Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-28/2020 23.09.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X2 rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Qəbələ rayonu, Xırxatala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, Azərbaycan Respublikası Qəbələ rayonu Cığatelli Bələdiyyəsində gözətçi vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Xırxatala kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 21 radələrində Qəbələ rayonu Xırxatala kəndində yerləşən həmkəndlisi X4 məxsus icarəyə götürüb işlətdiyi çayxanada həmkəndliləri Şahid2, Şahid4, Şahid3 və Qəbələ rayonu Cığatelli kənd sakini Şahid1 bir-birləri ilə pul vəsaitlərinin uduşu üçün oynanılan, uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan qumar oynamaları üçün onlardan hər bərabərə bitən oyuna görə 1 (bir) manat pul almaq müqabilində əvvəlcədən razılığa gəlib, onlara 36 (otuz altı) ədəd atlas kart dəsti və çayxananın daxilində yerləşən kabinetdə yer verməklə qumarxana təşkil etmə cinayətini törətmiş, hətta oyun başladıqdan sonra 3 dəfə bərabərə bitən oyuna görə hər dəfəsində 1 (bir) manat olmaqla yuxarıda qeyd olunan qumar oynayan şəxslərdən 3 (üç) manat pul almış və həmin qumar oyunun gedişində çayxanaya gələn Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən oyun zamanı istifadə edilən 36 ədəd kart dəsti, eləcə də uduş üçün stolun üzərinə qoyulmuş 1 (bir) ədəd 10 (on) manatlıq, 1 (bir) ədəd 5 (beş) manatlıq, 3 (üç) ədəd 1 (bir) manatlıq kağızdan ibarət və 1 (bir) ədəd 50 (əlli), 1 (bir) ədəd 10 (on) qəpikdən ibarət olmaqla ümumilikdə 18 (on səkkiz) manat 60 (altmış) qəpik məbləğində pul əskinazları aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 244-1.1ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, həmkəndlisi hal-hazırda Rusiya Federasiyasında yaşayan X5 məxsus çayxana vardır ki, həmin çayxananı xx.xx.2019-cu il tarixdə müvəqqəti işlətmək məqsədi ilə icarəyə götürmüşdür. xx xxxxxx 2020-ci il tarixdə çayxananı saat 16 radələrində açmış, axşam saat 19 radələrindən sonra Cığatelli kənd sakini Şahid1, həmkəndliləri Şahid2, Şahid3 və Şahid4 işlətdiyi çayxanaya gəlmişlər. Onlar çayxanada təxminən bir saata kimi domino və nərd oyunu oynadıqdan sonra birlikdə çayxananın içərisində olan dörd bir kənarı bağlı girişi göy rəngli pərdə ilə örtülü vəziyyətdə olan kabinetə keçərək içməyə bir çaynik çay sifariş etmişlər. Sonra isə ona müraciət edərək puldan qumar oynamaq istədiklərini bunun üçün oyun ləvazımatı olan atlas oyun kartlarını istəmişlər. Onlarla belə razılağa gəlmiş ki, qumar oynayacaqları təqdirdə hər seka olanda ona yer haqqı 1 (bir) manat pul verəcəklər. Hamı razılaşaraq mətbəxdə olan 36 ədəd oyun ləvazımatı olan atlas kartlarını onalara vermişdir. Murad, Aqil, Ülvi və Tural birlikdə puldan kart ilə oyun oynayan zaman içəriyə 3 nəfər şəxs daxil olaraq onun işlətdiyi çayxanada puldan qumar oyunu aşkar edərək özlərini Qəbələ rayon polis şöbəsinin əməkdaşları olduğunu təqdim etmişlər. Bu barədə polis əməkdaşları tərəfindən 36 ədəd oyun kartalrı və qumar oyunu zamanı stolun üzərində olan 18 manat 60 qəpik pul götürülməklə orada akt tərtib olunaraq tərəflərindən imza olunmaqla araşdırma aparılması üçün Qəbələ rayon polis şöbəyə getmişlər. Törətdiyi əməlindən səmimi peşimançılıq hissi keçirdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki,xx xxxxxx 2020-ci il tarixdə saat 18:30 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs işlətdiyi çayxanaya gəlmişdir. Çayxanada olarkən həmin vaxtı çayxanaya həmkəndlisi Şahid4 gələrək onunla görüşüb Muradın ona çay içməklə nərd oynamağı təklif etmişdir. Onlardan başqa çayxanada adlarını və kimliyini xatırlamadığı həmkəndliləri ayrıca stollarda əyləşərək çay içib domino və nərd oynayırdılar. Murad ilə ikisinə nərd oyanayarkən çayxanaya digər həmkəndlisi Şahid2 və qonşu kənd Cığatelli kənd sakini Şahid1 gələrək çayxananın giriş qapısı ilə üzbə-üz olan ön tərəfi pərdə ilə bağlı otağa keçmişlər. Murad ilə birlikdə nərd oyanayıb çay içdikdən sonra hər ikisi Ülvi və Turalın olduqları bağlı otağa tərf keçərək onlarla birlikdə bir stolda əyləşib çay içməyə başlamışlar. 10 dəqiqə sonra Tural, Ülvi və Murad ilə söhbətləşərkən birlikdə kartla puldan qumar oynamaq qərarına gəlmişlər. Taryeli səsləyib yanlarına çağıraraq onları kimsənin görmədiyini həmin otaqda puldan qumar oynamaq istədiklərini, qumar oyunu zamanı hər “SEKA” olacağı təqdirdə 1 manat pulunu verəcəklərini bildirmişlər. Taryel onların təklifi ilə razılaşaraq mətbəx tərəfə gedib bir-neçə dəqiqədən sonra 36 ədəd atlas oyun kartalarını onlara vermişdir. 36 ədəd oyun kartını Tural, Aqil və Ülvi arasında 3 kart olmaqla paylayıb birinci gedişdə hərəsi 1 manat gedişlə oyuna başlayıb hər gediş oyunu davam etdikcə masanın üzərinə 1 manat pul qoyulmaqa əlavə olunurmuş, oyun zamanı 3 dəfə “SEKA” olmuşdur ki, hər “SEKA”-nın razılaşdıqları kimi 1 manat ümumilikdə 2 manat pulu Taryelə vermişlər çünki, Taryel onlar üçün orada qumar oynamağa şərait yaratmışdır. Qumar oyunu davam edərkən saat 21 radələrində qəflətən qumar oynadıqları otağa 3 nəfər şəxs daxil olub özlərini polis olduqlarını bildirərək mobil telefonla video çəkiliş etməyə başlamışlar. Oyun zamanı oynadıqları stolun üzərində ümumilikdə 18 manat 60 qəpik pul olmuşdur. Polis əməkdaşları onların qumar oynamasını aşkar edərək akt tərtib olunmaqla tərəflərindən öz imzaları ilə imzalanaraq həmin pullar və oyun kartları götürülərək, onu, Taryeli, Turalı, Muradı və Ülvini araşdırma aparılması üçün Qəbələ rayon polis şöbəsinə gətirmişlər. Barələrində araşdırma aparılaraq toplanmış material Qəbələ Rayon Məhkəməsinə göndərilməklə ona, Turala, Murada və Ülviyə hər birinə 400 manat cərimə kəsilmişdir. Məhkəmə iclasında şahidlər Şahid1 və Şahid4 Şahid3 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişlər. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X3 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxsəvvəllər məhkum olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Qəbələ rayonu Cığatelli Bələdiyyəsinin xx xxxxxx 2020-ci il tarixli 38 saylı arayışından görünür ki, Qəbələ rayonu, Xırxatala kənd sakini Təqsirləndirilən şəxs hal-hazırda Qəbələ rayonu X1 kəndini sel sularından mühafizə edən Tikanlı və Həmzəlli çaylarında olan meşə zolağının gözətçisi vəzifəsində işləyir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxsözünün ibtidai istintaq və ilkin məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadələri, şahidlərin ibtidai istintaqzamanı və ilkin məhkəmə baxışı zamanı verdikləri ifadələri, digər iş materialları ilə onun qumar oyunlarının keçirilməsi üçün yer, yəni qumarxana təşkil etmə və saxlama cinayətin törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaqorqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CMnin 244-1.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxsna cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşimançılıq hissi keçirməsini, ailəli olmaqla himayəsində üç azyaşlı uşağın olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsna təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 244-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan bir ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, qazancından dövlət nəfinə 20 faiz tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli qazancından tutulmalar aparıldığı gündən hesablansın. Cəzanın icrasına nəzarət yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan bir ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №1(025)-28/2020
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-28/2020
23.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver