Məhkəmə qərarları › İş №1(025)-3/2021

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-3/2021

01.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-3/2021 01.02.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Qəbələ rayonu, Ziring kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Ziring kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 08:46 radələrində, ayıq vəziyyətdə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan baş etibarnamə ilə idarə etdiyi Vaz 2101 minik markalı ** CM *** dövlət qeydiyyat nişanlı avtomobillə, Zarağan-Ağdaş magistral yolu ilə maksimum sürət həddi 60 km/saat sürəti nəzərdə tutulmuş yolda Qəbələ şəhəri istiqamətinə yolun sağ hərəkət zolağı ilə 80 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin xüsusiyyətlərini və vəziyyətini, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, həmçinin həmin Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən nəqliyyat vasitələrini sürücülük hüququ verən sənədlə idarə etməli olduğu halda, eləcədə həmin qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən yaşayış məntəqələri daxilində-saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 klimetrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə idarə etməli olduğu halda, sürücünün hərəkət və hərəkətsizliyində hadisənin baş verməsi arasında səbəbli əlaqəsi olmaqla, texniki imkanları olmasına baxmayaraq, göstərilən qanunun tələblərinə riayət etməməklə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq, yüksək sürətlə idarə etdiyi avtomobilin sol ön hissəsi ilə, Qəbələ rayonu Zarağan kəndi ərazisində yerləşən yolayrıcı dairənin yaxınlığında yolun sağ ehtiyyat hissəsindən soluna tərəf keçən 9 metr məsafə qətt etmiş 1980-cü il təvəllüdlü piyada, Zərərçəkmiş şəxs vuraraq yol nəqliyyat hadisəsi törədərək, sonuncunun bədəninə çanaqda qasıq, oturaq və qalça sümüklərini sınığı, alın və burun nahiyyəsinin sıyrığı kimi xəsarətlər yetirməklə, Zərərçəkmiş şəxs sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi üzrə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə sürücülük hüququ olmadan idarə etdiyi Vaz 2101 markalı ** CM *** dövlət nömrə nişanlı minik avtomobili ilə yaşadığı Qəbələ rayonu Ziring kəndindən çıxaraq Zarağan- Ağdaş magistral yolu ilə Ağdaş şəhəri istiqamətindən üzü Qəbələ şəhəri istiqamətinə Vəndam qəsəbəsi ərazisinə dəmir yığmağa getmişdir. Özündən başqa idarə etdiyi avtomobildə yeznəsi Şahid1 sərnişin qismində ön sağ oturacaqda əyləşmişdir. Avtomobili asvalt örtüklü yolun sağ hərəkət zolağı ilə təxminən 70-80 km saat sürətlə idarə edirmiş, Zarağan dairəsinə çatmış təxminən 40-50 metr uzaq məsafədən yolun sağ ehtiyyat hissəsindən piyada Zərərçəkmiş şəxs qucağında azyaşlı uşağı Gülay Əzizli ilə yolun sol tərəfində dairəyə daxil olduğunu görərək piyada yolu keçən Zərərçəkmiş şəxs onun idarə etdiyi avtomobilin gəldiyini görüb dayanmasını fikirləşərək idarə etdiyi avtomobili yolun soluna tərəf çəkmiş, lakin Zərərçəkmiş şəxs dayanmayaraq hərəkətini davam etdirməklə yolun sol kənarına tərəf qaçdığından onu vurmamaq üçün idarə etdiyi avtomobilin əyləncini basmış, lakin hadisənin qarşısını ala bilməməklə hadisədən yayına bilməyərək Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin ön sol tərəfi ilə vurmuşdur. Nərgiz qucağında uşağı Gülay ilə birlikdə yerə yıxılaraq bədən xəsarəti almış, hadisə yerinə Qəbələ rayonu Mərkəzi xəstəxanasının Təcili Tibbi yardım avtomobili gələrək Zərərçəkmiş şəxs azyaşlı uşağı Gülay ilə birlikdə Qəbələ rayonu Müalicə Diaqnostika mərkəzinə aparmış, müayinə zamanı məlum olmuş ki, idarə etdiyi avtomobil ilə törətmiş yol nəqliyyat hadisəsi zamanı Nərgizin azyaşlı uşağı Gülay Əzizli heç bir bədən xəsarəti almamış, lakin Zərərçəkmiş şəxs çanaq süməkləri sınaraq xəsarət almışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri, ekspert rəyləri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, Qəbələ RPŞ-nin DYPB-in inspektoru vəzifəsində işləyir, xx.xx.2020-ci il tarixdə saat 10:30 radələrində Zərərçəkmiş şəxs yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alması ilə bağlı Qəbələ rayonu Müalicə Diaqnostika mərkəzindən şöbənin Növbətçi Hissəsinə daxil olmuş məlumat əsasında hadisə yerinə getmiş, hadisə yeri Qəbələ rayonu Zarağan kəndi ərazisində yol ayrıcı dairəsi yaxınlığında baş vermişdir. Belə ki, Təqsirləndirilən şəxs idarə etdiyi vaz 2101 markalı ** CM *** dövlət nömrə nişanlı minik avtomobili ilə Ağdaş şəhəri istiqamətindən üzü Qəbələ şəhəri istiqamətinə doğru hərəkətdə olarkən həmin vaxtı qucağında azyaşlı uşağı Gülay ilə birlikdə yolun sağ kənarından soluna tərəf piyada yolu keçib dairəyə daxil olmaq istəyərkən Zərərçəkmiş şəxs vurmuşdur. Hadisə yerinin müayinəsi zamanı baxışda iştirak etmiş, baxış zamanı aşağıdakılar müəyyən olunmuşdur, hadisə yerində sürət məhdudiyyəti 60 km saat sürətdir, iki istiqamətli hərəkət yolu var, hər iki yolu bir-birindən otlu yaşıl sahə ayırır, yaşıl otlu sahə üzərində işıq dirəkləri mövcuddur, hərəkət hissəsinin biri Qəbələ istiqamətinə, digəri isə Ağdaş istiqamətinədir, hadisə Qəbələ şəhəri istiqamətinə nəqliyyat axınını nəzərdə tutan hərəkət hissəsində baş vermiş, həmin hərəkət hissəsində piyadanın vurulduğu yerdə 3 hərəkət zolağı vardır ki, bir-birindən qırıq-qırıq xəttlə ayrılır, Zarağan dairəsinə paralel Qəbələ şəhəri istiqamətində asvalt yolun üzərində vaz 2101 markalı ** CM *** dövlət nömrə nişanlı avtomobilin qabaq ön sağ təkərinə aid 20 metr uzunluğunda tormoz izi mövcud olmuşdur və həmin tormoz izi piyadanın vurulduğu yerdə bitir, hadisə baş vermiş yolun ümumi eni 12 metrdir, Qəbələ şəhəri istiqamətində yolun sağ asfalt qurtaracağından soluna doğru 9 m məsafədə, dairədən sağına doğru 3 m məsafədə piyadanın vurulduğu yer müəyyən edilmiş, hadisə baş verməmişdən əvvəl sürücü Təqsirləndirilən şəxs piyada yolu keçən Zərərçəkmiş şəxs təxminən 44 metr uzaq məsafədən gördüyü müəyyən edilmişdir. Məhkəmə iclasında Şahid1 Təqsirləndirilən şəxs ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən Zərərçəkmiş şəxs məhkəməyə yazılı surətdə ərizə təqdim edərək, ərizəsində istintaqda vermiş olduğu ifadəsini təsdiq etmiş, ona dəyən ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənildiyini və ona qarşı heç bir şikayət və tələbin olmadığını bildirmiş, ailə vəziyyətilə əlaqədar olaraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 8/1113 saylı rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən Vaz 2101 markalı 10 CM 054 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsininb 1-ci hissəsinin 1ci bəndinin tələblərinə uytğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətindən artıq, yəni 70-80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən qərarda göstərilən piyada yolu keçməyə başladığı andan nəqliyyat vasitəsi piyadanın vurulma yerindən 45 metr məsafədə olması real hadisə mexanizminə uyğun deyildir. Piyada yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından onların hərəkətləri tədiqi xüsusi bilik tələb etmir və yol nəqliyyat hadisələri ekspertinin səlahiyyətlərinə aid deyildir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx xxxx 2020-ci il tarixli 310 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində çanaqda qasıq, oturaq və qalça sümüklərinin sınığı, alının və burunun nahiyyəsinin sıyrığı kimi xəsarəti vardır. Həmin xəsarətlər küt alətin (əşyaların) təsirindən xx.xx.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənə bilər. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmanın əlamətlərinə aiddir. İşdə olan Qəbələ RPŞ-nin DYPB-nin rəisi polis mayoru Aydın Heydərovun xx.xx.2020-ci il tarixli raportundan görünür ki, sürücü Təqsirləndirilən şəxs adına BDYPİ-nin Mərkəzi bazasında sürücülük vəsiqəsi qeydə alınmamışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, digər iş materialları ilə Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlığından zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan cinayətin törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayətin törədilməsini, törətdiyi əməli könüllü etiraf edib səmimi peşimançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbin olmamasını, ailəli olmaqla himayəsində bir azyaşlı uşağın olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunduğunu cəzanı yüngülləşdirən hallar kimi nəzər alır. Məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəza çəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan bir ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia olmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan bir ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar