Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-30/2024 09.10.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1967-ci il tarixdə Qəbələ rayon Çarxana kəndində anadan olmuş, AR vətəndaşı, evli, işsiz, orta təhsilli, Qəbələ rayon Çarxana kəndində qeydiyyatda olmaqla Qəbələ rayon Qaradeyin kəndində yaşayan, barəsində xx.xx.2024-cü il tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan 2024-cü ilin may ayında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Qəbələ rayon Çarxana kəndində yerləşənbağ sahəsinin yaxınlığındakı suvarma kanalının kənarlarından yabanı halda bitmiş, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisinin yarpaqlarını yığaraq, qurudub qanunsuz olaraq kustar üsulla hazırlayıb əldə etdiyi 10,12 qram çəkidə olmaqla xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı 1 ədəd kağız bükümdə üzərində gəzdirərkən 17 iyul 2024-cü il tarixdə saat 13:30 radələrində Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək rayonun Qaradeyin kəndində piyada hərəkət edən zaman saxlanılıb rayon polis şöbəsinə gətirilməklə şöbənin inzibati binasında şübhəli şəxs qismində müdafiəçisinin iştirakı və video çəkiliş aparılmaqla üzərinə saat 14:15-dən başlayaraq şəxsi axtarış keçirilən zaman həmin üzərində gəzdirdiyi 01 ədəd kağız bükümdə ümumi təmiz çəkisi 10,12 qram olan narkotik vasitə qurudulmuş marixuana əyinindəki qara rəngli klassik şalvarının sol yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında ifadə verərkən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Qəbələ rayon Çarxana kəndində qeydiyyatda olmaqla Qəbələ rayon Qaradeyin kəndində yaşayır. Təxminən 20 ilə yaxındır ki, narkotik vasitə-qurudulmuş marixuanadan arabir istifadə edir. Narkotik vasitə-qurudulmuş marixuananı isə yabanı halda yığıb-qurudub əldə edərək istifadə edir. 2024-cü ilin may ayında dəqiq xatırlamadığı gündə qeydiyyatda olduğu Çarxana kəndində yerləşən bağının yaxınlığındakı suvarma kanalının kənarlarında yabanı halda bitmiş çətənə kollarından iki ədədini kök hissəsindən çıxarıb evinə aparmış və qurutmuşdur. O gündən etibarən az-az istifadə etməyə başlamışdır. Həmin çətənə kollarından qurudub hazırladığı marixuananı isə 17 iyul 2024-cü il tarixdə saat 13 radələrində şalvarının cibinə qoyaraq yaşadığı Qaradeyin kəndində yerləşən evindən çıxaraq Çarxana kəndində yerləşən bağ sahəsinə piyada gedən zaman özünü şübhəli apardığı üçün polis əməkdaşları ona yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşları olduğunu və onun narkotik vasitə istifadəcisi olmağı, eyni zamanda üzərində narkotik tərkibli maddələrin olmasında əsaslı şübhələrinin olduğunu bildirmişlər. Həmin vaxt üzərində narkotik təkibli maddənin olduğunu bildirmiş, həmin ərazinin gediş-gəlişli olduğu üçün onlardan şəxsi nüfuzunun düşməməsi məqsədi ilə baxışı Qəbələ rayon polis şöbəsinin inzibati ərazi dairəsində keçirilməsini xahiş etmişdir. Sonra o, polis əməkdaşları ilə birlikdə Qəbələ rayon polis şöbəsinə gəlmişdir. Qəbələ RPŞ-nin inzibati ərazi dairəsində vəkili və polis əməkdaşlarının iştirakı ilə üzərinə baxış keçirilmiş, həmin vaxt üzərində olan qara rəngli klassik şalvarının sol yan cibindən ağ rəngli kağıza bükdüyü narkotik tərkibli maddəni təqdim etmiş, eləcə də üzərində olan digər əşyalar və pul vəsaitləri də aşkar edilmişdir. Daha sonra üzərindən aşkar edilmiş bir ədəd kağız bükümdə olan qurudulmuş marixuana götürülüb tərəzidə çəkilmiş, çəkisinin təxminən kağızla birlikdə 13-14 qram olduğu müəyyən edilmiş, bundan sonra isə qablaşdırılmışdır. 106 manat pul və digər əşyalar ona geri qaytarılmışdır. Bununla bağlı protokol tərtib olunmuş, tərəfindən imzalanmışdır. O isə baxış zamanı etiraf etmiş ki, aşkar edilmiş qurudulmuş marixuananı 2024-cü ilin may ayında dəqiq xatırlamadığı günündə qeydiyyatda olduğu Çarxana kəndində yerləşən bağının yaxınlığındakı suvarma kanalının kənarlarında yabanı halda bitmiş çətənə kollarından yığıb qurudaraq əldə etmişdir. Həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir. Əlavə olaraq heç bir yerdə saxladığı narkotik vasitə yoxdur. Narkotik vasitə-qurudulmuş marixuananı satış məqsədi ilə əldə etməmiş və başqa şəxslərə satmamış, yalnız özü istifadə etmişdir. Etdiyi əmələ görə peşmandır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən çox peşiman olduğunu, yaşının çox olduğunu, narkomaniyaya meylinin olmamasının nəzərə alınmasını və məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 17 iyul 2024-cü il tarixdə saat təxminən 13:30 radələrində Qəbələ rayon Çarxana kəndində qeydiyyatda olmaqla Qəbələ rayon Qaradeyin kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi, üzərində narkotik vasitə olması barədə daxil olmuş əməliyyat məlumatları əsasında o, Qəbələ RPŞ-nin CAB-ın rəisi polis polkovnik-leytenantı Elçin İsmayılov və əməliyyat müvəkkili Şahid2 Qəbələ rayon Qaradeyin kəndinə getmişlər. Təqsirləndirilən şəxs kənd daxili yolda, asfalt örtüklü yola yaxın ərazidə piyada şəkildə hərəkət etdiyini görmüşlər və ona yaxınlaşıb özlərini təqdim etmişlər. Onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, ondan üzərində narkotik vasitə olubolmadığını şifahi sorğu etmişlər. Bu zaman Təqsirləndirilən şəxs üzərində narkotik vasitəolduğunu, həmin narkotik vasitəni isə özü üçün istifadə etmək məqsədilə üzərində gəzdirdiyini bildirmiş, lakin həmin yer ictimai yer olduğundan, kənd sakinlərinin gediş-gəlişi üçün istifadə etdiyi yol olduğundan və şəxsi nüfuzuna xələl gəlməməsi üçün narkotik vasitəni polis əməkdaşlarınaQəbələ rayon polis şöbəsində təqdim etmək istədiyini bildirib üzərinə baxışın Qəbələ rayon polis şöbəsində aparılmasını xahiş etmişdir. Belə olub həmin şəxsi Qəbələ RPŞ-yə gətirərək Növbətçi Hissəyə təhvil vermişlər. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, həmin baxışda o da iştirak etmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman onun üzərindən 01 ədəd damalı kağız bükümdə olan marixuanaya bənzər bitki kütlələri aşkar edilərək qablaşdırılmaqla götürülmüş və təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmişdir. Bununla bağlı isə protokol tərtib edilmişdir. Məhkəmədə şahid qismində Şahid2 Şahid1ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişlər. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Qəbələ RPŞ-nin TB-nin baş təhqiqatçısı Tural Mehdizadə tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə barədə” protokoldan, həmin protokola əlavə edilmiş fotocədvəl və video görüntüdən görünür ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmışdır.Şəxsi axtarış zamanı ilk olaraq şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində narkotik tərkibli maddənin olubolmaması və varsa əgər təqdim etməsi təklif edilmiş və Təqsirləndirilən şəxs üzərində narkotik maddənin olduğunu bildirərək üzərindəki qara rəngli klassik şalvarının sol yan cibində saxlayaraq daşıdığı bir ədəd damalı ağ kağıza bükülü vəziyyətdə olan bükümü təqdim edərək içərisindəkinin narkotik vasitə olan marixuana (nəşə) olduğunu bildirmişdir. Daha sonra şübhəli şəxsin üzərinə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs üzərindəki ağ rəngli uzun qollu mavi cızıqlı köynəyinin sol sinə cibindən 01 (sıfır bir) ədəd qırmızı rəngli daraq, şalvarının sağ yan cibindən 1 ədəd 50 manatlıq (A********), 2 ədəd 20-lik (A90076447 və A********) 1 ədəd 10-luq (A********), 1 ədəd 5-lik (A********) və 1 ədəd 1 manatlıq (B********) pul əskinazı, şalvarının sol yan cibindən 01 (bir) ədəd ağ rəngli təsbeh aşkar edilərək götürülmüşdür. Baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindəki qara rəngli klassik şalvarın sol yan cibindən aşkar edilən özünün narkotik vasitə olan marixuana olduğunu bildirdiyi yaşıl rəngli, xüsusi spesifik iyə malik kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 13.38 qram təşkil etmişdir. Daha sonra aşkar edilərək götürülmüş büküm 01 ədəd sayda zərfdə qablaşdırılıb, üzəri DİN-in zərflər üçün nəzərdə tutulmuş “103” nömrəli möhürü ilə möhürlənmiş və zərfə müvafiq qeydlər aparılmış, daha sonra isə imzalanması üçün şübhəli şəxsə, müdafiçəsinə və digər iştirakçılara təqdim edilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs, eləcə də istintaq hərəkətinin digər iştirakçıları zərfin üzərinə imza ataraq heç bir etirazlarının olmadığını bildirmişlər. Bununla da şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması istintaq hərəkəti başa çatdırılmışdır. Şəxsi axtarış və götürmə zamanı mobil telefondan istifadə edilməklə video və fotoçəkiliş aparılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunan xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin ifadələrinin yerində yoxlanılması” haqqında protokoldan görünür ki, həmin tarixdə saat 12:00 radələrindən başlayaraq Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmışdır. Qeyd olunan istintaq hərəkəti zamanı iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPMdə göstərilən hüquq və vəzifələri izah edilmiş, daha sonra sonuncuya ifadəsində göstərdiyi xüsusatları əyani şəkildə yerində göstərməsi təklif edilmiş, Təqsirləndirilən şəxs ona edilmiş təkliflə razılaşmış və bundan ötrü Qəbələ rayon Çarxana və Qaradeyin kəndinə getmək lazım olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs dediyi və göstərdiyi marşrut üzrə Qəbələ rayon Çarxana kəndi ərazisinə çatdıqda Təqsirləndirilən şəxs həmin kənd ərazisində yerləşən bağ sahəsini, bağ sahəsinin kənarında yerləşən su kanalını göstərib bildirmişdir ki, 2024-cü ilin may ayında yabanı halda bitmiş çətənə kollarını yığıb qurutduğu yerdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin ərazidə bitən çətənə kollarına heç bir qulluq göstərməmişdir. Ardınca Təqsirləndirilən şəxs Qəbələ rayon Qaradeyin kəndinin giriş hissəsini, kənd daxili daşlı-çınqıllı yolu göstərərək bildirmişdir ki, 17 iyul 2024-cü il tarixdə üzərində yuxarıda qeyd edilən ərazidən yığıb qurudaraq əldə etdiyi qurudulmuş marixuana olan zaman polis əməkdaşlarının onu saxladığı ərazidir. Təqsirləndirilən şəxs bildirdi ki, polis əməkdaşları piyada şəkildə olan zaman ona yaxınlaşıb üzərində narkotik vasitə gəzdirməsində şübhəli olduğunu bildirmişlər, o da üzərində narkotik vasitə olduğunu bildirmiş, həmin narkotik vasitəni Qəbələ RPŞ-də təqdim edəcəyini xahiş etdiyi üçün onu Qəbələ RPŞ-nə gətirmişlər. Qəbələ RPŞ-də isə damalı kağızda şalvarının cibində olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzinin X9 təqdim etdiyi xx.xx.2024-cü il tarixli 3-16-16/2-17/635 saylı nömrəli rəyindən görünür ki: - Tədqiqata təqdim edilmiş, üzərində “İştirakçılar. Vəkil 1./imza/ Müdafiəçi... Şübhəli şəxs. 4/ /imza/ Təqsirləndirilən şəxs...” adlar və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd kağız bükümdə, təmiz çəkisi- 10,12 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Cinayət işi materiallarına əlavə edilmiş Qəbələ rayon X11 X5 Müdiri, cinayət işi üzrə mütəxəssis qismində tanınmış X7 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixlirəydə göstərilmişdir ki,həqiqətən 02 avqust 2024-cü il tarixdə Qəbələ rayon Çarxana kəndiərazisində bağ sahələrinin kənarında olan su kanalının yaxınlığında yabanı halda narkotik tərkibli bitkilərin yetişməsi üçün münbit torpaq sahəsi olub-olmamasını təftiş edilmişdir. Baxış zamanı məlum olmuşdur ki, həmin ərazidə arxların kənarında boş sahələrdə narkotik mənşəli çətənə bitkisi bitə bilər. Yabanı tərkibli narkotik mənşəli bitkilərin yetişməsi üçün həmin ərazidə onlara hər hansı bir aqrotexniki qulluq göstərilməsi halı müşahidə edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli “maddi sübutun tanınması və saxlanca verilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 10,12 qram olmuş, 0,02 qramı tədqiqata sərf edildikdən sonra 10,10 qram qalmış marixuana sübut əhəmiyyəti kəsb etdiyindən ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmaqla saxlanması üçün Qəbələ RPŞ-nin maddi sübutların saxlama yerinə təhvil verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserindən daxil olmuş 03 sentyabr 2024-cü il tarixli 1475 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş Qəbələ RMX PHŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, 18-1-52/2-2102/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs RMX-nın PHŞnin poliklinika şöbəsinin psixiatriya və narkoloji kabinetlərində qeydiyyatda deyildir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Cinayət işi materiallarına əlavə edilmiş Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Çarxana kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-59-49/2-110/2024 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Cinayət işi materiallarına əlavə edilmiş Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Çarxana kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-59-49/2-112/2024 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı X2, oğlu X8 və gəlini X4 ibarətdir. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib saxlamaqla üzərində daşımasında təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, işdə olan xx.xx.2024-cü il tarixli ifadələrin yerində yoxlanılması protokolu, digər istintaq hərəkəti protokolları və maddi sübutla tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 12-ci bəndinə görə narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın xalis çəkisi cəmi 10,12 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmini peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını, həm də cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, ona ittiham edildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzasının təyin edilməsi əsaslı və ədalətlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Qeyd olunan hüquq normalarının məna və mahiyyətinə, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət məsuliyyətinin differensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Digər tərəfdən, CM-in 9-cu (Humanizm prinsipi) maddəsinə əsasən, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin diferensasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Qeyd olunanlara əsasən, belə nəticə hasil olur ki, bütün hallarda təqsirləndirilən şəxsə təyin edilən cəza heç bir mənada təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına sitəm vermək məqsədi daşımamalı, yalnız onun islah olunmasına xidmət etməlidir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması, əməlindən səmini peşman olması, yaşayış yeri üzrə müsbət xarakterli bir şəxs kimi səciyyələndirilməsi, məhkumluğunun olmaması, həmçinin aşkar edilmiş narkotik vasitə olan marixuananın çəkisinin 10,12 qram olmaqla ağır tərkibli narkotik vasitə olmaması və çəkisinin az olması (qurudulmuş marixuananın xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 5 qramdır ) məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi CM-in fundamental prinsiplərindən olan ədalət və humanizim pirinsipi baxımından kifayət qədər əsaslıdır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmənin gəldiyi qənaətə görə, törədilmiş əməllə müqayisədə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi işin faktiki hallarına uyğun gəlmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon icra və probasiya şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə Qəbələ rayon icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. İş materiallarında olan 17 iyul 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan göründüyü kimi, Təqsirləndirilən şəxs 17 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli isə 17 iyul 2024-cü il saat 14:10-dan hesablanmış, 19 iyul 2024-cü il tarixdə saat 12:00 radələrində barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də onun şübhəli şəxs qismində tutulduğu iki gün müddət Azırbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə hesablamaqla təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə istintaqında tədqiq olunmuş ibtidai istintaq zamanı təyin edilmiş narkoloji Dispanserinin rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, iş üzrə maddi sübut kimi tanınmış və Qəbələ rayon Polis şöbəsində saxlanılan bioloji ekspertizadan sonra qalmış 10,10 qram narkotik vasitə qurudulmuş marixuana hökm öz qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri cəmi 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs oğlunun 17 iyul 2024-cü il tarixdən 19 iyul 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi Narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi olan 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X3, kod 210005, VOEN **********, müxbir hesab AZE 41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************). İş üzrə maddi sübut kimi tanınmış və Qəbələ rayon Polis şöbəsində saxlanılan təmiz çəkisi 10,12 qram olmuş, 0,02 qramı tədqiqata sərf edildikdən sonra 10,10 qram qalmış qurudulmuş marixuanahökm öz qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə mülki iddia yoxdur. Hökm elan olunduğundan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №1(025)-30/2024
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-30/2024
09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver