Məhkəmə qərarları › İş №1(025)-29/2023

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-29/2023

29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-29/2023 29.11.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatda olan və yaşayan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X2 həbsdə olan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2021-ci ilin iyul ayının əvvəllərində istintaqa dəqiq məlum olmayan tarixdə tanışı Qəbələ rayonu Vəndam qəsəbə sakini Zərərçəkmiş şəxs1 xeyli miqdarda pul vəsaitini hissə-hissə, lakin vahid niyyətlə əhatə olunmuş qəsd formasında onun etibarından suiistifadə etmək və aldatma yolu ilə ələ keçirmək barədə qərara gəlib, həmin ərəfədə Zərərçəkmiş şəxs1 traktora aid iki ədəd qabaq təkərini real qiymətindən daha ucuz qiymətə alıb verməklə özünə inandırıb etibarını qazandıqdan sonra 2021-ci ilin iyul ayından 2022-ci ilin sonlarına kimi olan müddət ərzində ayrı-ayrı vaxtlarda istintaqa dəqiq məlum olmayan tarixlərdə avtomobil, traktor, avtomobil və traktora aid ehtiyat hissələri, taxta materialı, buğda bitkisi, armatur materialını nüfuza sahib tanışlarının vasitəsi ilə real satış qiymətlərindən daha ucuz qiymətə alınması, eyni zamanda özündən uydurduğu digər müxtəlif məsələlərin həlli ilə bağlı köməklik göstərəcəyinə dair Zərərçəkmiş şəxs1 yalan vəd verib aldatmış, həmçinin Zərərçəkmiş şəxs1 uydurduğu yalanlara daha da inandırmaq üçün istifadəsində olan ***-***-**-** saylı mobil nömrədə “9001” nömrəsinə öz mobil nömrəsini yazıb göndərməklə “GizlətCELL” xidmətini aktiv etdikdən sonra gizli nömrə ilə sonuncunun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edib Zərərçəkmiş şəxs1lə öz səs tonunu dəyişib, danışan şəxsi guya özünün müxtəlif vəzifəli və nüfuzlu tanışı olan şəxslər kimi təqdim edərək yuxarıda sadalanan işlərin həllində ona köməklik edəcəyi barədə yalan vədlər vermiş, bununla da Zərərçəkmiş şəxs1 tam etibarını qazanıb və onu aldadaraq özünə inandırmaqla ondan 2021-ci ilin iyul ayından başlayaraq istintaqa dəqiq məlum olmayan tarixlərdə Qəbələ rayon Vəndam qəsəbəsində müxtəlif yerlərdə hissə-hissə, yəni 4300 (dörd min üç yüz), 1800 (bir min səkkiz yüz), 2300 (iki min üç yüz), 800 (səkkiz yüz), 900 (doqquz yüz), 700 (yeddi yüz), 500 (beş yüz), 4300 (dörd min üç yüz), 1110 (bir min bir yüz on), 530 (beş yüz otuz), 200 (iki yüz), 1330 (bir min üç yüz otuz), 400 (dörd yüz), 330 (üç yüz otuz), 150 (bir yüz əlli), 540 (beş yüz qırx), 4010 (dörd min on) və sonuncu dəfə isə 2022-ci ilin dekabr ayının sonlarında istintaqa dəqiq məlum olmayan tarixdə 2300 (iki min üç yüz) AZN olmaqla ümumilikdə 26500 (iyirmi altı min büş yüz) AZN məbləğində pul vəsaitini bilavasitə götürüb ona verdiyi vədlərin həlli ilə bağlı guya telefonda ona zəng vurub danışan tanışlarına çatdıracağını bildirmiş, lakin verdiyi vədlərə əməl etmədən və ya bu istiqamətdə hər hansı real hərəkətlər etməyərək həmin pulları öz şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 26500 (iyirmi altı min büş yüz) AZN məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirməklə dələduzluq cinayətini zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü vəzifəli şəxsin qohumu “Kamil” adlı şəxs kimi təqdim edərək Qəbələ rayonu Vəndam qəsəbə sakini Zərərçəkmiş şəxs2 etibarından sui istifadə etməklə, ona “Hyundai” markalı avtomobili nüfuza sahib tanışlarının vasitəsi ilə real satış qiymətindən daha ucuz qiymətə kreditlə alıb verəcəyinə dair yalan vədlər verərək aldadıb, Zərərçəkmiş şəxs2 hissə-hissə olmaqla, ilk dəfə xx.xx.2022-ci il tarixdə saat 10:09 radələrində 600 (altı yüz) manat pulu sonuncunun oğlu Nəriman Mürsəlov tərəfindən Bakı şəhəri, Səbail rayonu İstiqlaliyyət küçəsində yerləşən yeraltı piyada keçidinin içərisindəki "xxxx" ödəmə terminalı vasitəsi ilə öz adına olan Kapital Bank ASC-yə məxsus “Maestro PayPass PİN set” hesab kartına, xx.xx.2022-ci il tarixdə 300 (üç yüz) manat pulu Zərərçəkmiş şəxs2 qardaşı Ələddin Mürsəlov tərəfindən Bakı şəhəri ərazisində istintaqa dəqiq məlum olmayan yerdə və saatda onlayn şəkildə öz adına olan Kapital Bank ASC-yə məxsus “Maestro PayPass PİN set” hesab kartına, xx.xx.2022-ci il tarixdə isə saat 17:10 radələrində 120 (bir yüz iyirmi) manat pulu Zərərçəkmiş şəxs2 oğlu Nəriman Mürsəlov tərəfindən Bakı şəhəri, Səbail rayonu İstiqlaliyyət küçəsində yerləşən “İçərişəhər” metrostansiyasının içərisindəki "xxxx" ödəmə terminalı vasitəsi ilə öz adına olan Kapital Bank ASC-yə məxsus “Maestro PayPass PİN set” hesab kartına köçürtdükdən sonra həmin pulları Qəbələ rayon Vəndam qəsəbəsi ərazisində yerləşən “Xəzər market” adlı mağazanın yaxınlığında yerləşən ATM terminalı vasitəsi ilə nəğdləşdirməklə verdiyi vədə əməl etmədən və ya bu istiqamətdə hər hansı real hərəkət etməyərək həmin pulları öz şəxsi ehtiyaclarına sərf etmiş, bununla da ümumilikdə Zərərçəkmiş şəxs2 məxsus 1020 (bir min iyirmi) manat pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirməklə dələduzluq cinayətini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri üzrə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ilk dəfə 2021-ci ilin iyul ayında dəqiq xatırlamadığı günündə Qəbələ rayon Vəndam qəsəbəsi ərazisində yerləşən bibisi X3 həyətində olarkən və sonuncuya həyət işlərində köməklik edən zaman həmin həyətdə işləyən, yəni traktoru ilə hovuz quyusu qazan Zərərçəkmiş şəxs1 görərək onunla həmsöhbət olarkən ona traktorunun qabaq təkərlərinin yararsız olduğunu Nərimana bildirmiş və ona ucuz qiymətə təkər alıb verə biləcəyini demişdir. Nəimana bir təkərin qiymətinin 400 manat olduğunu demişdir. Traktorunun qabaq təkərlərinin birlikdə isə qiymətinin 800 manat edəcəyini demişdir. Təkərlərin birinin real qiymətinin 550 manat olduğunu fikirləşən Zərərçəkmiş şəxs1 onunla razılaşmış və həmin gün bibisi Nikizənin həyətində ona 200 manat pul vermişdir. Bakı şəhərinə gedərək “Vasmoy” adlanan ticarət mərkəzindən iki ədəd traktora aid qabaq təkərləri pulunu iki dəfəyə vermək şərti ilə razılaşıb 800 manata almışdır. Həmin aldığı təkərləri tanımadığı taksi ilə Qəbələ şəhərinə gətirib Zərərçəkmiş şəxs1 həyətində ona təhvil vermiş, bundan 2-3 gün sonra isə 400 manat pulu təkərlərin müqabilində almışdır. Sonradan isə hissə-hissə xatırlamadığı günlərdə Nərimandan 200 manatını da traktorun təkərinə görə almışdır. Təkərə görə Nərimandan pul alıb ona təkərləri vaxtında gətirib təhvil verdiyi üçün Nəriman artıq ona inanmış ki, onu aldatmayacaq və bu işin öhdəsindən gələ bilər. Təkərləri alıb verdikdə niyyəti o imiş ki, Zərərçəkmiş şəxs1 sonrakı günlərdə aldadaraq ondan böyük məbləğlərdə pul alsın. Çünkü pula ehtiyacı yaranmışdır. Bundan sonra 2021-ci ilin iyul ayından 2022-ci ilin sonlarına kimi olan müddət ərzində dəqiq xatırlamadığı aylarda və günlərdə ayrı-ayrı vaxtlarda Zərərçəkmiş şəxs1 ümumilikdə 26500 (iyirmi altı min beş yüz) manat pulu müxtəlif bəhanələr gətirməklə, eləcə də müxtəlif şəxslərin tanışları adı ilə nömrəsində gizli zəng xidmətini aktiv etməklə və müxtəlif vədlər verməklə hissə-hissə alaraq ələ keçirmiş və həmin pulu tərəfindən yol nəqliyyat hadisəsi zamanı xəsarət almış şəxslərə, eləcə də avtomobilin təmirinə xərcləmişdir. Həmin ərəfələrdə Zərərçəkmiş şəxs1 ona traktor alıb vermək adı ilə 4300 manat, həmin traktora adi ehtiyat hissələri almaq adı ilə 1800 manat, həmçinin həmin traktora aid ehtiyat hissələrini almaq adı ilə 2300 manat pul alaraq öz şəxsi ehtiyaclarına sərf etmiş, Zərərçəkmiş şəxs1 pulunu sonuncunu aldadaraq Qəbələ rayon Vəndam qəsəbəsinin mərkəzində ələ keçirmişdir. Lakin rəsmi olaraq heç bir dövlət orqanına və ya şirkətə traktor, eləcə də traktora aid ehtiyat hissələri almaq üçün müraciət etməmişdir. Həmçinin həmin ərəfələrdə Zərərçəkmiş şəxs1lə görüşərək onun oğlu Elçin İİ Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etdiyini bildiyi üçün və Elçin Bağıyevin veteran kimi sənədlərinin hazırlanması adı ilə 800 manat pul da Nərimandan alaraq öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra Nərimanla üzbəüz görüşərək ona Ramil Usubovun tanışın olduğunu, həmin şəxsin avtomobil alveri ilə məşğul olduğunu bildirərək ona avtomobil alıb verə biləcəyinə dair yalanlar deyərək onu inandırmışdır. Daha sonra isə əvvəlcə istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən 9001 saylı nömrəyə boş sms göndərərək 0,20 manat xidmət haqqı əvəzində nömrəsinin gizli olmasını aktiv etdikdən sonra Zərərçəkmiş şəxs1 həmin gizli nömrə ilə zəng edib səsini dəyişməklə ona özünü keçmiş X8 Ramil Usubovun tanışı kimi təqdim etmiş və “Nömrəni Təqsirləndirilən şəxs almışam, sənin işini həll edəcəm, Elvin də məndən xahiş edib ki, sənə köməklik edim” kimi özündən uydurduğu yalanları deyərək Nərimana özünün həqiqətən də Ramil Usubovun tanışı olduğuna inandırmış və Bakı şəhərində Toyota Carolla markalı avtomobil alıb ona verəcəyi adı ilə aldadaraq 900 manat pul almış, Nərimanla əlaqə saxlayan zaman Nəriman onun Təqsirləndirilən şəxs olduğunu bilməmişdir. Əlaqə zamanı danışığı ondan ibarət imiş ki, Nəriman əvvəlcə 900 manat ilkin ödəniş edəcək, yerdə qalan avtomobilin müqabilində verməli olduğu pulu, yəni 15600 manatı isə hissəhissə kreditlə ödəyəcəkmiş. Lakin həmin avtomobil də mövcud olmamış, eləcə də heç bir şirkətə və ya servisə bu barədə müraciət etməmişdir. Niyyəti Zərərçəkmiş şəxs1 aldadaraq onun 20-30 min manat civarında pulunu hissə-hissə, yəni 900, 1000, 300-500, 2000-3000 və s. məbləğlərdə ələ keçirmək imiş. Çünkü bilirmiş ki, birbaşa Nərimandan 20-30 min manat pul istəsə Nəriman ona həmin pulu verməyəcək. Əlaqə zamanı isə Nərimana bildirmiş ki, pulu Elvinə verər, Elvin də pulu ona, yəni guya Ramil Usubovun tanışına çatdıracaq. Nəriman da ona 900 manat pulu Qəbələ rayon Vəndam qəsəbəsinin mərkəzində vermişdir. Bundan sonra Nərimanla üzbəüz görüşərək ona Ramil Usubovun qohumu Famil adlı şəxsin olduğunu, həmin şəxsin traktor alveri ilə məşğul olduğunu bildirərək ona traktor alıb verə biləcəyinə dair özündən uydurduğu yalanlar deyərək onu inandırmışdır. Daha sonra isə həmin ərəfələrdə, yəni 2021-ci ilin iyul ayında və ya iyul ayından sonrakı aylarda dəqiq xatırlamadığı ayda və gündə eyni qaydada gizli nömrə ilə Nərimana zəng edərək özünü keçmiş X8 Ramil Usubovun qohumu Famil adlı şəxs kimi təqdim edərək onun mobil nömrəsini Təqsirləndirilən şəxs aldığını bildirmiş və traktor almaq üçün ilkin ödəniş vermək adı ilə aldadaraq 700 manat pulunu ələ keçirmiş, lakin həmin traktor da mövcud olmamış, eləcə də heç bir şirkətə və ya servisə bu barədə müraciət etməmişdir. Əlaqə zamanı isə Nərimana bildirmiş ki, pulu Elvinə verər, Elvin də pulu ona, yəni guya Ramil Usubovun tanışı Famil adlı şəxsə çatdıracaq. Nəriman da ona 700 manat pulu Qəbələ rayon Vəndam qəsəbəsinin mərkəzində vermişdir. Ondan pulu alan zaman bildirmiş ki, pulu guya keçmiş X8 Ramil Usubovun tanışı Famil adlı şəxsə verəcək. Lakin həmin şəxs də mövcud olmamışdır və pulu öz şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan sonra Nərimanla üzbəüz görüşərək ona X8 Vilayət Eyvazovu tanıyan şəxs olduğuna dair özündən uydurduğu yalanlar deyərək onu inandırmış. Daha sonra isə həmin ərəfələrdə dəqiq xatırlamadığı ayda və gündə eyni qaydada gizli nömrə ilə Nərimana zəng edərək özünü Vilayət Eyvazovun tanıyan şəxs kimi təqdim edərək xatırlamadığı formada bəhanə gətirməklə, eləcə də Nərimana yalandan xatırlamadığı formada vəd verməklə aldatmışdır. Əlaqə zamanı isə Nərimana bildirmiş ki, pulu Elvinə verər, Elvin də pulu ona, yəni guya Vilayət Eyvazovun tanışına çatdıracaq. Nəriman da ona 500 manat pulu Qəbələ rayon Vəndam qəsəbəsinin mərkəzində vermişdir. Ondan pulu alan zaman bildirmiş ki, pulu guya X8 Vilayət Eyvazovun tanışına verəcək. Lakin həmin şəxs də mövcud olmamışdır və pulu öz şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan sonra Nərimanla üzbəüz görüşərək ona Ramil Usubovun qohumu Kamil adlı şəxsin olduğunu, həmin şəxsin avtomobil alveri ilə məşğul olduğunu bildirərək ona avtomobil alıb verə biləcəyinə dair özümdən uydurduğu yalanlar deyərək onu inandırmışdır. Daha sonra isə həmin ərəfələrdə dəqiq xatırlamadığı ayda və gündə eyni qaydada gizli nömrə ilə Nərimana zəng edərək özünü Ramil Usubovun qohumu Kamil adlı şəxs kimi təqdim edərək Toyota Carolla markalı avtomobili almaq, eləcə də həmin avtomobilin sənədlərini hazırlamaq adı ilə aldadaraq Qəbələ rayon Vəndam qəsəbəsinin mərkəzində 4300 manat pulunu ələ keçirmiş, lakin həmin avtomobil mövcud olmamışdır, eləcə də heç bir şirkətə və ya servisə bu barədə müraciət etməmişdir. Pulu isə öz şəxsi ehtiyaclarına sərf etmişdir. Bununla yanaşı eyni qaydada əvvəlcə Nərimanla görüşüb onu inandırdıqdan sonra həmin ərəflərdə dəqiq xatırlamadığı ayda və gündə eyni qaydada gizli nömrə ilə Nərimana zəng edərək özünü Bakı şəhərində yaşayan və taxta alveri ilə məşğul olan Cavanşir adlı şəxs kimi təqdim edərək taxta materialları satmaq adı ilə 1110(bir min bir yüz on) manat pulunu aldadaraq ələ keçirmiş, lakin həmin taxta materialı, eləcə də Cavanşir adlı şəxs də mövcud olmamış, eləcə də taxta materialları almaq üçün hər hansı bir tikinti materiallarının satışı mağazasına müraciət etməmişdir. Pulu Qəbələ rayon Vəndam qəsəbəsinin mərkəzində Nərimandan özü şəxsən almış və 1110 manat pulu guya pulu Bakı şəhərində yaşayan və taxta alveri ilə məşğul olan Cavanşir adlı şəxsə verəcəyini bildirmişdir. Lakin həmin pulu da öz şəxsi ehtiyaclarına sərf etmişdir. Bununla yanaşı eyni qaydada əvvəlcə Nərimanla görüşüb Ağdaş şəhər sakini və buğda alveri ilə məşğul olan Bəxtiyar adlı şəxsin olduğunu, həmin şəxsin ucuz qiymətə buğda satdığını deyərək onu inandırdıqdan və ona köməklik edəcək şəxsin ona zəng edəcəyini bildirdikdən sonra həmin ərəfələrdə dəqiq xatırlamadığı ayda və gündə eyni qaydada gizli nömrə ilə Nərimana zəng edərək özünü Ağdaş şəhər sakini və buğda alveri ilə məşğul olan Bəxtiyar adlı şəxs kimi təqdim edərək 2 ton çəkidə buğda bitkisi satmaq adı ilə aldadaraq Qəbələ rayon Vəndam qəsəbəsinin mərkəzində 530 manat pulunu ələ keçirmiş, lakin həmin buğda bitkisi, eləcə də Bəxtiyar adlı şəxs də mövcud olmamışdır, eləcə də heç bir şəxsə buğda almaq üçün bu barədə müraciət etməmişdir. Həmin pulu da öz şəxsi ehtiyacına sərf edərək xərcləmişdir. Bundan başqa eyni qaydada əvvəlcə Nərimanla Qəbələ rayon Vəndam qəsəbəsində görüşüb Göyçay rayon sakini olan tanışı Vüsal adlı şəxsin anasının kredit almaq istədiyini, lakin bunun üçün rüsumun olduğunu bildirib Nərimanı inandırdıqdan sonra həmin ərəfələrdə dəqiq xatırlamadığı ayda və gündə eyni qaydada gizli nömrə ilə Nərimana zəng edərək özümü Göyçay rayon sakini Vüsal adlı şəxsin anası kimi təqdim edərək, yəni telefonda səsini qadın səsi kimi çıxararaq kredit almaq üçün 200 manat pul lazım olduğunu bildirmiş, səsini incəldərək Nərimanla danışmışdır. Daha sonra isə özü şəxsən Nərimanla görüşərək Göyçay məsələsində onu inandırmış və 200 manatı ondan bu adla aldadaraq Qəbələ rayon Vəndam qəsəbəsində ələ keçirmiş, lakin həmin Göyçaylı qadın da mövcud olmamışdır, bunlar da Nərimanı aldadaraq onun pulunu ələ keçirməyi barədə olan özündən uydurduğu məsələ imiş. Həmçinin eyni qaydada əvvəlcə Nərimanla görüşüb onu inandırdıqdan və ona köməklik edəcək şəxsin ona zəng edəcəyini bildirdikdən sonra həmin ərəfələrdə dəqiq xatırlamadığı ayda və gündə eyni qaydada gizli nömrə ilə Nərimana zəng edərək özünü Bakı şəhərində “Rəis tanışı” kimi təqdim edərək borclu olan şəxslərdən pulu almaq adı ilə aldadaraq ümumilikdə 1330 manat pulunu Qəbələ rayon Vəndam qəsəbəsində ələ keçirmiş, lakin həmin rəisin tanışı da mövcud olmamışdır, bunlar da Nərimanı aldadaraq onun pulunu ələ keçirməyi barədə olan özündən uydurduğu məsələ imiş. Onun dediyi hər yalana Nərimanın inandığını görüb daha da onu aldatmaq fikri yaranırmış. Bununla yanaşı eyni qaydada əvvəlcə Nərimanla görüşüb “polkovnik rütbəli şəxsin tanışı”nın olduğunu, həmin şəxsə borc pul lazım olduğunu bildirib onu inandırdıqdan sonra həmin ərəfələrdə dəqiq xatırlamadığı ayda və gündə eyni qaydada gizli nömrə ilə Nərimana zəng edərək özünü “Polkovnik rütbəli şəxsin tanışı” kimi təqdim edərək borc alıb sonradan geri qaytarmaq adı ilə aldadaraq 400 manat pulunu da Qəbələ rayon Vəndam qəsəbəsində ələ keçirmişdir. Belə ki, Nəriman pulu ona verirmiş, o isə həmin pulu guya “polkovnik rütbəli şəxsin tanışı”na çatdırırmış. Lakin həmin polkovnikin tanışı da mövcud olmamışdır, bu da Nərimanı aldadaraq onun pulunu ələ keçirməyi barədə olan özündən uydurduğu yalanlar imiş. Həmçinin eyni qaydada əvvəlcə Qəbələ rayon Vəndam qəsəbəsində Nərimanla görüşüb Qəbələ rayon sakini Əziz adlı şəxsin olduğunu, həmin şəxsin ucuz qiymətə armatur materialı satdığını deyib onu inandırdıqdan və ona bu məsələdə köməklik edəcək şəxsin zəng edəcəyini bildirdikdən sonra həmin ərəfələrdə, yəni 2021-ci ilin iyul ayından 2022-ci ilin sonlarına kimi olan müddət ərzində dəqiq xatırlamadığı ayda, gündə və saatda eyni qaydada gizli nömrə ilə Nərimana zəng edərək özünü Qəbələ rayon sakini Əziz adlı şəxs kimi təqdim edərək dəmir, yəni armatur materialı alıb Nərimana vermək adı ilə aldadaraq 330 manat pulunu Qəbələ rayon Vəndam qəsəbəsində ələ keçirmiş, lakin həmin Əziz adlı şəxs də mövcud olmamışdır, bunlar da Nərimanı aldadaraq onun pulunu ələ keçirməyi barədə olan özündən uydurduğu məsələ imiş. Həmin 330 manat pulu da öz şəxsi ehtiyaclarına sərf edərək xərcləmişdir. Həmçinin eyni qaydada əvvəlcə Nərimanla görüşüb xatırlamadığı adlı şəxsin olduğunu, həmin şəxsin kredit alacağını, kredit aldıqdan sonra ona da pulunu geri qaytaracağı deyərək onu inandırdıqdan və ona həmin şəxsin zəng edəcəyini bildirdikdən sonra həmin ərəfələrdə dəqiq xatırlamadığı ayda və gündə eyni qaydada gizli nömrə ilə Nərimana zəng edərək özünü xatırlamadığı adlı şəxs kimi təqdim edərək kredit alacağını, kredit aldıqdan sonra ona da pulunu geri qaytaracağı adı ilə aldadaraq 150 manat pulunu da Qəbələ rayon Vəndam qəsəbəsində Nərimandan əlbəəl götürməklə ələ keçirmiş, lakin həmin şəxs də mövcud olmamışdır, bu da Nərimanı aldadaraq onun pulunu ələ keçirməsi üçün olan özündən uydurduğu məsələlərdən biri imiş. Həmin 150 manat pulu da öz şəxsi ehtiyaclarıma sərf edərək xərcləyib bitirmişdir. Bununla yanaşı həmin ərəfələrdə dəqiq xatırlamadığı ayda və gündə öz mobil nömrəsi ilə gizli olmadan Nərimana zəng edərək xalası oğlu Rusalana borc lazım olduğunu bildirib telefonu guya Ruslana vermiş kimi edərək səsini dəyişib guya Ruslan kimi danışaraq razılığa gəlib Nərimanı aldadaraq 540 manat pulunu Qəbələ rayon Vəndam qəsəbəsinin mərkəzində ələ keçirmiş, lakin həmin Ruslan adlı şəxs də mövcud olmamışdır, bu da Nərimanı aldadaraq onun pulunu ələ keçirməsi məqsədi ilə olan özündən uydurduğu lakin real olmayan yalanlar imiş. Həmin 540 manat pulu da öz şəxsi ehtiyaclarına sərf etmişdir. Həmçinin eyni qaydada əvvəlcə Nərimanla Qəbələ rayon Vəndam qəsəbəsində görüşüb Bakı şəhər sakini Natiq adlı şəxsin olduğunu, həmin şəxsin traktor və avtomobilə dair ehtiyat hissələri satdığına dair özündən uydurduğu yalanlar deyərək onu inandırdıqdan və ona köməklik edəcək şəxsin ona zəng edəcəyini bildirdikdən sonra həmin ərəfələrdə dəqiq xatırlamadığı ayda və gündə eyni qaydada gizli nömrə ilə Nərimana zəng edərək özünü Bakı şəhər sakini Natiq adlı şəxs kimi təqdim edərək traktor və avtomobilə dair ehtiyat hissələri alıb vermək adı ilə aldadaraq 4010 manat pulunu Qəbələ rayon Vəndam qəsəbəsində ələ keçirmiş, lakin həmin Natiq adlı şəxs də mövcud olmamışdır, bunlar da Nərimanı aldadaraq onun pulunu ələ keçirməyi barədə olan özündən uydurduğu yalanlar imiş. Həmin 4010 manat pulu da öz şəxsi ehtiyaclarına sərf etmişdir. Həmçinin eyni qaydada əvvəlcə Nərimanla görüşüb Bakı şəhərində Ariz adlı İsmayıllı rayon sakininin olduğunu, Arizin traktor və minik avtomobilinə aid ehtiyat hissələri, val və sair kimi ehtiyat hissələri satdığını yalandan bildirərək onu inandırdıqdan və ona köməklik edəcək şəxsin, yəni Arizin ona zəng edəcəyini bildirdikdən sonra həmin ərəfələrdə, yəni 2021-ci ilin iyul ayından 2022-ci ilin sonlarına kimi olan müddət ərzində dəqiq xatırlamadığı ayda və gündə, eləcə də saatda eyni qaydada gizli nömrə ilə Nərimana zəng edərək özünü Bakı şəhərində Ariz adlı İsmayıllı rayon sakini kimi təqdim edərək traktor və minik avtomobilinə aid ehtiyat hissələri, val və sair kimi almaq adı ilə aldadaraq 2300 manat pulunu Qəbələ rayon Vəndam qəsəbəsinin mərkəzində Nərimandan əlbəəl pulu götürməklə ələ keçirmiş, lakin həmin Ariz adlı şəxs mövcud olmamışdır, bunlar da Nərimanı aldadaraq onun pulunu ələ keçirməyi barədə olan özündən uydurduğu yalanlar imiş. Həmin 2300 manat pulu da öz şəxsi ehtiyaclarına sərf etməklə xərcləyib qurtarmışdır. Bundan başqa həmin ərəfələrdə özü şəxsən Nərimandan 400 manat da borc pul almışdır. Gizli nömrələrdən zəng edən zaman pulları əlaqə zamanı Təqsirləndirilən şəxs götürüb ona çatdıracaq deyirmiş və özü gedib Nərimanla görüşüb pulları əlbbəəl Qəbələ rayon Vəndam qəsəbəsinin mərkəzində ondan götürürmüş. Lakin heç kimə vermirmiş. Çünkü elə gizli nömrələrdən zəng edən də onun özü imiş. Ümumilikdə Zərərçəkmiş şəxs1 26500 manat pulunu onu aldadaraq ələ keçirmişdir. Bu günə kimi 1200 manatını geri qaytarsa da, yerdə qalan 25300 manat pulunu qaytara bilməmişdir. Sonradan Nərimana etiraf etmiş ki, ona gizli nömrələrdən zəng edən şəxs onun özüdür. Pula ehtiyacı olduğu üçün bu cür hərəkət etmişdir. Bundan başqa isə 2022-ci ilin noyabr ayında hələ kimliyini Nəriman bilməyən ərəfələrdə, həmkəndlisi Zərərçəkmiş şəxs2 zəng edərək özünü Ramil Usubovun qohumu Kamil adlı şəxs kimi təqdim etmiş, avtomobil almaq istəyib-istəmədiyini soruşmuş, onun nömrəsini Nərimandan aldığını bildirmişdir. Əlibaba da ona Hyundai markalı avtomobil almaq istədiyini bildirmişdir. Ona 1120 manat ilkin ödəniş etməli olduğunu bildirmişdir. Əlibaba da onunla razılaşmışdır. Kapital banka məxsus kart hesabına xx.xx.2022-ci il tarixdə 600, bundan 1 gün sonra 300 manat və xx.xx.2022-ci il tarixdə isə 120 manat olmaqla ümumilikdə 1020 manat pul göndərmişdir. Bundan sonra isə Əlibaba da avtomobil ala bilməyəcəyini və onun kimliyini bildiyi üçün ondan şikayət etmişdir. Əlibabanın 100 manatını qaytarmışdır. Lakin 920 manat pul qalır ki, onu da az vaxtda geri qaytaracaq. Əlibabaya Hyundai markalı avtomobil almaq üçün heç bir şirkətə və ya servisə müraciət etməmişdir. Onun da pulunu ələ keçirərək öz şəxsi ehtiyaclarına sərf edərək xərcləmişdir. Nərimana təklif etmiş ki, əlavə hər hansı bir şəxs istəsə ona da avtomobil alıb verə bilər. Belə olub Nəriman da tanışı Əlibabaya yaxşılıq etmək üçün onun barəsində Əlibabaya danışmışdır. Bu məsələdə isə Nərimanın heç bir təqsiri yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə 2021-ci ilin iyul ayında dəqiq xatırlamadığı günündə Qəbələ rayon Vəndam qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs bibisinin həyətində özünə məxsus “Bekolodr” markalı nəqliyyat vasitəsi ilə hovuz qazan zaman Təqsirləndirilən şəxs ona yaxınlaşaraq nəqliyyat vasitəsinin təkərlərinin yararsız olduğunu bildirib, ona ucuz təkər alıb verə biləcəyini demişdir. Bir təkərin qiymətinin isə 400 manat olduğunu əlavə etmişdir. Traktorunun qabaq təkərlərinin birlikdə isə qiymətinin 800 manat edəcəyini demişdir. Təkərlərin birinin real qiymətinin 550 manat olduğunu fikirləşdikdə Elvinlə razılaşmış və həmin gün Elvinə 200 manat pul vermişdir. Təqsirləndirilən şəxs aldığı təkərləri tanımadığı taksi ilə Qəbələ şəhərinə gətirib həyətində ona təhvil vermiş, bundan 2-3 gün sonra isə 400 manat pulu təkərlərin müqabilində almışdır. Sonradan isə hissə-hissə xatırlamadığı günlərdə Elvin ondan 200 manatını təkərə görə almışdır. Təqsirləndirilən şəxs təkərə görə ondan pul alıb ona təkərləri vaxtında gətirib təhvil verdiyi üçün artıq Təqsirləndirilən şəxs inanmış ki, Elvin onu aldatmayacaq və dediklərinə əməl edəcək. Bundan sonra 2021-ci ilin iyul ayından 2022-ci ilin sonlarına kimi olan müddət ərzində dəqiq xatırlamadığı aylarda və günlərdə ayrı-ayrı vaxtlarda ondan Təqsirləndirilən şəxs ümumilikdə 26500 (iyirmi altı min beş yüz) manat pulu müxtəlif bəhanələr gətirməklə, eləcə də müxtəlif şəxslərin tanışları adı ilə gizli nömrə ilə zəng etməklə və müxtəlif vədlər verməklə hissə-hissə alaraq ələ keçirmiş, lakin verdiyi vədlərin heç birinə əməl etməmişdir. Belə ki, ilk dəfə həmin ərəfələrdə ondan traktor alıb vermək adı ilə 4300 manat, həmin traktora adi ehtiyat hissələri almaq adı ilə 1800 manat, həmçinin həmin traktora aid ehtiyat hissələrini almaq adı ilə 2300 manat pulu Qəbələ rayon Vəndam qəsəbəsinin mərkəzində alaraq öz şəxsi ehtiyaclarına sərf etmişdir. Lakin verdiyi vədə əməl etməmişdir. Həmçinin həmin ərəfələrdə onun görüşərək oğlu Elçin İİ Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etdiyi üçün və oğlu Elçin Bağıyevin veteran kimi sənədlərinin hazırlanması adı ilə 800 manat da pul alaraq öz şəxsi ehtiyaclarına xərcləmişdir. Məndən pulu alan zaman Təqsirləndirilən şəxs mənə pulu hər hansı bir dövlət orqanına və ya vəzifəli şəxsə verəcəyini deməmişdi. Bildirmişdi ki, onun veteran kimi sənədlərini özü hazır edəcək, bu işi həll edə bilər. Bundan sonra Təqsirləndirilən şəxs onunla üzbəüz görüşərək ona Ramil Usubovun tanışı ilə yaxın əlaqələrinin olduğunu, həmin şəxsin avtomobil alveri ilə məşğul olduğunu bildirərək ona avtomobil alıb verə biləcəyinə dair yalanlar deyərək onu inandırmışdır. Və o da Elvinlə razılaşmış ki, ona avtomobil alıb versin. Elvin isə bildirmiş ki, həmin şəxs ona zəng edəcək. Sonra isə ona gizli nömrə ilə zəng gəlmiş, zəng edən şəxs özünü keçmiş X8 Ramil Usubovun tanışı kimi təqdim etmiş və “Nömrəni Təqsirləndirilən şəxs almışam, sənin işini həll edəcəm, Elvin də məndən xahiş edib ki, sənə avtomobil alınmasında köməklik edim” kimi sözlər deyib özünün həqiqətən də Ramil Usubovun tanışı olduğuna inandırmış və Bakı şəhərində Toyota Carolla markalı avtomobil alıb ona verəcəyi adı ilə 900 manat pulu Təqsirləndirilən şəxs vasitəsi ilə almış, həmin gizli nömrə ilə zəng edərək əlaqə saxlayan özünü keçmiş X8 Ramil Usubovun tanışı kimi təqdim edən şəxsin Təqsirləndirilən şəxs olduğunu bilməmişdir. Əlaqə zamanı danışıq ondan ibarət imiş ki, əvvəlcə 900 manat ilkin ödəniş edəcək, yerdə qalan avtomobilin müqabilində verməli olduğu pulu, yəni 15600 manatı isə hissəhissə kreditlə ödəyəcəkmiş. Lakin həmin özünü keçmiş X8 Ramil Usubovun tanışı kimi təqdim edən, lakin reallıqda Elvi Mahmudov olan şəxs verdiyi vədə əməl etməmişdir. Əlaqə zamanı isə özünü keçmiş X8 Ramil Usubovun tanışı kimi təqdim şəxs ona bildirmiş ki, pulu Elvinə versin, Elvin də pulu ona, yəni guya Ramil Usubovun tanışına çatdıracaq. Bundan sonra Təqsirləndirilən şəxsla üzbəüz görüşən zaman ona Ramil Usubovun qohumu Famil adlı şəxsin olduğunu, həmin şəxsin traktor alveri ilə məşğul olduğunu bildirərək ona traktor alıb verə biləcəyinə dair özündən uydurduğu yalanlar deyərək onu inandırmışdır. Daha sonra isə həmin ərəfələrdə dəqiq xatırlamadığı ayda və gündə eyni qaydada gizli nömrə ilə ona zəng edərək özünü keçmiş X8 Ramil Usubovun qohumu Famil adlı şəxs kimi təqdim edərək onun mobil nömrəsini Təqsirləndirilən şəxs aldığını bildirmiş və traktor almaq üçün ilkin ödəniş vermək adı ilə aldadaraq 700 manat pulunu ələ keçirmişdir. Əlaqə zamanı isə özünü keçmiş X8 Ramil Usubovun qohumu Famil kimi təqdim şəxs ona bildirmiş ki, pulu Elvinə versin, Elvin də pulu ona, yəni guya Ramil Usubovun qohumu Familə çatdıracaq. Lakin verdiyi vədə əməl etməyərək pulunu ələ keçirmişdir. Bundan sonra yenidən üzbəüz görüşən zaman Elvin ona X8 Vilayət Eyvazovu tanıyan şəxs olduğuna dair özündən uydurduğu yalanlar deyərək onu inandırmışdır. Daha sonra isə həmin ərəfələrdə dəqiq xatırlamadığı ayda və gündə eyni qaydada gizli nömrə ilə Təqsirləndirilən şəxs ona zəng edərək özünü Vilayət Eyvazovun tanıyan şəxs kimi təqdim edərək “Bekolover markalı traktor üçün ilkin ödəniş etmək” adı ilə aldatmaqla, eləcə də ona yalandan vəd verməklə aldadaraq 500 manatını ələ keçirmişdir. Əlaqə zamanı isə özünü X8 Vilayət Eyvazovu tanıyan şəxs kimi təqdim şəxs ona bildirmiş ki, pulu Elvinə versin, Elvin də pulu ona, yəni guya Vilayət Eyvazovun tanıyan şəxsə çatdıracaq. Lakin verdiyi vədə əməl etməyərək pulunu ələ keçirmişdir. Bundan sonra yenidən üzbəüz görüşərkən Elvin ona Ramil Usubovun qohumu Kamil adlı şəxsin olduğunu, həmin şəxsin avtomobil alveri ilə məşğul olduğunu bildirərək ona avtomobil alıb verə biləcəyinə dair özündən uydurduğu yalanlar deyərək onu inandırmışdır. Yenə eyni qaydada ona həmin şəxsin zəng edəcəyini bildirmişdir. Daha sonra isə həmin ərəfələrdə dəqiq xatırlamadığı ayda və gündə eyni qaydada gizli nömrə ilə ona zəng edərək özünü Ramil Usubovun qohumu Kamil adlı şəxs kimi təqdim edərək Toyota Carolla markalı avtomobili almaq, eləcə də həmin avtomobilin sənədlərini hazırlamaq adı ilə aldadaraq ümumilikdə 4300 manat pulunu ələ keçirmiş, lakin həmin avtomobil mövcud olmamışdır, eləcə də Təqsirləndirilən şəxs heç bir şirkətə və ya servisə bu barədə müraciət etməmişdir. Əlaqə zamanı isə özünü Ramil Usubovun qohumu kimi təqdim edən Kamil adlı şəxs ona bildirmiş ki, pulu Elvinə versin, Elvin də pulu ona, yəni guya Ramil Usubovun qohumu Kamil adlı şəxsə çatdıracaq. Lakin verdiyi vədə əməl etməyərək pulunu ələ keçirmişdir. Bununla yanaşı Təqsirləndirilən şəxs eyni qaydada əvvəlcə onunla görüşüb onu inandırdıqdan sonra həmin ərəfələrdə dəqiq xatırlamadığı ayda və gündə eyni qaydada gizli nömrə ilə ona zəng edərək özünü Bakı şəhərində yaşayan və taxta alveri ilə məşğul olan Cavanşir adlı şəxs kimi təqdim edərək taxta materialları satmaq adı ilə 1110 manat pulunu aldadaraq ələ keçirmiş, lakin həmin taxta materialı, eləcə də Cavanşir adlı şəxs də mövcud olmamışdır, eləcə də Təqsirləndirilən şəxs taxta materialları almaq üçün hər hansı bir tikinti materiallarının satışı mağazasına müraciət etməmişdir. Əlaqə zamanı isə özünü Bakı şəhərində yaşayan və taxta alveri ilə məşğul olan Cavanşir adlı şəxs kimi təqdim edən şəxs ona bildirmiş ki, pulu Elvinə versin, Elvin də pulu ona, yəni guya Bakı şəhərində yaşayan və taxta alveri ilə məşğul olan Cavanşir adlı şəxsə çatdıracaq. Bununla yanaşı eyni qaydada əvvəlcə Elvin onunla görüşüb onu inandırdıqdan və ona köməklik edəcək şəxsin zəng edəcəyini bildirdikdən sonra həmin ərəfələrdə dəqiq xatırlamadığı ayda və gündə eyni qaydada gizli nömrə ilə ona zəng edərək özünü Ağdaş şəhər sakini və buğda alveri ilə məşğul olan Bəxtiyar adlı şəxs kimi təqdim edərək 2 ton çəkidə buğda bitkisi satmaq adı ilə aldadaraq 530 manat pulunu ələ keçirmiş, lakin həmin buğda bitkisi, eləcə də Bəxtiyar adlı şəxs də mövcud olmamışdır, eləcə də o, heç bir şəxsə buğda almaq üçün bu barədə müraciət etməmişdir. Həmin pulu da öz şəxsi ehtiyacıma sərf edərək xərcləmişdir. Əlaqə zamanı isə özünü Ağdaş şəhər sakini və buğda alveri ilə məşğul olan Bəxtiyar adlı şəxs kimi təqdim edən ona bildirmiş ki, pulu Elvinə versin, Elvin də pulu ona, yəni guya Ağdaş şəhər sakini və buğda alveri ilə məşğul olan Bəxtiyar adlı şəxsə çatdıracaq. Bundan başqa Təqsirləndirilən şəxs eyni qaydada əvvəlcə onunla Vəndam qəsəbəsainin mərkəzində görüşüb onu inandırdıqdan və köməklik edəcək şəxsin ona zəng edəcəyini bildirdikdən sonra həmin ərəfələrdə dəqiq xatırlamadığı ayda və gündə eyni qaydada gizli nömrə ilə ona zəng edərək özünü Göyçay rayon sakini Vüsal adlı şəxsin anası kimi təqdim edərək kredit almaq üçün 200 manat pul lazım olduğunu bildirmiş, həmin şəxsin səsindən qadın səsi olduğunu bilmişdir. Lakin sonradan Elvinin ona deməsinə görə bilmiş ki, həmin şəxs də Elvinin özü imiş və səsini incəldərək onunla danışmışdır. Daha sonra isə Elvin özü şəxsən onunla Vəndam qəsəbəsinin mərkəzi hissəsində görüşərək Göyçay məsələsində onu inandırmış və 200 manatı ondan bu adla aldadaraq ələ keçirmişdir, lakin həmin Göyçaylı qadın da mövcud olmamışdır, bunlar da Elvinin onu aldadaraq pulunu ələ keçirməyi barədə olan özündən uydurduğu məsələ imiş. Həmçinin Təqsirləndirilən şəxs eyni qaydada əvvəlcə onunla Qəbələ rayon Vəndam qəsəbəsində görüşüb onu inandırdıqdan və ona köməklik edəcək şəxsin zəng edəcəyini bildirdikdən sonra həmin ərəfələrdə dəqiq xatırlamadığı ayda və gündə eyni qaydada gizli nömrə ilə zəng edərək özünü Bakı şəhərində Rəis tanışı kimi təqdim edərək borclu olan şəxslərdən pulu almaq adı ilə aldadaraq ümumilikdə 1330 manat pulumu ələ keçirmişdir, lakin həmin rəisin tanışı da mövcud olmamışdır, bunlar da Elvinin onu aldadaraq pulunu ələ keçirməyi barədə olan özündən uydurduğu məsələ imiş. Əlaqə zamanı isə özünü Bakı şəhərində işləyən Rəsi tanışı kimi təqdim edən şəxs ona bildirmiş ki, pulu Elvinə versin, Elvin də pulu ona, yəni guya Bakı şəhərində işləyən Rəsi tanışı kimi təqdim edən şəxsə çatdıracaq. Lakin bunu da sonradan Təqsirləndirilən şəxs ona etiraf etmiş ki, həmin pulu da özü ələ keçirmişdir. Onun bu cür tanışı olmamışdır. Bununla yanaşı eyni qaydada əvvəlcə Təqsirləndirilən şəxs onunla görüşüb onu inandırdıqdan və köməklik edəcək şəxsin ona zəng edəcəyini bildirdikdən sonra həmin ərəfələrdə dəqiq xatırlamadığı ayda və gündə eyni qaydada gizli nömrə ilə zəng edərək özünü Polkovnik rütbəli şəxsin tanışı kimi təqdim edərək borc alıb sonradan geri qaytarmaq adı ilə aldadaraq 400 manat pulunu ələ keçirmiş, lakin həmin polkovnikin tanışı da mövcud olmamışdır, bu da Elvinin onu aldadaraq pulunu ələ keçirməsi barədə olan özündən uydurduğu yalanlar imiş. Əlaqə zamanı isə özünü Polkovnik rütbəli şəxsin tanışı kimi təqdim edən şəxs ona bildirmiş ki, pulu Elvinə versin, Elvin də pulu ona, yəni guya Polkovnik rütbəli şəxsin tanışı kimi təqdim edən şəxsə çatdıracaq. Lakin bunu da sonradan Təqsirləndirilən şəxs ona etiraf etmiş ki, həmin pulu da özü ələ keçirmişdir. Onun bu cür tanışı olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs eyni qaydada əvvəlcə onunla Qəbələ rayon Vəndam qəsəbəsinin mərkəzində görüşüb onu inandırdıqdan və ona köməklik edəcək şəxsin mənə zəng edəcəyini bildirdikdən sonra həmin ərəfələrdə dəqiq xatırlamadığı ayda və gündə eyni qaydada gizli nömrə ilə zəng edərək özünü Qəbələ rayon sakini Əziz adlı şəxs kimi təqdim edərək dəmir, yəni armatur materialı alıb vermək adı ilə aldadaraq 330 manat pulunu ələ keçirmiş, lakin həmin Əziz adlı şəxs də mövcud olmamışdır, bunlar da Elvinin onu aldadaraq pulunu ələ keçirməyi barədə olan özündən uydurduğu məsələ imiş. Əlaqə zamanı isə özünü Qəbələ rayon sakini Əziz adlı şəxs kimi təqdim edən şəxs ona bildirmiş ki, pulu Elvinə verər, Elvin də pulu ona, yəni guya Qəbələ rayon sakini Əziz adlı şəxsə çatdıracaq. Lakin bunu da sonradan Təqsirləndirilən şəxs ona etiraf etmiş ki, həmin pulu da özü ələ keçirmişdir. Onun bu cür tanışı olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs eyni qaydada əvvəlcə onunla görüşüb onu inandırdıqdan və həmin şəxsin zəng edəcəyini bildirdikdən sonra həmin ərəfələrdə dəqiq xatırlamadığı ayda və gündə eyni qaydada gizli nömrə ilə zəng edərək özünü xatırlamadığı adlı şəxs kimi təqdim edərək kredit alacağını, kredit aldıqdan sonra pulunu geri qaytaracağı adı ilə aldadaraq 150 manat pulunu ələ keçirmiş, lakin həmin şəxs də mövcud olmamışdır, bu da Təqsirləndirilən şəxs onu aldadaraq pulunu ələ keçirməyi barədə olan özündən uydurduğu məsələ imiş. Bununla yanaşı həmin ərəfələrdə dəqiq xatırlamadığı ayda və gündə Təqsirləndirilən şəxs öz mobil nömrəsi ilə gizli olmadan zəng edərək xalası oğlu Rusalana borc lazım olduğunu bildirib telefonu guya Ruslana vermiş kimi edərək səsini dəyişib guya Ruslan kimi danışaraq razılığa gəlib onu aldadaraq 540 manat pulunu ələ keçirmiş, lakin həmin Ruslan adlı şəxs də mövcud olmamışdır, bu da Elvinin onu aldadaraq pulunu ələ keçirməyi barədə olan özündən uydurduğu lakin real olmayan yalanlar imiş. Həmçinin Elvin eyni qaydada əvvəlcə onunla görüşüb onu inandırdıqdan və köməklik edəcək şəxsin ona zəng edəcəyini bildirdikdən sonra həmin ərəfələrdə dəqiq xatırlamadığı ayda və gündə eyni qaydada gizli nömrə ilə zəng edərək özünü Bakı şəhər sakini Natiq adlı şəxs kimi təqdim edərək traktor və avtomobilə dair ehtiyat hissələri alıb vermək adı ilə aldadaraq ümumilikdə 4010 manat pulunu ələ keçirmiş, lakin həmin Natiq adlı şəxs də mövcud olmamışdır, bunlar da Elvinin onu aldadaraq onun pulunu ələ keçirməyi barədə olan özündən uydurduğu yalanlar imiş. Əlaqə zamanı isə özünü Bakı şəhər sakini Natiq adlı şəxs kimi təqdim edən şəxs ona bildirmiş ki, pulu Elvinə verər, Elvin də pulu ona, yəni guya Bakı şəhər sakini Natiq adlı şəxsə çatdıracaq. Lakin bunu da sonradan Təqsirləndirilən şəxs ona etiraf etmiş ki, həmin pulu da özü ələ keçirmişdir. Onun bu cür tanışı olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs eyni qaydada əvvəlcə onunla Qəbələ rayon Vəndam qəsəbəsinin mərkəzində görüşüb onu inandırdıqdan və ona köməklik edəcək şəxsin zəng edəcəyini bildirdikdən sonra həmin ərəfələrdə dəqiq xatırlamadığı ayda və gündə eyni qaydada gizli nömrə ilə ona zəng edərək özünü Ariz adlı İsmayıllı rayon sakini kimi təqdim edərək traktor və minik avtomobilinə aid ehtiyat hissələri, val və sair kimi almaq adı ilə aldadaraq ümumilikdə 2300 manat pulunu ələ keçirmiş, lakin həmin Ariz adlı şəxs mövcud olmamışdır, bunlar da Təqsirləndirilən şəxs onu aldadaraq pulunu ələ keçirməyi barədə olan özündən uydurduğu yalanlar imiş. Əlaqə zamanı isə özünü Ariz adlı İsmayıllı rayon sakini kimi təqdim edən şəxs ona bildirmişdir ki, pulu Elvinə versin, Elvin də pulu ona, yəni guya Ariz adlı İsmayıllı rayon sakini olan şəxsə çatdıracaq. Lakin bunu da sonradan Təqsirləndirilən şəxs etiraf etmiş ki, həmin pulu da özü ələ keçirmişdir. Onun bu cür tanışı olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs həmin ərəfələrdə özü şəxsən ondan 400 manat da borc pul almışdır. Təqsirləndirilən şəxs gizli nömrələrdən zəng edən zaman pulları əlaqə zamanı “Elvin Eahmudov götürüb mənə çatdıracaq” sözünü deyirmiş və özü gəlib onunla görüşüb pulları əlbbəəl ondan götürmüşdür. Lakin heç kimə vermirmiş. Çünki elə gizli nömrələrdən zəng edən də Təqsirləndirilən şəxs özü imiş. Bunu Təqsirləndirilən şəxs özü də ona etiraf etmişdir. Təqsirləndirilən şəxs ümumilikdə onun 26500 (iyirimi altı min beş yüz) manat pulunu onu aldadaraq ələ keçirmişdir. Bu günə kimi bir manat da belə olsun qaytarmamışdır. Sonuncu dəfə 2022-ci ilin dekabr ayının sonlarında 2300 manat pulu Qəbələ rayon Vəndam qəsəbəsinin mərkəzində Təqsirləndirilən şəxs vermişdir. Ona dəymiş ziyandan Elvin tərəfindən yalnız 880 manat məbləğində pul ödənilmişdir. Sonda isə Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş, ona daha ağır cəzanın təyin edilməsini və vermiş olduğu mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2022-ci ilin noyabr ayında Qəbələ rayon Vəndam qəsəbəsi ərazisində yerləşən Sərin meşə adlı restoranda aşbaz işləyən zaman əvvəlcədən tanıdığı həmkəndlisi Zərərçəkmiş şəxs1 ona yaxınlaşaraq münasib avtomobil olduğunu, həmin avtomobili kredite verdiklərini, bu işi həll edən şəxsin isə Ramil Usubovun tanışı olduğunu, həmin şəxsin isə Kamil adlı şəxs olduğunu, Kamilin Bakı şəhər sakini olduğunu bildirmişdir. Daha sonra isə Zərərçəkmiş şəxs1 ona Kamil kimi təqdim etdiyi şəxsin mobil nömrəsini də vermiş, Kamil kimi tanıdığı şəxs təxminən 1 həftə sonra ona gizli nömrə ilə zəng etmişdir. Əlaqə zamanı özünü Kamil kimi təqdim edən şəxs ona bildirmiş ki, Nərimandan mobil nömrəsini alıb, ondan kreditə avtomobil istəyib-istəmədiyini soruşmuş, ona razılıq vermişdir. Kamil kimi özünü təqdim edən şəxs ona kartının nömrəsini göndərdiyini və həmin karta 600 manat pul ödəməli olduğunu demiş, xx.xx.2022-ci il tarixdə 600 manat pulu oğlu Nəriman Mürsəlovun vasitəsi ilə Bakı şəhəri Səbail rayonu İstiqlaliyyət küçəsində yerləşən keçiddəki ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs məxsus Kapital bank kartına köçürtdürmüşdür. Bundan 1 gün sonra isə Kamil kimi özünü təqdim edən şəxs ona artıq ***-***-**-** saylı mobil nömrədən təkrar zəng edərək 300 manat da əlavə olaraq pul istəmiş ki, 1 həftə ərzində avtomobil gəlir, həmin avtomobilə ilkin ödənişi əvvəlcədən edir. X6 vasitəsi ilə Bakı şəhəri ərazisindən ona məlum olmayan yerdən onlayn şəkildə Təqsirləndirilən şəxs kart hesabına 300 manat pulu xx.xx.2022-ci il tarixdə köçürtdürmüşdür. Bundan sonra isə xx.xx.2022-ci il tarixdə özünü Kamil kimi təqdim edən şəxs ona yenidən ***-***-**-** saylı mobil nömrədən təkrar zəng edərək bildirmiş ki, 200 manat pul ödəmək lazımdır ki, səhərisi gün Hyundai markalı avtomobil gəlir. xx.xx.2022-ci il tarixdə 120 manat pulu oğlu Nərimanın vasitəsi ilə Bakı şəhəri Səbail rayonu İstiqlaliyyət küçəsində yerləşən İçərişəhər metrostansiyasındakı ödəmə terminalı vasitəsi ilə 120 manat pulu Təqsirləndirilən şəxs məxsus Kapital bank kartına köçürtmüşdür. Pulu göndərdikdən sonra isə Təqsirləndirilən şəxs ona bildirmiş ki, səhərisi gün Bakı şəhərinə gəlib avtomobili apara bilər. Səhərisi gün Bakı şəhəri istiqamətində yola düşmüş, İsmayıllı rayonuna çatdıqda özünü Kamil kimi təqdim edən şəxsə zəng etmiş ki, gəlir. O isə etirazını bildirmiş ki, gəlməsin. Bundan sonra aldadıldığını başa düşmüş və araşdırmış ki, həmin özünü Kamil kimi təqdim edən şəxs həmkəndlisi Təqsirləndirilən şəxsdur. Buna görə də baş vermiş hadisə ilə bağlı Daxili İşlər Nazirliyinə 25 yanvar 2023-cü il tarixdə ərizə ilə müraciət etmişdir. Ona dəymiş ziyandan Elvin tərəfindən yalnız 100 manat məbləğində pul ödənilmişdir. Sonda isə Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş, ona daha ağır cəzanın təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Zərərçəkmiş şəxs1 isə həmkəndlisidir. Əri Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 26500 manat pulunu və həmkəndlisi Zərərçəkmiş şəxs2 isə 1020 manat pulunu dələduzluq yolu ilə aldadaraq ələ keçirməsi barədə məlumatı 22 fevral 2023-cü il tarixdə olmuşdur. Belə ki, 22 fevral 2023-cü il tarixdə əri Elvin onu çağıraraq Zərərçəkmiş şəxs1 evinə aparmış, Zərərçəkmiş şəxs1 evində olan zaman ona artıq məlum olmuş ki, əri Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 26500 manat pulunu ələ keçirmişdir. Orada olan zaman əri Təqsirləndirilən şəxs damalı dəftər vərəqinə aldığı pulların siyahısını, eləcə də hansı adla aldadaraq aldığını yazmış və özü tərəfindən də imzalanmışdır. Həmin vərəqə isə o da yazı yazaraq “Şahid4 Təqsirləndirilən şəxs yoldaşıyam, bu yazım borc siyahısına yazan müddətdə heç bir zorakılıq əlaməti olmayıb” sözlərini yazmışdır. Həmin vərəqə Təqsirləndirilən şəxs öz razılığı əsasında heç bir təzyiq olmadan yazılmışdır. Elvin həmin pullardan evə gətirməmişdir. Son vaxtlarda Elvin Nərimanın pulunun kiçik bir hissəsini, yəni 880 manatını geri qaytarmışdır. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun həmkəndlisidir. Təqsirləndirilən şəxs da onun həmkəndlisidir. 2022-ci ilin may ayında Zərərçəkmiş şəxs1 ona zəng edərək traktor almaq istədiyini, traktoru xaricdən gətizdirəcəyini və ona bu işdə maddi cəhətdən kömək edilməsini xahiş etmişdir. Ondan 3300 manat pul borc istəmişdir. 3300 manat pulu 2022-ci ilin may ayında dəqiq xatırlamadığı günündə Qəbələ rayon Vəndam qəsəbəsinin mərkəzində Nərimana vermişdir. Lakin sonradan ona məlum olmuş ki, Zərərçəkmiş şəxs1 həmkəndlisi Təqsirləndirilən şəxs aldadaraq pulunu ələ keçirmişdir. 3300 manatı Nərimana verən zaman həmin pulu Təqsirləndirilən şəxs verdiyindən məlumatsız imiş. Lakin sonradan bilmiş ki, Nərimanı Təqsirləndirilən şəxs müxtəlif vədlər verməklə aldadaraq ümumilikdə 26500 manat pulunu ələ keçirmişdir. Məhkəmə iclasında Şahid6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun dayısı oğludur. Təqsirləndirilən şəxs isə həmkəndlisidir. 2022-ci ilin oktyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs1 ona zəng edərək traktor almaq istədiyini, traktoru Bakı şəhərində gətizdirəcəyini və ona bu işdə maddi cəhətdən kömək edilməsini xahiş etmişdir. Ondan 1200 manat pul borc istəmişdir. 1200 manat pulu 2022-ci ilin oktyabr ayının əvvəllərində dəqiq xatırlamadığı günündə Qəbələ rayon Vəndam qəsəbəsinin mərkəzində Zərərçəkmiş şəxs1 vermişdir. Lakin sonradan ona məlum olmuş ki, Zərərçəkmiş şəxs1 həmkəndlisi Təqsirləndirilən şəxs aldadaraq pulunu ələ keçirmişdir. 1200 manatı Nərimana verən zaman həmin pulu Təqsirləndirilən şəxs verdiyindən məlumatsız imiş. Lakin sonradan bilmiş ki, Nərimanı Təqsirləndirilən şəxs müxtəlif vədlər verməklə aldadaraq ümumilikdə 26500 manat pulunu ələ keçirmişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun həmkəndlisidir. Təqsirləndirilən şəxs də onun həmkəndlisidir. 2022-ci ilin ortalarında Zərərçəkmiş şəxs1 ona zəng edərək traktor almaq istədiyini və ona bu işdə maddi cəhətdən kömək edilməsini xahiş etmişdir. Həmin pulu 2022-ci ilin ortalarında dəqiq xatırlamadığı tarixdə Qəbələ rayon Vəndam qəsəbəsinin mərkəzində Zərərçəkmiş şəxs1 vermişdir. Lakin sonradan ona məlum olmuş ki, Zərərçəkmiş şəxs1 həmkəndlisi Təqsirləndirilən şəxs aldadaraq pulunu ələ keçirmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun həmkəndlisidir. Təqsirləndirilən şəxs da onun həmkəndlisidir. 2022-ci ilin noyabr ayının əvvəllərində dəqiq xatırlamadığı günündə həmkəndlisi Zərərçəkmiş şəxs1 ona zəng edərək traktor almaq istədiyini, özünün şəxsi traktorunun olmasını istədiyini bildirmiş və 1700 manat pula ehtiyacının olduğunu bildirmişdir. Səhərisi gün Vəndam qəsəbəsinin mərkəzində 1500 manat pulu Nərimana vermişdir. Pulu verən zaman ondan traktorla bağlı heç bir söhbət etməmişdir. Nəriman pulu alan zaman ona bildirmiş ki, 1500 manatı 1 ay ərzində geri qaytaracaq. Lakin Nəriman pulu dediyi vaxtda geri qaytara bilmədiyi üçün ondan məsələnin necə olduğunu soruşduqda ona məlum olmuş ki, Zərərçəkmiş şəxs1 həmkəndlisi Təqsirləndirilən şəxs aldadaraq pulunu ələ keçirmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Qəbələ Rayon Məhkəməsinin 1(025)-29/2023 nömrəli 06 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ Rayon Polis Şöbəsinin 11 noyabr 2023-cü il tarixli 29/3-13-89/2-37549 nömrəli məktubundan və 10 noyabr 2023-cü il tarixli “axtarışda olan şəxsin tutulması barədə” protokolun surətindən görünür ki, keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 10 noyabr 2023-cü il tarixdə Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən tutulmuş, saxlanılması üçün Qəbələ Rayon Polis Şöbəsinin NH-nə təhvil verilmiş, daha sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X4 yerləşdirilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin özünün istintaq və ilkin məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, digər iş materialları ilə onun etibardan sui-istifadə etmə və aldatma yolu ilə dələduzluq cinayətini təkrarən və zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini könüllü etiraf edərək səmimi peşimançılıq hissi keçirməsini, ailəli olmaqla himayəsində iki azyaşlı uşağın olmasını, zərərşəkmiş şəxslərə dəymiş ziyanın qismən (Zərərçəkmiş şəxs1 880 manat, Zərərçəkmiş şəxs2 isə 100 manat ödənilmişdir) ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 sentyabr 2023-cü il tarixdən saat 10:35-dən 02 sentyabr 2023-cü il tarixədək saat 16:10-dək hazırki iş üzrə tutulub saxlanıldığı müddəti (02 gün) nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 10 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş iki vərəqədən ibarət əlyazma nümunəsi, Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş iki vərəq ödəniş qəbzi və Kapital Bank ASC-dən daxil olmuş ödəniş kartı üzrə çıxarış cinayət işi materiallarında saxlanılmalıdır. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən verilən mülki iddiadan görünür ki, mülki iddiaçı baş vermiş cinayətlə bağlı dəymiş maddi ziyana görə 26500 manat pul vəsaitini Təqsirləndirilən şəxs tutulub ona ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra, 06 noyabr 2023-cü il tarixdə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 “mülki iddianın dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, mülki iddiaçı maddi ziyana görə 25620 manat pul vəsaitini Təqsirləndirilən şəxs tutulub ona ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə mülki iddianın dəlillərini, cinayət işinin materiallarını araşdırıb, tədqiq edərək belə nəticəyə gəlir ki, mülki iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinin tələblərinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinin tələblərinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə hesab edir ki, mülki cavabdeh – Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181-ci maddəsinin tələblərinə görə ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin nomalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik) . Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qeyd olunan Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Belə olan halda məhkəmə hesab edir ki, mülki cavabdeh – Təqsirləndirilən şəxs vurulmuş maddi ziyana görə 25620 (iyirmi beş min altı yüz iyirmi) manat məbləğində pul tutularaq mülki iddiaçı – Zərərçəkmiş şəxs1 ödənilməlidir. Məhkəmə müsadirə ilə bağlı məsələni araşdırır və hazırkı cinayət işi üzrə müsadirə olunmalı olan əmlak aşkar edilmədiyindən xüsusi müsadrə ilə bağlı tədbirin tətbiq olunmasını məqsədə müvafiq hesab etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 178.2.2 və 178.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulub saxlandığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə müddətindən çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli Cəzaçəkmə Müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 10 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş iki vərəqədən ibarət əlyazma nümunəsi, Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş iki vərəq ödəniş qəbzi və Kapital Bank ASC-dən daxil olmuş ödəniş kartı üzrə çıxarış cinayət işi materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən verilən mülki iddia təmin edilərək mülki cavabdeh – Təqsirləndirilən şəxs vurulmuş ziyana görə cəmi 25620 (iyirmi beş min altı yüz iyirmi) manat məbləğində pul tutularaq mülki iddiaçı – Zərərçəkmiş şəxs1 ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar