Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-29/2022 28.09.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3, müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili X2 və təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Qəbələ rayonu, Mıxlıqovaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Mıxlıqovaq kəndində qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X3 həbsdə olan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs müxtəlif əyləncə, restoran və mehmanxana xərclərini ödəmək məqsədi ilə tanışı Oğuz rayonunun Xaçmaz kəndində yaşayan Zərərçəkmiş şəxs1 etibarından sui istifadə etməklə onu aldadıb Xaçmaz kəndi ərazisində təsərrüfatında olan 1 baş iri buynuzlu heyvanı kəsib özünə məxsus Qəbələ rayonunun Nic kəndində yerləşən ət dükanında satdıqdan sonra pulunu ödəyəcəyini yalandan vəd verərək 05 dekabr 2021-ci il tarixdə gecə saat 04 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Oğuz rayon Xaçmaz kəndində yerləşən “Daşüz” ferması adlandırılan yerə gəlib sonuncunun təsərrüfatında olan 1 baş dişi cinsli düyəni kəsib həmin heyvandan 220 kiloqram ət əldə etmiş, vədinə əməl etmək niyyəti olmadığı halda həmin əti satdıqdan sonra kiloqramına 9 manatdan pul ödəyəcəyinə söz vermiş, həmin ətin 80 manat məbləğində hissəsini Zərərçəkmiş şəxs1 özünə götürdükdən sonra qalan ətin 1900 manat məbləğində hissəsini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə istintaqa məlum olmayan şəxslərə satmış, nəticədə Zərərçəkmiş şəxs1 ümumilikdə 1900 (bir min doqquz yüz) manat məbləğində pulunu ələ keçirib öz istirahət və əyləncəsinə xərcləyərək zərərçəkmişə 1900 (bir min doqquz yüz) maddi ziyan vurmaqla dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən müxtəlif əyləncə, restoran və mehmanxana xərclərini ödəmək məqsədi ilə tanışı Oğuz rayonunun Yaqublu kəndində yaşayan Zərərçəkmiş şəxs4 etibarından sui istifadə etməklə onu aldadıb təsərrüfatında olan 2 baş iri buynuzlu heyvanları kəsib özünə məxsus Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən ət dükanında satdıqdan sonra pulunu ödəyəcəyini yalandan vəd etmiş, vədinə əməl etmək niyyəti olmadığı halda 16 dekabr 2021-ci il tarixdə sonuncunun təsərrüfatında olan, kəsildikdən sonra 200 kiloqram ət vermiş 1 baş dişi cinsli düyəni, 18 dekabr 2021-ci il tarixdə isə kəsildikdən sonra 200 kiloqram ət vermiş digər 1 baş dişi cinsli düyəni, cəmi 400 kiloqram əti olmuş 2 baş dişi cinsli düyələri kiloqramı 7 manatdan olmaqla ümumilikdə 2800 manata razılaşmaqla sonuncunun yaşadığı Oğuz rayon Yaqublu kəndində yerləşən heyvan fermasından yaşadığı ünvana aparıb istintaqa məlum olmayan şəxslərə satmaqla vədinə əməl etməyərək pulunu ələ keçirib öz istirahət və əyləncəsinə xərcləyərək vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs4 ümumilikdə 2800 (iki min səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən müxtəlif əyləncə, restoran və mehmanxana xərclərini ödəmək məqsədi ilə tanışı Oğuz rayonunun Kərimli kəndində yaşayan Zərərçəkmiş şəxs2 ilə aralarında uzun müddət ərzində qarşılıqlı baş vermiş alış-veriş nəticəsində aralarında yaranmış etibardan suiistifadə etməklə 2021-ci ilin sentyabr ayından başlayaraq 18 dekabr 2021-ci il tarixədək olan müddət ərzində ondan mütəmadi olaraq ondan bir neçə dəfə iri buynuzlu heyvanlar alıb kəsdikdən sonra hər dəfə pulun bir hissəsini ödəyib etibarını qazanmış, qalan hissəsini sonra ödəyəcəyini vəd edərək aldatmış, ona 3110 manat məbləğində ödəməli olan pulu qaytarmamaq və əlavə əmlakını ələ keçirmək qərarına gələrək sonuncu dəfə 18 dekabr 2021-ci il tarixdə onun yaşadığı ünvandan Zərərçəkmiş şəxs2 məxsus 1 baş dişi cinsli düyəni Qəbələ rayon Mıxlıqovaq kəndində yerləşən evinin həyətinə aparıb kəsdikdən sonra əldə edilmiş 140 kiloqram ətin 5 kiloqramını itkiyə çıxaraq yerdə qalan 135 kiloqram ətin 1 kiloqramını 8 manat 50 qəpikdən olmaqla ümumilikdə 1150 manata alacağına razılaşıb almış, həmin əti 1 gün sonra bazarda istintaqa məlum olmayan şəxslərə satıb pulunu ödəyəcəyinə söz versə də, dediyi vaxtda ona cəmi 600 manat ödəmiş, ödənilməmiş 550 manatla birlikdə Zərərçəkmiş şəxs2 əvvəlki ödəməli olduğu pullarla birgə ümumilikdə 4260 manat pulu ələ keçirib vədinə əməl etməyərək ələ keçirdiyi pulu öz istirahət və əyləncəsinə xərcləyərək vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs2 ümumilikdə 4260 (dörd min iki yüz altmış) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən müxtəlif əyləncə, restoran və mehmanxana xərclərini ödəmək məqsədi ilə tanışı Oğuz rayonunun Xal-Xal kəndində yaşayan Zərərçəkmiş şəxs3 ilə aralarında uzun müddət ərzində qarşılıqlı baş vermiş alış-veriş nəticəsində aralarında yaranmış etibardan suiistifadə etməklə 2021-ci ilin sentyabr ayından başlayaraq 19 dekabr 2021-ci il tarixədək olan müddət ərzində ondan bir neçə dəfə iri buynuzlu heyvanlar alıb kəsdikdən sonra hər dəfə ya pulun bir hissəsini ödəyib qalan hissəsini, yaxud da tamamını sonra ödəyəcəyini vəd edərək etibarını qazanmış, ona 5300 manat məbləğində ödəməli olan pulu qaytarmamaq və əlavə əmlakını ələ keçirmək qərarına gələrək sonuncu dəfə Zərərçəkmiş şəxs3 19 dekabr 2021-ci il tarixdə Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən bazara satmaq üçün apardığı 1 baş erkək cinsli dananı kəsib satdıqdan sonra pulunu verəcəyi adı ilə aldadaraq ondan alıb kəsdikdən sonra əldə edilmiş 125 kiloqram ətin 5 kiloqramını itkiyə çıxıb yerdə qalan 120 kiloqram əti kiloqramını 10 manatdan olmaqla ümumilikdə 1200 manata razılaşıb almış, həmin əti istintaqa məlum olmayan şəxslərə satdıqdan sonra Zərərçəkmiş şəxs3 əvvəlki ödəməli olduğu pullarla birgə, yəni, qalan bütün pullarını birlikdə ödəyəcəyinə söz versə də, vədinə əməl etməyərək sonuncuya ödəməli olduğu ümumilikdə 6500 manat pulu ələ keçirib öz istirahət və əyləncəsinə xərcləyərək nəticədə vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs3 ümumilikdə 6500 (altı min beş yüz) manat məbləğində-xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Oğuz rayon sakinləri Zərərçəkmiş şəxs4 Eyyub oğlunu, X4, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 uzun müddətdir ki, Adları qeyd olunan şəxslərdən dəfələrlə iribuynuzlu heyvan alaıb kəsərək ətini satdıqdan sonra pulunu qaytarıb vermişdir. Son vaxtlar işləri qaytasında getmədiyinə görə müəyyən dərəcədə borca düşmüş və 2021-ci ilin sentyabr ayından başlayaraq həmin şəxslərdən aldığı heyvanların ya pulunun bir hissəsini ödəmiş, qalan hissəsini borclu qalmış, ya daki, heyvanları aralarında olan münasibətə görə həmin şəxslərdən xahiş edib ətini satdıqdan sonra pulunu ödəyəcəyinə söz verməklə onlardan götürürmüş. 2021-ci ilin sentyabr ayından başlayaraq Zərərçəkmiş şəxs2 hər dəfə iri buynuzlu heyvan landa pulunun bir hissəsini verib qalan hissəsini borclu qalmışdır. 18 dekabr 2021-ci il tarixdə bəhruz onun yaşadığı Qəbələ rayon Mıxlıqovaq kəndində evinin həyətinə gətirdiyi bir baş dişi cinsli düyəni kəsdikdən sonra 140 kiloqram ət vermişdir. Ətin 5 kiloqramını itkiyə çıxıb 8.50 manatdan ümumilikdə 1150 manata razılaşmışlar.Həmin heyvanın ətini satdıqdan bir gün sonra Bəhruza 600 manat pul vermiş, 550 manat isə borclu qalmışdır. Bununla da Bəhruza verəcəyi pul ümumilikdə 4260 manata çatmışdır. Bəhruza yeni ilə qədər pulunun hamısını verəcəyini bildirsə də onun pulunu qaytarıb verməmiş, pulları öz əyləncəsinə və şəxsi sərfiyyatına xərcləmişdir. 03 dekabr 2021-ci il tarixdə iri buynuzlu heyvan almaq üçün Zərərçəkmiş şəxs1 zəng edib kəsib satmaq üçün ona heyvan olub olmadığını soruşmuşdur. Alim ona onda bir baş dişi cinsli düyə olduğunu və həmin heyvanı satmaq istədiyini bildirmişdir. Alimdən həmin heyvanı almaq istədiyini deyərək 04 dekabr 2021-ci il tarixdə saat 04 radələrində Alimin yaşadığı Oğuz rayon Daşüz fermasına gedib heyvanı orada kəsmişdir. Heyvanın ətinin çəkisi 220 kiloqram olmuş ki, 1 kiloqramını 10 manat razılaşıb qiyməti 1980 manat eləmişdir. Alim ətdən bir qədər özü üçün götürdükdən sonra ona 1900 manat pul verməli olmuşdur.Alimə ondan aldığı heyvanın ətini satdıqdan sonra pulunu verəcəyini bildirmişdir.Əvvəllər Alimdən iribuynuzlu heyvan alıb sonradan pulunu verdiyi üçün Alim onunla razılaşmışdır. Həmin heyvanın ətini sataraq öz şəxsi ehtiyaclarına xərcləmiş buna görə də Zərərçəkmiş şəxs1 pulunu verməmişdir. 12 dekabr 2021-ci il tarixdə Qəbələ rayon Nic qəsəbəsində hər həftənin bazar günü fəaliyyət göstərən bazarda işlətdiyi ət dükanında olarkən Zərərçəkmiş şəxs4 oraya gələrək onda iki baş satdıq iribiynuzlu heyvan olduğunu bildirmişdir.Qardaşxana həmin heyvanalara gələrək baxacağını deyib 15 dekabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs4 yaşadığı Oğuz rayonu Yaqublu kəndində yerləşən ünvanına getmiş və orada yerləşən fermada olan heyvanlarına baxmışdır. Qardaşxana həmin heyvanları alıb kəsərək satdıqdan sonra pulunu verəcəyini bildirmiş, Qardaşxan onun təklifi ilə razılaşmışdır. 16 dekabr 2021-ci il tarixdə heyvanların birini, 2 iki gün sonra isə digərini aparmışdır. Heyvanın ətinin çəkisi ikisi birlikdə 400 kiloqram olmuş ki, 1 kiloqramını 7 manata razılaşıb qiyməti 2800 manat eləmişdir. Qardaşxana ondan aldığı heyvanalara görə pulunu verəcəyinə söz versədə həmin pulu qaytarıb verməmiş, pulları öz əyləncəsinə və şəxsi sərfiyyatına xərcləmişdir. 2021-ci ilin sentyabr ayından başlayaraq Zərərçəkmiş şəxs3 iribuynuzlu heyvan alarkən ya heyvanın pulunu sonra ödəyəcəyinə söz vermiş, ya da ki, bir hissəsini verib qalan hissəsini borclu qalırmış.Beləliklə Vahidə olan borcu çoxalırmış. Sonuncu dəfə 19 dekabr 2021-ci il tarixdə Vahid Qəbələ rayon Nic qəsəbəsindəki bazara satmaq üçün bir baş iribuynuzlu erkək cinsli dana gətirmişdir. Həmin heyvanı Vahiddən alıb bazarda kəsərək 125 kiloqram ət vermiş, ətin 5 kiloqramını itkiyə çıxaraq 10 manatdan ümumilikdə 1200 manata razılaşmışlar. Vahidə əti satdıqdan sonra pulunu qalan bütün borcu ilə ilə birlikdə ödəyəcəyini bildirmişdir. Bununla da Vahidə ümumilikdəı 6500 manat verəcəyi olmuşdur. Vahidə pulunu yaxın vaxtlara kimi verəcəyini desədə lakin həmin verəcəyi pulu qaytarıb verməmiş, pulları öz əyləncəsinə və şəxsi sərfiyyatına xərcləmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Kəlbəcər rayonunun Susuzluq kəndində qeydiyyatda olub, Oğuz rayonunun Xaçmaz kəndində “Daşüz” ferması adlanan ərazidə müvəqqəti məskunlaşıb orada yaşayır. Qəbələ rayon Mıxlıqovaq kənd sakini Təqsirləndirilən şəxs 3-4 ildir ki tanıyır. 2021-ci ilin noyabr ayında Yunus müvəqqəti məskunlaşıb yaşadığı “Daşüz” fermasına heyvan almaq üçün gəlmiş, həmin vaxt ona təsərrüfatında olan bir baş iribuynuzlu heyvanı satmış, Yunus heyvanı həyətdə kəsib, çəkisinə görə pulunu ödəyib aparmışdır. Bir müddət sonra Yunus fermaya gəlib ondan heyvan alaraq kəsib çəkisinə görə pulunu ödəmişdir. 4 dekabr 2022-ci il tarixdə axşam vaxtı Yunus ona zəng edərək səhər bazarda ətini satmaq üçün heyvan olub-olmadığını soruşmuş və ona bir baş dişi cinsli düyə olduğunu və satmaq istədiyini bildirmişdir. Yunus gecə gəlib heyvanı kəsib ətini səhər bazarda satacağını deyərək 5 dekabr 2022-ci il tarixdə gecə saat 4 radələrində yaşadığı ünvana gəlib heyvanı həyətdə kəsmişdir. Ətin 1 kiloqramını 9 manatdan razılaşıb 220 kiloqram olmuş ki, qiyməti 1980 manat təşkil etmişdir. Ətdən bir qədər özü üçün götürmüş və Yunus ona 1900 manat pul verməli olmuş, lakin o, bildirmiş ki, əti bazarda satıb pulunu verəcəkdir. Yunus əvvəllər də ondan iki dəfə heyvan alıb pulunu ödədiyi üçün onunla razılaşmışdır. Lakin Yunus həmin gün pulu verməmiş, onunla telefon əlaqəsi saxlayanda bildirmiş ki, “alver olmayıb səbirli ol, yanvarın 2-si gəlib bazarda pulunu götürərsən” sözlərini demişdir. Bu barədə Yunusa heç bir söz deməyib 02 yanvar 2022-ci il tarixdə Nic bazarına getmiş və həmin vaxtı bazarda əvvəlcədən tanığı Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 görmüşdür. Orada bilmiş ki, Yunus onlardan da heyvan alıb, onlara da həmin vaxt gəlib pullarını götürməsini demişdir. Lakin Yunusun ət satdığı dükan bağlı olmuş və özü bazarda olmamışdır. Yunusun ət satdığı dükanın yanında olan ət dükandakı satıcıdan Yunusu soruşarkən həmin şəxs Yunusun gəlmədiyini demişdir. Yunusun mobil telefonuna həmin vaxtı zəng çatmamışdır. Bundan sonra Bəhruz və Vahid birlikdə ona məxsus avtomobillə Yunusun yaşadığı ünvana getmişlər. Yunusun anası onlara Yunusun Bakıya getdiyini, lakin harada olduğunu bilmədiklərini demişdir. Bundan sonra Oğuz rayonuna geri qayıdıb bir həftə sonra Yunus ilə görüşmək üçün Nic bazarına gəlmiş, lakin Yunusu yenə də tapa bilməmişdir. Həmin vaxt bazarda əvvəlcədən tanıdığı Tofiqlə rastlaşmış, onunla söhbət zamanı Yunusu tapa bilmədiyini deyərkən Tofiq Yunusun qardaşı oğlu Qardaşxanın da heyvanını alıb pulunu vermədiyini bildirmişdir. Sonda isə Təqsirləndirilən şəxs şikayətçi olduğunu və ona dəymiş ziyanın tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 10 ildən çoxdur ki, tanıyır və ona dəfələrlə iri buynuzlu heyvan satmışdır. 2021-ci ilin sentyabr ayından başlayaraq dekabr ayının 18-dək olan müddətdə Təqsirləndirilən şəxs hər dəfə gəlib ondan iri buynuzlu heyvan alarkən pulun bir hissəsini vermiş, qalan hissəsini borclu qalmışdıır. 18 dekabr 2021-ci il tarixdə Yunusun yaşadığı Qəbələ rayonunun Mıxlıqovaq kəndində yerləşən evinin həyətinə apardığı bir baş dişi cinsli düyəni kəsdikdən sonra 140 kiloqram ət vermiş, ətin 5 kiloqramı itkiyə çıxıb 8,50 manatdan ümumilikdə 1150 manata razılaşmışlar. Yunus həmin heyvanın ətini bir gün sonra, yəni bazar günü Qəbələ rayonunun Nic bazarında sataraq ona 600 manat pul vermiş, 550 manat isə borcu qalmış, bununla da Yunusun ona olan borcu 4260 manata çatmışdır. Yunus yeni ilə qədər pulunun hamısını verəcəyini bildirsə dediyi vaxta kimi pulunu verməmişdir. Yunusla telefon əlaqəsi saxlayarkən ona yanvarın 2-si gəlib bazarda pulunu götürməsini demişdir. Belə olub 2 yanvar 2022-ci il tarixdə Nic bazarına getmiş, həmin vaxtı əvvəlcədən tanığı Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 da Yunusu axtardıqlarını görmüşdür. Orada bilmiş ki, Yunus onlardan da heyvan alıb, onlara da həmin vaxt gəlib pullarını götürməsini bildirmişdir. Lakin Yunusun ət satdığı dükan bağlı olmuş, özü də bazarda olmamışdır. Yunusun ət satdığı dükanın yanında olan ət dükandakı satıcıdan Yunusu soruşarkən həmin şəxs Yunusun gəlmədiyini demişdir. Yunusun mobil telefonuna həmin vaxtı zəng çatmamışdır. Bundan sonra o, Bəhruz və Vahid birlikdə Alimin avtomobil ilə Yunusun yaşadığı ünvana gəlmişlər. Onların qarşısına Yunusun anası çıxıb “Yunus sizin əlinizdən bezib gedib, yoxdu, harada olduğunu bilmirəm, bizim qapıya gəlməyin” sözlərini demişdir. Bundan sonra Oğuz rayonuna geri qayıdıb bir həftə sonra Yunus ilə görüşmək üçün Nic bazarına gəlmiş, lakin yenədə Yunusu tapa bilməmişdir. Yunus hal-hazırda ona verəcəyi olan 4200 manat pulu verməmişdir. Sonda isə Təqsirləndirilən şəxs şikayətçi olduğunu və ona dəymiş ziyanın tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Kəlbəcər rayonunun Hopurlu kəndində qeydiyyatda olub, Oğuz rayonunun Yaqublu kəndində müvəqqəti məskunlaşıb orada yaşayır. Qəbələ rayon Mıxlıqovaq kənd sakini Təqsirləndirilən şəxs 2019-cu ildən tanıyır. Beləki Təqsirləndirilən şəxs qəssablıqla məşğul olur və ondan iribuynuzlu heyvan alarkən tanış olmuşdur. 12 dekabr 2021-ci il tarixdə Qəbələ rayon Nic qəsəbəsində hər həftənin bazar günü fəaliyyət göstərən heyvan bazarında olarkən Yunusu görmüş, onun heyvan kəsib satdığını bildiyi üçün və əvvəllər də ona heyvan satdığı üçün Yunusa iki baş satdıq iribuynuzlu heyvan olduğunu bildirmişdir. Yunus ona gəlib həmin heyvanlara baxacağını deyərək 15 dekabr 2021-ci il tarixdə yaşadığı ünvana gəlib orada yerləşən fermada olan heyvanlarına baxmışdır. Yunus həmin heyvanları kəsib satdıqdan sonra onun pulunu verəcəyini bildirmişdir. Yunus əvvəllər ondan heyvan alıb satdıqdan sonra pulunu ödədiyi üçün ona inandıb və razılaşaraq heyvanları ona vermişdir. Yunus 16 dekabr 2021-ci il tarixdə səhər gəlib heyvanların birini, iki sonra isə digərini aparmış, o, heyvanları kəsdikdən sonra ikisi birlikdə 400 kilo ət vermiş, bir kloqramını yeddi manatdan olmaqla 2800 manata razılaşmışlar. Yunus ona 09 yanvar 2022-ci il tarixdə Qəbələ rayon Nic qəsəbəsinin heyvan bazarında yerləşən ət kəsmə məntəqəsində pulunu verəcəyinə söz vermişdir. Həmin tarixdə pulunu almaq üçün Nic qəsəbəsinə bazara getmiş, lakin Yunusu orada tapa bilməmişdir. Onun mobil telefon nömrəsinə zəng etsə də zəng çatmamış, maraqlansa da heç kim onun harada olduğunu bilməmişdir. 10 yanvar 2022-ci il tarixdə ona zəng edərək özünü Alim kimi təqdim edən şəxs bildirmiş ki, Yunus onun və başqa bir neçə nəfərin heyvanını alaraq satıb pulunu verəcəyinə söz verib, lakin onları aldadıb pulunu verməyibdir. Alim hardansa Yunusun onun da heyvanını alığını eşitmiş və ondan Yunusun yerini bilib-bilmədiyini soruşarkən Yunusun yerini bilmədiyini və onu görmədiyini demişdir. Təqsirləndirilən şəxs hal-hazırda ona verəcəyi olan 2800 manat pulu verməmişdir. Sonda isə Təqsirləndirilən şəxs şikayətçi olduğunu və ona dəymiş ziyanın tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Tər-Tər rayonunun Çardaxlı kəndində qeydiyyatda olub, Oğuz rayonunun Xal-Xal kəndində müvəqqəti məskunlaşıb orada yaşayır. Qəbələ rayon Mıxlıqovaq kənd sakini Təqsirləndirilən şəxs 2015-ci ildən tanıyır. Beləki Təqsirləndirilən şəxs Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən bazarda heyvan kəsib satmaqla məşğul olduğu üçün Yunus dəfələrlə iri buynuzlu heyvan alıb satmışdır. Yunusun ondan bir neçə dəfə heyvan alıb pulunu vermişdir. 2021-ci ilin sentyabr ayından başlayaraq Yunus ondan heyvan alıb aralarında olan etibardan istifadə edərək ya heyvanın pulunu ödəməmiş, ya da bir hissəsinin pulunu verirmiş. Beləliklə hər dəfə ona olan borcu çoxalmışdır. 19 dekabr 2021-ci ildə bazara satmaq üçün bir baş iribuynuzlu erkək cinsli dana aparmış, Yunus həmin heyvanı ondan alıb bazarda kəsmişdir. Dana 125 kiloqram ət vermiş, ətin 5 kiloqramını itkiyə çıxaraq bir kiloqramı 10 manatdan ümumilikdə 1200 manata Yunusa satmışdır. Yunus pulu əti satdıqdan sonra qalan bütün borcu ilə birlikdə verəcəyini demişdir. Bununla da Yunusun ona ümumi borcu 6500 manat olmuşdur. Yunus ona demiş ki, gətirib pulunu özü verəcəkdir. Lakin Yunusu tapa bilmədiyindən 02 yanvar 2022-ci il tarixdə Yunusun dalınca Nic bazarına getmiş, lakin həmin vaxtı onu bazarda müəyyən edə bilməmişdir.Nic bazarında Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 da Yunusu axtardıqlarını görmüş və orada bilmiş ki, Yunus onlardan da heyvan alıb, lakin pulunu verməyibdir. Həmin tarixdə pulunu almaq üçün Nic qəsəbəsinə bazara getmiş, lakin Yunusu orada tapa bilməmişdir. Onun mobil telefon nömrəsinə zəng etsə də zəng çatmamış, maraqlansa da heç kim onun harada olduğunu bilməmişdir. Bundan sonra Bəhruz və Alim birlikdə, Alimin avtomobil ilə Yunus ilə görüşmək üçünonun yaşadığı ünvana getmişlər. Qarşılarına Yunusun anası çıxaraq “Yunus sizin əlinizdən bezib gedib, yoxdu, harada olduğunu bilmirəm, bizim qapıya gəlməyin” sözlərini demişdir. Bundan sonra Oğuz rayonuna geri qayıdıb bir həftə sonra Yunus ilə görüşmək üçün Nic bazarına gəlmiş, lakin yenədə Yunusu tapa bilməmişdir. Yunus hal-hazırda ona verəcəyi olan 6500 manat pulu verməmişdir. Sonda isə Təqsirləndirilən şəxs şikayətçi olduğunu və ona dəymiş ziyanın tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2 ildən artıq müddətdir ki tanıyır. 2021-ci ilin dekabr ayının ortalarında Yunus Yusibvov ona Oğuz rayonunun Yaqublu kəndində 2 baş iribuynuzlu heyvan olduğunu, ona məxsus avtomobillə gedərək onları gətirməyi xahiş etmişdir. Belə olub xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs ilə birlikdə onun idarə etdiyi vaz 2106 markalı ** BB *** dövlət nömrə nişanlı minik avtomobillə Oğuz rayonunun Yaqublu kəndinə həmin kəntdə yaşayan Zərərçəkmiş şəxs4 adlı şəxsin həyətinə getmişlər. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 ilə hər iki heyvana görə onları almaq üçün 2800 manata razılaşıb heyvanları nisiyə almış ki, kəsib ətini satdıqdan sonra pulunu verəcəkdir. Yunusun Qardaşxandan aldığı hər iki iribiynuzlu dişi cinsli inəklər onun avtomobilinə yerləşməsi mümkün olmadığı üçün həmin heyvanlardan birini gətirmək qərarına gəlmiş və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 aldığı 2 baş iri biynuzlu heyvanlardan birini onun avtomobilinin yük yerinə yüklədikdən sonra həmin heyvanı gətirərək Təqsirləndirilən şəxs Qəbələ rayon Mıxlıqovaq kəndi ərazisindəki yaşadığı evin həyətinə düşürmüş, buna görə Təqsirləndirilən şəxs ona 20 manat yol haqqı pul vermişdir. İşdə olan “Axtarışda olan şəxsin tutulması haqqında” 27 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 aprel 2022-ci il tarixdə saat 11:35-də tutulmuşdur. İşdə olan Oğuz Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli 4(054)-03/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay həddində “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 27 aprel 2022-ci il tarixdən hesablanmışdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün ibtidai istintaq və ilkin məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadələri, zərərçəkmiş şəxslərin və şahidin ibtidai istintaq zamanı və ilkin məhkəmə baxışı zamanı verdikləri ifadələri, digər iş materialları ilə onun etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə təkrar dələduzluq cinayətin törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini könüllü etiraf edərək səmimi peşimançılıq hissi keçirməsini, ailəli olmaqla himayəsində iki azyaşlı uşağın olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının müddətinin əvvəli 27 aprel 2022ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut və mülki iddia olmamışdır. Məhkəmə müsadirə ilə bağlı məsələni araşdırır və hazırkı cinayət işi üzrə müsadirə olunmalı olan əmlak aşkar edilmədiyindən xüsusi müsadirə ilə bağlı tədbirin tətbiq olunmasını məqsədə müvafiq hesab etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli Cəzaçəkmə Müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 27 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №1(025)-29/2022
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-29/2022
28.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver