Məhkəmə qərarları › İş №1(025)-26/2023

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-26/2023

02.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-26/2023 02.10.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Qafarlı Yelmar Elman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X9 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1991-ci il tarixdə Qəbələ rayonu, Kürd kəndinə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Zərərçəkmiş şəxs sədri vəzifəsində işləyən, Qəbələ rayonu, Kürd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 03 fevral 2020-ci il tarixli 2 nömrəli iclas protokoluna əsasən, bələdiyyə sədri vəzifəsinə seçilməklə həmin vəzifədə işləyərkən, bələdiyyə üzvlərinin 11 iyun 2015-ci il tarixli 6 saylı iclasının qərarı ilə təsdiq edilmiş «Zərərçəkmiş şəxs Nizamnaməsi»nin 4.4-cü bəndinə əsasən əmr və sərəncamlar verilməsi, bələdiyyə qərarlarının imzalanması, bələdiyyənin fəaliyyətinin təşkil edilməsi, aktların icrasının və bələdiyyə aktlarının elektron informasiya ehtiyatlarında açıqlanmasının təmin edilməsi, üçüncü şəxslərin qarşısında bələdiyyəni təmsil etmək, bələdiyyə icra aparatının fəaliyyətinə rəhbərlik etmək və qanunvericiliyə əsasən ona həvalə edilmiş digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar kənara çıxan hərəkətlər etməklə, yəni Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin 1-3-cü bəndlərinə, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının 2 iyul 1999-cu il tarixli Qanununun 16-cı maddəsinə əsasən, bələdiyyə iclasının bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli olduğu, bələdiyyənin bütün iclaslarının protokollaşdırılmalı olduğu və bələdiyyənin sədri və katibi tərəfindən imzalanaraq bələdiyyənin möhürü ilə təsdiqlənmiş bələdiyyənin iclas protokolunda iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsinin göstərilməli olmasına, Azərbaycan Respublikasının 1999-cu il 15 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş «X7»nin 4-cü bölməsinin 2-ci maddəsinin 6-cı yarımbəndinə əsasən bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam verilməsi ilə bağlı məsələlərin kollegial orqan olan bələdiyyənin ümumi yığıncağının səlahiyyətində olmasına baxmayaraq, 2020-2023-cü illər ərzində bələdiyyə üzvlərinin məlumatı olmadan, bələdiyyə üzvlərinin ümumi yığıncağını çağırmadan, həmin müddətdə bələdiyyənin Qəbələ rayonu Kürd kəndində yerləşən inzibati binasında şəxsi niyyətlə, yəni torpaq sahələrinin icarəsini və satışını maneəsiz həyata keçirmək məqsədi ilə vəzifə saxtakarlığı yolu ilə hazırladığı formal iclas protokollarının gündəliyinə torpaq sahələrinin satılmasına dair məsələləri qeyd edərək bələdiyyə iclas katibinin əvəzindən imzalayıb vəzifə saxtakarlığı yolu ilə hazırladığı iclas protokolları olan rəsmi sənədləri özü tərəfindən imzaladıqdan və özünə təhkim edilmiş həmin İdarənin möhürü ilə təsdiqlədikdən sonra həmin bələdiyyə ərazisindən torpaq sahələrini, o cümlədən, 10 fevral 2020-ci il 3 nömrəli bələdiyyə iclas protokolunda “Şahid3” qrafasının qarşısında olan imzanı cinayətdən xəbərsiz bələdiyyə üzvü X16 əvəzinə imzalamaqla saxtalaşdırıb "xxxx" MMC-nin nümayəndəsi X18 0,72 ha torpaq sahəsini 15 fevral 2020-ci il tarixli 4Ə-152 nömrəli icarə müqaviləsi əsasında 7930 manat icarəyə verməklə, eyni niyyətlə, 19 may 2020-ci il tarixli 10 nömrəli bələdiyyə iclas protokolunda “Şahid3” qrafasının qarşısında olan imzanı cinayətdən xəbərsiz bələdiyyə üzvü X16 əvəzinə imzalamaqla saxtalaşdırıb Şahid8 0,12 ha torpaq sahəsini 21 may 2020-cı il tarixli 4Ə-330 nömrəli alqı-satqı müqaviləsi əsasında 1562 manata satmaqla, eyni niyyətlə, 19 fevral 2021-ci il tarixli 5 nömrəli bələdiyyə iclas protokolunda “Şahid3” qrafalsının qarşısında olan imzanı cinayətdən xəbərsiz bələdiyyə üzvü X16 əvəzinə imzalamaqla saxtalaşdırıb Şahid2 Novruz oğluna 0,1 ha torpaq sahəsini 19 mart 2021-cı il tarixli 4Ə-227 nömrəli alqısatqı müqaviləsi əsasında 1600 manata satmaqla, eyni niyyətlə, 4 oktyabr 2021-ci il tarixli 23 nömrəli bələdiyyə iclas protokolunda “Şahid3” qrafasının qarşısında olan imzanı cinayətdən xəbərsiz bələdiyyə üzvü X16 əvəzinə imzalamaqla saxtalaşdırıb X19 0,1 ha torpaq sahəsini 5 oktyabr 2021-cı il tarixli 4Ə-1092 nömrəli alqı-satqı müqaviləsi əsasında 2000 manata satmaqla, eyni niyyətlə, 1 aprel 2022-ci il tarixli 9 nömrəli bələdiyyə iclas protokolunda “Şahid3” qrafasının qarşısında olan imzanı cinayətdən xəbərsiz bələdiyyə üzvü X16 əvəzinə imzalamaqqla saxtalaşdırıb X27 0,1 ha torpaq sahəsini 2 aprel 2022-ci il tarixli 4Ə-433 nömrəli alqı-satqı müqaviləsi əsasında 2060 manata satmaqla, eyni niyyətlə, 20 fevral 2023-cü il tarixli 4 nömrəli bələdiyyə iclas protokolunda “Şahid3” qrafasının qarşısında olan imzanı cinayətdən xəbərsiz bələdiyyə üzvü X16 əvəzinə imzalamaqla saxtalaşdırıb Şahid7 0,12 ha torpaq sahəsini 25 fevral 2023-cü il tarixli 4Ə-328 nömrəli alqı-satqı müqaviləsi əsasında 2520 manata satmaqla, eyni niyyətlə, 3 mart 2023-cü il tarixli 6 nömrəli bələdiyyə iclas protokolunda “Şahid3” qrafasının qarşısında olan imzanı cinayətdən xəbərsiz bələdiyyə üzvü X16 əvəzinə imzalamaqla saxtalaşdırıb X5 0,12 ha torpaq sahəsini 14 mart 2023-cü il tarixli 4Ə-446 nömrəli alqı-satqı müqaviləsi əsasında 2520 manata satmaqla Zərərçəkmiş şəxs əmlak hüquqlarına və qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərini aşmış, vəzifəli şəxs kimi rəsmi sənədlərə vahid şəxsi niyyətlə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 309.1 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1 və 313-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, bələdiyyə iclası keçirmədən torpaq sahələrinin icarəsini və satışını həyata keçirmiş olsa da, bələdiyyə iclas protokolunda iclas katibi Şahid3 imzasını saxtalaşdırmamışdır. Şahid3 protokolun məzmunundan xəbəri olmasa da, sonradan protokolları aparıb sonuncuya imzalatdırmışdır. Belə ki, 2019-cu ildə keçirilmiş bələdiyyə seçkilərində iştirak edib Qəbələ rayon, Kürd bələdiyyəsinə üzv seçilmişdir. 03 fevral 2020-ci il tarixdə bələdiyyə üzvlərinin iştirakı ilə həyata keçirilmiş iclasda Qəbələ rayon Kürd bələdiyyəsinin sədri seçilmiş və həmin dövrdən də öz fəaliyyətinə başlamışdır. İndiyədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi tərəfindən hər hansı bir yoxlamaya tabe tutulmamışdır. Bələdiyyənin ondan başqa daha 8 üzvü vardır. X25, X26, Şahid5, X11, Şahid4, Şahid1, Nümayəndə və X20 bələdiyyənin üzvləridir. Ümumilikdə bələdiyyənin 300 ha yaxın torpaq sahəsi vardır. 194 ha örüş sahəsi, 17,5 ha əkin ehtiyat fondudur, qalan hissəsi istifadəyə yararsız, dağlıq və ya kol-kos ərazidir. 10 fevral 2020-ci il 3 nömrəli bələdiyyə iclas protokolu əsasında "xxxx" MMC-nin nümayəndəsi X18 0,72 ha torpaq sahəsini 15 fevral 2020-ci il tarixli 4Ə-152 nömrəli icarə müqaviləsi əsasında 7930 manata icarəyə vermişdir. Həmçinin 19 may 2020-ci il tarixli 10 nömrəli bələdiyyə iclas protokolu əsasında Şahid8 0,12 ha torpaq sahəsini 21 may 2020-cı il tarixli 4Ə-330 nömrəli alqı-satqı müqaviləsi əsasında 1562 manata, 19 fevral 2021-ci il tarixli 5 nömrəli bələdiyyə iclas protokolu əsasında Şahid2 Novruz oğluna 0,1 ha torpaq sahəsini 19 mart 2021 -ci il tarixli 4Ə- 227 nömrəli alqı-satqı müqaviləsi əsasında 1600 manata, 4 oktyabr 2021-ci il tarixli 23 nömrəli bələdiyyə iclas protokolu əsasında X19 0,1 ha torpaq sahəsini 5 oktyabr 2021-cı il tarixli 4Ə- 1092 nömrəli alqı-satqı müqaviləsi əsasında 2000 manata, 1 aprel 2022- ci il tarixli 9 nömrəli bələdiyyə iclas protokolu əsasında X27 0,1 ha torpaq sahəsini 2 aprel 2022-ci il tarixli 4Ə-433 nömrəli alqı-satqı müqaviləsi əsasında 2060 manata, 20 fevral 2023-cü il tarixli 4 nömrəli bələdiyyə iclas protokolu əsasında X12 0,12 ha torpaq sahəsini 25 fevral 2023-cü il tarixli 4Ə- 328 nömrəli alqı-satqı müqaviləsi əsasında 2520 manata, 3 mart 2023-cü il tarixli 6 nömrəli bələdiyyə iclas protokolu əsasında X5 0,12 ha torpaq sahəsini 14 mart 2023-cü il tarixli 4Ə-446 nömrəli alqı-satqı müqaviləsi əsasında 2520 manata satmışdır. Bütün alqı-satqı müqavilələri notarial qaydada təsdiq edilmişdir. Həmin torpaq sahələri üçün ödənilmiş pul vəsaitləri bələdiyyənin büdcəsinə köçürülmüşdür. Həmin pul vəsaitləri hesabına əmək haqqı, DSMF ödənişlərini, DƏDRX-dan çıxarışın rüsumlarını, İcbari Tibbi Sığorta, bank xidməti ödənişlərini və digər ödənişləri həyata keçirmişdir. Bələdiyyə iclaslarının faktiki olaraq keçirilməmiş, bələdiyyə üzvlərinin adının iclas protokollarına formal olaraq qeyd etmişdir. Protokollar Qəbələ rayonu, Kürd kəndində yerləşən inzibati binasında tərəfindən hazırlanaraq yazılmışdır. Təqsirləndirilən şəxs ifadəsində eyni zamanda göstərdi ki, törətdiyi əməldən peşmandır, həmin əməli mənfəət əldə etmək niyyəti ilə törətməmişdir. Torpaq sahələrinin gəlirindən əldə etdiyi gəliri bələdiyyənin büdcəsinə keçirmişdir. Sənədləri saxtalaşdırmasına səbəb bələdiyyə üzvlərinin bələdiyyə iclaslarında iştirak etmələrində maraqlı olmamalarıdır. Zərərçəkmiş şəxs kimi tanınsa da, bununla razı deyil. Çünki bələdiyyəyə heç bir ziyan dəyməmişdir. Buna baxmayaraq hal-hazırda zərərçəkmiş Zərərçəkmiş şəxs də ondan hər hansı şikayət və tələbi yoxdur. Himayəsində 2 azyaşlı uşağının olmasını da nəzərə alıb ona yüngül cəza təyin edilməsini xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdi ki,2019-cu ildə keçirilmiş bələdiyyə seçkilərində iştirak edib Qəbələ rayon, Kürd bələdiyyəsinə üzv seçilmişdir. 03 fevral 2020-ci il tarixdə bələdiyyə üzvlərinin iştirakı ilə həyata keçirilmiş iclasda Təqsirləndirilən şəxs Qəbələ rayon Kürd bələdiyyəsinin sədri seçilmişdir. Bələdiyyənin ondan başqa daha 8 üzvü vardır. Şahid1, Şahid3, Şahid5, X11, Şahid4, Şahid9, X20 bələdiyyənin üzvləridir. Bələdiyyə üzvü seçildikdən sonra heç vaxt hər hansı bələdiyyə iclasında iştirak etməmişdir. Bununla bağlı ona heç vaxt heç bir məlumat verilməmişdir. Bələdiyyə tərəfindən hər hansı torpaq sahəsinin satılmasından və ya icarəyə verilməsindən tam olaraq məlumatsızdır. Bələdiyyə tərəfindən yol təmiri üçün 2020-ci ildə 7800 manat, 2022-ci ildə isə 3200 manat pul vəsaiti büdcədən çıxarılmasıilə bağlı iclaslarda iştirak etməmişdir. Ancaq kənd ərazisinin yollarının təmirinin həyata keçirilməsini təsdiq edir. Yollara daş tökülüb və yolların düzləşdirilməsi işləri icra olunmuşdur. 02 oktyabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxsə qarşı şikayət və tələblərinin olmadığını göstərməklə təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Qəbələ rayonu, Kürd kəndində anadan olmuş və burada məskunlaşıb yaşamışdır. Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra kənd sakinlərinin yaşadıqları torpaq sahələri pay torpağı qismində həmin şəxslərə verilmişdir. Bəzi hallarda isə torpaq sahələri kənd sakinlərinin istifadəsində qalsa da, daha sonra həyata keçirilmiş islahatlar nəticəsində bir qismi yerli bələdiyyə qurumlarının balansına verilmişdir. Eləcə də ata ocağının yerləşdiyi torpaq sahəsinin də bir hissəsi bələdiyyənin balansında olduğundan həmin torpaq sahəsi ilə bağlı sənədləşmə aparılması və torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması qərarına gəlmişdir. Bu barədə Qəbələ rayon, Kürd bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs rəsmi olaraq müraciət etmişdir. Daha sonra ona müvafiq qurum tərəfindən ölçü və çəkiliş işləri aparılmalı və daha sonra həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ tanınmalı olduğu barədə məlumat verilmişdir. Yalnız bundan sonra artıq alqı-satqı müqaviləsi əsasında həmin torpaq sahəsini alıb mülkiyyət hüququnu tanıtması mümkün ola bilər. Qeyd etdiyi prosedurlar bir neçə ay davam etmiş, daha sonra isə bütün sənədləşmə işləri həyata keçirilib yekunlaşdığından xx.xx.2020-ci il tarixdə notarial qaydada Qəbələ rayon, Kürd bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs və arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən qeyd etdiyi 0,12 ha torpaq sahəsi qarşılığında 1562 manat pul vəsaitini bələdiyyənin bank hesabına köçürmüşdür. Alqı-satqı həyata keçirildikdən sonra isə müvafiq quruma müraciət edərək mülkiyyət hüququnun tanınmasına dair çıxarış almışdır. Təqsirləndirilən şəxs qeyd olunan məsələ ilə bağlı ondan heç bir məbləğdə pul tələb etməmişdir. Həmin torpaq sahəsi elə bir yerdədir ki, heç kim həmin torpaq sahəsini alıb hansısa yararlı işə istifadə edə bilməzdi. Çünki torpaq sahəsi üçkünc formada onun istifadəsində olan digər torpaq sahəsinə bitişik halda olmuşdur. Bələdiyyələr yaradıldıqdan sonra həmin hissə bələdiyyənin balansına verildiyindən illərdir istifadəsində olan həmin torpaq sahəsi üzərində qanuni mülkiyyət hüququnu təsdiq edən sənədin alınması üçün müraciət etmişdir. O, yalnız torpağın dəyərini və müvafiq dövlət rüsumlarını ödəmişdir. Təqsirləndirilən şəxs heç bir məbləğdə pul verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2da Şahid8la oxşar məzmunlu ifadə verərək Qəbələ rayon Kürd bələdiyyəsindən aldığı 0,10 ha torpaq sahəsi üzrə yalnız bələdiyyənin bank hesabına ödəniş etdiyini, Təqsirləndirilən şəxs əlavə heç bir məbləğdə pul vermədiyini, bütün proseslərin qanuni şəkildə həyata keçirildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, həm özü, həm də rəsmi nigahda olduğu arvadı X30 rayonu, Kürd kəndində anadan olmuş və burada yaşamışdır. Bir müddət Bakı şəhərində işlədiyindən və həmin işlə əlaqədar Bakı şəhərində qeydiyyatda olmalı olduğundan qeydiyyat ünvanı fərqlidir. Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra kənd sakinlərinin yaşadıqları torpaq sahələri pay torpağı qismində həmin şəxslərə verilmişdir. SSRİ dövründə həmin torpaq sahəsi kolxozun istifadəsində olmuşdur. Daha sonra isə islahat komissiyası yaranmış və müxtəlif qurumların balansına verilmişdir. Növbəti dövrdə isə torpaq sahələri kənd sakinlərinin istifadəsində qalsa da, daha sonra həyata keçirilmiş islahatlar nəticəsində bir qismi yerli bələdiyyə qurumlarının balansına verilmişdir. O, illərdir yaşayıb məskunlaşdığı və istifadəsində olan torpaq sahəsinin faktiki olaraq bələdiyyənin balansında olan 0.12 ha hissəsi ilə əlaqədar sənədləşmə həyata keçirmək istəmiş və bununla bağlı bələdiyyəyə müraciət etmişdir. Bu barədə Qəbələ rayon, Kürd bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs rəsmi olaraq müraciət etmişdir. Rəsmi sənədləşmə işləri yekunlaşdırıldıqdan sonra xx.xx.2023-cü il tarixdə notarial qaydada Qəbələ rayon, Kürd bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs və arvadı Şəfəq İsgəndərova arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Şəfəq İsgəndərovanın adından isə notariatda etibarnamə ilə o, özü çıxış etmişdir. Həmin alqı-satqı müqaviləsinə əsasən qeyd etdiyi 0,12 ha torpaq sahəsi qarşılığında 2520 manat pul vəsaitini bələdiyyənin bank hesabına köçürmüşdür. Alqısatqı həyata keçirildikdən sonra isə müvafiq quruma müraciət edərək mülkiyyət hüququnun tanınmasına dair çıxarış almışdır. Alqı-satqıda arvadının adı qeyd edilsə də, bütün proseslərdə özü iştirak edib pul vəsaitini bank hesabına köçürmüşdür. Təqsirləndirilən şəxs qeyd olunan məsələ ilə bağlı heç bir məbləğdə pul tələb etməmişdir. O, yalnız torpağın dəyərini və müvafiq dövlət rüsumlarını ödəmişdir. Hətta torpaq sahəsinin satış qiymətinin bir qədər çox olmasından narazılıq edib, Şəki şəhərində yerləşən bələdiyyələrlə iş mərkəzinə müraciət etmiş, ona kənd sakinləri üçün nəzərdə tutulmuş minimal məbləğ bu olduğu izah edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Qəbələ rayonu, Kürd kənd bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs ilə 4 fevral 2020-ci il tarixdə müqavilə bağlamışlar. Müqaviləyə əsasən Qaradeyin və Kürd kəndlərinin yollarının 5 km olan hissəsinə tərəfindən "qrabel" adlanan daş doldurulmalı idi. Səhv etmirsə geyd olunan yollara ümumilikdə 60 maşın daş tökülmüşdür. Daha sonra isə Göyçay rayonunda olan adını xatırlamadığı şəxslə danışıb həmin yolların "qredir"lə düzəldilməsi və "katoq"la hamarlaşdırılması işlərini də yekunlaşdırıb təhvil-təslim aktı əsasında işi 14 fevral 2020-ci il tarixdə Təqsirləndirilən şəxs təhvil vermişdir. İşlərin təhvil verilməsi zamanı kənd sakinləri də iştirak etmişdir və tərtib edilmiş akta hər bir iştirakçı imza atmışdır. Qeyd olunan işlərin qarşılığında ümumilikdə 7800 manat pul vəsaitini nağd qaydada almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Qəbələ rayonu, Qaradeyin kəndində anadan olmuşdur və burada məskunlaşıb yaşamışdır. X33 da Qəbələ rayonu Qaradeyin kəndində anadan olmuş və burada yaşamışdır. Azerbaycan Respublikası müstəqillik qazandıqdan sonra kənd sakinlərinin yaşadıqları torpaq sahələri pay torpağı qismində həmin şəxslərə verilmişdir. Bəzi hallarda isə torpaq sahələri kənd sakinlərinin istifadəsində qalsa da, daha sonra həyata keçirilmiş islahatlar nəticəsində bir qismi yerli bələdiyyə qurumlarının balansına verilmişdir. Onun da iki övladı var və bu səbəbdən qərara gəlmişdir ki, kənd ərazisindən övladının gələcəkdə yaşaması üçün torpaq sahəsi alsın. Bu barədə Qəbələ rayon, Kürd bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs rəsmi olaraq müraciət etmişdir. O da ona məlumat vermişdir ki, bələdiyyənin balansında həyətyanı torpaq sahələri var və müvafiq qurum tərəfindən ölçüm və çəkiliş işləri aparılmalı, daha sonra həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ tanınmalıdır. Yalnız bundan sonra artıq alqısatqı müqaviləsi əsasında həmin torpaq sahəsini alıb mülkiyyət hüququnu tanıda bilər. Qeyd etdiyi prosedurlar bir neçə ay davam etmişdir. Daha sonra isə qeyd etdiyi bütün sənədləşmə işləri həyata keçirilib yekunlaşdığından xx.xx.2023-cü il tarixdə notarial qaydada Qəbələ rayon, Kürd bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs və onun arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən qeyd etdiyi 0,12 ha torpaq sahəsi qarşılığında 2520 manat pul vəsaitini bələdiyyənin bank hesabına köçürmüşdür. Alqı-satqı həyata keçirildikdən sonra isə müvafiq quruma müraciət edərək mülkiyyət hüququnun tanınmasına dair çıxarış almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2019-cu ildə keçirilmiş bələdiyyə seçkilərində iştirak edib Qəbələ rayon, Kürd bələdiyyəsinə üzv seçilmişdir. 03 fevral 2020-ci il tarixdə bələdiyyə üzvlərinin iştirakı ilə həyata keçirilmiş iclasda Təqsirləndirilən şəxs Qəbələ rayon Kürd bələdiyyəsinin sədri seçilmişdir. Bələdiyyənin ondan başqa daha 8 üzvü vardır. Şahid9, Şahid3, Şahid5, X11, Şahid4, Nümayəndə, Nümayəndə bələdiyyənin üzvləridir. Qeyd etmək istəyir ki, bələdiyyə üzvü seçildikdən sonra heç vaxt hər hansı bələdiyyə iclasında iştirak etməmişdir. Bununla bağlı ona heç vaxt heç bir məlumat verilməmişdir. Bələdiyyə tərəfindən hər hansı torpaq sahəsinin satılmasından və ya icarəyə verilməsindən tam olaraq məlumatsızdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2019-cu ildə keçirilmiş bələdiyyə seçkilərində iştirak edib Qəbələ rayon, Kürd bələdiyyəsinə üzv seçilmişdir. 03 fevral 2020-ci il tarixdə bələdiyyə üzvlərinin iştirakı ilə həyata keçirilmiş iclasda Təqsirləndirilən şəxs Qəbələ rayon Kürd bələdiyyəsinin sədri seçilmişdir. Bələdiyyənin ondan başqa daha 8 üzvü vardır. Şahid9, Şahid3, Şahid1, X11, Şahid4, Nümayəndə, X20 bələdiyyənin üzvləridir. Bələdiyyə üzvü seçildikdən sonra heç vaxt hər hansı bələdiyyə iclasında iştirak etməmişdir. Bununla bağlı ona heç vaxt heç bir məlumat verilməmişdir. Bələdiyyə tərəfindən hər hansı torpaq sahəsinin satılmasından və ya icarəyə verilməsindən tam olaraq məlumatsızdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X26 ifadəsində göstərmişdir ki, Qəbələ rayonu, Kürd kənd bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs seçilmişdir. Ancaq 2019-cu ildən bu günə qədər heç bir bələdiyyə iclasında iştirak etməmişdir. Çünki, həm Qəbələ rayonu, Kürd kənd İƏD üzrə nümayəndəliyində olan işlərim həddən artıq çoxdur, həm də hər hansı iclasa dəvət edilməmişdir. Bu səbəbdən də həmin bələdiyyədə hər hansı iclas keçirilib-keçirilməməsi barədə məlumatı yoxdur. Bundan başqa qeyd etmək istəyir ki, onun adının bələdiyyə iclaslarının katibi kimi qeyd edilməsindən də məlumatı olmamışdır. Təqsirləndirilən şəxs ilə normal münasibətləri olmuşdur. Hansı səbəbdən belə saxtakarlığa yol verdiyini bilmir Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 309.1 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini hər birinin törətməsi zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadəsi, iş materialları və aşağıda göstərilən digər sübutlarlada təsdiq edilir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Qəbələ rayon Kürd bələdiyyəsinin 19 may 2020-ci il tarixli 10 nömrəli protokolundan görünür ki, iclasda Şahid9, Şahid4, Təqsirləndirilən şəxs, Şahid1, Şahid3, X11, X20 və Nümayəndə iştirakı qeyd edilmiş və keçirilmiş bələdiyyə iclasında Qəbələ rayon Kürd bələdiyyəsinin alqı-satqı predmeti olan Kürd kəndində yerləşən yaşayış məntəqələri kateqoriyasına aid olan 0.12 ha torpaq sahəsinin Şahid8 satılması barədə qərar qəbul edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Qəbələ rayon Kürd bələdiyyəsinin 19 fevral 2021-ci il tarixli 5 nömrəli protokolundan görünür ki, iclasda Şahid9, Şahid4, Təqsirləndirilən şəxs, Şahid1, Şahid3, X11 və Nümayəndə iştirakı qeyd edilmiş və keçirilmiş bələdiyyə iclasında Qəbələ rayon Kürd bələdiyyəsinin alqı-satqı predmeti olan Qaradeyin kəndində yerləşən yaşayış məntəqələri kateqoriyasına aid olan 0.1 ha torpaq sahəsinin Şahid2 satılması barədə qərar qəbul edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Qəbələ rayon Kürd bələdiyyəsinin 4 oktyabr 2021-ci il tarixli 13 nömrəli protokolundan görünür ki, iclasda Şahid9, Şahid4, Təqsirləndirilən şəxs, Şahid1, Şahid3, X11 və Nümayəndə iştirakı qeyd edilmiş və keçirilmiş bələdiyyə iclasında Qəbələ rayon Kürd bələdiyyəsinin alqı-satqı predmeti olan Qaradeyin kəndində yerləşən yaşayış məntəqələri kateqoriyasına aid olan 0.1 ha torpaq sahəsinin Quliyeva Yeganə qızına satılması barədə qərar qəbul edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Qəbələ rayon Kürd bələdiyyəsinin 1 aprel 2022-ci il tarixli 9 nömrəli protokolundan görünür ki, iclasda Şahid9, Şahid4, Təqsirləndirilən şəxs, Şahid1, Şahid3, X11 və Nümayəndə iştirakı qeyd edilmiş və keçirilmiş bələdiyyə iclasında Qəbələ rayon Kürd bələdiyyəsinin alqı-satqı predmeti olan Qaradeyin kəndində yerləşən yaşayış məntəqələri kateqoriyasına aid olan 0.1 ha torpaq sahəsinin X4 barədə qərar qəbul edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Qəbələ rayon Kürd bələdiyyəsinin 3 mart 2023-cü il tarixli 6 nömrəli protokolundan görünür ki, iclasda Şahid9, Şahid4, Təqsirləndirilən şəxs, Şahid1, Şahid3, Şahid5 və Nümayəndə iştirakı qeyd edilmiş və keçirilmiş bələdiyyə iclasında Qəbələ rayon Kürd bələdiyyəsinin alqı-satqı predmeti olan Kürd kəndində yerləşən yaşayış məntəqələri kateqoriyasına aid olan 0.12 ha torpaq sahəsinin Şahid8 satılması barədə qərar qəbul edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Qəbələ rayon Kürd bələdiyyəsinin 20 may 2023-cü il tarixli 4 nömrəli protokolundan görünür ki, iclasda Şahid9, Şahid4, Təqsirləndirilən şəxs, Şahid1, Şahid3, Şahid5 və Nümayəndə iştirakı qeyd edilmiş və keçirilmiş bələdiyyə iclasında Qəbələ rayon Kürd bələdiyyəsinin alqı-satqı predmeti olan Qaradeyin kəndində yerləşən yaşayış məntəqələri kateqoriyasına aid olan 0.12 ha torpaq sahəsinin Şahid7 satılması barədə qərar qəbul edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş 25 may 2023-cü il tarixli 4/823 nömrəli məhkəmə-xəttşünaslıq ekspertizasının rəyindən görünür ki: ekspertizaya təqdim edilmiş Qəbələ rayon Kürd Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 27 saylı iclas protokolunda, xx.xx.2020-ci il tarixli 26 saylı iclas protokolunda, xx.xx.2020-ci il tarixli 25 saylı iclas protokolunda, xx.xx.2020-ci il tarixli 24 saylı iclas protokolunda, xx.xx.2020ci il tarixli 23 saylı iclas protokolunda, xx.xx.2020-ci il tarixli 22 saylı iclas protokolunda, xx.xx.2020-ci il tarixli 21 saylı iclas protokolunda, xx.xx.2020-ci il tarixli 20 saylı iclas protokolunda, xx.xx.2020-ci il tarixli 19 saylı iclas protokolunda, xx.xx.2020-ci il tarixli 18 saylı iclas protokolunda, xx.xx.2020-ci il tarixli 17 saylı iclas protokolunda, xx.xx.2020-ci il tarixli 16 saylı iclas protokolunda, xx.xx.2020-ci il tarixli 15 saylı iclas protokolunda, xx.xx.2020-ci il tarixli 14 saylı iclas protokolunda, xx.xx.2020-ciil tarixli 13 saylı iclas protokolunda, xx.xx.2020ci il tarixli 12 saylı iclas protokolunda, xx.xx.2020-ci il tarixli 11 saylı iclas protokolunda, xx.xx.2020-ci il tarixli 09 saylı iclas protokolunda; Qəbələ rayon Kürd Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 33 saylı iclas protokolunda, xx.xx.2021-ci il tarixli 32 saylı iclas protokolunda, xx.xx.2021-ci il tarixli 31 saylı iclas protokolunda, xx.xx.2021-ci il tarixli 30 saylı iclas protokolunda, xx.xx.2021-ci il tarixli 29 saylı iclas protokolunda, xx.xx.2021-ci il tarixli 28 saylı iclas protokolunda, xx.xx.2021-ci il tarixli 27 saylı iclas protokolunda, 02.11. 2021-ci il tarixli 26 saylı iclas protokolunda, xx.xx.2021-ci il tarixli 25 saylı iclas protokolunda, xx.xx.2021ci il tarixli 24 saylı iclas protokolunda, xx.xx.2021-ci il tarixli 23 saylı iclas protokolunda, xx.xx.2021-ci il tarixli 22 saylı iclas protokolunda, xx.xx.2021-ci il tarixli 21 saylı iclas protokolunda, xx.xx.2021-ci il tarixli 20 saylı iclas protokolunda, xx.xx.2021-ci il tarixli 19 saylı iclas protokolunda, xx.xx.2021-ci il tarixli 18 saylı iclas protokolunda, xx.xx.2021-ci il tarixli 17 saylı iclas protokolunda, xx.xx.2021-ci il tarixli 16 saylı iclas protokolunda, xx.xx.2021-ci il tarixli 15 saylı iclas protokolunda, xx.xx.2021-ci il tarixli 14 saylı iclas protokolunda, xx.xx.2021ci il tarixli 13 saylı iclas protokolunda, xx.xx.2021-ci il tarixli 12 saylı iclas protokolunda, xx.xx.2021-ci il tarixli 11 saylı iclas protokolunda, xx.xx.2021-ci il tarixli 10 saylı iclas protokolunda, xx.xx.2021-ci il tarixli 09 saylı iclas protokolunda, xx.xx.2021-ci il tarixli 08 saylı iclas protokolunda, xx.xx.2021-ci il tarixli 07 saylı iclas protokolunda, xx.xx.2021-ci il tarixli 06 saylı iclas protokolunda, xx.xx.2021-ci il tarixli 05 saylı iclas protokolunda, xx.xx.2021-ci il tarixdə 04 saylı iclas protokolunda, xx.xx.2021-ci il tarixli 03 saylı iclas protokolunda, xx.xx.2021-ci il tarixli 02 saylı iclas protokolunda; Qəbələ rayon Kürd Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 24 saylı iclas protokolunda, 21.11 2022-ci il tarixli 22 saylı iclas protokolunda, xx.xx.2022-ci il tarixli 21 saylı iclas protokolunda, xx.xx.2022-ci il tarixli 19 saylı iclas protokolunda, xx.xx.2022-ci il tarixli 18 saylı iclas protokolunda, xx.xx.2022-ci il tarixli 17 saylı iclas protokolunda, xx.xx.2022-ci il tarixli 16 saylı iclas protokolunda, xx.xx.2022-ci il tarixli 15 saylı iclas protokolunda, 28.06 2022-ci il tarixli 14 saylı iclas protokolunda, xx.xx.2022-ci il tarixli 13 saylı iclas protokolunda, xx.xx.2022-ci il tarixli 12 saylı iclas protokolunda, xx.xx.2022-ci il tarixli 11 saylı iclas protokolunda, xx.xx.2022-ci il tarixli 09 saylı iclas protokolunda, xx.xx.2022-ci il tarixli 08 saylı iclas protokolunda, xx.xx.2022-ci il tarixli 07 saylı iclas protokolunda, xx.xx.2022-ci il tarixli 06 saylı iclas protokolunda, xx.xx.2022-ci il tarixli 05 saylı iclas protokolunda, xx.xx.2022-ci il tarixli 01 saylı iclas protokolunda; Qəbələ rayon Kürd Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 06 saylı iclas protokolunda, xx.xx.2023-cü il tarixli 05 saylı iclas protokolunda, xx.xx.2023-cü il tarixli 04 saylı iclas protokolunda, xx.xx.2023-cü il tarixli 02 saylı iclas protokolunda “İclas katibi: X29” qrafalarındakı imzalar - HÜSEYİNLİ ƏRTOĞRUL NAMİQ, oğlu tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, Qəbələ rayon Kürd Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 10 saylı iclas protokolunda, xx.xx.2020-ci il tarixli 08 saylı iclas protokolunda, xx.xx.2020-ci il tarixli 07 saylı iclas protokolunda, xx.xx.2020-ci il tarixli 06 saylı iclas protokolunda, xx.xx.2020-ci il tarixli 05 saylı iclas protokolunda, xx.xx.2020-ci il tarixli 04 saylı iclas protokolunda, xx.xx.2020-ci il tarixli 03 saylı iclas protokolunda, xx.xx.2022-ci il tarixli 20 saylı iclas protokolunda, xx.xx.2022-ci il tarixli 10 saylı iclas protokolunda, xx.xx.2022-ci il tarixli 04 saylı iclas protokolunda, xx.xx.2022ci il tarixli 03 saylı iclas protokolunda, xx.xx.2022-ci il tarixli 02 saylı iclas protokolunda, xx.xx.2023-cü il tarixli 03 saylı iclas protokolunda, xx.xx.2023-cü il tarixli 01 saylı iclas protokolunda “İclas katibi: X29” qrafalarındakı imzalar - X29 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, Qəbələ rayon Kürd Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 10 saylı iclas protokolunda, xx.xx.2020-ci il tarixli 08 saylı iclas protokolunda, xx.xx.2020-ci il tarixli 07 saylı iclas protokolunda, xx.xx.2020-ci il tarixli 06 saylı iclas protokolunda, xx.xx.2020ci il tarixli 05 saylı iclas protokolunda, xx.xx.2020-ci il tarixli 04 saylı iclas protokolunda, xx.xx.2020-ci il tarixli 03 saylı iclas protokolunda, xx.xx.2022-ci il tarixli 20 saylı iclas protokolunda, xx.xx.2022-ci il tarixli 10 saylı iclas protokolunda, xx.xx.2022-ci il tarixli 04 saylı iclas protokolunda, xx.xx.2022-ci il tarixli 03 saylı iclas protokolunda, xx.xx.2022-ci il tarixli 02 saylı iclas protokolunda, xx.xx.2023-cü il tarixli 03 saylı iclas protokolunda, xx.xx.2023-cü il tarixli 01 saylı iclas protokolunda “İclas katibi: X29” qrafalarındakı imzaların - Təqsirləndirilən şəxs tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub - olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində (tədqiq olunan imzaları Təqsirləndirilən şəxs imza nümunələri ilə müqayisə etdikdə məlum oldu ki, tədqiq olunan imzalarda qrafik materialın azlığı, cizgilərin sadəliyi, imzalarda həmin uyğunlaşdırıcı, həm də fərqləndirici əlamətlərin mövcud olması səbəblərindən müqayisəedici tədqiqat zamanı imkan vermi ki, müəyyən bir qəti rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyatını seçib ayrımaq mümükn olsun) göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Ekspertizaya təqdim edilmiş, Qəbələ rayon Kürd Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 23 saylı iclas protokolunda “İclas katibi: X29” qrafalarındakı imzanı - tədqiqat prosesinin təsviri hissəsinin 4-cü bəndində göstərilən səbəblərə görə tədqiqat üçün yararsız oluğundan, Azərbaycan Respublikası CPM-nin 97.4.2-ci və “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 12-ci maddələrinə əsasən bildiririk ki, həmin imzanın - Təqsirləndirilən şəxs tərəfindən və X29 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmaması haqqında rəy vermək mümkün deyildir. Ekspertizaya təqdim edilmiş Qəbələ rayon Kürd bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 27 nömrəli, xx.xx.2020-ci il tarixli 26 nömrəli, xx.xx.2020-ci il tarixli 25 nömrəli, xx.xx.2020-ci il tarixli 24 nömrəli, xx.xx.2020-ci il tarixli 23 nömrəli, xx.xx.2020-ci il tarixli 22 nömrəli, xx.xx.2020-ci il tarixli 21 nömrəli, xx.xx.2020-ci il tarixli 20 nömrəli, xx.xx.2020-ci il tarixli 19 nömrəli, xx.xx.2020-ci il tarixli 18 nömrəli, xx.xx.2020-ci il tarixli 17 nömrəli, xx.xx.2020-ci il tarixli 16 nömrəli, xx.xx.2020-ci il tarixli 15 nömrəli, xx.xx.2020-ci il tarixli 14 nömrəli, xx.xx.2020-ci il tarixli 13 nömrəli, xx.xx.2020-ci il tarixli 12 nömrəli, xx.xx.2020-ci il tarixli 11 nömrəli, xx.xx.2020-ci il tarixli 9 nömrəli, xx.xx.2021-ci il tarixli 33 nömrəli, xx.xx.2021-ci il tarixli 32 nömrəli, xx.xx.2021-ci il tarixli 31 nömrəli, xx.xx.2021-ci il tarixli 30 nömrəli, xx.xx.2021-ci il tarixli 28 nömrəli, xx.xx.2021-ci il tarixli 27 nömrəli, xx.xx.2021-ci il tarixli 26 nömrəli, xx.xx.2021-ci il tarixli 25 nömrəli, xx.xx.2021-ci il tarixli 24 nömrəli, xx.xx.2021-ci il tarixli 23 nömrəli, xx.xx.2021-ci il tarixli 22 nömrəli, xx.xx.2021-ci il tarixli 21 nömrəli, xx.xx.2021-ci il tarixli 20 nömrəli, xx.xx.2021-ci il tarixli 19 nömrəli, xx.xx.2021-ci il tarixli 18 nömrəli, xx.xx.2021-ci il tarixli 17 nömrəli, xx.xx.2021-ci il tarixli 16 nömrəli, xx.xx.2021-ci il tarixli 15 nömrəli, xx.xx.2021-ci il tarixli 14 nömrəli, xx.xx.2021-ci il tarixli 13 nömrəli, xx.xx.2021-ci il tarixli 12 nömrəli, xx.xx.2021-ci il tarixli 11 nömrəli, xx.xx.2021-ci il tarixli 10 nömrəli, xx.xx.2021-ci il tarixli 9 nömrəli, xx.xx.2021-ci il tarixli 8 nömrəli, xx.xx.2021-ci il tarixli 7 nömrəli, xx.xx.2021-ci il tarixli 6 nömrəli, xx.xx.2021-ci il tarixli 5 nömrəli, xx.xx.2021-ci il tarixli 4 nömrəli, xx.xx.2021-ci il tarixli 3 nömrəli, xx.xx.2021-ci il tarixli 2 nömrəli, xx.xx.2022-ci il tarixli 24 nömrəli, xx.xx.2022-ci il tarixli 22 nömrəli, xx.xx.2022-ci il tarixli 21 nömrəli, xx.xx.2022-ci il tarixli 19 nömrəli, xx.xx.2022-ci il tarixli 18 nömrəli, xx.xx.2022-ci il tarixli 17 nömrəli, xx.xx.2022-ci il tarixli 16 nömrəli, xx.xx.2022-ci il tarixli 15 nömrəli, xx.xx.2022-ci il tarixli 14 nömrəli, xx.xx.2022-ci il tarixli 13 nömrəli, xx.xx.2022-ci il tarixli 12 nömrəli, xx.xx.2022-ci il tarixli 11 nömrəli, xx.xx.2022-ci il tarixli 9 nömrəli, xx.xx.2022-ci il tarixli 8 nömrəli, xx.xx.2022-ci il tarixli 7 nömrəli, xx.xx.2022-ci il tarixli 6 nömrəli, xx.xx.2022-ci il tarixli 5 nömrəli, xx.xx.2022-ci il tarixli 1 nömrəli, xx.xx.2023-cü il tarixli 6 nömrəli, xx.xx.2023-cü il tarixli 5 nömrəli, xx.xx.2023-cü il tarixli 4 nömrəli, xx.xx.2023-cü il tarixli 2 nömrəli , xx.xx.2020ci il tarixli 10 nömrəli, xx.xx.2020-ci il tarixli 8 nömrəli, xx.xx.2020-ci il tarixli 7 nömrəli, xx.xx.2020-ci il tarixli 6 nömrəli, xx.xx.2020-ci il tarixli 5 nömrəli, xx.xx.2020-ci il tarixli 4 nömrəli, xx.xx.2020-ci il tarixli 3 nömrəli, xx.xx.2022-ci il tarixli 20 nömrəli, xx.xx.2022-ci il tarixli 10 nömrəli, xx.xx.2022-ci il tarixli 4 nömrəli, xx.xx.2022-ci il tarixli 3 nömrəli, xx.xx.2022-ci il tarixli 2 nömrəli, xx.xx.2023-cü il tarixli 3 nömrəli, xx.xx.2023-cü il tarixli 1 nömrəli iclas protokollarında “İclas katibi X29” qrafalarında – Şahid3 həqiqi imzalarına oxşadılmaqla icra olunma əlamətləri müşahidə olundu. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qəbələ Regional Asan Xidmət Mərkəzində Notariat Ofisindən daxil olmuş 16 iyul 2023-cü il tarixli məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Qəbələ rayon Kürd bələdiyyəsi tərəfindən xx.xx.2020-ci il tarixli 4Ə-152 nömrəli alqı-satqı müqaviləsi əsasında Qəbələ rayonu, Qaradeyin kəndində yerləşən 0,72 ha sənayə, nəqliyyat və xüsusi təyinatlı torpaq sahəsi 7930 manat qarşılığında "xxxx" MMC-nin adından çıxış edən X18, xx.xx.2020-ci il tarixli 4Ə-330 nömrəli alqı satqı müqaviləsi əsasında Qəbələ rayonu, Kürd kəndində yerləşən 0,12 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi 1562 manat qarşılığında Şahid8, xx.xx.2021-ci il tarixli 4Ə-227 nömrəli alqı satqı müqaviləsi əsasında Qəbələ rayonu, Qaradeyin kəndində yerləşən 0,1 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi 1600 manat qarşılığında Şahid2, xx.xx.2021-ci il tarixli 4Ə-1092 nömrəli alqı satqı müqaviləsi əsasında Qəbələ rayonu, Qaradeyin kəndində yerləşən 0,1 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi 2000 manat qarşılığında X19, xx.xx.2022-ci il tarixli 4Ə-433 nömrəli alqı satqı müqaviləsi əsasında Qəbələ rayonu, Qaradeyin kəndində yerləşən 0,1 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi 2060 manat qarşılığında X27, xx.xx.2023-cü il tarixli 4Ə- 328 nömrəli alqı satqı müqaviləsi əsasında Qəbələ rayonu, Qaradeyin kəndində yerləşən 0,12 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi 2520 manat qarşılığında X13, xx.xx.2023-cü il tarixli 4Ə-446 nömrəli alqı satqı müqaviləsi əsasında Qəbələ rayonu, Kürd kəndində yerləşən 0,12 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi 2520 manat qarşılığında X1. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin X10 daxil olmuş 18 iyul 2023-cü il tarixli rəydən görünür ki, Qəbələ rayonu, Kürd bələdiyyəsinin iclas protokollarında və qərarından çıxarışlarda bələdiyyə üzvlərinin torpaqların satışı və icarəyə verilməsi ilə əlaqəar iclaslarda iştirak edib, rəylərini və qeydlərini bildirmələri barədə qeydlər olsa da, bələdiyyə üzvləri torpaqların satışı və icarəyə verilməsi ilə əlaqədar iclaslarda iştirak etməmiş, rəylərini və qeydlərini bildirməmişlər. Yəni ümumi yığıncaqların keçirilməsi və qərarların qəbul edilməsi üçün sadə səs çoxluğu təmin edilməmişdir. Beləliklə də, “Bələdiyyələrin statusu haqqında” X8 və Zərərçəkmiş şəxs Nizamnaməsinin tələbləri pozulmaqla Qəbələ rayon Kürd bələdiyyəsinin iclas protokollarında və qərarında çıxarışlarda bələdiyyə üzvələrinin torpaqların satışı və icarəyə verilməsi ilə əlaqədar iclaslarda iştirak etmələri barədə bilə-bilə yalan məlumatlar göstərilməklə, sadə səs çoxluğu təmin edilmədən torpaqların satışı və icarəsi həyata keçirilmişdir. Torpaqların satış qiyməti və icarə haqları dövrün bazar qiymətlərinə və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-dən daxil olmuş 6 iyun 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına Qəbələ şəhərində yerləşən 0,03 ha torpaq sahəsi qeydiyyata alınmışdır. Qəbələ rayonu, Kürd kəndində yerləşən 0,05 ha, 1,7016 ha və 0,804 ha torpaq sahələri üzərində birgə mülkiyyət hüququ qeydiyyata alınmışdır. Qəbələ rayonu, Kürd kəndində yerləşən 3,7956 ha torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququ qeydiyyata alınmış, lakin xx.xx.2019-cu il tarixli 4Ə-982 nömrəli alqı-satqı müqaviləsinə əsasən 3,7956 ha torpaq sahəsindən 0,6109 ha hissəsi özgəninkiləşdirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Qəbələ rayon Kürd bələdiyyəsinin 3 fevral 2020-ci il tarixli 2 nömrəli protokolundan görünür ki, Təqsirləndirilən şəxs səs çoxluğu ilə bələdiyyə sədri vəzifəsinə seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının 1999-cu il 15 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş «X7»nin 4cü bölməsinin 2-ci maddəsinin 6-cı yarımbəndinə əsasən bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam verilməsi ilə bağlı məsələlərin kollegial orqan olan bələdiyyənin ümumi yığıncağının səlahiyyətindədir. Qəbələ rayon Kürd bələdiyyəsinin 11 iyun 2015-ci il tarixli 6 saylı iclasının qərarı ilə təsdiq edilmiş «Zərərçəkmiş şəxs Nizamnaməsi»nin 4.4-cü bəndinə əsasən bələdiyyə sədri əmr və sərəncamlar verir, bələdiyyə qərarlarını imzalayır, bələdiyyənin fəaliyyətinin təşkil edir, aktların icrasının və bələdiyyə aktlarının elektron informasiya ehtiyatlarında açıqlanmasının təmin edir, üçüncü şəxslərin qarşısında bələdiyyəni təmsil edir, bələdiyyə icra aparatının fəaliyyətinə rəhbərlik edir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “Bələdiyyələrin statusu haqqında”Azərbaycan Respublikasının 2 iyul 1999-cu il tarixli Qanununun 16-cı maddəsinə əsasən, bələdiyyə iclasının bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Bələdiyyənin bütün iclaslarının protokollaşdırılmalı, bələdiyyənin sədri və katibi tərəfindən imzalanaraq bələdiyyənin möhürü ilə təsdiqlənmiş bələdiyyənin iclas protokolunda iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsinin göstərilməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” PHŞ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada qeydiyyatda olmamışdır. Cinayət işinin materiallarında olan 19 iyul 2023-cü il tarixli və 20 iyul 2023-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Qəbələ rayon Kürd bələdiyyəsi iş üzrə zərərçəkmiş şəxs qismində, Qəbələ rayon Kürd bələdiyyəsinin nümayəndəsi Nümayəndə zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmişQəbələ rayon İcra Hakimiyyəti Başçısının Kürd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 182 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Cinayət işinin materiallarına əlavə edilmiş AZ-İV № 444301 nömrəli və AZ İV № 039796 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il təvəllüdlü X21 və xx.xx.2020-ci il təvəllüdlü X22 adlı 2 azyaşlı uşaqları vardır. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iş üzrə Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərini aşmış, vəzifəli şəxs kimi vahid şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdirvə onun Azərbaycan Respublikası CMnin 309.1 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 309.1 və 313-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 309.1 və 313-cümaddələri ilə cəza təyin edilməlidir. Cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələbinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələbinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, onların təqsirləndirilən şəxsə qarşı şikayət və tələbləri yoxdur. İşdə olan Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Kürd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 182 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İşdə olan AZ-İV № 444301 nömrəli və AZ İV № 039796 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il təvəllüdlü X21 və xx.xx.2020-ci il təvəllüdlü X22 adlı 2 azyaşlı uşaqları vardır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli qismən (yəni bu əməlləri törədərkən heç bir maddi marağının olmamasını) etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışıq əldə etməsini, himayəsində iki azyaşlı övladının olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, müsbət xarakterizə edilməklə şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və habelə təyin olunan cəzanın həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cəza məsələsini müzakirə edərkən, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 309.1 və 313-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan əsas cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 noyabr 2011-ci il qərarına əsasən əlavə cəza müstəqil olaraq tətbiq oluna bilməz, o, əsas cəzaya birləşdirilir və onun fərdiləşdirilməsi vasitəsi kimi çıxış edir. Buna görə də bu cəza əsas cəzadan mahiyyətcə fərqlənir. Əlavə cəza əsas cəzadan ağır ola bilməz. Məhz bu səbəbdən də qanunverici CM-in 46.3-cü maddəsində cəza növlərindən ən yüngülü olan cərimə cəzasına ondan daha ağır olan müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə olaraq təyin edilməsini nəzərdə tutmamışdır. CMin 58.1-ci maddəsinin mənasına görə isə CM-in 46.3-cü maddəsinin müddəaları cəza təyin edilərkən mütləq nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, CM-in 42 və 46.3-cü maddələrinin tələbləri baxımından müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası əlavə cəza kimi cərimə cəzasına təyinedilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1-ci maddəsinə əsasən Vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda— iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsinə əsasən Vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdəmin beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmçinin məhkəmə qeyd edir ki, CM-nin 309.1 və 313-cü maddələrinin dispozsiyasından məlum olur ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmə əlavə cəzası məhkəmə tərəfindən yalnız azadlıqdan məhrumetmə cəzası tətbiq edildiyi halda tətbiq edilə bilər. Hazırki iş üzrə təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edildiyindən təqsirləndirilən şəxsə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmə növündə əlavə cəza təyin edilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 309.1 və 313cümaddələrinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin etməyi və Cinayət Məcəlləsinin 66.2 maddəsinə əsasən, təyin edilmiş cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs cərimə növündə cəza təyin edilməsini ədalətli, məqsədə uyğun və onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olunması baxımından yetərli hesab edir. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri cəmi 226 (iki yüz iyirmi altı) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərkən, iş üzrə maddi sübut hesab edilən Qəbələ rayon Kürd bələdiyyəsinin 10 fevral 2020-ci il tarixli 3 nömrəli, 19 may 2020-ci il tarixli 10 nömrəli. 20 may 2023-cü il tarixli 4 nömrəli, 4 oktyabr 2021-ci il tarixli 13 nömrəli, 1 aprel 2022-ci il tarixli 9 nömrəli, 3 mart 2023cü il tarixli 6 nömrəli, 19 fevral 2021-ci il tarixli 5 nömrəli protokollar iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Qəbələ rayon vəkil bürosunun vəkili X3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Qəbələ rayon Vəkil Bürosunun vəkili X6 Təqsirləndirilən şəxs məhkəmə baxışı dövründə hüquqlarını 20 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 20 saat hüquqi xidmətə görə vəkil X3 120 manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 4000 (dörd min) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 3000 (üç min) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 7000 (yeddi min) manat miqdarda cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə məhkəmə xərci 226 (iki yüz iyirmi altı) manat Təqsirləndirilən şəxs alınaraq Dövlət büdcəsinə keçirilsin. (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X15, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). İş üzrə maddi sübut hesab edilmiş Qəbələ rayon Kürd bələdiyyəsinin 10 fevral 2020-ci il tarixli 3 nömrəli, 19 may 2020-ci il tarixli 10 nömrəli, 20 may 2023-cü il tarixli 4 nömrəli, 4 oktyabr 2021-ci il tarixli 13 nömrəli, 1 aprel 2022-ci il tarixli 9 nömrəli, 3 mart 2023-cü il tarixli 6 nömrəli, 19 fevral 2021-ci il tarixli 5 nömrəli protokollar iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş 20 saat hüquqi xidmətə görə vəkil X3 120 manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən 20 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya apelyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar