Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 1(025)-3/2025 22.01.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Dövlət ittihamçısı və Müdafiəçi iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Qəbələ rayonu, Tikanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Qəbələ rayonu Yemişanlı kəndində yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ondan ötrü məhkəməyə verilmişdir ki, o, 17 avqust 2024-cü il tarixdən 18 avqust 2024-cü il tarixində, saat 01-00 radələrində xalası oğlu Zərərçəkmiş şəxs razılığı ilə onun Qəbələ şəhəri, Polad Həşimov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə sonuncunun icazəsi əsasında daxil olub qonaq qismində olarkən birgə yeyib içdikdən sonra Zərərçəkmiş şəxs evin mətbəxindəki qab-qacaq şkafına topa şəkildə məbləğini bilmədiyi pul qoymasını görüb onun yatmasından sonra həmin pulu oğurlamaq qərarına gəlmiş, Zərərçəkmiş şəxs yatmasını gözləyərək onun yatmasından, kənar şəxslərin gəlmədiyinə, eləcə də heç kimin onu görmədiyinə əmin olduqdan sonra 18 avqust 2024-cü il tarixdə saat 02 radələrində mətbəxdəki qab-qacaq şkafının kilidlənməyən qapısını açıb sonuncuya məxsus bir qədər əvvəl oraya qoyduğu ümumilikdə 1800 (bir min səkkiz yüz) manat pulu gizli yolla talayaraq evdən çıxıb getmiş, pulu öz şəxsi ehtiyaclarına xərcləmiş, bununla da zərərçəkmişə qeyd olunan məbləğdə maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. İş üzrə Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ rayonu Yemişanlı kəndində yaşayır. 17 avqust 2024-cü il tarixdə, saat 22-00 radələrində o, xalası oğlu Zərərçəkmiş şəxs dəvəti ilə Qəbələ şəhəri, Polad Həşimov küçəsində yerləşən evinə qonaq getmiş və onunla birgə yeyib içmişdir. 18 avqust 2024-cü il saat 01-00 radələrində Ceyhun cibində olan pulları çıxarıb mətbəxdəki şkafa açıq vəziyyətdə qoymuş və mətbəxdə qoyulmuş dinvanda uzanaraq yatmışdır. O da mətbəxdəki divanda yatmış, Ceyhun yatandan sonra şkafa qoyulan pulları oğrulamaq məqsədilə saat 02 radələrində oyanaraq şkafda olan 16 ədəd 100 manatlıq və 4 ədəd 50 manatlıq əskinaslardan ibarət cəmi 1800 manatı götürüb cibinə qoymuş, sonra paltarını geyinərək sakitcə evdən çıxmış və tanımadığı taksi ilə birbaşa öz evlərinə gəlmişdir. Saat 07-00 radələrində o, Nic qəsəbə həftə bazarına gedib 200,0 manatlıq bazarlıq etmiş və tanımadığı şəxsdən 1200 manata 1 baş yanı balalı sağılan inək alıb avtomobillə həyətinə gətirmişdir. Arvadı Şahid2 inəyi borc pula aldığını demiş, oğurluq etdiyini bildirməmişdir. Səhəri gün Ceyhun yaşadığı ünvana gələrək ondan axşam evindən 1800 manat pul oğurlayıb-oğurlamadığını soruşmuş, o da 1800 manatı oğurladığını etiraf edib həmin pula bir baş sağılan inək aldığını bildirmişdir. Həmin vaxt özündə qalan 400 manatı Ceyhuna geri qaytarmaq istəsə də, Ceyhun pulu götürməmiş və polisə şikayət etmişdir. Bundan sonra aldığı inəyi sataraq Zərərçəkmiş şəxs cəmi 1500,0 manat qaytarmışdır. İş üzrə Təqsirləndirilən şəxs daha sonra ifadəsində qalan 300,0 manatı Zərərçəkmiş şəxs sonradan qaytararaq onunla barışdığını bildirmiş və əməlindən peşman olduğunu ifadə etmişdir. Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, daimi olaraq Bakı şəhərində yaşayır və yay mövsümündə Qəbələ şəhərinə gəlib P.Həşimov küçəsində yerləşən özünə məxsus fərdi yaşayış evində qalır. 17 avqust 2024-cü il tarixdə o, xalası oğlu İlqarla birlikdə Qəbələ şəhərində yeyib içmiş və gecə vaxtı ona məxsus evə gəlmişlər. 18 avqust 2024-cü il, saat 01 radələrində yatmazadan qabaq cibində olan 1800 manat pulu çıxarıb mətbəxdəki şkafa qoymuş və mətbəxdə olan divanda uzanaraq yatmışdır. Həmin vaxt İlqar da onun yanında olmuş və pulu ora qoymağını görürmüşdür. Səhər saat 09-00 radələrində yuxudan ayıldıqdan sonra pullarını qoyduğu yerdə tapa bilməmiş, pulların İlqar tərəfindən oğurlanmasından şübhələnərək ona zəng etmiş və Qəbələ rayon Yemişanlı kəndinə gedərək onunla görüşüb evindən 1800 manat pul oğurlayıb-oğurlamadığını soruşmuşdur. İlqar pulların özü tərəfindən oğurladığını etiraf etmiş, həmin pulun 1200 manatına bir baş yanı balalı inək aldığını və müəyyən məbləği xərclədiyini deyərək təxminən 300-400 manatı qaytarmaq istəmişdir. O, isə pulu götürməyərək Qəbələ rayon polis şöbəsinə gəlib şikayət etmişdir. Bundan sonra İlqarın aldığı inəyi qohumu İmran adlı şəxs vasitəsilə satdıraraq pulunun bir hissəsini geri almış, lakin 300 manat qaytarılmamışdır. Buna baxmayaraq İlqardan heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs məhkəməyə göndərdiyi teleqramda göstərmişdir ki, artıq ona dəymiş maddi zərər tam şəkildə ödənilmişdir, ona görə də Təqsirləndirilən şəxs heç bir tələbi və şikayəti yoxdur. İş üzrə Şahid1 ifadəsində göstərmişdir ki, o, Qəbələ rayonu Yemişanlı kəndində yaşayır və Təqsirləndirilən şəxsla qonşudur. 2024-cü ilin avqust ayının ortalarında qohumu Zərərçəkmiş şəxs həyətinə gələrək ona demişdir ki, “1200 manata bir baş yanı balalı inək alıb İlqara vermişəm, baxa bilmir, get götür, apar bazarda sat, pulunu verərsən”. O da həmin gün İlqarın həyətinə gedib bir baş bir qədər yaşlı yanı balalı dişi inəyi İlqarın ailə üzvlərindən təhvil alıb öz həyətinə gətirmiş və həmin həftənin bazar günü inəyi və yanındakı buzovu Nic qəsəbə həftə bazarında 900 manata sataraq pulunu Ceyhuna vermişdir. Ceyhun ona zəhmət haqqı kimi 100 manat pul vermək istəsə də qəbul etməmişdir. Sonradan İlqarın həyətindən götürüb satdığı inəyi İlqarın Ceyhundan oğurladığı 1800,0 manat məbləğində pulla aldığını bilmişdir. İşdə olan «Baxış keçirilməsi haqqında» xx.xx.2024-cü il tarixli Protokola əsasən göstərilmişdir ki, Zərərçəkmiş şəxs Qəbələ şəhəri, Polad Həşimov küçəsində yerləşən özünə məxsus fərdi yaşayış evinin mətbəxində divara bərkidilmiş şkafın otağın giriş hissəsi tərəfdə olan qapısını açaraq 18 avqust 2024-cü il, saat 01 radələrində özünə məxsus olan 1800 manat pulu oraya qoyduğunu, həmin yerdən pulların oğurlandığını bildirmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, oğurluq baş vermiş şkafın qapısının kilidlənmədiyi, əllə açılıb örtüldüyü, qab-qacaq, stəkan və s. bu kimi əşyaların yığılması üçün nəzərdə tutulmuşdur. (c.i. səh: 9-12). İşdə olan “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2024-cü il tarixli Protokola əsasən Təqsirləndirilən şəxs Qəbələ şəhəri, Polad Həşimov küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin mətbəxində divara bərkidilmiş şkafı göstərərək ev sahibinə məxsus olan 1800 (bir min səkkiz yüz) manat pulu onun yatmasından istifadə edərək həmin yerdən oğurladığını və evdən çıxıb getdiyini bildirmişdir. (c.i. səh: 87-89). İşdə olan AR DİN-in BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmiş, məhkumluğu yoxdur. (c.i. səh: 19-20) Azərbaycan Respublikası CPM-nin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2024-cü il tarixli sorgu məlumatına əsasən Təqsirləndirilən şəxs məhkum olunmamışdır. (c.i.səh:20) İşdə olan Qəbələ RİHB-nin Yemişanlı kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli 5-59-31/2-239/2024 saylı arayışa əsasən Təqsirləndirilən şəxs evlidir və himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağı (xx.xx.2009-cu il təvəllüdlü X2) vardır. (c.i.səh:33) İşdə olan Qəbələ RİHB-nin Yemişanlı kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. (c.i.səh:34) Azərbaycan Respublikası CM-nın 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası CPM-nın 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-nin 72-74-cü maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə həmçinin bu Məcəllənin .... 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən əməl törətməsini, iş üzrə zərərçəkmiş tərəflə barışmasını və cinayət məsuliyyətindən azad edilməsi barədə xahişini nəzərə alaraq onun cinayət məsuliyyətindən azad edilərək barəsində olan iş üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 321-ci maddəsini rəhbər tutaraq QƏRARVERDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə cinayət məsuliyyətindən azad edilsin və işin icraatına xitam verilsin. Barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №1(025)-3/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №1(025)-3/2025
22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver