Məhkəmə qərarları › İş №1(025)-31/2024

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-31/2024

09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-31/2024 09.10.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1989-cu il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Qəbələ rayon Zarağan-2 köçkün şəhərciyində yaşayan, barəsində Qəbələ rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli qərarı ilə 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası ƏN-nin Penitensiar xidmətinin Şəki Penitensiar müəssisəsində həbsdə saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 09 iyul 2024-cü il tarixdə və istintaqa dəqiq məlum olmayan mənbədən satış məqsədi ilə təmiz çəkisi 1,75 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib 1,33 qram hissəsini özündə saxlamış, 01 ədəd gümüşü rəngli kağıza bükülü vəziyyətdə 0,42 qram olan hissəsini isə xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Qəbələ şəhəri Zarağan-2 köçkün şəhərciyi istiqamətində olan yol ayrıcı dairənin yaxınlığında tanışı Şahid1 20 (iyirmi) manat pul vəsaiti müqabilində satmış, bundan sonra Qəbələ rayon polis şöbəsi əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə saat 14 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəlcə Şahid1 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinməklə Qəbələ rayon Zarağan-2 keçmiş hərbi şəhərciyin qarşısında saxlanılıb rayon polis şöbəsinə gətirilməklə şöbənin inzibati binasında şübhəli şəxs qismində üzərinə şəxsi axtarış aparılan zaman həmin ondan aldığı ümumi təmiz çəkisi 0,42 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuana Şahid1 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə aşkar edilərək götürülmüş, bununla yanaşı həmin tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində, o cümlədən narkotik vasitəni Şahid1 satmaqda şübhəli bilinməklə Qəbələ şəhəri Zarağan-2 köçkün şəhərciyi istiqamətində olan yol ayrıcı dairənin yaxınlığında saxlanılıb rayon polis şöbəsinə gətirilməklə şöbənin inzibati binasında şübhəli şəxs qismində üzərinə şəxsi axtarış aparılarkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi və 0.42 qram hissəsini Şahid1 satdıqdan sonra üzərində gəzdirdiyi narkotik vasitə qurudulmuş marixuana dörd ədəd gümüşü rəngli kağız bükümdə 0,13 qram, 0,37 qram, 0,38 qram və 0,45 qram olmaqla ümumi təmiz çəkisi 1.33 qram olan hissəsi üzərində olan sarı rəngli sellofan torbanın içərsində olan boz rəngli yay köynəyinin arasından aşkarlanaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli isə düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Yevlaxa özü üçün narkotik vasitə almağa getmişdir. Şahid1 ona zəng edərək yalvarmış, ona da narkotik vasitə almasını xahiş etmişdir. Pulu isə kartına atmaq istəmişdir. O isə bildirmiş ki, ehtiyac yoxdur və özü gətirəcəkdir. Bildirmiş ki, onda narkotik vasitə var və ondan istifadə edər. Lakin çox məcbur etmiş ki, əsgər yoldaşı, ya da dostu deyilən adam gəlmiş və onun üçün alır. Ondan qaradok şəhərciyinin kruqunda düşməyi xahiş etmişdir. “Qaradok” şəhərciyi deyilən kruqun yanında ondan dirəşmiş ki, narkotik vasitəni ona versin. Həmçinin ona güclə pul verməyə çalışmışdır. O isə İsmətə kasıb adam olduğunu, pula ehtiyacı olmadığını bildirmişdir. İsmət isə zorla onun sumkasına pulu qoymuşdur. Bu vaxt polis əməkdaşları tez ona yaxınlaşmışlar və onu polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs məhkəmədən barəsində ədalətli hökm çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Qəbələ rayonunun Vəndam qəsəbəsində daimi pasport qeydiyyatında olub, Zarağan kəndində yaşayır. Yevlax rayon sakini Təqsirləndirilən şəxs təxminən 6 aya yaxın müddətdir ki, tanıyır. Belə ki, Əhmədi Zarağan kəndi ərazisində Rövşənə məxsus həyətdə birgə fəhlə işlədikləri vaxtı tanımışdır. Təqsirləndirilən şəxs tanıdıqdan sonra Əhməd narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyini deyərək onada təklif etmişdir. Əvvəl bir dəfə narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyi üçün xoşuna gəldiyindən Əhməddən xahiş etmiş ki, pulu müqabilində ona marixuana təşkil etsin. Buna görə Əhməd ona heç bir etiraz etməyib təklifi ilə razılaşaraq ayrı-ayrı vaxtlarda Əhməddə 10-15 manat pul verməklə 7-8 dəfə narkotik vasitə olan qurudulmuş marixuana alaraq çəkmişdir. 09 iyul 2024cü il tarixdə saat təxminən 10 radələrində Əhmədə zəng vuraraq ondan özü üçün çəkməyə narkotik vasitə olan qurudulmuş marixuna istəmişdir. Əhməd ona Yevlax rayonunda olduğunu, təxminən 3-4 saat ərzində Qəbələ rayonuna gələrək onunla görüşüb ona narkotik vasitə olan qurudulmuş marixuana verəcəyini demişdir. Həmin gün saat təxminən 13:30 radələrində Təqsirləndirilən şəxs ilə Qəbələ rayonu Zarağan kəndi ərazisində Zarağan-2 köçkün şəhərciyi istiqamətinə gedən dairə yaxınlığında görüşüb ona 20 manat nəğd şəkildə pul verərək bir ədəd gümüş rəngli kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuana almışdır. Əhmədlə görüşüb ondan aldığı narkotik vasitəni əynindəki göy rəngli çins şalvarın sağ yan cibinə qoyub ondan ayrılaraq yaşadığı ev istiqamətinə gedərkən həmin vaxtı bir neçə mülki geyimdə olan şəxslər ona yaxınlaşıb kimliyini soruşub özlərini Qəbələ rayon polis şöbəsinin əməkdaşları olduğunu bildirərək üzərində narkotik tərkibli maddə olub-olmadığını soruşduqları zamanı cavab olaraq üzərində narkotik tərkibli maddə olduğunu bildirmişdir. Lakin ətrafda onu tanıyan şəxslərin ola biləcəyinə görə üzərinə baxış keçirilməsini Qəbələ rayon polis şöbəsində aparılmasını xahiş etdiyi üçün polis əməkdaşları onu polis şöbəsinə gətirmişlər. Poilis şöbəsinə hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət edilərək təhqiqatçı tərəfindən hüququ və vəzifələri izah edildikdən sonra baxış keçirlmişdir. Baxış zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən Təqsirləndirilən şəxs özü istifadə etmək üçün 20 manat pul verərək aldığı 01 ədəd gümüşü rəngli kağız bükümdə içərsində narkotik maddə olan qurudulmuş marixuana aşkar edilmişdir.Həmin qurudulmuş marixuana elektron tərəzidə çəkilərək polis əməkdaşları tərəfindən götürülmüşdür.Şahid qismində dindirilmiş Şahid1 ifadəsində əlavə olaraq onu da qeyd etmişdir ki, 09 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs 5 ədəd 1 manatlıq, 1 ədəd 5 manatlıq və 1 ədəd 10 manatlıq olmaqla ümumilikdə 20 manat pul verməklə bir ədəd kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuana almış, Təqsirləndirilən şəxs ona satdığı narkotik maddə olan qurudulmuş marixuananı haradan əldə etməsindən xəbəri və məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Qəbələ rayonunun Nohurqışlaq kəndində yaşayır və orada daimi pasport qeydiyyatındadır. Halhazırda Qəbələ RPŞ-nin CAB-in əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs baş vermiş məlum hadisədən sonra tanımış, həmin şəxslə heç bir düşmənçilik və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan qurudulmuş marixuana satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. 09 iyul 2024-cü il tarixdə saat təxminən 14 radələrində Təqsirləndirilən şəxs rayonun Zarağan kənd sakini Şahid1 Zarağan-2 köçkünlər yaşayan şəhərcik istiqamətinə gedən yol ayrıcı dairə yaxınlığında həmin yolun sağ tərəfində yerləşən avtomobillərin yuyulma məntəqəsinin sol tərəfində pul müqabilində tərkibində narkotik maddə olan qurudulmuş marixuna satarkən Təqsirləndirilən şəxs və Şahid1 saxlanılmışlar. Əhməd və İsmət onların üzərinə baxışı orada deyil, Qəbələ RPŞ-də keçirilməsini xahiş etdikləri üçün onların hər ikisi rayon polis şöbəsinə gətirilmişlər. Onların üzərlərinə baxış keçirilməsi üçün polis şöbəsinə müdafiəçilər Firidun Osmanov və Müdafiəçi dəvət edilərək əvvəlcə baş təhqiqatçı Tural Mehdizadə tərəfindən Şahid1 hüquq və vəzifələri izah edilməklə müdafiəçi Firidun Osmanovun iştirakı ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı onun əynindəki mavi rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümün içərsində narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmiş ki, Şahid1 həmin narkotik vasitəni özü istifadə etmək üçün 20 manat pul müqabilində Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Həmin narkotik maddə elektron tərəzidə çəkilərək maddi sübut kimi qablaşdırılıb üzəri DİN-in “103” saylı möhürü ilə möhürlənib götürülmüşdür. Baxış zamanı baxış qeyd etdiyi ardıcıllıqla əks etdirən video və fotoşəkillər çəkilmiş, bundan sonra baxış sona çatmışdır. Daha sonra təhqiqatçı Tural Mehdizadə tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə müdafiəçi Səfəralı Bayramovun iştirakı ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı onun əynində olan qara rəngli idman şalvarının çağ yan cibindən markası məlum olmayan 01 ədəd mobil telefon, 01 ədəd qara rəngli alışqan, 01 ədəd 10 qəpk dəmir pul, 3 ədəd 1 manat, 1 ədəd 5 manat, 1 ədəd 10 manat və 1 ədəd 100 manat pul aşkar olunmuş ki, Təqsirləndirilən şəxs həmin əşyaların və pulların özünə məxsus olduğunu bildirmişdir. Bundan başqa isə həmin şalvarın sol yan cibindən 1 ədəd 10 qəpik, 1 ədəd 20 qəpik dəmir pul, eləcə də 5 ədəd 1 manat, 1 ədəd 5 manat və 1 ədəd 10 manat pul aşkar edilmiş ki, Təqsirləndirilən şəxs 1 ədəd 10 qəpik və 1 ədəd 20 qəpik dəmir pulların özünə məxsus olduğunu, 5 ədəd 1 manat, 1 ədəd 5 manat və 1 ədəd 10 manat pulları isə Şahid1 01 bükümdə narkotik vasitə olan qurudulmuş marixuna sataraq əldə etdiyini bildirmişdir.Həmçinin Təqsirləndirilən şəxs əlindəki sarı rəngli sellofan torbanın içərsinə baxış zamanı, torbanın içərsində olan boz rəngli yay köynəyinin arasından 04 ədəd gümüşü rəngli kağıza bükülmüş vəziyyətdə narkotik maddə olan qurudulmuş marixuana aşkar edilmiş ki, Təqsirləndirilən şəxs həmin narkotik maddələrin ona məxsus olduğunu, onları Yevlax rayonundan tanımadığı şəxsdən aldığını bildirmişdir. Həmin narkotik maddələr elektron tərəzidə çəkilərək maddi sübut kimi qablaşdırılıb üzəri DİN-in “103” saylı möhürü ilə möhürlənib götürülmüşdür. Baxış zamanı baxış qeyd etdiyi ardıcıllıqla əks etdirən video və fotoşəkillər çəkilmiş, bundan sonra baxış sona çatmışdır.Şahid2 ifadəsində əlavə olaraq onu da qeyd etmişdir ki, Şahid1 və Təqsirləndirilən şəxs qarşı hadisə yerində, eləcə də rayon polis şöbəsində onların üzərinə baxış zamanı polis əməkdaşları tərəfindən İsmət və Əhmədə qarşı heç bir fizki zor tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, ünvan 3 ünvanında daimi pasport qeydiyyatında olub, ünvan 4rəsiz evdə müvəqqəti yaşayır. Halhazırda Qəbələ RPŞ-nin CAB-in əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs baş vermiş məlum hadisədən sonra tanımış, həmin şəxslə heç bir düşmənçilik və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan qurudulmuş marixuana satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. 09 iyul 2024-cü il tarixdə saat təxminən 14 radələrində Təqsirləndirilən şəxs rayonun Zarağan kənd sakini Şahid1 Zarağan-2 köçkünlər yaşayan şəhərcik istiqamətinə gedən yol ayrıcı dairə yaxınlığında həmin yolun sağ tərəfində yerləşən avtomobillərin yuyulma məntəqəsinin sol tərəfində pul müqabilində tərkibində narkotik maddə olan qurudulmuş marixuna satarkən Təqsirləndirilən şəxs və Şahid1 saxlanılmışlar. Əhməd və İsmət onların üzərinə baxışı orada deyil, Qəbələ RPŞ-də keçirilməsini xahiş etdikləri üçün onların hər ikisi rayon polis şöbəsinə gətirilmişlər. Onların üzərlərinə baxış keçirilməsi üçün polis şöbəsinə müdafiəçilər Firidun Osmanov və Müdafiəçi dəvət edilərək əvvəlcə baş təhqiqatçı Tural Mehdizadə tərəfindən İsmət Baxşaleyevə hüquq və vəzifələri izah edilməklə müdafiəçi Firidun Osmanovun iştirakı ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı onun əynindəki mavi rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümün içərsində narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmiş ki, Şahid1 həmin narkotik vasitəni özü istifadə etmək üçün 20 manat pul müqabilində Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Həmin narkotik maddə elektron tərəzidə çəkilərək maddi sübut kimi qablaşdırılıb üzəri DİN-in “103” saylı möhürü ilə möhürlənib götürülmüşdür. Baxış zamanı baxış qeyd etdiyi ardıcıllıqla əks etdirən video və fotoşəkillər çəkilmiş, bundan sonra baxış sona çatmışdır. Daha sonra təhqiqatçı Tural Mehdizadə tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə müdafiəçi Səfəralı Bayramovun iştirakı ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı onun əynində olan qara rəngli idman şalvarının çağ yan cibindən markası məlum olmayan 01 ədəd mobil telefon, 01 ədəd qara rəngli alışqan, 01 ədəd 10 qəpk dəmir pul, 3 ədəd 1 manat, 1 ədəd 5 manat, 1 ədəd 10 manat və 1 ədəd 100 manat pul aşkar olunmuş ki, Təqsirləndirilən şəxs həmin əşyaların və pulların özünə məxsus olduğunu bildirmişdir. Bundan başqa isə həmin şalvarın sol yan cibindən 1 ədəd 10 qəpik, 1 ədəd 20 qəpik dəmir pul, eləcə də 5 ədəd 1 manat, 1 ədəd 5 manat və 1 ədəd 10 manat pul aşkar edilmiş ki, Təqsirləndirilən şəxs 1 ədəd 10 qəpik və 1 ədəd 20 qəpik dəmir pulların özünə məxsus olduğunu, 5 ədəd 1 manat, 1 ədəd 5 manat və 1 ədəd 10 manat pulları isə Şahid1 01 bükümdə narkotik vasitə olan qurudulmuş marixuna sataraq əldə etdiyini bildirmişdir.Həmçinin Təqsirləndirilən şəxs əlindəki sarı rəngli sellofan torbanın içərsinə baxış zamanı, torbanın içərsində olan boz rəngli yay köynəyinin arasından 04 ədəd gümüşü rəngli kağıza bükülmüş vəziyyətdə narkotik maddə olan qurudulmuş marixuana aşkar edilmiş ki, Təqsirləndirilən şəxs həmin narkotik maddələrin ona məxsus olduğunu, onları Yevlax rayonundan tanımadığı şəxsdən aldığını bildirmişdir. Həmin narkotik maddələr elektron tərəzidə çəkilərək maddi sübut kimi qablaşdırılıb üzəri DİN-in “103” saylı möhürü ilə möhürlənib götürülmüşdür. Baxış zamanı baxış qeyd etdiyi ardıcıllıqla əks etdirən video və fotoşəkillər çəkilmiş, bundan sonra baxış sona çatmışdır.Şahid2 ifadəsində əlavə olaraq onu da qeyd etmişdir ki, Şahid1 və Təqsirləndirilən şəxs qarşı hadisə yerində, eləcə də rayon polis şöbəsində onların üzərinə baxış zamanı polis əməkdaşları tərəfindən İsmət və Əhmədə qarşı heç bir fizki zor tətbiq edilməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmələri şahidlərin ifadəsi, iş materialları və aşağıda göstərilən digər sübutlarlada təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 09 iyul 2024-cü il tarixdə və 10 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində verdiyi ifadələrində ona elan olunmuş ittiham üzrə özünü AR CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilmiş və göstərmişdir ki, Qəbələ rayon Zarağan kənd sakini Şahid1 narkotik vasitə olan qurudulmuş marixuananı 09 iyul 2024-cü il tarixdə satmış və Şahid1 ona satdığı narkotik vasitənin müqabilində 5 ədəd 1 manatlıq, 1 ədəd 5 manatlıq və 1 ədəd 10 manatlıq vahidlə olmaqla ümumilikdə 20 manat ödəniş etmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs qismində verdiyi ifadə məhkəmə baxışında elan edilərək tədqiq edilmişdir. Həmin ifadələrdən gürünür ki, Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitələrin ona aid olduğunu, həmin narkotik vasitələri Şahid1 satdığını etiraf etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda şübhəli şəxs qismində verdiyi ifadələr sərbəst ifadədədir, həmin ifadə hər hansı fiziki və ya psixi təsir altında verməmişdir, ona görə də həmin ifadənin mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyinə görə sübut növü kimi qəbul edilməli və məhkəmə istintaqında təqdiq olunan bütün sübutların məcmusu ilə birlikdə qiymətləndirilməlidir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş 09 iyul 2024-cü il tarixli “şəxsi axtarış və götürmə barədə” protokoldan görünür ki, 09 iyul 2024-cü il tarixdə saat 14:40 radələrində şübhəli şəxs qismində tutulmuş Şahid1 üzərinə öz razılığı əsasında müdafiəçisinin, polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış zamanı ilk olaraq şübhəli şəxs Şahid1 üzərində narkotik tərkibli maddənin olub-olmaması və varsa əgər təqdim etməsi təklif edilmiş və Şahid1 üzərində narkotik maddənin olduğunu bildirərək üzərindəki mavi rəngli cins şalvarının sağ yan cibində saxlayaraq daşıdığı bir ədəd gümüşü rəngli kağıza bükülü vəziyyətdə olan bükümü təqdim edərək içərisindəkinin narkotik vasitə olan marixuana (nəşə) olduğunu, həmin kütləni Yevlax rayon sakini Əhməd adlı şəxsdən 20 manat pul müqabilində aldığını bildirmiş, həmin narkotik vasitə olan marixuana elektron tərəzidə çəkilmiş və çəkisi 0.56 qram təşkil etmişdir. Qeyd olunan narkotik vasitə olan qurudulmuş marixuana sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılıb götürülərək üzəri DİN-in “103” saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış və götürmə zamanı “Redmi” markalı mobil telefon vasitəsilə video və fotoşəkillər çəkilmiş, fotoşəkillərin əksi çıxarılıb, videoçəkiliş isə 01 ədəd CD diskə köçürülərək protokola əlavə edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş 09 iyul 2024-cü il tarixli “şəxsi axtarış və götürmə” aparılması haqqında qərar və protokoldan, həmin protokola əlavə edilmiş fotocədvəl və video görüntüdən görünür ki, 09 iyul 2024-cü il tarixdə saat 14:50 radələrində şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə öz razılığı əsasında müdafiəçisinin, polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman ona üzərində olan əşyaları könüllü surətdə təqdim etməsi təklif edilmiş, sonuncu təklifi qəbul edərək üzərində olan əşyaları könüllü təqdim edəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik maddənin olduğunu bildirərək əlindəki 01 ədəd sarı rəngli sellofan torbanın içərisindəki boz rəngli yay köynəyinin içərisində gizlədib saxladığı 04 ədəd gümüşü rəngli kağıza bükülü vəziyyətdə olan kütlələri təqdim edərək içərisindəkilərin narkotik vasitə olan marixuana olduğunu, həmin narkotik vasitəni Yevlax rayonundan tanımadığı şəxsdən özü üçün istifadə etmək üçün aldığını, təxminən 4 ildən artıq müddətdir ki, narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş 04 ədəd gümüşü rəngli kağıza bükülü vəziyyətdə olan kütlələr elektron tərəzidə çəkilmiş və çəkiləri 0.51 qram, 0.61 qram, 0.56 qram və 0.31 qram təşkil etmiş ki, qeyd olunan narkotik vasitələr olan qurudulmuş marixuana sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılıb götürülərək üzəri DİN-in “103” saylı möhürü ilə möhürlənmişdir. Bundan başqa ona məxsus qara rəngli idman şalvarının şalvarının sol yan cibindən 1 ədəd 10 manatlıq, 1 ədəd 5 manatlıq və 5 ədəd 1 manatlıq olmaqla ümumilikdə 20 manat pul əskinazları aşkar edilərək götürülmüş ki, Təqsirləndirilən şəxs həmin pulları Şahid1 narkotik vasitə olan qurudulmuş marixuana sataraq əldə etdiyini bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı mobil telefon vasitəsilə video və fotoşəkillər çəkilmiş, fotoşəkillərin əksi çıxarılıb, videoçəkiliş isə 01 ədəd CD diskə köçürülərək protokola əlavə edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və protokola əlavə edilmiş foto cədvəldən görünür ki, həmin tarixdə iş üzrə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilərkən o, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək xx.xx.2024-cü il tarixdə Şahid1 ilə Qəbələ rayonu Zarağan-2 köçkün şəhərciyi istiqamətinə gedən yol ayrıcı dairə yaxınlığında görüşərək ondan 20 manat pul alıb əvəzində 01 bükümdə narkotik vasitə olan qurudulmuş marixuananı satdığı hadisə yerini göstərmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 10 iyul 2024-cü il tarixli 3-16-16-2-17/623 nömrəli rəyində aşağıdakılar göstərilmişdir: - Tədqiqata təqdim olunmuş, üzərində “Vəkil Müdafiəçi, şübhəli şəxs Təqsirləndirilən şəxs” yazısı, digər adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərsindəki 04 (dörd) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,13 qr, 0,37 qr, 0.38 qr və 0.45 qram ümumi çəkiləri 1,33 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Həmin qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. - Tədqiqata təqdim olunmuş üzərində “Vəkil F.Osmanov, şübhəli şəxs Şahid1” yazıları, digər adlar və imzalar olan 01(bir) ədəd zərfin içərsindəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi 0,42 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. - Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 04 (dörd) ədəd kağız bükümlərdə olan qurudulmuş marixuanalar ilə Şahid1 üzərindən aşkar edilmiş 01 ədəd kağız bükümdə olan qurudulmuş marixuna tərkibinə görə eynidirlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş 23 iyul 2024-cü il tarixli “maddi sübutun tanınması və saxlanması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumi çəkisi 1,33 qram olmuş tədqiqatlara sərf edilmiş 0,08 qram hissə çıxıldıqdan sonra qalıq təmiz çəkisi 1,25 qram, eləcədə Şahid1 aşkar edilərək götürülmüş ümumi çəkisi 0,42 qram olmuş tədqiqatlara sərf edilmiş 0,02 qram hissə çıxıldıqdan sonra qalıq təmiz çəkisi 0,40 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və eləcə də Təqsirləndirilən şəxs Şahid1 narkotik maddəni sataraq əldə etdiyi 1 ədəd 10 manatlıq, 1 ədəd 5 manatlıq və 5 ədəd 1 manatlıq kağız əskinazlardan ibarət olmaqla 20 manat pul cinayət işinin istintaqı üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmaqla saxlanması üçün Qəbələ RPŞ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 22 avqust 2024-cü il tarixli 1429 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub.Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur.Narkoloji kabinetdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Tibbi ərazi X3” X15 Yevlax Rayon Mərkəzi Xəstəxanasının 06 avqust 2024-cü il tarixli PHŞ-in 18-1-82/2-573/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın psixonevroloji və narkoloji kabinelərdə də hər hansı bir xəstəliklə qeydiyyatda olmadığı göstərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Cinayət işinin materiallarına əlavə edilmiş Yevlax şəhəri İcra hakimiyyətçi başçısının Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Zarağan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Cinayət işinin materiallarına əlavə edilmiş Yevlax şəhəri İcra hakimiyyətçi başçısının Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 08/294 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı X5, qızı xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2023-cü il təvəllüdlü X8, anası X11, bacısı cəfərova Lalə Adil qızı və qardaşı X6 ibarətdir. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 8-ci bəndində göstərilmişdir ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Həmin Qərarın 9-cu bəndində məhkəmələrə izah edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələbinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələbinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə istinad edilən cinayət əməlini təqsirli olaraq törətməsi Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi iş üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində ilkin ifadələri, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətləri keçirlən zaman tərtib edilmiş protokol və həmin protokola əlavə edilmiş videogörüntü ilə, aşkar edilərək götürülmüş maddi sübutlar, iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsi və cinayət işinin materiallarına əlavə edilmiş digər sənədlərlə təsdiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs “əsassız olaraq tutulması”, özünü CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilməməsi, heç kimə narkotik vasitə satmaması barədə qeydləri özünün müdafiəsi üçün gətirdiyi dəlillər hesab edilməlidir. Bundan əlavə məhkəmə o halı da nəzərə alır ki, məhkəmə iclaslarında Təqsirləndirilən şəxs ona AR CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamın əsassız olduğunu, elan edilmiş ittihamla razı olmadığını, Şahid1 narkotik vasitəni pul qarşılığında deyil, pay (bəxşiş) kimi verdiyini qeyd etmişdir. Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 8-ci bəndində göstərilmişdir ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyriəmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Ali Məhkəmənin sözügedən plenum qərarından göründüyü kimi Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə zamanı Şahid1 narkotik vasitəni satmasına baxmayaraq, bəxşiş şəklində verdiyini etiraf etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza məsələsini müzakirə edərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olaraq, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, müsbət xarakterizə edilməklə şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində Qəbələ Rayon Məhkəməsinin qərarı ilə 3 ay həddində «həbs» qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 09 iyul 2024-cü il tarixdən hesablanmışdır. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 09 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.1 və 56.1.2-ci maddələrinə əsasən, azadlıqdan məhrum etmə növündə cəzanın ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-məntəqə tipli cəzaçəkmə müəssisələrində; qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə istintaqında tədqiq olunmuş ibtidai istintaq zamanı təyin edilmiş narkoloji Dispanserinin rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri cəmi 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərkən, iş üzrə maddi sübut kimi tanınmış və Qəbələ rayon Polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumi çəkisi 1,33 qram olmuş tədqiqatlara sərf edilmiş 0,08 qram hissə çıxıldıqdan sonra qalıq təmiz çəkisi 1,25 qram, eləcədə Şahid1 aşkar edilərək götürülmüş ümumi çəkisi 0,42 qram olmuş tədqiqatlara sərf edilmiş 0,02 qram hissə çıxıldıqdan sonra qalıq təmiz çəkisi 0,40 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinə əsasən şəxsin cinayət yolu ilə əldə etdiyi, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə maddi sübut hesab edilən və Qəbələ rayon Polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs Şahid1 narkotik maddəni sataraq əldə etdiyi 1 ədəd 10 manatlıq, 1 ədəd 5 manatlıq və 5 ədəd 1 manatlıq kağız əskinazlardan ibarət olmaqla 20 manat pul əskinazları hökm öz qanuni qüvvəsini aldıqdan sonra dövlət nəfinə müsadirə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli 09 iyul 2024cü il tarixindən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi Narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi olan 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X4, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). İş üzrə maddi sübut kimi tanınmış və Qəbələ rayon Polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumi çəkisi 1,33 qram olmuş tədqiqatlara sərf edilmiş 0,08 qram hissə çıxıldıqdan sonra qalıq təmiz çəkisi 1,25 qram, eləcədə Şahid1 aşkar edilərək götürülmüş ümumi çəkisi 0,42 qram olmuş tədqiqatlara sərf edilmiş 0,02 qram hissə çıxıldıqdan sonra qalıq təmiz çəkisi 0,40 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut hesab edilən və Qəbələ rayon Polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs Şahid1 narkotik maddəni sataraq əldə etdiyi 1 ədəd 10 manatlıq, 1 ədəd 5 manatlıq və 5 ədəd 1 manatlıq kağız əskinazlardan ibarət olmaqla 20 manat pul əskinazları hökm öz qanuni qüvvəsini aldıqdan sonra dövlət nəfinə müsadirə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökm elan olunduğundan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar