Məhkəmə qərarları › İş №1(025)-28/2024

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-28/2024

23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-28/2024 23.10.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X3 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx.xx.1977-ci il tarixdə Tərtər rayonunda anadan olmuş, subay, AR vətəndaşı, Ağcabədi rayonu N saylı hərbi hissədə həkimlabarant işləyən, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirli bilinərək 4000 (dörd min) manat cərimə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində 04 iyul 2024-cü il tarixli qərarla “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Tərtər Rayon Mərkəzi Xəstəxanası X9 direktorunun inzibati məsələlər üzrə müavini vəzifəsində işləyən zaman öz qulluq mövqeyindən istifadə edərək tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Qəbələ şəhər sakini Zərərçəkmiş şəxs aralarındakı tanışlıq münasibətlərindən irəli gələn etibarından sui istifadə edərək, onu Qəbələ RMX-nin direktor müavini vəzifəsinə təyin etdirəcəyinə köməklik göstərəcəyinə dair yalan vəd verib həmin işin həll olunması müqabilində özündən uydurduğu guya vəzifədə olan tanışlarına vermək adı ilə aldadaraq xx.xx.2022-ci il tarixdə saat 15:16-da Zərərçəkmiş şəxs 6000(altı min) manat pulunu onun bu cür əməllərindən məlumatı olmayan tanışı Ağdam rayon Əfətli kənd sakini Şahid1 adına olan Kapital Bank ASC-yə məxsus 5103-0714-7653-7903 saylı kart hesabına Kapital Bank ASC-nin ünvan 2 ünvanında yerləşən filialının içərisindəki ödəmə terminalı vasitəsilə köçürtdürməklə ələ keçirdikdən sonra həmin tarixdə 4000 (dörd min) manat hissəsini Şahid1 Ağcabədi rayonu Sarıcalı kəndi ərazisində bilavasitə götürüb öz şəxsi ehtiyaclarına sərf etmiş və 2000 (iki min) manat hissəsini isə sonuncuya əvvəlcədən olan borcunu ödəməklə qanunsuz və əvəzsiz ələ keçirmiş, bununla da öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs 6000 (altı min) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən Tərtər Rayon Mərkəzi Xəstəxanası X9 direktorunun inzibati məsələlər üzrə müavini vəzifəsində işləyən zaman öz qulluq mövqeyindən istifadə edərək tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Qəbələ şəhər sakini Zərərçəkmiş şəxs aralarındakı tanışlıq münasibətlərindən irəli gələn etibarından sui istifadə edərək, onu Qəbələ RMX-nin direktor müavini vəzifəsinə təyin etdirəcəyinə köməklik göstərəcəyinə dair yalan vəd verib həmin işin həll olunması müqabilində özündən uydurduğu guya vəzifədə olan tanışlarına vermək adı ilə aldadaraq xx.xx.2022-ci il tarixdə saat 14:10-da Zərərçəkmiş şəxs 4000 (dörd min) manat pulunu onun bu cür əməllərindən məlumatı olmayan tanışı ünvan 3 ünvanında yaşayan Şahid2 adına olan Kapital Bank ASC-yə məxsus 5103-0714-2742-2676 saylı kart hesabına Kapital Bank ASC-nin ünvan 2 ünvanında yerləşən filialının içərisindəki ödəmə terminalı vasitəsilə köçürtdürməklə ələ keçirdikdən sonra həmin pulun 40 (qırx) manat hissəsi köçürtmə əməliyyatı nəticəsində komissiya kimi tutulduqdan sonra həmin tarixdə 3960 (üç min doqquz yüz altmış) manat hissəsini Şahid2 Tərtər şəhəri ərazisində bilavasitə götürməklə qanunsuz və əvəzsiz ələ keçirib öz şəxsi ehtiyaclarına sərf etmiş, bununla da öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs 4000 (dörd min) manat məbləğində ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2018-ci ilin dekabr ayının 23-dən 2019-cu ilin aprel ayının 08-dək olan müddət ərzində X2 ümumilikdə 3800 manat pulu dələduzluqla ələ keçirmiş, buna görə də barəsində AR CM-nin 178.2.3-cü maddəsi ilə Tərtər RPŞ-də istintaqı aparılan ********* saylı cinayət işi istintaq edilərək yekunda isə xitam olunmuşdur. Həmçinin barəsində Tərtər RPŞ-də AR CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə istintaqı aparılan cinayət işi üzrə 29 may 2024-cü il tarixli Tərtər rayon məhkəməsinin hökmü ilə 4000(dörd min) manat cərimə cəzasına məhkum edilmişdir. Lakin cəriməni hələ də ödəyib qurtarmamışdır. Həmin cərimədən 200 manat hissəsini ödəmişdir. 1993-cü ildə N.Nərimanov adına Azərbaycan Tibb institutunun "Tibbi profilaktika işi" fakültəsinə daxil olmuş, 1998-ci il tarixdə həmin institutu həkim-laborant ixtisası üzrə bitirmişdir. 1998-ci il tarixdən 1999-cu il tarixədək Tərtər RMX-da internatura keçmişdir. xx.xx.1999-cu il tarixdən 2010-cu il tarixədək Tərtər RMX-da həkim statist, TTTYŞ-də təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifələrində, 2010-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Baş həkimin Təşkilati-Metodiki işlər üzrə müavini vəzifəsində işləmişdir. xx.xx.2019cu il tarixdə Tibbi şuranın qərarına əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186cı maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən töhmət almışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının xx.xx.2019-cui il tarixli 162 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xx.xx.2019-cu il tarixdə tutduğu vəzifədən azad edilmişdir. TƏBİB-in xx.xx.2020-ci il tarixli 04- 124 saylı əmri ilə Tərtər RMX-nın Baş həkimin Təşkilati Metodiki işlər üzrə müavini vəzifəsinə bərpa edilmişdir. xx.xx.2020-ci ildə direktorun inzibati məsələlər üzrə müavini vəzifəsinə keçmişdir. TƏBİB-in xx.xx.2023-cü il tarixli PHŞ/6-3.1-2022-486 saylı əmrinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Yəni xx.xx.2023-cü il tarixədək Tərtər RMX-nın direktorun inzibati məsələlər üzrə müavini vəzifəsində işləmişdir. Hal-hazırda isə Tərtər rayon ərazisində yerləşən N saylı hərbi hissədə həkim-labarant vəzifəsində işləyir. Qəbələ şəhər sakini Zərərçəkmiş şəxs 2000-ci il tarixdəndir ki, tanıyır. Taranə ilə ayrı-ayrı rayonlarda eyni bölmələrin eyni vəzifələrində işləmişlər və eyni tarixlərdə, yəni hər ilin yanvar ayında Bakı şəhərinə TƏBiB-ə ilik hesabata getmişlər. 2022-ci ilin avqust ayının sonlarında Zərərçəkmiş şəxs ilə telefon əlaqəsi saxlayan zaman Qəbələ RMX-da direktor müavini vəzifəsinin boş olduğunu və həmin vəzifəyə təyin oluna biləcəyi barədə Təranəyə yalandan təklif vermişdir. O isə təklifi ilə razılaşmış və həmin vəzifəyə təyin olunmaq istədiyini bildirmişdir. Təranəyə bilirmiş ki, bu işdə ona köməklik edə bilər. Çünkü onun yanında bir neçə dəfə bu barədə söhbətlər etmişdir. Bu minvalla da Təranədə özünə inam yaratmışdır. Yəni yalandan demiş ki, guya kimisə hansısa bir vəzifəyə təyin etdirə bilir. Təranəyə əvvəlcə demiş ki, həmin vəzifənin çətinlikləri vardır. O isə bildirmiş ki, 2-3 gün fikirləşib ona konkret olaraq fikrini deyəcək. Bundan 2-3 gün sonra isə Təranə ona zəng edərək bildirmiş ki, fikri dəqiqdir, evdə məsləhətləşmişdir. Təranəyə yalandan bildirmiş ki, bu işi həll edə biləcək tanışları ilə məsləhətləşsin. Təranəyə bildirmiş ki, bu işin həlli üçün ilkin olaraq 6000 manat pul lazımdır. Təranə onunla razılaşmışdır. Təranə ona demiş ki, ərinin avtomobili nasaz olub, buna görə də ondan kart hesabı istəmiş ki, pulu karta göndərsin. O da tanışı Şahid1 xahiş etmiş ki, ona kartını versin ki, onun kartına pul göndərəcəklər. Lakin Şahid1 bu işdən heç bir məlumatı yox imiş. Yəni o, bilmirmiş ki, kart hesabına gələn pul Zərərçəkmiş şəxs direktor müavini kimi işə düzəlməsindən ötrüdür. Samirə demiş ki, kiminsə ona borcu var və borcunu qaytarır. Belə olub 02 sentyabr 2022-ci il tarixdə Şahid1 məxsus olan Kapital Bank ASC-yə aid olan 5103-0714-7653-7903 saylı kartın fotoşəklini Zərərçəkmiş şəxs məxsus votsap ani mesajlaşma proqramına göndərmişdir. Saat 16 radələrində pulu Təranə qeyd etdiyi Şahid1 məxsus olan Kapital Bank ASC-yə aid olan 5103-0714-7653-7903 saylı karta göndərmişdir. Bundan sonra isə Samir ona 6000 manat pulun 4000 manatını Ağcabədi rayonu Sarıcallı kəndi ərazisində əlbəəl vermiş, 2000 manatını isə Samirə demiş ki, ona əvvəlcədən borcu olduğu üçün borcundan silsin. Belə olub Samir ona 4000 manat pulu vermişdir. O da həmin pulu öz şəxsi ehtiyaclarına xərcləyib qurtarmışdır. Bundan sonra isa fikirləşmiş ki, Təranədən həmin vəzifə üçün əlavə olaraq 4000 manat da bir bəhanə uydurub aldadıb ala bilər. Həmin gün isə Şahid2 ilə görüşmüş və ondan kartını istəmiş ki, ona Təranə tərəfindən pul vurdursun. Mehmanın da məlumatı olmamış ki, onun kart hesabına 4000 manat pul Təranənin direktor müavini vəzifəsinə düzəlməsi üçündür. Eləcə də Mehman bilməmiş ki, pulu vuran kimdir. Yenidən Təranəyə zəng edərək ondan həmin işin həlli üçün əlavə olaraq 4000 manat pul istəmişdir. O isə buna razılaşmışdır. Bele olub Təranə 4000 manatı 05 oktyabr 2022-ci il tarixdə Şahid2 məxsus olan 5103-0714-2742-2676 saylı Kapital Bank ASC-yə aid olan kart hesabını göndərmiş, karta köçürülmə nəticəsində 40 manat komissiya tutulduğu üçün Mehman ona 3960 manat pulu Tərtər şəhari ərazisində yerləşən bankomatdan çıxarıb vermişdir. Bundan sonra isə Təranənin ondan şübhələnməməsi üçün ondan diplomunun və şəxsiyyət vəsiqəsinin surətini istəmiş, həmin vaxt isə özü rayonda imiş. Buna görə xatırlamadığı bir tanışından xahiş etmiş ki, Təranədən qeyd etdiyi sənədləri götürsün. Bele olub həmin xatırlamadığı kişi cinsli tanışı da Təranədən qeyd etdiyi sənədləri götürmüş və sonradan ona çatdırmışdır. Həmin xatırlamadığı şəxsin də malumatı yox imiş ki, bütün bunlar Təranənin ona inanması üçündür. Eləcə də həmin şəxsin adını Təranə İlham kimi qeyd etməsinə baxmayaraq həmin şəxsi tam olaraq xatırlamır. Eləcə də həmin şəxsin də onun bu cür əməllərindən məlumatı olmamışdır. Üstündən bir neçə il keçməsinə baxmayaraq Təranədən aldığı ümumilikdə 10 min manat pulu geri qaytara bilməmiş və öz şəxsi ehtiyaclarına xərcləyib qurtarmışdır. Buna göra də Təranə ondan şikayət etmişdir. Zərərçəkmiş şəxs əlavə olaraq heç kimin pulunu dələduzluq yolu ilə almamışdır. Təranəyə 10000 manat dəymiş ziyandan 3000 manat pul ödəmişdir. Məhkəmə tərəfindən ona vaxt verilərsə zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyəcəkdir. Təqsirləndirilən şəxs həmçinin, hazırda əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödədiyini, ziyanı ödəmək üçün cəhdlər etdiyini və bir daha belə hallara yol verməyəcəyini bildirib, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında əri Nümayəndə Nəsrəddin oğlu ilə birlikdə yaşayır. 1998-ci il tarixdəndir ki, Qəbələ RMX-da müxtəlif vəzifələrdə, sonuncu dəfə isə 2020-ci il tarixdən etibarən RMX-nin statistika bölməsində bölmə müdiri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs təxminən 10 ildən artıqdır ki, hər ilin yanvar ayında Səhiyyə Nazirliyində hesabat verən zaman tanımışdır. 2022-ci ilin avqust ayının sonlarında Təqsirləndirilən şəxs ilə ona məxsus olan ***-***-**-** saylı mobil nömrə ilə telefon əlaqəsi saxlayan zaman Mətanət ona Qəbələ RMX-da müavin yerinin boş olduğunu, həmin vəzifəyə onu təyin etdirə biləcəyini demişdir. Telefon əlaqəsi zamanı Mətanət ona bildirmiş ki, onun adamı vardır, etibarlı adamdır, yəni onu Qəbələ RMX-nin direktor müavini vəzifəsinə təyin etdirə bilər. Daha sonra 01 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək bildirmiş ki, bu işin həlli məqsədilə 6000 manat pul göndərməlidir, Mətanətə bildirmiş ki, pulu gətirib Tərtər rayonunda ona əlbəəl versin. Mətanət isə bildirmiş ki, yox, pulu karta atmalıdır. Daha sonra evə gedərək əri Mahirlə bu məsələ ilə bağlı söhbət etmiş, onunla məsləhət etmişdir. Əri Mahir də ona demiş ki, həmin Mətanət adlı şəxsi tanıyırmı? O da Mətanəti əvvəlcədən tanıdığını bildirmişdir. Belə olub 02 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ona göndərdiyi Kapital Bank ASC-yə məxsus olan 5103-0714-7653-7903 saylı Şahid1 adına olan kart hesabına Qəbələ şəhəri ərazisində yerləşən Kapital Bakın filialının içərisindəki ödəmə terminalı vasitəsi ilə 6000 (altı min) manat pul göndərmişdir. Daha sonra Mətanətlə əlaqə saxlayan zaman o, bildirmiş ki, 6000 manat pul ona çatıbdır. Bundan sonra hər dəfə Mətanətlə əlaqə saxlayan zaman o, bildirmişdir ki, az bir zamanda əmri veriləcək. 2022-ci ilin oktyabr ayının əvvəllərində isə Mətanət ona zəng edərək demiş ki, Qəbələ RMX-nin direktor müavini vəzifəsində işləyən şəxsin maaşı 2000 manatdır və o da əlavə olaraq buna görə 4000 (dörd min) manat pul göndərməlidir. Belə olub Mətanətin dediklərinə inanmış və Mətanətin ona göndərdiyi Kapital Bank ASC-yə məxsus olan 5103- 0714-2742-2676 saylı Şahid2 adına olan kart hesabına xx.xx.2022-ci il tarixdə Qəbələ şəhəri ərazisində yerləşən Kapital Bakın filialının içərisindəki ödəmə terminalı vasitəsi ilə 4000 (dörd min) manat pul göndərmişdir. Bundan sonra da aralarında telefon danışıqları olmuş, dəfələrlə Mətanətə zəng edərək işin hansı mərhələdə olduğunu soruşmuş, Mətanət isə hər dəfəsində sabah əmrinin veriləcəyini bildirirmiş. Daha sonra isə Mətanət ona zəng edərək diplomunun, şəxsiyyət vəsiqəsinin və həkimlik vəsiqəsinin surətlərini Bakı şəhərinə gətirməli olduğunu demiş, o da belə olub qeyd etdiyi sənədlərin surətlərini çıxararaq Bakı şəhərinə aparmışdır. Orada olan zaman Mətanət ona demiş ki, Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən metronun yaxınlığında gözləsin, bir nəfər adı sonradan ona məlum olan İlham müəllimin ondan həmin sənədləri götürəcəyini demişdir. Belə olub 2022-ci ilin oktyabr ayının ortalarında dəqiq xatırlamadığı tarixində Nərimanov rayonu ərazisində yerləşən metronun qarşısında qeyd edilən sənədlərin surətlərini İlham adlı kimi tanıdığı şəxsə vermişdir. Bundan sonra isə dəfələrlə Mətanətə məxsus olan ***-***-**-** saylı və ***-***-**-** saylı mobil nömrələrə zəng edərək onunla əlaqə saxlamış, eləcə də ona müxtəlif məzmunlu mesajlar yazaraq onu xəbərdar etmiş ki, onun barəsində hüquq mühafizə orqanlarına şikayət edəcək. Lakin Mətanət hər dəfəsində ona yeni bir bəhanə gətirirmiş. Bu minvalla 2022-ci ilin oktyabr ayına kimi gözləmiş, 2022-ci ilin oktyabr ayında isə artıq 10000 manat pulunu Mətanətdən istəmişdir. Lakin Mətanət bu günə kimi nə onu vəzifəyə qoymuş, nə də 10000 manat pulunu geri qaytarmışdır. Buna görə də artıq 11 may 2024-cü il tarxdə Qəbələ RPŞ-nə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs ona qarşı etdiyi dələduzluq əməli nəticəsində ona ümumilikdə 10000(on min) manat maddi ziyan dəymişdir. xx.xx.2022-ci il tarixdə 6000 manat pulu Ağdam rayonu Əfətli kənd sakini xx.xx.1990-cı il təvəllüdlü Şahid1 (***-***-**-**) və xx.xx.2022-ci il tarixdə isə 4000 manat pulu isə xx.xx.1966-cı il təvəllüdlü ünvan 5 ünvanında qeydiyyatda olan Şahid2(***-***-**-**) adına rəsmiləşdirilmiş kart hesablarına göndərmişdir. Bu məlumatları ASAN xidmətdən öyrənmişdir. Həmin şəxslərin heç birini tanımır. Həmin kart hesablarını ona Mətanət göndərmişdir. Adları qeyd edilən şəxslərin Mətanətlə əlbirliklərinin olduğunu düşünmür. Onun pulunu konkret olaraq Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək onu aldadaraq və özünə inandıraraq dələduzluq yolu ilə ələ keçirmişdir. Əlavə olaraq isə qeyd edilən kart hesablarına 6000 və 4000 manat olmaqla ümumilikdə 10000 manat pulu göndərən zaman ödəmə terminalından çıxmış qəbzlərini də istintaqa təqdim etmişdir. Təqsirləndirilən şəxs kimisə işə düzəltdiyini və ya vəzifədə irəli çəkdiyini Mətanətin özünün ona deməsinə görə bilmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan qismən ödənilmiş və 7000 manat hələ ona ödənilməmişdir. Ona görə də Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmədən ona ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, ailəsi ilə birlikdə Ağdam rayonu Əfətli kəndində qeydiyyatda olmaqla yaşayır. Təqsirləndirilən şəxs 10 ildən artıqdır ki, tanıyır. Belə ki, keçmişdə Tərtər RMX-ya müraciət edən zaman onu həkim kimi görüb tanımışdır. Bundan sonra 2022-ci ilin iyun ayının sonlarında Təqsirləndirilən şəxs ondan 3000 manat borc istəmiş ki, anası xəstədir və əməliyyat olunmalıdır. Mətanətə pulunun olmadığını bildirmişdir. Lakin Mətanət ondan dəfələrlə borc pul istədiyi üçün ona 2000 manat pulu 2022-ci ilin iyun ayının sonlarında vermişdir. Mətanət isə ona bildirmiş ki, onun 2000 manat pulunu 2022-ci ilin iyul ayının maaşında geri qaytaracaq. Lakin buna baxmayaraq Mətanət onun 2000 manat pulunu 2022-ci ilin iyul ayında geri qaytarmamışdır. Belə olub ondan bir neçə dəfə borcunu istəmişdir. Mətanət isə ondan hər dəfə vaxt istəyirmiş. Belə olub 2022-ci ilin avqust ayında Mətanət ona zəng etmiş və ondan aldığı 2000 manat borcu geri qaytaracağını bildirmişdir. O da Mətanətə özünə məxsus olan 5103-0714-7653-7903 saylı Kapital Bank ASC-yə məxsus olan kartını çəkərək votsap vasitəsi ilə göndərmişdir. 02 sentyabr 2022-ci il tarixdə saat 15:16-da ona telefonunda olan Birbabk proqramı vasitəsi ilə mesaj gəlmiş, mesaja baxdıqda görmüş ki, yuxarıda qeyd etdiyi kart hesabının balansına 6000 manmat pul köçürülmüşdür. Bundan təxminən 5 dəqiqə sonra isə Mətanət ona zəng etmiş və kartına pulun vurulub-vurulmadığını soruşmuşdur. Ona bildirmiş ki, kartına 6000 manat pul vurulub. Lakin məlumatı yox imiş ki, kartına pulu vuran şəxs kimdir. Mətanət isə ona bildirmiş ki, ona olan 2000 manat borcunu silsin və yerdə qalan pulu çıxararaq ona versin. Ağdam rayon ərazisində yerləşən bankomatların birindən 4000 manat pulu kartından çıxartmış, 2000 manatını isə kartında saxlamışdır. Çünkü Mətanətin ona 2000 manat borcu var imiş. Təxminən 30 dəqiqə sonra isə Ağcabədi rayon Sarıcallı kəndində görüşüb 4000 manatı Mətanətə vermişdir. O isə yenə də bildirməmiş ki, pulu kartına vuran şəxs kimdir. Sadəcə olaraq demiş ki, ona da kimsə borclu olub və onun borcunu geri qaytarıbdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, ailəsi ilə birlikdə ünvan 6 ünvanında qeydiyyatda olmaqla yaşayır. 1992-ci il tarixdən etibarən Tərtər RMX-da işləyir. Hal-hazırki vəzifəsi isə elektrikdir. Təqsirləndirilən şəxs 20 ildən artıqdır ki, tanıyır. Çünkü Təqsirləndirilən şəxs vaxtilə Tərtər RMX-da direktor müavini vəzifəsində işləmiş, lakin sonradan, yəni 2023-cü il tarixdə barəsində cinayət işi olduğu üçün vəzifəsindən uzaqlaşdırılmışdır. Qəbələ şəhər sakini Zərərçəkmiş şəxs isə tanımır, onun adını ilk dəfədir ki, eşidir. xx.xx.2022-ci il tarixdə saat təxminən 09 radələrində Təqsirləndirilən şəxs ona iş yerində yaxınlaşaraq kartının üzərində olmadığını, lakin ona təcili şəkildə pul vurulacağını, həmin pulu isə əmisigilə çatdıracağını bildirərək onun maaş kartını ondan istəmişdir. O da özünə məxsus olan Kapital Bank ASC-yə aid 5103-0714-2742-2676 saylı kartını Mətanətə vermişdir. Mətanət onun yanında qeyd etdiyi kartının fotoşəklini öz mobil telefonu ilə çəkib kiməsə göndərmişdir. Bundan təxminən 5-10 dəqiqə sonra Mətanətə zəng gəlmiş və ona demişlər ki, pulu vurublar. Belə olub Mətanət ondan xahiş etmiş ki, kartına vurulmuş pulu çıxarıb onun əmisi evinə çatdıraq. Lakin hələ də bilməmiş ki, pulun məbləği nə qədərdir, eləcə də pulu kim və hansı məqsədlə göndərmişdir. Sadəcə Mətanətlə iş yoldaşı, eləcə də Təqsirləndirilən şəxs onun birbaşa inzibati işlər üzrə rəhbəri olduğu üçün onun xahişini və göstərişini icra etmişdir. Beləliklə bilrikdə Tərtər şəhərində yerləşən Kapital Bankın bankomatına getmişlər, özünə məxsus olan kartı özü bankomata salmış və pin kodunu yığan zaman görmüş ki, kartın içərisində 3960 manat pul vardır. Belə olub 3960 manat pulu çıxardaraq oradaca Mətanətin özünə vermişdir. Yol gələn zaman ona Mətanət bildirmiş ki, pulu ona borcu olan şəxs borcunu qaytardığı üçün vurmuşdur. Bundan sonra isə Mətanət ondan xahiş etmiş ki, Tərtər rayonu Qaraqoyunlu kəndinə əmisigilin evinə getsinlər. Belə olub Təranəni özünə məxsus olan Vaz21011 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Tərtər rayonu Qaraqoyunlu kəndinə aparmışdır. Yolda gözləmiş, Mətanət isə adını bilmədiyi əmisinin evinə girib çıxmışdır. Bundan sonra isə yenidən Tərtər RMX-ya qayıtmışlar. O gündən bu günə kimi məlumatı yox imiş ki, pulu onun kart hesabına göndərən şəxs Qəbələ şəhər sakini Təranə adlı qadındır, eləcə də məlumatı yox imiş ki, Təranə onun kartına 4000 manat pulu Qəbələ RMX-nin direktor müavini vəzifəsinə düzəlmək üçün göndərmişdir. Eləcə də bu barədə Mətanət də ona heçnə deməmişdir. Mətanət ona bir manat belə olsun verməmişdir. Eləcə də ondan bir manat belə olsun istəməmişdir. Təqsirləndirilən şəxs onun birbaşa rəhbəri olduğu üçün, eləcə də iş yoldaşı olduğu üçün onun dediklərinə inanmış, buna görə də onun xahişini yerinə yetirmişdir. Əgər Mətanətin qanunsuz əməllərindən məlumatı olsaydı kartını ümumiyyətlə Mətanətə verməzmiş. Mətanətə bir dəfə 05 oktyabr 2022-ci il tarixdə kartını vermişdir. Bundan əlavə ona kartını verməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, iş materialları və aşağıda göstərilən digər sübutlarlada təsdiq edilir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 04 iyul 2024-cü il tarixli, “18670 və 2087 nömrəli qəbzlərə baxışın keçirilməsi haqqında” protokoldan görünür ki, 18670 nömrəli qəbzə baxış keçirilən zaman müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 15:16 radələrində Qəbələ şəhəri ərazisində yerləşən Kapital Bank ASC-nin filialında yerləşən ödəmə terminalı vasitəsi ilə 6000 manat pul M***** S***** Ş**** oğlunun adına olan 5******7903 saylı kart hesabına köçürülmüşdür. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmiş ki, həmin kart onun tanışı Şahid1 adına olan Kapital Bank ASCyə məxsus olan 5103-0714-7653-7903 saylı kartdır, həmin karta Zərərçəkmiş şəxs tərəfindən 02 sentyabr 2022-ci il tarixdə 6000 manat pul göndərtdirmiş, həmin 6000 manat pul isə onun özünə çatmışdır. Şahid1 həmin pulun hansı səbəbdən göndərilməsi barədə məlumatı olmamışdır. 2087 nömrəli qəbzə baxış keçirilən zaman müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 14:10 radələrində Qəbələ şəhəri ərazisində yerləşən Kapital Bank ASC-nin filialında yerləşən ödəmə terminalı vasitəsi ilə 4000 manat pul B***** M***** M**** oğlunun adına olan 5******2676 saylı kart hesabına köçürülmüşdür. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmiş ki, həmin kart onun tanışı Şahid2 adına olan Kapital Bank ASCyə məxsus olan 5103-0714-2742-2676 saylı kartdır, həmin karta Zərərçəkmiş şəxs tərəfindən 05 oktyabr 2022-ci il tarixdə 4000 manat pul göndərtdirmiş, həmin 4000 manat pul isə onun özünə çatmışdır. Şahid2 həmin pulun hansı səbəbdən göndərilməsi barədə məlumatı olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 04 iyul 2024-cü il tarixli, “Təqsirləndirilən şəxs istifadəsində olan Samsung A 52 markalı və Nokia markalı mobil telefonlara baxışın keçirilməsi haqqında” protokoldan görünür ki, Samsung A 52 markalı mobil telefona baxış keçirilən zaman Samir Ağdam adlı kontakt müəyyən edilmiş, Samir Ağdam adlı kontaktın mobil nömrəsinin ***-***-**-** olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bildirmiş ki, Samir Ağdam adlı kontakt Şahid1dur. Şahid1 kart hesabından istifadə edərək Samirin məlumatı olmadan Təranə Məmmədovdan 6000 manat pul almışdır. Yəni Təranə əvvəlcə 6000 manat pulu Samirin kart hesabına göndərmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 01 avqust 2024-cü il tarixli “CD formatlı diskdə yerləşdirilmiş məlumatlara baxışın keçirilməsi haqqında” protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Qəbələ Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli “telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların ələ keçirilməsi” haqqında qərarına əsasən "xxxx" MMC vasitəsi ilə iş üzrə Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrədən, Zərərçəkmiş şəxs məxsus ***-***-**-** saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək daxil olan və çıxan zənglərin siyahısına, mesajların məzmununa, daxil olan və çıxan zənglərin anten dairələrinə və abunəçilərə dair əldə edilərək məktubla Qəbələ rayon polis şöbəsinə göndərilmiş və 1 (bir) ədəd CD formatlı diskə yerləşdirilmiş məlumatlara tərəfimdən baxış keçirilmişdir. Məlumatlara baxış keçirilən zaman Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə müxtəlif nalayiq ifadələrin ünvanlanaraq Təqsirləndirilən şəxs pulunu istəməsi ilə bağlı mətnlərə rast gəlinmiş, lakin əlavə olaraq hər hansı bir sübut əhəmiyyəti kəsb edən hala rast gəlinməmişdir. Bununla yanaşı baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxsin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə müxtəlif şəxslər tərəfindən pullarının istənilməsi yönümündə, borclarının geri qaytarılması istiqamətində mesajlar göndərilmiş, lakin Təqsirləndirilən şəxs tərəfindən həmin mesajlar cavablandırılmamışdır. Bununla yanaşı məlumatlara baxış keçirilən zaman Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrədən, Zərərçəkmiş şəxs məxsus ***-***-**-** saylı mobil nömrədən sonuncunun “İlham” kimi qeyd etdiyi şəxsə dair hər hansı bir məlumat aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 27 avqust 2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 10000 (on min) manat maddi ziyandan 3000 (üç min) manat hissəsi ödənilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş “Tərtər Rayon Mərkəzi Xəstəxanası” X8 daxil olan xx.xx.2024-cü il tarixli 18-1-75/2-776/2024 saylı saylı məktuba əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Tərtər RMX-nın psixiatriya və narkoloji kabinetlərində dispanser qeydiyyatda deyildir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “TƏBİB” X10 “Tərtər Rayon Mərkəzi Xəstəxanası” X9 daxil olan 07 avqust 2024-cü il tarixli, 18-1-75/2-964/2024 saylı məktub və həmin məktuba əlavə edilmiş Təqsirləndirilən şəxs barəsində olan əmrlərin çıxarışından görünür ki, Təqsirləndirilən şəxs cinayəti törədən vaxt, yəni 02 sentyabr 2022-ci il və xx.xx.2022-ci il tarixlərdə Tərtər RMX-nın direktorun inzibati məsələlər üzrə müavini vəzifəsində çalışmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnaməyə, Tərtər RPŞ-nin İQ-nun müstəntiqi Sadiq Alıyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “Şəxsi cinayət məsuliyyətindən azad etməklə cinayət təqibi icraatına xitam verilməsi haqqında” qərara, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(061)- 14/2024 saylı hökmünün surətinə və Tərtər rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, PX0018652/24-66-02 saylı məktuba əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində X1 ümumilikdə 3600 AZN pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq yolu ilə ələ keçirməsi ilə bağlı Tərtər RPŞ-də AR CM-nin 178.2.3-cü maddəsi ilə istintaq edilmiş ********* saylı cinayət işi üzrə icraata 03 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmiş və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmiş, Tərtər rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(061)- 14/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirli bilinərək 4000(dörd min) manat cərimə cəzasına məhkum edilmiş, həmin cərimədən 200(iki yüz) manat hissəsini ödəmiş, 3800(üç min səkkiz yüz) manat hissəsini ödəməmiş, bununla da məhkumluğu ödənilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Tərtər rayon polis şöbəsinin istintaq qrupunun müstəntiqi, polis kapitanı X6 03 fevral 2020-ci il tarixli “şəxsi cinayət məsuliyyətindən azad etməklə cinayət təqibi icraatına xitam verilməsi haqqında” qərarın surətindən görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsi ilə istintaqı aparılmış ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 73-1.2-ci maddəsi tətbiq edilməklə cinayət təqibi üzrə icraata xitam verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(061)-14/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 4000 (dörd min) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Tərtər rayon İcra və probasiya şöbəsinin 23 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, AR CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirli bilinib 4000 manat cərimə cəzasına məhkum olunmuş barəsində Tərtər rayon məhkəməsinin 1(061)-14/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü və hökmün icrası barədə göstəriş xx.xx.2024-cü il tarixdə Tərtər rayon İcra və probasiya şöbəsi tərəfindən qəbul edilmiş və məhkum qeydiyyata götürülmüşdür. Təqsirləndirilən şəxs təyin olunmuş 4000 manat cərimədən 200 manatı ödəmiş, hazırda ödənilməmiş 3800 manat cərimə cəzası qalmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Tərtər rayon İcra Hakimiyyəti Başçısının Tərtər şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə edilir. Cinayət işinin materiallarına əlavə edilmiş Tərtər rayon İcra Hakimiyyəti Başçısının Tərtər şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 iyun 2024-cü il tarixli, 859 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 8 ünvanında yaşayır. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iş üzrə Təqsirləndirilən şəxs tamah məqsədi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə etməklə və zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir və onun Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə cəza təyin edilməlidir. Cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələbinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələbinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən, Tərtər RPŞ-nin İQ-nun müstəntiqi Sadiq Alıyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “Şəxsi cinayət məsuliyyətindən azad etməklə cinayət təqibi icraatına xitam verilməsi haqqında” qərardan, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(061)-14/2024 saylı hökmünün surətdən və Tərtər rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, PX0018652/24-66-02 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində X1 ümumilikdə 3600 AZN pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq yolu ilə ələ keçirməsi ilə bağlı Tərtər RPŞdə AR CM-nin 178.2.3-cü maddəsi ilə istintaq edilmiş ********* saylı cinayət işi üzrə icraata 03 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmiş və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmiş, Tərtər rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(061)-14/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirli bilinərək 4000(dörd min) manat cərimə cəzasına məhkum edilmiş, həmin cərimədən 200 (iki yüz) manat hissəsini ödəmiş, 3800 (üç min səkkiz yüz) manat hissəsini ödəməmiş, bununla da məhkumluğu ödənilməmişdir. İşdə olan Tərtər rayon İcra Hakimiyyəti Başçısının Tərtər şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə edilir. İşdə olan Zərərçəkmiş şəxs 27 avqust 2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 10000 (on min) manat maddi ziyandan 3000 (üç min) manat hissəsi ödənilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, mənfi xarakterizə edilməklə şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməməsini, zərərçəkmiş şəxsin şikayətinin olmasını, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını, həm də cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, ona ittiham edildiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsi əsaslı və ədalətlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə təqsirləndirildiyi maddələrin sanksiyasında cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulduğu halda ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaların təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməz. Məhkəmənin bu mövqeyi həm də ondan irəli gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməmiş, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməmişdir. Həmçinin cinayət işində olan “axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdam şəhəri Sarıcalı kənd ərazisində tutularaq Qəbələ rayon Polis şöbəsinin İB-nə təhvil verilmişdir. Eyni zamanda cinayət işində olan “axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirləri nəticəsində Tərtər rayonu ərazisində tutularaq Qəbələ rayon Polis şöbəsinin İB-nə təhvil verilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs istintaq dövründə özünü təqsirli bilsə də, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsi üçün heç bir addım atmamış, əksinə istintaqdan yayınmağa çalışmışdır. Belə olan halda, Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan daha yüngül cəza ilə cəzalandırılması qanunilik və ədalətlilik baxımından düzgün hesab edilə bilməz. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər,ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, Təqsirləndirilən şəxs barəsində Tərtər rayon polis şöbəsinin istintaq qrupunun müstəntiqi, polis kapitanı X6 03 fevral 2020-ci il tarixli “şəxsi cinayət məsuliyyətindən azad etməklə cinayət təqibi icraatına xitam verilməsi haqqında” qərarına əsasən Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsi ilə istintaqı aparılmış ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 73-1.2ci maddəsi tətbiq edilməklə cinayət təqibi üzrə icraata xitam verilmişdir. Eyni zamanda Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(061)-14/2024 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 4000 (dörd min) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs əvvəllər də mülkiyyət əleyhinə olan (dələduzluq) cinayət törətdiyinə görə bir dəfə barəsində olan cinayət işinə xitam verilmiş, bir dəfə isə məhkum olunmuş, lakin ona təyin edilən cəzadan lazımi nəticə çıxarmamışdır. Bu hal onun şəxsiyyətini mənfi xarakterizə edən haldır və ona təyin olunmuş cərimə cəzasının məqsədini, yəni məhkumun islah edilməsini, həm özünün, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasını təmin edə bilməmişdir. Bütün bu hallar Təqsirləndirilən şəxs çətin islah olunan şəxs olduğuna dəlalət edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlini etiraf etməklə əməlindən peşiman olmasını, yaşayış yeri üzrə mənfi cəhətdən xarakterizə olunmasını, əvvəllər məhkum olunmasını, cəzanı yüngülləşdirən halı, Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamındakı tövsiyyələri, hazırkı məhkəmə təcrübəsini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyaların azadlıqdan məhrum etmə cəzalarının nəzərdə tutulmasını, eyni zamanda Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan digər cəzaların təyin edilməsinin cəzanın məqsədlərini təmin edə bilməyəcəyini, onun islah olunması üçün cəmiyyətdən təcrid edilməsinin zəruri olmasını nəzərə alaraq təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan əsas cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmənövündə cəza təyin edilməsini ədalətli, məqsədə uyğun və onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olunması baxımından yetərli hesab edir. Eyni zamanda məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirləndirilən şəxsin əvvəllər də mülkiyyət əleyhinə (dələduzluq) olan cinayət törətməsini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə əlavə cəza təyin edilməklə o, dövlət və yerli özünüidarəetmə orqanlarında, habelə kommersiya təşkilatlarında rəhbər və maddi məsul vəzifə tutumaq hüququndan məhrum edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Həmin məcəllənin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, 03 iyul 2024-cü il tarixli protokoldan və 04 iyul2024-cü il tarixli qərardan göründüyü kimi, Təqsirləndirilən şəxs 03 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli həmin gün saat 17:00-dan hesablanmış, 04 iyul 2024-cü il tarixdə saat 16:00-da Qəbələ RPŞ-nin MSY-dən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Eyni zamanda 27 avqust 2024-cü il tarixli “Qətimkan tədbirinin şərtlərini pozan təqsirləndirilən şəxsin tutulması haqqında” protokoldan göründüyü kimi, Təqsirləndirilən şəxs 27 avqust 2024-cü il tarixdə saat 16:15-də tutulmuş, 27 avqust 2024-cü il tarixdə “təqsirləndirilən şəxsin azad edilməsi və barəsində seçilmiş qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında” qərara əsasən “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri qüvvədə saxlanılmış və həmin gün saat 18:04-də Qəbələ RPŞ-nin MSY-dən azad edilmişdir. Ona görə də onun həbsdə saxlanıldığı ümumilikdə 03 (üç) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə hesablamaqla təyin olunan azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. Həmçinin iş materiallarında olan Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(061)-14/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 4000 (dörd min) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Həmin hökm 28 iyun 2024-cü il tarixdə qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi Tərtər rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Həmin hökm üzrə Təqsirləndirilən şəxs 4000 manat cərimədən 200 manatı ödəmiş, 3800 manat cərimə cəzası ödənilməmiş qalmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırda ona qarşı irəli sürülən ittiham üzrə cinayət əməlini Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(061)-14/2024 nömrəli hökmü ilə məhkum olunana qədər törətmişdir. Ona görə də, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplama qaydasında birləşdirib qəti cəza təyin edir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs na Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 66.2-ci maddələri nəzərə alınmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin edilmiş cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 66.2-ci maddələrinə əsasən Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(061)-14/2024 nömrəli hökmünə əsasən təyin edilmiş cəza ilə tam toplamaq yolu ilə ilə ona qəti olaraq cərimə cəzası və müəyyən müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində ödənilməmiş qalan 3800 (üç min səkkiz yüz) manat cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, məyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Məhkəmə hazırki hökmlə Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Odur ki, Təqsirləndirilən şəxs hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzasının əvvəli 23 oktyabr 2024-cü il tarixdən hesablanmalı, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.1 və 56.1.2-ci maddələrinə əsasən, azadlıqdan məhrum etmə növündə cəzanın ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-məntəqə tipli cəzaçəkmə müəssisələrində; qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında, habelə kommersiya təşkilatlarında rəhbər və maddi məsul vəzifə tutumaq hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs 03 iyul 2024-cü il tarixdən 04 iyul 2024-cü il tarixədək, həbsdə saxlanıldığı 01 gün, 27 avqust 2024-cü il tarixdən 28 avqust 2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 66.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Tərtər Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli 1(061)-14/2024 saylı hökmü ilə təyin edilmiş və hazırda ödənilməmiş qalan 3800 (üç min səkkiz yüz) manat cərimə cəzası ilə tam toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında, habelə kommersiya təşkilatlarında rəhbər və maddi məsul vəzifə tutumaq hüququndan məhrum edilməklə, 01 (bir) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası və 3800 (üç min səkkiz yüz) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 3800 (üç min səkkiz yüz) manat miqdarında cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli 23 oktyabr 2024-cü il tarixindən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökm elan olunduğundan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar