Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-27/2023 06.12.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi – X5, müdafiəçi – Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Qəbələ rayonu, Bum kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 10:30 radələrində nəqliyyat vasitələrini idarə etmək və sürücülük hüququ olmaqla X2 məxsus etibarnamə əsasında ayıq vəziyyətdə idarə etdiyi VAZ-21074 minik markalı, ** DG *** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ şəhəri 28 may küçəsi ilə Qəbələ şəhəri istiqamətində Qəbələ Reabilitasiya mərkəzinin qarşısında keçən hissəsində yolun sağ zolağı ilə təxminən 50-60 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, adı çəkilən Qanunun 36.1.3-cü maddəsinin yuxarıda göstərilən tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, sadalanan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq, yəni, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmamış, hərəkət zamanı diqqətini avtomobilin idarə etməsindən ayırmaqla avtomobilin öz hərəkət zolağında dayanıqlı hərəkətini təmin etdirməmiş, həmin maddənin tələblərini kobudcasına pozması səbəbindən idarə etdiyi nəqliyyat vasitəsi əks istiqamətli yola, yəni, hərəkətin Bum qəsəbəsi istiqamətində gedən sol hərəkət zolağına çıxaraq qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkəti üçün təhlükə yaratmış, bu zaman avtomobilinin qabaq sol hissəsi ilə yolun əks istiqamətli hərəkət hissəsində öz hərəkət yolu ilə hərəkətdə olan sürücü X6 idarə etmə hüququ olmaqla etibarnamə əsasında idarə etdiyi VAZ-2106 minik markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol tin hissəsi ilə sonuncunun hərəkət zolağında 25-35 dərəcə bucaq altında toqquşmuş, nəticədə, ehtiyatsızlığından VAZ-2106 minik markalı avtomobilin sürücüsü, zərərçəkmiş R.R.Məmmədovun ölümünə səbəb olan ağır dərəcəli travmatik şok, eyni zamanda dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran daxili qanaxma, sol ağ ciyərin əzilməsi, soldan qabırğaların çoxsaylı sınığı, sol böyrək ətrafı toxumaya qansızma, çanaq sümüklərinin sınığı, sol bud sümüyünün boyun hissədən yerdəyişən sınığı, burunun, hər iki əllərin və əl barmaqların üst səthinin, sol diz oynağının ön və içəri səthinin, sağ diz oynağının içəri səthinin, sol baldırın ön aşağı 1/3-nin sıyrıqları kimi xəsarətlər yetirmiş, nəticədə zərərçəkmiş X6 aldığı ağır xəsarətlərdən müalicə üçün yerləşdirildiyi Qəbələ rayon mərkəzi xəstəxanasında həmin gün saat 15:50 radələrində ölməsinə səbəb olan yol nəqliyyat hadisəsi cinayətini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 06 fevral 2023-cü il tarixdə səhər saatlarında özünə məxsus Vaz- 21074 markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Qəbələ şəhərinə şəxsi işləri ilə əlaqədar getmək üçün kənddəki evdən çıxmışdır. Qəbələ şəhəri Reabilitasiya mərkəzinin yanında hərəkətdə olmuş, avtomobili təxminən 50-60 km/saat sürətlə idarə etmişdir. Hərəkətdə olan zaman qarşı tərəfdən Vaz-2107 markalı avtomobilin və onun arxasınca isə Vaz-2106 markalı avtomobilin hərəkətdə olmasını görmüş, hərəkətdə olan zaman qarşı tərəfdə hərəkətdə olan Vaz-2106 markalı avtomobilin qarşısında olan Vaz-2107 markalı avtomobili ötməyə başlamışdır. Bu vaxt o, Vaz-2106 markalı avtomobilin ötməsini görmüş, Vaz-2106 markalı avtomobili görən zaman aralarında 15-20 metr məsafə olmuşdur. Vaz-2106 markalı avtomobil ilə toqquşacağını görüb qəza olmasın deyə tormoz etmiş və bu vaxt avtomobilin idarəetməsini itirmişdir. Bundan sonra isə baş verənləri xatırlamır. Özünə gəldikdə isə Qəbələ RMX-da olmuşdur. Avtomobildə tək olmuş və avtomobil yüksüz olmuşdur. Hadisə nəticəsində özü də xəsarət almışdır. Hava şəraiti açıq, yol isə quru olmuşdur. Hərəkəti üçün təhlükə Vaz- 2106 markalı avtomobilin qarşısındakı Vaz-21074 markalı avtomobili ötmə əməliyyatı edən zaman yaranmış və həmin vaxt aralarında 15-20 metr məsafə olmuşdur. Hadisə vaxtı heç bir maddənin və spirtli içkinin təsiri altında olmamışdır. Ona təqdim edilmiş hadisə yerinə baxış zamanı tərtib edilmiş yol nəqliyyat hadisəsinin sxemi ilə razı deyildir. Toqquşma onun hərəkət hissəsində baş vermişdir. Həmin avtomobil ötmə əməliyyatın başa çatdıra bilmədiyi üçün onun yoluna çıxdıqda onu vurmuşdur. O əyləcdən istifadə etsə də bir faydası olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilməsinə dair ifadəsinə tənqidi yanaşır, onun tərəfindən bu cür ifadənin verilməsini özünü müdafiə xarakteri kimi dəyərləndirir və hesab edir ki, bu cür ifadə verməklə, o, törətmiş olduğu cinayət əməlinin məsuliyyətindən yayınmaq məqsədi güdür. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törətməsi iş üzrə toplanmış, məntiqi baxımdan biri-birini tamamlayan və məhkəmə istintaqında tədqiq olunmuş aşağıdakı sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X8 ifadəsində göstərmişdir ki, Rəhim Məmmədov onun doğma atasıdır. Atasına məxsus Vaz-2106 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili var idi. 06 fevral 2023-cü il tarixdə yaşadığı kənddə “cimcə” adlanan yerdən səhər saatlarında həmkəndliləri ilə Qəbələ şəhərinə gələn zaman Reabilitasiya Mərkəzinin yaxınlığında qəza olmasını görmüşdir. Həmin vaxta kimi atasının qəza etməsini bilməmişdir. Hadisə yerinə yaxınlaşan zaman atası Rəhim Məmmədovun qəzaya düşdüyünü və Qəbələ RMX-na aparılmasını görmüşdür. Bundan sonra isə dərhal Qəbələ RMX-na getmişdir. Xəstəxanaya çatdıqda atasının vəziyyəti ağır olmuşdur. Bir neçə saat sonra isə atası vəfat etmişdir. Həmin gün isə atasının meyitini Qəbələ RMX-dan götürüb kənddə gətirmişlər. Səhərisi günü dəfn etmişlər. Sonda isə Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş, onunla barışmayacağını göstərmiş və daha ağır cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, özünə məxsus olan Vaz-21053 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 06 fevral 2023-cü il tarixdə səhər radələrində yaşadığı Mıxlıqovaq kəndindən Qəbələ şəhərində yaşayan qardaşıgilə gəlmişdir. Qardaşıgilə gəlib onlar üçün gətirdiyi südü vermiş, sonra gedib şəhər ərazisində olan çayxanada əyləşib çay içmişdir. Çayxanada olan vaxt həmkəndlisi Taleh adlı diş həkimini də onun xahişi ilə bağlı özü ilə kəndə aparmağa qərar vermişdir. Bundan sonra isə çayı içib Taleh ilə birlikdə ona məxsus Vaz-21053 markalı avtomobilə əyləşmişlər. Həmin vaxt avtomobili, o, idarə etmiş, Taleh isə ön sərnişin oturacağında əyləşmiş, kəndə getməkdən ötrü hərəkətə başlamış, kəndə Qəbələ şəhəri 28 may küçəsi, Reabilitasiya Mərkəzinin qarşısı ilə hərəkət etmişdir. Həmin küçədə olan yeni tikilən Yanacaq Doldurma məntəqəsində avtomobilinə yanacaq doldurduqdan sonra yola davam etmiş, YDM-dən yeni çıxdığına görə hərəkət sürəti yüksək deyil, təxminən 50-60 km/saat olmuşdur. Hərəkətdə olan zaman arxa hissəsində onunla eyni istiqamətdə hərəkətdə olan Vaz-2106 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil onu ötməyə başlamışdır. Yol yeni tikilmiş yol olmuş və yolda heç bir nişanlanma xətti və ya digər nişanlar olmamışdır. Vaz-2106 markalı avtomobil onu ötməyə başladıqdan sonra avtomobili sol tərəfindən keçib öz hərəkət zolağına qayıdan zaman qarşı tərəfdən hərəkətdə olan Vaz-2107 markalı avtomobilin sürücüsü avtomobilin idarəetməsini qəflətən itirmiş, bu zaman, o, artıq qəzanın olacağını bilib Talehə qəza olacağını, möhkəm tutmasını demişdir. Vaz-2106 markalı avtomobil isə ötməni yekunlaşdırıb öz hərəkət zolağına qayıdan zaman Vaz-2107 markalı avtomobil ilə toqquşmuşdur. Vaz-2107 markalı avtomobilin sol tərəfi Vaz-2106 markalı avtomobil sol tərəfindən dəymişdir. Toqquşmanı gördükdən sonra Vaz-2107 markalı avtomobilin toqquşmadan sonra üstünə gəlməsini görüb avtomobilini yolun sağ tərəfinə çəkmiş və onunla toqquşmanın qarşısını almışdır. Buna baxmayaraq, öz avtomobili Vaz-2106 markalı avtomobilin sol hissəsindən dəymiş və dayanmışdır. Avtomobildən düşüb digər sürücülərə kömək edib 103-ə zəng etmiş, sonra isə hadisə yerinə polis əməkdaşları və təcili yardım həkimləri gəlmişlər. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Qəbələ RPŞ-nin DYPB-də inspektor vəzifəsində çalışır. xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Qəbələ rayon polis şöbəsinin NH-dən Qəbələ şəhəri 28 may küşəsində, yeni tikilməkdə olan xəstəxana binasının yaxınlığında, həmçinin uşaq reabilitasiyası mərkəzinin qarşısında yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında xidməti avtomobil ilə hadisə yerinə getmiş və hadisə yerinə çatdıqda üç avtomobilin zədələnmiş vəziyyətdə yolun hərəkət hissəsində dayandıqlarını, həmçinin hadisə yerinə kənardan tanımadığı şəxslərin və avtomobillərin toplaşaraq dayandığını görmüşdür. Dərhal hadisə yerinin mühafizəsini və həmin ərazidə hərəkətdə olan avtomobillərin hərəkətinin təşkilinin tənzimləyərək hadisə yerinin müayinəsi üçün şərait yaratmışdır. Göy rəngli, sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-2107 minik markalı avtomobil Bum qəsəbəsi istiqamətində, yolun sağa yaxın hissəsində, ön tərəfi uşaq reabilitasiyası mərkəzinin binası istiqamətində hərəkətsiz vəziyyətdə dayanmış, ağ rəngli, sonradan adını bildiyi Şahid3 idarə etdiyi VAZ-2105 minik markalı avtomobil Bum qəsəbəsi istiqamətində yolun sağ hərəkət hissəsində ön hissəsi Bum qəsəbəsi istiqamətində olmaqla hərəkətsiz vəziyyətdə dayanmışdır. Digər açıq sarı rəngli, sonradan adını bildiyi Rəhim Məmmədovun idarə etdiyi VAZ-2106 minik markalı avtomobil Şahid3 idarə etdiyi avtomobilin yaxınlığında, arxa sağ və sol təkərləri yolun sağ tərəfində olan piyada səkisini üzərində olmaqla, ön tərəfi asfalt zolaqda, üzü yeni tikilməkdə olan xəstəxana binası istiqamətində hərəkətsiz vəziyyətdə dayanmışdır. Yalnız Vaz-2105 markalı avtomobilin sürücüsü Şahid3 hadisə yerində olmuş, digər avtomobillərin sürücülərini aldığı xəsarətlərə görə TTY avtomobili ilə xəstəxanaya aparılmışdır. Təxminən 10 dəqiqə sonra Qəbələ RPŞ-nin İB-nin müstəntiqi İlkin Göyçəli hadisə yerinə gəlmiş, hadisə yerinə onun və Şahid3 iştiraki ilə baxış keçirilərək, toqquşma yeri müəyyən olunmuşdur. Müaynə zamanı toqquşma yerinin Bum qəsəbəsi istiqamətində yolun sağ tərəfində olduğu aydın şəkildə müşahidə edilmişdir. Çünki, asfalt səth üzərində olan şüşə, plastik və dəmir qırıntıları toqquşma yerinin baxış zamanı müəyyən edilən yer olduğuna işarə etmişdir. Həmin vaxt yol yeni təmirdən çıxdığı üçün asfalt səth üzərində heç bir üfiqi nişanlama xətti olmamışdır. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, 06 fevral 2023-cü il tarixdə səhər saatlarında yaşadığı Mıxlıqovaq kəndinə getmək istəmişdir. Qəbələ şəhərində, Mərkəzi Xəstəxananın qarşısında çayxanada olan zaman qonşusu Ələsgər ilə rastlaşmış, onunla çay içib bir qədər söhbət etdikdən sonra birlikdə kəndə getməyə razılaşmışlar. Onlar Ələsgərin özünə məxsus Vaz-21053 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yola çıxmışlar. Avtomobilin ön sərnişin oturacağında əyləşmiş, Ələsgər isə avtomobili idarə etmişdir. Qəbələ rayonu, Mıxlıqovaq kənd istiqamətində hərəkət etməyə başlayıb, Bum qəsəbəsindən keçməklə kəndə gedəcəklərindən Qəbələ şəhəri, 28 may küçəsi, yəni Reabilitasiya Mərkəzinin qarşısı ilə hərəkət etmişlər. Onlar hərəkətdə olan zaman Ələsgər avtomobili təxminən 50-60 km/saat sürətlə idarə etmiş, hərəkətdə olan zaman qarşıda tanımadığı Vaz-2106 markalı avtomobil hərəkət etmişdir. Qəzadan sonra Ələsgər ona Vaz- 2106 markalı avtomobilin onları ötüb keçdiyini desə də həmin vaxt telefona baxdığı üçün Vaz- 2106 markalı avtomobilin onları ötüb keçməsinə fikir verməmişdir. Gördükdə isə Vaz-2106 markalı avtomobil qarşıda olmuş, onlar Reabilitasiya Mərkəzinin qarşısında hərəkətdə olan zaman qarşıdan göy rəngli Vaz-2107 markalı avtomobilin onların hərəkət zolağında, üzərilərinə doğru gəlməsini görmüşdür. Onlar Vaz-2107 markalı avtomobilin üzərinə gəldiyini gördükdə Ələsgər “bu neynir belə” deyib əyləci basmış, həmin an Vaz-2107 markalı avtomobil qarşıda olan Vaz-2106 markalı avtomobil ilə toqquşmuşdur. Vaz-2106 markalı avtomobil onun olduğu və Ələsgərin idarə etdiyi avtomobilə dəymiş nəticədə avtomobil dayanmışdır. Onlar avtomobildən düşüb dərhal digər avtomobillərə baxmışlar. Özü və Ələsgər xəsarət almamışlar. Lakin düşüb baxdıqda 06 markalı maşında olan sürücünün ağır xəsarətlər aldığını görmüşlər, 07 markalı avtomobildə olan şəxsin isə normal olduğunu görmüşlər. Yavaş-yavaş camaat oraya toplaşmış, onlar dərhal hər iki sürücünü dartıb maşından çıxarmışlar. Lakin həmin şəxslərin kim olduqlarını bilməmişdir. Təcili-tibbi yardıma zəng vurulmuş, daha sonra hadisə yerinə polis əməkdaşları və təcili yardım ilə həkimlər gəlmişlər. Onlar hər iki şəxsi xəstəxanaya aparmışlar. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Qəbələ Rayon Polis X3 müstəntiq vəzifəsində çalışır. 06 fevral 2023-cü il tarixdə Qəbələ RPŞ-nin istintaq-əməliyyat qrupunun üzvü idi. Səhər saatlarında Növbətçi Hissəsindən daxil olan zəng əsasında Qəbələ şəhəri 28 May küçəsi yol nəqliyyat hadisəsinin baş verdiyi əraziyə getmişdir. Hadisə yerinə çatdıqda Vaz-2107 markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobilin Vaz-2106 minik markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə üzü Qəbələ rayon Həmzəlli kəndi istiqamətində hərəkət üçün nəzərdə tutulan zolaqda toqquşduğunu görmüşdir. Hadisə yerində olan izlərə, yəni avtomobilin zədə almış hissələrinə uyğun olaraq müəyyən etmişdir ki, toqquşma yol nəqliyyat hadisəsi Vaz-2106 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətdə olduğu zolaqda baş vermişdir. Hadisə yerində müvafiq ölçmə işləri aparmış, hadisə yerinin fotoşəkillərini çəkmiş, hadisə yerinin sxemini və hadisə yerinə baxış protokolunu tərtib etmişdir. Protokolu müvafiq olaraq doldurmuş, bundan sonra yaxınlıqda olan Reabilitasiya mərkəzinin çölündə yerləşdirilmiş videmüşahidə kameralarına da baxmışdır. Videogörüntüyə baxdıqda həqiqətən də toqquşma yol nəqliyyat hadisəsi Vaz-2106 minik markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətdə olduğu zolaqda baş vermişdir. Videmüşahidə kameralarından da aydın şəkildə görünür ki, Vaz-2107 minik markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobil üzü Qəbələ şəhərinin mərkəzi istiqamətində hərəkətdə olarkən öz istiqamətini dəyişərək və hərəkətdə olduğu zolağı dəyişərək Vaz-2106 minik markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətdə olduğu zolağa çıxmışdır. Hesab edir ki, tərəfindən ilkin olaraq bütün zəruri tədbirlər görülmüş, sonda isə fakta düzgün olaraq hüquqi qiymət verilmişdir. İşdə olan Qəbələ RPŞ-nin İB-nin müstəntiqi İlkin Göyçəli tərəfindən tərtib edilmiş 06 fevral 2023-cü il tarixli “yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi yeri Qəbələ şəhəri 28 may küşəsində, Reabilitasiya Mərkəzi binasının yaxınlığında baş vermişdir. Hadisə yerinə baxış Qəbələ rayon Bum qsəbəsi istiqamətində, aydın günəşli hava şəraitində keçirilmişdir. Örtüyün növü asfalt beton olmaqla örtüyün vəziyyəti quru olmuşdur. Yolun hərəkət hissəsi düzdür. Yol örütüyünün eni 12 metr, hərəkət zolağının sayı 1, hərəkət hissəsinin eni 12 metr olmaqla hərəkət zolağında heç bir üfüqi nişanlama xətti mövcud deyildir. Hərəkət zolağına sağdan və soldan piyada səkisi birləşir. Hadisə yerində 02 ədəd toqquşma yerinin olduğu müəyyən edilməklə, hər iki toqquşma yerinin arasında ki, məsafə 2 metr təşkil edir. 1-ci toqquşma yeri yolun sağından soluna doğru 3.50 metr, yolun solundan sağına doğru isə 8.40 metr məsafədə yerləşdiyi müəyyən edilmişdir. Hadisə yerində VAZ-21074 minik markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobili yolun orta hissəsində, ön tərəfi saat 09 yönündə olmaqla hərəkətsiz vəziyyətdə dayanmışdır. Vaz-2106 minik markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun sağ tərəfində olan piyada səkisini üzərində olmaqla ön tərəfi hərəkət zolağına tərəf, saat 10 istiqamətində hərəkətsiz vəziyyətdə dayanmışdır. Vaz-21053 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun sağ tərəfində, avtomobilin ön sol tərəfi toqquşma yerindən 4 metr məsafədə olmaqla ön tərəfi saat 11 yönündə hərəkətsiz vəziyyətdə dayanmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi yerində, asfalt səthin üzərində hərəkətsiz vəziyyətdə dayanmış VAZ-2105 minik markalı avtomobilin arxa təkərlərinədək uzanan 02 ədəd tormoz (təkər) izləri olduğu müəyyən edilmişdir. Sağ tərəfdəki tormoz izinin uzunluğu 12.10 metr, sol tərəfdə olan tormoz izinin uzunluğu isə 11.20 metr uzunluğunda olduğu müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyi Qəbələ rayon şöbəsinin məhkəmə-tibbi ekspertizasının 28 fevral 2023-cü il tarixli 05 nömrəli rəyindən görünür ki, X6 bədəni üzərində ağır dərəcəli travmatik şok, daxili qanaxma, sol ağ ciyərin əzilməsi, soldan qabırğaların çoxsaylı sınığı, sol böyrək ətrafı toxumaya qansızma, çanaq sümüklərinin sınığı, sol bud sümüyünün boyun hissədən yerdəyişən sınığı, burunun, hər iki əllərin və əl barmaqların üst səthinin, sol diz oynağının ön və içəri səthinin, sağ diz oynağının içəri səthinin, sol balırın ön aşağı 1/3-nin sıyrıqları kimi xəsarətləri vardır. Həmin xəsarətlər küt alətin (əşyaların) təsirindən qərarda göstərilən tarxdə və şəraitdə yəni 06 fevral 2023-cü ildə baş vermiş yol nəqliyyat hadisəsi zamanı sürücüdə törənə bilərlər. Bədən xəsarətinin ağırlıq dərəcəsinə görə ağır ölümlə nəticələnən və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aiddir. X6 ölümünə səbəb ağır dərəcəli travmatik şok olmuşdur. Onun ölümü ilə 06 fevral 2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində aldığı ağır dərəcəli bədən xəsarətləri ilə birbaşa səbəbli əlaqəsi vardır. X6 meyitindən götürülmüş qanda və sidikdə məhkəmə tibbi kimya tədqiqatları nəticəsində spirtli içki, narkotik və psixotrop tərkibli maddələr aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyi Qəbələ rayon şöbəsinin məhkəmə-tibbi ekspertizasının 19 aprel 2023-cü il tarixli 138 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ mil sümüyünün, sol incik sümüyünün qapalı yerdəyişməyən sınığı, sağ qulaq seyvanının, sol budun bayır orta 1/3-nin, sağ dizin ön səthinin əzilmiş-cırılmış yaralarından sonra inkişaf edən çapıq toxumaları kimi xəsarəti vardır. Qeyd olunan xəsarətlər küt alətin (əşyaların) təsirindən qərarda göstərilən tarixdə və şəraitdə yəni 06 fevral 2023-cü ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər. Həmin xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmanın əlamətlərinə aiddirlər. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X7” X13 17 fevral 2023-cü il tarixli 588/K saylı məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, X4 götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər(həmçnin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid(çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X7” X13 17 fevral 2023-cü il tarixli 588A/K saylı məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər(həmçnin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid(çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 iyul 2023-cü il tarixli 8/1845-8/1858 nömrəli ekspert rəyindən görünür ki, Nəqliyyat vasitələri arasında ilkin kontakt VAZ-21074 markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi ilə VAZ-2106 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol tin hissəsi arasında baş vermiş və toqquşma prosesində VAZ-21074 markalı avtomobilin qabaq hissəsində və VAZ-2106 markalı avtomobilin qabaq sol və sol yan hissəsində olan zədələr yaranmışdır. VAZ-21074 markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə VAZ-2106 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil arasında ilkin kontakt anında toqquşma təxminən 25-35 dərəcə bucaq altında baş vermişdir. VAZ-21053 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin deformasiya olunmuş hissələri söküldüyündən və həmin hissələr baxışa təqdim edilmədiyindən VAZ-21053 markalı avtomobil ilə VAZ-2106 markalı avtomobil arasında toqquşmanın hansı hissələri arasında və hansı bucaq altında baş verməsini nəqliyyat-trasoloji ekspertizası yolu ilə müəyyən etmək mümkün deyildir. Hadisədən əvvəl VAZ-2106 markalı və VAZ-21053 markalı avtomobillər Bum qəsəbəsi istiqamətində, VAZ- 21074 markalı avtomobil isə Qəbələ şəhərinin mərkəzi istiqamtində qarşı-qarşıya trayektoriya üzrə hərəkətdə olmuşdurlar. Toqquşma yerlərinin koordinatları, VAZ-2106 markalı avtomobil ilə VAZ-21074 markalı avtomobil arasında ilkin kontaktın VAZ-2106 markalı avtomobilin qabaq sol tin hissəsi ilə baş verməsi, ilkin kontakt anında VAZ-2106 markalı avtomobil ilə VAZ-21074 markalı avtomobilin bir-birinə nəzərən qarşılıqlı vəziyətləri və hadisə yerində VAZ-21053 markalı avtomobillə məxsus qalmış tormoz izlərinin Bum qəsəbəsi istiqamətində sağ hərəkət zolağında yerləşməsi nəzərə alınmaqla toqquşma anında VAZ-2106 markalı və VAZ-21053 markalı avtomobillər Bum qəsəbəsi istiqamətində sağ hərəkət zolağında, qarşıdan əks istiqamətdə hərəkətdə olan VAZ-21074 markalı avtomobil isə qarşı sol hərəkət zolağına çıxmış vəziyyətdə olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə VAZ-21074 markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi hadisə mexanizmi real hadisə mexanizminə uyğun deyildir, VAZ-21053 markalı **- BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid3 və həmin avtomobildə olan sərnişin Şahid2 ifadələrində göstərdikləri hadisə mexanizmi isə real hadisə mexanizmi ilə ziddiyyət təşkil etmir. İstinaq tərəfindən təqdim olunan məlumatlara əsasən VAZ-21074 markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstinaq tərəfindən təqdim olunan məlumatlara əsasən VAZ-2106 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki-nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. İstinaq tərəfindən təqdim olunan məlumatlara əsasən VAZ-21053 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid3 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki-nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. Hadisə yerində qalmış 12,1 metr uzunluğunda tormoz izinə əsasən mövcud şəraitdə VAZ- 21053 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin tormozlamadan əvvəlki hərəkət sürəti 51 km/saatdır. Lakin rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə VAZ- 21053 markalı avtomobilin tormozlamadan əvvəlki real sürətini 51 km/saatdan artıq olmuş və avtomobilin tormozlamadan əvvəl ki, real hərəkət sürətinin 51 km/saatdan nə qədər artıq olmasını ekspertiza yolu ilə müəyyən etmək mümkün deyildir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 avqust 2023-cü il tarixli 8/2374 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə VAZ-21074 markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı göstərdiyi toqquşma yeri, yəni VAZ-21074 markalı avtomobil ilə VAZ-2106 markalı avtomobil arasındakı toqquşma yerinin Qəbələ şəhəri istiqamətində sağ hərəkət zolağında, hərəkət hissəsinin sağ kənarından 4,9 metr məsafədə yerləşməsi real toqquşma yerinə uyğun deyildir. İlkin olaraq hadisə yerinin müayinəsi zamanı müəyyən edilmiş VAZ-2106 markalı avtomobil ilə VAZ-21074 markalı avtomobil arasındakı toqquşma yeri, yəni həmin avtomobillər arasındakı toqquşma yerinin Bum qəsəbəsi istiqamətində sağ hərəkət zolağında, hərəkət hissəsinin sağ kənarından sola doğru 3,5 metr məsafədə yerləşməsi real toqquşma yerinə uyğundur. VAZ-21074 markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı göstərdiyi toqquşma yeri, yəni VAZ-21074 markalı avtomobil ilə VAZ-2106 markalı avtomobil arasındakı toqquşma yerinin Qəbələ şəhəri istiqamətində sağ hərəkət zolağında yerləşməsi real toqquşma yerinə uyğun olmadığından, ilkin olaraq hadisə yerinin müayinəsi zamanı müəyyən edilmiş VAZ-2106 markalı avtomobil ilə VAZ-21074 markalı avtomobil arasındakı toqquşma yerinin, yəni həmin avtomobillər arasındakı toqquşma yerinin Bum qəsəbəsi istiqamətində sağ hərəkət zolağında yerləşməsi real toqquşma yerinə uyğun olduğundan sürücü Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi hadisə mexanizmi, yəni VAZ-2107 markalı avtomobilin öz yolu ilə hərəkətdə olarkən qarşıdan əks istiqamətdən hərəkətdə olan VAZ-2106 markalı avtomobilin qarşı sol hərəkət zolağına çıxaraq VAZ-2107 markalı avtomobil ilə onun hərəkət zolağında toqquşmanın baş verməsi mexanizmi real hadisə mexanizminə uyğun deyildir. İşdə olan DİN BDYPİ-nin xx.xx.2023-cü il tarixli 3-13-16/2-30951/2023 nömrəli məktubundan görünür ki, DİN Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatalarına əsasən xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdə (xx.xx.2024-cü il tarixədək etibarlı olan) AC 034161 nörməli “B” kateqoriyalı sürcülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün istintaq və məhkəmə baxışı zamanı verdiyi qismən etirafedici ifadələri, ekspert rəyləri, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, digər iş materialları ilə onun idarə etdiyi avtomobillə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayətin törədilməsini, ailəli olmaqla himayəsində iki azyaşlı uşağın olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 06 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə zalında həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Qəbələ Rayon Polis Şöbəsində saxlanılan VAZ-21074 markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobil və VAZ-21061 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra sahiblərinə qaytarılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 378 (üç yüz yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia olmamışdır. Məhkəmə müsadirə ilə bağlı məsələni araşdırır və hazırkı cinayət işi üzrə müsadirə olunmalı olan əmlak aşkar edilmədiyindən xüsusi müsadrə ilə bağlı tədbirin tətbiq olunmasını məqsədə müvafiq hesab etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli 06 dekabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli Cəzaçəkmə Müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalında həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Qəbələ Rayon Polis Şöbəsində saxlanılan VAZ-21074 markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobil və VAZ-21061 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra sahiblərinə qaytarılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 378 (üç yüz yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №1(025)-27/2023
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-27/2023
06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver