qanunsuz olaraq ələ keçirdikdən sonra, Göyçay rayon ərazisində həmin televizoru oğurluq yolla əldə edilməsindən məlumatı olmayan və şəxsiyyəti istintaqa məlum olmayan şəxsə 70 manat pul müqabilində satmış, bununla da Zərərçəkmiş şəxs3 240(iki yüz qırx) manat dəyərində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində istintaqa dəqiq məlum olmayan tarixdə axşam saatlarında Qəbələ şəhəri Pasdar məhəlləsində yerləşən Zərərçəkmiş şəxs3 Əlisəddin oğluna məxsus həyətə giriş qapısını açmaqla qanunsuz daxil olub, eyni qaydada iki mərtəbəli yaşayış evinin birinci mərtəbəsinin yarı açıq vəziyyətdə olan pəncərəsindən içəriyə qanunsuz daxil olmaqla ikinci mərtəbədə yerləşən 110 manat dəyərində istifadə edilməmiş, 1 ədəd açılıb-qatlanan, dəmir materialından olan, 2 metr uzunluğunda nərdivan və həmin evin zirzəmi hissəsindən ümumi dəyəri 133 manat olan hər birinin uzunluğu 6 metr olmaqla, 5X15 sm ölçüdə 7 ədəd taxtaları, ümumilikdə isə Zərərçəkmiş şəxs3 məxsus 243 (iki yüz qırx üç) AZN dəyərində əmlakı gizli yolla talayıb əvəzsiz və qanunsuz olaraq ələ keçirdikdən sonra, Ağdaş rayon ərazisində həmin əmlakları oğurluq yolla əldə edilməsindən məlumatı olmayan və şəxsiyyəti istintaqa məlum olmayan şəxslərə nərdivanı 30 manat, taxtaları isə 40 manat pul müqabilində sataraq oğurluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, xx.xx.2021-ci il tarixdə saat 23 radələrində Qəbələ şəhəri Pasdar məhəlləsində yerləşən Zərərçəkmiş şəxs3 Əlisəddin oğluna məxsus həyətə giriş qapısını açmaqla qanunsuz daxil olub, daha sonra iki mərtəbəli yaşayış evinin birinci mərtəbəsinin yarı açıq vəziyyətdə olan pəncərəsindən yaşayış evinin içərisinə qanunsuz daxil olmaqla evin birinci mərtəbəsində yerləşən hamamın içərisindən 450 manat dəyərində 2021-ci ildə İtaliya şəhərində istehsal edilmiş, Baymak markalı, 28-lik kombi aparatını və birinci mərtəbədə yerləşən yataq otağındakı 60 manat dəyərində istifadə edilmiş 10 sektordan ibarət elektrik istilik panelini, ümumilikdə isə Zərərçəkmiş şəxs3 məxsus 510 (beş yüz on) AZN dəyərində əmlakı gizli yolla talayıb əvəzsiz və qanunsuz olaraq ələ keçirdikdən sonra, Ağdaş rayon ərazisində həmin əmlakları oğurluq yolla əldə edilməsindən məlumatı olmayan X4 50 manat əvvəlcədən verməklə, yerdə qalan hissəsini isə daha sonra verəcəyinə dair razılaşmaqla sataraq oğurluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, xx.xx.2022-ci il tarixdə təxminən saat 20 radələrində Zərərçəkmiş şəxs4 Qəbələ şəhəri, Pastar məhləsində yerləşən fərdi yaşayış evinin həyətinə hasarı aşmaqla qanunsuz daxil olub həyətyanı sahədə yerləşən evin birinci və ikinci mərtəbəsinin divarlarına çəkilmiş 150 manat dəyərində 300 metr uzunluğunda 2,5 mm-lik, 280 manat dəyərində 400 metr uzunluğunda 4 mm-lik elektrik naqilini, ümumilikdə isə Zərərçəkmiş şəxs4 məxsus 430 (dörd yüz otuz) AZN dəyərində əmlakı gizli yolla talayıb əvəzsiz və qanunsuz olaraq ələ keçirdikdən sonra, həmin elektrik naqilini yaşadığı həyətdə yandırıb əridərək əldə etdiyi 15.850 kq mis tərkibli materialı oğurluq yolla əldə edilməsindən məlumatı olmayan ünvan 5 ünvanında metal qəbulu ilə məşğul olan Şahid1 190 manat pul müqabilində satmış, bununla da Zərərçəkmiş şəxs4 ümumilikdə 430(dörd yüz otuz) manat maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, iş yeri olmadığı üçün dolanışıq məqsədi ilə 2021-ci ilin oktyabr ayının əvvəllərində Qəbələ şəhərində yerləşən heç kimin yaşamadığı boş olan evlərə girmək və oradan oğurluq edərək qiymətli əşyalar oğurlayıb sataraq pul əldə etmək qərarına gəlmişdir. Buna görə təxminən 06 oktyabr 2021-ci il tarixdən 07 oktyabr 2021-ci il tarixə keçən gecə saat 01 radələrində Qəbələ şəhəri Pastar məhəlləsi adlanan Arzuman Əliyev küçəsində yerləşən sahibinin Bakı şəhərində yaşadığı evdə heç kimin yaşamadığı qohumu, yəni anasının əmisi oğlu Zərərçəkmiş şəxs1 Qəbələ şəhərində yerləşən evinə oğurluq etmək məqsədi ilə daxil olmaq qərarına gəlmişdir. Bilirmiş ki, həmin evdə kimsə yaşamır, sahibi Bakı şəhərindədir. Onların evləri onun evindən təxminən 1,5 km məsafədə Arzuman Əliyev küçəsində yerləşir. Həmin vaxt saat 01 radələrində evin həyətinin 2 metrə yaxın kubik daşı ilə hörülmüş hasarının üzərindən keçərək həyətə daxil olmuş və həyətdə olan bir mərtəbəli evin qarşısında olan pəncərinin yuxarıdan yarı açıq vəziyyətdə olduğunu görmüş, oradan evə daxil olmaq qərarına gəlmişdir. Lakin pəncərinin üzərində dəmir barmaqlıqlar olduğu üçün həyətin qarşısından dəmir armatur tapıb pəncərinin üzərində olan dəmir barmaqlıqların üzərində olan dəmir arakəsmələri vurub qırmış, sonra isə dəmiri aralayıb pəncərəni əli ilə basıb içəri daxil olmuşdur. Evə baxan zaman pul və qiymətli əşya aşkar edə bilməmiş, həmin vaxt otaqlardan birində təxminən 82 diaqonallı, LG markalı televizor və həmin evdə qapının qarşısında bir ədəd qırmızı rəngli ot biçən motorun olduğunu aşkar etmiş və düşünmüş ki, həmin əşyları oğurlayıb satsa pul əldə edə bilər. Evə baxsa da başqa qiymətli nəsə aşkar edə bilməmişdir. Evin giriş qapısının içərindən cəftəsini açmış, daha sonra televizor və ot biçən motoru evin qapısından çıxarıb həyətin giriş qapısına kimi gətirmiş və həmin vaxt görmüş ki, həyətin giriş qapısının üzərində burulan açar vardır. Burulan açarı burduqda həyət qapısı açılmış, yola çıxıb yolda kimsənin olub-olmadığını yoxlamış və heç kimin olmadığına əmin olduqdan sonra televizor və motoru qapıdan çıxarıb piyada öz evimin yanına aparıb çöl tərəfə kolluq sahədə gizlətmiş, həmçinin Zərərçəkmiş şəxs1 evindən həmin gecə, yəni 06 oktyabr 2021-ci il tarixdən 07 oktyabr 2021-ci il tarixə keçən gecə saat 01 radələrində iki ədəd plastik ağ rəngli qab, sac yeməyi bişirmək üçün nəzərdə tutulan çuqun materialından hazırlanmış qab, latun materialından hazırlanmış samovar, eləcə də işıq generatoru da oğurlamışdır. İşıq generatorunu Ağdaş şəhərinə tanımadığı taksi ilə apararaq orada tanımadığı şəxsə 200 manata satmış, samovarı isə xatırladığı qədəri ilə 35 manat müqabilində Pərviz adlı dəmir alan Qəbələ şəhər sakininə, çuqun qabı və su qablarını da Ağdaş şəhərinə tanımadığı taksi ilə apararaq tanımadığı şəxslərə xatırlamadığı qiymətlərə satmışdır. Digər əmlakları isə 07 oktyabr 2021-ci il tarixdə Qəbələ şəhərinin mərkəzinə gələrək müxtəlif şəxslərə onda satılıq televizor və ot biçən motor olduğunu bildirmişdir. Həmin vaxt orada üzdən tanıdığı, adı sonradan ona məlum olan Şahid3 Qəbələ rayon Bum qəsəbəsinə gedən dayanacaqda yaxınlaşmış, ona satılıq televizor olduğunu, televizoru uşağı xəstə olduğu üçün 200 manata satdığını bildirmiş, lakin həmin qadın onunla 150 manat müqabilində razılaşmış, belə olub Fatmaxanım adlı şəxsin telefon nömrəsini götürmüş, daha sonra televizoru həmin qadının yaşadığı Bum qəsəbəsindəki həyətinə tanımadığı taksi ilə aparmış, televizoru orada Fatmaxanım adlı qadına 150 manat müqabilində satmışdır. Lakin həmin qadın televizorun oğurluq olduğunu bilmirmiş. Həmin gün ot biçən motoru isə Qəbələ şəhər ərazisində yerləşən “Sağlamlıq” adlı kafenin yaxınlığındakı çay evinin çölündə tanımadığı fəhlələrə yaxınlaşaraq onda otbiçən motor olduğunu və satdığını bildirmişdir. Bu zaman isə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxs ondan otbiçəni almaq istədiyini bildirmiş, yaşadığı həyətin yaxınlığında kolluq sahədə gizlətdiyi otbiçəni götürüb həmin yerə gətirmiş və həmin adını bilmədiyi şəxsə 75 manata razılaşaraq satmış, əldə etdiyi gəlirə evə ərzaq almış, qalan pulu isə özü üçün istifadə etmişdir. Hazırda həmin məbləğdən onda qalmamışdır. Həmin vaxtdan əldə etdiyi pulu xərcələmiş, pulu qurtardığı üçün təkrar başqa evə daxil olmaq qərarına gəlmişdir. Buna görə yaşadığı evə yaxın məsafədə yerləşən və Qəbələ şəhəri 28 may küçəsində Zərərçəkmiş şəxs2 məxsus evə daxil olmaq və oradan oğurluq etmək qərarına gəlmişdir. Həmin evdə əvvəllər kirayə qalan şəxslər ona tanış olduğu üçün əvvəllər həmin həyət və evə getmiş və o vaxtdan həyətdə yerləşən dəmir qurtunun içərisində işıq motorunun olduğunu bilirmiş. Buna görə həmin həyətə oğurluq üçün girmək qərarına gəlmişdir. Həmçinin, həmin vaxt həmin evdə kimsənin yaşamadığını da bilirmiş. xx.xx.2021-ci il tarixdə saat 09:10 radələrində təxminən 1,5 metr hündürlükdə olan daş hasarın üzərindən Zərərçəkmiş şəxs2 məxsus həyətə daxil olmuş, motorun yerləşdiyi yeri bilirmiş. Həyətdə evin yanında olan dəmir qutunun içərisində olan işıq motorunu ağzı açıq dəmir qutudan çıxarmış və özü onu qaldırıb həyətin giriş qapısına kimi gətirmiş, arxadan qapını açmış və motoru həyətdən yola çıxarmışdır. Motoru yola çıxarmazdan əvvəl özü yola çıxmış və yolda heç kimin olmadığını dəqiqləşdirmişdir. Həmin vaxt yolun boş olduğunu görüb motoru yola çıxarıb, Gülnazın evinin qarşısında olan aralıq yerdəki kolluq sahədə gizlətmişdir. Sonra isə tanışım taksi sürücüsü Asəfə zəng edərək ünvanı ona bildirmiş, ona özünə məxsus yük olduğunu deyərək gəlməsini xahiş etmişdir. Motoru Qəbələ şəhərində H.Əliyev adına parkın yanındakı Vüqar adlı motor ustasına satmaq qərarına gəlmişdir. Bilirmiş ki, Vüqar motor alıb-satır və təmir edir. Asəf onun dediyi ünvana gəlmiş, Asəf ondan soruşmuş ki, motor nə üçün öz qapısında deyil, başqa şəxsin qapısındadır. Asəfə evdən kiminsə bilməməsi üçün motoru sürüyərək bura gətirdiyini demiş, lakin Asəf ondan dəfələrlə soruşmuş ki, həmin genertor oğurluqdur ya yox, o isə Asəfə hər dəfəsində bildirmiş ki, həmin Astra markalı generator evindir, atası bilməməsi üçün sürüyüb həmin yerdə gizlətmişdir. Motoru Asəfin VAZ 21011 markalı avtomobilinə qoyaraq Qəbələ şəhərində yerləşən Vüqar adlı motor ustasının yanına gətirmişdir. Vüqarla razılaşıb motoru ona 50 manat satmışdır. Həmin vaxt Vüqar ondan motorun kimə məxsus olduğunu soruşmuş, ona motorun özünə məxsus olduğunu, uşağı xəstə olduğu üçün satdığını bildirmişdir. Şahid8 isə 5 manat yol haqqı vermişdir. xx.xx.2021-ci il tarixdə onu Qəbələ RPŞ-nə dəvət etmişlər, həmin vaxt ondan Vüqar adlı ustaya motoru haradan əldə edərək satdığını soruşmuşlar. Həmin vaxt etdiyi oğurluqları səmimi olaraq etiraf etmişdir. Bundan başqa pula ehtiyacı olduğu üçün təkrar qərara gəlmiş ki, yenidən oğurluq edib pul əldə etsin. Bu məqsədlə yaşadığı evin yaxınlığında olan sahibi Bakı şəhərində yaşayan Zərərçəkmiş şəxs3 məxsus Qəbələ şəhəri ərazisində yerləşən həyət evindən oğurluq etmək qərarına gəlmişdir. Çünki Zərərçəkmiş şəxs3 Bakı şəhərində yaşadığından bilirmiş ki, onun evində heç kim yaşamır. O, ancaq ara-sıra həmin evə gələrək orada yaşayır. xx.xx.2021-ci il tarixdə saat təxminən 22:30 radələri olarmış ki, oğurluq etmək məqsədi ilə Zərərçəkmiş şəxs3 məxsus yaşayış evinin qarşısına gəlmişdir. Görmüş ki, həyətin giriş qapısı bağlıdır, evin işıqları yanmır və bilmiş ki, evdə heç kim yoxdur. Ətrafa göz gəzdirərək onu heç kimin görmədiyindən əmin olduqdan sonra oğurluq etmək məqsədi ilə hasarın üzərinə çıxıb oradan aşaraq həyətə daxil olmuşdur. Yaşayış evinin giriş qapısı bağlı olduğundan ətrafa nəzər saldıqda görmüş ki, yaşayış evinin pəncərəsi yarı açıq vəziyyətdədir. Görmüş ki, divara söykənmiş vəziyyətdə taxtadan hazırlanmış təxminən 1 metr yarım hündürlüyündə nərdivan var. Həmin nərdivanı götürərək pəncərənin qarşısına divara söykəyib oradan evin içərsinə daxil olmuşdur. İçəri daxil olanda evin həyətə açılan qapısının qarşısında, yəni ikinci mərtəbədəki balkonda təxminən 5-8 litr su tutumu olan latun materialından olan köz samovarını götürərək evə daxil olduğu pəncərədən bayıra çıxmaqla həyətin giriş qapısının arxasındakı cəftəsini çıxarmaqla qapını açıb oradan həyətdən çıxmışdır. Oğurladığı samovarı Zərərçəkmiş şəxs3 məxsus evin yaxınlığındakı kolluqda gizlədərək, ertəsi gün həmin samovarı gizlətdiyi kolluq sahədən götürüb tanımadığı taksi ilə Ağdaş rayonunun Maşad kəndində samovarı 25 manata tanımadığı şəxsə satmışdır. Daha sonra isə tanımadığı taksi ilə Qəbələ rayonuna gəlmişdir. Həmin pulu bir neçə gün ərzində xərcləyib qurtardığı üçün pul lazım olduğundan yenə qərara gəlmiş ki, Zərərçəkmiş şəxs3 məxsus evdən oğurluq etsin. Buna görə oğurluq etmək üçün xx.xx.2021-ci il tarixdə saat təxminən 21:30 radələri olarmış ki, tək şəkildə Zərərçəkmiş şəxs3 məxsus həyət evinin qarşısına gəlmişdir. Qapıya yaxınlaşıb baxdıqda qapının arxadan açıq olduğunu görərək qapıdan həyətə daxil olmuşdur. Çünkü ilk dəfə Zərərçəkmiş şəxs3 məxsus evdən samovarı oğurlayan zaman həyətin giriş qapısnı arxadan açıq qoyub getmişdir. Görmüş ki, evin işıqları yanmır, bilmiş ki, evdə heç kim yoxdur. Yenə də əvvəl evə daxil olduğu pəncərədən evin içərisinə daxil olaraq “LG” markalı televizoru oğurlayıb evin pəncərəsindən bayıra çıxıb həyətin giriş qapısından yola tərəf çıxıb qapını örtərək televizoru aparıb evdən təxminən 100 metr uzaq məsafədə olan meşəlik ərazidə gizlətmişdir. Ertəsi gün, yəni xx.xx.2021-ci il tarixdə televizoru gizlətdiyi yerdən götürərək Qəbələ şəhərinin mərkəzinə taksilərin dayandığı yerə gəlmişdir. Həmin yerdən sürücüsünü və dövlət nömrə nişanını tanımadığı qara rəngli vaz 21015 markalı minik avtomobilinə minərək birbaşa Göyçay rayonuna getmişdir. Göyçay rayonunun bazarında tanımadığı bir nəfər şəxsin köhnə şəkildə məişət avadanlıqları satdığını görərək ona yaxınlaşıb ona özünə təzə televizor aldığını və buna görə televizoru satdığını bildirmişdir. Həmin şəxsə televizoru 70 manata satıb qayıdaraq Qəbələ rayonuna gəlmişdir. Həmin pula Qəbələ şəhərində ayrı-ayrı apteklərdən övladı azyaşlı Aylin Kərimova xəstə olduğu üçün ona iynə dərman almışdır. Pulu qurtardığı üçün yenə də Zərərçəkmiş şəxs3 məxsus evdən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə xx.xx.2021-ci il tarixdə axşam saat təxminən 23 radələri olarmış ki, Zərərçəkmiş şəxs3 məxsus həyət evinin qarşısına gedib qapı açıq olduğu üçün qapıdan həyətə daxil olmuş və görmüş ki, evin işıqları yanmır, bilmiş ki, evdə heç kim yoxdur. Yenə də bir qayda olaraq evin pəncərəsindən evin içərsinə daxil olub evin birinci mərtəbəsindəki hamamın içərisindən ağ rəngli 28-lik olan kombi istilik aparatını divardan söküb çıxarmışdır. Bundan sonra isə hamamdan mətbəxə keçən yerdə 10 selksiyadan ibarət ağ rəngli elektrik istilik panelinin olduğunu görüb həmin əşyaları oğurlamaqla evə daxil olduğu pəncərədən çıxarıb həyətə düşürmüşdür. Bundan sonra oğurladığı əşyaları həyətin giriş qapısının qarşısına gətirərək qapının cəftəsini açaraq onları yola tərəf çıxarıb qapıdan təxminən 20-30 metr aralıda zibillik olan yerdə aparıb gizlədərək sonra yenidən həyətə daxil olub qapının cəftəsini arxadan bağlamaqla hasarın üzərindən tullanmaqla həyətdən çıxıb yaşadığı evə gəlmişdir. Ertəsi gün Qəbələ rayonundan olan Elvin adlı şəxs ilə telefon əlaqəsi saxlayaraq onda satılası 1 ədəd kombi aparatının və 1 ədəd elektrik istilik panelinin olduğunu, onları satmaqda köməklik göstərməsini xahiş etmişdir. Elvin ondan həmin avadanlıqları haradan əldə etdiyini soruşmuş, ona avadanlıqları Bakı şəhərindəki evindən gətirdiyini bildirmişdir. Elvin ona Ağdaş rayonunda olduğunu və onları Ağdaş rayonu ərazisinə gətirərək orada satmaqda ona köməklik göstərəcəyini demişdir. xx.xx.2021-ci il tarixdə Qəbələ şəhər sakini Asəf adlı şəxsdən xahiş edərək onda kombi aparatının və elektrik istilik panelinin olduğunu, onları satmaq üçün avtomobili ilə Ağdaş rayonuna aparmasını xahiş etmişdir. Asəf ondan həmin əşyaları haradan almağını soruşarkən onların özünə məxsus olduğunu və Bakı şəhərindəki evindən gətirdiyini demişdir. Belə olub Asəf kombi aparatını və istilik panelini Ağdaş rayonuna aparmaq üçün 10 manat pul müqabilində razılaşmışdır. Axşam saat təxminən 21 radələri olarmış ki, oğurladığı kombi aparatını və istilik panelini Asəfin idarə etdiyi ağ rəngli VAZ 21011 markalı dövlət nömrə nişanını bilmədiyi avtomobilin arxa yük yerinə gizlətdiyi yerin yaxınlığında qoyub həmin əşyaları satmaq üçün Ağdaş rayonuna yola düşmüşlər. Ağdaş rayonuna çatıb Elvin ilə görüşmüş, Elvin Rafiq adlı şəxs ilə telefon vasitəsi ilə danışaraq satılası 1 ədəd kombi aparatının və 1 ədəd elektrik istilik panelinin olduğunu bildirmişdir. Rafiq adlı şəxs Bakı şəhərində olduğu üçün ona Ağdaş şəhərinin mərkəzində bir nəfər adını bilmədiyi şəxsi deyərək onları orada gözlədiyini, həmin əşyaları ona verməklə pulunu isə gəlib kombi aparatına və istilik panelinə baxdıqdan sonra verəcəyini demişdir. Bundan sonra Elvin ilə birlikdə Asəfin avtomobili ilə Ağdaş şəhərinə gəlmişlər. Elvin ilə avtomobildən yerə düşmüşlər. Asəf isə avtomobildən düşməmişdir. Rafiqin dediyi şəxslə görüşüb kombi aparatını və istilik panelini Elvin ilə avtomobildən düşürərək ona vermişlər. Həmin şəxs Elvinə 50 manat pul verərək qalan pulu Rafiqin verəcəyini demişdir. Bundan sonra Asəfə özündən 10 manat pul vermişdir. Asəf oradan çıxıb Qəbələ rayonuna gəlmişdir. Elvin ilə Ağdaş rayonunda qalmışlar. Elvin həmin puldan ona 25 manat vermiş, qalan 25 manat pulu isə özünə götürmüşdür. Elvin onu özü ilə Ağdaş rayonunda yaşayan adını İlham kimi bildiyi şəxsin evinə apararaq gecəni onlarda qalmışlar. Təxminən 2-3 gün müddət Ağdaş rayonunda qalmış. Sonrakı günlərdə isə həmin kombi aparatını və istilik panelini satdığı şəxsdən 135 manat da pul almışdır. Yəni kombi aparatını və istilik panelini ümumilikdə 185 manat pul müqabilində satmışdır. Eləcə də xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində xatırlamadığı tarixdə saat 01 radələrində Tofiq Məmmdova, yəni keçmiş hakimin evindən 7 ədəd taxta və bir ədəd açılıb-qatlanan dəmir nərdivan da götürmüşdür, nərdivan və taxtaları götürdükdən sonra Zərərçəkmiş şəxs3 məxsus evin yaxınlığında yerləşən kolluq sahədə gizlətmiş, daha sonra isə Qəbələ şəhərinə gələrək oradan tanımadığı bel hissəsində baqajı olan taksi ilə danışmış, ona Ağdaş rayonuna aparılmalı materiallar olduğunu bildirmişdir. O isə bunun müqabilində 20 manat pul alacağını bildirmişdir. Daha sonra həmin taksiyə oturub birlikdə nərdivan və taxtaları gizlətdiyi yerin yaxınlığına gəlmişlər. Taksi sürücüsü ilə oraya gəlməzdən qabaq nərdivan və taxtaları gizlətdiyi kolluq sahədən çıxarıb asfalt örtüklü yola yaxın yerdə tanımadığı şəxsin qapısının qarşısına yığmış ki, taksi sürücüsü də bundan şübhələnməsin. Həmin nərdivanı 30 manata və taxtaları da 40 manata Ağdaş şəhərinə apararaq tanımadığı şəxslərə satmışdır. xx.xx.2022-ci il tarixdə Qəbələ şəhər sakini Zərərçəkmiş şəxs4 məxsus yarı tikilmiş vəziyyətdə olan evin həyətinə hasardan aşmaqla daxil olaraq evin içərisindəki işıq sistemi üçün çəkilmiş uzunluğu təxminən 700 metr olan naqilləri söküb evinə gətirib orada əritmiş, daha sonra mis şəklində Qəbələ şəhər sakini Tərlan adlı şəxsə 190 manat müqabilində satmışdır. Tərlan ondan misi haradan əldə etdiyini soruşan zaman ona misi uşağı xəstə olduğu üçün zibilliklərdən yığaraq əldə etdiyini bildirmişdir. Həmin kabeli əritdikdən sonra təmiz mis şəklində çəkisi 15 kiloqram 850 qram təşkil etmişdir. Kabeli evə oğurlayıb piyada şəkildə araba ilə gətirmişdir. Bu işdə də ona heç kim köməklik etməmişdir. Eləcə də kabelləri evə gətirən zaman da ona heç kim köməklik etməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyləri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Qəbələ şəhəri Pastar məhləsində 3 sot torpaq sahəsində yarımtikili evi vardır ki, həmin evin tikintisinə 2019-cu il tarixdən etibarən başlamışdır. Lakin maddi imkanı zəif olduğundan həmin tikilini başa vura bilməmişdir. xx.xx.2022-ci il tarixdə həmin evə usta gətirərək elektrik naqilinin ölçüsünü dəqiqləşdirmişdir. Usta ona bildirmiş ki, 300 metr 2.5 mm-lik və 400 metr 4 mm-lik elektrik naqili lazımdır. Belə olub xx.xx.2022-ci il tarixdə Qəbələ şəhər ərazisində yerləşən “Oba inşaat” adlı ticarət mərkəzindən 300 metr uzunluğunda 2.5 mm-lik elektrik naqili, 400 metr uzunluğunda isə 4 mm-lik elektrik naqili alıb gətirib ustaya vermişdir. Tərlan adlı usta da həmin gün elektrik naqilini evin içərisinə və divarlara çəkmişdir. Tərlan adlı usta xx.xx.2022-ci il tarixə saat 13 radələrinə kimi evinin elektrik naqillərini çəkmişdir. 14 mart 2022-ci il tarixdə yeni tikilməkdə olan həmin evə Tərlan adlı usta ilə gedən zaman görmüş ki, elektrik naqilləri divardan sökülərək çıxarılmışdır. Bu barədə polis şöbəsinə gələrək müraciət edib məlumat vermişdir. Daha sonra ona məlum olmuş ki, evinin elektrik naqillərini söküb oğurlayan şəxs Təqsirləndirilən şəxsdur. Ona məxsus evdən əlavə heç nə oğurlanmamışdır. Zərərçəkmiş şəxs4 xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxslə barışdığını və ona qarşı heç bir şikayət və tələbin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə məhkəməyə ərizəsi daxil olmuş, ərizəsində Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbin olmadığını göstərmişdir. Zərərçəkmiş şəxs3 xx.xx.2022-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq, oğurluq nəticəsində dəymiş ziyan ödənildiyindən, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixdə məhkəməyə dəftərxana vasitəsi ilə ərizə təqdim edərək, ərizəsində istintaqda vermiş olduğu ifadəsini təsdiq etmiş, oğurluq nəticəsində dəymiş ziyan ödənildiyindən, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbin olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. 2021-ci ilin oktyabr-noyabr aylarında ümumilikdə 3 dəfə oğurluq etmişdir. O, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 evinə qanunsuz daxil olaraq oğurluq cinayətini törətmişdir. Bu barədə oğurluq edilən günlərdə heç bir məlumatı olmamışdır. Belə ki, oğlu Təqsirləndirilən şəxs oğurladığı əşyalardan heç birini yaşadığı evə gətirməmişdir. Səbuhi həmin əşyaları yaşadığı evə gətirsəydi həmin əşyaları görərmiş. Övladı Təqsirləndirilən şəxs özü də ona oğurluq etməsi barədə heç bir məlumat verməmişdir. Lakin sonradan Səbuhidən soruşduqda o, özü etdiyi oğurluqları etiraf etmiş və etdiyi əməldən peşman olduğunu bildirmişdir. Ona məlum olduğu qədəri ilə oğlu Səbuhi Zərərçəkmiş şəxs2 məxsus yaşayış sahəsindən bir ədəd “Astra” markalı generator, Zərərçəkmiş şəxs1 məxsus yaşayış sahəsindən və evdən televizor, otbiçən motor, generator və adlarını xatırlamadığı digər əşyaları, həmçinin sonuncu dəfə 2021-ci ilin noyabr ayında Qəbələ şəhər ərazisində Zərərçəkmiş şəxs3 məxsus evdən televizor, kombi aparatı, istilik paneli, samovar, nərdivan və taxta materialları oğurlamışdır. Həmçinin oğlu Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış əşyaların kimə satılması barədə heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs oğurladığı əşyalardan və ya həmin əşyaların satılması müqabilində əldə etdiyi pullardan evə gətirdiyini də görməmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, yaşadığı evin həyətində, yəni ünvan 6 ünvanında müxtəlif növ metalların qəbulunu həyata keçirir. xx.xx.2022-ci il tarixdə saat 19:48 radələrində Təqsirləndirilən şəxs ona zəng edərək mis tərkibli malının, materialının olduğunu bildirmiş və ondan almaq istəyib-istəmədiyini soruşmuşdur. Misi haradan əldə etdiyini soruşmuş, o isə mis materialını zibilliklərdən yığıdığını bildirmişdir. Həmin vaxt yaşadığı evə gəlirmiş. Təxminən 2 dəqiqə sonra həyətə çatmış, evə çatdıqda Səbuhinin həyətinin qapısının yaxınlığında əlində qara rəngli kisə ilə birlikdə gözlədiyini görmüşdür. Səbuhinin əlindəki kisəyə baxan zaman orada əridilmiş mis eletrik naqilləri olduğunu görmüşdür. Yenə də Təqsirləndirilən şəxs həmin misi haradan əldə etdiyini soruşmuş, o isə uşağı xəstə olduğu üçün mis materialını zibilliklərdən topladığını bildirmişdir. Səbuhinin gətirdiyi misi elektron tərəzidə çəkmiş, misin çəkisinin 15 kiloqram 850 qram olduğunu müəyyən etmişdir. Hər kiloqramının qiyməti 12 manatdan olmaqla ümumilikdə Təqsirləndirilən şəxs 190 manat pul vermişdir. Təqsirləndirilən şəxs mis aldığını isə müvafiq qeydiyyat kitabında qeyd etmişdir. xx.xx.2022-ci il tarixdə isə polis əməkdaşları onun həyətinə gələrək ondan Təqsirləndirilən şəxs mis alıb-almadığını soruşmuşlar. Səbuhidən mis aldığını bildirmişdir. Hal-hazırda həmin elektrik naqili kimi yararsız halda olan və Təqsirləndirilən şəxs aldığı mis materialını tanımadığı şəxslərə satmışdır. Təqsirləndirilən şəxs mis tərkibli naqilləri alan zaman həmin mis materiallarının oğurluq olması barədə məlumatı olmamışdır. Məhkəmə iclasında Şahid9 ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin noyabr ayının 20si tarixindən sonra olarmış ki, Qəbələ rayonundan Ağdaş rayonuna getmişdir. Həmin vaxtı Ağdaş rayonunun Maşad kəndində imiş. Həmin tarixdə əvvəlcədən tanıdığı Qəbələ rayon sakini Səbuhi adlı şəxs onun Ağdaş rayonunda olduğunu bilərək zəng vurub Ağdaş rayonuna gəldiyini və onu qarşılayıb yol pulu olmadığı üçün ona pul verməsini bildirmiş, o da Səbuhiyə etiraz ertməmiş və onunla görüşüb pul verə biləcəyini bildirmişdir. Bundan təxminən 1 saat sonra Səbuhi Qəbələ rayonundan olan Asəf adlı şəxsin idarə etdiyi ağ rəngli Vaz 21011 markalı dövlət nömrə nişanlı minik avtomobili ilə onun olduğu Ağdaş rayon Maşad kəndinə gəlmişlər. Səbuhi onda satılası bir ədəd kombi aparatı və 1 ədəd elektirik istilik panelinin olduğunu demişdir. Səbuhidən onları haradan almasını soruşduqda Səbuhi onları atasının Bakı şəhərindəki evindən gətirdiyini, buna görə də onları satdığını bildirmişdir. Bundan sonra Səbuhi Ağdaş rayonundan olan Rafiq kimi tanıdığı şəxsə zəng vuraraq onda satılası 1 ədəd kombi aparatı və 1 ədəd elektirik istilik aparatının olduğunu bildirmişdir. Rafiq də Səbuhiyə 1 nəfər şəxsin telefon nömrəsini verərək bildirmiş ki, həmin şəxslə görüşüb kombi aparatını və elektrik panelini ona versinlər. Belə olub Səbuhi və Asəflə birlikdə Asəfin idarə etdiyi avtomobil ilə Ağdaş şəhərinin mərkəzinə gəlib Səbuhidən kombi aparatını və elektrik panelini alacaq şəxslə görüşmüşlər. Rafiq Səbuhiyə bildirmiş ki, həmin kombi aparatını və elektrik istilik panelini göndərdiyi şəxsə verib çıxıb getsin, o, özü səhər kombi aparatına və elektrik istilik panelinə baxdıqdan sonra qiymətini deyəcək. Belə olub Səbuhi həmin şəxsə kombi aparatını və elektrik istilik panelini verdikdən sonra birlikdə Asəfin avtomobili ilə Qəbələ rayonuna gəlmişlər. Səbuhinin Asəfin avtomobili ilə Ağdaş rayonuna satmaq üçün gətirdiyi kombi aparatını və elektrik istilik panelini o da görmüş, belə ki kombi aparatı və elektirik paneli ağ rəngdə imiş. Məhkəmə iclasında Şahid7 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə keçən gecə iş yoldaşı PPXB-nin polis nəfəri, polis baş serjantı X5 ilə Qəbələ şəhər ərazisində avtopatrul xidmətində olmuşdur. Həmin gün Zərərçəkmiş şəxs3 məxsus yaşayış evinin yerləşdiyi küçədən xidməti avtomobillə keçən zaman görmüşlər ki, Zərərçəkmiş şəxs3 həyət qapısının bir tayı açıqdır. Belə ki, həmin qapıya yerləşdirilmiş qaza olan borc qəbzinə baxdıqları zaman görmüşlər ki, çekin üzərində Zərərçəkmiş şəxs3 adı yazılıb. Bu səbəbdən avtomobildən düşərək həyətə küçədən baxdığı zaman görmüş ki, yaşayış evində işıq yanmır və bu səbəbdən Zərərçəkmiş şəxs3 tanışı Şahid2 mobil nömrəsinə zəng vuraraq bu barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs3 məxsus yaşayış evinin yerləşdiyi həyətdən içəri baxan zaman görmüşlər ki, yaşayış evinin balkonunun qapısı və birinci mərtəbədəki girişdən soldakı otağın pəncərəsi açıq vəziyyətdədir. Məhkəmə iclasında Şahid6 ifadəsində göstərmişdir ki, rəsmi iş yeri olmadığından yaşadığı evin həyətində elektrik avadanlıqlarının təmiri ilə məşğul olur. xx.xx.2021-ci il tarixdə əvvəlcədən tanımadığı, lakin adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs onun işlədiyi yerə gələrək onda satılıq işıq motorunun olduğunu, işıq motorunun özünə məxsus olduğunu, uşağı xəstə olduğu üçün pula ehtiyacı yarandığından motoru satdığını bildirmişdir. İşıq generatoruna Asəf adlı şəxsin idarə etdiyi avtomobilin baqaj hissəsində baxmış, lakin motorun üstü toz, eləcədə də bak hissəsi su ilə dolu olduğundan motoru almaq istəməmişdir. Lakin Səbuhi ona uşağının xəstə olduğunu, uşağı üçün dərman almalı olduğunu bildirərək ondan dəfələrlə xahiş etmiş ki, motoru alsın. Həmin generatoru avtomobilin baqaj hissəsindən götürmüş, Səbuhi həmin motoru 70-80 manat müqabilində satmaq istədiyini bildirsə də, üzərində ümumilikdə 70 manat pul olduğundan həmin puldan 50 manatını Səbuhiyə verərək işıq motorunu ondan almışdır. Həmin gün günorta saatlarında saat 13 radələrində Səbuhidən aldığı motoru sökmüş və onun müxtəlif hissələrini dəyişərək saat təxminən 20 radələrində işlək vəziyyətə gətirmişdir. Motoru işə salan zaman isə ona polis şöbəsindən zəng gəlmiş, daha sonra isə polis şöbəsindən əməkdaşlar gələrək həmin generatora baxış keçirmişlər və generatoru ondan götürüb aparmışlar. Səbuhiyə həmin generatoru almaq üçün 50 manat pul vermişdir, eləcə də generatoru işlək vəziyyətə gətirmək üçün ona 60 manatlıq ehtiyat hissələri alıb qoymuşdur. Həmçinin işıq motorunun saz vəziyyətə gətirilməsi üçün 40 manatlıq fiziki iş görmüşdür. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 150 manat maddi ziyan dəymişdir və həmin ziyanı Təqsirləndirilən şəxs ona geri qaytarmamış, eləcə də geri qaytarmaq istiqamətində heç bir iş görməmişdir. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs aldığı işıq generatorunu polis əməkdaşlarına təhvil vermişdir. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərmişdir ki, 2021-ci ilin oktyabr ayının dəqiq xatırlamadığı günündə Qəbələ şəhər ərazisində yerləşən Bum qəsəbəsinin dayanacağının yaxınlığında, yaşadığı evin qarşısında yerləşən iş yerinə Təqsirləndirilən şəxs gələrək satılıq samovar olduğunu, ondan almaq istəyib-istəmədiyini soruşmuşdur. Səbuhidən samovarın oğurluq olub-olmamasını soruşmuş, Səbuhi isə samovarın özünə məxsus olduğunu, uşağının xəstə olduğuna görə pula ehtiyacı yarandığından samovarı satdığını bildirmişdir. Belə olub həmin samovarı almaq qərarına gəlmişdir. Həmin samovarı çəkmiş, çəkisi 5 kiloqram olduğundan və latun materialından ibarət olduğundan, həmin latun materialından olan samovarın hər kiloqramını 6 manata alındığı üçün Səbuhiyə 30 manat pul vermiş, lakin Səbuhi ondan əlavə 5 manat da pul istədiyi üçün Səbuhiyə, əsasən də onun uşağına köməklik etmək üçün əlavə 5 manat olmaqla, ümumilikdə 35 manat pul verərək bir ədəd latun materialından ibarət olan samovarı almışdır. Səhərisi gün isə ona polis şöbəsindən zəng gəlmiş, ondan Səbuhidən hər hansı əşya alıb-almadığı soruşulmuş, Səbuhidən bir ədəd samovar aldığını bildirmiş, belə olub həmin samovarı Qəbələ RPŞ-yə gətirib istintaq bölməsinə təqdim etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə tərəfindən zərərçəkmiş şəxslərin gəlməmələri üzrlü hesab edilərək, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə zərərçəkmiş şəxslərin ibtidai istintaq dövründə vermiş olduğu ifadələri elan edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 dekabr 2021-ci il tarixli, 9/8123 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 1 (bir) ədəd qara rəngli, LG markalı, “32LS340T” modelli, istifadə olunmuş televizorun 2021-ci ilin oktyabr ayına olan orta bazar qiyməti 200,00 manat, təqdim edilməyən “Astra” markalı, “Ast17500E” modelli generatorun orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin oktyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 280,00 manat müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 may 2022-ci il tarixli, 9/3210 saylı rəyindən görünür ki, 2021-ci il istehsallı, markası məlum olmayan otbiçən motor 80 manat, 2017-ci il istehsallı, 10 kilovoltluq gücə malik, markası məlum olmayan, işlək vəziyyətdə olan elektrik generatoru 400 manat, 2021-ci ilin istesalı, çuqun materialından olan, sac yeməyi bişirmək üçün nəzərdə tutulan, təxminən 60X60 sm ölçüdə qab 50 manat, ağ rəngli, plastik materialından olan, 2018-ci il istehsallı, 20 litrlik su qabının iki ədədi 50 manat, 8 litrlik su tutumu olan, platinium materialından hazırlanmış 2015-ci ildə istehsal edilmiş samovar 150 manat olmaqla, ümumilikdə göstərilən malların istismar müddəti və istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin oktyabr ayına olan orta bazar qiyməti 930,0 manat, 2021-ci ildə İtaliya şəhərində istehsal edilmiş, Baymak markalı, 28-lik kombi aparatı 450 manat və 2021-ci il istehsallı, LG markalı, 82 sm dioqanallı televizor 240 manat olmaqla ümumilikdə göstərilən 02 adda malların istismar müddəti və istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin noyabr ayına olan orta bazar qiyməti 690,0 manat müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 mart 2022-ci il tarixli, 9/471 saylı rəyindən görünür ki, 1 ədəd 7 litr su tutumu istifadə edilmiş olan latundan ibarət od somavarı 130 manat, istifadə edilmiş 10 sektordan ibarət elektrik istilik paneli 60 manat, istifadə edilməmiş, 1 ədəd açılıb-qatlanan, dəmir materialından olan, uzunluğu təxminən 2 metr olan pilləkən 110 manat, hər birinin uzunluğu 6 metr olan, 5X15 sm ölçüdə taxtaların 1 ədədi 19 manat, 7 ədədi isə 133 manat olmaqla, ümumilikdə göstərilən 04 adda malların istismar müddəti və istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin noyabr ayına olan orta bazar qiyməti 433,0 manat müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 may 2022-ci il tarixli, 9/2316 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 300 metr uzunluğunda üzəri izoliasiyalı mis əsaslı ərintidən hazırlanmış 2.5 mm-lik elektrik naqili 150 manat və 400 metr uzunluğunda üzəri izoliasiyalı mis əsaslı ərintidən hazırlanmış 4 mm-lik elektrik naqili 280 manat olmaqla, ümumilikdə 700 metr uzunluğunda elektrik naqillərinin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin mart ayına olan orta bazar qiyməti 430,00 manat müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün ibtidai istintaq və ilkin məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ibtidai istintaq zamanı və ilkin məhkəmə baxışı zamanı verdikləri ifadələri, ekspert rəyləri, digər iş materialları ilə onun özgə əmlakını gizli olaraq talamaqla, yaşayış sahəsinə və başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, təkrar oğurluq cinayətin törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini könüllü etiraf edərək səmimi peşimançılıq hissi keçirməsini, ailəli olmaqla himayəsində üç azyaşlı uşağın olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tam olaraq ödəməsini və ona qarşı heç bir şikayət və tələbin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Bundan başqa, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 133 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə cəza təyin edərkən, Təqsirləndirilən şəxs əməlində törətdiyi cinəyət əməlini könüllü etiraf edərək səmimi peşimançılıq hissi keçirməsi, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam olaraq ödəməklə ona qarşı heç bir şikayət və tələbin olmamasını, ailəli olmaqla himayəsində üç azyaşlı uşağın olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunması kimi cəzanı yüngülləşdirən halların olmasını, habelə əvəllər məhkum olunmamasını və onun əməlində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə almaqla, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə ilə bağlı olmayan az ciddi cəzanın təyin edilməsinin cəzanın məqsədinə çatmasına daha uyğun olmasını hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun 22 oktyabr 2021-ci il tarixdən 24 oktyabr 2021-ci il tarixə kimi, 13 dekabr 2021-ci il tarixdən 15 dekabr 2021-ci il tarixə kimi tutulub saxlandığı 04 (dörd) gün müddəti və 14 mart 2022-ci il tarixdən 19 sentyabr 2022-ci il tarixədək həbsdə olduğu 06 (altı) ay 05 (beş) gün müddəti də cəza təyin edərkən nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulub saxlandığı və həbsdə olduğu ümumilikdə 06 (altı) ay 09 (doqquz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə hesablanmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunmalı və o, məhkəmə zalında dərhal azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan bir ədəd “Astra” markalı generator Zərərçəkmiş şəxs2 sərəncamında saxlanılmış hesab edilməli, Qəbələ rayon Polis Şöbəsində saxlanılan “LG” markalı televizor və bir ədəd samovar Zərərçəkmiş şəxs1, elektrik naqili isə Zərərçəkmiş şəxs4 hökm qanuni qüvvəyə mindikdən sonra qaytarılmalıdır. İş üzrə mülki iddia olmamışdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə müsadirə ilə bağlı məsələni araşdırır və hazırkı cinayət işi üzrə müsadirə olunmalı olan əmlak aşkar edilmədiyindən xüsusi müsadirə ilə bağlı tədbirin tətbiq olunmasını məqsədə müvafiq hesab etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 177.2.2 və 177.2.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə olduğu 06 (altı) ay 09 (doqquz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 01 (bir) il 18 (on səkkiz) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə zalında dərhal azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan bir ədəd “Astra” markalı generator Zərərçəkmiş şəxs2 sərəncamında saxlanılmış hesab edilsin, Qəbələ rayon Polis Şöbəsində saxlanılan “LG” markalı televizor və bir ədəd samovar Zərərçəkmiş şəxs1, elektrik naqili isə Zərərçəkmiş şəxs4 hökm qanuni qüvvəyə mindikdən sonra qaytarılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №1(025)-26/2022
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-26/2022
19.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver