Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-27/2025 01.10.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə2, müdafiəçilər, Müdafiəçi1 və Müdafiəçi2, mütəxəssis-tərcüməçi X4 iştirakı ilə, xx.xx.1990-cı ildə Qəbələ rayonu Mıxlıqovaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Qəbələ rayonu Mıxlıqovaq kəndində yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nın 177.2.1-ci maddəsi ilə, xx.xx.1995-ci ildə Qəbələ rayonu Nic qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay , orta təhsilli, Qəbələ rayonu Nic qəsəbəsində yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə, təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 ondan ötrü məhkəməyə verilmişdir ki, o, tamah niyyəti ilə, özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs MMC-yə məxsus olan Qəbələ rayon Nic qəsəbəsində Ağdəlləkli məhəlləsində yerləşən qəbiristanlığın giriş qapısından başlayaraq qəsəbədə yerləşən “Vadim” adlı marketin yaxınlığındakı dirəkə kimi uzanan istismarı dayandırılmış 200(iki yüz) metr uzunluğunda TPP 100x2 markalı kabelləri hissə-hissə, lakin vahid niyyətlə oğurlamaq barədə 2024-cü ilin oktyabr ayının əvvəllərində razılığa gəldikdən sonra həmin ilin oktyabr ayının əvvəllərində istintaqa dəqiq məlum olmayan tarixdən başlayaraq 04 fevral 2025-ci il tarixə kimi olan müddət ərzində ayrıayrı günlərdə olmaqla ümumilikdə 10 dəfəyə hər dəfəsində gecə saat 01:00-dan 03:00-a kimi olan saatda vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs MMC-yə məxsus olan Nic qəsəbəsində Ağdəlləkli məhəlləsində yerləşən qəbiristanlıqdan keçən hissəsindəki istismarı dayandırılmış 200(iki yüz) metr uzunluğunda TPP 100x2 markalı ümumi dəyəri 1765,28(bir min yeddi yüz altmış beş manat iyirmi səkkiz qəpik) manat olan kabelləri gizli yolla kəsib götürüb, Təqsirləndirilən şəxs1la birlikdə əvəzsiz və qanunsuz ələ keçirmiş, daha sonra həmin kabelləri sonuncu yaşadığı Mıxlıqovaq kəndində yerləşən həyətyanı sahəsində yandırıb-əritməklə əldə etdikləri mis metalını həmin metalın oğurluq yolla əldə edilməsindən məlumatı olmayan Qəbələ şəhəri Cavid küçəsində metal alqı-satqısı ilə məşğul olan Şahid1 153 manat pul vəsaiti müqabilində satmış və əldə etdikləri pul vəsaitini öz aralarında bərabər şəkildə bölərək öz şəxsi ehtiyaclarına sərf etmiş, nəticədə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs MMC-yə məxsus ümumilikdə 1765,28(bir min yeddi yüz altmış beş manat iyirmi səkkiz qəpik) AZN dəyərində əmlakı gizli yolla talayaraq oğurluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs1 ondan ötrü məhkəməyə verilmişdir ki, o, tamah niyyəti ilə, özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs MMC-yə məxsus olan Qəbələ rayon Nic qəsəbəsində Ağdəlləkli məhəlləsində yerləşən qəbiristanlığın giriş qapısından başlayaraq qəsəbədə yerləşən “Vadim” adlı marketin yaxınlığındakı dirəkə kimi uzanan istismarı dayandırılmış 200(iki yüz) metr uzunluğunda TPP 100x2 markalı kabelləri hissə-hissə, lakin vahid niyyətlə oğurlamaq barədə 2024-cü ilin oktyabr ayının əvvəllərində razılığa gəldikdən sonra həmin ilin oktyabr ayının əvvəllərində istintaqa dəqiq məlum olmayan tarixdən başlayaraq 04 fevral 2025-ci il tarixə kimi olan müddət ərzində ayrıayrı günlərdə olmaqla ümumilikdə 10 dəfəyə hər dəfəsində gecə saat 01:00-dan 03:00-a kimi olan saatda vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs MMC-yə məxsus olan Nic qəsəbəsində Ağdəlləkli məhəlləsində yerləşən qəbiristanlıqdan keçən hissəsindəki istismarı dayandırılmış 200(iki yüz) metr uzunluğunda TPP 100x2 markalı ümumi dəyəri 1765,28(bir min yeddi yüz altmış beş manat iyirmi səkkiz qəpik) manat olan kabelləri gizli yolla kəsib götürüb, Təqsirləndirilən şəxs2la birlikdə əvəzsiz və qanunsuz ələ keçirmiş, həmin kabelləri yaşadığı Mıxlıqovaq kəndində yerləşən həyətyanı sahəsində yandırıb-əritməklə əldə etdikləri mis metalını həmin metalın oğurluq yolla əldə edilməsindən məlumatı olmayan Qəbələ şəhəri Cavid küçəsində metal alqı-satqısı ilə məşğul olan Şahid1 153 manat pul vəsaiti müqabilində satmış və əldə etdikləri pul vəsaitini öz aralarında bərabər şəkildə bölərək öz şəxsi ehtiyaclarına sərf etmiş, nəticədə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs MMC-yə məxsus ümumilikdə 1765,28(bir min yeddi yüz altmış beş manat iyirmi səkkiz qəpik) AZN dəyərində əmlakı gizli yolla talayaraq oğurluq cinayətini törətmişdir. İş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs2 ona qarşı AR CM-nin 177.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Qəbələ rayon Nic qəsəbəsində yaşayır və fərdi qaydada fəhlə kimi işləyərək qazanc əldə edir. 2024-cü ilin oktyabr ayının əvvəllərində tanışı Təqsirləndirilən şəxs1 ona Nic qəsəbəsi, Ağdəlləkli məhəlləsindəki udin qəbiristanlığı ərazidən keçən Zərərçəkmiş şəxs MMC-yə məxsus istismarı dayandırılmış kabelləri oğurlayaraq əridib satmaqla qazanc əldə etməyi təklif etmiş, onlar Zərərçəkmiş şəxs MMC-yə məxsus olan istismarı dayandırılmış kabelləri gecə saatlarında hissə-hissə kəsib götürməklə oğurlamaq barədə razılaşmış, 2024-cü ilin oktyabr ayının əvvəllərindən 03 fevral 2025-ci il tarixədək olan müddət ərzində təxminən 200 metr uzunluğunda istismarı dayandırılmış kabelləri hər dəfə saat 01-00-dan 03-00-dək olan vaxtlarda 10 dəfəyə yerdən təxminən 2-3 metr hündürlüklərdən hissə-hissə kəsərək gizli şəkildə götürmüş və həmin kabelləri sürüyə-sürüyə Qəbələ rayonu Nic qəsəbəsində Təqsirləndirilən şəxs1 elektrik işlədiyi obyektə gətirərək üzərini soyaraq təmizləmişlər. Bundan sonra isə Bayram həmin üzərindəki izolyasiyası soyulmuş kabelləri evinə aparıb yandırmış və içərisindən mis metalı çıxarıb sataraq ona hər dəfə təxminən 10-15 manat pul verirmişdir. Sonuncu dəfə 03 fevral 2025-ci il tarixdə, saat 01-00 radələrində Zərərçəkmiş şəxs MMC-yə məxsus olan istismarı dayandırılmış kabelləri onlar yenə də eyni qaydada oğurlayaraq əridib satmış, lakin əldə edilən puldan Bayram ona verməmişdir. 04 fevral 2025-ci il tarixdə polis şöbəsindən zəng edilərək sorğu-sual edilmiş, o da etdiyi oğurluq əməlini etiraf etmişdir. 05 fevral 2025-ci il tarixdə polis əməkdaşlarına Təqsirləndirilən şəxs1la birlikdə kabelləri oğurladıqları yeri göstərmiş və müvafiq ölçmə işləri aparılaraq kəsib götürdükləri kabellərin 200 metr uzunluqda TPP 100x2 markalı olduğu müəyyən edilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 daha sonra ifadəsində Zərərçəkmiş şəxs MMC-yə dəymiş maddi zərəri tam şəkildə ödədiyini bildirmiş və əmələ görə peşmançılıq çəkdiyini ifadə etmişdir. İş üzrə Təqsirləndirilən şəxs1 ona qarşı AR CM-nin 177.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Qəbələ rayonu Mıxlıqovaq kəndində yaşayır və Nic qəsəbəsində yerləşən obyekdə fərdi qaydada elektrik işləyir. 2024-cü ilin oktyabr ayının əvvəllərində tanışı Təqsirləndirilən şəxs2 ona Nic qəsəbəsi, Ağdəlləkli məhəlləsindəki udin qəbiristanlığı ərazidən keçən Zərərçəkmiş şəxs MMC-yə məxsus istismarı dayandırılmış kabelləri oğurlayaraq əridib satmaqla qazanc əldə etməyi təklif etmiş, onlar Zərərçəkmiş şəxs MMC-yə məxsus olan istismarı dayandırılmış kabelləri gecə saatlarında hissə-hissə kəsib götürməklə oğurlamaq barədə razılaşmış, 2024-cü ilin oktyabr ayının əvvəllərindən 03 fevral 2025-ci il tarixədək olan müddət ərzində təxminən 200 metr uzunluğunda istismarı dayandırılmış kabelləri hər dəfə saat 01-00-dan 03-00-dək olan vaxtlarda 10 dəfəyə yerdən təxminən 2-3 metr hündürlüklərdən hissə-hissə kəsərək gizli şəkildə götürmüş və həmin kabelləri sürüyə-sürüyə Qəbələ rayonu Nic qəsəbəsində elektrik işlədiyi obyektə gətirərək üzərini soyaraq təmizləmişlər. Bundan sonra isə o, həmin üzərindəki izolyasiyası soyulmuş kabelləri evinə aparıb yandırmış və içərisindən mis metalı çıxarıb Qəbələ şəhərində metal qəbulunu həyata keçirən Şamo adlı şəxsə sataraq hər dəfə əldə etdiyi pulu Təqsirləndirilən şəxs2 ilə bölmüşdür. Sonuncu dəfə 03 fevral 2025-ci il tarixdə, saat 01-00 radələrində Zərərçəkmiş şəxs MMC-yə məxsus olan istismarı dayandırılmış kabelləri onlar yenə də eyni qaydada oğurlayaraq əritmiş, içərisindən çıxan 6 kiloqram 600 qram mis metalı o, 04 fevral 2025-ci il tarixdə Şamoya 67 manata satmış, lakin əldə edilən puldan Dmitriyə verməmişdir. 04 fevral 2025-ci il tarixdə polis şöbəsindən zəng edilərək şöbəyə dəvət edilmiş, o da gedərək oğurluq əməlini etiraf etmişdir. 05 fevral 2025-ci il tarixdə polis əməkdaşlarına Təqsirləndirilən şəxs2 ilə birlikdə kabelləri oğurladıqları yeri göstərmiş və müvafiq ölçmə işləri aparılaraq kəsib götürdükləri kabellərin 200 metr uzunluqda TPP 100x2 markalı olduğu müəyyən edilmişdir. Bayram Ayaz oğlu daha sonra ifadələrində Zərərçəkmiş şəxs MMC-yə dəymiş maddi zərəri tam şəkildə ödədiyini bildirmiş və əmələ görə peşmançılıq çəkdiyini ifadə etmişdir. İş üzrə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 ifadəsində qeyd etmişdir ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs MMC-nin Qəbələ şöbəsi Qəbələ şəhəri ərazisində yerləşir. 04 fevral 2025-ci il tarixdə Qəbələ rayonu Nic qəsəbəsi ərazisində istismarı dayandırılmış 330 metr uzunluğunda TPP 100X2 markalı, 26 dekabr 2024-cü il tarixdə 195 metr uzunluğunda TPP-100x2, 410 metr uzunluğunda TPP-30x2, 265 metr uzunluğunda TPP 20x2 markalı, 19 oktyabr 2024-cü il tarixə isə 200 metr uzunluğunda TPP 50X2 markalı və 400 metr uzunluğunda TPP-30x2 kabellər naməlum şəraitdə, naməlum şəxslər tərəfindən oğurlanmış, oğurlanmış kabel xəttinin mövcud vəziyyəti müəyyən edilərək bu barədə X7 filialının “Rabitə” qurğularının zədələnməsi və mühafizəsi üzrə komissiya” nın üzvlərinin və aidiyyəti şəxslərin iştirakı ilə akt tərtib edilmiş və Zərərçəkmiş şəxs MMC-yə 8430.45 məbləğində maddi ziyan dəyməsi barədə smeta sənədi hazırlanaraq Qəbələ RPŞ-nə göndərilmişdir. Həmin kabellərin içərisi mis tərkibli olmuşdur. Nic qəsəbəsi ərazisində yerləşən Ağdəlləkli məhəlləsindəki qəbiristanlıq ərazisindən keçən hissədə TPP-100x2 markalı təxminən 200 metr uzunluğunda kabellər oğurlanmış, oğurluq nəticəsində MMC-yə 1765,28 manat maddi ziyan dəymiş, həmin məbləğ Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən tam şəkildə ödənilmişdir. Ona görə də, cəmiyyətin onlardan şikayəti və tələbi yoxdur. İş üzrə şahid X1 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs MMC-nin X7 filialının Qəbələ şəbəsinin baş mühəndisi vəzifəsində işləyir. 2024-cü ilin oktyabr ayının əvvəllərindən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində Qəbələ rayon Nic qəsəbəsində yerləşən Ağdəlləkli məhəlləsindəki qəbiristanlıq ərazisindən keçən hissədə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs MMC-yə məxsus olan istismarı dayandırılmış 200(iki yüz) metr uzunluğunda TPP markalı kabellər oğurlanmışdır. Həmin oğurlanmış kabel xətti Nic qəbiristanlığının giriş hissəsindən başlamaqla həmin qəsəbədə yerləşən “Vadim” market adlı mağazanın yaxınlığındakı işıq dirəyinədək olmuş, oğurluq faktı ilə bağlı 04 fevral 2025-ci il tarixdə Qəbələ RPŞ-nə ərizə ilə müraciət edərək məlumat vermişdir. Hadisə yerinə Aztelecom MMC-nin Qəbələ şöbəsinin xətt qurğuları istismarı şöbəsinin müdiri X3 iştirakı ilə baxış keçirilən zaman kabellərin Qəbələ rayon sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurlandığı müəyyən edilmişdir. İş üzrə Şahid1 ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin mart ayından etibarən Qəbələ şəhəri, Cavid küçəsində yerləşən obyektdə əlvan və qara metalların alqı-satqısını həyata keçirir.Qəbələ rayon Mıxlıqovaq kənd sakini Təqsirləndirilən şəxs1 işlədiyi obyektə 2025-ci ilin əvvəllərindən başlayaraq 3-4 dəfə müxtəlif çəkilərdə mis materialı gətirmiş, ondan hər dəfə malı qəbul etmiş və hər bir kiloqramı 10 manat 20 qəpikdən ödəmişdir. Bayramdan ümumilikdə təxminən 15 kiloqram metal almış və ona təxminən 153 manat vermişdir. Sonuncu dəfə Bayram onun işlədiyi obyektə 04 fevral 2025-ci il tarixdə, saat təxminən 14 radələrində gəlmiş və metalı qara rəngli sellofan torbada gətirmişdir. Torpadakı metal çəkilərək 6 kiloqram 600 qram gəlmiş və misi qəbul edərək Bayrama 67 manat pul vermişdir. Təqsirləndirilən şəxs1 iki dəfə aldığı mis materialını tanımadığı şəxslərə satmış, 04 fevral 2025-ci il tarixdə aldığı malı isə istintaqa təqdim etmişdir. İş üzrə Şahid2 İmdat oğlu ifadəsində göstərmişdir ki, o, Qəbələ rayon Mıxlıqovaq kəndində yaşayır və Təqsirləndirilən şəxs1 həmkəndlisidir. Özünə məxsus olan VAZ2109 minik marka və modelli, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobillə Bayramı bir neçə dəfə Nic qəsəbəsində yerləşən işlədiyi obyekdən evlərinə gətirmişdir. 02 fevral 2025-ci il tarixdən 03 fevral 2025-ci il tarixə keçən gecə Bayram ona WhatsApp vasitəsilə mesaj yazaraq onu obyektdən götürməsini xahiş etmiş, o, idarə etdiyi VAZ2109 minik marka və modelli, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobillə Bayramın obyektinə getmişdir. Bayram onun avtomobilinə iki ədəd qara sellofan torbada yük qoymuşdur. Həmin vaxt Bayramın yanında Nic qəsəbəsində yaşayan Dmitrinin atası da olmuşdur. Dimitri ondan atasını evlərinə tərəf aparmağını xahiş edərkən Bayram kameraya düşəcəklərini bildirmişdir. Dmitrinin atasını evlərinə aparıb qayıtdıqdan sonra Bayramdan kamera məsələsinin nədən ibarət olduğunu soruşmuş və ondan ərazidə oğurluq hadisələri baş verdiyini öyrənmişdir. Bayramdan oğurluq edib etmədiyi barədə soruşmuş və öğurluq etmədiyini eşitdikdən sonra onu aparıb evlərində düşürmüşdür. 06 fevral 2025-ci il tarixdə isə Qəbələ RPŞ-də izahat verərkən Bayram və Dmitrinin oğurluq etmələrini öyrənmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli “baxış keçirilməsi haqqında” protokola əsasən Qəbələ rayon Nic qəsəbəsi ərazisindəki Ağdəlləkli məhəlləsində yerləşən qəbiristanlıqdan kabellərin oğurlanması ilə bağlı hadisə yerinə baxış keçirilərkən Aztelecom MMC-nin Qəbələ şöbəsinin xətt qurğuları istismarı şöbəsinin müdiri X5 qəbiristanlığın giriş qapısını göstərərək həmin ərazidən TPP 100x2 markalı kabellər oğurlandığını bildirmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən ərazini göstərərək 2024-cü ilin oktyabr ayının əvvəllərindən xx.xx.2025-ci il tarixədək olan müddətdə 10 dəfəyə hissə-hissə kabelləri kəsərək gizli şəkildə götürdüklərini bildirmişdir. Əraziyə baxış zamanı müəyyən edilmişdir ki, kabelin kəsilib-götürüldüyü hissəsi qəbiristanlığın giriş hissəsində yerləşdirilmiş avtomat qutusundan başlamaqla qəsəbədə yerləşən “Vadim” adlı marketin yaxınlığındakı dirəyə qədər uzanır. Baxışda iştirak edən şəxslərin iştirakı ilə müvafiq ölçmə işləri aparılaraq müəyyən edilmişdir ki, ümumilikdə 200 metr uzunluğunda bir növdə kabel kəsilib-götürülübdür. Kabelin kəsilmiş hissəsinin sonunda qalan hissəsindən 24 sm uzunluğunda nümunə götürülüb qablaşdırılmışdır. Baxış zamanı foto çəkiliş aparılmış, əldə olunmuş görüntülər foto-cədvəl formasında baxış protokoluna əlavə edilmişdir. (c.i, səh: 22-29) İşdə olan xx.xx.2025-ci il tarixli “Götürmə aparılması haqqında” qərar və protokola əsasən 10 fevral 2025-ci il tarixdə Şahid1 Təqsirləndirilən şəxs1 aldığı 6 kq 600 qram mis metalı ondan götürülmüşdür. Götürmə zamanı foto çəkiliş aparılmış, əldə olunmuş foto görüntülər foto-cədvəl formasında baxış protokoluna əlavə edilmişdir. (c.i ,səh: 41-44) İşdə olan 31 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məlumatda göstərilmişdir ki, hadisə yerindən götürülmüş kabel nümunəsi TPP 100x2 markalı olmaqla, 1 metrinin dəyəri 7.48(yedi manat qırx səkkiz qəpik) manat olmaqla 200 metr uzunluğunda kabelin dəyəri 1496 manat təşkil edir, eləcə də 18% əlavə dəyər vergisi də daxil olmaqla ümumilikdə 1765,28(bir min yeddi yüz altmış beş manat iyirmi səkkiz qəpik) manat təşkil edir. (c.i, səh: 59) İşdə olan AR ƏN MEM tərəfindən verilmiş 19 mart 2025-ci il tarixli 6-1107 saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş kabel nümunəsinin və naqil bükümünün metalı mis əsaslı ərintidən hazırlanmışdır. Təqdim edilmiş büküm halında olan naqil nümunəsi metal tərkibli və simlərinin diametrinə görə kabel nümunəsi ilə eynilik təşkil edir. (c.i, səh: 55-58) İşdə olan AR “X2” MMC tərəfindən göndərilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 24 iyun 2025-ci il tarixli, 163 saylı rəyinə əsasən 2024-cü ilin oktyabr ayının əvvəllərindən 04 fevral 2025-ci il tarixədək olan müddət üçün 24 sm uzunluğunda nümunəsi təqdim edilən “TPP 100x2” markalı istismarı dayandırılmış kabelin 200 metrinin dəyəri 1496 manat təşkil edir. (c.i,səh: 77-83) AR CPM-nin 124.2-ci maddəsinə əsasən şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər cinayət prosesində sübut kimi qəbul edilir. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişlər. Ona görə də, hər biri CM-nın Xüsusi hissəsinin müvafiq maddəsi ilə təqsirli bilinib Umumi hissəsinin normaları nəzərə alınmaqla cəzalanmalıdır. AR CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdə olan AR DİN BƏSİİ-nin xx.xx.2024-cü il tarixli məlumatına əsasən Təqsirləndirilən şəxs1 məhkum olunmamışdır. (c.i, səh: 94) İşdə olan AR DİN BƏSİİ-nin xx.xx.2024-cü il tarixli məlumatına əsasən Təqsirləndirilən şəxs2 məhkum olunmamışdır. (c.i, səh: 93) İş üzrə zərərçəkmiş şəxsə dəymiş zərəri tam ödəyərək onunla barışıq əldə etməsi və əməlindən peşmançılıq çəkməsi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallardır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşdə olan Qəbələ RİHB-nin Qəbələ rayon Mıxlıqovaq kənd İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunmuşdur. (c.i, səh: 49) İşdə olan Qəbələ RİHB-nin Qəbələ rayon Nic qəsəbə İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunmuşdur. (c.i, səh: 52) Məhkəmə törədilən cinayətin xarakterini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 AR CM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, cəzanın həddi müəyyən edilərək hər birinin şəxsiyyəti və cəzasını yüngülləşdirən hallar nəzərə alınmalıdır. İş üzrə maddi sübut, Qəbələ RPŞnin maddi sübutların saxlanma yerinə təhvil verilmiş 6,6 kq çəkidə mis materialı Şahid1 təhvil verilməli, 24 sm kabel məhv edilməlidir; İş üzrə ekspertiza xərcini təşkil edən 350,0 manat müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub Dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344- 347, 349, 351-353, 383- 385-ci maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 00-00-dan saat 07-00dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, Qəbələ rayonunun inzibati ərazisinin hüdudlarından çıxmamaq, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam ”qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 00-00-dan saat 07-00dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, Qəbələ rayonunun inzibati ərazisinin hüdudlarından çıxmamaq, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut, Şahid1 Qəbələ RPŞ-nin maddi sübutların saxlanma yerinə təhvil verilmiş 6,6 kq çəkidə mis materialı Şahid1 təhvil verilsin; 24 sm kabel məhv edilsin. İş üzrə ekspertiza xərcini təşkil edən 250,0 manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №1(025)-27/2025
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-27/2025
01.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver