Məhkəmə qərarları › İş №1(025)-29/2021

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-29/2021

26.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-29/2021 26.05.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1972-ci ildə Qəbələ şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, Qəbələ rayon Mədəniyyət Mərkəzində elmi işçi işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi dövründə “COVİD-19” infeksiyasına yoluxması faktı təsdiq olunduqdan sonra 21.11.2020-ci il tarixdə saat 19 radələrində müalicə aldığı Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Tibbi Ərazi X5” X12 Qəbələ Rayon Mərkəzi X8 Xəstəxanasını öz başına tərk edib epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozmaqla yaşadığı və qeydiyyatda olduğu ünvan 2 ünvanına gəlmiş, xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 139- 1.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onunla birlikdə yaşayan anası Nəzirə Quluxanova 09 noyabr 2020-ci il tarixdə koronavirus (covid-19) infeksiyasından rəhmətə getmişdir. 16 noyabr 2020-ci ildən başlayaraq bədəninin sümüklərində ağrılar yaranmış və ağrılar iki gün müddətində bir qədər şiddətlənmiş, özündə koronavirusun əlamətlərinin olmasından şübhələnib 103 Təcili Tibbi yardımına zəng vuraraq yaşadığı ünvana yardım çağırmışdır. 3 saat sonra Qəbələ RMX-nın Təcili Tibbi yardımının iki nəfər işçisi yaşadığı ünvana gələrək ondan yaxma şəklində analiz götürülmüş və analizin nəticəsi barədə ona məlumat veriləcəyi bildirilmişdir. Səhətində yaranmış narahatçılıqla bağlı evdə müalicə olunmağa başlamış, ondan yaxma şəkildə analiz götürdükdən təxminən 3 gün sonra əri Şahid1 ona Qəbələ rayonu Epidemioloji mərkəzdən zəng vurularaq xəstəliklə bağlı verdiyi testin nəticəsinin pozitiv çıxdığını və 14 gün ərzində yaşadığı ünvanı tərk etməməyi bildirilmişdir. 21.11.2020-ci il tarixdə səhhətinin daha da pis olduğunu görüb Qəbələ RMX-na zəng vuraraq onun xəstəxananın Modul Tipli məntəqəsinə aparmağını xahiş etmişdir. Xəstəxananın 2 nəfər tanımadığı tibb işçisi Təcili Tibbi yardım avtomobili ilə yaşadığı ünvana gələrək onu Modul Tipli xəstəxanaya apararaq orada yerləşdirmişlər. Xəstəxanada təxminən 2- 3 saat qaldıqdan sonra tanımadığı tibb işçilərinə özündə sistem olduğunu və həmin sistemi ona vurmalarını bildirmiş, ona Modul Tipli xəstəxananın işləmədiyini həftənin 1-ci günü yəni 23.11.2020-ci il tarixdə fəaliyyətə başlayacağı bildirilmişdir. X11 xəstəxananın şəraiti soyuq olduğundan eləcədə həkimlərin ona baxmadıqları onun orada qalmağına imkan vermədiyi üçün həmin gün Modul Tipli xəstəxanadan çıxıb xəstəxananın qarşısından Şahid5 məxsus avtomobil ilə yaşadığı ünvana gəlmiş və ev şəraitində müalicə olunaraq sağalmışdır. Xəstəxananı tərk edib yaşadığı ünvana gəldikdən sonra xəstəxanadan əri Şahid1 bir neçə dəfə zəng vurularaq xəstəxanaya geri qayıtmağını əks halda ətrafdakıları yoluxdura biləcəyi bildirilmiş, lakin bunlara baxmayaraq xəstəxanaya geri qayıtmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, bir daha belə əməllərə yol verməyəcəyini bildirməklə, qadın olması, eləcə də hazırda Qəbələ rayon Mədəniyyət Mərkəzində elmi işçi işləməsi ilə əlaqədar ona daha yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun arvadıdır. X7 09 noyabr 2020-ci il tarixdə koronavirus (covid-19) infeksiyasından rəhmətə getmişdir. 16 noyabr 2020-ci ildən başlayaraq arvadı Elnurənin sümüklərində ağrılar yaranmağa başlamış və bu ağrılar iki gün müddətində bir qədər də güclənmiş, arvadı Təqsirləndirilən şəxs özündə koronavirusun əlamətlərinin olmasından şübhələnib 103 Təcili Tibbi yardımına zəng vuraraq yaşadıqları ünvana çağırmışdır. 3 saat sonra Təcili Tibbi yardımın iki nəfər işçisi tanımadığı şəxslər yaşadığı ünvana gələrək arvadı Elnurədən yaxma şəklində analiz götürməklə analizin nəticəsi barədə məlumat veriləcəyi bildirilmişdir. 3 gün sonra mobil telefonuna Qəbələ şəhər Epidemioloji mərkəzdən zəng vurularaq arvadı Elnurədən götürülmüş analizin pozitiv çıxaraq koronavirus xəstəsi olduğunu, 14 gün ərzində sağalana kimi yaşayış yerini tərk etməməyi bildirilmişdir. Bu barədə arvadı Elnurəyə məlumat vermiş, 21.11.2020-ci il tarixdə arvadı Elnurə səhhəti pis olduğu üçün Qəbələ RMX-na zəng vuraraq xəstəxananın Modul Tipli məntəqəsinə aparmalarını xahiş etmişdir. Az sonra xəstəxananın 2 nəfər işçisi Təcili Tibbi yardım avtomobili ilə yaşadığı ünvana gələrək onu Modul Tipli xəstəxanaya aparmışlar. Bundan 2-3 saat sonra Elnurə qayıdaraq yaşadıqları evə gəlmiş, arvadı Elnurədən yaşadıqları evə gəlməsinin səbəbini soruşduqda o, xəstəxanada həkimlər tərəfindən baxan olmadığını, buna görə evə gəldiyini demişdir. Xəstəxanadan ona zəng vurularaq Elnurənin koronavirus xəstəsi olduğu üçün ətrafdakıları yoluxdurmaq təhlükəsi olduğundan xəstəxanaya geri qayıtması bildirilmiş, lakin arvadı xəstəxanaya getmədiyini bildirmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, Covid-19 virusuna yoluxmuş xəstələr üçün Qəbələ şəhərində Qəbələ rayon Mərkəzi Xəstəxanasının PHŞ-in Modul tipli xəstəxanası tikilmiş və 20.11.2020-ci il tarixdə fəaliyyətə başlamışdır. Qəbələ RMX-nın rəhbərliyi tərəfindən Qəbələ rayonu ərazindən Covid-19 xəstəliyinə görə test vermiş və testin nəticələrinə görə pozitiv çıxmış xəstələrin müalicə olunması üçün Modul tipli xəstəxanaya gətirərək yerləşdirilməsi üçün sihayı verilmişdir. Qəbələ şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış. 21.11.2020-ci il tarixdə TTYŞ-dən məlumat verilərək ünvan 2 ünvanında Covid-19 xəstəsi olan Təqsirləndirilən şəxs vermiş olduğu testin nəticəsinə görə pozitiv çıxdığını və onun ünvanına gedərək həmin xəstəni gətirərək Modul tipli xəstəxanaya yerləşdirilməsi bildirilmişdir. Həmin tarixdə saat 17:30 radələrində TTYŞ-nin feldşeri Elşad İbrahimov ilə birlikdə TTYŞ-nin avtomobili ilə Təqsirləndirilən şəxs yaşadığı ünvana gedərək onu Qəbələ RMX-nın Modul tipli xəstəxanasına gətirərək təhvil vermişlər. Məhkəmə iclasında şahid X6 ifadəsində göstərmişdir ki, 2002-ci ildən Qəbələ RMX-da tibb bacısı işləyir. Covid-19 virusuna yoluxmuş xəstələr üçün Qəbələ şəhərində Qəbələ rayon Mərkəzi Xəstəxanasının PHŞ-in Modul tipli xəstəxanası tikilmiş, xəstəxana 20.11.2020-ci il tarixdən fəaliyyətə başlamışdır. Həmin xəstəxanaya təhkim olunaraq oraya gətirilmiş Covid-19 xəstələri üçün iynə-sistem köçürməklə məşğul olmuşdur. Qəbələ şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 21.11.2020-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs Qəbələ RMX-nın Təcilli Tibbi yardım avtomobili ilə Covid-19 xəstəsi kimi Modul tipli xəstəxanasına gətirilərək oraya yerləşdirilmişdir. Elnurə Xəstəxanaya yerləşdirildikdən təxminən 1 saat sonra heç bir səbəb və əsas olmadan orada səs-küy yaradaraq xəstəxanada qalmaq istəmədiyini və oranı tərk edərək yaşadığı evə getmək istədiyini bildirərək etiraz etmişdir. Xəstəxanada olan həkimlər və tibb bacıları Təqsirləndirilən şəxs onun üçün lazımı iynə dərman ayrıldığını və həmin iynə dərmanların ona tətbiq ediləcəyini oranı tərk etməməsi, çünki onun Covid-19 xəstəsi olduğu üçün ətrafda olan digər vətəndaşları yoluxdurma təhlükəsi olduğunu buna görə xəstəxanada qalaraq müalicə olunmasını bildirilmişdir. Lakin Təqsirləndirilən şəxs saat 19 radələrində həkimlərin və tibb bacılarının sözünə məhəl qoymayaraq xəstəxananı öz başına tərk edərək çıxıb getmişdir. Təqsirləndirilən şəxs Covid-19 xəstəsi kimi xəstəxananı öz başına tərk etməsi ilə bağlı xəstəxana rəhbərliyinə məlumat verilmiş, eləcədə Elnurənin əri Şahid1 xəstəxanadan zəng vurularaq xəstəxanaya geri qayıtması bildirilmiş, lakin Təqsirləndirilən şəxs xəstəxanaya gəlməmişdir. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərmişdir ki, özünə məxsus Vaz 2106 markalı ** BE *** dövlət nömrə nişanlı minik avtomobili ilə Qəbələ şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olur. 21.11.2020-ci il tarixdə saat 19 radələrində yaşadığı evdə olarkən Təqsirləndirilən şəxs mobil telefonundan zəng gələrək Qəbələ şəhəri Modul Tipli xəstəxananın qarşısında olduğunu, onu oradan evlərinə aparmağını xahiş etmişdir. Avtomobili ilə Elnurənin dediyi ünvana getmiş, Elnurə tək olmuş, yanında kimsə olmamış, əlində iki ədəd çanta olmuş, Elnurə həmin çantaları maşınına qoymaqla avtomobilinə minərək ondan onu evlərinə aparmağını bildirmişdir. Yolda gələrkən Elnurənin ona Covid-19 xəstəsi olduğu üçün 21.11.2020-ci il tarixdə Qəbələ RMX-nın Modyul tipli xəstəxanasına yerləşdirildiyini, lakin orada içməyə su tapa bilmədiyi üçün xəstəxanadan çıxaraq evlərinə getdiyini demişdir. Elnurəni gətirərək yaşadığı ünvana düşürdükdən sonra öz evinə getmişdir. Məhkəmə iclasında Şahid6 ifadəsində göstərmişdir ki, 1983-cü il tarixdən Qəbələ rayonu X1 sanitar həkim işləyir. 17.11.2020-ci il tarixdə gecə saatlarında Tibbi Ərazi X5 X12dən X3 Təqsirləndirilən şəxs 16.11.2020-ci il tarixdə Covid-19 xəstəliyinə görə götürülmüş analizin cavabının pozitiv çıxması barədə məlumat daxil olmuşdur. 18.11.2020-ci il tarixdə saat 11:38 radələrində istifadəsində olan 050 336 87 41 saylı mobil telefon ilə Təqsirləndirilən şəxs əri Şahid1 istifadəsində olan 055 737 53 43 saylı mobil telefonuna zəng vuraraq özünü ona təqdim etməklə arvadı Təqsirləndirilən şəxs Covid-19 xəstəlliyinə görə götürülmüş analizin nəticəsini pozitiv çıxdığını, 14 gün ərzində yəni sağalana kimi yaşadığı evi tərk etməməsi, əks halda yaşayış evini tərk edib bayıra çıxmaqla ətrafa olan digər şəxsləri yoluxdurmaq təhlükəsi olduğu üçün məsuliyyət daşıyacağı barədə məlumat vermişdir. İşdə olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Tibbi ərazi X5” X12 Qəbələ Rayon Mərkəzi Xəstəxanasından daxil olmuş 07.12.2020-ci il tarixli tibbi sənəd surətlərindən, Təqsirləndirilən şəxs “COVİD 19” analizinin cavabı pozitiv olduğu üçün 21.11.2020-ci il tarixdən ambulator şəraitdə müalicəyə götürülsə də o, xəstəxanada müalicə olmaqdan imtina edərək xəstəxananı öz başına tərk etdiyi bildirilmişdir. İşdə olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Tibbi ərazi X5” X12 Qəbələ Rayon Mərkəzi Xəstəxanasının 16.02.2021-ci il tarixli 3/223 saylı məktubunda Qəbələ RMX-nın PHŞ-in X13 xəstəxananın 20.11.2020-ci il tarixdən faəliyyətə başlamaqla 12.01.2021-ci il tarixdə fəaliyyəti dayandırıldığı bildirilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya- Kommunikasiya İdarəsinin 17.02.20201-ci il tarixli 020-2002-1221 saylı məktubunda Təqsirləndirilən şəxs Covid-19 virusuna yoluxduğu və 16.11.2020-ci il 22:10:48 tarixdən 30.11.2020-ci il 22:10:48 tarixinədək yaşayış yerini tərk etməsinə məhdudiyyət qoyulması barədə X10 Agentliyinin Təbib Ərazi X4 (TƏBİB) informasiya sistemi tərəfindən 18.11.2020-ci il 04:39:24 tarixində Daxili İşlər Nazirliyinin müvafiq informasiya sisteminə ötürüldüyü bildirilmişdir. İşdə olan Bakcell MMC tərəfindən CD diskə köçürülərək təqdim edilmiş telefon danışıqlarından görünür ki, 18.11.2020-ci il tarixdə saat 11:38:25-də Qəbələ rayonu X2 sanitar həkim Şahid6 050 336 87 41 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs əri Şahid1 istifadəsində olan 055 737 53 43 saylı mobil telefon nömrəsinə zəng vurulmuşdur. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 11.12.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün ibtidai istintaq və ilkin məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadələri, şahidlərin ibtidai istintaq zamanı və ilkin məhkəmə baxışı zamanı verdikləri ifadələri, digər iş materialları ilə onun koronavirus (COVİD 19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə tətbiq edilmiş xüsusi karantin rejimi dövründə xəstəliyin yayılması üçün real təhlükə yaratmaqla epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması cinayətin törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, törətdiyi əməli könüllü etiraf edib səmimi peşimançılıq hissi keçirməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan bir ədəd CD formatlı disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia olmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan bir ədəd CD formatlı disk cinayət işi materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar