Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-28/2023 16.10.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Qəbələ rayonu, Şamlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Şamlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 2023-cü ilin may ayında istintaqa dəqiq məlum olmayan tarixdən başlayaraq yaşadığı Qəbələ rayonunun Şamlı kəndində yerləşən fərdi yaşayış evinin bağ sahəsində 03 (üç) ədəd olmaqla tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini toxumlarından istifadə etməklə qanunsuz olaraq əkib aqro texniki qaydada qulluq edərək yetişdirib xeyli miqdarda kultivasiya etmiş və bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında 17 iyun 2023-cü il tarixdə saat 14:30 radələrində Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən onun öz razılığı ilə yaşadığı yuxarıda qeyd olunan fərdi yaşayış evin həyətinin bağ sahəsinə baxış keçirilən zaman həmin qanunsuz olaraq xeyli miqdarda kultivasiya etdiyi hündürlükləri 82 sm, 88 sm 93 sm ölçülərdə ümumilikdə təmiz çəkiləri 48.75 qram olmuş, 03 (üç) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri kultivasiya edildiyi yerdən aşkarlanaraq götürülmüşdür. Bundan başqa, o, həmin baxış zamanı 2022-ci ilin yay aylarında yaşadığı evin həyətyanı sahəsində əkib becərməklə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin yarpaqlarını yığaraq qurudub, kustar üsulla hazırlamaqla satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, Qəbələ rayonunun Şamlı kəndində yerləşən yaşadığı evin həyətindəki yardımçı tikilinin içərsində yerləşən taxıl üçün istifadə olunan yeşiyin üzərində açıq vəziyyətdə təmiz çəkisi 8.01 qram, həmin taxıl üçün istifadə olunan yeşiyin yaxınlığındakı göy rəngli boş şəkilli plastik vedrənin içərsindəki sellofan torbaya bükülü vəziyyətdə təmiz çəkisi 460 qram olmaqla əldə etdiyi yəni ümumi təmiz çəkisi 468.01 qram narkotik vasitə-qurudulmuş marixuananı qanunsuz olaraq saxlamış və həmin narkotik vasitə qurudulmuş marixuana xx.xx.2023-cü il tarixdə saat 14:30 radələrində yarımtikili evin içərsindən aşkarlanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Qəbələ rayonunun Şamlı kəndində yaşayır və orada pasport qeydiyyatındadır. 3 ilə yaxın müddətdir ki, narkotik vasitə olan marixuana istifadə edir. Narkotik vasitə olan marixuananı 2021-ci ilin yay aylarında Qəbələ rayonunun Bayramkoxa kəndi ərazisində yabanı halda bitmiş çətənə kollarından yığaraq əldə etmişdir. Hər dəfəsində Bayramkoxa kəndinə gedibgələ bilmədiyi üçün qərara gəlmiş ki, narkotik vasitəni öz yaşadığı evin həyətyanı sahəsində əksin. 2023-cü ilin mart ayında özündə olan narkotik vasitə olan çətənə bitkilərinin toxumlarını ailə üzvlərindən heç kim bilməsin və nəzərə çarpmasın deyə yaşadığı evin həyətinin bağ sahəsində ayrı-ayrı yerlərdə əkmişdir. Əkdiyi narkotik vasitə olan çətənə bitkilərinə xüsusi aqrotexniki qaydada qulluq edib baxaraq diblərini vaxtı-vaxtında yumşaltmaqla, suyunu verirmişdir. Hadisədən təxminən 3-4 gün əvvəl özü istifadə etmək üçün əkdiyi narkotik vasitə olan çətənə bitkilərinin hər birinin yarpağından bir neçə ədəd yığaraq həyətindəki evinin yaxınlığında olan yardımçı tikilidəki taxıl yeşiyinin üzərində gün düşən yerə qoymuş ki, qurusun sonra istifadə etsin. Həmçinin həmin taxıl yeşiyinin yaxınlığında olan un yığmaq üçün istifadə etdiyi 50 litr həcmində göy rəngli boş şəkildə vedrənin içərisinə də sellofan torbada keçən il yəni 2022-ci il tarixdə həyətyanı sahəsində əkdiyi 2 ədəd çətənə kollarından yığıb qurutduğu marixuananı qoymuşdur. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində həyətinin qarşısındakı yolda olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək onun narkotik vasitə saxlamağında və əkməsində şübhəli olduğu, həyətinə baxış keçirilməsini bildirmişlər. Polis əməkdaşlarına həqiqətən də həyətində yardımçı tikilidə iki yerdə qurudulmuş marixuana saxladığını və bağ sahəsində isə narkotik vasitə olan 3 ədəd çətənə bitkiləri əkdiyini, həyətyanı sahəsinə baxış keçirilməsinə etiraz etmədiyini bildirib bu barədə ərizə vermişdir. Həmin vaxt aqranom Elimdar Şəfiyev və polis əməkdaşları birlikdə həyətyanı sahəsinə daxil olub evinə, həyətinə və bağ sahəsinə polis əməkdaşları baxış keçirən zaman evində hər hansı narkotik vasitə aşkar edilməmiş, lakin həyətdə olan yardımçı tikilidə taxtanın üzərində qurudub istifadə etmək üçün qoyduğu narkotik vasitə olan marixuana, eləcə də, həmin taxıl yeşiyinin yaxınlığında olan un yığmaq üçün istifadə etdiyi 50 litr həcmində göy rəngli vedrənin içərisində sellofan torbada keçən il əkdiyi 2 ədəd çətənə kollarından yığıb qurutduğu marixuana polis əməkdaşları aşkar etmişlər. Daha sonra onlara həyətinə bitişik olan bağ sahəsində üç ayrıayrı yerdə əkdiyi narkotik vasitə olan çətənə kollarını təqdim edərək polis əməkdaşları tərəfindən baxış keçirilib onlar da götürülüb qablaşdırılmış və baxışda iştirak dən şəxslərin hər biri, eləcə də özü tərəfindən imza edilmişdir. Narkotik vasitə olan marixuananı şəxsi istifadəsi üçün əkmiş, həmin narkotik vasitədən heç kimə verməmiş və ya satmamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri, ekspert rəyləri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, Qəbələ rayon İcra Hakimiyyətin Başçısının Şamlı kənd ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitədən istifadə etdiyinə görə, həmçinin də yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik vasitə olan çətənə bitkisi əkib becərməklə məşğul olduğu üçün Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs öz razılığı ilə yaşadığı evin həyatyanı sahəsinə X4 iştirakı ilə baxış keçirilmiş və həmin istintaq hərəkətində iştirak etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətinin bağ sahəsində 3 ədəd müxtəlif ölçülərə malik tərkibində narkotik vasitə olan çətənə (kannabis) bitkiləri, bundan başqa həyətdə olan yardımçı tikilinin içərsindən taxtanın üzərində sərilmiş halda, eləcə də göy rəngli kapron boş vedrənin içərsindən göy rəngli sellofan torbaya bükülmüş halda müxtəlif çəkilərə malik narkotik vasitə olan qurudulmuş marixuana şakar edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş həmin narkotik vasitəni özü istifadə etmək üçün əkdiyini və saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs həyətyanı sahəsində əkdiyi narkotik vasitə olan çətənə (kanabis) bitkiləri və yardımçı tikilinin içərsində saxladığı qurudulmuş marixuana iş üçün maddi sübut əhəmiyyəti kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülərək möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs, aqranom Elimdar Şərifov, özü və baxışda iştirak edən digər şəxslər tərəfindən imzalanmışdır. Baxış zamanı baxış qeyd etdiyi ardıcıllıqla əks etdirən video və fotoşəkillər çəkilmiş, sonra baxış başa çatmışdır. Təqsirləndirilən şəxs yaşadığı həyətyanı sahəyə baxış zamanı polis əməkdaşları tərəfindən ona qraşı hər hansı bir formada fiziki zor tətbiq edilməmişdir. Məhkəmə iclasında Şahid4 Şahid3 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitədən istifadə etdiyinə görə, həmçinin də yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik vasitə olan çətənə bitkisi əkib becərməklə məşğul olduğu üçün rayon polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs öz razılığı ilə yaşadığı evin həyatyanı sahəsinə X4 iştirakı ilə baxış keçirilmiş və həmin istintaq hərəkətində iştirak etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həyətyanı sahəsindən 3 ədəd müxtəlif ölçülərə malik tərkibində narkotik vasitə olan çətənə (kannabis) bitkiləri, bundan başqa həyətdə olan yardımçı tikilinin içərsindən taxtanın üzərində sərilmiş halda, eləcə də göy rəngli kapron boş vedrənin içərsindən göy rəngli sellofan torbaya bükülmüş halda müxtəlif çəkilərə malik narkotik vasitə olan qurudulmuş marixuana şakar edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş həmin narkotik vasitəni özü istifadə etmək üçün əkdiyini və saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs həyətyanı sahəsində əkdiyi narkotik vasitə olan çətənə (kanabis) bitkiləri və yardımçı tikilinin içərsində saxladığı qurudulmuş marixuana iş üçün maddi sübut əhəmiyyəti kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülərək üzəri DİN-in “103” saylı möhürü ilə möhürlənmişdir. Sonra Təqsirləndirilən şəxs, aqranom Elimdar Şərifov, özü və baxışda iştirak edən digər şəxslər tərəfindən imzalanmışdır. Baxış zamanı baxış qeyd etdiyi ardıcıllıqla əks etdirən video və fotoşəkillər çəkilmiş və sonra başa çatmışdır. Təqsirləndirilən şəxs yaşadığı həyətyanı sahəyə baxış zamanı polis əməkdaşları tərəfindən ona qraşı hər hansı bir formada fiziki zor tətbiq edilməmişdir. Məhkəmə iclasında Şahid1 Şahid2 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 18 iyun 2023-cü il tarixli, 17/479 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “1/imza/ A.Yusifov, 2/imza/ E.Şərifov, 3/imza/ B.Həsənov...Tərtib etdi /imza/ C.Əhmədli.” yazısı, adlar və imzalar olan zərfin içərsindəki açıq şəkildə təmiz çəkisi - 8,01 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “1/imza/ A.Yusifov, 2/imza/ E.Şərifov, 3/imza/ B.Mustafayev...Tərtib etdi /imza/ C.Əhmədli.” yazısı, adlar və imzalar olan göy rəngli sellofan torbanın içərsindəki 01 (bir) ədəd şəffaf sellofan torbada, təmiz çəkisi - 460 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixunadır. Tədqiqata təqdim olunmuş, 01 (bir) ədəd zərfdə açıq şəkildə olan qurudulmuş marixuana ilə 01 (bir) ədəd sellofan torbada olan qurudulmuş marixuana tərkiblərinə görə fərqlidirlər. Tədqiqata təqdim olunmuş, hər birinin üzərinə yapışdırılmış kağızda “1/imza/ A.Yusifov, 2/imza/ E.Şərifov, 3/imza/ B.Mustafayev...Tərtib etdi /imza/ C.Əhmədli.” yazısı, adlar və imzalar yazılmış 03 (üç) ədəd sintetik kisələrin hər birində 01 (bir) ədəd olmaqla ümumilikdə 03 (üç) ədəd, uzunluqları 82 sm, 88 sm və 93 sm uyğun olaraq yaş vəziyyətdə ayrı-ayrılıqda təmiz çəkiləri – 15,42 qr, 16,21 qr və 17,12 qr ümumi təmiz çəkilkəri 48,75 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. X4 17 iyun 2023-cü il tarixli rəyinə əsasən təqdim edilmiş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd zərfdə açıq şəkildə olan qurudulmuş marixuna və 03 (üç) ədəd çətənə bitkiləri tərkiblərinə görə eynidirlər. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri X2 X3 Ekspert Komissiyasının 10 avqust 2023-cü il tarixli, 1334 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin özünün istintaq və ilkin məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadələri, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, ekspert rəyləri, digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, hazırlama, saxlama və qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onların hissələrini toplama) cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini könüllü etiraf edərək səmimi peşimançılıq hissi keçirməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunduğunu cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 234.1 və 237.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş və Həmin Məcəllənin 66.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən tutulub saxlandığı müddəti, yəni 02 (iki) gün istintaq dövründə tutulub saxlandığı müddəti də nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 17 iyun 2023-cü il tarixdən 19 iyun 2023-cü il tarixədək hazırkı iş üzrə tutulub saxlandığı müddəti nəzərə alınmaqla Təqsirləndirilən şəxs hazırda təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 16 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə zalında həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Qəbələ Rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 48,45 qram 03 (üç) ədəd çətənə (kannabis) bitkiləri, 7,96 qram və 459,90 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 237.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutulub saxlandığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə müddətindən çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli 16 oktyabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli Cəzaçəkmə Müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalında həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. Qəbələ Rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 48,45 qram 03 (üç) ədəd çətənə (kannabis) bitkiləri, 7,96 qram və 459,90 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №1(025)-28/2023
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-28/2023
16.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver