Məhkəmə qərarları › İş №1(025)-30/2022

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-30/2022

12.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-30/2022 12.09.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X3, müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Qəbələ rayonu, Mıxlıqovaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Mıxlıqovaq kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 10 may 2022-ci ildə saat 13 radələrində Qaraməryam-ismayıllı-Şəki avtomobil yolunun Qəbələ rayonu, Mirzəbəyli kəndi ərazisindən keçən 80-ci kilometrində texniki cəhətdən saz vəziyyətdə olan «VAZ-21011» markalı **-EJ-*** qeydiyyat nişanlı avtomobillə ismayıllı istiqamətində 60-70 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə əməl etməyib, sükan arxasında yuxuladığından avtomobil yolun sağ kənarına istiqamətlənərək bardıirə dəyib aşmış, nəticədə ehtiyatsızlıqdan sərnişin X2 daxili qanaxma, qanaxmadan sonrakı şok, iki tərəfli hemopnevmatoraks, hər iki ağ ciyərlərin əzilməsi, soldan Vİ, Vİİ, Vİİİ, İX qabırğaların, sağdan V, Vİ, Vİİ, Vİİİ, İX, X qabırğaların sınığı, burunun, alının, sol gözün bayır tərəfinin, hər iki əlin üst və hər iki diz oynağının ön səthinin sıyrıqları kimi dərəcəsinə görə, insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvuran bədən xəsarəti alaraq xx.xx.2022-ci il tarixdə saat 14:00-da Qəbələ rayon DM-də ölməsinə səbəb olan yol- nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, VAZ- 21011 markalı ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobil baş etibarnamə ilə ona məxsusdur, avtomobili idarə etmək üçün «BC» kateqoriyalı sürücülük vəsiqəsi almışdır. 10 may 2022-ci ii tarixdə günorta saatlarında idarə etdiyi VAZ-21011 markalı avtomobillə anası və azyaşlı oğlu ilə birlikdə Şəki şəhərindən Qəbələ rayonuna gedərkən yol boyu normal qaydada hərəkət etmişdir. Saat 13 radələrində idarə etdiyi VAZ-21011 markalı avtomobillə Qararnəryam- İsmayıllı-Şəki yolu ilə İsmayıllı istiqamətində təxminən 60-70 km/saat sürətlə hərəkətdə olduğu zaman yolun Qəbələ rayonu, Mirzəbəyli kəndi ərazisindən keçən hissəsində bir anlıq yuxulamış və avtomobilin idarə etməsini itirmişdir. Sonra avtomobil yolun sağ tərəfində olan bardürə dəyib damı üstə aşmışdır. Hadisə nəticəsində o və oğlu xəsarət almamışlar. Lakin anası huşunu itirmişdir. Tez onu yol maşını ilə X5 mərkəzinə aparmışlar, orada ona tibbi yardım etsələr də təxminən bir saat sonra anası ölmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, ekspert rəyləri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X7 ifadəsində göstərmişdir ki, Cinayət işi üzrə zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq ifadəsi alınmış X7 göstərmişdir ki, 10 may 2022-ci tarixdə saat 13:00 radələrində Qaraməryam-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ rayonu Mirzəbəyli rayonu ərazisindən keçən 80-ci kilometrliyində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ölmüş X4 onun anası olmaqla 1962-ci il təvəllüdlü idi. 10 may 2022-ci il tarixdə anası Məhluqə şəkər xəstəsi olduğuna görə qardaşı Bədirxanın idarə etdiyi VAZ-21011 markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ rayonundan çıxıb Şəki şəhərinə həkimə getmişlər və o, da həmin zaman Qəbələ rayonunda olmuşdur. Saat 14 radələrində Qəbələdə qardaşı Bədirxan ona zəng vurmuş və Qəbələ rayonu Mirzəbəyli kəndi ərazisində yol-nəqliyyat hadisəsi keçirdiklərini və Qəbələ DM-də olduğunu bildirmişdir. Dərhal Qəbələ rayonuna getmiş və ora çatanda ona bildirmişlər ki, anasıgil xəstəxanadadırlar. Qəbələ rayon DM-nə yaxınlaşmış və həmin vaxt bilmişdir ki, anası aldığı xəsarətlərdən ölüb. Anasını morqa aparıb orada müayinə etdikdən sonra onlara təhvil vermişlər. 11 may 2022-ci il tarixdə onlar anasını Qəbələ rayon Mıxlıqovaq kənd qəbiristanlığında dəfn etmişlər. Ona sonradan məlum olmuşdur ki, qardaşı Bədirxan idarə etdiyi avtomobillə Qaraməryam-İsmayıllı-Şəki yolunun Qəbələ rayonu Mirzəbəyli kəndi ərazisindən keçən hissəsində sükan arxasında yuxuladığından idarəetməni itirmiş və avtomobili yolun sağ kənarına çıxaraq bardürə çırpılmışdır. Baş vermiş yolnəqliyyat hadisəsi ilə bağlı qardaşı Bədirxana qarşı heç bir şikayət və tələbi yoxdur, ona yüngül cəza verilməsini xahiş edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyun 2022-ci il tarixli 8/1367 saylı rəyindən görünür ki, VAZ-21011 markalı, ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət edərək hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin 04 iyun 2022-ci il tarixli 13 saylı rəyindən görünür ki, X2 bədəni üzərində aşkar edilmiş xəsarətlər qanaxma, qanaxmadan sonrakı şok, iki tərəfli hemopnevmatoraks, hər iki ağ ciyərlərin əzilməsi, soldan Vİ, Vİİ, Vİİİ, İX qabırğaların, sağdan V, Vİ, Vİİ, Vİİİ, İX, X qabırğaların sınığı, burunun, alının, sol gözün bayır tərəfinin, hər iki əlin üst və hər iki diz oynağının ön səthinin sıyrıqları həyati olub onun ölümündən qısa müddət əvvəl küt alətin (alətlərin) təsirindən 10 may 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sərnişində törənə bilərlər. Bədən xəsarətlərinin ağırlıq dərəcəsinə görə ağır ölümlə nəticələnən və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə aiddir. X2 ölümünə səbəb daxili qanaxmadan sonrakı şok olmuşdur. Onun ölümü ilə 10 may 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində aldığı ağır dərəcəli bədən xəsarətləri ilə birbaşa səbəbli əlaqəsi vardır. Ölümün baş vermə müddəti inkişaf etmiş ilkin meyit əlamətlərinin səiviyyəsinə və işə dair toplanmış məlumatlara əsasən meyitin müayinəsindən, yəni 10 may 2022-ci il tarixdən saat 15:10-dan 2-3 (iki-üç) saat əvvəl baş verə bilər. X2 meyitindən götürülmüş qanda və sidikdə məhkəmə tibbği kimya tədqiqatları nəticəsində spirtli içki, narkotik, psixotrop və güclü təsir edici maddələr aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X6” X9 26 may 2022-ci il tarixli 1686/K saylı məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. İşdə olan 10 may 2022-ci il tarixli, 47 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olduğu müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin 17 iyun 2022-ci il tarixli 016-60574-1222 saylı məktubundan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə (xx.xx.2031-ci il tarixədək etibarlı olan) BD 704089 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, digər iş materialları ilə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlığından zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayətin törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, törətdiyi əməli könüllü etiraf edib səmimi peşimançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, ona qarşı şikayət və tələbinin olmamasını, ailəli olmaqla himayəsində iki azyaşlı sağlamlıq imkanı məhdud uşağın olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunduğunu cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 133 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını, habelə hadisə nəticəsində ölən şəxsin təqsirləndirilən şəxsin anası olmasını, ailəli olmaqla himayəsində iki azyaşlı sağlamlıq imkanı məhdud uşağın olmasını, nəzərə alaraq ittiham edildiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini - nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının 01 (bir) il 06 (altı) ay müddətinə və azadlıqdan məhrum etmə cəzasının 03 (üç) il müddətə müəyyən edilməsini, ancaq təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının real olaraq çəkilməsinin məqsədə müvafiq olmamasını və onun cəza çəkmədən islah oluna biləcəyini mümkün sayaraq təqsirləndirilən şəxslə davranışda ictimaiyyətin daha fəal iştirakını təmin etmək, təqsirləndirilən şəxsdə cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına yardım göstərmək məqsədi ilə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 02 (iki) il sınaq müddəti müəyyən olunmaqla şərti hesab olunmasını əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, ona sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməməsi və qeydiyyatdan keçmək üçün yaşadığı yer üzrə İcra və probasiya şöbəsinin müəyyən etdiyi vaxtlarda həmin İcra və probasiya şöbəsinə gəlməsi vəzifəsi tapşırılmalı, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan Vaz-21011 markalı ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobil sahibinin sərəncamında saxlanılmış hesab edilməlidir. İş üzrə mülki iddia olmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 02 (iki) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və qeydiyyatdan keçmək üçün yaşadığı yer üzrə İcra və probasiya şöbəsinin müəyyən etdiyi vaxtlarda həmin İcra və probasiya şöbəsinə gəlmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan Vaz-21011 markalı ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobil sahibinin sərəncamında saxlanılmış hesab edilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar