Məhkəmə qərarları › İş №1(025)-31/2021

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-31/2021

31.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-31/2021 31.05.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Qafarlı Yelmar Elman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1997-ci ildə Qəbələ rayon Ziring kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, Qəbələ rayonu Zirik kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 30.12.2020-ci il tarixdə saat 23:30 radələrində nəqliyyat vasitələrini idarə etmə hüququ olmadan və yüngül dərəcəli sərxoş halda etibarnamə əsasında sahibliyində olan VAZ-2101 minik markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili Qəbələ rayonu Mirzəbəyli-Çuxur Qəbələ yerli əhəmiyyətli avtomobil yolunun Çuxur-Qəbələ kəndi ərazisindən keçən 6-cı kilometrliyində Mirzəbəyli istiqamətində saatda 90 km/saat sürətlə idarə etməklə hərəkətdə olarkən, “X21” Azərbaycan Respublikası qanununun 33-cü maddəsinin 4-cü hissəsinin, 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 37-ci maddəsinin 1-ci hissəsinin 8ci bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni, nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan, eləcə də hərəkətin təhlükəsizliyi üçün qorxu törədən, diqqəti və çevikliyi azaldan alkoqol təsiri altında idarə etməməli, nəqliyyat vasitəsini yaşayış məntəqəsi daxilində maksimum icazə verilən 60 km/saat sürətdən çox olmayan sürətlə hərəkət etdirməli, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olduğu halda, eyni zamanda avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməsi ilə əlaqədar hərəkətlərini vaxtında yerinə yetirməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, yuxarıda sadalanan yol hərəkəti qaydalarını pozaraq, nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan və alkoqol sərxoş halda, yaşayış məntəqəsi daxilində maksimum icazə verilən sürət həddini 30 km/saat həddində aşıb, saatda 90 km/saat sürətlə idarə edərək hərəkətdə olarkən diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırdığından yolun sağa tərəf təhlükəli döngəsində avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməsi ilə əlaqədar hərəkətlərini vaxtında yerinə yetirməyərək idarəetməni itirmiş, bununla əlaqədar avtomobili yolun hərəkət hissəsindən sol tərəfə çıxararaq ön hissəsi ilə yolun sol kənarındakı Çuxur-Qəbələ kənd sakini Zərərçəkmiş şəxs3 məxsus həyətyanı sahənin kənarına çəkilmiş daş hasara vurması nəticəsində ehtiyyatsızlığından avtomobildə arxa oturacaqda sərnişin qismində olmuş Zərərçəkmiş şəxs1 sağ dirsək və sol mil sümüyünün qapalı yerdəyişən sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran bədən xəsarəti, avtomobilin ön oturacağında digər sərnişin qismində olmuş Zərərçəkmiş şəxs2 üst dodağın ön orta hissəsinin əzilmiş-cırılmış yarası, alt çənənin ön səthinin sıyrığı və sol ayağın üst səthinin qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarəti yetirilməsinə, eləcə də Zərərçəkmiş şəxs3 məxsus həyətyanı sahənin hasarını zədələyərək sahibinə 120 (bir yüz iyirmi) manat dəyərində maddi ziyan vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi cinayətini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2020-ci ilin iyun ayında Lerik rayon Bülüdül kənd sakini X4 baş etibarnamə ilə 1700 manata Vaz 2101 minik markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil almış, lakin maddi vəziyyəti ilə bağlı avtomobili öz adına keçirə bilməmişdir. 30 dekabr 2020-ci il tarixdə axşam saatlarında həmkəndlisi X7 Qarabağ müharibəsindən geri qayıtmalı imiş, buna görə də onu qarşılamaq məqsədilə qeyd etdiyi avtomobillə onu qarşılayası imiş. Belə ki, Mamedi Qəbələ rayon Mirzəbəyli kəndində qarşılayıb evlərinə gətirməli imiş. Həmin gün saat təxminən 22 radələrində yaşadığı kənddə mağazadan bir ədəd təxminən 750 qramlıq spirtli olduğunu bildiyi “GO” enerji içkisi alıb içmiş, orada həmkəndlisi Rəvanla görüşmüş, Rəvan da onunla getmək istədiyini bildirdikdə etiraz etməmişdir. Mamedi götürməyə gedəndə digər həmkəndlisi Mamedin bibisioğlu Faiq də onunla getməli imiş. Buna görə də Faiqlə əlaqə saxlamış, Faiqi də evlərindən götürüb Mirzəbəyli kəndi istiqamətdə hərəkətə başlamışlar. Saat təxminən 23:30 radələri olarmış, özü avtomobili idarə etmiş, Faiq ön oturacaqda, Rəvan isə arxa oturacaqda oturmuşdur. Faiq ön oturacaqda nəsə telefonla məşğul imiş, rayonun Çuxur-Qəbələ kəndində asfalt örtüyün üzü Mirzəbəyli kəndi istiqamətində uzaq işıqda sağ hərəkət zolağı ilə təxminən 90 km/saat sürətlə hərəkətdə edirmiş. Hava şaxtalı olsa da, yol buz deyilmiş. Çuxur Qəbələ kəndində üzü Mirzəbəyli kəndi istiqamətdə sərt yol döngəsinə daxil olmuş, yol döngəsinə daxil olan kimi təxminən 25 metr məsafədə avtomobilinin hərəkət yolunda bir atın tam olaraq köndələn vəziyyətdə, başı yolun sağına, arxası yolun ortasına dayandığını görmüşdür. At hərəkət etmir, sadəcə olaraq dayanmışdır. Atı görən kimi avtomobilini yolun soluna, yəni, əks istiqamətli yola çıxartmış, lakin, avtomobilinin sürətinin yüksək olmasına görə avtomobili yola doğru sürüşmüşdür. Əks istiqamətli yolun soluna ehtiyat hissəyə çıxmış, lakin avtomobil ehtiyat hissə olan daşlıq yolda da dayanmayıb sürüşərək ön hissəsi yolun solundakı sahibini bilmədiyi bir şəxsin həyətinin kənarındakı daş hasara dəyərək hasarı qismən dağıdıb dayanmışdır. Atı görən kimi əyləci basmadan sadəcə olaraq əks istiqamətli yola çıxmış, avtomobili sürüşüb yolun solundakı ehtiyat hissəyə çıxanda ancaq tormozdan istifadə etməmiş, buna görə də hadisə yerində də tormoz izi olmamışdır. Bundan sonra avtomobilin içərisində qalmış, sağ qolundan və ayağından xəsarət almışdır. Qısa zamanda yoldan keçən tanımadığı şəxs avtomobilini saxlayaraq onları öz avtomobili ilə xəstəxanaya aparmağa başlamış, yarı yolda həmin şəxsin çağırdığı təcili tibbi yardım avtomobili ilə Qəbələ rayon xəstəxanasına getmişlər. Xəstəxanada onlara tibbi yardım edilmiş, həmçinin sərxoşluğu orada polis əməkdaşlarının iştirakı ilə müayinə edilmiş, yüngül dərəcəli sərxoş olduğu müyyən edilmiş, sərxoşluğunun müayinəsi ilə bağlı protokol da tərtib edilmiş, həmin protokolu imzalamışdır. Yol nəqliyyat hadisəsi 30 dekabr 2020-ci il tarixdə saat təxminən 23:30 radələrində baş vermiş, həmin yolda maksimum sürət həddi 60 km/saat olsa da tələsdiyi üçün avtomobili 90 km/saat sürətlə idarə etmişdir. İcazə verilən sürət həddi ilə avtomobilini idarə etsəydi o zaman avtomobilin sürətini azaldıb əks istiqamətli yola çıxaraq atın arxasından keçə biləcəkmiş. Yolda olan atın kimə məxsus olmasını bilməmiş, qırmızı-qara rəngli bir at olmuş, avtomobili ata toxunmamış və atla təmas olmamışdır. Avtomobilinin çırpıldığı hasar Qəbələ rayon Çuxur Qəbələ kənd sakini Amil adlı şəxsin olmasını sonradan bilmişdir. Avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi olmamış, hadisə nəticəsində sol qolundan və sağ ayağının diz hissəsindən xəsarət almışdır. Hadisə zamanı hava qaranlıq və gecə olduğundan orada kimsə olmamışdır. Yol nəqliyyat hadisəsi baş verən yol işıqlandırılmamış, avtomobili saz vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ondan şikayət və tələblərinin olmamasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafından başqa, aşağıdakı qeyd edilənlərlə sübuta yetirilir. Belə ki, Zərərçəkmiş şəxs1 məhkəmə baxış iclaslarında iştirak etməmiş, 16.05.2021-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında məhkəməyə ərizə təqdim edərək ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan edilərkən məlum oldu ki, Təqsirləndirilən şəxs həmkəndlisidir, onunla normal münasibəti vardır. 30 dekabr 2020-ci il tarixdə axşam saatlarında Sadiqlə yaşadığı Zirik kəndində kafenin qarşısında rastlaşmışlar. Sadiq özünə məxsus göy rəngli Vaz 2101 markalı avtomobillə digər həmkəndlisi Faiqlə birgə imiş. Onlardan hara getdiklərini soruşanda Sadiq rayonun Mirzəbəyli kəndinə getdiklərini, orada hərbi xidmətdən qayıdan Sərdar adlı şəxsin oğlunun qarşısına çıxaraq onu evlərinə gətirmək istədiklərini demişdir. Sadiqdən onu da aparmağı xahiş etmiş, Sadiq də razı olmuş, avtomobilə arxa oturacaqda əyləşmişdir. Saat təxminən 23 radələrindən sonra rayonun Çuxur Qəbələ kəndi ilə üzü Mirzəbəyli kəndi istiqamətdə hərəkət edirmişlər. Avtomobilin sürətinin neçə olmasını bilməmiş, ancaq nisbətən sürətli getdiklərini hiss edirmiş. Arxa oturacaqda yatırmış, yola baxmırmış. Çuxur-Qəbələ kəndində qəflətən avtomobilin zərbə ilə dəyməsini hiss etmiş, avtomobilin Çuxur Qəbələ kəndində yolun soluna çıxaraq daş hasara çırpılaraq dayandığını görmüş, sonra baş verənləri tam xatırlamamışdır. Özünü bir də Qəbələ rayon xəstəxanasında görmüş, sonradan Sadiqdən eşitmiş ki, Çuxur Qəbələ kəndində yolla getdiyikləri zaman avtomobilin qarşısına yola at çıxmış və Sadiq də atdan yayınmaq istədikdə idarəetməni itirib, avtomobil daş hasara dəymişdir. Hadisə zamanı sağ və sol qolundan xəsarət almış, qolu sınaraq əməliyyat olunmuşdur. Eyni zamanda Zərərçəkmiş şəxs2 məhkəmə baxış iclaslarında iştirak etməmiş, 16.05.2021-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında məhkəməyə ərizə təqdim edərək ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan edilərkən məlum oldu ki, Təqsirləndirilən şəxs həmkəndlisidir, onunla normal münasibəti vardır. 30 dekabr 2020-ci il tarixdə axşam saatlarında bibisioğlu Mamed Mehdiyev ona zəng edərək səfərbərlikdən qayıtdığını, Mirzəbəyli kəndinin yuxarı hissəsində onu düşürəcəklərini deyib oradan onu götürməyini xahiş etmişdir. Razı olmuş və yaşadığı Zirik kəndinin mərkəzinə gəlmiş ki, oradan taksi tapıb bibisioğlunu götürüb evlərinə aparsın. Kənd mərkəzində Sadiqlə rastlaşmış, Sadiq özünün Vaz 2101 markalı avtomobili ilə imiş. Sadiqə bibisioğlunu götürmək üçün müraciət etmiş, həmin vaxt Sadiqin nəsə narahat, sərxoş olmasını hiss etmiş, ancaq Sadiqin sərxoşluğu hiss edilsə də tam olaraq özündə imiş, artıq hərəkət etmirmiş. Sadiq razı olmuş və Sadiqin avtomobilinə oturmuşlar. Sadiq avtomobili idarə edirmiş, özü ön oturacaqda oturmuş, orada olan kənd sakini Zərərçəkmiş şəxs1 da onlarla getmək istədiyini demiş, Sadiq razı olandan sonra o da arxa oturacaqda oturmuşdur. Saat təxminən 23 radələrindən sonra rayonun Çuxur-Qəbələ kəndi ilə üzü Mirzəbəyli kəndi istiqamətdə gedirmişlər. Avtomobilin sürətinin neçə olmasını bilməmiş, yola baxmadan özündə mobil telefonda məşğul imiş. Çuxur-Qəbələ kəndində hərəkətdə olan zaman qəflətən avtomobilin zərbə ilə harasa dəyməsini hiss etmiş, avtomobilin Çuxur-Qəbələ kəndində üzü Mirzəbəyli kəndi istiqamətdə yolun solunda daş hasara çırpılaraq dayanmış, bundan sonra oradan yol keçən tanımadığı şəxs hadisəni görüb yaxınlaşmış və onunla, həmçinin çağırılan təcili tibbi yardım avtomobili ilə Qəbələ xəstəxanasına müraciət etmişlər. Sonradan Sadiqdən eşitmişdir ki, Çuxur-Qəbələ kəndində yolla getdikləri zaman avtomobilinin qarşısına yola at çıxmış və Sadiq də atdan yayınmaq istədikdə idarəetməni itirmiş və avtomobil daş hasara dəymişdir. Hadisə zamanı üst dodağından, alt çənəsindən və sol ayağından yüngül dərəcəli xəsarətlər almışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 izahatında göstərdi ki, Çuxur-Qəbələ kəndində ailə üzvləri ilə birgə yaşayır, atası vəfat etdiyindən təsərrüfatı ona qalmışdır. Yaşadığı ev və həyət sahəsi üzü Çuxur-Qəbələ-Mirzəbəyli yolunun Mirzəbəyli kəndi istiqamətində yolun tam olaraq sol kənarında yerləşir. Təqsirləndirilən şəxs əvvəllər tanımırmış. 30 dekabr 2020-ci il tarixdə saat təxminən gecə 12-yə qalmış evdə imiş. Bu zaman bayırda qapıdan guppultu səsi eşitmişdir. Nə baş verdiyini bilmək üçün dərhal bayıra çıxmış, bu zaman ** BE *** nömrəli, göy rəngli Vaz 2101 markalı avtomobilin həyətinin kənarındakı daş hasara dəyərək dayanmasını görmüşdür. Avtomobilin içərisində sürücü ilə birgə 3 nəfər varmış. Onlardan sərnişinin biri arxada, digəri isə qabaqda oturmuşdur. Dərhal həmin şəxsləri avtomobildən çıxarmağa başlamış, həmin vaxt yol keçən əvvəllər tanıdığı Tərlan adlı şəxs də avtomobilini saxlamış və yerə düşüb o ona kömək etməyə başlamışdır. Hər üç şəxsi avtomobildən çıxardıb oraya təcili tibbi yardım çağırmışlar. Ancaq tibbi yardım gələnə kimi Tərlan həmin şəxslərdən ikisini öz avtomobili ilə Qəbələ xəstəxanasına aparmış, digər vəziyyəti nisbətən yaxşı olan sərnişin isə orada qalmış, onu da Tərlan geri qayıdıb xəstəxanaya aparmışdır. Az sonra oraya polis əməkdaşları gəlmiş, hadisə yerini müayinə etmişlər. Sonradan avtomobilin sürücüsünün Sadiq adlı Zirik kənd sakini, sərnişinlərinin də onun həmkəndliləri Rəvan və Faiq olduğunu bilmişdir. Avtomobilin daş hasara çırpılması nəticəsində daş hasarın qismən dağılmış, hadisə nəticəsində ona təqribən 120 manat maddi ziyan dəymiş, sonradan hasarı təmir etmişdir. Bayıra çıxan zaman da orada at görməmiş, sürücü Sadiqi avtomobildən kömək edib çıxaran zaman ondan spirt iyinin gəlməsini hiss etmişdir. 19.05.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 31.12.2020-ci il tarixdə saat təqribən 00:30 radələrində Qəbələ rayon polis şöbəsinin növbətçi hissəsindən Qəbələ rayon Zirik kənd sakini olan 3 nəfər şəxsin Çuxur Qəbələ kəndində yol nəqliyyat hadisəsi zamanı xəsarət alaraq Qəbələ rayon diaqnostika mərkəzinə müraciət etməsi barədə məlumat daxil olmuş, dərhal hadisə ilə bağlı DYPB-nin digər əməkdaşı Şahid2la birgə Qəbələ rayon Çuxur Qəbələ kəndinə hadisə yerinə gəlmişdir. Hadisə yerində Vaz 2101 markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi üzü rayonun Mirzəbəyli kəndi istiqamətində yolun solundakı adını sonradan bildiyi Zərərçəkmiş şəxs3 məxsus həyətin kənarındakı daş hasara dəyib dayanmışdır. Hadisə yerində sürücü və sərnişinləri yox imiş, müstəntiq də hadisə yerinə gələrək hadisə yerini hal şahidlərinin iştirakı ilə müayinə edərək müəyyən ölçü işləri aparmış, lakin üzərindən uzun müddət keçdiyinə görə həmin ölçüləri xatırlamır. Hadisə yerində olan hal şahidlərindən biri Şahid1 bildirmişdir ki, hadisə baş verəndən sonra o idarə etdiyi avtomobillə yol keçən zaman onları görmüş və öz avtomobili, həmçinin təcili tibbi yardım avtomobil ilə Qəbələ rayon diaqnostika mərkəzinə aparmışdır. Baxışda həmçinin Zərərçəkmiş şəxs3 da iştirak etmiş, sonra hal şahidi Şahid1la birgə Qəbələ rayon diaqnostika mərkəzinə xəsarət alan şəxslərdən xəbər bilmək üçün gəlmişlər. Xəstəxanada xəsarət alan şəxslərin Qəbələ rayon Zirik kənd sakinləri Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Müstəntiq xəsarət almış şəxslərlə ilkin olaraq şifahi söhbət aparmış və Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 2101 markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobildə sürücü olduğunu, Qəbələ rayon Çuxur Qəbələ kəndindən üzü Mirzəbəyli kəndi istiqamətdə hərəkətdə olarkən avtomobilin yolun soluna çıxaraq daş harasa dəydiyini, nəticədə sürücü və sərnişinləri Faiq və Rəvan xəsarət aldıqlarını müəyyən etmiş, sürücü Təqsirləndirilən şəxs avtomobilinin qarşısına at çıxdığını demişdir. Sürücü Təqsirləndirilən şəxs sərxoş olması ondan gələn spirt iyindən hiss edilmiş, Təqsirləndirilən şəxs özü də spirtli içki içdiyini etiraf edərək sərxoş vəziyyətdə avtomobil idarə edərək yol nəqliyyat hadisəsi törətdiyini bildirmişdir. Oraya həkim narkoloq Sərxan Rüstəmov da dəvət edilmiş və ona təhkim olunmuş alkotest aparatı vasitəsi ilə Təqsirləndirilən şəxs sərxoşluğu hal şahidlərinin və həkim narkoloq Sərxan Rüstəmovun iştirakı ilə üfürmə yolu ilə müayinə edilmişdir. Sürücü Təqsirləndirilən şəxs sərxoşluq dərəcəsi 0,742 promil olduğu aşkar edilmiş, müstəntiq tərəfindən hal şahidlərinin, həkim narkoloqun, iştirakı ilə bu barədə protokol tərtib edilmiş və protokolu imzalamışlar. Həkim narkoloq Sərxan Rüstəmov da sərxoşluğun müayinə edilməsi ilə bağlı protokol tərtib edərək Təqsirləndirilən şəxs yüngül dərəcəli sərxoş olduğunu bildirmişdir. Sonradan inspektor Şahid2 xidmətinə davam etmək üçün xəstəxanadan çıxıb getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 oğlu Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 31 dekabr 2020-ci il tarixli baxış protokolundan görünür ki, hadisə yerinə baxış yerli əhəmiyyətli Mirzəbəyli-Çuxur Qəbələ avtomobil yolunun Çuxur Qəbələ kəndindən keçən 6-cı kilometrliyində üzü Qəbələ rayonu Mirzəbəyli kəndi istiqamətində aparılmışdır. Hadisə yerinə baxış zamanı məlum olmuşdur ki, yol-nəqliyyat hadisəsi baş vermiş yer yerli əhəmiyyətli Mirzəbəyli-Çuxur Qəbələ avtomobil yolunun Çuxur Qəbələ kəndindən keçən 6-cı kilometrliyində yerləşir, yol Çuxur Qəbələ kəndi istiqamətində və Mirzəbəyli kəndi istiqamətində olmaqla iki istiqamətlidir, hər iki yolu bir-birindən düz ağ rəngli xətt ayırır. Hadisə Mirzəbəyli kəndi istiqamətinə nəqliyyat axınının nəzərdə tutulan hərəkət hissəsində baş vermişdir. Yolun ümumi eni 6 metrdir, hər iki hərəkət hissəsində isə 3 metr təşkil edir. Yolun sağı və solu ehtiyat hissə daşlıq-çınqıllıqdır, həmçinin kənd tipli tikililər və hasarlar vardır. Hadisə baş verən yol sağa döngəli olmaqla 1,11.1 nişanının təsiri altındadır. Bundan əlavə olaraq, yolun Çuxur Qəbələ kəndi istiqamətində 1,20 piyada keçidi xəbərdarlıq nişanı olsa da, Mirzəbəyli kəndi istqamətində qeyd edilən nişan yoxdur. Hadisə yerində görünüş məsafəsi 65 metr təşkil edir. Yolun sağında ehtiyat hissə 1 metr, solunda isə ehtiyat hissə isə 2 metr təşkil edir. Yolun sağında su kanalı vardır. Sürücü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə Mirzəbəyli kəndi istiqamətdə hərəkətdə olarkən yolun sağındakı daş hasara çırpılmışdır. Sürücü Təqsirləndirilən şəxs avtomobillə vurduğu hasar yol kənarından 30 sm solda yerləşir. Hadisə yeri yaşayış məntəqəsi daxili olmaqla maksimum sürət həddi 60 km/saatdır. Hadisə yerində Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə aid tormoz izi aşkar edilməmişdir. Yol nəqliyyat hadisəsi baş verən yol işıqlandırılmır. Baxış protokolu hal şahidləri və iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 25 yanvar 2021-ci il tarixli “avtomobilə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, 30 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Qəbələ rayon Çuxur Qəbələ kəndində idarə etdiyi Vaz 2101 minik markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə maneəni vurmaqla törətdiyi yol nəqliyyat hadisəsi ilə bağlı sonuncunun avtomobilinə Qəbələ şəhəri Z.Əliyeva küçəsində olan fərdi sahibkar Fərhad Yusibova məxsus avtomobil təmiri sexində baxış keçirilmişdir. Baxışın keçirilməsində məqsəd yol nəqliyyat hadisəsi baş vermə mexanizminə uyğun olaraq avtomobilin hansı hissələrinin əzilməsini müəyyən etmək olmuşdur. Baxış zamanı müəyyən edilmişdir ki, Vaz 2101 minik markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq buferi, kapotu əzilmiş, mühərrikxana isə sıxılmış vəziyyətdə avtomobilin salonuna doğru meyillənmişdir. Yol nəqliyyat hadisəsinin baş vermə mexanizminə uyğun olaraq avtomobilin ön sol işığı və qabaq sol təkəri əzilmiş formada avtomobilin içərisinə doğru sıxışmışdır. Həmçinin, avtomobilin qabaq ön şüşəsi, yəni podpresi sınmışdır. Sükan isə avtomobilin salonuna sürücü oturacağına doğru hərəkət edərək əhəmiyyətli dərəcədə əzilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 28.01.2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyi Qəbələ rayon şöbəsinin 24 saylı ekspertiza rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində sağ dirsək və sol mil sümüyünün qapalı yerdəyişən sınığı kimi xəsarəti vardır. Həmin xəsarətlər küt alətin (əşyaların) təsirindən qərarda göstərilən tarixdə və şəraitdə yəni, 30 dekabr 2020-ci ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmanın əlamətlərinə aiddir. Cinayət işinin materiallarına əlavə edilmiş 19.02.2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyi Qəbələ rayon şöbəsinin 37 saylı ekspertiza rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 Məhəmmədli oğlunun bədəni üzərində üst dodağın ön orta hissəsinin əzilmiş-cırılmış yarası, alt çənənin ön səthinin sıyrığı və sol ayağın üst səthinin qançırı kimi xəsarəti vardır. Həmin xəsarətlər küt alətin (əşyaların) təsirindən qərarda göstərilən tarixdə və şəraitdə, yəni 30 dekabr 2020-ci ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə aiddir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirlyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi 31 mart 2021-ci il tarixli 8/519 saylı ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Vaz 2101 minik markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X21” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “X21” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hrəkətlərində X21” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Çuxur Qəbələ kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin təqdim etdiyi arayışdan görünür ki, 30 dekabr 2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı Qəbələ rayon Çuxur-Qəbələ kənd sakini Zərərçəkmiş şəxs3 həyətinin kənarındakı daş hasarın dağılması nəticəsində ona 120 manat maddi ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 31.12.2020-ci il tarixli “sərxoşluq vəziyyətinin müayinə edilməsi” haqqında protokoldan görünür ki, baş vermiş yol nəqliyyat hadisəsindən sonra hal şahidlərinin və həkim narkoloq X6 iştirakı ilə sürücü Təqsirləndirilən şəxs sərxoşluq vəziyyəti Qəbələ RPŞ-nin DYPB-nin inspektoru Şahid3 həvalə edilmiş SN:642569 nömrəli, Model ACE Z-Series markalı alkotest vasitəsi ilə üfürmə yolu ilə yoxlanılmış və Təqsirləndirilən şəxs sərxoşluq vəziyyətinin 0, 742 promil olduğu müəyyən edilmişdir.İştirak edən həkim narkoloq qeyd edilən ölçünün yüngül dərəcəli sərxoşluq vəziyyətinə uyğun gəldiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Qəbələ rayonu mərkəzi xəstəxanasından təqdim edilmiş 495 saylı “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolun”da Təqsirləndirilən şəxs oğlunun yol nəqliyyat hadisəsi baş verən zaman yüngül dərəcəli sərxoş olması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 18 fevral 2021-ci il tarixdə 10 nömrəli yol istismarı MMC-dən daxil olmuş məktubda göstərilmişdir ki, yol nəqliyyat hadisəsi baş verən yerdə döngənin başlanğıc və son nöqtələri arasındakı məsafə Ə=56 m, radiusu R=3 m, dönmə bucağı a=61 dərəcədir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Qəbələ RPŞ-nin DYPB-nin rəisi Aydın Heydərovun 03.02.2021-ci il tarixli raportundan görünür ki, Qəbələ rayon Zirik kənd sakini Təqsirləndirilən şəxs adına X12 sürücülük vəsiqəsi qeydiyyata alınmamışdır və Vaz 2101 markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə 16.06.2020-ci il tarixdən 16.06.2021-ci il tarixədək adına etibarnamə mövcuddur. Barəsində 24.09.2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsi ilə AP0068001 saylı inzibati protokol tərtib edilmişdir. Bundan əlavə olaraq Qəbələ rayon Çuxur-Qəbələ kənd ərazisində icazə verilən maksimum surət həddi 60 km/saatdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 18.02.2021-ci il tarixli Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X18 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” X17 daxil olmuş 3/215 nömrəli məktuba əsasən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs Qəbələ RMX PHŞ-nin Polikilinika şöbəsinin “narkoloji və ya ruhi əsəb” kabinetində qeydiyyatda deyildirlər. İş materiallarına əlavə edilmiş AD seriyalı 646217 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Vaz-2101” minik markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil X8 məxsusdur. İş materiallarına əlavə edilmiş 16.06.2020-ci il tarixdə verilmiş etibarnamənin surətindən görünür ki, X10 “Vaz-2101” minik markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili 16.06.2021-ci il tarixə kimi sürücülük hüququ olduqda idarə etməyi Təqsirləndirilən şəxs etibar etmişdir. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin – Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyləri, hadisə yerinə baxış protokolu və digər sübutlarla tam təsdiq edilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsinə əsasən, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “X21” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələbinə əsasən, sürücülük vəsiqəsini (fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün icarə və ya digər əşya hüquqlarına dair müqaviləsini, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini), sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış olduqda isə onu əvəz edən xüsusi arayışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası müqaviləsinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanmasını təsdiq edən icbari sığorta şəhadətnaməsini, nəqliyyat vasitələrindən kommersiya məqsədləri üçün istifadə edildikdə xüsusi razılıq və ya yol (marşrut) vərəqəsini və daşınan yüklərə dair sənədləri özündə saxlamalıdır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 12-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «X21» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yolnəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir.» Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə təqdim edilmiş ərizələrindən görünür ki, onların təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Qəbələ rayon Zirik kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 09.02.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İş materiallarına əlavə edilmiş Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Zirik kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 09.02.2021-ci il tarixli, 41 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi nənəsi 1952-ci il təvəllüdlü X14, atası 1975-ci il təvəllüdlü X15, anası 1974-cü il təvəllüdlü Həmzəyeva Kifayət Əhmətxan qızı, qardaşı 1998-ci il təvəllüdlü X13, bacısı 2000-ci il təvəllüdlü X11, arvadı 1999-cu il təvəllüdlü X3 ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşiman olmasını, zərərçəkmiş şəxslər ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanın tamamilə aradan qaldırılmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində məhkəmə Azərbaycan Respublikası CM-in 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünşülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 56.1.1 və 56.1.2-ci maddələrinə əsasən, azadlıqdan məhrum etmə növündə cəzanın ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-məntəqə tipli cəzaçəkmə müəssisələrində; qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sanksiyasının göstərişinə əsasən, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin onun təqsirli bilindiyi 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə əsas cəza, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəza təyin olunmalı, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərkən, maddi sübut qismində tanınmış “Vaz-2101” minik markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibnə qaytarılmasını nəzərə alır. İş üzrə ekspertiza xərci 100 manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata düşdüyü vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış “Vaz-2101” minik markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan 100 (bir yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X5, kod 210005, VOEN **********, müxbir hesab AZE 41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************). İş üzrə mülki iddia yoxdur. Hökm elan olunduğundan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar