Məhkəmə qərarları › İş №1(025)-3/2023

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-3/2023

09.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-3/2023 09.01.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Qəbələ rayonu, Ziring kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Zirik kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə 12 may 2022-ci il tarixdə saat 12 radələrində qonşusu Zərərçəkmiş şəxs yaşadığı evin həyatyanı sahəsinin hasardan aşmaqla qanunsuz həyətə daxil olub, həyət evindən ibarət bir mərtəbəli yaşayış evinin giriş qapısı bağlı olduğu üçün, evin pəncərəsini əli ilə itələyib açmaqla oradan qanunsuz evə daxil olaraq evin eyvanının baş tərəfindəki sol tərəfdə yaşayış olmayan otaqdan 1 (bir) metrinin uzunluğu qiyməti 0.60 (altmış) AZN təşkil edən diamteri 20 mm, qalınlığı 1 mm olan 40 (qırx) metr uzunluquda dəmir borular, 1 (bir) metrinin uzunluğu qiyməti 0.60 (altmış) AZN təşkil edən diamteri 25 mm, qalınlığı 1 mm olan 15 (metr) metr uzunluquda dəmir borular, 1 (bir) metrinin uzunluğu qiyməti 8 (səkkiz) AZN təşkil edən diamteri 76 mm, qalınlığı 5 mm olan 7,60 (yeddi metr altmış santimetr) metr uzunluquda dəmir borular, evin eyvanında olan 80 (səksən) manat dəyərində 03 (üç) litr su tutumu olan latun materialından hazırlanmış 01 (bir) ədəd samovar, 01 (bir) ədədinin qiyməti 02 (iki) manat təşkil edən 08 (səkkiz) ədəd köhnə alüminum ləyənlər və yataq otağından qiyməti 60 (altmış) manat təşkil edən 01 (bir) ədəd əl ilə hərəkətə gətirilən köhnə işlənmiş “Singer” markalı paltar tikən maşın olmaqla Zərərçəkmiş şəxs məxsus ümumilikdə 249.80 (iki yüz qırx doqquz manat səksən qəpik) AZN dəyərində əmlakı gizli yolla talayıb, qanunsuz və əvəzsiz ələ keçirdikdən sonra metal qəbulu məntəqələrinə metal kimi sataraq əldə etdiyi gəliri öz şəxsi sərfiyyatına xərcləmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə qonşudur. Zərərçəkmiş şəxs bir neçə vaxtdır ki, dəmir yığıb satmaqla məşğul olduğu üçün ailəvi olaraq Bakı şəhərinə köçüb orada yaşayır onların evində heç kim yaşamır. Spirtli içki audəçisi olduğuna görə spirtli içki almağa pul tapa bilmədiyindən belə qərara gəlmişdir ki, Rövşənin həyətinə daxil olub oradan oğurluq etsin. Bu məqsədlə 12 may 2022-ci il tarixdə saat 12 radələrində qonşusu Zərərçəkmiş şəxs məxsus həyətyanı sahənin çəpərindən aşaraq gizli yolla həyətinə daxil olub, heç kimin onu görmədiyindən əmin olduqdan sonra Rövşənə məxsus fərdi yaşayış evinin giriş qapısı bağlı olduğu üçün evin pəncərəsini itələyib açmaqla oradan evin içərsinə daxil olmuşdur. Evə daxil olduqdan sonra eyvanının baş tərəfindəki ağ tərəfdə yaşayış olmayan otağa hissələrə bölünməklə yığılmış təxminən 35-40 metr uzunluğunda 20 mm diametrində, 10-15 metr uzunluğunda 25 mm diametrində, 7-8 metr uzunluğunda 76-diametrində dəmir boruları, giriş qapısından eyvana daxil olan kimi sağ tərəfdə olan 01 ədəd 03 ltir su tutumu olan latundan olan smovarı, eyvana giriş qapısından sol tərəfdəki 08 ədəd alüminum materialdan hazırlanmış köhnə şəkildə ləyənləri və yataq otağında olan 01 ədəd paltar tikən əl maşınını oğurlayıb həyətinə gətirərək yığmışdır. Bundan təxminən 1-2 gün sonra Zərərçəkmiş şəxs evindən oğurladığı ona məxsus 20, 25 mm diametrində dəmir borluları və 01 ədəd paltar tikən əl maşınını həmkəndlisi Şahid1 idarə etdiyi avtomobillə Oğuz rayonuna metal alıqı-satqısı ilə məşğul olan Aqilə, ertəsi gün isə Rövşənə məxsus oğurladığı 76 mm diametrdə 02 ədəd dəmir boruları, 01 ədəd smovarı və 08 ədəd alüminum ləyənləri Qəbələ rayonunun Hacallı kəndinə həmin kənd sakini metal alan Məmmədxan adlı şəxsə aparıb satmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri, ekspert rəyləri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs hər ikisi həmkəndllisidir. 2022-ci ilin may ayının ortalarında həmkəndlisi Təqsirləndirilən şəxs həyətinə özünə məxsus metal yığıb topladığını və onları avtomobili ilə aparıb satmağı xahiş etmişdir. Cəsarət həyətindən bir neçə ədəd təxminən 40 metr uzunluğunda diametri 20 mm, 15 metr uzunluğunda diametri 25 mm olan dəmir boruları və 01 ədəd paltar tikən əl maşınını onun idarə etdiyi vaz 21011 markalı avtomobilinə yükləyib Oğuz rayon sakini metal almaqla məşul olan Aqilə apararaq satmış və buna görə ona yol haqqı olaraq 6 manat pul vermişdir. Təxminən 2 gün sonra Cəsarət həyətinə metal yığıb topladığını və həmin metalı onun avtomobilinə yükləyib Qəbələ rayon Hacallı kəndində metal almaqla məşğul olan Məmmədxana satmağı bildirmişdir. Cəsarət həyətindən 08 ədəd köhnə ləyən, 01 ədəd samovar və 02 ədəd təxminən 7-8 metr uzunluğunda diametri 76 mm olan dəmir boruları onun Vaz 21011 markalı avtomobilinə yükləyib gətirərək Məmmədxana satmışdır. Buna görə Cəsarət ona yol pulu verməsə də 01 ədəd araq almış və həmin arağı birlikdə içmişlər. Təqsirləndirilən şəxs onun idarə etdiyi avtomobili ilə birgə satmaq üçün apardığı yuxarıda adları göstrərilən əşyaların oğurluq olması barədə məlumatsız olmuş, həmin əşyaların oğurluq olmasıni və həmkəndlisi Zərərçəkmiş şəxs məxsus yaşayış evindən oğurladığını sonradan məlumat almışdır. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, Qəbələ rayonunun Hacallı kəndində özünə məxsus həyətdə əlvan və qara metalın qəbulu məntəqəsində metal alıb-satmaqla məşğul olur. Aldığı metalı həftədə bir dəfə yük maşınına yükləyib Gəncə şəhərinə metal əritmə zavoduna apararaq satrır. Qəbələ rayonunun Zirik kənd sakini Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır. Belə ki, Təqsirləndirilən şəxs ona dəfələrlə metal yığıb gətirərək satmışdır. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs həmkəndlisi Bəhruz adlı şəxsin idarə etdiyi ağ rəngli Vaz 21011 markalı dövlət nömrə nişanını xatırlamadığı minik avtomobili ilə metal qəbulu məntəqəsinə satmaq üçün köhnə şəkildə 76 mm diametrində 2 ədəd ümumi uzunluğu 7.60 metr təşkil edən dəmir borular, 01 ədəd sarı rəngli latundan hazırlanmış köhnə samovar və 08 ədəd köhnə 10 litir su tutmlu alüminum ləyənlər satmış və buna görə ona 50 manata yaxın pul vermişdir. Bundan bir neçə gün sonra yəni xx.xx.2022-ci il tarixdə Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən ona zəng vurularaq Təqsirləndirilən şəxs ona yaxın günlərdə metal satıb-satmaması barədə soruşarkən Cəsarətin ona bir neçə gün əvvəl gətirərək dəmir borular, samovar və köhnə alüminum ləyənlər satdığını bildirmişdir. Həmin gün Qəbələ RPŞ-nin əməkdaşı Tural Mehdizadə onun metal qəbulu məntəqəsinə gələrək baxış keçirən zaman Təqsirləndirilən şəxs ona satdığı 76 mm diametrində 2 ədəd dəmir borular və 01 ədəd 10 litr su tutumu olan alüminum ləyəni aşkar etmişdir. Həmin dəmir borular və ləyən saxlanması üçün ona təhvil verilmiş, digər qalan 07 ədəd 10 litr su tutumlu alüminum ləyənləri və 01 ədəd latundan hazırlanmış samovarı Cəsarətdən aldıqdan bir neçə gün sonra satdığı üçün onları maddi sübut kimi təqdim edə bilməmişdir. Şahid2 əlavə olaraq onu da qeyd etmişdir ki, Təqsirləndirilən şəxs 2 ədəd 76 mm diametrində ümumi uzunluğu 7.60 metr təşkil edən dəmir boruları, 08 ədəd alüminum ləyənləri və 01 ədəd samovarı ona satarkən özünə məxsus olduğunu bildirmiş, Cəsarətdən adları qeyd olunan əşyaları alarkən onların oğurluq olmasını əvvəlcədən bilməmiş, ilkin təhqiqat araşdırması zamanı metal qəbulu məntəqəsinə baxış keçirilərkən Təqsirləndirilən şəxs 02 ədəd dəmir boru, 01 ədəd samovar və 01 ədəd alüminum ləyən aldığını bildirsədə, baxış zamanı fikrini düzgün çatdıra bilməmiş Təqsirləndirilən şəxs həqiqətdə 01 ədəd samovar, 2 ədəd ümumi uzunluğu 7.60 metr təşkil edən dəmir borular və 08 ədəd 10 litr su tutumlu alüminum ləyənlər və 01 ədəd samovar almışdır. İş üzrə Zərərçəkmiş şəxs 28 dekabr 2022-ci il tarixdə keçirilmiş məhkəmənin hazırlıq iclasında məhkəməyə ərizə təqdim edərək, istintaqda verdiyi ifadəsini təsdiq etmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbin olmadığını, ona vurulmuş maddi ziyanın aradan qaldırıldığını bildirməklə, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 sentaybr 2022-ci il tarixli, 9/5415 saylı və 24 noyabr 2022-ci il tarixli 9/8488 saylı rəylərindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən diametri 20 mm, qalınlığı 1 mm təşkil edən dəmir borunun 1 metrinin uzunluğu, 0.60 manat, diametri 25 mm, qalınlığı 1mm təşkil edən dəmir borunun 1 metrinin uzunluğu, 0.60 manat, diametri 76 mm, qalınlığı 5 mm təşkil edən dəmir borunun 1 metrinin uzunluğu, 8 manat, 3 litr su tutum həcmində latundan olan odun samovarı 80 manat, 01 ədəd 10 litr su tutum həcmli alüminum materialından hazırlanmış köhnə ləyən 2 manat, 01 ədəd, işlək vəziyyətdə, keçmiş SSRİ istehsalı “Singer” markalı, əl ilə hərəkətə gətirilən paltar tikən maşının 2022-ci ilin may ayı üçün qiymətinin 60 manat müəyyən edilir. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün ibtidai istintaq və ilkin məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadələri, şahidlərin ibtidai istintaq zamanı və ilkin məhkəmə baxışı zamanı verdikləri ifadələri, ekspert rəyləri, digər iş materialları ilə onun yaşayış sahəsinə qanunsuz daxil olub özgə əmlakını gizli yolla talayaraq oğurluq cinayətin törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini könüllü etiraf edərək səmimi peşimançılıq hissi keçirməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tam olaraq aradan qalxmasını, onunla barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tutulub saxlandığı 02 (iki) gün müddəti də nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 13 sentyabr 2022-ci il tarixdə saat 10:30-dan həmin gün saat 13:00-dək və 29 noyabr 2022-ci il tarixdə saat 15:30-dan həmin gün saat 16:30-dək tutulub saxlandığı 02 (iki) gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından bir günə iki gün hesabı ilə çıxılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. İş üzrə maddi sübut olan Şahid3 və Şahid2 saxlanılması üçün təhvil verilmiş hər birinin uzunluğu 55 sm, 105 sm, 122 sm, 132 sm, 148 sm, 238 sm və 241 sm diametri 20 mm, qalınlığı 1mm təşkil edən 07 ədəd və hər birinin uzunluğu 104 sm, 117 sm, 136 sm, 138 sm və 250 sm təşkil edən diametri 20 mm, qalınlığı 1mm təşkil edən 05 ədəd dəmir borular, diametri 76 mm qalınlığı 5 mm təşkil edən ümumi uzunluğu 7.60 metr olan 02 ədəd dəmir borular və 01 ədəd alüminum ləyən hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə müsadirə ilə bağlı məsələni araşdırır və hazırkı cinayət işi üzrə müsadirə olunmalı olan əmlak aşkar edilmədiyindən xüsusi müsadirə ilə bağlı tədbirin tətbiq olunmasını məqsədə müvafiq hesab etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulub saxlandığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Şahid3 və Şahid2 saxlanılması üçün təhvil verilmiş hər birinin uzunluğu 55 sm, 105 sm, 122 sm, 132 sm, 148 sm, 238 sm və 241 sm diametri 20 mm, qalınlığı 1mm təşkil edən 07 ədəd və hər birinin uzunluğu 104 sm, 117 sm, 136 sm, 138 sm və 250 sm təşkil edən diametri 20 mm, qalınlığı 1mm təşkil edən 05 ədəd dəmir borular, diametri 76 mm qalınlığı 5 mm təşkil edən ümumi uzunluğu 7.60 metr olan 02 ədəd dəmir borular və 01 ədəd alüminum ləyən hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar