Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 1(025)-29/2025 21.01.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi İsayeva Elvina Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1991-ci il tarixdə Qəbələ şəhərində anadan olmuş, AR vətəndaşı, evli, işsiz, orta təhsilli, ünvan 1 ünvanda yaşayan, barəsində xx.xx.2025-ci il tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan 17 iyun 2025-ci il tarixdə günorta saatlarında Bakı şəhəri Cəlil Məmmədquluzadə küçəsində Nizami metrosunun yaxınlığında yerləşən zibil tullantılarının yaxınlığından taparaq qanunsuz olaraq əldə edib saxladığı kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetaminin bir hissəsini şəxsi istehlakı üçün istifadə etdikdən sonra qalmış 1,307 qram olmaqla xeyli miqdar hissəsini bir ədəd gümüşü falqaya bükülmüş paketdə üzərində gəzdirərkən xx.xx.2025-ci il tarixdə saat 22:09 radələrində bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində o, Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən güclü təsir edici psixotrop maddənin qanunsuz dövriyyəsində şübhəli bilinərək Qəbələ şəhəri 28 May küçəsində yerləşən Qəbələ RMX-nın qarşısında piyada hərəkətdə olarkən saxlanılıb əməliyyat tədbirinin keçirilməsinə müvəkkil edilmiş əməkdaşlar tərəfindən saxlanıldığı yerdə videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilən zaman yuxarıda qeyd edilən mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək üzərində gəzdirdiyi ümumi təmiz çəkisi 1,307 qram olmaqla xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin bir ədəd gümüşü falqaya bükülmüş paketdə əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən aşkarlanaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında ifadə verərkən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, ilk dəfə xx.xx.2016-cı ildə oğurluq etdiyinə görə AR CM-in 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən 02 il müddətinə şərti hesab edilməklə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə oğurluq etdiyinə görə AR CM-in 177.2.1-ci maddəsinə əsasən 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təxminən 7-8 ay müddətdir ki, narkotik vasitə istifadə edir. Narkotik vasitəni isə məclislərdə kimsə çəkdiyi zaman ondan istəyib alıb çəkirmiş. Lakin həmin şəxslərin kim olması, yəni şəxsiyyəti barədə heç bir məlumatı yoxdur. xx.xx.2025-ci il tarixdə günorta saatlarında Bakı şəhərinə Medservis adlı klinikaya xəstəliyi ilə bağlı getmişdir. Həmin klinika Bakı şəhəri Cəlil Məmmədquluzadə küçəsində Nizami metrosunun yaxınlığında yerləşir. Həmin klinikadan çıxan zaman yol kənarında ağaclar olan zibillik kimi yerdən keçərkən torpağın üstündə qurğuşun bükümdə nəsə olduğunu görmüşdür. Əyilərək həmin bükümü götürmüşdür. İçərisinə baxdıqda görmüş ki, içərisində ağ rəngli kristal formada el arasında “patı” adlanan vasitə vardır. Həmin bükümü heç kimin görməyəcəyi vəziyyətdə cibinə qoymuşdur. Çünki özü narkotik vasitə istifadə edəndir və həmin tapdığı “patı”nı istifadə etmək məqsədi ilə cibinə qoyub özü ilə birlikdə yaşadığı Qəbələ rayonuna gətirmiş və üzərində gəzdirmişdir ki, ailə üzvlərinin məlumatı olmasın. 26 iyul 2025-ci il tarixdə saat təxminən 22:09 radələrində Qəbələ şəhəri 28 May küçəsində yerləşən mağazaya daxil olan zaman küçədə ona tanımadığı polis əməkdaşları yaxınlaşaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini bildirərək üzərində narkotik vasitə və psixotrop maddə olub-olmamasını soruşmuşlar, o isə üzərindəki göy rəngli cins şalvarının sağ xırda cibində saxlayaraq daşıdığı 01 (bir) ədəd qurğuşun rəngli kağıza bükülü vəziyyətdə olan el arasında “patı” adı ilə tanınan psixotrop maddə olan metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşları təqdim etdiyi bükümü elektron tərəzidə çəkmişlər və bükümün çəkisi 1.72 qram təşkil etmişdir. “Patı”nı, yəni metamfetamini sadəcə olaraq özü üçün istifadə edir və üzərindən aşkar edilən patını, yəni metamfetamini avtomobilin ön fara işığında qızdıraraq istifadə edirmiş. Həmin psixotrop maddəmetamfetamindən heç kimə verməmiş və ya satmamışdır. Həmin psixotrop maddədən 1 dəfə istifadə etmişdir. Üzərindən aşkar edilmiş psixotrop maddə-metamfetamindən başqa yerdə saxladığı yoxdur. Etdiyi əmələ görə peşmandır. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu bildirərək, İ qrup əlil olduğunu və himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olduğunu bildirərək, ərizə təqdim edərək barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 5.1-ci bəndinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Qəbələ RPŞ-nin CAB-ın əməkdaşları tərəfindən 26 iyul 2025-ci il tarixdə keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs güclü təsiredici psixotrop maddə qəbulunda və psixotrop maddəni satış məqsədi olmadan üzərində daşımasında şübhəli olması barədə məlumat əldə etmişlər və saat 22:09 radələrində baş əməliyyat müvəkkili Şahid3, əməliyyat müvəkkili Babək Mustafazadə, Babək Nağıyev və NMQ-nin əməliyyat müvəkkili Şahid2la birlikdə Qəbələ şəhəri 28 May küçəsində yerləşən Qəbələ RMX-nin qarşısına getmişlər. Qəbələ RMX-nin qarşısında Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görmüş, ona yaxınlaşaraq özlərini təqdim etmiş və onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs özünü şübhəli aparmış və bildirmişdir ki, üzərində el arasında “patı” adlanan psixotrop maddə, metamfetamin vardır. Adı qeyd edilən şəxsin saxlanıldığı yerdə insanlar sıx şəkildə toplaşdığı üçün həmin ərazidən bir qədər kənarda üstünün yoxlanılmasına başlanmışdır. Təqsirləndirilən şəxs üstünün yoxlanılmasından qabaq ona üzərində olması ehtimal edilən narkotik vasitə və psixotrop maddələri verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd qurğuşun kağız bükümdə güclü təsiredici ağ rəngli psixotrop maddə - metamfetaminə bənzər kütləni təqdim etmiş və “patı” olduğunu bildirmişdir. Həmin bükümün içərisində kəskin spesifik iyə malik olan psixotrop maddə - metamfetaminə bənzər kütlələr var imiş. Bundan sonra qurğuşun büküm elektron tərəzidə çəkilib qablaşdırılmışdır. Çəkisinin qurğuşun bükümlə birlikdə 1.72 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs sorğu-sual edilmiş ki, üzərindən aşkar edilmiş “patı” olduğunu bildirdiyi kütləni haradan əldə rtfdiyi soruşulmuşdur. O isə bildirmişdir ki, həmin “patı”nı Bakı şəhəri ərazisindən taparaq əldə etmiş və dializ xəstəsi olduğu üçün az-az əritməklə istifadə etmişdir. Qeyd edilən bütün hərəkətlər Şahid2 tərəfindən mobil telefonla video və foto çəkiliş aparılmaqla qeydə alınmışdır. Daha sonra Təqsirləndirilən şəxs Qəbələ RPŞ-yə gətirilib təhqiqatçıya təhvil verilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin kütləyə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman, eləcə də üstü yoxlanılan zaman hər hansı polis əməkdaşı və ya qeyrisi tərəfindən təzyiq edildiyinin, ona hədə-qorxu gəlindiyinin şahidi olmamışdır. Məhkəmədə şahid qismində Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişlər. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsi tanıyır. Özünün Bazarda paltar mağazası var. Təqsirləndirilən şəxs ondan paltar almışdır. O zamanlardan telefon əlaqələri yaranmışdır. Təqsirləndirilən şəxs ona borcu olduğuna görə ona zəng etmişdir. Təqsirləndirilən şəxs ondan şalvar-köynək almış və onun pulunu verməli imiş. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, təqirləndirilən şəxsi məlumat daxil olduqdan sonra yeni xəstəxananın qarşısındakı mağazaya gedərkən saxlamışdırlar. Üstünə baxış keçirmişdirlər və üzrərindən metanfetamin çıxmışdır. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərdi ki, o, bələdiyyə sədri işlədiyi vaxtlarda Təqsirləndirilən şəxs xəstə olmuşdur. Anasının böyrəyini ona köçürmüşdürlər. Sosial şəbəkədə ona yardım toplanılmış, edilən yardımlarda o da iştirak etmişdir. Dializ pulunu verə bilsin deyə ona maşın alıb al-verə cəlb etmişdirlər. O, özü işdən çıxdıqdan sonra isə ona artıq köməklik edə bilməyəcəyini bildirmişdir. Tək istifadə etdiyi nömrəsi həmin nömrədir. Narkotik vasitəylə bağlı heç bir əlaqələri olmamışdır. Qoz-fındıq alveri etmişdir. Əvvələr isə özü Mirzəbəyli kəndinin bələdiyyə sədri işləmişdir. Ondan əvvəl siə əmlakçı olmuşdur. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanımır. Həmin telefon nömrəsini qonşusuun oğlu işlətmiş, onun oğlu hazırda əsgərlikdədir. Əsgər gedəndə həmin nömrəni qonşunun oğluna vermişdir ki, nömrəsi bağlanmasın. Həmin adam Şahid Sakit oğludur. Amma həmin nömrə onun adındadır. Həmin adam dəmir al-veri ilə məşğul olur. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanımır. Həmin nömrə onun adınadır, lakin işlətməsi üçün iş yoldaşına vermişdir. İş yoldaşı isə başqa şəxsə vermişdir. İş yoldaşının adı Natiq Hacıyev olmuş, həmin şəxsin adını isə Bayramov Cəlal kimi xatırlayıram. O nömrədə İnternet daha sərfəli olduğu üçün vermişdir. Cəlalla şəxsi tanışlığı yoxdur. Həmin nömrəmi də çoxdan bağlatdırdığını düşünmüşdür. Lakin sonradan nömrənin açıq olması ilə bağlı “Azercell”dən ona məktub gəlmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid16 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanımır. Həmin nömrəni 3-4 il qabaq qonşusu Nadirə vermişdir. Onlar ailəlikcə Rusiyadan deportasiya olmuşdular və sənədləri olmadığına görə nömrəni vermişdir. Əvvəllər qonşulaır olsalar da, hazırda Hərbi şəhərcikdə yaşayırlar. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, həm qonşu, həm də dostdurlar. Xəstəxanada dializdə bir yerdə qoşulurmuşlar. O, narkotik istifadə etmir. Həmin nömrəni də hazırda işlətmir, bağlatmışdır. Sadəcə Rahimin əlilliyi ilə bağlı pul yardımı göstərmişdir. “Patı” alıb-satmamış, sadəcə adını eşitmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, yol yoldaşı olmuşdurlar. Əvvəllər taksi şöferi işləmiş və Təqsirləndirilən şəxs onun müştərisi olmuşdur. Həmin nömrə onun istifadəsindədir. Onu bu işlə bağlı polisə çağırdıqları zaman şahidlik etməli olduğunu demişdilər. Həmin telefon yazışmalarında əmanət dedikdə içki nəzərdə tutmuşdur. Özü qazidir, ağrıları olur, amma azaltmaq üçün narkotik vasitə vs. qəbul etmir. İçkini Ramiz adında qonşusundan alırmış. O, Tikanlı kəndində yaşayır. Təqsirləndirilən şəxs narkotik istifadə etdiyini dünən bilmiş, ona kimi xəbərim olmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası X9 Bölməsindən daxil olmuş xx.xx.2025-ci il tarixli 17/553 saylı nömrəli məhkəmə bioloji ekspertizasının rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “İştirakçılar. Şübhəli şəxs. 1 (imza) Təqsirləndirilən şəxs. Vəkil: 2. (imza) Odmanov Firudun... ” sözləri, imzalar və adlar yazılmış zərfin içərisindəki gümüşü falqaya bükülmüş 01(bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi - 1,307 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir. Bununla yanaşı məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli 17/553 saylı rəyindən görünür ki, təqdim edilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş metamfetaminin təmiz çəkisi 1,307 qram olmuş, 0,050 qramı tədqiqata sərf edildikdən sonra 1,257 qram qalmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserindən daxil olmuş 11 sentyabr 2025-ci il tarixli 1440 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edib. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstinensiya(narkotik maddələrin acılığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan və məhkəmə iclasında tədqiq olunan xx.xx.2025-ci il tarixli “maddi sübutun tanınması və saxlanca verilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 1,307 qram olmuş, 0,050 qramı tədqiqata sərf edildikdən sonra 1,257 qram qalmış metamfetamin sübut əhəmiyyəti kəsb etdiyindən ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmaqla saxlanması üçün Qəbələ RPŞ-nin maddi sübutların saxlama yerinə təhvil verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” X11 daxil olmuş 29 avqust 2025-ci il tarixli 598 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri müəyyən olunmur. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik müəyyən edilmədiyindən onun barəsində məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Qəbələ RMX PHŞ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli, 18-1-52/2-2150/2025 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs RMX-nın PHŞ-nin poliklinika şöbəsinin psixiatriya və narkoloji kabinetlərində qeydiyyatda deyildir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qəbələ rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il şərti sınaq müddəti təyin edilməklə 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məhkəmənin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Qəbələ Rayon Məhkəməsinin qərarı ilə AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 5-ci bəndinə əsasən hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmış, xx.xx.2022-ci il tarixdə Qəbələ Rayon Məhkəməsinin qərarı ilə 05 ay vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Qəbələ şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-59-12/2-1053/2025 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Qəbələ şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-cü il tarixli, 5-59-12/2-1055/2025 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı X6, qızları xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X3 ibarətdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Əlillik vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs İ qrup əlildir. “Elektron Məhkəmə İnformasiya” Sistemindən Çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 1-ci qrup əlil (ümumi xəstəlik) olmaqla, 550 manat pensiya alır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının (bundan sonra mətndə Qərar) 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); Həmin Qərarın 1-ci bəndinə əsasən 1. Təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla): 1.15. bu Qərar qüvvəyə mindiyi günədək orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər; 1.16. öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər. Həmin qərarın 7.6-cı bəndi-1991-ci il oktyabrın 18-dən sonra amnistiya və ya əfvetmə aktları ilə qəsdən törədilmiş cinayətə görə cəzaçəkmə müəssisələrində azadlıqdan məhrumetmə cəzasını çəkməkdəm azad olunmuş və yenidən qəsdən ağır və xüsusilə ağır cinayət törətmiş şəxslər. Həmin Qərarın 24-cü bəndinə əsasən Birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (CPM) 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda CPM-nin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): 39.1.12. amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə CPM-nin 39.1.12-ci (amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda) maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə Qəbələ Rayon Məhkəməsinin qərarı ilə AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 5ci bəndi tətbi edilməklə cəzası bir il müddətinə azaldılmasına baxmayaraq onun hazırda törətdiyi əməl az ağır cinayətlər kateqoriyasına aid edildiyindən “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 7.6-cı bəndi ona şamil olunmamalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs İ qrup əlil (ümumi xəstəlik) olmasını və himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının – xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X5 olmasını, barəsində amnistiya aktının tətbiq edilməsi barədə təqsirləndirilən şəxsin xahişini nəzərə alaraq hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.15, 1.16 və 5.1-ci bəndinə əsasən təqsirləndirilən şəxs barəsində cinayət təqibinə və cinayət işinin icraatına xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, iş üzrə maddi sübut kimi tanınmış və Qəbələ rayon Polis şöbəsində saxlanılan bioloji ekspertizadan sonra qalmış 1,257 qram metamfetamin qərar öz qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş materiallarında olan 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri cəmi 71,94 (yetmiş bir manat doxsan dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 344-348, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.15, 1.16 və 5.1-ci bəndlərinə əsasən Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə olan cinayət təqibinə və cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qəbələ rayon Polis şöbəsində saxlanılan bioloji ekspertizadan sonra qalmış 12,57 qram metamfetamin qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Maddi sübut olan 03 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 71,94 (yetmiş bir manat doxsan dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X4, kod 210005, VOEN **********, müxbir hesab AZE 41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************). İş üzrə mülki iddia yoxdur. Qərardan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №1(025)-29/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №1(025)-29/2025
21.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver