Məhkəmə qərarları › İş №1(025)-31/2022

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-31/2022

26.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-31/2022 26.10.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili X1 və təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1964-cü ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Aydınqışlaq kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 22 fevral 2022-ci il tarixdə saat 20:30 radələrində orta dərəcəli sərxoş vəziyyətdə Qəbələ rayonu, Böyük Pirəli kəndində “Ülvi” adlanan marketin qarşısında əhalinin sıx toplaşdığı ictimai yerdə heç bir səbəb olmadan cəmiyyətdə insanlar arasında təşəkkül tapmış əxlaq normalarına zidd davranış nümayiş etdirərək, orada Daxili İşlər Nazirliyinin xidməti geyim formasında olan Qəbələ Rayon Polis X5 müstəntiqi, polis baş leytenantı Zərərçəkmiş şəxs1 yaxınlaşıb, sonuncunun ona və övladlarına güldüyünü əsassız olaraq bəhanə gətirərək, Zərərçəkmiş şəxs1 ünvanına ucadan söyüşlər söymüş, Zərərçəkmiş şəxs1 ona iradını bildirib nizam-intizama dəvət etdikdə ətrafa toplaşan qeyri-müəyyən sayda şəxslərə qarşı etinasızlıq və laqeydlik nümayiş etdirərək, cəmiyyətdə qəbul edilmiş ümumi davranış və əxlaq normalarını pozub, habelə özünü ətrafdakıların fövqündə qoymaqla əvvəlcə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə zərbələr endirib, onun şəxsiyyəti üzərində zor tətbiq edərək sonuncuya sağ əlin 4-cü barmağının orta falanqasının üst səthinin, həmin əlin 2-ci daraq sümüyünün üst hissəsinin, sağ mi-bilək oynağının iç səthinin səthi kəsilmiş zədələri, sol baldırın bayır orta 1/3-nin və sol çiyinin ön səthinin qançırı, dərəcəsi təyin edilməyən xəsarətlər yetirib, idarə etdiyi və hadisə zamanı silah qismində istifadə etdiyi «VAZ-21099» markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasına əyləşib həmin avtomobili Zərərçəkmiş şəxs1 və onun idarə etdiyi «Mersedes Benz» markalı avtomobilin üzərinə sürərək, avtomobillə onu vurub xəsarət yetirməyə, həmçinin sonuncuya məxsus avtomobili vurub zədələməyə cəhd etmiş, onun davam edən xuliqanlıq hərəkətlərinin qarşısının alınması üçün hadisə yerinə gələn və onun tərəfindən ictimai qaydanın pozulmasının qarşısını almaq üçün avtomobildən düşürməyə cəhd edən hakimiyyət nümayəndəsi, Qəbələ Rayon Polis X7 polis nəfəri vəzifəsində işləyən, polis kiçik serjantı, Qəbələ rayonu, Böyük Pirəli kənd sakini Zərərçəkmiş şəxs2 avtomobilində saxladığı zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərürüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağıı ilə vuraraq, Zərərçəkmiş şəxs2 sağ əlinin üst səthinin kəsilmiş yarası, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğu üçün sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə və ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə silah qismində istifadə olunan bıçaq və idarə etdiyi avtomobildən istifadə edib xüsusilə qərəzli xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Qəbələ rayon Aydınqışlaq kənd sakini Zərərçəkmiş şəxs1 və Qəbələ rayon Böyük Pirəli kənd sakini Zərərçəkmiş şəxs2 tanıyır, onlarla əvvəllər heç bir ədavət və düşmənçiliyi yoxdur. 22 fevral 2022-ci il tarixdə axşamtərəfi evdə özü üçün təxminən 200 qram spirtli içki olan araq içdi. Bundan sonra saat 20 radələrində fiziki cəhətdən xəstə olan övladı birinci qrup əlil Deniz Aslanov və nevroloji xəstə, ikinci qrup əlil Ağalar Aslanovla birgə Böyük Pirəli kəndinə “Ülvi” adlı mağazaya gəlirdilər ki, oradan bəzi şeylər alsınlar. Özünə məxsus Vaz 21099 markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobillə həmin mağzaya gəlmişdi. Mağazanın qarşısında avtomobili saxladı və Denizlə birgə avtomobildən yerə düşdülər, Ağalar isə avtomobildə oturmuşdu. Mağazadan çıxıb qayıdan zaman yaxın məsafədə Mersedes markalı avtomobildə sükan arxasında dayanmış, avtomobildə oturmuş həmkəndlisi İlqarın oğlu Zərərçəkmiş şəxs1 var idi. Aralarında təxminən 10 metr məsafə var idi. İlkinin avtomobili mağaza qarşısında olduğu üçün üzü aydın görünürdü. İlkinin yanında bir nəfər əvvəllər tanımadığı oğlan var idi. İlkin onları görəndə biraz səsli lağ kimi gülməyə başladı və onlara baxırdı. İlkinin ona və xəstə uşaqlarına güldüyünü güman etdi. Ancaq İlkinin nə danışıb güldüyünü xatırlamırdı. İlkinin belə gülməsinə görə acığı tutdu və avtomobildən İlkinə sükan tərəfdən yaxınlaşıb ona bildirdi ki, “utanmrsanmı?nəyə gülürsən”? İlkin yenə də gülməyə davam edərək yerə düşdü və oğlu Deniz bu zaman İlkinə irad bildirmək üçün onun üzərinə getdi. İlkinin üzərinə yeriyib İlkinə tərəf təpik atdı və təpik İlkinin qarın nahiyyəsinə, həmçinin təpiklərdən biri sağ və ya sol olduğunu bilmədiyi ayağına dəydi. Həmçinin, İlkinə əl qol ataraq vururdu. Daha sonra İlkin oradakı mağaza tərəfə getdi, lakin İlkinin arxası ilə getmədi. Bayırda övladları ilə birgə dayanmışdı. İlkin mağazadan çıxaraq onu mobil telefonla çəkiliş etməyə başlayanda o, İlkinin bu hərəkətinə görə əsəbiləşdi. İlkini vurmaq və çəkiliş aparmaması üçün İlkinin üzərinə gedirdi. İlkin isə hər dəfə kənara çəkilirdi .Buna görə də qərara aldı ki, Vaz 21099 markalı avtomobilinə minərək avtomobili İlkinin üzərinə sürün. Avtomobilinə oturub avtomobilini İlkinin üzərinə sürdükdə İlkin kənara çəkilərək yayındı. Bu zaman İlkinin avtomobilini dayanmış vəziyyətdə görərək avtomobilini İlkinin avtomobilinin üzərinə idarə edəndə İlkinin avtomobili hərəkətə gələrək oradan bir qədər uzaqlaşdı. Belə ki, İlkin özü yerdə olsa da avtomobilində onun tanımadığı, ancaq adını sonradan bildiyim Şahid2 var idi. Avtomobilini həmin oğlan idarə edərək oradan uzaqlaşırdı. Bir neçə dəfə avtomobilini İlkinin Mercedes markalı avtomobilinin üzrinə idarə etsə də hər dəfə həmin avtomobil uzaqlaşıb oradan kənarda dayanırdı. Avtomobilini İlkinin avtomobilinin üzərinə idarə edəndə İlkin onun avtomobilinin qabaq sağ sərnişin tərəfdən olan şüşəsinə yaxınlaşaraq avtomobilini idarə etməyə mane olmaq istədi. Avtomobili irəli sürəndə İlkin əllərini irəli verərək mane olmaq istədi, avtomobilinin qabaq sağ tərəfdən olan şüşəsi sındı. Lakin İlkinin həmin vaxt xəsarət alıb almadığını bilmədi. Bu zaman oraya kənardan bir mülki geyimli şəxs, adını sonradan bildiyi Elmin adlı cavan oğla yaxınlaşdı. Elmin də ona yaxınlaşaraq istədi ki, onun avtomobil sürməyinə mane olsun. İlkin də artıq sürücü oturacağı tərəfə gələrək onun avtomobili idarə etməyinə mane olmaq istəyirdir. Elmin ona mane olmaq üçün əlləri ilə onun gövdəsində tutdu. Sükan arxasında oturulu vəziyyətdə idi. Həmin vaxt avtomobilində meyvə soymaq, çörək doğramaq və sair təsərrüfat işləri üçün ötürmələr qutusunun yanında saxladığı dəstəyi sarı rəngli, açılıb-qatlanmayan bıçağı götürüb Elminin sağ və ya sol olduğunu bilmədiyi əlinin üzərindən iti kəsici hissəsi ilə çəkdi ki, onu buraxsın və onun avtomobili idarə etməyinə imkan versin. Həmin bıçağı orada olan Zərərçəkmiş şəxs1 onun əlindən aldı və bundan sonra Elmin onu buraxdı və mən sükan arxasından yerə düşdü. Orada da yenə də İlkin və Elminlə aralarında mübahisə davam edirdi. İlkinin və Elminin ünvanına, həmçinin ünvansız olaraq ucadan nalayiq söyüşlərə davam edirdi. Bu zaman oraya rayon polis şöbəsindən avtomobil gəldi və onu həmin avtomobillə Qəbələ rayon polis şöbəsinə gətirdilər. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyləri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 19:30 radələrində işlədiyi Qəbələ RPŞ-dən çıxıb evə gedən zaman yaşadığı Qəbələ rayon Aydınqışlaq kəndinin giriş hissəsində rayonun Böyük Pirəlli kəndi ərazisində yerləşən “Ülvi” adlı marketin qarşısında özünə məxsus Mersedes Benz C 200 minik markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində sinif yoldaşı Şahid1 ilə birlikdə söhbət edən zaman əvvəlcədən tanıdığı, əvvəllər aralarında heç bir ədavət və düşmənçilik olmamış həmkəndlisi Təqsirləndirilən şəxs avtomobilin yanına yaxınlaşaraq onu və ətrafdakı şəxsləri əvvəlcə ucadan nalayiq ifadələrlə təhqir etdi, o, əvvəlcə Dursunun içkili olduğu üçün sözlərinə məhəl qoymasa da, sonradan ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduğunu görərək avtomobilindən yerə düşüb Təqsirləndirilən şəxs nizam-intizama dəvət etsə də Təqsirləndirilən şəxs onun sözlərinə məhəl qoymayaraq ucadan ünvanlı-ünvansız nalayiq ifadələri işlətdirdi, o, yenə də Dursunu nizamintizama dəvət etdi, lakin Təqsirləndirilən şəxs yenə də nizam intizamlı olmurdu və nalayiq ifadələrinə davam edirdi. Dursunun nə üçün belə hərəkət etməsini bilmirdi, ancaq Dursunun sərxoş olması aşkar hiss edilirdi. Daha sonra Təqsirləndirilən şəxs öz avtomobili istiqamətində getdi, o isə yaxınlıqdakı Şahid2 işlədiyi marketə daxil oldu. Lakin bayırdan ucadan Təqsirləndirilən şəxs söyüş səsləri gəlirdi, belə ki ucadan nalayiq ifadələr işlədir və ictimai qaydanı kobud şəkildə pozurdu. Mağazadan bayıra çıxdı avtomobilinə tərəf gedərək mobil telefonun videokamera hissəsini açıb Təqsirləndirilən şəxs ictimai qaydanı kobud şəkildə pozan hərəkətlərini çəkməyə başladı. Bu zaman isə Təqsirləndirilən şəxs onu nalayiq ifadələrlə təhqir etdi, onun üzərinə hücum çəkib, ona əl-qol,təpik ataraq onu vurmağa başladı. Atdığı təpiklərdən biri oun sol ayağının baldır hissəsindən, əl qol isə onun çiyin nahiyyəsindən, həmçinin bədəninin digər yerlərinə dəyirdi. Hər dəfə Təqsirləndirilən şəxs öz iradlarını və ona nalayiq ifadə işlədərək ictimai qaydanı pozmamasını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs yenə də nalayiq formada hərəkətlərini davam etdirdi. Daha sonra Təqsirləndirilən şəxs özünün idarə etdiyi VAZ21099 minik markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin sükan hissəsinə əyləşərək həmin avtomobili ona məxsus Mersedes Benz C 200 minik markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə sürərək ziyan yetirmək istədi. Avtomobil üzərinə gəldikdə kənara çəkilir, avtomobilin onu vurmasından yayınırdı. Dursunun onu avtomobillə vura bilmədiyinə görə Dursunun avtomobilinə ziyan vura biləcəyinə görə yaxınlıqda olan Şahid2 avtomobilini orada uzaqlaşdırmasını istədi. Şahid2 onun avtomobilini kənd daxili yoldan bir qədər kənara uzaqlaşdıran zaman Təqsirləndirilən şəxs yenə də idarə etdiyi VAZ 21099 markalı avtomobil ilə onun avtomobilinin arxası ilə kənd daxili yolda sürətli sürdü, o, Təqsirləndirilən şəxs onun avtomobilinə ziyan yetirə biləcəyini görüb dərhal qaçaraq Dursun adlı şəxsin avtomobilinin qabaq sol tərəfdən yanına yaxınlaşdı ki Dursunun avtomobili idarə etməsinə mane olsun. Bu zaman Təqsirləndirilən şəxs avtomobili onun üzərinə sürdü, nəticədə o, özünü müdafiə etmək məqsədi ilə əllərini qarşıya edən zaman onun sağ əli Təqsirləndirilən şəxs avtomobilinin qabaq sağ sərnişin oturacağının qapısının şüşə hissəsinə dəydi. Şüşə sınaraq əl nahiyyəsini kəsib xəsarət yetirdi. Həmin vaxt hadisə yerində olan mülki geyimdə polis işçisi Zərərçəkmiş şəxs2 münaqişəni görüb Təqsirləndirilən şəxs avtomobili idarə etməsinin qarşısını almaq məqsədi ilə avtomobilin sürücü oturacağı tərəfdən yaxınlaşıb Təqsirləndirilən şəxs qanunsuz əməllərindən çəkindirmək məqsədi ilə Dursunu avtomobildən düşürməyə cəh etdi. Onun da əlindən qan axırdı və o da Dursunun avtomobilinə sürücü tərəfdən yaxınlaşdı. Elmin isə Dursunun bədənindən tutmuş və Dursunu yerə düşürtmək istəyirdi. Dursunun əlləri boş idi. Həmin vaxt Dursun avtomobilin salonundan tam xatırlamadığı yerdən bıçaq götürüb həmin bıçaqla Zərərçəkmiş şəxs2 sağ əlinin üzərini kəsdi. Həmin vaxt Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs buraxdı. Dursun bıçağı qabaq oturacağın üzərinə qoymuşdu. Bıçağı Dursunun avtomobilindən götürdü, Elmin isə dərhal rayon polis şöbəsinin növbətçi hissəsinə zəng edərək məlumat verməsini bildirdi. Zərərçəkmiş şəxs2 isə Növbətçi Hissəyə zəng edərək bu barədə məlumat verdi. Hadisə yerinə polis əməkdaşları gələrək Təqsirləndirilən şəxs Növbətçi Hissənin avtomobili ilə polis şöbəsinə apardılar. O, da polis şöbəsinə gələrək baş vermiş hadisə barədə raportla məruzə etdi, həmçinin, Dursunun Elminə xəsarət yetirdiyi bıçağı raportuna əlavə etdi. Sonda isə Təqsirləndirilən şəxs şikayətçi olduğunu, onunla qəti olaraq barışmayacağını və ona qarşı daha ağır cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 19:00 radələrində işlədiyi Qəbələ RPŞ-dən çıxıb evə getmiş, polis geyim formasını dəyişmiş, çörək yedikdən sonra saat 20:00 radələrində yaşadığı Qəbələ rayon Böyük Pirəlli kəndində yerləşən evdən çıxıb həmin kəndin mərkəzi hissəsində asfalt örtüklü yola yaxın hissədə yerləşən “Ülvi” adlı marketə alver etmək məqsədi ilə getmişdir. Saat 20:00 radələrində marketin qarşısına çatmış, həmin vaxt marketin qarşısında təxminən 7-8 nəfər şəxsin olduğunu və bir nəfər əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs adlı şəxsin ucadan nalayiq ifadələr işlətdiyini, orada polis geyim formasında olan Qəbələ RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı, Zərərçəkmiş şəxs1 isə Durusnu nizam-intizama dəvət etdiyini, lakin Təqsirləndirilən şəxs əksinə Zərərçəkmiş şəxs1 ünvanına söyüşlər söydüyünü, eləcə də Zərərçəkmiş şəxs1 üzərinə hücum çəkərək İlkinin sinə nahiyyəsindən yumruqla, ayaq nahiyyəsindən isə təpiklə vurduğunu gördü. Bir polis əməkdaşı kimi orada ictimai qaydanı kobud şəkildə pozan Təqsirləndirilən şəxs yanına yaxınlaşmış, o, əvvəlcə polis əməkdaşı olduğunu bildirmiş və daha sonra polis vəsiqəsini çıxararaq Təqsirləndirilən şəxs göstərmişdir. Lakin Təqsirləndirilən şəxs heç nəyə məhəl qoymamış, yenə də Zərərçəkmiş şəxs1, ümumiyyətlə polis əməkdaşlarınının ünvanına nalayiq ifadələr işlədirmiş. Həmçinin, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 üzərinə hücum edir, İlkinə əl-qol atırdı. Artıq o, bunları görüb və Təqsirləndirilən şəxs nizam-intizama gəlmədiyinin şahidi olub Qəbələ RPŞ-nin Növbətçi Hissəsinə zəng edərək məlumat vermişdir. Lakin Təqsirləndirilən şəxs yenə də öz əməllərindən əl çəkməmişdir. Bu səbəbədən Zərərçəkmiş şəxs1 öz mobil telefonu ilə Təqsirləndirilən şəxs ictimai qaydanı kobud şəkildə pozan hərəkətlərini video çəkirdi. Həmçinin Təqsirləndirilən şəxs bu hərəkətlərinə kənardan digər şəxslər də gəlib şahid olmuşlar. Bundan sonra Təqsirləndirilən şəxs Ülvi adlı marketdən təxminən 50-60 metr məsafə uzaqlaşaraq özünün VAZ21099 minik markalı, ** MB *** dövlət qeydiyyat nişanlı avtomobilinin yanına getmiş və avtomobilinə əyləşmişdir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs məxsus VAZ21099 markalı avtomobilə oturduğunu görüb orada olan Şahid2 tapşırmışdır ki, ona məxsus olan Mersedes Benz C 200 minik markalı, ** ST *** dövlət qeydiyyat nişanlı avtomobili oradan kənarlaşdırsın. Çünkü Zərərçəkmiş şəxs1 özü Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərini çəkirdi. Təqsirləndirilən şəxs öz avtomobilinə əyləşmiş və arxa-arxaya sürətli şəkildə avtomobili idarə etmiş, bu zaman isə Zərərçəkmiş şəxs1 avtomobilini idarə edən Şahid2 İlkinin avtomobilini kənara çəkmişdir ki, Təqsirləndirilən şəxs avtomobili vura bilməsin. Təqsirləndirilən şəxs məqsədi Zərərçəkmiş şəxs1 Mersedes markalı avtomobilinə ziyan yetirmək idi. Təqsirləndirilən şəxs içkili şəkildə avtomobili idarə etməsi ilə yanaşı Zərərçəkmiş şəxs1 avtomobilinə və özünə də ziyan yetirmək istəyirdi. Belə ki, Şahid2 hər hansı bir hadisənin qarşısını almaq məqasədi ilə Zərərçəkmiş şəxs1 Mersedes markalı avtomobilini idarə edərək asfalt örtüklü yola tərəf getdi. Bu zaman isə Təqsirləndirilən şəxs içkili şəkildə idarə etdiyi VAZ 21099 minik markalı, ** MB *** dövlət qeydiyyat nişanlı avtomobili ilə sürətli şəkildə Zərərçəkmiş şəxs1 avtomobilinin arxası ilə idarə etdi, hər iki avtomobil asfalt örtüklü yola çatmışdı, bunu gördükdə əvvəlcə Zərərçəkmiş şəxs1 daha sonra isə o, qaçaraq digər bir hadisənin baş verməməsi üçün həmin avtomobillərin yanına getdilər. Bunu görən Təqsirləndirilən şəxs asfalt örtüklü yoldan təkrar kənd daxili yola doğru Zərərçəkmiş şəxs1 üzərinə istiqamətləndirilmiş şəkildə avtomobilini idarə etmişdir. Zərərçəkmiş şəxs1 özünü müdafiə edərək əllərini qarşıya doğru etdi ki avtomobil ona dəyməsin, bu zaman isə Zərərçəkmiş şəxs1 əli avtomobilin qabaq sağ şüşəsinə dəydi, nəticədə Təqsirləndirilən şəxs avtomobilinin qabaq sağ şüşəsi sındı, daha sonra isə polis əməkdaşı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs içkili şəkildə avtomobili sürərək yenidən hər hansı bir hadisə törətməsinin qarşısını alımaq üçün Təqsirləndirilən şəxs avtomobilinin sükan hissəsinə yaxınlaşdı. Dərhal avtomobilin qapısını açaraq Təqsirləndirilən şəxs avtomobildən yerə düşürtməyə çalışdı, lakin Təqsirləndirilən şəxs yenə də avtomobili təkrar sürməyə çalışdı, o da buna görə dərhal Dursunu düşürtməyə çalışdı, əlləri ilə Dursunun gövdəsindən tutmuşdu.Bu zaman isə Təqsirləndirilən şəxs xatırlamadığı yerdən bıçaq götürüb bıçaqla onun sağ əlinin üst nahiyyəsini kəsdi. Əlindən qan axmağa başladı. Buna görə o da oradan uzaqlaşdı. Orada olan şəxslər onun kəsilmiş sağ əlini parça ilə sarıdılar. Daha sonra hadisə yerinə polis şöbəsindən əməliyyat qrupunun üzvləri gəldilər, bundan sonra Təqsirləndirilən şəxs avtomobilindən yerə endi, o, isə Dursunun avtomobilinə əyləşərək polis avtomobili ilə polis şöbəsinə apardı. Sonra xəstəxanaya getdi və əlinin üst nahiyyəsini tikdilər. Sonda isə Təqsirləndirilən şəxs şikayətçi olduğunu, onunla qəti olaraq barışmayacağını və ona qarşı daha ağır cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şahid2 Qurban oğlu ifadəsində göstərmişdir ki, Qəbələ rayonu Böyük Pirəlli kəndi ərazisində yerləşən “Ülvi” adlı marketdə satıcı işləyir. xx.xx.2022-ci il tarixdə saat 20-21 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs1 özünə məxsus Mersedes Benz C 200 minik markalı, ** ST *** dövlət qeydiyyat nişanlı avtomobil ilə onun işlədiyi Ülvi adlı marketə gəlmiş, marketdən bir ədəd çipsi və iki ədəd siqaret aldıqdan sonra özünə məxsus avtomobilə gedib əyləşmişdir. Təxminən iki dəqiqə sonra marketdən çölə çıxaraq Zərərçəkmiş şəxs1 yanına yaxınlaşmış, o, marketdən çıxan zaman yanında həmkəndlisi Səfa adlı şəxs də var idi. Bu zaman Zərərçəkmiş şəxs1 avtomobilindən təxminən 50 metr uzaqlıqda olan həmkəndlisi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 avtomobilinin yanına ucadan nalayiq ifadlər işlədə-işlədə gəlmişdir. Zərərçəkmiş şəxs1 avtomobilində imiş, İlkinin avtomobilinin qabaq sağ sərnişin oturacağında isə həmkəndlisi Şahid1 var imiş. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ünvanına və ünvansız ucadan nalayiq ifadələr işlədirmiş, lakin Zərərçəkmiş şəxs1 hələ də avtomobildən yerə düşməmiş, lakin Təqsirləndirilən şəxs artıq nalayiq ifadələri, söyüşləri ucadan şəkildə ağırlaşdırdığı üçün Zərərçəkmiş şəxs1 avtomobilindən yerə düşmüş və Təqsirləndirilən şəxs özünü təqdim edərək nalayiq ifadələri kəsməsini, sakit olmasını bildirərək nizam inzitazama dəvət etmiş, lakin bütün bunlara baxmayaraq Təqsirləndirilən şəxs içkili şəkildə Zərərçəkmiş şəxs1 üzərinə hücum çəkərək İlkinin sinə nahiyyəsinə yumruq, ayaq nahiyyəsinə təpiklə bir neçə dəfə vurmuş, lakin Zərərçəkmiş şəxs1 yenə də Dursunu nizam intizama dəvət etmiş və öz mobil telefonu ilə videolentə çəkiliş aparırmış. Daha sonra Təqsirləndirilən şəxs özünə məxsus VAZ21099 markalı, yaşıl rəngli avtomobilinə tərəf getmiş, avtomobilə əyləşən zaman isə Zərərçəkmiş şəxs1 ona bildirmişdir ki, avtomobilini oradan uzaqlaşdırsın, o, da ehtimal edirmiş ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 avtomobilinə ziyan yetirəcək, buna görə dərhal İlkinin avtomobilinə oturmuş və görmüşdür ki, Təqsirləndirilən şəxs özünə məxsus VAZ21099 markalı avtomobili Zərərçəkmiş şəxs1 avtomobilinin üzərinə istiqamətləndirilmiş şəkildə arxa-arxaya sürətli şəkildə idarə etmiş, dərhal İlkinin avtomobilini kənara çəkmiş, daha sonra isə oradan uzaqlaşmaq üçün asfalt örtüklü yola çıxmaq istəmiş, lakin Təqsirləndirilən şəxs da öz avtomobili onun arxasınca gəlirmiş. Dursunun fikri İlkinin avtomobilinə ziyan yetirmək imiş, bu zaman baş verənlərin qarşısını almaq üçün Zərərçəkmiş şəxs1 dərhal asfalt örtüklü yola Dursunun avtomobilinin qarşısına gəlmişdir ki, Dursun qanunsuz əməllərini dayandırsın. Lakin bu zaman Təqsirləndirilən şəxs avtomobili İlkinin üzərinə sürdüyünü görmüş və İlkinə məxsus avtomobili sürərək Zarağan kəndinə gətirib orada gizlətmişdir ki, Təqsirləndirilən şəxs avtomobilə ziyan yetirə bilməsin. Daha sonra isə təkrar hadsiə yerinə gələn zaman görmüşdür ki, hadisə yerində digər polis işçiləri var və Dursunu polis avtomobili ilə polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında şahid X8 ifadəsində göstərmişdir ki, 22 fevral 2022-ci il tarixdə saat 20- 21 radələrində rayon polis şöbəsində istintaq-əməliyyat qrupunda növbədə imiş. Bu zaman növbətçi hissədən rayonun Aydınqışlaq kəndi ilə Böyük Pirəlli kəndinin sərhədində hadisə baş verdiyini, Təqsirləndirilən şəxs adlı şəxsin rayon polis şöbəsinin əməkdaşları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı fiziki zor tətbiq etdiyini bildirmişlər. Dərhal, o, həmçinin digər iki polis əməkdaşı ilə birgə həmin yerə getmişlər. Hadisə yerinə çatdıqda orada Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, həmçinin oraya toplaşmış tanımadığı kənd sakinlərini görmüşdür. Təqsirləndirilən şəxs yerdə yaşıl rəngli Vaz 21099 markalı avtomobilin yanında dayanmışdı. Orada məlum olmuşdur ki, həmin avtomobil Təqsirləndirilən şəxs məxsusdur. Dursunun sərxoş olması hiss olunurdu. Belə ki, Dursun gah Zərərçəkmiş şəxs1 ünvanına, gah da Zərərçəkmiş şəxs2 ünvanına, həmçinin ünvansız nalayiq söyüşlər söyürmüş. Zərərçəkmiş şəxs2 sağ əli ağ parça ilə sarıqlı imiş, Zərərçəkmiş şəxs1 isə polis geyim formasında imiş və onun sağ əlindən qan axırmış. Onrladan nə baş verdiyini soruşduqda Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 üzərinə Vaz 21099 markalı avtomobilin idarə etmək istəyən zaman Elminin maneə olmaq istədiyini, bu zaman Dursunun avtomobildən götürdüyü bıçaqla qəsdən Elminin əlini kəsdiyini, həmçinin İlkinin üzərinə avtomobilini idarə edən zaman İlkinin əllərini irəli verdiyini və avtomobilin şüşəsinin sınaraq əlini kəsib xəsarət yetirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərinin davam etməsinə görə Dursunu nizam intizama dəvət edərək növbətçi hissəsinin avtomobilinə əyləşməsini tələb etmişdir. Dursun avtomobilə əyləşmiş, daha sonra onlar Dursunu polis şöbəsinə təhvil vermişlər. Məhkəmə iclasında Şahid11 və Şahid7 şahid X3 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında Şahid3 Qurbət oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 21 radələrində o, özünə məxsus VAZ2109 minik markalı, ** BF *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Qəbələ rayon Böyük Pirəlli kəndi ərazisində yerləşən Ülvi adlı marketdən alver etmək üçün gəlmişdi. İdarə etdiyi avtomobil ilə marketin qarşısına gələn zaman bir nəfər şəxs, yəni əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs polis geyim formasında olan Zərərçəkmiş şəxs1 ünvanına və ünvansız ucadan söyüşlər söydüyünü, Zərərçəkmiş şəxs1 üzərinə hücum çəkərək İlkinə fiziki zor tətbiq etdiyini, Zərərçəkmiş şəxs1 isə Təqsirləndirilən şəxs nizam intizama dəvət etdiyini, lakin Təqsirləndirilən şəxs yenə də ucadan nalayiq ifadələr işlətdiyini və Zərərçəkmiş şəxs1 təpiklə ayağına, əl qol ataraq sinəsinə vurduğunu görmüşdür. Avtomobilindən düşən zaman isə orada təxminən 6-7 nəfər şəxs var imiş. Bu zaman Təqsirləndirilən şəxs söyüş söyə-söyə özünün idarə etdiyi Vaz21099 minik markalı, yaşıl rəngli avtomobilə əyləşmiş, İlkin də yaxınlıqda olan Şahid2 özünə məxsus Mersedes Benz C 200 minik markalı, ** ST *** dövlət qeydiyyat nişanlı avtomobili oradan uzaqlaşdırmasını tapşırmışdır. Həmçinin o, da Xəqaniyə bildirmişdir ki, avtomobili uzaqlaşdırsın. Çünkü ehtimal etmişdir ki, içkili şəkildə olan Təqsirləndirilən şəxs İlkinin avtomobilinə ziyan yetirə bilərmiş. Elə bu zaman Təqsirləndirilən şəxs özünə məxsus VAZ 21099 markalı avtomobili Zərərçəkmiş şəxs1 avtomobilinin üzərinə istiqamətləndirilmiş şəkildə arxaarxaya sürətli şəkildə idarə etmişdir, Şahid2 isə dərhal İlkinin avtomobilini qarşıya doğru hərəkət etdirmiş, daha sonra isə oradan uzaqlaşmaq üçün asfalt örtüklü yola çıxmaq istəmiş lakin Təqsirləndirilən şəxs da öz avtomobili ilə Zərərçəkmiş şəxs1 avtomobilinin arxasında sürətli şəkildə idarə etmişdir. Dursunun fikri İlkinin avtomobilinə ziyan yetirmək imiş, bu zaman baş verənlərin qarşısını almaq üçün Zərərçəkmiş şəxs1 dərhal asfalt örtüklü yola Dursunun avtomobilinin qarşısına getmişdir ki, Dursunun qanunsuz əməllərini dayandırsın. Lakin bu zaman Təqsirləndirilən şəxs avtomobili İlkinin üzərinə sürdüyünü görmüş, daha sonra isə Zərərçəkmiş şəxs1 özünü müdafiə etmək üçün əllərini qarşıya doğru etdiyi zaman Zərərçəkmiş şəxs1 əli Təqsirləndirilən şəxs avtomobilinin qabaq sağ şüşəsinə dəymiş, nəticədə şüşə sınmış və İlkinin əlindən qan axmağa başlamışdır. Bu zaman Zərərçəkmiş şəxs1 Dursunun avtomobildən düşürtmək üçün Dursun tərəfdən avtomobilin qapısını açdı, bu zaman isə yaxınlıqda olan digər polis əməkdaşı həmkəndlisi Zərərçəkmiş şəxs2 Dursunun etdiyi hərəkələrin qarşısını almaq üçün Elmində avtomobilə yaxınlaşmış, elə bu zaman isə Elminin də əlindən qan axmağa başlamışdır. Elminin əlini Dursun tərəfindən bıçaqla kəsildiyini görməmişdir. Daha sonra isə hadisə yerində digər polis işçiləri gəlmiş və Dursunu polis avtomobili ilə polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, 22 fevral 2022-ci il tarixdə saat təxminən 20-21 radələrində o, təkcə X10 yolunda yerləşən Canəli adlı şəxsin çay evinə gedirmiş. Bu zaman həmin yerdə yol kənarında və Canəlinin çayxanasına gedirmiş ki oradan tanışları ilə birgə Qəbələ şəhərinə öz işi ilə bağlı getsinlər. Yol kənarına, həmçinin, orada olan mağazaların qarşısına çatdıqda orada Dursunun ucadan nalayiq söyüşlər söydüyünü eşitmişdir. Dursun avtomobilinin yanında imiş və ucadan nalayiq söyüşlər işlədirmiş. Dursunun sərxoş olması aşkar hiss edilirdi. Ancaq Dursun həmin vaxt kiminsə adını çəkərək söyüş söymürdü. Dursunun yanında iki övladı da var idi. Onlar heç nə etmirdi, sadəcə Dursunun yanında dayanmışdılar. Həmin vaxt Zərərçəkmiş şəxs1 və Dursun arasında təxminən 100 metrə qədər məsafə var idi. İlkin özünə məxsus Mercedes markalı avtomobildə əyləşmişdir. Ancaq nə baş verdiyini bilməmiş və o, heç bir söz soruşmadan, Dursuna heç nə demədən çayxanaya daxil olmuşdur, lakin orada tanışlarını tapa bilmədiyi üçün oradan birbaşa özü Qəbələ şəhərinə getmişdir. Çayxanadan çıxan zaman da Dursun hələ də söyüş söyürmüş. Lakin, heç bir dava dalaş yox idi. Səhəri gün o, eşitmişdir ki, Dursun həmin vaxt Zərərçəkmiş şəxs1 təhqir edirmiş, həmçinin ona fiziki zor tətbiq etmiş, avtomobilini İlkininin avtomoblinin üzərinə idarə etmiş, həmçinin, oraya gəlmiş digər bir polis əməkdaşı Elmin adlı şəxsin əlinə bıçaqla xəsarət yetirmişdir. Məhkəmə iclasında şahid X9 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 21 radələrində evlərindən çıxıb Aydınqışlaq kəndi ilə Böyük Pirəlli kəndinin sərhədində olan mağazaların qarşısına gəlmişdir. Oraya çatanda görmüşdür ki, adamlar dayanıb. Dursun Vaz 21099 markalı avtomobilini İlkinin Mercedes markalı avtomobilinin üzərinə idarə edərək İlkini vurmaq istəyir, İlkinin avtomobilini isə orada olan Xəqani adlı şəxs idarə edərək oradan uzaqlaşdırmışdır. Həmçinin, Dursun özü avtomobildən düşüb İlkinin üzərinə gəlmiş, orada İlkinə əl qol atmaqla itələməklə fiziki zor tətbiq etmiş, həmçinin İlkinə ünvansız söyüşlər işlədirmiş. Müdaxilə etmədən mağazanın qarşısında dayanıb baxırmış. Davanın bu yerində oraya qonşu Böyük Pirəlli kənd sakini Elmin də gəlmiş və Elmin Dursunu sakitləşdirməyə, avtomobilindən endirməyə cəhd edirmiş. Həmin vaxt Elmin və İlkin Dursuna avtomoblini idarə etməyə maneə olmaq istəyirlərmiş. Belə ki, Dursunun sərxoş olması aşkar hiss edilirmiş. Bu zaman Elminin əlindən qan axmasını görmüşdür. Dursunun Elminin əlini bıçaqla kəsərək xəsarət yetirdiyini eşitmişdir. Lakin bu hadisəni birbaşa görməmişdir. Daha sonra polis əməkdaşları gəlmiş və Dursunu oradan aparmışlar. Məhkəmə iclasında Şahid6 və Şahid8 şahid X6 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişlər. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X13 04 mart 2022-ci il tarixli 91 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində sağ əlin 4-cü barmağının orta falanqasının iç səthinin səthi kəsilmiş zədələri, sol baldırın bayır orta 1/3-nin və sol çiyinin ön səthinin qançırı kimi xəsarəti vardır. Qeyd olunan xəsarətlər iti kəsici xarakterə malik olan alətin (əşyaların-sınmış şüşə parçaların) təsirindən müayinə olunan yuxarıda göstərdiyi tarixdə və şəraitdə yəni 22 fevral 2022-ci il tarixdə törənə bilər. Həmin xəsarətlər sağlamlığa zərər vurmayan bədən xəsarətlərinə aiddir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X13 03 mart 2022-ci il tarixli 92 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində sağ əlin üst səthinin kəsilmiş yarası kimi xəsarəti vardır. Qeyd olunan xəsarəti iti kəsici xarakterə malik olan alətin (əşuyaların) təsirindən müayinə olunanın yuxarıda göstərdiyi tarixdə və şəraitdə yəni 22 fevral 2021-ci ildə ekspertizaya təqdim edilən bıçağın təsirindən törənə bilər. Həmin xəsarət dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə aiddir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 14 mart 2022-ci il tarixli, 3/286 saylı ekspertiza rəyindən görünür ki, təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bışağıdır və soyuq silah hesab edilmir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73-cü maddəsi tədbiq edilməklə, Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmiş, bundan başqa, o, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə 240 saat ictimai işlər cəzasına məhkum edilmişdir. xx.xx.2020-ci ildə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənildiyindən, məhkumluğu olmayan şəxs hesab edilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün istintaq və ilkin məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadələri, ekspert rəyləri, zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, digər iş materialları ilə onun ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə və ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə silah qismində bıçaqdan istifadə edib xuliqanlıq cinayətinin törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini könüllü etiraf edərək səmimi peşimançılıq hissi keçirməsini, himayəsində İ və İİ-ci qrup əlil olan iki uşağın olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 22 fevral 2022-ci il tarixdən 24 fevral 2022-ci il tarixədək və 28 may 2022-ci il tarixdən saat 10:50-dən həmin gün saat 13:30-dək hazırki iş üzrə tutulub saxlanıldığı müddəti nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 26 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə zalında həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Qəbələ Rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut olan bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, “VAZ-21099” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinin sərəncamında saxlanılmış hesab edilməli və bir ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia olmamışdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulub saxlandığı 03 (üç) gün müddət Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli Cəzaçəkmə Müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 26 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalında həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Qəbələ Rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut olan bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, “VAZ-21099” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinin sərəncamında saxlanılmış hesab edilsin və bir ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar