Məhkəmə qərarları › İş №1(025)-31/2023

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-31/2023

01.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-31/2023 01.11.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər - X3, Zərərçəkmiş şəxs1 və Ədı̇ lli İlkı̇ n Yaqub oğlunun, qanuni nümayəndələr - Şahid1, Əlı̇ yeva Nisə Əli qızının və Şahid3, müdafiəçilər – Qəbələ rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 və təqsirləndirilən şəxslər – Ədı̇ lli Arzu İqbal oğlunun, Əlı̇ yev Əmı̇ ralı Maxsud oğlunun və Təqsirləndirilən şəxs3 Şahı̇ d oğlunun iştirakları ilə, xx.xx.2007-ci ildə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş - Ədi̇ lli Arzu İqbal oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx.xx.2008-ci ildə Qəbələ şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Nohurqışlaq kəndində qeydiyyatda olan və yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş - Əli̇ yev Əmi̇ rali Maxsud oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə və xx.xx.2006-cı ildə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs3 Şahi̇ d oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ədi̇ lli Arzu İqbal oğlu tamah niyyəti ilə, özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə tanışları xx.xx.2008-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 və xx.xx.2006-cı il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Qəbələ rayon Vəndam qəsəbə sakini X5 məxsus həmin qəsəbədə yerləşən həyətyanı sahənin qarşısındakı yolda açıq sahəlikdə sonuncuya məxsus olan qaynaq aparatının üzərində yerləşən bir metrinin dəyəri 16 manat olmaqla ümumi dəyəri 640 manat təşkil edən 40 metr uzunluğunda 14 mm-lik elektrik kabelini gizli yolla kəsib götürüb əvəzsiz və qanunsuz ələ keçirdikləri əmlakı əritməklə əldə etdikləri mis tərkibli materialı öz aralarında bərabər şəkildə böldükdən sonra həmin misin oğurluq yolla əldə edilməsindən məlumatlı və şəxsiyyəti istintaqa məlum olmayan şəxsə satmaqla əldə etdiyi pulu Təqsirləndirilən şəxs3la arasında bərabər şəkildə bölmüş, bununla da zərərçəkmiş şəxs Nurlan Müfizadəyə məxsus 640 (altı yüz qırx) manat dəyərində əmlakı gizli yolla talamaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışları xx.xx.2008-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 və xx.xx.2006-cı il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, 2023-cü ilin fevral ayının əvvəllərində istintaqa dəqiq məlum olmayan tarixdə hər dəfə saat 15 radələrində olmaqla ümumilikdə üç dəfəyə Qəbələ rayon Vəndam qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs4 işlətdiyi “Ləman” adlı restoranın həyətinə hasarı aşmaqla qanunsuz daxil olub aralarında olan razılığa və rol bölgüsünə uyğun olaraq o və Təqsirləndirilən şəxs3 kafenin arxa hissəsində dayanaraq kənar şəxslərin, eləcə də kafe sahibinin gələcəyi təqdirdə Təqsirləndirilən şəxs2 xəbər verməsi üçün gözləmiş, Təqsirləndirilən şəxs2 isə birmərtəbəli kafenin arxa hissəsində olan pəncərəsini sındırmaqla kafenin içərisinə daxil olub oradan Zərərçəkmiş şəxs4 məxsus hər birinin dəyəri 140 manat olmaqla ümumilikdə 420 manat dəyərində üç ədəd hər birinin tutumu 7 litr olmaqla latun materialından hazırlanmış samovarları gizli yolla götürüb, onun köməkliyi ilə yola çıxdıqdan sonra birlikdə əvəzsiz və qanunsuz olaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirdikləri samovarları oğurluq yolla əldə edilməsindən məlumatı olmayan Qəbələ rayon Vəndam qəsəbəsində dəmir alqı-satqısı ilə məşğul olan Şahid4, Şahid8 və Şahid6 ümumilikdə 90 manat müqabilində satmaqla əldə etdikləri pulu öz aralarında bərabər şəkildə bölmüş, bununla da Zərərçəkmiş şəxs4 məxsus 420 (dörd yüz iyirmi) manat dəyərində əmlakı vahid niyyətlə əhatə olunmuş qəsdlə gizli yolla talamaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışları xx.xx.2008-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 və xx.xx.2006-cı il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Qəbələ rayon Vəndam qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus “Çay bağı” adlı restoranın həyətinə hasarı aşmaqla qanunsuz daxil olub restoranın həyətindəki bir otaqlı saxlanc yerinin qapısı Təqsirləndirilən şəxs2 tərəfindən yaxınlıqda olan lom aləti vasitəsi ilə sındırılıb açıldıqdan sonra saxlanc yerinin içərisindən Zərərçəkmiş şəxs1 məxsus bir metrinin dəyəri 0,4 manat olmaqla ümumi dəyəri 80 manat təşkil edən diametri 4 mm olan içərisi mis tərkibli üzəri izolyasiyalı 200 metr uzunluğunda elektrik naqilini, hər birinin dəyəri 1 manat olmaqla ümumi dəyəri 50 manat təşkil edən 10A-250 V həcmində 50 ədəd elektrik yuvasını və 35 manat dəyərində 01 ədəd “Markuces” markalı MKP62 modelli su motorunu gizli yolla talayıb birlikdə əvəzsiz və qanunsuz olaraq ələ keçirdikdən sonra, həmin əmlaklardan su motorunu oğurluq yolla əldə edilməsindən məlumatı olmayan Qəbələ rayon Vəndam qəsəbə sakini Şahid8 15 manat müqabilində və elektrik naqilini isə üzərində olan 50 ədəd elektrik yuvası ilə birlikdə əridərək əldə etdikləri mis materialını Şahid6 20 manat müqabilində satmaqla əldə etdikləri pulu öz aralarında bölmüş, bununla da Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 165 (bir yüz altmış beş) manat dəyərində əmlakı gizli yolla talamaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, tanışları xx.xx.2008-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 və xx.xx.2006-cı il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Qəbələ rayon Vəndam qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus həyətə hasardan aşmaqla qanunsuz daxil olub, birmərtəbəli yaşayış evinin taxta qapısı Təqsirləndirilən şəxs2 tərəfindən evin zirzəmisindən götürülmüş mismar çıxaran alət vasitəsi ilə sındırıldıqdan sonra yaşayış evinin içərisinə qanunsuz daxil olmaqla Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə 220 manat dəyərində 28 kilovatlıq “ALARKO” markalı kombinin yanma kamerası və yanma kamerasının içərisində olan mis tərkibli istilik dəyişdiricisini(datcik) gizli yolla talayıb əvəzsiz və qanunsuz olaraq ələ keçirdikdən sonra, “ALARKO” markalı kombinin yanma kamerası, yanma kamerasının içərisində olan mis tərkibli istilik dəyişdiricisini həmin misin oğurluq yolla əldə edilməsindən məlumatı olmayan Şahid6 40 manat müqabilində satmaqla əldə etdikləri pulu öz aralarında bərabər şəkildə bölmüş, bununla da Zərərçəkmiş şəxs2 məxsus 220 (iki yüz iyirmi) manat dəyərində əmlakı gizli yolla talamaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı xx.xx.2008-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Qəbələ rayon Vəndam qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus həyətə hasardan aşmaqla qanunsuz daxil olub, birmərtəbəli yaşayış evinin Təqsirləndirilən şəxs2 tərəfindən xx.xx.2023-cü il tarixdə sındırılmış giriş qapısından evin içərisinə qanunsuz daxil olmaqla Zərərçəkmiş şəxs2 məxsus 160 manat dəyərində 7 litr su tutumu olan latun materialından hazırlanmış üzəri nikellənmiş sovet istehsallı od samovarını gizli yolla götürüb Təqsirləndirilən şəxs2lə birlikdə əvəzsiz və qanunsuz olaraq ələ keçirdikdən sonra, həmin 01 ədəd samovarı oğurluq yolla əldə edilməsindən məlumatı olmayan Qəbələ rayon Vəndam qəsəbə sakini Şahid4 40 manat müqabilində satmaqla əldə etdikləri pulu öz aralarında bərabər şəkildə bölmüş, bununla da Zərərçəkmiş şəxs2 məxsus 160 (bir yüz altmış) manat dəyərində əmlakı gizli yolla talamaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, tanışları xx.xx.2008-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 və xx.xx.2006-cı il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, ümumilikdə üç dəfəyə 2022-ci ilin fevral ayının sonlarında istintaqa dəqiq məlum olmayan tarixdə Zərərçəkmiş şəxs3 məxsus Qəbələ rayon Nohurqışlaq kəndinə yerləşən həyətə giriş qapısının alt hissəsindən keçməklə qanunsuz daxil olduqdan sonra birmərtəbəli yaşayış evinin zirzəmisinə qanunsuz daxil olmaqla sonuncuya məxsus 260 manat dəyərində içərisi mis tərkibli olmaqla, uzunluğu 200 metr olan 3x2.5 mm qalınlığında elektrik naqilini, hər birinin dəyəri 2 manat olmaqla ümumi dəyəri 6 manat olan 3 ədəd eletrik paylayıcı-razetkanı, hər birinin dəyəri 8 manat olmaqla ümumi dəyəri 80 manat olan 10 ədəd su açıb-bağlamaq üçün istifadə edilən su krantını, 1 kiloqramının dəyəri 2 manat olmaqla ümumi dəyəri 74 manat təşkil edən 3 ədəd “U” şəkilli ümumilikdə 37 kiloqram çəkidə dür-alminium materialını gizli yolla talayıb əvəzsiz və qanunsuz olaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirdikdən sonra, həmin əmlaklardan 10 ədəd su açıb-bağlamaq üçün istifadə edilən su krantını oğurluq yolla əldə edilməsindən məlumatı olmayan Qəbələ şəhəri ərazisində yerləşən şəxsiyyəti istintaqa məlum olmayan şəxsə 9 manat müqabilində, uzunluğu 200 metr olan elektrik naqilini üzərində 3 ədəd eletrik paylayıcısı-razetka ilə birlikdə əridərək əldə etdikləri mis materialını 25 manat müqabilində və 3 ədəd “U” şəkilli dür-alminium materialını isə 56 manat müqabilində həmin misin və dür-alminium materialının oğurluq yolla əldə edilməsindən məlumatı olmayan Şahid6 satmaqla əldə etdikləri pulu öz aralarında bərabər şəkildə bölmüş, bununla da Zərərçəkmiş şəxs3 məxsus ümumilikdə 420 (dörd yüz iyirmi) manat dəyərində əmlakı vahid niyyətlə əhatə olunmuş qəsdlə gizli yolla talamaqla oğurluq cinayətini törətmişdir. Əli̇ yev Əmi̇ rali Maxsud oğlu tamah niyyəti ilə, özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə tanışları xx.xx.2007-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 və xx.xx.2006-cı il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Qəbələ rayon Vəndam qəsəbə sakini X5 məxsus həmin qəsəbədə yerləşən həyətyanı sahənin qarşısındakı yolda açıq sahəlikdə sonuncuya məxsus olan qaynaq aparatının üzərində yerləşən bir metrinin dəyəri 16 manat olmaqla ümumi dəyəri 640 manat təşkil edən 40 metr uzunluğunda 14 mm-lik elektrik kabelini gizli yolla kəsib götürüb əvəzsiz və qanunsuz ələ keçirdikləri əmlakı əritməklə əldə etdikləri mis tərkibli materialı öz aralarında bərabər şəkildə böldükdən sonra həmin misin oğurluq yolla əldə edilməsindən məlumatı olmayan Qəbələ şəhər sakini X7 39 manat müqabilində satmaqla zərərçəkmiş şəxs Nurlan Müfizadəyə məxsus 640(altı yüz qırx) manat dəyərində əmlakı gizli yolla talamaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışları xx.xx.2007-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 və xx.xx.2006-cı il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, 2023-cü ilin fevral ayının əvvəllərində istintaqa dəqiq məlum olmayan tarixdə hər dəfə saat 15 radələrində olmaqla ümumilikdə üç dəfəyə Qəbələ rayon Vəndam qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs4 işlətdiyi “Ləman” adlı restoranın həyətinə hasarı aşmaqla qanunsuz daxil olub aralarında olan razılığa və rol bölgüsünə uyğun olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 kafenin arxa hissəsində dayanaraq kənar şəxslərin, eləcə də kafe sahibinin gələcəyi təqdirdə ona xəbər verməsi üçün gözləmiş, özü isə birmərtəbəli kafenin arxa hissəsində olan pəncərəsini sındırmaqla kafenin içərisinə daxil olub oradan Zərərçəkmiş şəxs4 məxsus hər birinin dəyəri 140 manat olmaqla ümumilikdə 420 manat dəyərində üç ədəd hər birinin tutumu 7 litr olmaqla latun materialından hazırlanmış samovarları gizli yolla götürüb, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 köməkliyi ilə yola çıxdıqdan sonra birlikdə əvəzsiz və qanunsuz olaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirdikləri samovarları oğurluq yolla əldə edilməsindən məlumatı olmayan Qəbələ rayon Vəndam qəsəbəsində dəmir alqı-satqısı ilə məşğul olan Şahid4, Şahid8 və Şahid6 ümumilikdə 90 manat müqabilində satmaqla əldə etdikləri pulu öz aralarında bərabər şəkildə bölmüş, bununla da Zərərçəkmiş şəxs4 məxsus 420(dörd yüz iyirmi) manat dəyərində əmlakı vahid niyyətlə əhatə olunmuş qəsdlə gizli yolla talamaqla oğurluq cinayətini törətmişdir. Bununla başqa, o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışları xx.xx.2007-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 və xx.xx.2006-cı il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Qəbələ rayon Vəndam qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus “Çay bağı” adlı restoranın həyətinə hasarı aşmaqla qanunsuz daxil olub restoranın həyətindəki bir otaqlı saxlanc yerinin qapısını yaxınlıqdan tapdığı lom aləti vasitəsi ilə sındırıb açdıqdan sonra saxlanc yerinin içərisindən Zərərçəkmiş şəxs1 məxsus bir metrinin dəyəri 0,4 manat olmaqla ümumi dəyəri 80 manat təşkil edən diametri 4 mm olan içərisi mis tərkibli üzəri izolyasiyalı 200 metr uzunluğunda elektrik naqilini, hər birinin dəyəri 1 manat olmaqla ümumi dəyəri 50 manat təşkil edən 10A-250 V həcmində 50 ədəd elektrik yuvasını və 35 manat dəyərində 01 ədəd “Markuces” markalı MKP62 modelli su motorunu gizli yolla talayıb birlikdə əvəzsiz və qanunsuz olaraq ələ keçirdikdən sonra, həmin əmlaklardan su motorunu oğurluq yolla əldə edilməsindən məlumatı olmayan Qəbələ rayon Vəndam qəsəbə sakini Şahid8 15 manat müqabilində və elektrik naqilini isə üzərində olan 50 ədəd elektrik yuvası ilə birlikdə əridərək əldə etdikləri mis materialını Şahid6 20 manat müqabilində satmaqla əldə etdikləri pulu öz aralarında bölmüş, bununla da Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 165(bir yüz altmış beş) manat dəyərində əmlakı gizli yolla talamaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, tanışları xx.xx.2007-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 və xx.xx.2006-cı il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs2 məxsus Qəbələ rayon Vəndam qəsəbəsində yerləşən həyətə hasardan aşmaqla qanunsuz daxil olub, birmərtəbəli yaşayış evinin taxta qapısını evin zirzəmisindən götürdüyü mismar çıxaran alət vasitəsi ilə sındırdıqdan sonra yaşayış evinin içərisinə qanunsuz daxil olmaqla Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə 220 manat dəyərində 28 kilovatlıq “ALARKO” markalı kombinin yanma kamerası və yanma kamerasının içərisində olan mis tərkibli istilik dəyişdiricisini(datcik) gizli yolla talayıb əvəzsiz və qanunsuz olaraq ələ keçirdikdən sonra, “ALARKO” markalı kombinin yanma kamerasını və yanma kamerasının içərisində olan mis tərkibli istilik dəyişdiricisini(datcik) həmin misin oğurluq yolla əldə edilməsindən məlumatı olmayan Şahid6 40 manat müqabilində satmaqla əldə etdikləri pulu öz aralarında bərabər şəkildə bölmüş, bununla da Zərərçəkmiş şəxs2 məxsus 220(iki yüz iyirmi) manat dəyərində əmlakı gizli yolla talamaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı xx.xx.2007-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Qəbələ rayon Vəndam qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus həyətə hasardan aşmaqla qanunsuz daxil olub, birmərtəbəli yaşayış evinin tərəfindən xx.xx.2023-cü il tarixdə sındırılmış giriş qapısından evin içərisinə qanunsuz daxil olmaqla Zərərçəkmiş şəxs2 məxsus 160 manat dəyərində 7 litr su tutumu olan latun materialından hazırlanmış üzəri nikellənmiş sovet istehsallı od samovarını gizli yolla götürüb Təqsirləndirilən şəxs1 ilə birlikdə əvəzsiz və qanunsuz olaraq ələ keçirdikdən sonra, həmin 01 ədəd samovarı oğurluq yolla əldə edilməsindən məlumatı olmayan Qəbələ rayon Vəndam qəsəbə sakini Şahid4 40 manat müqabilində satmaqla əldə etdikləri pulu öz aralarında bərabər şəkildə bölmüş, bununla da Zərərçəkmiş şəxs2 məxsus 160(bir yüz altmış) manat dəyərində əmlakı gizli yolla talamaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, tanışları xx.xx.2007-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 və xx.xx.2006-cı il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, ümumilikdə üç dəfəyə 2022-ci ilin fevral ayının sonlarında istintaqa dəqiq məlum olmayan tarixdə Zərərçəkmiş şəxs3 məxsus Qəbələ rayon Nohurqışlaq kəndinə yerləşən həyətə giriş qapısının alt hissəsindən keçməklə qanunsuz daxil olub, daha sonra birmərtəbəli yaşayış evinin zirzəmisinə qanunsuz daxil olmaqla sonuncuya məxsus 260 manat dəyərində içərisi mis tərkibli olmaqla, uzunluğu 200 metr olan 3x2.5 mm qalınlığında elektrik naqilini, hər birinin dəyəri 2 manat olmaqla ümumi dəyəri 6 manat olan 3 ədəd eletrik paylayıcırazetkanı, hər birinin dəyəri 8 manat olmaqla ümumi dəyəri 80 manat olan 10 ədəd su açıbbağlamaq üçün istifadə edilən su krantını, 1 kiloqramının dəyəri 2 manat olmaqla ümumi dəyəri 74 manat təşkil edən 3 ədəd “U” şəkilli ümumilikdə 37 kiloqram çəkidə dür-alminium materialını gizli yolla talayıb əvəzsiz və qanunsuz olaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirdikdən sonra, həmin əmlaklardan 10 ədəd su krantını oğurluq yolla əldə edilməsindən məlumatı olmayan Qəbələ şəhəri ərazisində yerləşən şəxsiyyəti istintaqa məlum olmayan şəxsə 9 manat müqabilində, uzunluğu 200 metr olan elektrik naqilini üzərində 3 ədəd eletrik paylayıcısı-razetka ilə birlikdə əridərək əldə etdikləri mis materialını 25 manat müqabilində və 3 ədəd “U” şəkilli dür-alminium materialını isə 56 manat müqabilində həmin misin və dür-alminium materialının oğurluq yolla əldə edilməsindən məlumatı olmayan Şahid6 satmaqla əldə etdikləri pulu öz aralarında bərabər şəkildə bölmüş, bununla da Zərərçəkmiş şəxs3 məxsus ümumilikdə 420(dörd yüz iyirmi) manat dəyərində əmlakı vahid niyyətlə əhatə olunmuş qəsdlə gizli yolla talamaqla oğurluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs3 Şahi̇ d oğlu tamah niyyəti ilə, özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə tanışları xx.xx.2008-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 və xx.xx.2007-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Qəbələ rayon Vəndam qəsəbə sakini X5 məxsus həmin qəsəbədə yerləşən həyətyanı sahənin qarşısındakı yolda açıq sahəlikdə sonuncuya məxsus olan qaynaq aparatının üzərində yerləşən bir metrinin dəyəri 16 manat olmaqla ümumi dəyəri 640 manat təşkil edən 40 metr uzunluğunda 14 mm-lik elektrik kabelini gizli yolla kəsib götürüb əvəzsiz və qanunsuz ələ keçirdikləri əmlakı əritməklə əldə etdikləri mis tərkibli materialı öz aralarında bərabər şəkildə böldükdən sonra həmin misin oğurluq yolla əldə edilməsindən məlumatlı və şəxsiyyəti istintaqa məlum olmayan şəxsə satmaqla əldə etdikləri pulu Təqsirləndirilən şəxs1 ilə arasında bərabər şəkildə bölmüş, bununla da zərərçəkmiş şəxs Nurlan Müfizadəyə məxsus 640(altı yüz qırx) manat dəyərində əmlakı gizli yolla talamaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışları xx.xx.2008-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 və xx.xx.2007-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, 2023-cü ilin fevral ayının əvvəllərində istintaqa dəqiq məlum olmayan tarixdə hər dəfə saat 15 radələrində olmaqla ümumilikdə üç dəfəyə Qəbələ rayon Vəndam qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs4 işlətdiyi “Ləman” adlı restoranın həyətinə hasarı aşmaqla qanunsuz daxil olub aralarında olan razılığa və rol bölgüsünə uyğun olaraq o və Təqsirləndirilən şəxs1 kafenin arxa hissəsində dayanaraq kənar şəxslərin, eləcə də kafe sahibinin gələcəyi təqdirdə Təqsirləndirilən şəxs2 xəbər verməsi üçün gözləmiş, Təqsirləndirilən şəxs2 isə birmərtəbəli kafenin arxa hissəsində olan pəncərəsini sındırmaqla kafenin içərisinə daxil olub oradan Zərərçəkmiş şəxs4 məxsus hər birinin dəyəri 140 manat olmaqla ümumilikdə 420 manat dəyərində üç ədəd hər birinin tutumu 7 litr olmaqla latun materialından hazırlanmış samovarları gizli yolla götürüb, onun köməkliyi ilə yola çıxdıqdan sonra birlikdə əvəzsiz və qanunsuz olaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirdikləri samovarları oğurluq yolla əldə edilməsindən məlumatı olmayan Qəbələ rayon Vəndam qəsəbəsində dəmir alqı-satqısı ilə məşğul olan Şahid4, Şahid8 və Şahid6 ümumilikdə 90 manat müqabilində satmaqla əldə etdikləri pulu öz aralarında bərabər şəkildə bölmüş, bununla da Zərərçəkmiş şəxs4 məxsus 420(dörd yüz iyirmi) manat dəyərində əmlakı vahid niyyətlə əhatə olunmuş qəsdlə gizli yolla talamaqla oğurluq cinayətini törətmişdir. Bununla yanaşı, o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışları xx.xx.2008-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 və xx.xx.2007-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs1 məxsus Qəbələ rayon Vəndam qəsəbəsində yerləşən “Çay bağı” adlı restoranın həyətinə hasarı aşmaqla qanunsuz daxil olub restoranın həyətindəki bir otaqlı saxlanc yerinin qapısı Təqsirləndirilən şəxs2 tərəfindən yaxınlıqda olan lom aləti vasitəsi ilə sındırılıb açıldıqdan sonra saxlanc yerinin içərisindən Zərərçəkmiş şəxs1 məxsus bir metrinin dəyəri 0,4 manat olmaqla ümumi dəyəri 80 manat təşkil edən diametri 4 mm olan içərisi mis tərkibli üzəri izolyasiyalı 200 metr uzunluğunda elektrik naqilini, hər birinin dəyəri 1 manat olmaqla ümumi dəyəri 50 manat təşkil edən 10A-250 V həcmində 50 ədəd elektrik yuvasını və 35 manat dəyərində 01 ədəd “Markuces” markalı MKP62 modelli su motorunu gizli yolla talayıb birlikdə əvəzsiz və qanunsuz olaraq ələ keçirdikdən sonra, həmin əmlaklardan su motorunu oğurluq yolla əldə edilməsindən məlumatı olmayan Qəbələ rayon Vəndam qəsəbə sakini Şahid8 15 manat müqabilində və elektrik naqilini isə üzərində olan 50 ədəd elektrik yuvası ilə birlikdə əridərək əldə etdikləri mis materialını Şahid6 20 manat müqabilində satmaqla əldə etdikləri pulu öz aralarında bölmüş, bununla da Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 165(bir yüz altmış beş) manat dəyərində əmlakı gizli yolla talamaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, tanışları xx.xx.2008-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 və xx.xx.2007-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Qəbələ rayon Vəndam qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus həyətə hasardan aşmaqla qanunsuz daxil olub, birmərtəbəli yaşayış evinin taxta qapısı Təqsirləndirilən şəxs2 tərəfindən evin zirzəmisindən götürülmüş mismar çıxaran alət vasitəsi ilə sındırıldıqdan sonra yaşayış evinin içərisinə qanunsuz daxil olmaqla Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə 220 manat dəyərində 28 kilovatlıq “ALARKO” markalı kombinin yanma kamerası və yanma kamerasının içərisində olan mis tərkibli istilik dəyişdiricisini(datcik) gizli yolla talayıb əvəzsiz və qanunsuz olaraq ələ keçirdikdən sonra, “ALARKO” markalı kombinin yanma kamerası, yanma kamerasının içərisində olan mis tərkibli istilik dəyişdiricisini həmin misin oğurluq yolla əldə edilməsindən məlumatı olmayan Şahid6 40 manat müqabilində satmaqla əldə etdikləri pulu öz aralarında bərabər şəkildə bölmüş, bununla da Zərərçəkmiş şəxs2 məxsus 220(iki yüz iyirmi) manat dəyərində əmlakı gizli yolla talamaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, tanışları xx.xx.2008-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 və xx.xx.2007-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, ümumilikdə üç dəfəyə 2022-ci ilin fevral ayının sonlarında istintaqa dəqiq məlum olmayan tarixdə Zərərçəkmiş şəxs3 məxsus Qəbələ rayon Nohurqışlaq kəndinə yerləşən həyətə giriş qapısının alt hissəsindən keçməklə qanunsuz daxil olduqdan sonra birmərtəbəli yaşayış evinin zirzəmisinə qanunsuz daxil olmaqla sonuncuya məxsus 260 manat dəyərində içərisi mis tərkibli olmaqla, uzunluğu 200 metr olan 3x2.5 mm qalınlığında elektrik naqilini, hər birinin dəyəri 2 manat olmaqla ümumi dəyəri 6 manat olan 3 ədəd eletrik paylayıcı-razetkanı, hər birinin dəyəri 8 manat olmaqla ümumi dəyəri 80 manat olan 10 ədəd su açıb-bağlamaq üçün istifadə edilən su krantını, 1 kiloqramının dəyəri 2 manat olmaqla ümumi dəyəri 74 manat təşkil edən 3 ədəd “U” şəkilli ümumilikdə 37 kiloqram çəkidə dür-alminium materialını gizli yolla talayıb əvəzsiz və qanunsuz olaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirdikdən sonra, həmin əmlaklardan 10 ədəd su açıb-bağlamaq üçün istifadə edilən su krantını oğurluq yolla əldə edilməsindən məlumatı olmayan Qəbələ şəhəri ərazisində yerləşən şəxsiyyəti istintaqa məlum olmayan şəxsə 9 manat müqabilində, uzunluğu 200 metr olan elektrik naqilini üzərində 3 ədəd eletrik paylayıcısı-razetka ilə birlikdə əridərək əldə etdikləri mis materialını 25 manat müqabilində və 3 ədəd “U” şəkilli dür-alminium materialını isə 56 manat müqabilində həmin misin və dür-alminium materialının oğurluq yolla əldə edilməsindən məlumatı olmayan Şahid6 satmaqla əldə etdikləri pulu öz aralarında bərabər şəkildə bölmüş, bununla da Zərərçəkmiş şəxs3 məxsus ümumilikdə 420(dörd yüz iyirmi) manat dəyərində əmlakı vahid niyyətlə əhatə olunmuş qəsdlə gizli yolla talamaqla oğurluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs Ədı̇ lli Arzu İqbal oğlu məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin may ayında saat 18 radələrində tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə razılaşaraq Qəbələ rayon Vəndam qəsəbə sakini X5 məxsus həmin qəsəbədə yerləşən yaşayış sahəsinin giriş qapısından çöldə yerləşən əvvəlcədən gördükləri qaynaq aparatının üzərində olan təxminən 40 metr uzunluğunda elektrik kabelini rezak vasitəsi ilə kəsib götürmüşlər, daha sonra isə birlikdə Vəndam çayında gecə saatlarında elektrik kabelini əridərək üzərindəki üzlüyü, yəni izolyasiyanı çıxararaq təxminən 7-8 kiloqram təmiz mis əldə etmişlər. Həmin misi hissələrə ayırdıqdan sonra üçü arasda bölmüşdür. Hər biri əldə etdikləri misi ayrı-ayrı yerlərdə satmışlar. O, isə Qəbələ şəhərinin mərkəzində dayanaraq yoldan keçən dəmir alveri ilə məşğul olan şəxslərə xatırlamadığı qiymətə satmışdır. Misi satdığı şəxsləri tanımır. Eləcə də onların həmin misin oğurluq olmasından heç bir məlumatları yox imiş. Bundan sonra isə 2023-cü ilin fevral ayının əvvəllərində dəqiq xatırlmadığı gündə saat 15 radələrində Qəbələ rayon Vəndam qəsəbəsinə gedən yolun sağ hissəsində yerləşən Zərərçəkmiş şəxs4 işlətdiyi lakin işlək vəziyyətdə olmayan “Ləman” adlı kafedən 3 ədəd latun materialından olan hər üçü eyni ölçüdə olan birinin kiloqramı 4 kiloqram olan samovarı Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2lə birlikdə oğurlamışdır. Belə ki, həmin kafedə Əmiralı əvvəllər olduğu üçün sözü gedən kafedə samovar olduğundan məlumatlı imiş. Buna görə də onlara sözü gedən samovarları oğurlamığı təklif etmişdir. Əmiralı ilə razılaşmışlar. Belə olub 2023-cü ilin fevral ayının əvvəllərində dəqiq xatırlamadığı günündə saat 15 radələrində birlikdə piyada şəkildə sözü gedən kafenin yaxınlığına getmişlər. Əmiralı kafeyə pəncərədən içəriyə daxil olmuşdur. O və Orxan isə Əmiralını kafenin knarında gözləmişlər ki, kənar şəxslər gəldiyi halda Əmiralıya məlumat versinlər. Əmiralı kafenin içərisində stolun alt hissəsində yerləşən samovarı götürmü. və çölə çıxmışdır. Həmin samovarı birlikdə aparıb Firuz adlı şəxsə 30 manat pul müqabilində satmışlar. Firuzun isə samovarın oğurluq olmasından məlumatı olmamışdır. Ona bildirmiş ki, samovar evlərinin samovarıdır. Samovarın kilo ilə çəkisi 4 kiloqram etmişdir. Həmin 30 manat pulu isə öz aralarında bölmüşlər. Hər birinə 10 manat pul düşmüşdür. Bundan 2 gün sonra isə yenidən həmin samovarı oğurladıqları Zərərçəkmiş şəxs4 məxsus işlək vəziyyətdə olmayan kafeyə getmişlər. Eyni qaydada Əmiralı kafeyə pəncərədən daxil olmuş, o və Orxan isə kafenin həyətində arxa hissəsində kənar şəxslərin gələcəyi halda Əmiralıya xəbər etmək üçün gözləmişlər. Əmiralı kafenin içərisində stolun altında birinci götürdüyü samovarın yanında yerləşən digər eyni həcmli olan latun materialından hazırlanmış samovarı əlinə götürmüş və kafedən çölə çıxmışdır. O, Orxan və Əmiralı Şahid8 adlı Qəbələ rayon Vəndam qəsəbə sakininin yanına əllərində samovarla birlikdə getmişlər. Bu dəfə samovarı Orxan daşımışdır. Həmin samovarı Almaz adlı Vəndam qəsəbə sakinin yanına aparıb 20 manata satmışlar. Çünkü həmin samovar deşik imiş. Almaz adlı şəxs samovarı haradan əldə etdiklərini soruşmuş, onlar isə samovarı çaydan tapdıqlarını bildirmişlər. Həmin 20 manatı isə öz aralarında bölmüşlər. Bundan 2 gün sonra isə eyni qaydada yenidən həmin iki ədəd samovarı oğurladıqları Zərərçəkmiş şəxs4 məxsus işlək vəziyyətdə olmayan “Ləman” adlı kafeyə getmişlər. Eyni qaydada Əmiralı kafeyə pəncərədən daxil olmuş, o və Orxan isə kafenin həyətində arxa hissəsində kənar şəxslərin gələcəyi halda Əmiralıya xəbər etmək üçün gözləmişlər. Əmiralı kafenin içərisində stolun altında birinci və ikinci götürdüyü samovarların yanında yerləşən digər samovarlarla eyni həcmli olan latun materialından hazırlanmış samovarı əlinə götürmüş və kafedən çölə çıxmışdır. O, Orxan və Əmiralı Qəbələ rayon Vəndam qəsəbə sakini Araz adlı şəxsin işlədiyi mağazaya əllərində samovarla birlikdə getmişlər. Bu dəfə samovarı özü daşımışdır. Həmin samovarı Araz adlı Vəndam qəsəbə sakinin yanına aparıb 40 manata satmışlar. Şahid4 samovarı haradan əldə etdiklərini soruşmuş, bu zaman Təqsirləndirilən şəxs3 samovarın özünə məxsus olduğunu, anasının xəstə olduğuna görə samovarı satıb dərman alacağını bildirmişdir. Həmin 40 manatı isə öz aralarında bölmüşdür. Bundan sonra isə xx.xx.2023-cü il tarixdə saat 16 radələrində yenə bir qayda olaraq tanışları Əmiralı və Orxanla birlikdə Qəbələ rayon Vəndam qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs1 işlətdiyi “Çay bağı” adlı kafeyə oğurluq etmək məqsədi ilə getmişlər. Kafenin içərisində saxlanc yerinin olduğunu, həmin saxlanc yerinin pəncərəsindən baxdıqda isə soyuducu olduğu, soyuducunun üzərində elektrik naqilinin olduğu, eləcə də soyuducunun yaxınlığında su motorunun olduğunu görmüşlər və razılaşmışlar ki, həmin dəmir meterialından olan qapının qıfılını sındıraraq içəriyə daxil olub sözü gedən əmlakları oğurlayıb sataraq pul əldə etsinlər. Kafenin yaxınlığında olan armatur parçasını-lomu Təqsirləndirilən şəxs2 əlinə götürüb həmin qıfılı sındırmış, qapını açmışlar və içəriyə daxil olmuşlar. Həmin soyuducunun üzərindən təxminən 200 metr uzunluğunda qırmızı-göy rəngli elektrik naqilini və su motorunu əllərinə götürüb həmin saxlanc yerinin qapısını örtmüşlər və qıfılını da üzərinə keçirmişlər. Daha sonra isə kafedən uzaqlaşaraq yaxınlıqda olan Vəndam çayına apararaq elektrik naqilinin üzərində olan təxminən 50 ədəd lampa yuvasını, yəni patronu elektrik naqilinin üzərində olmaqla birlikdə elektrik naqilini yandırmaqla əridib mis əldə etmişlər, əldə etdikləri mis materialını özləri ilə götürdükləri bir ədəd ağ rəngli sellofan torbaya yığmışlar, daha sonra mis materialını Qəbələ rayon Vəndam qəsəbəsində metal qəbul etmə məntəqəsinə Təqsirləndirilən şəxs2 gedərək xatırladığı qədəri ilə 20 manat pul müqabilində satmış və daha sonra onların yanına geri qayıtmış, 20 manat pulu üçü arasında bölmüşlər. Həmin metal qəbul etmə yerinin sahibinin adının Firuz adlı şəxs olduğunu deyə bilər. Lakin Firuzun həmin misin oğurluq olmasından məlumatı olmamışdır. Daha sonra isə oğurladığı su motorunu üçü birlikdə Almaz adlı işlənmiş avadanlıqlar alan şəxsə 20 manata satmışlar. Almaz adlı şəxsin də su motorunun oğurluq olmasından məlumatı olmamışdır. Belə ki, həmin vaxt Almaz onlardan su motorunu haradan əldə etdiklərini soruşmuş, Əmiralı isə su motorunun özünə məxsus olduğunu bildirmişdir. 20 manatı da üçü arasında bölmüşdür. Bundan sonra isə 2023-cü ilin fevral ayının 23ündə saat təxminən 14 radələrində Orxan ilə oğurluq etmək üçün ev axtardıqları zaman Vəndam qəsəbəsində yerləşən Orxanın uzaq qohumu olan və Rusiya Federasiyasında yaşayan Zərərçəkmiş şəxs2 adlı şəxsin evinin qarşısına gəlmişlər, bu zaman Əmiralı ona zəng edərək harada olduqlarını soruşmuş, o isə bildirmiş ki, Vəndam qəsəbə sakini olan sahibi Rusiya federasiyasında yaşayan və Orxanın qohumu Zərərçəkmiş şəxs2 evinin yaxınlığındadır və həmin evdən oğurluq edəcəklər. Əmiralı da belə olub onun dediyi ünvana gəlmişdir. Həmin ev Qəbələ rayon Vəndam qəsəbəsində “Lukoil” adlı yanacaqdoldurma məntəqəsinin yaxınlığında asfalt örtüklü yolun sağ hissəsində yerləşməklə 1 mərtəbəli köhnə tikili evdir. Həyətin giriş qapısı dəmir materialındandır, üçü də həyətə mişar daşından hörülmüş qalanın üstündən aşmaqla keçmişlər. Daha sonra isə Əmiralı həmin həyətdə yerləşən evin taxta qapısını həmin evin zirzəmisindən tapdığı mismar çıxaran alət ilə qırmış və qapı açılmışdır. Üçü də içəriyə daxil olmuşlar. Girişdən sağda yerləşən otaqda yerdə olan və qoşulu olmayan kombi aparatını sökərək içərisindəki mis tərkibli olan radiatoru çıxartmışlar və həmin mis tərkibli radiatoru Firuz adlı şəxsə xatırladığı qədəri ilə 40 manata satmışlar. Mis çəkildikdə 4 kiloqram 500 qram etmişdir. Firuza misi Əmiralı satmışdır. Firuza bildirmişlər ki, guya çaylardan və meşələrdən, eləcə də zibilliklərdən mis, aliminium və köhnə avadanlıqlar axtarıb tapırlar və satırlar. Kombini sökən zaman həmin evdə digər otağın pəncərəsində samovar olduğunu görmüşlər. Lakin qərara almışlar ki, samovarı ayrı gün gəlib oğurlayarlar. Buna görə də 3 gün sonra, 26 fevral 2023-cü il tarixdə Əmiralı ilə birlikdə həmin evin həyətinə hasardan aşmaqla daxil olmuşlar, daha sonra isə Əmiralı tərəfindən sındırılmış qapıdan içəriyə daxil olmuşlar, qapıdan içəridəki otaqda pəncərə daxılında yerləşən samovarı götürmüşlər və Araz adlı şəxsə 60 manata satmışlar. Həmin pulu isə Əmiralı ilə arasında bərabər şəkildə bölmüşdür. Təqsirləndirilən şəxs3 kombinin radiatorunun oğurlanmasında onlarla iştirak etsə də, samovarın oğurlanmasında iştirak etməmişdir. Bundan sonra isə 2023-cü ilin fevral ayının sonlarında dəqiq xatırlamadığı günlərdə, 3 ədəd ayrı-ayrı günlərdə tanışları Əmiralı və Orxanla birlikdə Qəbələ rayon Nohurqışlaq kəndində yerləşən Zərərçəkmiş şəxs3 məxsus yaşayış evindən elektrik naqilləri(3 ədəd razetka ilə birlikdə), 3 ədəd U şəkilli dür aliminium materialı, eləcə də latun materialından olan 10 ədəd başlıqları-su krantlarını oğurlayıb sataraq əldə etdikləri pulları aralarında bərabər olaraq bölmüşlər. Belə ki, ilk dəfə həmin evin köhnə olduğunu Nohurqışlaq kəndini gəzən zaman görmüşlər. Daha dəqiq isə Şahid9la birlikdə sonuncunun xalasıgilə getdiyi və o, eləcə də Təqsirləndirilən şəxs3 da onunla birlikdə olan zaman həmin evi görmüşlər. Dəqiq xatırlamasa da o və ya Orxan Aqildən soruşmuşlar ki, bu evdə kim yaşayır? Aqil isə bildirmiş ki, həmin evdə heç kim yaşamır və ev sahibi Bakıda yaşayır. Lakin həmin gün həmin evə oğurluq etmək üçün girməmişlər ki, Aqil onlardan şübhələnməsin. Bundan bir-iki gün sonra isə həmin evə oğurluq etmək üçün Əmiralı və Orxanla birlikdə getmişlər. Həyətə qapının alt hissəsindən daxil omuşlar. Həyətdə heç kimin olmadığını görmüşlər. Daha sonra həyətdə yerləşən 1 mərtəbəli evin zirzəmisinə açıq qapısından daxil olmuşlar. Zirzəmidə elektrik naqili olduğunu görmüşlər və əllərinə götürüb zirzəmidən çıxmışlar. Həmin elektrik naqilinin üzərində isə elektrik paylayıcısı, yəni 3 ədəd razektalar da var imiş. Həmin elektrik naqilini yoldan keçən tanımadığı taksi ilə Vəndam qəsəbəsinin girişində yerləşən körpünün üzərinə kimi apararaq üçü də taksidən düşmüş, ardınca isə çaya düşərək elektrik naqillərini əritmişlər, əldə etdikləri təxminən 2 kiloqram misi Vəndam qəsəbəsində yerləşən Firuz adlı şəxsin işlədiyi metal qəbul etmə məntəqəsinə aparmışlar, lakin o və Orxan içəriyə daxil olmamışdır. Əmiralı metal qəbul etmə məntəqəsinə daxil olaraq misi satmış və geri qayıtmışdır. Əldə etdikləri 25 manatı üçü arasında bölmüşdür. Elektrik naqilini oğurlayan zaman həmin padvalda “U” şəkilli dür-aliminium materialından aləti və latun materialından olan başlıqları da görmüşlər. Lakin qərar almışlar ki, sonrakı günlərdə gəlib oğurlayıb sataraq pul əldə edərlər. Səhərisi gün eyni qaydada və eyni tərkibdə, yəni Əmiralı, o və Orxan birlikdə həmin Nohurqışlaq kəndində yerləşən Zərərçəkmiş şəxs3 məxsus evə getmişlər, eyni qaydada həyətin giriş qapısının altından həyətə qanunsuz daxil olmuşlar. Daha sonra isə sözü gedən zirzəmiyə daxil olaraq oradan təxminən 10 ədəd latun materialından olan su turbalarına qoşulmaq üçün nəzərdə tutulan başlıqları götürüb həmin evdən çıxmışlar və həmin başlıqları Qəbələ rayon ərazisində yerləşən Gilan MMC yolundakı metal qəbul etmə məntəqəsinə təxminən 9 manat satmışlar. Əldə etdikləri pulu da üçü arasında bölmüşdür. Satdığı yeri tam olaraq xatırlamır. Lakin həmin başlıqları alan şəxsin də həmin əmlakın oğurluq olmasından məlumatı olmamışdır. Səhərisi gün isə yenidən həmin həyətə daha sonra isə həyətdə yerləşən evin zirzəmisinə qanunsuz daxil olaraq əvvəlcədən gördükləri və oğurlamağı planlaşdırdıqları 3 ədəd “U” şəkilli dür aliminium materialından olan alətləri zirzəmidən hərəsi birini götürməklə çıxarıb yola kimi gətirmişlər. Lakin gücləri çatmadığından 2023-cü ilin fevral ayının sonlarında saat təxminən 20 radələrində tanışı Şahid5 zəng edərək Nohurqışlaq kəndində qaldıqlarını, yorğun olduqlarını bildirərək onları Qəbələ rayon Vəndam qəsəbəsinə yaşadıqları evə aparmasını xahiş etmişlər. Ruslan onların yanına gəlib avtomobildən yerə düşən zaman üçü də ona bildirmişlər ki, yaxınlıqda olan çəpərdən profil tapmışlar. Ruslana bildirmişlər ki, həmin dür aliminium materialından olan “U” şəkilli profili sabah satıb ona yol haqqını verəcəklər. Belə olub Ruslan da onlarla razılaşmışdır. Ruslan avtomobilin baqaj hissəsini açmış, onlar isə sözü gedən 3 ədəd materialı avtomobilin baqaj hissəsinə qoymuşlar. Daha sonra Ruslan onları öz evilərinə düşürmüşdür. Səhərisi gün isə saat 12 radələrində Ruslanın işlədiyi avtomobil təmiri sexinə getmişlər. Ruslana demişlər ki, gedək dür aliminum materialını sataq. Ruslan da onları gözlədiyini, gəlmədikləri üçün həmin 3 ədəd dür aliminium materialını satdığını bildirmişdir. Ondan nə qədər pul etdiyini soruşmuşlar. Ruslan isə ümumilikdə 56 manat olduğunu demişdir. Həmin 56 manatın hamısını ona vermişdir. 1 saat sonra isə yenidən Ruslanın yanına gəlib ona yol haqqı kimi 11 manat pul vermişlər. Yerdə qalan pulu isə öz aralarında bölmüşdür. Həmin evdə oğurluq etdikdən sonra zirzəmidə oturub çörək yemişlər, eləcə də siqaret çəkmişlər, həmçinin spirtli içki də qəbul etmişlər. Zərərçəkmiş şəxs3 məxsus evdən oğurluq etməyi ilə bağlı Şahid9 heç bir məlumatı olmamışdır. Aqil sadəcə onlarla həmin evin zirzəmisində yeyib-içmişdir. Təqsirləndirilən şəxs Əlı̇ yev Əmı̇ ralı Maxsud oğlu məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin may ayında saat təxminən 18 radələrində tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə razılaşaraq Qəbələ rayon Vəndam qəsəbə sakini X5 məxsus həmin qəsəbədə yerləşən yaşayış sahəsinin giriş qapısından çöldə yerləşən əvvəlcədən gördükləri qaynaq aparatının üzərində olan təxminən 40 metr uzunluğunda elektrik kabelini rezak vasitəsi ilə kəsib götürmüşlər, daha sonra isə birlikdə Vəndam çayında gecə saatlarında elektrik kabelini əridərək üzərindəki üzlüyü, yəni izolyasiyanı çıxararaq təxminən 7-8 kiloqram təmiz mis əldə etmişlər. Həmin misi hissələrə ayırdıqdan sonra üçü arasında bölmüşlər. Hər bizi əldə etdiyi misi ayrı-ayrı yerlərdə satmışlar. O isə Qəbələ şəhərinin mərkəzində yerləşən Aydın adlı metal alqı satqısı ilə məşğul olan şəxsə 40 manata satmışdır. Aydın adlı şəxsin misin oğurluq olmasından heç bir məlumatı yox imiş. Ona bildirmiş ki, misi çay və meşə ərazisindən tapmışdır. Bundan sonra isə 2023-cü ilin fevral ayının əvvəllərində dəqiq xatırlmadığı gündə saat 15 radələrində Qəbələ rayon Vəndam qəsəbəsinə gedən yolun sağ hissəsində yerləşən Zərərçəkmiş şəxs4 işlətdiyi lakin işlək vəziyyətdə olmayan “Ləman” adlı kafedən 3 ədəd latun materialından olan hər üçü eyni ölçüdə olan birinin kiloqramı 4 kiloqram olan samovarı Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə oğurlamışdır. Belə ki, həmin kafedə əvvəllər olduğu üçün sözü gedən kafedə samovarlar olduğundan məlumatlı imiş. Buna görə də Arzu və Orxana sözü gedən samovarları oğurlamığı təklif etmişdir. Arzu və Orxan da onunla razılaşmışdır. Belə olub 2023-cü ilin fevral ayının əvvəllərində dəqiq xatırlamadığı günündə saat 15 radələrində birlikdə piyada şəkildə sözü gedən kafenin yaxınlığına kimi getmişlər. O, kafeyə pəncərədən daxil olmuşdur. Həmin pəncərə əvvəlcədən sınıq imiş. Arzu və Orxan isə onu kafenin həyətinin içərisində kafenin arxasında gözləyirmişlər ki, kənar şəxslər gəldiyi halda ona məlumat versinlər. Kafenin içərisində stolun alt hissəsində yerləşən samovarı götürmüş və çölə çıxmışdır. Həmin samovarı birlikdə aparıb Firuz adlı şəxsə 30 manat pul müqabilində satmışlar. Firuzun isə samovarın oğurluq olmasından məlumatı olmamışdır. Ona bildirmişlər ki, samovar evinin samovarıdır. Samovarın kilo ilə çəkisi 4 kiloqram etmişdir. Həmin 30 manat pulu isə öz aralarında bölmüşlər. Hər birinə 10 manat düşmüşdür. Bundan 2 gün sonra isə yenidən həmin samovarı oğurladıqları Zərərçəkmiş şəxs4 məxsus işlək vəziyyətdə olmayan kafeyə getmişlər. Eyni qaydada kafeyə pəncərədən daxil olmuş, Arzu və Orxan isə kafedən çöldə gözləmişlər. Kafenin içərisində stolun altında birinci götürdüyü samovarın yanında yerləşən digər eyni həcmli olan latun materialından hazırlanmış samovarı əlinə götürmüş və kafenin pəncərəsindən çölə çıxmışdır. Arzu və Orxan isə onu kafenin həyətində kənar şəxslərin gələcəyi halda xəbər etmək üçün gözləmişlər. O, Orxan və Arzu Almaz adlı Vəndam qəsəbə sakininin yanına əlində samovarla birlikdə getmişlər. Bu dəfə samovarı Orxan daşımışdır. Həmin samovarı Almaz adlı Vəndam qəsəbə sakinin yanına aparıb 20 manata satmışlar. Çünkü həmin samovar deşik imiş. Almaz adlı şəxs samovarı haradan əldə etdiklərini soruşmuş, samovarı çaydan tapdıqlarını Almaza bildirmişlər. Həmin 20 manatı isə öz aralarında bölmüşlər. Bundan 2 gün sonra isə eyni qaydada yenidən həmin iki ədəd samovarı oğurladığı Zərərçəkmiş şəxs4 məxsus işlək vəziyyətdə olmayan “Ləman” adlı kafeyə getmişlər. Eyni qaydada kafeyə pəncərədən daxil olmuş, Arzu və Orxan isə kafenin həyətində gözləmişlər. Kafenin içərisində stolun altında birinci və ikinci götürdüyü samovarların yanında yerləşən digər samovarlarla eyni həcmli olan latun materialından hazırlanmış samovarı əlinə götürmüş və kafenin pəncərəsindən çölə çıxmışdır. O, Orxan və Arzu Araz adlı şəxsin işlədiyi mağazaya əlində samovarla birlikdə getmişlər. Bu dəfə samovarı Arzu daşımışdır. Həmin samovarı Araz adlı Vəndam qəsəbə sakinin yanına aparıb 40 manata satmışlar. Şahid4 samovarı haradan əldə etdiklərini soruşmuş, bu zaman Təqsirləndirilən şəxs3 isə samovarın özünə məxsus olduğunu, anasının xəstə olduğuna görə dərman alacağını bildirmişdir. Həmin 40 manatı isə öz aralarında bölmüşdür. Bundan sonra isə xx.xx.2023-cü il tarixdə saat 16 radələrində yenə bir qayda olaraq tanışları Arzu və Orxanla birlikdə Qəbələ rayon Vəndam qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs1 işlətdiyi “Çay bağı” adlı kafeyə oğurluq etmək məqsədi ilə getmişlər. Kafenin içərisində saxlanc yerinin olduğunu, həmin saxlanc yerinin pəncərəsindən baxdıqda isə soyuducu olduğu, soyuducunun üzərində elektrik naqilinin olduğu, eləcə də soyuducunun yaxınlığında su motorunun olduğunu görmüşlər və razılaşmışlar ki, həmin dəmir meterialından olan qapının qıfılını sındıraraq içəriyə daxil olub sözü gedən əmlakları oğurlayıb sataraq pul əldə etsinlər. Kafenin yaxınlığında olan armatur parçasını-lomu əlinə götürüb həmin qıfılı sındırmış, qapını açmışlar və içəriyə daxil olmuşlar. Həmin soyuducunun üzərindən təxminən 200 metr uzunluğunda qırmızı-göy rəngli elektrik naqilini və su motorunu götürüb həmin saxlanc yerinin qapısını örtmüşlər və qıfılını da üzərinə keçirmişlər. Daha sonra isə kafedən uzaqlaşaraq yaxınlıqda olan Vəndam çayına apararaq elektrik naqilinin üzərində olan təxminən 50 ədəd lampa yuvasını, yəni patronu elektrik naqili ilə birlikdə yandırmaqla əridib mis əldə etmişlər, əldə etdikləri mis materialını özləri ilə götürdükləri bir ədəd ağ rəngli sellofan torbaya yığmışlar, daha sonra mis materialını Qəbələ rayon Vəndam qəsəbəsində metal qəbul etmə məntəqəsinə apararaq 20 manat pul müqabilində satmış və daha sonra Arzu və Orxanın yanına geri qayıtmış, 20 manat pulu üçü arasında bölmüşlər. Həmin metal qəbul etmə yerinin sahibinin adının Firuz adlı şəxsdir. Lakin Firuzun həmin misin oğurluq olmasından məlumatı oplmamışdır. Daha sonra isə oğurladıqları su motorunu üçü birlikdə Almaz adlı işlənmiş avadanlıqlar alan şəxsə 20 manata satmışlar. Almaz adlı şəxsin də su motorunun oğurluq olmasından məlumatı olmamışdır. Belə ki, həmin vaxt Almaz onlardan su motorunu haradan əldə etdiklərini soruşmuş, o isə su motorunun özünə məxsus olduğunu bildirmişdir. 20 manatı da üçü arasında bölmüşdür. Bundan sonra isə 2023-cü ilin fevral ayının 23-ündə saat təxminən 14 radələrində Arzuya zəng edərək harada olduqlarını soruşmuşdur. Arzu isə Orxan ilə oğurluq etmək üçün Vəndam qəsəbəsində yerləşən Orxanın uzaq qohumu olan və Rusiya Federasiyasında yaşayan Zərərçəkmiş şəxs2 adlı şəxsin evinin qarşısında olduqlarını, həmin evdən oğurluq edəcəklərini demişdir. Belə olub Arzu və Orxanın dediyi ünvana getmişdir. Həmin ev Qəbələ rayon Vəndam qəsəbəsində “Lukoil” adlı yanacaqdoldurma məntəqəsinin yaxınlığında asfalt örtüklü yolun sağ hissəsində yerləşməklə 1 mərtəbəli köhnə tikili ev imiş. Həyətin giriş qapısı dəmir materialından imiş, üçü də həyətə mişar daşından hörülmüş qalanın üstündən aşmaqla keçmişlər. Daha sonra isə həmin həyətdə yerləşən evin taxta qapısını zirzəmidən tapdığı mismar çıxaran alət ilə sındırmış və qapı açılmışdır. Üçü də içəriyə daxil olmuşlar. Girişdən sağda yerləşən otaqdakı yerdə olan və qoşulu olmayan kombi aparatını sökərək içərisindəki mis tərkibli olan radiatoru çıxartmışlar və həmin mis tərkibli radiatoru(sonradan adının istilik dəyişdiricisi-yanma kamerası olduğu ona məlum olan) əzib mis və yararsız halına salmışlar, daha sonra isə Firuz adlı şəxsə xatırladığı qədəri ilə 40 manata satmışlar. Mis çəkildikdə 4 kiloqram 500 qram etmişdir. Firuza misi özü satmışdır. Firuza biz bildirmiş ki, guya çaylardan və meşələrdən, eləcə də zibilliklərdən mis, aliminium və köhnə avadanlıqlar axtarıb tapır və satır. Arzu və Orxan isə obyektdən çöldə gözləyirmişlər. Bundan 3 gün sonra, yəni 26 fevral 2023-cü il tarixdə həmin evə eyni qaydada daxil olmaqla Arzu ilə birlikdə bir ədəd samovar da oğurlanmışlar. Həmin samovarı isə Araz adlı şəxsə 60 manata satmışlar. Həmin pulu isə Arzu və o arasında bərabər şəkildə bölmüşlər. Samovarı satan zaman Araz onlardan samovarın kimə məxsus olduğunu soruşmuş, o isə samovarın özünə məxsus olduğunu və anasının xəstə olduğu üçün dərman almaq üçün pula ehtiyac yarandığından satdığını bildirmişdir. Bundan sonra isə 2023-cü ilin fevral ayının sonlarında dəqiq xatırlamadığı günlərdə, 3 ədəd ayrı-ayrı günlərdə tanışları Arzu və Orxanla birlikdə Qəbələ rayon Nohurqışlaq kəndində yerləşən Zərərçəkmiş şəxs3 məxsus yaşayış evindən elektrik naqilləri(razetka ilə birlikdə), 3 ədəd U şəkilli dür aliminium materialı, eləcə də latun materialından olan 10 ədəd başlıqları-su krantını oğurlayıb sataraq əldə etdikləri pulları aralarında bölmüşlər. Belə ki, ilk dəfə həmin evin köhnə olduğunu Nohurqışlaq kəndini gəzən zaman görmüşlər, həmin gün 2023-cü ilin fevral ayının sonları imiş və Şahid9la birlikdə sonuncunun xalasıgilə getdiyi və o, eləcə də Təqsirləndirilən şəxs3 da onunla birlikdə olan zaman həmin evi görmüşlər. Aqildən soruşmuşlar ki, bu evdə kim yaşayır? Aqil isə bildirmiş ki, həmin evdə heç kim yaşamır və ev sahibi Bakıda yaşayır. Lakin həmin gün həmin evə oğurluq etmək üçün girməmişıər ki, Aqil onlardan şübhələnməsin. Bundan bir-iki gün sonra isə həmin evə oğurluq etmək üçün Arzu və Orxanla birlikdə getmişlər. Həyətə qapının alt hissəsindən daxil olmuşlar. Həyətdə heç kimin olmadığını görmüşlər. Daha sonra həyətdə yerləşən 1 mərtəbəli evin zirzəmisinə açıq qapısından daxil olmuşlar. Zirzəmidə elektrik naqili olduğunu görərək elektrik naqilini götürüb zirzəmidən çıxmışlar. Elektrik naqili təxminən 200 metr olarmış. Həmin elektrik naqilinin üzərində isə elektrik paylayıcısı, yəni 3 ədəd razektalar da var imiş. Həmin elektrik naqilini yoldan keçən tanımadığı taksi ilə Vəndam qəsəbəsinin girişində yerləşən körpünün üzərinə apararaq üçü də taksidən düşmüşlər, ardınca isə çaya düşərək elektrik naqilini üzərindəki razetka ilə birlikdə əritmişlər, əldə etdikləri təxminən 2 kiloqram mislə Vəndam qəsəbəsində yerləşən Firuz adlı şəxsin işlədiyi metal qəbul etmə məntəqəsinə getmişlər, lakin Arzu və Orxan içəriyə daxil olmamışlar. Metal qəbul etmə məntəqəsinə daxil olaraq misi satmış və geri qayıtmışdır. Əldə etdikləri 25 manatı üçü arasında bölmüşlər. Elektrik naqilini oğurlayan zaman həmin padvalda U şəkilli dür aliminium materialından aləti və latun materialından olan başlıqları da görmüşlər. Lakin qərar almışlar ki, sonrakı günlərdə gəlib oğurlayıb satarlar. Səhərisi gün eyni qaydada və eyni tərkibdə, yəni Arzu və Orxan birlikdə həmin Nohurqışlaq kəndində yerləşən Zərərçəkmiş şəxs3 məxsus evə getmişlər, eyni qaydada həyətin giriş qapısının altından həyətə qanunsuz daxil olmuşlar. Daha sonra isə sözü gedən zirzəmiyə daxil olaraq oradan təxminən 10 ədəd latun materialından olan su turbalarına qoşulmaq üçün nəzərdə tutulan başlıqları götürüb həmin evdən çıxmışlar və həmin başlıqları Qəbələ rayon ərazisində yerləşən Gilan MMC yolundakı metal qəbul etmə məntəqəsinə təxminən 9 manata satmışlar. Əldə etdikləri pulu da üçü arasında bölmüşlər. Satdığı yeri tam olaraq xatırlamır. Lakin su krantlarını alan şəxsin də həmin su krantlarının-başlıqların oğurluq olmasından məlumatı olmamışdır. Səhərisi gün isə yenidən həmin həyətə daha sonra isə həyətdə yerləşən evin zirzəmisinə qanunsuz daxil olaraq əvvəlcədən gördüyü və oğurlamağı planlaşdırdığı 3 ədəd “U” şəkilli dür-aliminum materialından olan alətləri zirzəmidən hərəsi birini götürməklə çıxarıb yola kimi gətirmişlər. Lakin gücləri çatmadığından 2023-cü ilin fevral ayının sonlarında saat təxminən 20 radələrində Arzu tanışı Şahid5 zəng edərək Nohurqışlaq kəndində qaldıqlarını, yorğun olduqlarını bildirərək onları Qəbələ rayon Vəndam qəsəbəsinə yaşadıqları evə aparmasını xahiş etmişdir. Ruslan onların yanına gəlib avtomobildən yerə düşən zaman üçü də bildirmişlər ki, yaxınlıqda olan çəpərdən profil tapmışlar. Ruslana bildirmişlər ki, həmin dür-aliminium materialından olan “U” şəkilli profili sabah satıb ona yol haqqını verəcəklər. Belə olub Ruslan da onlara inanmışdır. Ruslan avtomobilin baqaj hissəsini açmış, onlar isə sözü gedən 3 ədəd materialı avtomobilin baqaj hissəsinə qoymuşlar. Daha sonra Ruslan onları öz evlərinə düşürmüşdür. Səhərisi gün isə saat 12 radələrində Ruslanın işlədiyi avtomobil təmiri sexinə getmişlər. Ruslana demişlər ki, gedək dür aliminum materialını sataq. Ruslan da onları gözlədiyini, gəlmədikləri üçün həmin 3 ədəd dür aliminium materialını satdığını bildirmişdir. Ondan nə qədər pul etdiyini soruşmuşlar. Ruslan isə ümumilikdə 56 manat olduğunu demişdir. Həmin 56 manatın hamısını onlara vermişdir. 1 saat sonra isə yenidən Ruslanın yanına gəlib ona yol haqqı kimi 11 manat pul vermişlər. Yerdə qalan pulu isə öz aralarında bölmüşlər. Həmin evdə oğurluq etdikdən sonra evin zirzəmisində oturub çörək yemişlər, eləcə də siqaret çəkmişlər, həmçinin spirtli içki də qəbul etmişlər. Zərərçəkmiş şəxs3 məxsus evdən oğurluq etməyi ilə bağlı Şahid9 heç bir məlumatı olmamışdır. Aqil sadəcə onlarla həmin evin zirzəmisində yeyib-içmişdir. Təqsirləndirilən şəxs3 Şahı̇ d oğlu məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin may ayının 19-u tarixində saat 18 radələrində tanışları Təqsirləndirilən şəxs1 və X10 ilə birlikdə razılaşaraq Qəbələ rayon Vəndam qəsəbə sakini X5 məxsus həmin qəsəbədə yerləşən yaşayış sahəsinin giriş qapısından çöldə elektrik sakının üzərində olan təxminən 40 metr uzunluğunda elektrik kabelini rezak vasitəsi ilə gizli şəkildə kəsib götürmüşlər, həmin rezakı əvvəlcədən Əmiralı özü ilə birlikdə gətirmişdir. Daha sonra isə birlikdə Vəndam çayında gecə saatlarında gedərək elektrik kabelini əridərək üzərindəki üzlüyü çıxararaq təxminən 7-8 kiloqram təmiz mis əldə etmişlər. Həmin misi hissələrə ayırdıqdan sonra üçü arasda bölmüşlər. Hər biri əldə etdikləri misi ayrı-ayrı yerlərdə satmışlar. Mis materialının ona düşən hissəsini isə Təqsirləndirilən şəxs1 sataraq ona da 8-9 manat pul vermişdir. Arzunun misi satdığı şəxsi tanımır. Lakin Zirik kənd sakini olduğunu eşitmişdir. Eləcə də həmin şəxsin misin oğurluq olmasından heç bir məlumatı olmadığını da bilir. Təqsirləndirilən şəxs2 isə misi Qəbələ şəhərində metal alqı-satqısı ilə məşğul olan Aydın adlı şəxsə satmışdır. Bundan sonra isə 2023-cü ilin fevral ayının əvvəllərində dəqiq xatırlamadığı günündə saat 15 radələrində Qəbələ rayon Vəndam qəsəbəsinə gedən yolun sağ hissəsində yerləşən Zərərçəkmiş şəxs4 işlətdiyi lakin işlək vəziyyətdə olmayan “Ləman” adlı kafedən 3 ədəd latun materialından olan hər üçü eyni ölçüdə olan birinin kiloqramı 4 kiloqram olan samovarı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2lə birlikdə oğurlamışdır. Belə ki, həmin kafedə Əmiralı əvvəllər olduğu üçün sözü gedən kafedə samovar olduğundan məlumatlı imiş. Buna görə də onlara sözü gedən samovarları oğurlamığı təklif etmişdir. Onunla razılaşmışdır. Belə olub 2023-cü ilin fevral ayının əvvəllərində dəqiq xatırlmadığı günündə saat 15 radələrində birlikdə piyada şəkildə sözü gedən kafenin yaxınlığına getmişlər. Əmiralı kafeyə pəncərəni sındırmaqla daxil olmuşdur. O və Arzu isə Əmiralını kafenin həyətində, yəni kafenin arxa hissəsində gözləmişlər ki, kənar şəxs gəldiyi halda ona məlumat versinlər. Əmiralı kafenin içərisində stolun alt hissəsində yerləşən samovarı götürmüş və çölə çıxmışdır. Həmin samovarı birlikdə aparıb Firuz adlı şəxsə 30 manat pul müqabilində satmışlar. Firuzun həmin samovarın oğurluq olmasından məlumatı olmamışdır. Samovarın kilo ilə çəkisi 4 kiloqram etmişdir. Həmin 30 manat pulu isə öz aralarında bölmüşlər. Hər birinə 10 manat düşmüşdür. Bundan 2 gün sonra isə yenidən həmin samovarı oğurladığı Zərərçəkmiş şəxs4 məxsus işlək vəziyyətdə olmayan “”Ləman” adlı kafeyə getmişlər. Eyni qaydada Əmiralı kafeyə pəncərədən daxil olmuş, o və Arzu isə kafedən çöldə gözləmişlər. Əmiralı kafenin içərisində stolun altında birinci götürdüyü samovarın yanında yerləşən digər eyni həcmli olan latun materialından hazırlanmış samovarı əlinə götürmüş və kafedən çölə çıxmışlar. Bu dəfə samovarı özü daşımışdır. Həmin samovarı Almaz adlı Vəndam qəsəbə sakinin yanına aparıb 20 manata satmışlar. Çünkü həmin samovar deşik imiş. Almaz adlı şəxs samovarı haradan əldə etdiklərini, kimə məxsus olduğunu soruşmuş, onlar isə samovarı çaydan tapdıqlarını bildirmişlər. Həmin 20 manatı isə öz aralarında bölmüşlər. Bundan 2 gün sonra isə eyni qaydada yenidən həmin iki ədəd samovarı oğurladıqları Zərərçəkmiş şəxs4 məxsus işlək vəziyyətdə olmayan kafeyə getmişlər. Kafenin həyətinə hasardan aşmaqla daxil olmuşlar. Eyni qaydada Əmiralı kafeyə pəncərəsindən içəriyə daxil olmuş, o və Arzu isə kafedən çöldə gözləmişlər. Əmiralı kafenin içərisində stolun altında birinci və ikinci götürdüyü samovarların yanında yerləşən digər samovarlarla eyni həcmli olan latun materialından hazırlanmış samovarı əlinə götürmüş və kafedən çölə çıxmışdır. O, Arzu və Əmiralı Araz adlı şəxsin işlədiyi mağazaya samovarla birlikdə getmişlər. Bu dəfə samovarı Arzu daşımışdır. Həmin samovarı Araz adlı Vəndam qəsəbə sakinin yanına aparıb 40 manata satmışlar. Araz adlı şəxs samovarı haradan əldə etdiklərini, samovarın kimə məxsus olduğunu soruşmuş, bu zaman o, samovarın özünə məxsus olduğunu, anasının xəstə olduğuna görə dərman alacağını bildirmişdir. Həmin 40 manatı isə öz aralarında bölmüşlər. Bundan sonra isə xx.xx.2023-cü il tarixdə saat 16 radələrində yenə bir qayda olaraq tanışları Arzu və Əmiralı ilə birlikdə Qəbələ rayon Vəndam qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs1 işlətdiyi “Çay bağı” adlanan kafeyə oğurluq etmək məqsədi ilə getmişlər. Kafenin içərisində saxlanc yerinin olduğunu, həmin saxlanc yerinin pəncərəsindən baxdıqda isə soyuducu olduğu, soyuducunun üzərində elektrik naqilinin olduğu, eləcə də soyuducunun yaxınlığında su motorunun olduğunu görmüşlər və razılaşmışlar ki, həmin dəmir meterialından olan qapının qıfılını sındıraraq içəriyə daxil olub sözü gedən əmlakları oğurlayıb sataraq pul əldə etsinlər. Kafenin yaxınlığında olan armatur parçasını-lomu Əmiralı əlinə götürüb həmin qıfılı sındırmış, qapını açmışlar və içəriyə daxil olmuşlar. Həmin soyuducunun üzərindən təxminən 200 metr uzunluğunda qırmızı-göy rəngli elektrik naqilini və “Markuces” markalı göy rəngli su motorunu götürüb həmin saxlanc yerinin qapısını örtmüşlər və qıfılını da üzərinə keçirmişlər. Daha sonra isə kafedən uzaqlaşaraq yaxınlıqda olan Vəndam çayına apararaq elektrik naqilinin üzərində olan təxminən 50 ədəd lampa yuvasını, yəni patronu elektrik naqili ilə birlikdə yandırmaqla əridib mis əldə etmişlər, əldə etdikləri mis materialını özü ilə əvvəlcədən götürdüyü bir ədəd ağ rəngli sellofan torbaya yığmışlar, daha sonra mis materialını Qəbələ rayon Vəndam qəsəbəsində metal qəbul etmə məntəqəsinə Əmiralı gedərək xatırladığı qədəri ilə 20 manat müqabilində satmış və daha sonra 20 manatı üçü arasında bölmüşlər. Həmin metal qəbul etmə yerinin sahibi Firuz adlı şəxdir. Daha sonra isə oğurladığı su motorunu üçü birlikdə Qəbələ rayon Vəndam qəsəbə sakini Almaz adlı işlənmiş avadanlıqlar alan şəxsə 20 manata satmışdır. Almaz adlı şəxsin də su motorunun oğurluq olmasından məlumatı olmamışdır. Belə ki, həmin vaxt Almaz onlardan su motorunu haradan əldə etdiklərini, kimə məxsus olduğunu soruşmuş, Əmiralı isə su motorunun özünə məxsus olduğunu bildirmişdir. 20 manatı da öz aralarında bölmüşlər. Bundan sonra isə 2023-cü ilin fevral ayının 23-ündə saat təxminən 14 radələrində Arzu ilə oğurluq etmək üçün ev axtardığı zaman Vəndam qəsəbəsində yerləşən uzaq qohumu olan Zərərçəkmiş şəxs2 evinin qarşısına gəlmişlər, bu zaman Əmiralı Arzuya zəng edərək harada olduqlarını soruşmuş, Arzu isə bildirmiş ki, Vəndam qəsəbə sakini olan Zərərçəkmiş şəxs2 evinin yaxınlığındadırlar və həmin evdən oğurluq edəcəklər. Əmiralı da belə olub onların dediyi ünvana gəlmişdir. Həmin ev Qəbələ rayon Vəndam qəsəbəsində “Lukoil” adlı yanacaqdoldurma məntəqəsinin yaxınlığında asfalt örtüklü yolun sağ hissəsində yerləşməklə 1 mərtəbəli köhnə tikili evdir. Həyətin giriş qapısı dəmir materialındadır, üçü də həyətə mişar daşından hörülmüş qalanın üstündən aşmaqla keçmişlər. Daha sonra isə Əmiralı həmin həyətdə yerləşən evin taxta qapısını zirzəmidən tapıdığı mismar çıxaran alət ilə qırmış və qapı açılmışdır. Üçü də içəriyə daxil olmuşdur. Girişdən sağda yerləşən otaqdakı yerdə olan və qoşulu olmayan kombi aparatını sökərək içərisindəki mis tərkibli olan radiatoru, yəni yanma kamerası və datciki çıxartmışlar və həmin mis tərkibli radiatoru əzərək yararsız hala salmışlar ki, rahat şəkildə sata bilsinlər. Daha sonra isə Firuz adlı şəxsə xatırladığı qədəri ilə 40 manata samışlar. Mis çəkildikdə 4 kiloqram 500 qram etmişdir. Firuza misi Əmiralı satmışdır. O və Arzu isə obyektdən çöldə gözləyirmişlər. Əlavə olaraq isə həmin evdən bir ədəd latun materialından hazırlanmış samovarın oğurlanmasında o, iştirak etməmişdir. Həmin samovarı Arzu və Əmiralı oğurlayaraq aparıb Qəbələ rayon Vəndam qəsəbə sakini Araz adlı şəxsə satmışdır. Bu barədə məlumatı isə Qəbələ RPŞ-də ifadə verən zaman olmuşdur. Bundan sonra isə 2023-cü ilin fevral ayının sonlarında dəqiq xatırlamadığı ayrı-ayrı günlərdə tanışları Arzu və Əmiralı ilə birlikdə Qəbələ rayon Nohurqışlaq kəndində yerləşən Zərərçəkmiş şəxs3 məxsus yaşayış evindən elektrik naqilləri(3 ədəd razetka ilə birlikdə), “U” şəkilli dür-aliminium materialından olan aləti və 10 ədəd latun başlıqları-su krantlarını oğurlayıb sataraq əldə etdikləri pulları aralarında bölmüşlər. Həmin evi əvvəlcədən tanıdığı lakin etdiyi oğurluqların heç birindən məlumatlı olmayan dostu Aqil adlı Vəndam qəsəbə sakini göstərərək həmin evdə heç kimin olmadığını bildirmişdir. O andan onlarda həmin evdən oğurluq etmək fikri yaranmışdır. Lakin həmin gün həmin evə oğurluq etmək üçün girməmişlər ki, Aqil onlardan şübhələnməsin. Belə ki, ilk dəfə həmin evin köhnə olduğunu Nohurqışlaq kəndini gəzən zaman görmüşlər, həmin gün 2023-cü ilin fevral ayının sonları imiş və Şahid9la birlikdə sonuncunun xalası gilə getdiyi və o, eləcə də Təqsirləndirilən şəxs1 də onunla birlikdə olan zaman həmin evi görmüşlər. Bundan bir-iki gün sonra isə həmin evə oğurluq etmək üçün bir qayda olaraq Əmiralı və Arzu ilə birlikdə getmişlər. Həyətə qapının alt hissəsindən daxil olmuşlar. Həyətdə heç kimin olmadığını görmüşlər. Daha sonra həyətdə yerləşən 1 mərtəbəli evin zirzəmisinə zirzəminin açıq qapısından daxil olmuşlar. Zirzəmidə elektrik naqili olduğunu görmüşlər və elektrik naqilini götürüb zirzəmidən çıxmışlar. Həmin elektrik naqilinin üzərində isə elektrik paylayıcısı, yəni 3 ədəd razektalar da var imiş. Həmin elektrik naqilini yoldan keçən tanımadığı taksi ilə Vəndam qəsəbəsinin girişində yerləşən körpünün üzərinə kimi apararaq körpünün üzərində taksidən düşmüşlər, ardınca isə çaya düşərək elektrik naqillərini əritmişlər. Elektrik naqili təxminən 200 metr olarmış. Əldə etdikləri təxminən 2 kiloqram misi Vəndam qəsəbəsində yerləşən Firuz adlı şəxsin işlədiyi metal qəbul etmə məntəqəsinə aparmışlar, lakin o və Arzu içəriyə daxil olmamışlar. Əmiralı metal qəbul etmə məntəqəsinə daxil olaraq misi satmış və geri qayıtmışdır. Əldə etdikləri 25 manatı üçü arasında bölmüşlər. Elektrik naqilini oğurlayan zaman həmin padvalda “U” şəkilli dür aliminium materialından aləti və latun materialından olan başlıqları da görmüşlər. Lakin qərar almış ki, sonrakı günlərdə gəlib oğurlayıb satarlar. Səhərisi gün eyni qaydada və eyni tərkibdə, yəni Arzu, o və Əmiralı birlikdə həmin Nohurqışlaq kəndində yerləşən Zərərçəkmiş şəxs3 məxsus evə getmişlər, eyni qaydada həyətin giriş qapısının altından həyətə qanunsuz daxil olmuşlar. Daha sonra isə sözü gedən zirzəmiyə daxil olaraq oradan təxminən 10 ədəd latun materialından olan su turbalarına qoşulmaq üçün nəzərdə tutulan başlıqları-su krantlarını götürüb həmin evdən çıxmışlar və həmin başlıqları Qəbələ rayon ərazisində yerləşən Gilan MMC yolundakı metal qəbul etmə məntəqəsinə təxminən 9 manat satmışlar. Əldə etdikləri pulu da üçü arasında bölmüşlər. Səhərisi gün isə yenidən həmin həyətə daha sonra isə həyətdə yerləşən evin zirzəmisinə qanunsuz daxil olaraq əvvəlcədən gördüyü və oğurlamağı planlaşdırdığı 3 ədəd “U” şəkilli dür-aliminum materialından olan alətləri zirzəmidən hərəsi birini götürməklə çıxarıb yola kimi gətirmişlər. Lakin gücləri çatmadığından 2023-cü ilin fevral ayının sonlarında saat təxminən 20 radələrində Arzu tanışı Şahid5 zəng edərək Nohurqışlaq kəndində qaldığını, yorğun olduğunu bildirərək Qəbələ rayon Vəndam qəsəbəsinə yaşadıqları evə aparmasını xahiş etmişdir. Ruslan onların yanına gəlib avtomobildən yerə düşən zaman üçü də bildirmiş ki, yaxınlıqda olan çəpərdən profil tapmışlar. Ruslana bildirmişlər ki, həmin dür-aliminium materialından olan “U” şəkilli profili sabah satıb ona yol haqqını verəcəklər. Belə olub Ruslan da onlarla razılaşmışdır. Ruslan avtomobilin baqaj hissəsini açmış, onlar isə sözü gedən 3 ədəd materialı avtomobilinin baqaj hissəsinə yükləmişlər. Daha sonra Ruslan onları öz evilərinə düşürmüşdür. Səhərisi gün isə saat 12 radələrində Ruslanın işlədiyi avtomobil təmiri sexinə getmişlər. Ruslana demişlər ki, gedək düraliminium materialını sataq. Ruslan da onları gözlədiyini, gəlmədikləri üçün həmin 3 ədəd düraliminium materialını satdığını bildirmişdir. Ondan nə qədər pul etdiyini soruşmuşlar. Ruslan isə ümumilikdə 56 manat olduğunu demişdir. Həmin 56 manatın hamısını Arzuya vermişdir. 1 saat sonra isə yenidən Ruslanın yanına gəlib ona yol haqqı kimi 11 manat pul vermişlər. Yerdə qalan pulu isə öz aralarında bölmüşlər. Təqsirləndirilən şəxslər Ədı̇ lli Arzu İqbal oğlunun, Əlı̇ yev Əmı̇ ralı Maxsud oğlunun və Təqsirləndirilən şəxs3 Şahı̇ d oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri onların özlərinin etirafedici ifadələrindən başqa, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyləri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs X9 ifadəsində göstərmişdir ki, özünə məxsus qaynaq etmək üçün nəzərdə tutulan qaynaq aparatı vardır ki, həmin aparatın üzərində qalın xətli elektrik kabelləri vardır. Həmin qaynaq etmək üçün nəzərdə tutulan generatoru yaşadığı Vəndam qəsəbəsində yerləşən həyətyanı sahəsinin qarşısındakı yolda, qapısının qarşısındakı açıq sahəlikdə saxlayır. Bəzən sifariş əsasında müxtəlif şəxslərin qaynaq işlərini görüb qazanc əldə edir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında yaşadığı evdən çıxaraq işə gedən zaman yolda qapısının qarşısında saxladığı qaynaq generatorunun üzərindəki kabelin kəsilib götürüldüyünü, yəni oğurlandığını aşkar etmişdir. Həmin kabelin içərisi mis tərkibli olmaqla 40 metr uzunluğunda imiş və qalınlığı isə 14 mm qalınlığında imiş. Həmin kabeli 2018-ci il tarixdə 1200 manata almışdır. Ona sonradan məlum olmuş ki, qeyd edilən oğurluq hadisəsini törədən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 adlı şəxslərdir. Ona oğurluq nəticəsində maddi ziyan dəymişdir, lakin dəymiş ziyan bu günə kimi ödənilməmişdir. Sonda isə təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Qəbələ rayon Nohurqışlaq kəndində üzü Vəndam qəsəbəsi istiqamətində yerləşən asfalt örtüklü yolun sağ kənarında “Ləman” adlı kafesi vardır ki, həmin kafeni 2022-ci ilin yanvar ayından etibarən qış ayları olduğu üçün bağlamışdır. Yəni kafe işlək vəziyyətdə deyilmiş. 2022-ci ilin mart ayının 16-sı tarixində sözü gedən kafeyə gedib baxdıqda görmüş ki, həmin kafenin mətbəxində yerləşən ona məxsus 3 ədəd hər birinin tutumu 7 litr olan, hər birinin dəyəri 130 manat olan latun materialından hazırlanmış işlək vəziyyətdə olan təxminən 2016-ci il tarixdə istehsal edilmiş od samovarları yerində yoxdur. Belə olub həmin tarixdə Qəbələ RPŞ-nə gəlib ərziə ilə müraciət etmişdir. Sonradan ona məlum olmuş ki, həmin samovarları oğurlayan şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3dur. Bunu onlar özləri də etiraf etmişlər. Sonda isə təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Qəbələ rayon Vəndam qəsəbəsində üzü İsmayıllı rayon istiqamətində olun yolun sol hissəsində “Semrena” adlı istirahət mərkəzinin yaxınlığında “Çay bağı” adlı restoranı vardır ki, həmin restoranı yay aylarında işlədir. “Çay bağı” adlı restoranın ərazisinin sahəsi təxminən 15 sotdur ki, həmin restoranın kənarları bağlı olmasa da, restoranın içərisində saxlanc yeri kimi istifadə etdiyi dəmir konstruksiyalı otaq vardır ki, həmin otağın qapısı da dəmir materialındandır. Qapı isə dəmir qıfıl ilə tərəfindən bağlı imiş. Sonuncu dəfə 20 fevral 2023-cü il tarixdə sözü gedən “Çay bağı” adlı restorana gedərək oraya nəzarət etmişdir. Lakin hər hansı bir oğurluq əlaməti aşkar etməmişdir. xx.xx.2023-cü il tarixdə saat 10 radələrində yenidən həmin restorana gedərək baxan zaman görmüş ki, restoranın ərazisindəki dəmir materialından olan saxlanc yerinin qapısının kilidi sındırılmış vəziyyətdədir. Dərhal qapını açaraq içəridə əvvəlcədən tərəfindən qoyulmuş əmlaklara baxdıqda ona məlum olmuş ki, sözü gedən saxlanc yerindən bir ədəd 140 manat dəyərində “Markuces” markalı MKP62 modelli su motoru, eləcə də 200 metr uzunluğunda göy rəngli 4 mm qalınlığında içərisi mis tərkibli hər metrinin qiyməti 1.5 manat olan ümumilikdə dəyəri isə 300 manat təşkil edən elektrik naqili, eləcə də 50 ədəd hər birinin dəyəri 2 manat təşkil edən ümumi dəyəri 100 manat olan sarı rəngli 10A-250 V həcmində olan elektrik yuvası(patronu) həmin saxlanc yerində yoxdur və oğurlanmışdır. Buna görə də oğurluq edən şəxs və ya şəxslərin kimlər olduğunu müəyyən etmək üçün 2-3 gün axtarış aparmışdır. Lakin heç bir məlumat əldə edə bilməyib xx.xx.2023-cü il tarixdə Qəbələ RPŞ-nə ərizə ilə müraciət etmişdir. Sonradan isə ona məlum olmuş ki, ona məxsus Qəbələ rayon Vəndam qəsəbəsində yerləşən “Çay bağı” adlı restoranındakı saxlanc yerindən oğurluq edən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3dur. Sonda isə təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Qəbələ rayon Vəndam qəsəbəsində təxminən 12 sot torpaq sahəsi vardır ki, həmin torpaq sahəsinin içərisində iki ədəd bir mərtəbəli ev vardır. Həmin evlərin biri ona, digəri isə mərhum qardaşı X6 məxsusdur. Həmin evdən ona məxsus olan ev birmərtəbəli olmaqla köhnə tikilidir. Evin yerləşdiyi həyətyanı sahənin kənarları mişar daşından hörülmüş hasardan ibarətdir ki, giriş darvazası dəmir materialındandır. Həmin evdən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qanunsuz və icazəsiz daxil olaraq həmin evin girişdən sağda yerləşən otaqdan bir ədəd təxminən 500 manat dəyərində olan qədimi 7 litr su tutumu olan latun materialından hazırlanmış üzəri nikellənmiş sovet istehsallı od samovarını, eləcə də 28 kilovatlıq “ALARKO” markalı, DHA25 SE modelli, təxminən 2000-ci il tarixdə alınmış 1500 manata aldığı kombinin yanma kamerasını, yanma kamerasının içərisində olan mis tərkibli istilik dəyişdiricisini sökərək oğurlamışlar. Eyni zamanda həmin şəxslər bu əməlləri nəticəsində həmin kombi aparatını tamamilə yararsız hala salmışlar. Eləcə də həmin evə daxil olmaq üçün zirzəminin pəncərəsini sındırmışlar və zirzəmidə olan ona məxsus mismar çıxaran aləti götürməklə həmin alət vasitəsi ilə iki taylı şabalıd taxtasından hazırlanmış qapını və onun kilid hissəsini sındırararaq həm qapını, həm də qıfılı yararsız hala salmışlar. Həmçinin həmin şəxslər evdə olan bıçağı da sındırmışlar. Sonda isə təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə teleqram ünvanlayaraq, məhkəmədə iştirak edə bilmədiyini, istintaqda vermiş olduğu ifadəsini təsdiq etdiyini və təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Ədı̇ lli Arzu İqbal oğlu onun oğludur. Oğlu Arzunun və onun tanışları tərəfindən törətdikləri əməllərindən məlumatı olmamışdır. Bu barədə yalnız polis tərəfindən araşdırma aparılarkən xəbəri olmuşdur. Əgər vaxt verilərsə zərərçəkmiş şəxslərə dəymiş ziyanı gələcəkdə hissə hissə mümkün qədər ödəyə biləcəklər. Məhkəmə iclasında şahid Əlı̇ yeva Nisə Əli qızı ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Əlı̇ yev Əmı̇ ralı Maxsud oğlu onun oğludur. Oğlu Əmiralı və onun tanışları tərəfindən törətdikləri əməllərindən məlumatı olmamışdır. Bu barədə yalnız polis tərəfindən araşdırma aparılarkən xəbəri olmuşdur. Əgər vaxt verilərsə zərərçəkmiş şəxslərə dəymiş ziyanı gələcəkdə hissə hissə mümkün qədər ödəyə biləcəklər. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 Şahı̇ d ğlu onun oğludur. Oğlu Orxan və onun tanışları tərəfindən törətdikləri əməllərindən məlumatı olmamışdır. Bu barədə yalnız polis tərəfindən araşdırma aparılarkən xəbəri olmuşdur. Əgər vaxt verilərsə zərərçəkmiş şəxslərə dəymiş ziyanı gələcəkdə hissə hissə mümkün qədər ödəyə biləcəklər. Məhkəmə iclasında Şahid8 ifadəsində göstərmişdir ki, Qəbələ rayon Vəndam qəsəbəsində yaşayır. Həmin qəsəbədə məişət texnikaları mağazası vardır ki, həmin mağazada müxtəlif şəxslərin məişət texnikalarını təmir edərək qazanc əldə edir. 20 fevral 2023-cü il tarixdə işlədiyi məişət texnikalarının təmiri emalatxansına saat 19 radələrində adları sonradan ona məlum olan Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 gələrək ona su motoru satmışlar. Həmin su motoru işlək vəziyyətdə olmadığı üçün onlara 15 manat pul verərək su motorunu almışdır. Su motorunun oğurluq yolla əldə edilməsindən məlumatlı deyilmiş. Belə ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 adlı şəxslər ona demişlər ki, su motoru özlərinə məxsusdur. Sonradan isə xx.xx.2023-cü il tarixdə həmin su motorunu gətirib Qəbələ RPŞ-də polis əməkdaşına təhvil vermişdir. Qeyd edilən su motoru “Markuces” markalı göy rəngli su motoru imiş. Məhkəmə iclasında Şahid9 ifadəsində göstərmişdir ki, Qəbələ rayon Vəndam qəsəbəsində qeydiyyatdadır və orada yaşayır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əvvəlcədən tanıyır. Onlardan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 onun həmkəndliləri olsa da, Təqsirləndirilən şəxs2 isə Qəbələ rayon Nohurqışlaq kənd sakinidir. Həmin şəxslər onun dostları imiş. Lakin həmin şəxslərin oğurluq etmələri barədə məlumatı olduğu üçün onlarla artıq dostluq etməməyə başlamış və onlardan uzaqlaşmışdır. Arzu, Orxan və Əmiralı ilə bir dəfə 2023-cü ilin fevral ayının əvvəllərində dəqiq xatırlmadığı tarixdə və gündə günorta saatlarında Qəbələ rayonu Nohurqışlaq kəndində yaşayan xalası Ülviyəgilə getdiyi zaman Arzu, Orxan və Əmiralı ondan Zərərçəkmiş şəxs3 evini göstərərək kimə məxsus olduğunu soruşmuş, o isə onların həmin evi nə məqsədlə soruşduqlarını bilmədiyi üçün evin sahibsiz olduğunu, yəni sahibinin Nohurqışlaq kəndində yaşamadığını bildirmişdir. Bundan sonra isə bir dəfə 26 fevral 2023-cü il tarixdə Arzu, Orxan, Əmiralı ilə birlikdə Qəbələ rayon Vəndam qəsəbəsində olarkən onlar bildirmişlər ki, spirtli içki və siqaret alıb, eləcə də pomidor, xiyar, mandalin alıb həmin boş olan evə gedək və o evin zirzəmisində yeyib içək. Belə olub onlarla həmin evə getmişdir. Evin zirzəmisində isə yemək yemişlər və spirtli içki qəbul etmişlər. Eləcə də siqaret də çəkmişlər. Bundan sonra isə onu polis şöbəsinə 28 fevral 2023-cü il tarixdə dəvət edən zaman ona məlum olmuş ki, Arzu, Əmiralı və Orxan həmin evdən, əlavə olaraq isə dörd yerdən oğurluq ediblər. Lakin həmin şəxslərin oğurluq əməllərindən heç bir məlumatı olmamışdır. Eləcə də onların etdikləri oğurluqların heç birində iştirak etməmişdir. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərmişdir ki, atasına məxsus VAZ2107 minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır ki, həmin avtomobili ara-sıra idarə edir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, eləcə də Şahid9 onun həmkəndliləridir. Təxminən 2023-cü ilin fevral ayının sonlarında saat 20 radələrində Təqsirləndirilən şəxs1 ona zəng edərək Nohurqışlaq kəndində qaldıqlarını, yorğun olduqlarını bildirərək onları, yəni Əmiralı ilə onu Qəbələ rayon Vəndam qəsəbəsinə yaşadıqları evə aparmağınbı xahiş etmişdir. Avtomobildə yanacaq olmadığını bildirmiş, lakin Təqsirləndirilən şəxs1 ona bildirmiş ki, yanacaq pulunu verəcək. Belə olub yaşadığı evdən çıxaraq atasına məxsus VAZ2107 minik markalı, **-BM- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qəbələ rayon Nohurqışlaq kəndi ərazisində yerləşən Star petrol adlı yanacaqdoldurma məntəqəsinə gedərək oradan avtomobilinə 2 manatlıq yanacaq vurmuş, daha sonra isə Təqsirləndirilən şəxs1 ona dediyi ünvana, yəni Nohurqışlaq kəndi ərazisində yerləşən Şəhid bulağı adlanan yerdən sola istiqamətlənərək təxminən 1 kilometr məsafə getmişdir. Və yolun kənarında Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, əlavə olaraq isə Təqsirləndirilən şəxs3 onu gözlədiklərini görərək avtomobilini onların yanında saxlamışdır. Avtomobildən yerə düşən zaman onlar üçü də ona bildirmişlər ki, yaxınlıqda olan çəpərdən profil tapmışlar, həmin yerdə çəpərdən həmin profili çıxarmışar. Profilə baxdıqda görmüş ki, həmin profil adlandırdıqları material “U” şəkilli olmaqla 3 ədəd eyni ölçüdə dür alminium materialındandır. Onlar bildirmişlər ki, həmin dür aliminium materialından olan “U” şəkilli profili sabah satıb ona da yol haqqını verəcəklər. Belə olub onlarla razılaşmışdır. Avtomobilin baqaj hissəsini açmış, Orxan, Arzu və Əmiralı isə sözü gedən 3 ədəd materialı avtomobilinin baqaj hissəsinə yükləmişlər. Daha sonra ardıcıllıqla əvvəlcə Təqsirləndirilən şəxs3, daha sonra Təqsirləndirilən şəxs1, ardınca isə Təqsirləndirilən şəxs2 yaşadıqları evə düşürərək özü də yaşadığı evə getmişdir. Onları düşürən zaman ona bildirmişlər ki, həmin dür aliminium materiallarını sabah saat 08-də Qəbələ rayon Vəndam qəsəbəsində yerləşən məscidin yanındakı metal qəbul etmə məntəqəsinə satacaqlar. Səhəri gün saat 10-a kimi onları gözləmiş, lakin heç biri gəlmədiyi üçün özü həmin metal qəbul etmə məntəqəsinə sözü gedən 3 ədəd “U” şəkilli dür aliminium materiallarını aparıb Şahid6 adlı şəxsə 56 manat müqabilində satmışdır. Həmin “U” şəkilli dür aliminium materiallarının çəkildikdə üçü birlikdə 37 kiloqram etmiş, hər kiloqramına 1.60 manatdan olmaqla ümumilikdə 56 manatı ona vermişdir. Pulu götürüb işlədiyi avtomobil təmiri sexinə getmişdir. Saat 12 radələrində işlədiyi avtomobil təmiri sexinə Əmiralı, Arzu və Orxan gəlmişlər. Ona demişlər ki, gedək dür aliminium materialını sataq. Onları gözlədiyini, gəlmədikləri üçün həmin 3 ədəd aliminium materialını satdığını bildirmişdir. Ondan nə qədər pul etdiyini soruşmuşlar. Ümumilikdə 56 manat olduğunu demişdir. Həmin 56 manatın hamısını Təqsirləndirilən şəxs1 vermişdir. Onlar pulun hamısını götürüb getmiş, 1 saat sonra isə yenidən onun yanına gəlmişlər və ona yol haqqı kimi 11 manat pul vermişlər. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 avtomobilinin baqaj hissəsinə dür aliminium materialını yükləyən zaman həmin dür aliminium materiallarının oğurluq olmasından heç bir məlumatı olmamışdır. Onlar həmin dür aliminium materialını çəpərdən tapdıqlarını bildirərək yaxınlıqdakı çəpərdən çıxarmışlar. İşdə oaln xx.xx.2023-cü il tarixli DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 3-13- 11/2-3389/2023 nömrəli məktubdan görünür ki, Qəbələ rayon Nohurqışlaq kəndində yerləşən X8 məxsus evdən baş vermiş oğurluq hadisəsi ilə əlaqədar hadisə yerindən götürülmüş əl-barmaq izləri KTİ-in ADİS-in bazasında olan şəxslərin əl əksləri ilə müqayisə edilmiş, müqayisəli tədqiqat nəticəsində təqdim edilmiş 02 ədəd əl-barmaq izlərinin xx.xx.2008-ci ildə Qəbələ rayonunda anadan olmuş Təqsirləndirilən şəxs2 sol əlinin orta və adsız barmaqlarının əksləri ilə eynilik təşkil etdiyi (Coco-Cola içki qabının üzərindən götürülmüş izlər) müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 sentyabr 2022-ci il tarixli, 9/6328 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda və fotoşəkildə göstərilən 01 metr mis tərkibli 12 mm qalınlığında kabelin orta istismar müddəti və orta istismar intensivliyi parametirlərinə uyğun olaraq 2022-cil ilin may ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 14,0 manat müəyyən edilir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 may 2023-cü il tarixli, 9/3239 saylı və 08 sentyabr 2023-cü il tarixli, 9/6828 saylı rəylərindən görünür ki, 200 metr uzunluğunda diametri 4 mm olmaqla içəsiri mis tərkibli üzəri izolyasiyalı elektrik naqilinin bir metrinin dəyəri 0,4 manat olmaqla ümumi dəyəri 80 manat, 50 ədəd 10A-250 V həcmində elektrik yuvasının (lampa patronunun) bir ədədinin dəyəri 1 manat olmaqla ümumi dəyəri 50 manat, “Markuces” markalı, MKP62 modelli su motorunun dəyəri 35 manatdır. İçərisi mis tərkibli olmaqla uzunluğu 40 metr, ölçüsü isə 14 mm olan elektrik kabelinin bir metrinin dəyəri 16 manat olmaqla ümumi dəyəri 640 manatdır. Uzunluğu 200 metr olmaqla içərisi mis tərkibli ölçüsü 3x2.5 mm olan elektrik naqilinin bir metrinin dəyəri 1.30 AZN olmaqla ümumi dəyəri 260 manat, 3 ədəd razetka, yəni elektrik paylayacısının birinin dəyəri 2 manat olmaqla ümumi dəyəri 6 manat, 10 ədəd latun materialından olan su açmaq və bağlamaq üçün istifadə edilən su krantının bir ədədinin qiyməti 8 manat olmaqla ümumi dəyəri 80 manat, 3 ədəd dür aliminium materialından olan ümumilikdə çəkisi 37 kiloqram olan “U” şəkilli materialın bir kiloqramının qiyməti 2 manat olmaqla, ümumi dəyəri 74 manatdır. 3 ədəd latun materialından olmaqla hər birinin tutumu 7 litr olan və hər biri işlək vəziyyətdə olmaqla təxminən 2016-ci il tarixdə istehsal edilmiş od samovarlarının bir ədədinin qiyməti 140 manat olmaqla, ümumilikdə 420 manatdır. 7 litr su tutumu olan latun materialından hazırlanmış üzəri nikellənmiş sovet istehsallı od samovarının dəyəri 160 manat, 28 kilovatlıq “ALARKO” markalı təxminən 2000-ci il tarixdə alınmış kombinin yanma kamerasının, yanma kamerasının içərisində olan mis tərkibli istilik dəyişdiricisinin (datçik) birlikdə dəyəri 220 manatdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” X17 18 iyul 2023-cü il tarixli, 427 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər və hal hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik xəstəliyi keçirməmişdir. Təqsirləndirilən şəxs1 psixi xəstəlik keçirmədiyindən onun məcburi qaydada müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 cinayət əməllərini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” X17 18 iyul 2023-cü il tarixli, 426 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər və hal hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik xəstəliyi keçirməmişdir. Təqsirləndirilən şəxs2 psixi xəstəlik keçirmədiyindən onun məcburi qaydada müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 cinayət əməllərini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs2 əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” X17 18 iyul 2023-cü il tarixli, 426 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər və hal hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik xəstəliyi keçirməmişdir. Təqsirləndirilən şəxs3 psixi xəstəlik keçirmədiyindən onun məcburi qaydada müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs3 cinayət əməllərini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs3 əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs3 hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri X2 X4 Ekspert Komissiyasının 29 avqust 2023-cü il tarixli, 1421 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə etmir, Narkomaniya xəstəliyindən əzab çəkmir, Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri X2 X4 Ekspert Komissiyasının 29 avqust 2023-cü il tarixli, 1419 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 narkotik vasitələrdən istifadə etmir, Narkomaniya xəstəliyindən əzab çəkmir, Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri X2 X4 Ekspert Komissiyasının 29 avqust 2023-cü il tarixli, 1420 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə etmir, Narkomaniya xəstəliyindən əzab çəkmir, Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Ədı̇ lli Arzu İqbal oğlu əvvəllər məhkum olunmamışdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Əlı̇ yev Əmı̇ ralı Maxsud oğlu əvvəllər məhkum olunmamışdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Şahı̇ d oğlu əvvəllər məhkum olunmamışdır. Beləliklə, Ədı̇ lli Arzu İqbal oğlunun, Əlı̇ yev Əmı̇ ralı Maxsud oğlunun və Təqsirləndirilən şəxs3 Şahı̇ d oğlunun törətdikləri cinayət əməlləri, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxslərin özlərinin ibtidai istintaq və ilkin məhkəmə baxışı zamanı verdikləri etirafedici ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ibtidai istintaq zamanı və ilkin məhkəmə baxışı zamanı verdikləri ifadələri, ekspert rəyləri, digər iş materialları ilə onların irəli sürülmüş ittihamda cinayətlərin törətmələri tamamilə sübuta yetirildi. İbtidai istintaq orqanı tərəfindən Ədı̇ lli Arzu İqbal oğlunun, Əlı̇ yev Əmı̇ ralı Maxsud oğlunun və Təqsirləndirilən şəxs3 Şahı̇ d oğlunun əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün olaraq tövsif edilmişdir və onlar həmin maddələrinin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Ədı̇ lli Arzu İqbal oğluna, Əlı̇ yev Əmı̇ ralı Maxsud oğluna və Təqsirləndirilən şəxs3 Şahı̇ d oğluna cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Məhkəmə Ədi̇ lli Arzu İqbal oğlunun əməlini könüllü etiraf edərək səmimi peşimançılıq hissi keçirməsini, cinayəti törədərkən yetkinlik yaşına çatmayan şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Ədı̇ lli Arzu İqbal oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 iyun 2008-ci il tarixli qərarının 15-ci bəndinə əsasən yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən nəzərə almaq lazımdır ki, qanunvericilikdə (CM-nin 85.1-ci maddəsi) bu kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulan cəmi 4 cəza növünün (cərimə, ictimai işlər, islah işləri, müəyyən müddətə azadlıqdan məhrum etmə) hər biri üçün qısaldılmış müddət və ya azaldılmış məbləğ nəzərdə tutulmuşdur. Ona görə də yetkinlik yaşına çatmayanlara CM-nin 85-ci maddəsinə uyğun olaraq CM-nin Xüsusi Hissəsinin sanksiyasında göstərilən cəzanın aşağı həddindən də az cəza təyin edilərkən CM-nin 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Ədı̇ lli Arzu İqbal oğluna təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş və Həmin Məcəllənin 85.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Ədı̇ lli Arzu İqbal oğlunun barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Ədı̇ lli Arzu İqbal oğlu yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələrini yerinə yetirməlidir. Məhkəmə Əli̇ yev Əmi̇ rali Maxsud oğlunun əməlini könüllü etiraf edərək səmimi peşimançılıq hissi keçirməsini, cinayəti törədərkən yetkinlik yaşına çatmayan şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Əlı̇ yev Əmı̇ ralı Maxsud oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Əlı̇ yev Əmı̇ ralı Maxsud oğluna təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş və Həmin Məcəllənin 85.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Əlı̇ yev Əmı̇ ralı Maxsud oğlunun barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Əlı̇ yev Əmı̇ ralı Maxsud oğlu yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələrini yerinə yetirməlidir. Məhkəmə Təqsirləndirilən şəxs3 Şahi̇ d oğlunun əməlini könüllü etiraf edərək səmimi peşimançılıq hissi keçirməsini, cinayəti törədərkən yetkinlik yaşına çatmayan şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs3 Şahı̇ d oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 Şahı̇ d oğluna təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş və Həmin Məcəllənin 85.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs3 Şahı̇ d oğlunun barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 Şahı̇ d oğluna cəza təyin edərkən onun tutulub saxlandığı 01 (bir) gün müddəti də nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 Şahı̇ d oğlunun 30 avqust 2023-cü il tarixdən saat 10:00-dan həmin gün saat 12:20-dək tutulub saxlandığı ümumilikdə 01 (bir) gün müddəti ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından bir günə iki gün hesabı ilə çıxılmalıdır. Təqsirləndirilən şəxs3 Şahı̇ d oğlu yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələrini yerinə yetirməlidir. Qəbələ Rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs2 məxsus bir ədəd samovar və bir ədəd mismarçıxaran alət, Zərərçəkmiş şəxs4 məxsus bir ədəd samovar və Zərərçəkmiş şəxs1 məxsus bir ədəd “Markuces” markalı, MKP62 modelli su motoru sahiblərinə qaytarılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 150 (bir yüz əlli) manat müştərək qaydada Ədı̇ lli Arzu İqbal oğlundan, Əlı̇ yev Əmı̇ ralı Maxsud oğlundan və Təqsirləndirilən şəxs3 Şahı̇ d oğlundan tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia olmamışdır. Məhkəmə müsadirə ilə bağlı məsələni araşdırır və hazırkı cinayət işi üzrə müsadirə olunmalı olan əmlak aşkar edilmədiyindən xüsusi müsadirə ilə bağlı tədbirin tətbiq olunmasını məqsədə müvafiq hesab etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Ədi̇ lli Arzu İqbal oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Ədı̇ lli Arzu İqbal oğlunun cəza çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Ədı̇ lli Arzu İqbal oğlunun yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Ədı̇ lli Arzu İqbal oğlu yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələrini yerinə yetirsin. Ədı̇ lli Arzu İqbal oğlunun barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Əli̇ yev Əmi̇ rali Maxsud oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Əlı̇ yev Əmı̇ ralı Maxsud oğlunun cəza çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Əlı̇ yev Əmı̇ ralı Maxsud oğlunun yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Əlı̇ yev Əmı̇ ralı Maxsud oğlu yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələrini yerinə yetirsin. Əlı̇ yev Əmı̇ ralı Maxsud oğlunun barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Şahi̇ d oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 Şahı̇ d oğlunun tutulub saxlandığı 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 02 (iki) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 Şahı̇ d oğlunun cəza çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs3 Şahı̇ d oğlunun yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 Şahı̇ d oğlu yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs3 Şahı̇ d oğlunun barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Qəbələ Rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs2 məxsus bir ədəd samovar və bir ədəd mismarçıxaran alət, Zərərçəkmiş şəxs4 məxsus bir ədəd samovar və Zərərçəkmiş şəxs1 məxsus bir ədəd “Markuces” markalı, MKP62 modelli su motoru sahiblərinə qaytarılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 150 (bir yüz əlli) manat müştərək qaydada Ədı̇ lli Arzu İqbal oğlundan, Əlı̇ yev Əmı̇ ralı Maxsud oğlundan və Təqsirləndirilən şəxs3 Şahı̇ d oğlundan tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar