Məhkəmə qərarları › İş №1(025)-28/2022

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-28/2022

12.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-28/2022 12.09.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Qəbələ rayonu, Bum qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Qəbələ rayonu, Bum qəsəbəsində qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X4 həbsdə olan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, təmiz çəkisi 0,469 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini və təmiz çəkisi 0,430 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini istintaqa dəqiq məlum olmayan eyni tarixdə və eyni mənbədən satış məqsədi olmadan əldə edib saxlayaraq üzərində daşıyarkən, 09 may 2022-ci il tarixdə saat 19 radələrində Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən Qəbələ şəhəri, Polad Həşimov küçəsində saxlanılıb polis şöbəsinə gətirilərək orada üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynindəki mavi rəngli cins şalvarın arxa sol cibindən həmin psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin hər biri ayrıayrılıqda 01 ədəd ağ rəngli sellofan bükümdə, ümumilikdə 02 bükümdə həmin cibindən aşkarlanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, polis əməkdaşları tərəfindən 09 may 2022-ci ildə, saat 19:00 radələrində Qəbələ şəhəri, Polad Həşimov küçəsində yox həmin küçədə qaldığı evdə saxlanılmışdır. Bundan sonra onu polis şöbəsinə aparmışlar. Orada üzərinə baxış keçirilən zaman aşkar olunmuş narkotik vasitələri ona məxsus olmamışdır. Özü narkotik vasitələrdən istifadə edir, müalicəyə ehtiyacı vardır. Şər və böhtan ilə həmin əmələ təqsirləndirilən şəxs kimi cəlb olunmuş, ona qarşı düzgün olmayan ittiham irəli sürülmüşdür. Göstərilənləri nəzərə alaraq ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməməsinə dair ifadəsinə tənqidi yanaşır, onun tərəfindən bu cür ifadənin verilməsini özünü müdafiə xarakteri kimi dəyərləndirir və hesab edir ki, bu cür ifadə verməklə o törətmiş olduğu cinayət əməlini gizlətməklə məsuliyyətdən yayınmaq məqsədi güdür. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törətməsi iş üzrə toplanmış, məntiqi baxımdan biri-birini tamamlayan və məhkəmə istintaqında tədqiq olunmuş aşağıdakı sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmə iclasında Şahid5 ifadəsində göstərmişdir ki, 09 may 2022-ci il tarixdə Qəbələ rayon Bum qəsəbə sakini Təqsirləndirilən şəxs Qəbələ şəhəri Polad Həşimov küçəsində olması, onun narkotik vasitələri, psixotrop maddələri maddələri qanunsuz olaraq əldə edib, daşımaqla saxlamaqda şübhəli olmasına dair daxil olmuş məlumat əsasında həmin gün saat 19 radələrində Təqsirləndirilən şəxs Qəbələ CAB-nin əməkdaşları tərəfindən polis şöbəsinə gətirilmişdir. Rayon polis şöbəsinə, inzibati binanın birinci mərtəbəsinə təhqiqatçının kabinetində Təqsirləndirilən şəxs müdafiəçisinin, digər polis əməkdaşlarının, həmçinin, tanımadığım iki nəfər hal şahidinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman iştirak edirmiş.Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əyinindəki şalvarın sağ yan cibindən, sağ arxa cibindən müxtəlif bank kartları, markasını xatırlamadığı 2 ədəd mobil telefon, özünə məxsus şəxsiyyət vəsiqəsi, siqaretlər, xatırlamadığı məbləğdə pullar aşkar edilmişdir. Təqsirləndirilən şəxs əyinindəki şalvarın sol yan cibindən isə polietilen qablaşmada, açılmamış təzə vəziyyətdə 3 ədəd iynə və şpris, daha sonra axtarış zamanı Təqsirləndirilən şəxs arxa sol cibindən bir ədəd şəffaf rəngli sellfon bükülüdə sarı-boz rəngli heroinə bənzər kütlə və bir ədəd şəffaf rəngli metaffetaminə bənzər kristal maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrin nə olduğunu və haradan əldə etməsi şifahi sorğu edildikdə o, aşkar olunan maddələri tanımadığını, ona məxsus olmadığını,üzərinə qoyulduğunu bildirmiş, ancaq həmin maddələri onun üzərinə kimin qoymasını bildirməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs 4-5 ildir ki, narkotik vasitə istifadəçisi olduğunu qeyd etmişdir. Aşkar edilmiş metamfetaminə bənzər və heroinə bənzrə kütlələr elektron tərəzidə çəkildikdə hər ikisinin çəkisinin 0,6 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə davam etdirilmiş, ancaq cinayət xarakterli başqa heç bir əşya aşkar edilməmişdir. Aşkar edilərək götürülmüş kartlar, mobil telefonlar, pullar, həmçinin, şprislər, metamfetaminə bənzər maddə və heroinə bənzər maddə təhqiqatçı tərəfindən zərflərə qoyularaq üzəri möhürlənmiş, özü, hal şahidləri, Təqsirləndirilən şəxs müdafiəçisi, həmçinin, iştirak edən digər polis əməkdaşları tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs isə üzərindən aşkar edilmiş metamfetaminə və heroinə bənzər maddənin onun olmadığını bildirib zərflərin üzərini imzalamaqdan imtina etmişdir. Daha sonra təhqiqatçı tərəfindən axtarış və götürmə aparılması haqqında protokol tərtib edilmiş, tərtib edilmiş protokol oxunmuş, özü, hal şahidləri, Təqsirləndirilən şəxs, müdafiəçisi, həmçinin, digər polis əməkdaşları tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahidlər Şahid7 və Şahid6 Şahid5 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, 09 may 2022-ci il tarixdə Qəbələ rayon Bum qəsəbə sakini Təqsirləndirilən şəxs Qəbələ şəhəri, Polad Həşimov küçəsində olması, onun narkotik vasitələri, psixotrop maddələri qanunsuz olaraq əldə edib, daşımaqla, saxlamaqda şübhəli olmasına dair daxil olmuş məlumat əsasında həmin gün saat 19 radələrində Qəbələ RPŞnin PPXB-nin polis nəfərləri Şahid4 və Şahid3la birlikdə həmin ünvanda getmişlər.Həmin küçədə Təqsirləndirilən şəxs saxlanılmış, ona yaxınlaşıb özlərini təqdim edərək onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Üzərinə şəxsi axtarış və götürmə keçirilməsinin vacibliyini izah edərək onu bu məqsədlə rayon polis şöbəsinə getməli olduğunu izah etmişlər.Təqsirləndirilən şəxs onlarla Qəbələ rayon polis şöbəsinə getməyə razılaşmış, xidməti avtomobilə əyləşmiş, birgə rayon polis şöbəsinə, inzibati binanın birinci mərtəbəsinə təhqiqatçının kabinetinə gəlmişlər.Orada dövlət tərəfindən təyin edilmiş Təqsirləndirilən şəxs müdafiəçisinin, digər polis əməkdaşlarının, həmçinin, tanımadığı iki nəfər hal şahidinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır.Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əyinindəki şalvarın sağ yan cibindən, sağ arxa cibindən müxtəlif kartlar, markasını xatırlamadığı 2 ədəd mobil telefon, özünə məxsus şəxsiyyət vəsiqəsi, siqaretlər, xatırlamadığı məbləğdə pullar aşkar edilmişdir.Təqsirləndirilən şəxs əyinindəki şalvarın sol yan cibindən isə polietilen qablaşmada, açılmamış təzə vəziyyətdə 3 ədəd iynə və şpris aşkar edilmiş, daha sonra axtarış zamanı Təqsirləndirilən şəxs arxa sol cibindən bir ədəd şəffaf rəngli sellfon bükülüdə sarıboz rəngli heroinə bənzər kütlə və bir ədəd şəffaf rəngli metaffetaminə bənzər kristal maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrin nə olduğunu və haradan əldə etməsi şifahi sorğu edildikdə o, aşkar olunan maddələri tanımadığını, ona məxsus olmadığını,üzərinə qoyulduğunu bildirmişdir. Ancaq Təqsirləndirilən şəxs həmin maddələri onun üzərinə kimin qoymasını bildirməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs 4-5 ildir ki, narkotik vasitə istifadəçisi olduğu qeyd etmişdir. Aşkar edilmiş metamfetaminə bənzər və heroinə bənzrə kütlələr elektron tərəzidə çəkildikdə hər ikisinin çəkisinin 0,6 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə davam etdirilmiş, ancaq cinayət xarakterli başqa heç bir əşya aşkar edilməmişdir. Aşkar edilərək götürülmüş kartlar, mobil telefonlar, pullar, həmçinin, şprislər, metamfetaminə bənzər maddə və heroinə bənzər maddə təhqiqatçı tərəfindən zərflərə qoyularaq üzərin möhürlənmiş, özü, hal şahidləri, Təqsirləndirilən şəxs müdafiəçisi, həmçinin, iştirak edən digər polis əməkdaşları tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs isə üzərindən aşkar edilmiş metamfetaminə və heroinə bənzər maddənin onun olmadığını bildirib zərflərin üzərini imzalamaqdan imtina etmişdir. Daha sonra təhqiqatçı tərəfindən axtarış və götürmə aparılması haqqında protokol tərtib edilmiş, tərtib edilmiş protokol oxunmuş, özü, hal şahidləri, Təqsirləndirilən şəxs, müdafiəçisi, həmçinin, digər polis əməkdaşları tərəfindən imzalanmışdır. Məhkəmə iclasında Şahid4 Şahid2 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, 09 may 2022-ci il tarixdə Qəbələ rayon Bum qəsəbə sakini Təqsirləndirilən şəxs Qəbələ şəhəri Polad Həşimov küçəsində olması, onun narkotik vasitələri, psixotrop maddələri qanunsuz olaraq əldə edib, daşımaqla saxlamaqda şübhəli olmasına dair daxil olmuş məlumat əsasında həmin gün saat 19 radələrində Qəbələ RPŞnin PPXB-nin polis nəfəri Şahid4, Qəbələ RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2 birlikdə həmin ünvanda getmişlər. Həmin küçədə Təqsirləndirilən şəxs saxlanılmış, ona yaxınlaşıb özlərini təqdim edərək onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib üzərinə şəxsi axtarış keçirilməsinin vacibliyini izah edərək onu bu məqsədlə rayon polis şöbəsinə getməli olduğunu bildirmişlər.Təqsirləndirilən şəxs razı olaraq xidməti avtomobillə Qəbələ rayon polis şöbəsinə getməyə razılaşmış, xidməti avtomobilə əyləşmiş, birgə rayon polis şöbəsinə, inzibati binanın birinci mərtəbəsinə təhqiqatçının kabinetinə gəlmişlər.Orada dövlət tərəfindən təyin edilmiş Təqsirləndirilən şəxs müdafiəçisinin, digər polis əməkdaşlarının, həmçinin, tanımadığı iki nəfər hal şahidinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış, ancaq Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarışda iştirak etməmişdir. Sonradan Təqsirləndirilən şəxs üzərindən metamfetamin və heroin aşkar edildiyini bilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin 10 may 2022-ci il tarixli, 17/398 saylı məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “ağ rəngli kristal kütlə şübhəli şəxs Təqsirləndirilən şəxs....” sözləri yazılmış zərfin içərisindəki 01(bir) ədəd sellofan bükümdə, təmiz çəkisi - 0,469 qram olan maddə kusta üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində “sarı rəngli kütlə şübhəli şəxs Təqsirləndirilən şəxs...” sözləri yazılmış zərfin içərisindəki 01(bir) ədəd sellofan bükümdə, təmiz çəkisi - 0,430 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Ekspertiza tədqiqatından sonra 0,380 qram heroin və 0,419 qram metamfetamin qalmışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Səhiyyə İdarəsinin Rayonlararası X2 X3 Ekspert Komissiyasının 04 iyul 2022-ci il tarixli, 938 saylı ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. “Şübhəli şəxsin tutulması haqqında” 09 may 2022-ci il tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs 09 may 2022-ci il tarixdə saat 19:35-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Qəbələ Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli 4(025)-15/2022 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay həddində “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 09 may 2022-ci il tarixdən hesablanmışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Qəbələ Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən və barəsində CM-nin 69.4-cü maddəsi tədbiq edilməklə 3800 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, bundan başqa, o, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən və barəsində CM-nin 67.1-ci maddəsi tədbiq edilməklə 01 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və 3800 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2016-cı ildə azadlıqdan məhrum etmə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa, o, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən və barəsində CM-nin 67.1-ci maddəsi tədbiq edilməklə 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və 3800 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2020-ci ildə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2020-ci ildə cəza müddəti başa çatmışdır. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 31 oktyabr 2012-ci il tarixli 1(025)- 31/2012 saylı hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 4000 (dörd min) manat cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən 2 (iki) gün həbsdə olduğu müddət nəzərə alınmaqla ona qəti olaraq 3800 (üç min səkkiz yüz) manat məbləğində cərimə cəzası təyin edilmişdir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin 29 iyul 2015-ci il tarixli 1(025)-27/2015 saylı hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 3800 manat cərimə cəzası yeni hökmlə ona təyin edilmiş cəza ilə tamamilə birləşdirilməklə, üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə və 3800 manat miqdarında cərimə cəzaları saxlanılmışdır. İşdə olan Qəbələ Rayon Məhkəməsinin 01 iyul 2019-cu il tarixli 1(025)-32/2019 saylı hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 3800 manat cərimə cəzası yeni hökmlə ona təyin edilmiş cəza ilə tamamilə birləşdirilməklə, üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə və 3800 manat miqdarında cərimə cəzaları saxlanılmışdır. İşdə olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli 7(007)- 674/2020 saylı qərarın surətindən görünür ki, məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsindən qalan 02 ay 19 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qəbələ Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli, 3578/10 saylı məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 3800 manat cərimə cəzası həmin hökmə əsasən yeni hökmlə təyin edilmiş cəzaya birləşdirilmişdir. Bu səbəbdən məhkəmə hökmü xx.xx.2019-cu il tarixdə aidiyyəti üzrə icra olunması üçün məhkumun cəza çəkdiyi X6 göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X5 xx.xx.2022ci il tarixli xx/xx-4044 saylı məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs barəsində icra vərəqəsi müəssisəyə daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini və psixotrop maddəni metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıma və saxlama cinayətin törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin təhlükəli residivini yaradır. Məhkəmə cinayətin təhlükəli residivini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş və həmin Məcəllənin 65.2, 67.1 və 68.2-ci maddələrin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, bu hökmlə təyin edilmiş cəzaya Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 3800 manat cərimə cəzası tamamilə birləşdirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının müddətinin əvvəli 09 may 2022-ci il tarixdən hesablanmalı, cərimə cəzası isə müstəqil icra edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Qəbələ Rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,380 qram heroin və 0,419 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 102 (bir yüz iki) manat 12 (on iki) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən Qəbələ Rayon Məhkəməsinin 01 iyul 2019-cu il tarixli 1(025)-32/2019 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və ödənilməmiş 3800 (üç min səkkiz yüz) manat miqdarında cərimə cəzası yeni hökmlə təyin edilmiş cəzaya tamamilə birləşdirilməklə üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə və 3800 (üç min səkkiz yüz) manat miqdarında cərimə cəzaları saxlanılsın. Cəzasını ciddi rejimli Cəzaçəkmə Müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 09 may 2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən təyin olunmuş 3800 (üç min səkkiz yüz) manat miqdarında cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. Qəbələ Rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,380 qram heroin və 0,419 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 102 (bir yüz iki) manat 12 (on iki) qəpik Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar