Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-3/2022 23.02.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Qafarlı Yelmar Elman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi (qardaşı) X4, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx.xx.1974-cü ildə Qəbələ rayonu Tüntül kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Qəbələ rayon Tüntül kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, “barəsində başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 29.09.2021-ci il tarixdə saat 08 radələrində nəqliyyat vasitələrini idarə etmək hüququ olmaqla özünə məxsus idarə etdiyi Mercedes Benz E 190 minik markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə Qaraməryəm-İsmayıllı-Şəki yolunun Qəbələ şəhərindən keçən 64-cü kilometrliyində Qəbələ şəhəri mərkəzi istiqamətinə yolun sağ hərəkət zolağı ilə saatda 60 kilometr sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 37-ci maddəsinin 1ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, hərəkət zamanı diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə etməsindən ayırmamalı, avtomobilin öz hərəkət zolağında dayanıqlı hərəkətini təmin etməli, avtomobili yol şəraitinə uyğun sürətlə hərəkət etdirməli, yola düşməzdən əvvəl nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığını yoxlamalı və onu yol boyu təmin etməli olduğu halda, həmin Qanununun 37.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq nəqliyyat vasitəsinin yola düşməzdən əvvəl texniki cəhətdən sazlığını yoxlamadan və bunu yol boyu təmin etmədən, yəni nəqliyyat vasitəsinin qabaq sol və arxa təkərlərinin protektor naxışları tam yeyilmiş vəziyyətdə idarə etməklə hərəkət etdirərkən adı çəkilən Qanunun 36.1.3-cü maddəsinin yuxarıda göstərilən tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, sadalanan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmamış, hərəkət zamanı diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə etməsindən ayırmaqla avtomobilin öz hərəkət zolağında dayanıqlı hərəkətini təmin etməmiş, avtomobili yol şəraitinə uyğun sürətlə hərəkət etdirməməklə həmin maddənin tələblərini kobudcasına pozması səbəbindən nəqliyyat vasitəsi fırlanaraq əks istiqamətli yola, yəni hərəkətin İsmayıllı rayonu istiqamətdə gedən hərəkət hissəsinə çıxaraq qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkəti üçün təhlükə yaratmış, bu zaman avtomobilinin arxa sağ hissəsi əks istiqamətli hərəkət zolağında öz hərəkət yolu ilə hərəkətdə olan və təhlükəni görərək hadisənin qarşısını almaq üçün avtomobilin sürətini tam dayanma həddinə qədər azaltmış sürücü Zərərçəkmiş şəxs1 Rzaqulu oğlunun sürücülük hüququ olmaqla etibarnamə ilə sahibliyində olan idarə etdiyi Vaz 21099 minik markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsi ilə sonuncunun hərəkət zolağında toqquşmuş, nəticədə, ehtiyatsızlığından VAZ 21099 minik markalı avtomobilin arxa sol sərnişin oturacağında olan sərnişin, zərərçəkmiş 06.01.1982-ci il təvəllüdlü X3 daxili qanaxma, sol ağ ciyərin əzilməsi, soldan kürək xətti üzrə İİ, İİİ, İV, V, Vİ, Vİİ qabırğaların, orta qoltuqaltı xətlər üzrə isə Vİİİ, İX, X qabırğaların sınıqları, çənbər bağırsağın deşilməsi, nəcisli peritonit, kəskin böyrək və qara ciyər çatmamazlığı, alının sol yuxarı hissəsinin, üzün sol almacıq nahiyəsinin, sol bazunun bayır yuxarı və orta 1/3-nin sıyrıqları kimi dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlərdən 17 oktyabr 2021-ci il tarixdə saat 13:05 radələrində Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında ölməsinə, VAZ 21099 minik markalı avtomobilin sürücüsü, zərərçəkmiş xx.xx.1964-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 sağ körpücük sümüyünün yerdəyişən sınığı, sol dirsəyin sıyrığı və sol budun bayır orta 1/3-nin qançırı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran bədən xəsarəti, eləcə də VAZ 21099 minik markalı avtomobilin ön oturacağında olan sərnişin, zərərçəkmiş xx.xx.1978-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 sol baldırının aşağı 1/3-nin sıyrığı kimi sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirilməsinə, həmçinin, zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus VAZ 21099 minik markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili zədələyərək sahibinə 4282 manat (dörd min iki yüz səksən iki manat) maddi ziyan vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi cinayətini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, özünə məxsus Mercedes Benz 190 minik markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 29 sentyabr 2021-ci il tarixdə səhər saat təqribən 08 radələrində Qəbələ rayonunun Tüntül kəndindən avtomobilini idarə edərək Qəbələ rayon mərkəzi bazarına meyvə satmaq üçün gəlirmiş. Avtomobilinin salonunda 50 kq alma-armud, yük yerində isə 90 kq alma-armud varmış. Qaraməryəm-İsmayıllı-Şəki yolunun Qəbələ şəhərindən keçən hissəsində Kərpic zavodun qarşısından keçib Qəbələ şəhəri istiqamətdə öz hərəkət zolağında hərəkətdə imiş, həmin vaxt güclü yağış yağırmış, asfalt sürüşkən olmuşdur. Avtomobilinin sürəti 60 km/saat olarmış. Bu zaman avtomobilin arxa hissəsi qəflətən “oynamağa” başlayaraq fırlanmış, yəni idarəetməni itirmiş, avtomobili yolun ortasında arxa hissəsi o tərəf bu tərəfə getməyə başlamış, avtomobilinin ön hissəsi əks yola çıxmış, astaca əyləci basıb öz yoluna qayıtmaq istəyəndə avtomobilinin arxa hissəsi yenə də idarəetməyə tabe olmayaraq yolda sürüşüb bir qədər arxa sağ hissəsi əks istiqamətli yolda asfalt örtüyün üzərində həmin yolla Vəndam qəsəbəsi istiqamətdə olan metallik rəngli Vaz 21099 markalı avtomobilin sol yan tərəfindən, sürücü tərəfdən qapısına çırpılmış, avtomobilinin arxa hissəsi əks istiqamətli yolda dayanmışdır. Vaz 21099 markalı avtomobil isə sağ tərəfi orada yolun Vəndam qəsəbəsi istiqamətdə sağındakı yol kənarında olan dəmirlərə çırpılaraq bir qədər Vəndam qəsəbəsi istiqamətdə gedərək dayanmışdır. Dərhal avtomobilindən yerə düşmüş, Vaz 21099 markalı avtomobildə olan şəxslər xəsarət almışlar. Özü ciddi xəsarət almamış, sağ ayağında ancaq ağrı varmış. Bu zaman Vaz 21099 markalı avtomobilin həmkəndlisi Zərərçəkmiş şəxs1 məxsus olduğunu, hadisə nəticəsində Cavanşirin avtomobilində arxa oturacaqda digər həmkəndlisi İbrahim İbrahimov və ön sərnişin oturacağında oturan digər tanımadığı şəxs xəsarət almışlar. Tanımadığı şəxslər hadisə yerinə toplaşmış, təcili tibbi yardıma məlumat verilmiş, qısa zamanda təcili tibbi avtomobili oraya gəlmiş, xəsarət almış şəxsləri xəstəxanaya aparmışlar. Hadisə yerində polis əməkdaşlarını gözləmiş, qısa zamanda polis əməkdaşları gəlmiş və hadisə yerinə baxış keçirtmiş, baxışda iştirak etmiş, bir neçə gün sonra sağ ayağındakı ağrıya görə xəstəxanaya müraciət etmişdir. 17 oktyabr 2021-ci il tarixdə Vaz 21099 markalı avtomobildə olan sərnişin İbrahim İbrahimovun xəstəxanada ölməsini eşitmişdir. Yol nəqliyyat hadisəsinin baş verməsinə səbəb asfaltın yaş olması və avtomobilinin sürüşməsi olmuşdur. Yol nəqliyyat hadisəsi üzrə toqquşma əks istiqamətli yolda baş vermiş, baxış zamanı həmin yeri hadisə yerində təqdim etmişdir Avomobilinin idarəetməsini itirməyə başladığı anda avtomobili ilə Vaz 21099 markalı avtomobil arası məsafənin təxminən 60 metr olmuşdur. Hadisə zamanı avtomobilində başqa kimsə olmamış, avtomobilinin təkərlərini işlənmiş vəziyyətdə hadisədən 3-4 ay əvvəl almışdır. Təkərlər tam da saz vəziyyətdə olmamış, üzərində müəyyən qədər protektorlar olmuş, arxa sol təkərin digərlərinə nisbətdə üzəri xeyli düzləşmişdir. Maddi imkanı olmadığı üçün həmin təkərləri dəyişə bilməmiş, başqa heç bir nasazlıq olmamış, sükan, qaz, tormoz və digər idarəetmə mexanizmlərində heç bir nasazlıq olmamışdır. Sərt yol döngəsin dönən andan avtomobili fırlanmağa başlamış, döngəni bir qədər fırlanıb keçəndən sonra toqquşma baş vermişdir. Avtomobilinin idarəetməsini itirən zaman Vaz 21099 markalı avtomobilin sürəti aşağı olmaqla demək olar ki, yolun asfalt örtüyünün tam sağında olmuş, ancaq həmin an avtomobili fırlandığı üçün Vaz 21099 markalı avtomobilin tam olaraq dayandığını xatırlamır. Hadisədən sonra X3 xəstəxana xərclərini və dəfn xərclərini müəyyəm qədər qarşılamaq istəmiş, lakin İbrahim İbrahimovun ailə üzvləri ondan pul götürməmişlər. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 dəymiş ziyana görə hələki heç bir ödəniş etməmiş, sığortadan alınan sığorta pulu hesabına onun avtomobilini təmir etdirəcəkdir. Digər zərərçəkmiş Zərərçəkmiş şəxs2 isə ondan dəymiş zərərə görə pul tələb etməmişdir. Lakin zərərçəkmiş şəxslərlə barışıq əldə etmişdir. Əməlindən peşman olmasını bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafından başqa, aşağıdakı qeyd edilənlərlə sübuta yetirilir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış (qardaşı) X11 ifadəsində göstərdi ki, mərhum X7 doğma qardaşıdır. Ailədə 3 qardaş və 3 bacı olmuşlar. İbrahim atası Niyazı və ailəsi ilə birlikdə yaşamış, Qəbələ şəhərində yerləşən kərpic zavodda mühafizə rəisi vəzifəsində işləyirmiş. 29 sentyabr 2021-ci il tarixdə səhər saatlarında tanımadığı bir mobil nömrədən mobil telefonuna xatırlamadığı bir həmkəndlisi zəng edərək İbrahimin Qəbələ şəhərində kərpic zavodunun yanında yol nəqliyyat hadisəsinə düşdüyünü, xəsarət aldığını bildirmişdir. Dərhal Qəbələ rayon xəstəxanasına gəlmiş, orada Qaraməryəm- İsmayıllı-Şəki magistral yolunun Qəbələ şəhərində yerləşən kərpic zavodunun yanından keçən hissəsində İbrahimin həmkəndlisi Zərərçəkmiş şəxs1 Vaz 21099 markalı avtomobilində arxada sərnişin qismində olan zaman əks istiqamətdən gələn digər həmkəndlisi Arif Babayevin idarə etdiyi Mercedes 190 markalı avtomobil yağışlı havada sürüşüb Cavanşirin avtomobilinin qarşısına çıxaraq toqquşduğunu, Cavanşirin özünün də xəsarət aldığını bilmişdir. Xəstəxanada həkimlər İbrahimin dalağının partlamasını, müştərək travma aldığını bildirmişlər. İbrahim Qəbələ xəstəxanasında müalicə alsa da, səhhəti ağırlaşdığından onu oktyabr ayının əvvəllərində Bakı şəhərinə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına aparmışlar. Orada da İbrahim bağırsaqlarından əməliyyat olunmuş, lakin, əməliyyatdan ayılmamış, komada qalaraq 17 oktyabr 2021-ci il tarixdə günorta saatlarında həmin xəstəxanada yol nəqliyyat hadisəsi zamanı aldığı ağır xəsarətlərindən vəfat etmiş, onu Qəbələ rayonuna gətirib həkim ekspert vasitəsi ilə müayinə-ekspertiza etdikdən sonra yaşadıqları Tüntül kəndində dəfn etmişlər. X16 qəzadan sonra xəstəxanada müalicə alarkən maddi imkanları olmadığından kənd əhalisi tərəfindən onlara yardım edilmişdir. Belə ki, yaşadıqları Tüntül kəndində bir mağazada kənd əhalisinin etdiyi yardım toplanmış, lakin Təqsirləndirilən şəxs tərəfindən həmin müddətdə heç bir yardım edilməmişdir. Onun qardaşı uşaqları atasız qalmış, eyni halın təqsirləndirilən şəxsin uşaqlarının da başına gəlməsini istəmir. Bu səbəbdən təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti yoxdur. Lakin təqsirləndirilən şəxsin sürücülük hüququnun qanunda nəzərdə tutulmuş ən yüksək həddə məhdudlaşdırılmasını xahiş edir. 07.02.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X11 məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, nəqliyyat vasitəsini idarə etmək üçün nəzərdə tutulmuş etibarnaməsi əsasında Vaz 21099 minik markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 29 sentyabr 2021-ci il tarixdə səhər saat təqribən 08 radələrində Qəbələ şəhərindən Vaz 21099 markalı avtomobilini idarə edərək Qaraməryəm- İsmayıllı-Şəki yolu ilə yaşadığı Tüntül kəndinə gedirmiş. Yolun Qəbələ şəhərindən keçən hissəsində kərpic zavodun qarşısına çatmamış hissədə təxminən 60 km/saat sürətlə öz hərəkət zolağında, yəni, sağ hərəkət hissəsində hərəkətdə imiş. Avtomobilində ön oturacaqda əvvəllər tanıdığı Ruslan adlı şəxs, arxa oturacaqda isə həmkəndlisi X7 onun arxasındakı oturacaqda əyləşmişdir. Həmin vaxt güclü yağış da yağırmış, yolun asfalt örtüyü ilə üzü Vəndam istiqamətində su axıntısı varmış. Yol döngəsinə çatanda təqribən 65-70 metr məsafədən qırmızı rəngli Mercedes markalı bir avtomobilin yolun ona aid olan hərəkət hissəsində hərəkət yoluna tərəf çevrildiyini, avtomobilinə tərəf üzərinə gəldiyini görmüş, dərhal avtomobilinin sürətini aşağı salaraq əyləci basıb avtomobilini tam olaraq sağ iki təkərləri sağa ehtiyat hissəyə çıxarmaqla dayandırmış, lakin, Mersedes markalı avtomobil hələ də dayanmamış, yenə də fırlanaraq arxası onun avtomobili tərəfə gəlmiş və dayandığı yerdə avtomobilinin qabaq sol, yəni sükan tərəfdəki qapıdan və qismən də arxa sol qapısından arxası ilə zərbə ilə vurmuş, avtomobili zərbənin təsirindən təxminən 2-3 metr Vəndam qəsəbəsi istiqamətdə tullanıb yolun sağındakı dəmirlərə sıxılıb dayanmış, Mercedes markalı avtomobil isə yolun ortasında çevrilmiş vəziyyətdə dayanmışdır. Avtomobili dəmirlərə sıxılmış vəziyyətdə qalmış, sərnişinləri isə avtomobildə qalmış, bu zaman oraya yol ötən avtomobillərdən şəxslər, həmçinin, Mersedes markalı avtomobilin sürücüsü həmkəndlisi olduğunu bildiyi Arif yaxınlaşmış, toplaşan şəxslər və Arif ona və sərnişinlərinə avtomobildən çıxarmağa kömək etmək istəmiş, lakin, qapılar açılmamış, oraya toplaşan adlarını xatırlamadığı şəxslər avtomobili yapışdığı dəmirdən dartıb irəli çəkmiş, avtomobili toqquşma yerindən təxminən 15-20 metr irəli, Vəndam istiqamətinə çıxartmışlar. Ruslan elə avtomobildə təcili tibbi yardıma, həmçinin, xilasetmə xidmətinə zəng etmiş, qısa zamanda təcili tibbi yardım, xilasetmə xidməti gəlmiş, xilasetmə xidməti onu və sərnişinlərini avtomobildən çıxarmış, xəsarət aldıqlarından hər üçü xəstəxanaya müraciət etmişlər. Orada tibbi yardım göstərilmiş, sonradan İbrahim İbrahimovun aldığı xəsarətlərdən 17 oktyabr 2021-ci il tarixdə xəstəxanada öldüyünü eşitmişdir. Hadisə baş verən yolun düz deyil, sağa döngəli olmuşdur. Mersedes markalı avtomobili döngədə ilkin görən anda onun artıq fırlanmağa başladığından, yol döngəli olduğundan ondan əvvəl Mersedesi görə bilməmişdir. Hadisə yerində toqquşmadan sonra xatırlamadığı şəxslər toplaşmışlar, ancaq əvvəldən kim olubsa bilməmişdir. Mersedes markalı avtomobili yolun döngəli hissəsində təxminən 65-70 metr məsafədən fırlanaraq onun avtomobilinin hərəkət yoluna çıxdığını görmüş, Mercedes markalı avtomobil çevrilib üzərinə gəlmiş, əks istiqamətli yoldan başqa avtomobillər də gəldiyindən, həmçinin hərəkət zolağını dəyişməmək üçün əks zolağa çıxmamış, buna görə də əyləci basaraq avtomobilini sağa çəkib dayandırmışdır. Mercedes markalı avtomobil onun avtomobilini dayandığı yerdə yolun sağında öz hərəkət yolunda vurmuş, yol nəqliyyat hadisəsi üzrə toqquşmanın onun hərəkət zolağında sağ kənarında dəmirlərə yaxın hissədə baş vermişdir. Avtomobili dərmirlərə sıxışıb qalmış, avtomobilini oraya toplaşan şəxslər içəridə qalan şəxsləri çıxarmaq üçün köməklik etmək üçün dəmirdən kənara çəkib toqquşma yerindən təxminən 15 metr Vəndam istiqamətdə hərəkət etdirmişdir. Hadisə zamanı avtomobilinin sükan, qaz və digər idarəetmə mexanizmlərində heç bir nasazlıq olmamış, hadisənin baş verməsinə səbəb Mersedes markalı avtomobilin idarəetməni itirib qısa məsafədən onun hərəkət yoluna çıxması olmuşdur. 07.02.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 izahatında göstərdi ki, 29 sentyabr 2021-ci il tarixdə səhər saat təqribən 08 radələrində Qəbələ şəhərindən Vaz 21099 minik markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ rayon Nohurqışlaq kəndinə gedirmiş. Sürücünün adının sonradan Cavanşir olduğunu bilmişdir. Avtomobildə ön oturacaqda oturmuş, arxada isə əvvəllər tanıdığı İbrahim adlı şəxs sürücünün arxasında oturmuşdur. Qaraməryəm- İsmayıllı-Şəki yolu ilə Vəndam qəsəbəsi istiqamətdə hərəkətdə imişlər, başqa kimsə avtomobildə olmamışdır. Avtomobilin sürəti təqribən 60 km/saat olarmış. Təqribən 60-65 metr məsafədən əks istiqamətdən yol döngəsindən gələn qırmızı rəngli Mercedes markalı bir avtomobilin yolun onlara aid olan hərəkət hissəsinə çıxaraq fırlanıb arxası avtomobillərinə tərəf çevrildiyini görmüşdür. Sürücü Cavanşir dərhal avtomobilinin sürətini aşağı salaraq avtomobilini tam olaraq sağ iki təkərləri sağa ehtiyat hissəyə çıxarmaqla dayandırmış, lakin, Mersedes markalı avtomobil dayanmamış, yenə də fırlanaraq arxası onun olduğu avtomobilə tərəfə gəlmiş, dayandıqları yerdə avtomobilin qabaq sol, yəni sükan tərəfdəki qapıdan və qismən də arxa sol qapısından arxası ilə zərbə ilə vurmuş, avtomobilləri zərbənin təsirindən təxminən 2-3 metr Vəndam qəsəbəsi istiqamətdə tullanıb yolun sağındakı dəmirlərə sıxılıb dayanmış, Mercedes markalı avtomobil isə yolun ortasında çevrilmiş vəziyyətdə dayanmışdır. Avtomobilləri dəmirlərə sıxılmış vəziyyətdə qalmış, sürücü və digər sərnişin isə avtomobildə qalmış, oraya yol ötən avtomobillərdən şəxslər, həmçinin, Mersedes markalı avtomobilin sürücüsü adını sonradan bildiyi Arif yaxınlaşmış, toplaşan şəxslər və Arif onları avtomobildən çıxarmağa kömək etmək istəmiş, qapılar açılmamış, oraya toplaşan adlarını xatırlamadığı şəxslər avtomobili yapışdığı dəmirdən dartıb irəli çəkmiş, toqquşma yerindən təxminən 15-20 metr irəli, Vəndam istiqamətinə itələmişlər. Orada təcili tibbi yardıma, həmçinin, xilasetmə xidmətinə zəng etmiş, qısa zamanda təcili tibbi yardım, xilasetmə xidməti gəlmiş, xilasetmə xidməti onu, sürücünü və digər sərnişini avtomobildən çıxarmış, hər üçü xəstəxanaya müraciət etmişlər. Ona tibbi yardım göstərilmiş və evə buraxılmışdır. Hadisə yerinə toqquşmadan sonra xatırlamadığı şəxslər toplaşmış, hadisə zamanı avtomobillərində adlarını qeyd etdiyi şəxslərdən başqa kimsə olmamışdır. 07.02.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 29 sentyabr 2021-ci il tarixdə səhər saat təxminən 09:30 radələri olarmış. X10 idarə etdiyi Vaz 21099 markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ şəhərinə gəlirmiş. Bu zaman Qəbələ şəhərində kərpic zavoddan təxminən 60-70 metr Qəbələ şəhəri istiqamətdə avtomobillərin dayandığını və yol nəqliyyat hadisəsi baş verdiyini görmüşdür. Yol nəqliyyat hadisəsində iştirak edən avtomobillərin hər ikisinin həmkəndlilərinin avtomobilləri imiş. Onlardan biri Arif Bababyevin idarə etdiyi qırmızı rəngli Mersedes markalı avtomobil, digəri isə Zərərçəkmiş şəxs1 idarə etdiyi Vaz 21099 markalı avtomobil olmuşdur. Mersedes markalı avtomobil Qəbələ şəhəri istiqamətdə üzü qismən Vəndam qəsəbəsi istiqamətdə arxası Vəndam qəsəbəsinə gedən yolun ortasında arxası əzilmiş vəziyyətdə olmuşdur. Mercedes markalı avtomobilin yalnız qabaq sol təkəri ağ düz xəttən Qəbələ şəhəri istiqamətdə gedən yolda, qalan hissələri isə Vəndam qəsəbəsi istiqamətdə gedən yolda, Vaz 21099 markalı avtomobil isə ondan təxminən 20 metr Vəndam qəsəbəsi istiqamətdə gedən hərəkət zolağında üzü Vəndam qəsəbəsi istiqamətdə dayanmışdır. Vaz 21099 markalı avtomobilin qapıları əzilmiş vəziyyətdə imiş. Orada Arif özü varmış, toplaşan şəxslər Vaz 21099 markalı avtomobildə olan şəxslərin xəsarət aldıqlarından xəstəxanaya aparıldığını deyirmişlər. Arif özü hadisə yerində olmuş, hadisə yerində asfalt yaş, həm də yağış yağırmış. Hadisə yerinə həmin vaxt polis əməkdaşları da gəlmiş, hadisə yerində olan polis əməkdaşları ona xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verdiyini bildirib ondan və Əmrahdan baxış keçirilən zaman hal şahidi qismində iştirak etməyini xahiş etmişlər. Könüllü olaraq razılıq vermiş, ona hadisə yerində müstəntiq tərəfindən hal şahidi qismində hüquq və vəzifələri izah edilmiş, başqa həmkəndlisi Əmrah da hal şahidi kimi iştirak etmiş, sürücü Təqsirləndirilən şəxs, yol polis əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilən zaman iştirak etmişdir. Müstəntiq tərəfindən hadisə yerinin müayinəsi və metrə ilə ölçmə işləri aparılmağa başlanmış, baxış zamanı toqquşma yerinin üzü Vəndam qəsəbəsi istiqamətdə yolun sağ hərəkət zolağında baş verdiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs özü də toqquşma yerini təqdim edərək hadisədən öncə avtomobili ilə Qəbələ şəhəri istiqamətdə hərəkətdə olmuş, Zərərçəkmiş şəxs1 idarə etdiyi Vaz 21099 markalı avtomobil isə Vəndam qəsəbəsi istiqamətdə hərəkətdə olmuşdur. Təqsirləndirilən şəxs hadisəyə səbəb avtomobilinin qəflətən yolda sürüşüb əks istiqamətli yola çıxması səbəbindən baş verdiyini bildirmişdir. Toqquşma yeri ilə ağ düz xətt arası ölçülən zaman toqquşma yerinin təxminən 2 metr Vaz 21099 markalı avtomobilin hərəkət yolunda baş verməsi müəyyən edilmiş, bundan başqa çoxlu sayda ölçmə işləri aparılmış, lakin üzərindən vaxt keçdiyi üçün həmin ölçüləri xatırlamamışdır. Baxış zamanı həmçinin fotoşəkillər və hadisə yerinin sxemi çəkilmiş, baxış haqqında protokol tərtib edilmiş, oxunmuş, baxış protokolu və sxem onun, digər hal şahidi, sürücü Arif və polis əməkdaşları tərəfindən imzalanmışdır. Bundan sonra hadisə yerindən uzaqlaşıb getmişdir. 17 oktyabr 2021-ci il tarixdə Vaz 21099 markalı avtomobildə olan sərnişin, həmkəndlisi X3 aldığı xəsarətlərdən xəstəxanada vəfat etdiyini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Qəbələ RPŞ-nin DYPB-nin inspektoru vəzifəsində işləyir. 29 sentyabr 2021-ci il tarixdə saat təxminən 08:15 radələrində Qəbələ RPŞ-nin DYPB-nin inspektoru Şahid3la birlikdə Qəbələ şəhərində xidmətdə olmuş və güclü yağışlı hava var imiş. Bu zaman şöbənin növbətçi hissəsindən zəng edən məsul növbətçi ona Qaraməryəm-İsmayıllı-Şəki yolunun Qəbələ şəhərində yerləşən kərpic zavodun yaxınlığında yol nəqliyyat hadisəsi baş verməsini bildirib xəsarət alanların olduğunu demiş, dərhal xidmətdə olduğu yol patrul xidməti əməkdaşı Şahid3la birlikdə xidməti avtomobillə həmin yerə getmişdir. Hadisə Qaraməryəm-İsmayıllı-Şəki yolunun Qəbələ şəhərində yerləşən kərpic zavodun yaxınlığından keçən 64-cü kilometrliyində yol döngəsində baş vermişdir. Belə ki, yolun Vəndam qəsəbəsi istiqamətə hərəkət hissəsində qırmızı rəngli Mercedes Benz 190 minik markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil arxası əzilmiş vəziyyətdə əks istiqamətli yolda çevrilib dayanmış, Vaz 21099 minik markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil isə üzü Vəndam qəsəbəsi istiqamətdə hərəkət istiqamətində sol yan tərəfi əzilmiş vəziyyətdə dayanmışdır. Mercedes markalı avtomobilin sürücüsü kimi özünü təqdim edən Təqsirləndirilən şəxs yerdə imiş və aşkar xəsarəti yox imiş. Vaz 21099 markalı avtomobildə isə sürücü ilə birgə üç nəfər şəxs xəsarət almış, avtomobil əzildiyindən qapıları açılmırmış və təcili tibbi yardım, həmçinin xilasetmə xidmətləri artıq oraya toplaşan şəxslər tərəfindən çağırılmışdır. Təcili tibbi yardım və xilasetmə xidməti gəlib Vaz 21099 markalı avtomobilin qapısını açaraq avtomobildə olan və xəsarət almış sürücünü və iki nəfər sərnişini xəstəxanaya aparmışlar. Budan sonra oraya gəlmiş müstəntiq tərəfindən hadisə yerinə baxış keçirilməyə başlanmış, baxışda Təqsirləndirilən şəxs və iki nəfər də tanımadığı hal şahidi iştirak edirmiş. Onlara müstəniq tərəfindən hüquq və vəzifələri baxış keçirilməzdən öncə izah edilmiş, baxış zamanı müəyyən yol nəqliyyat hadisəsi üzrə toqquşma yerinin Qəbələ rayonun Vəndam qəsəbəsi istiqamətdə hərəkət hissəsində baş verdiyi müəyyən edilmişdir. Belə ki, zərbənin təsirindən həmin yerə hər iki avtomobilə aid boya və müxtəlif detal qırıntıları tökülmüşdür. Toqquşma yerindən yolun sağına, asfaltın qurtaracağına kimi məsafə ölçüldükdə 1,70 metr, toqquşma yerindən yolun ortasındakı düz ağ xəttə kimi isə məsafənin 2,30 metr olduğu müəyyən edilmişdir. Hadisə yerində tormoz izi yox imiş. Baxışda iştirak edən Mercedes markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs özü də həmin yerin toqquşma yeri olduğunu təsdiq edərək həmin yeri təqdim etmiş, sürücü Təqsirləndirilən şəxs hadisənin necə baş verməsi barədə şifahi sorğu edildikdə o, hava yağışlı, asfaltın isə sürüşkən olduğundan avtomobilinin sürüşüb fırlanaraq əks istiqamətli yola çıxdığını və arxası ilə həmin yolda öz hərəkət yolunda olan Vaz 21099 markalı avtomobilin sol yan tərəfindən vurduğunu bildirmişdir. Həmçinin, baxış zamanı Mercedes markalı avtomobilin salonunda və yük yerində yeşiklərdə alma-armuddan ibarət yük də varmış. Bundan əlavə olaraq baxış zamanı digər çoxlu sayda digər ölçmə işləri aparılmış, ancaq həmin ölçüləri xatırlaya bilməmişdir. Daha sonra baxış keçirilməsi başa çatmış, müstəntiq tərəfindən hadisə yerinin sxemi çəkilmiş, baxışın keçirilməsi haqqında protokol tərtib edilmiş, hal şahidlərinə, onlara, sürücü Arif Babayevə ucadan oxunaraq doğruluğunu imzaları ilə təsdiq etmişlər. Həmçinin, müstəntiq tərəfindən hadisə yerinin çoxlu sayda fotoşəkilləri, sxemi də çəkilmişdir. Sonradan, yəni 17 oktyabr 2021-ci il tarixdə Vaz 21099 markalı avtomobilin arxa oturacağında olan sərnşin X3 baş vermiş yol nəqliyyat hadisəsi zamanı aldığı ağır xəsarətlərdən xəstəxanada ölməsini eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 18 iyul 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yerinə baxış üzü İsmayıllı rayonu istiqamətdə aparılmış, baxış zamanı məlum olmuşdur ki, yol-nəqliyyat hadisəsi Qaraməryəm-İsmayıllı-Şəki yolunun Qəbələ şəhəri ərazisindən keçən 64-cü kilometrliyində baş vermişdir. Yol nəqliyyat hadisəsi baş vermiş yolun 2 hərəkət hissəsi vardır və hərəkət hissələri bir-birindən ağ düz xətlə (1.1 bütöv ağ xətt) ayrılır. Yol nəqliyyat hadisəsi baş verən yer qismən sağa döngəlidir. Yolun ümumi eni 8 metrdir.Hər hərəkət hissəsinin eni 4 metrdir. Hadisədən öncə Zərərçəkmiş şəxs1 idarə etdiyi Vaz 21099 minik markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil İsmayıllı rayonu istiqamətdə, Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz 190 minik markalı, ** BG *** övlət qeydiyyat nişanlı avtomobil isə Qəbələ şəhərinin mərkəzi istiqamətdə hərəkətdə olmuşdur. Toqquşma yeri İsmayıllı rayonu (Vəndam qəsəbəsi) istiqamətdə sağ hərəkət hissəsindədir. Toqquşma yerindən yolun hərəkət hissələrini ayıran düz xəttə kimi məsafə 2,30 metr, yolun sağına asfaltın qurtaracağına kimi məsafə isə 1,30 metrdir. Toqquşma yerindən yolun solundakı bağ sahəsinin dəmir barmaqlı qapısına kimi məsafə 10,50 metrdir. Toqquşmadan sonra Mercedes Benz 190 markalı avtomobil arxası yolun İsmayıllı rayonu istiqamətdə olan hərəkət hissəsində çevrilmiş vəziyyətdə dayanmış, yalnız qabaq sol təkəri Qəbələ şəhəri istiqamətdə gedən hərəkət yolundadır. Mercedes Benz 190 markalı avtomobilin arxa hissəsindən yolun sağındakı dəmir hasara kimi məsafə 3 metr, qabaq sağ hissəsində isə yolun sağındakı dəmir hasara kimi məsafə 5,20 metrdir. Hər iki avtomobil arasındakı məsafə 22 metr təşkil edir. Toqquşmadan sonra Vaz 21099 markalı avtomobil İsmayıllı rayonu istiqamətdə öz hərəkət yolunda dayanmışdır. Vaz 21099 markalı avtomobilin arxa hissəsindən yolun sağındakı dəmir hasara kimi məsafə 1,80 metr, ön hissəsindən yolun sağındakı dəmir hasara kimi məsafə isə 1,50 metr təşkil edir. Yol nəqliyyat hadisəsi baş verən yerdə hava yağışlıdır, asfalt örtük yaşdır. Hadisə yeri 1.11.2 sola təhlükəli döngə xəbərdarlıq nişanının təsiri altındadır. Bundan başqa hadisə yerində Vaz 21099 minik markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilə və Mercedes Benz 190 minik markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərək fotoşəkilləri çəkilmiş, protokola əlavə olunmuşdur.Mercedes markalı avtomobilin yük yerində və salonunda 50 kq, arxa yük yerində isə 90 kq yük(meyvə) vardır. Hadisə yerinə baxış zamanı və hadisə baş verən zaman hava yağışlı olduğundan asfalt örtüyün üzəri yağışlı və qismən sürüşkəndir, yol nəqliyyat hadisəsi baş verən yolda maksimum sürət həddi 60 km/saat təşkil edir. Baxış zamanı avtomobillərin hadisə yerində yerləşməsinə, onların əzilmiş, deformasiyaya uğramış hissələrinə, həmçinin, avtomobillərə məxsus müxtəlif boya və qırıntı hissələrinin töküldüyü yerə əsasən müəyyən edilmişdir ki, toqquşma hərəkətin İsmayıllı rayonu (Vəndam qəsəbəsi) istiqamətdə hərəkət zolağında baş vermişdir. Belə ki, hərəkətin Qəbələ şəhəri istiqamətində toqquşmadan qalma, toqquşmaya xarakterik izlər aşkar edilməmiş və yoxdur. Hadisə yerində Vaz 21099 minik markalı və Mercedes Benz 190 minik markalı avtomobillərə aid hər hansı bir tormoz izi yoxdur. Hadisə yerində olan toqquşmuş avtomobillərin yerləşdikləri vəziyyətdən, toqquşma yerindən, avtomobillərin toqquşduğu hissələrindən müəyyən olunmuş ki, hadisədən əvvəl VAZ-21099 minik markalı avtomobil İsmayıllı rayonu (Vəndam qəsəbəsi) istiqamətdə, Mercedes Benz 190 minik markalı avtomobil isə əks istiqamətdə, yəni Qəbələ şəhəri istiqamətdə hərəkətdə olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş 01.10.2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 idarə etdiyi Mercedes Benz 190 minik markalı və Vaz 21099 minik markalı avtomobillərə baxış keçirilmiş, baxış zamanı Mercedes Benz 190 minik markalı avtomobilin arxa hissəsinin, Vaz 21099 minik markalı avtomobilin isə sol yan hissəsinin əhəmiyyətli dərəcədə əzilməsinə və deformasiyaya uğramasına görə toqquşmanın həmin hissələr üzrə baş verməsi mexanizminə uyğun gəlir. Bundan başqa Mercedes Benz 190 minik markalı avtomobilin təkərlərinə baxış keçirilən zaman qabaq sol, arxa sol, arxa sağ təkərlərinin protektor naxışlarının hündürlüyünün tamamilə düzləşdiyi, qabaq sağ ön təkərinin isə protektor naxışlarının qismən hündür olması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 dekabr 2021ci il tarixli 8/2812 nömrəli kompleks məhkəmə-yol nəqliyyat hadisələri, trasoloji ekspertizasının rəyindən görünür ki, nəqliyyat vasitələri ilkin kontakt anında toqquşma Mercedes Benz 190 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ hissəsi ilə VAZ-21099 markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qapı hissəsi arasında təxminən 75-80 dərəcə bucaq altında baş vermişdir. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Mercedes Benz 190 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü A.S.X26 190 markalı avtomobili qabaq sol və arxa təkərlərinin protektor naxışları tam yeyilmiş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin(1 saylı əlavəsinin 5-ci hissəsinin 1-ci bəndinin) tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən VAZ-21099 markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi texniki xüsusi bilik tələb etmir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi Təcrübi və X21 rayon şöbəsinin verdiyi 08.11.2021-ci il tarixli 33 nömrəli rəyində göstərilmişdir ki, X1 meyitində daxili qanaxma, sol ağ ciyərin əzilməsi, soldan kürək xətti üzrə İİ, İİİ, İV, V, Vİ, Vİİ qabırğaların, orta qoltuqaltı xətləri üzrə isə Vİİİ, İX, X qabırğaların sınıqları, dalağın cırılmasından sonra icra edilən splenoektomiya əməliyyatı, çənbər bağırsağın deşilməsi, nəcisli peritonit, kəskin böyrək və qara ciyər çatmamazlığı, alının sol yuxarı hissəsinin, üzün sol almacıq nahiyəsinin, sol bazunun bayır yuxarı və orta 1/3-nin sıyrıqları kimi xəsarəti vardır. X1 bədəni üzərində aşkar edilən xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni 29 sentyabr 2021-ci ildə baş verən yol nəqliyyat hadisəsi nəticəsində sərnişində törənə bilər. X1 bədəni üzərində aşkar edilən xəsarətlər küt alətin (əşyaların) təsirindən törənmişlər. Dərəcəsinə görə həmin xəsarətlər canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aiddir. X1 ölümünə səbəb travma nəticəsində baş verən daxili qanaxma, sol ağ ciyərin əzilməsi, pnevmohemotoraks, soldan qabırğaların çoxsaylı sınıqları, dalağın cırılmasından sonrakı splenoektomiya (dalağın xaric edilməsi), çənbər bağırsağın deşilməsi nəticəsində baş verən nəcisli peritonit fonunda inkişaf edən kəskin böyrək və qara ciyər çatmamazlığı olmuşdur və hadisə vaxtı aldığı həmin xəsarətlərlə ölümü arasında birbaşa səbəbli əlaqə vardır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi Təcrübi və X21 rayon şöbəsinin verdiyi 11.10.2021-ci il tarixli 501 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində sağ körpücük sümüyünün yerdəyişən sınığı, sol dirsəyin sıyrığı və sol budun bayır orta 1/3-nin qançırı kimi xəsarəti vardır. Qeyd olunan xəsarət küt alətin(əşyaların)təsirindən müayinə olunanın göstərdiyi tarixdə və şəraitdə, yəni 29 sentyabr 2021-ci ildə törənə bilər.Həmin xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmanın əlamətlərinə aiddir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi Təcrübi və X21 rayon şöbəsinin verdiyi 15.10.2021-ci il tarixli 510 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 oğlunun bədəni üzərində sol baldırın ön aşağı 1/3-nin sıyrığı kimi xəsarəti vardır.Qeyd olunan xəsarət küt alətin(əşyaların)təsirindən müayinə olunanın göstərdiyi tarixdə və şəraitdə, yəni 29 sentyabr 2021-ci ildə törənə bilər.Həmin xəsarət sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Qəbələ rayonu mərkəzi xəstəxanası publik hüquqi şəxsdən təqdim edilmiş 254 və 255 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokollarına əsasən Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 yol nəqliyyat hadisəsi baş verən zaman ayıq olduğu müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş “X31” MMC avtomobil təmiri sexindən təqdim edilmiş 02 oktyabr 2021-ci il tarixli arayışdan görünür ki, Vaz 21099 minik markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilə təkər ustası işləyən X8 və çilingər usta işləyən X12 iştirakları ilə baxış keçirilmiş, baxış zamanı avtomobilin tormoz, sükan, digər idaretmə mexanizmlərində hər hansı bir nasazlıq aşkar edilməmişdir. Yol nəqliyyat hadisəsi zamanı avtomobili üzərində olan təkərlərin hamısının istismara yararlı, protektor naxışlarının hündür olduğu müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş “X31” MMC avtomobil təmiri sexindən təqdim edilmiş 02 oktyabr 2021-ci il tarixli arayışdan görünür ki, əsasən Mercedes Benz 190 minik markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilə təkər ustası işləyən X8 və çilingər usta işləyən X12 iştirakları ilə baxış keçirilmiş, baxış zamanı avtomobilin tormoz, sükan, digər idaretmə mexanizmlərində hər hansı bir nasazlıq aşkar edilməmişdir. Yol nəqliyyat hadisəsi zamanı avtomobili üzərində olan ön sol, arxa sol və arxa sağ təkərlərinin üzərindəki protektor naxışlarının düzləşdiyi, həmin naxışların seçilmədiyi, təkərlərin istimara yararsız olduğu, qabaq sağ təkərinin isə protektor naxışlarının qismən hündür olmaqla istifadəyə təxminən 25-30 faiz yararlı olduğu müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş X31” MMC avtomobil təmiri sexindən təqdim edilmiş 07.10.2021-cil tarixli “ziyan aktı”ndan görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı Vaz 21099 minik markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 4282(dörd min iki yüz səksən iki) manat maddi ziyan dəymişdir. Cinayət işi materiallarına əlavə edilmiş Qəbələ RPŞ-nin DYPB-nin rəisi Aydın Heydərovun 28.10.2021-ci il tarixli raportundan görünür ki, Qaraməryəm-İsmayıllı-Şəki yolunun 64-cü kilometrliyində maksimum sürət həddi 60 km/saatdır. Təqsirləndirilən şəxs adına 07.03.2011-ci ildə AB631302 saylı BC kateqoriyalı sürücülük vəsiqəsi qeydə alınmış, 07.03.2021-ci il tarixdə etibarlılıq müddəti bitmişdir. 05.03.2021-ci il tarixdə BC kateqoriyalı BC601200 saylı sürücülük vəsiqəsi qeydə alınmış, 05.03.2031-ci il tarixədək qüvvədədir. Azərbaycan Respublikası BDYPİ-nin X17 sürücülük hüququnun məhdudlaşdırılması barədə heç bir məlumat qeydə alınmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC-nin 25 oktyabr 2021-ci il tarixli 119 nömrəli məktubdan görünür ki, yol-nəqliyyat hadisəsi baş verən əraziyə baxış keçirilmişdir. Baxış zamanı yol nəqliyyat hadisəsinin Qaraməryəm-İsmayıllı-Şəki Respublika əhəmiyyətli yolunun 64-cü kilometrliyində kərpic zavoda yaxın ərazidə İİİ texniki dərəcəli yolda baş verdiyi, Qəbələdən Vəndam qəsəbəsi istiqamətinə gəldikdə toqquşma yerində əyrinin başlanğıcı sola doğru ƏB=43,6 metr, dönmə bucağı a=2280, R=250 m radiusda döngə başlayaraq, əyrinin sonu ƏS=56 metr davam edib. Əyrinin uzunluğu Ə=99,6 metr təyin edilmişdir. Eyni zamanda yol nəqliyyat hadisəsi baş verdiyi ərazidən Qəbələ istiqamətində toqquşma yerində məsafə qalmış hissədə i=5-6% (eniş) maillik. Eyni zamanda yol nəqliyyat hadisəsi baş verdiyi ərazidən Vəndam qəsəbəsi istiqamətində toqquşma yerində məsafə qalmış hissədə i=2-4%(yoxuş) maillik vardır. Yolların saxlanması və təmiri prosesində hərəkətin təhlükəsizliyi təmin edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC-dən daxil olmuş 25 oktyabr 2021-ci il tarixli 120 nömrəli məktubundan görünür ki, yol-nəqliyyat hadisəsi baş verən əraziyə baxış keçirilmişdir. Baxış zamanı yol nəqliyyat hadisəsinin Qaraməryəm-İsmayıllı-Şəki Respublika əhəmiyyətli avtomobil yolunun 64-cü kilometrliyində kərpic zavoda yaxın ərazidə İİİ texniki dərəcəli yolda baş verdiyi müəyyən edilmiş, baxış zamanı yol infrasturkturuna maddi ziyan dəymədiyi müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 03.11.2021-ci il tarixdə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X25 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” X23 daxil olmuş 1083 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs, X7 və Zərərçəkmiş şəxs2 Qəbələ RMX PHŞ-in poliklinika şöbəsinin “narkoloji və ya ruhi əsəb” kabinetində qeydiyyatda deyildirlər. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş AC seriyalı ******* nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz 190” minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs məxsusdur. İş materiallarına əlavə edilmiş BC seriyalı 601200 nömrəli 05.03.2021-ci il tarixdə verilmiş və 05.03.2031-cii il tarixə kimi qüvvədə olan sürücülük vəsiqəsinə əsasən Təqsirləndirilən şəxs «B1», «B», «C1», «C» kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ mövcuddur. İş materiallarına əlavə edilmiş AD seriyalı 693764 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 21099” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil X13 məxsusdur. İş materiallarına əlavə edilmiş 26.11.2020-ci il tarixdə verilmiş etibarnamənin surətindən görünür ki, X19 “VAZ 21099” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili 19.11.2030-cu il tarixə kimi idarə etməyi Zərərçəkmiş şəxs1 etibar etmişdir. İş materiallarına əlavə edilmiş BC seriyalı 600031 nömrəli 19.11.2020-ci il tarixdə verilmiş və 19.11.2030-cu il tarixə kimi qüvvədə olan sürücülük vəsiqəsinə əsasən Zərərçəkmiş şəxs1 «B1», «B», «C1», «C» kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ mövcuddur. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə, digər zərərçəkmiş şəxslərin sağlamlığına az ağır və sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirilməsinə, eləcə də avtomobilini zədələyərək sahibinə maddi ziyan vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyləri, hadisə yerinə baxış protokolu və digər sübutlarla tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinə əsasən, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulan əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yola düşməzdən qabaq nəqliyyat vasitələrinin istismara buraxılmasına dair bu Qanunun 1 saylı əlavəsinə uyğun olaraq, nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığını yoxlamalı və onu yol boyu təmin etməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan zərərçəkmiş şəxsin hüquqi varisi X11 məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. İşdə olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizələrdən görünür ki, təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyan ödənilmiş və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbləri yoxdur. İşdə olan Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Tüntül kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 22 dekabr 2021-ci il tarixli, 604 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İşdə olan Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Tüntül kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 22 dekabr 2021-ci il tarixli, 606 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı 10.01.1985-ci il təvəllüdlü X5, qızı 26.04.2003-cü il təvəllüdlü X15, oğlu 23.05.2006-ci il təvəllüdlü X14 ibarətdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, törətdiyi əməli etiraf edərək peşiman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını, onlarla barışıq əldə edilməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanın aradan qaldırılmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünşülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 60.1. maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin Azərbaycan Respublikası CM-nin 60.1.-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 56.1.1 və 56.1.2-ci maddələrinə əsasən, azadlıqdan məhrum etmə növündə cəzanın ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-məntəqə tipli cəzaçəkmə müəssisələrində; qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasının göstərişinə əsasən, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin onun təqsirli bilindiyi 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə əsas cəza, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəza təyin olunmalı, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərkən, maddi sübut qismində tanınmış Qəbələ şəhərində yerləşən fərdi avtomobillərə texniki xidmət stansiyasında duracaqda saxlanılan “Mercedes Benz 190” minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra sahibinə (təqsirləndirilən şəxsə) geri qaytarılmalı, iş üzrə maddi sübut qismində tanınmış “Vaz 21099” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi, Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci 200 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata düşdüyü vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Qəbələ şəhərində yerləşən fərdi avtomobillərə texniki xidmət stansiyasında duracaqda saxlanılan “Mercedes Benz 190” minik markalı, **-BG- *** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra sahibinə (təqsirləndirilən şəxsə) geri qaytarılsın. İş üzrə maddi sübut qismində tanınmış “Vaz 21099” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi, Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan 200 (iki yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X6, kod 210005, VOEN **********, müxbir hesab AZE 41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************). İş üzrə mülki iddia yoxdur. Hökm elan olunduğundan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №1(025)-3/2022
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-3/2022
23.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver