Məhkəmə qərarları › İş №1(025)-31/2025

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-31/2025

17.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-31/2025 17.11.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi İsayeva Elvina Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1972-ciildə Qəbələ rayonu, Bum qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, Qəbələ rayonu, Bum qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 01 avqust 2025-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2025-ci ilin may ayının sonlarından istintaqa dəqiq məlum olmayan tarixdən başlayaraq yaşadığı Qəbələ rayonu Bum qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətinin çəpərinin kənarında 03 ədəd, 01 ədədini isə həyətdə tərəvəzin içərisində dibçəkdə olmaqla, ümumilikdə 04 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini toxumlarından istifadə etməklə qanunsuz olaraq əkib aqrotexniki qaydada qulluq edərək yetişdirib xeyli miqdarda kultivasiya etmiş və bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında 30 iyul 2025-ci il tarixdə saat 11 radələrində Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz kultivasiyasında şübhəli bilinərək yaşadığı evin həyət qapısına dəvət edilərkən qanunsuz kultivasiya etdiyi çətənə bitkilərinin polis əməkdaşları tərəfindən aşkarlanacağından ehtiyyatlanaraq əməlini ört-basdır etmək məqsədi ilə həyətinin çəpərinin kənarında qanunsuz olaraq kultivasiya etdiyi 03 ədəd çətənə bitkilərini kökləri ilə birgə becərdiyi yerdən çıxarıb həyətindəki fındıq ağaclarının altına tullamış, bundan bir neçə dəqiqə sonrasaat 11:08 radələrindən başlayaraq Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Qəbələ rayon Bum qəsbəsindəki fərdi yaşayış evinin həyətinin qarşısındasaxlanılıb əməliyyat tədbirinin keçirilməsinə müvəkkil edilmiş əməkdaşlar tərəfindən saxlanıldığı yerdə videoçəkiliş aparılmaqla öz razılığı ilə yaşadığı yuxarıda qeyd olunan fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zaman qanunsuz olaraq xeyli miqdarda kultivasiya etdiyi uzunluqları 68 sm-dən 87 sm-dək olan 03 ədəd əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri torpaqdan çıxararaq kök hissələri ilə birgə tulladığı fındıq ağaclarının altından, uzunluğu 12 sm ölçüdə olan 01 ədədi isə həyətdə tərəvəzin içərisində dibçəkdə əkili vəziyyətdə olmaqla, ümumilikdə isə 04 (dörd) ədəd 44.40(qırx dörd tam onda dörd)qram çəkidə olmuş əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərikultivasiya edildiyi yerdən aşkarlanaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında ifadə verərkən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, təxminən 20 ildir ki, narkotik vasitə olan marixuananı ara-sıra istifadə edir. 2024-cü ilin mart ayında Bakı şəhərinə tanışının toy mərasimində iştirak edərkən toyda narkotik vasitə olan marixuanadan istifadə etmişdir.Toyda istifadə etdiyi marixuananı tanımadığı şəxs siqaret kötüyünə dolduran zaman həmin marixuananın içərisindən 04 ədəd toxumlar çıxmış, həmin toxumları götürmüş, kağız bükümdə saxlamış, Qəbələyə qayıtdıqdan sonra həmin toxumları özünə məxsus həyətdə gizlətmiş, narkotik vasitə istifadəçisi olduğu üçün həmin toxumları əkmək, kollarını qurudaraq istifadə etmək qərarına gəlmişdir.Toxumlardan üçünü 2025-ci ilin may ayının sonlarında həyətində çəpər hasarın dibində əkmiş, bir ədədini isə tərəvəzdə dibçəkdə əkmişdir.Toxumların hər biri artıq cücərib bitmişlər.Toxumların bitib böyüməsi üçün mütəmadi olaraq su vermiş, həmçinin bir neçə dəfə diblərini çubuqla, bellə yumşaltmışdır.Artıq marixuana bitkiləri bitmiş, onlardan 3 ədədi 50 sm-1 metr arası olmuşdur.Dibçəkdə olan isə bir qədər balaca, yəni 50 sm-dən kiçik imiş.xx.xx.2025-ci il tarixdə saat təxminən 10 radələrində həyətdə olan zaman qapısının qarşısında səs eşitmiş, kimsə onu çağırmışdır.Polis əməkdaşlarının gələ biləcəyindən şübhələnərək çəpər hasarının dibində olan 3 ədəd çətənə bitkisini çıxardaraq təxminən 25-30 metr aralıda fındıq ağacının dibinə atmış, dibçəkdə olan çətənə bitkisinə isə fikir verməzlər deyə çıxartmamışdır.Daha sonra qapıya gedərək qapını açmış, polis əməkdaşları olduğunu görmüş, onlar özlərinitəqdim edərək onun narkotik vasitə əkməyində şübhəli olduğunu və həyətinə baxış keçirilməli olduqlarını bildirmişlər.Əkdiyi və sonradan çıxartdığı marixuana bitkilərini polis əməkdaşlarının aşkar edəcəyi üçün həmin vaxt həqiqətən də həyətində narkotik vasitə olan çətənə bitkiləri əkdiyini bildirmişdir.Polis əməkdaşlarının iştirakı ilə həyətinə baxış keçirilmişdir.Çıxardıb kənara qoyduğu çətənə bitkilərini və bir ədəd dibçəkdə əkdiyi çətənə bitkisini təqdim etmiş, həmin yerə polis əməkdaşları baxış keçirərək 3 ədəd böyük çətənə bitkilərini, bir ədəd isə kiçik çətənə bitkisini aşkar etmişlər. Ümumilikdə həyətindən 4 ədəd müxtəlifölçülərdə çətənə bitkiləri aşkar olunmuşdur. Həmçinin çıxardıb kənara qoyduğu çətənəbitkilərini əkdiyi yeri də təqdim etmiş, oradan torpaq nümunələri götürmüşlər. Daha sonra polis şöbəsinə gəlmişlər, orada müdafiəçisinin iştirakı ilə götürülmüş marixuana bitkilərinə baxış keçirilmiş, tərtib edilən sənədlərlə tanış olaraq imzalamışdır. Narkotik vasitəni şəxsi istifadəsi üçün əkmiş, heç kimə narkotik vasitəverməmiş, satmamış, bağışlamamışdır. Çətənə bitkilərini tək əkib-becərmiş, heç kim ona köməklik etməmiş, ailə üzvləri bundan xəbərsiz olmuşlar.Polis əməkdaşları videoçəkiliş aparmaqla həyətindən aşkarlanaraq götürülmüş 04 ədəd marixuana bitkilərinə bənzər bitkilərə baxış keçirən zaman özünü müdafiə etmək məqsədi ilə marixuana bitkilərini əksə də qulluq etmədiyini demişdir. Məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3ifadəsində göstərdi ki, Qəbələ rayon Bum qəsəbə sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, ədavəti olmamışdır.30 iyul 2025-ci il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə olan marixuanadan istifadə etməsi və Bum qəsəbəsində yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında həmin gün səhər saatlarında Qəbələ RPŞ-nin CAB-nin əməkdaşları Şahid1, Şahid2, Vüsal Rüstəmov və Ruhlan Mustafayevlə birlikdə onun yaşadığı Bum qəsəbəsindəki həyətinin qarşısına getmişlər, həyət qapısının arxasından Təqsirləndirilən şəxs çağırmışlar.Bir neçə dəqiqə sonra Qafur həyət qapısına gəlmiş, özlərini təqdim edərək onun narkotik vasitələrin qanunsuz dövriyyəsində, kultivasiyasında şübhəli olduğu bildirib hüquq və vəzifələri izah etmişlər.Təqsirləndirilən şəxs həqiqətən də həyətində marixuana əkdiyini bildirmiş, ondan həmin marixuana bitkilərini təqdim etməsi istənildikdə Təqsirləndirilən şəxs təqdim edə biləcəyini demiş və onun təqdim etməsi ilə həyətə daxil olmuşlar.Təqsirləndirilən şəxs həyətində qapıdan içəridə yaşayış evinin yuxarı tərəfində olan kənarları dəmir məftilli setka ilə bağlanmış tərəvəz sahəsində ağ rəngli şəffaf rəngli qabın içərisində 01 ədəd marixuanaya mənzər bitkini təqdim etmiş, marixuana bitkisi olduğunu deyərək özünün əkib-becərdiyini bildirmişdir.Daha sonra yaşayış evinin arxasında kol çəpərin dibini təqdim edərək orada da 03 ədəd marixuana bitkisi əkib becərdiyini, qulluq etdiyini, az əvvəl polis əməkdaşları onu çağırdıqda həmin marixuana bitkilərinin aşkarlanacağından qorxaraq onları çıxarıb yaxınlıqdakı fındıq ağacının dibinə tulladığını bildirmişdir.Təqsirləndirilən şəxs 03 ədəd marixuana bitkilərini əkdiyi yeri, eləcə də onları tulladığı yeri tədqim etmiş, həmin yerə baxış zamanı 03 ədəd marixuanaya bənzər bitkilər kök hissələri ilə birlikdə aşkar edilmişdir.Aşkar edilmiş marixuanaya bənzər ümumilikdə 04 ədəd bitkilər metrə ilə ölçülmüş, müvafiq qaydada möhürlənərək qablaşdırılmış, üzəri imzalanmış, bu barədə tərtib edilmiş protokollarla tanış olaraq imzalamış, sonra aşkar edilmiş predmetlərə polis şöbəsində təhqiqatçı tərəfindən keçirilmiş baxışda iştirak etmişdir.Təqsirləndirilən şəxs həyəti yoxlanılarkən, eləcə də aşkar edilmiş əşyalara təhqiqatçı tərəfindən baxış keçirilərkən əvvəldən axıra kimi videoçəkiliş aparılmış, fotoşəkillər çəkilmişdir.Təqsirləndirilən şəxs saxlanılarkən, evinin həyəti yoxlanılarkən, həmçinin, aşkar edilmiş əşyalara təhqiqatçı tərəfindən baxış keçirilərkən polis əməkdaşları tərəfindən ona hər hansı bir fiziki və sair zor, təzyiq edilməmiş, ona qarşı şərəf və ləyaqətinin alçaldılması ilə müşayiət edilən hərəkətlər olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid3ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. İttiham aktının siyahısında şahid kimi göstərilən X7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmişdir. X3 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan edilərkən məlum oldu ki, Qəbələ rayon Bum qəsəbə sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, ədavəti olmamışdır.30 iyul 2025-ci il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə olan marixuanadan istifadə etməsi və Bum qəsəbəsində yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında həmin gün səhər saatlarında Qəbələ RPŞ-nin CAB-nin əməkdaşları Şahid3, Şahid2, Vüsal Rüstəmov və Ruhlan Mustafayev birlikdə onun yaşadığı Bum qəsəbəsindəki həyətinin qarşısına getmişlər, həyət qapısının arxasından Təqsirləndirilən şəxs çağırmışlar.Bir neçə dəqiqə sonra Qafur həyət qapısına gəlmiş, özlərini təqdim edərək onun narkotik vasitələrin qanunsuz dövriyyəsində, kultivasiyasında şübhəli olduğu bildirib hüquq və vəzifələri izah etmişdirlər.Təqsirləndirilən şəxs həqiqətən də həyətində marixuana əkdiyini bildirmiş, ondan həmin marixuana bitkilərini təqdim etməsi istənildikdə Təqsirləndirilən şəxs təqdim edə biləcəyini demiş və onun təqdim etməsi ilə həyətə daxil olmuşlar.Təqsirləndirilən şəxs həyətində qapıdan içəridə yaşayış evinin yuxarı tərəfində olan kənarları dəmir məftilli setka ilə bağlanmış tərəvəz sahəsində ağ rəngli şəffaf rəngli qabın içərisində 01 ədəd marixuanaya mənzər bitkini təqdim etmiş, marixuana bitkisi olduğunu deyərək özünün əkib-becərdiyini bildirmişdir.Daha sonra yaşayış evinin arxasında kol çəpərin dibini təqdim edərək orada da 03 ədəd marixuana bitkisi əkib becərdiyini, qulluq etdiyini, az əvvəl polis əməkdaşları onu çağırdıqda həmin marixuana bitkilərinin aşkarlanacağından qorxaraq onları çıxarıb yaxınlıqdakı fındıq ağacının dibinə tulladığını bildirmişdir.Təqsirləndirilən şəxs 03 ədəd marixuana bitkilərini əkdiyi yeri, eləcə də onları tulladığı yeri tədqim etmiş, həmin yerə baxış zamanı 03 ədəd marixuanaya bənzər bitkilər kök hissələri ilə birlikdə aşkar edilmişdir.Aşkar edilmiş marixuanaya bənzər ümumilikdə 04 ədəd bitkilər metrə ilə ölçülmüş, müvafiq qaydada möhürlənərək qablaşdırılmış, üzəri imzalanmış, bu barədə tərtib edilmiş protokollarla tanış olaraq imzalamış, sonra aşkar edilmiş predmetlərə polis şöbəsində təhqiqatçı tərəfindən keçirilmiş baxışda iştirak etmişdir.Təqsirləndirilən şəxs həyəti yoxlanılarkən, eləcə də aşkar edilmiş əşyalara təhqiqatçı tərəfindən baxış keçirilərkən əvvəldən axıra kimi videoçəkiliş aparılmış, fotoşəkillər çəkilmişdir.Təqsirləndirilən şəxs saxlanılarkən, evinin həyəti yoxlanılarkən, həmçinin, aşkar edilmiş əşyalara təhqiqatçı tərəfindən baxış keçirilərkən polis əməkdaşları tərəfindən ona hər hansı bir fiziki və sair zor, təzyiq edilməmiş, ona qarşı şərəf və ləyaqətinin alçaldılması ilə müşayiət edilən hərəkətlər olmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Qəbələ RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Ruhlan Mustafayev tərəfindən tərtib edilmiş 30 iyul 2025-ci il tarixli “Əməliyyat axtarış tədbirinin keçirilməsinə və yaşayış yerinə baxış keçirilməsinə dair” dan, həmin protokola əlavə edilmiş foto və video görüntülərdən aydın olur ki, xx.xx.1972-cи ildə Qəbələ rayonu, Bum qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Bum qəsəbəsində qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşayan Təqsirləndirilən şəxsqanunsuz olaraq narkotik vasitə olan marixuanadan istifadə etməsi, Bum qəsəbəsində yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində nrkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunmuş tədbirin keçirilməsi ilə bağlı əməliyyat qrupu yaradılaraq 30 iyul 2025-ci il tarixdə, saat 11:00 radələrində Təqsirləndirilən şəxs həyətyanı sahəyə baxış keçirilməsi məqsədilə Təqsirləndirilən şəxs yaşadığı evin həyət qapısına gələrək sonuncunu həyət qapısının qarşısına dəvət etmişlər.Təqsirləndirilən şəxs bir neçə dəqiqə sonra həyət qapısının qarşısına gəlmiş, onu əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarla tanış etdikdəm sonra hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı Bum qəsəbəsində evin həyətində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsini, həmin yaşayış sahəsinə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir.Qəbələ rayonu, Bum qəsəbə sakini Təqsirləndirilən şəxs məxsus yaşayış yerində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin kultivasiya edilməsi, narkotik vasitənin, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan video çəkilişdən istifadə etməklə baxış və götürmə aparılmşdır. Baxış və götürülmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək sözügedən yaşayış yerində ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin kultivasiya edilməsi, narkotik vasitənin, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həyətdə qapıdan içəri girdikdə yaşayış evinin yuxarı tərəfində olan qıraqları dəmir məftilli setka ilə bağlanmış tərəvəz sahəsində ağ rəngli şəffaf qabın içərisində 01 (bir) ədəd, yaşayış evinin arxasında kol çəpərin dibinə əkib becərdiyi və həmin gün polis əməkdaşlarının gəldiyini eşidərək həmin quyulardan çıxararaq yaxınlıqda olan fındıq ağaclarının altına tulladığı 03 (üç) ədəd, cəmi 04 (dörd) ədəd uzunluqları müvafiq olaraq 0.12 sm, 0.68 sm, 0.87 sm və 0.84 sm olan çətənə koluna bənzər bitki ştillərini təqdim etmiş, təqdim etdiyi bitki kollarına mütəxəssis aqronom tərəfindən baxış keçirilərkən həmin bitkilərin dibləri bellənərək yumşaldılaraq sulandığı və xüsusi aqrotexniki qaydada qulluq olunması müəyyən olunmuşdur.Təqsirləndirilən şəxs yaşadığı həyətdən aşkar olunmuş ümumi sayı 04 (dörd) ədəd olan çətənə bitkiləri, həmçinin onların çıxarıldığı quyulardan torpaq nümunələri götürülərək ağ rəngli kisəyə qoyulmaqla qablaşdırılmış, üzəri DİN-in 103 nömrəli möhürü ilə möhürlənmiş, kisənin üzəri saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanmışdır.Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, narkotik vasitələrin istifadəçisi olduğunu, təxminən 2 ay bundan qabaq Bakı şəhərində toy məclisində olduğu vaxt qurudulmuş marixuana bitkisini siqaretə doldurub çəkən zaman onun toxumlarını yığıb saxladığını, həmin toxumlardan 01 (bir) ədədini həyətdə olan tərəvəz sahəsində dibçəkdə əkdiyini, digər 3 (üç) ədədini isə evin arxasnda olan kol çəpərin dibində 3 (üç) ədəd quyu qazaraq əkməsini, həmin bitkilərə vaxtlı-vaxtında diblərini yumşaldaraq su verdiyini, qulluq göstərdiyini, 30 iyul 2025-ci il tarixdə həyətlərinin qapısına polis əməkdaşlarının gəldiyini görərək evin arxasında olan kol çəpərin dibinə əkdiyi quyularda olan 03 (üç) ədəd çətənə bitkilərini köklərindən çıxararaq yaxınlıqda olan fındıq ağacının altına tulladığını, digər tərəvəz sahəsində dibçəkdə olan çətənə bitkisinin balaca olduğuna görə ona dəymədiyini bildirmişdir. Baxış və götürmə zamanı təbii işıqlandrma şəraitində keçirilmiş, baxış və götürmə zamanı «Samsung С24» markalı mobil telefondan istifadə edilməklə Qəbələ RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı X5 tərəfindən video çəkiliş aparılmış, videoçəkiliş 01 ədəd DVD formatlı diskə köçürülərək protokola əlavə edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan xx.xx.2025-ci il tarixli Qəbələ RPŞ-nin TB-nin təhqiqatçısı Cavidan Əhmədli tərəfindən tərtib edilmiş “əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyaya baxış keçirilməsi, həmçinin, şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxsmüdafiəçisi Müdafiəçi iştirakıilə əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara (predmetlərə) baxış keçirilmişdir. Baxış keçirilən zaman videoçəkilişdən istifadə edilmiş, fotoşəkillər çəkilmiş, bu barədə iştirakçılara və şübhəli şəxsə məlumat verilmişdir.Baxış zamanı kisənin içərisində açıq vəziyyətdə 03 ədəd uzunluqları müvafiq olaraq 68 sm, 83 sm və 95 sm, kisənin içərisndə olan bir ədəd ağ rəngli zərfdə uzunluğu 12 sm olan çətənə koluna bənzər bitkilər, həmçinin, kisənin içərisində bir ədəd rəngli sellofan torbanın içərisində torpaq nümunələri aşkar edilmişdir.Həmin maddi sübutlar yenidən həmin kisədə qablaşdırılaraq götürülmüşdür.Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli hər hansı əşya aşkar edilməmişdir.Bununla əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və götürmə aparılması istintaq hərəkəti başa çatmışdır.İstintaq hərəkəti zamanı fotoşəkillər çəkilmiş, videoçəkiliş aparılmışdır.Fotoşəkillərin əksi çıxarılaraq, videoçəkiliş isə 01 ədəd diskə köçürülərək protokola əlavə edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunanali təhsilli aqronom X6 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli rəydən görünür ki, “Təqsirləndirilən şəxs yaşadığı Qəbələ rayon Bum qəsəbəsində yerləşən həyətyanı sahəyə baxış zamanı həmin həyətdə qapıdan içəri girdikdə yaşayış evinin yuxarı tərəfində olan kənarları dəmir məftilli setka ilə bağlanmış tərəvəz sahəsində ağ rəngli şəffaf qabın içərisində 01(bir) ədəd, eləcə də yaşayış evinin arxasındakı kol çəpərin dibinə əkib-becərdiyi və polis əməkdaşlarının gəldiyini eşidərək həmin quyulardan çıxararaq yaxınlıqda olan fındıq ağacının altına tulladığı 03(üç) ədəd, cəmi 04(dörd) ədəd, uzunluqları müvafiq olaraq 0,12 sm, 0,68 sm, 0,87 sm və 084 sm olan çətənə koluna bənzər bitkilər aşkarlanmışdır.Həmin bitkilərin dibi bellənərək yumşaldılmış və xüsusi aqrotexniki qulluq olunmuşdur.Baxış zamanı Təqsirləndirilən şəxs həmin bitkiləri özü istifadə etmək üçün əkib-becərdiyini bildirmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası X10 Bölməsindən daxil olmuş 30 iyul 2025-ci il tarixli 17/562 nömrəli məhkəmə bioloji ekspertizasının rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərinə yapşdırılmış kağızda “İştirakçılar Şübhəli şəxs:1.Təqsirləndirilən şəxs Müdafiəçi:1.Müdafiəçi.İştirakçılar:1.R.Mustafayev. 3.Şahid3. 2.Şahid2.Tərtib etdi:C.Əhmədli.” yazısı, adlar və imzalar olan 01(bir) ədəd sintetik kisənin içərisindəki-uzunluqları 68sm-dən 87sm-dək , nəm vəziyyətdə ümumi çəkiləri-44.27 qram olan 03(üç) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə(kannabis) bitkiləridir.01(bir)ədəd zərfin içərisində uzunluğu 12sm, nəm vəziyyətdə təmiz çəkisi-0,13 qram olan 01(bir) ədəd bitki şitili əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə(kannabis) bitkisinin şitilidir.01(bir) ədəd qara rəngli sellofan torbanın içərisindəki torpaq nümunəsində cüzi miqdarda çətənə(kannabis) bitkisinin hissəcikləri vardır.Torpaq nümunəsinin strukturu və münbitliyi həmin torpaqda narkotik tərkibli çətənə(kannabis) bitkisinin yetişməsini mümkün edir. İşdə olan Azərbaycan Respublikası Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserindən daxil olmuş 02 oktyabr 2025-ci il tarixli 1562 nömrəli rəyə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub.Narkomaniya xəstəliyindən əzab çəkmir.Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur.Narkoloji kabinetdə proflaktiki qeydiyyatda alınması məsləhət görülür. İşdə olan 20 iyul 2024-cü il tarixli “maddi sübut kimi tanınma və saxlanılma haqqında” qərara əsasən Təqsirləndirilən şəxs Qəbələ rayon Bum qəsəbəsindəki fərdi yaşayış evinin həyətindən aşkarlanıb götürülmüş 03 ədəd 68 sm-dən 87 sm-dək ölçülərdə və 01 ədəd 12 sm ölçüdə 0,13 qram olan və bioloji ekspetizadan sonra qalmış ümumilikdə 44,25 qram əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kannabis) bitkiləri, həmçinin torpaq nümunələri iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, saxlanılması üçün Qəbələ RPŞ-nin saxlancına təhvil verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə birliyi” Publik hüquqi şəxs Qəbələ rayon mərkəzi xəstəxanası Publik hüquqi şəxsdən daxil olmuş 20 avqust 2025-ci il tarixli 18-1-52/2-2266/2025 saylı məktuba əsasən Təqsirləndirilən şəxs Qəbələ RMX PHŞ-in polikilinika şöbəsinin psixiatrik kabinetində hər hansı bir xəstəliklə qeydiyyatda deyildir. Cinayət işi materiallarına əlavə edilmiş tələbnaməyə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş Qəbələ Rayon İcra Hakimiyyəti başçısının Qəbələ rayonu Bum qəsəbə inzibati ərazi nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı müddət ərzində daim müsbət hərəkətləri ilə seçilmiş, nümunə olmuş, barəsində Qəbələ rayonu Bum qəsəbə inzibati ərazi üzrə nümayəndəliyinə heç bir şikayət və xoşagəlməz məlumatlar daxil olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Qəbələ rayonu Bum qəsəbə inzibatiərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 sentyabr 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı X8, uşaqları 2011-ci il təvəllüdlü X9 və 2012-ci il təvəllüdlü X4 ibarətdir. Cinayət işi materiallarına əlavə edilmiş18 oktyabr 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 30 iyul 2025-ci il tarixdə həyətinə baxış zamanı marixuana bitkilərini əksə də qulluq etmədiyini bildirməsi özünün müdafiəsi üçün gətirdiyi dəlil, vəsatət kimi qəbul edilmiş, işin istintaqı zamanı özünü müdafiə xarakteri daşımaqla əsassız olduğundan rədd edilmişdir. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etməsi (əkmə, yetişdirmə) özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, işdə olan ifadələrin yerində yoxlanılması protokolu, digər istintaq hərəkəti protokolları və maddi sübutla tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 21-ci bəndində göstərilmişdir ki, CM-in 237-ci maddəsində işlədilən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının izahı Qanunun 1.0.6-cı maddəsində verilmişdir. CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin predmeti xeyli miqdarda əkilməsi və yetişdirilməsi qadağan edilən, tərkibində narkotik maddələr olan bitkilər və ya onların hissələridir. Belə bitkilərin siyahısı, xeyli, külli və ya xüsusilə külli miqdarı (habelə hissələrinin xeyli, külli və ya xüsusilə külli miqdarı) 961-İİQ nömrəli Qanun ilə (İİİ siyahı) müəyyən edilmişdir. Əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. 29 Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 25 fevral tarixli Qərarı ilə müəyyən edilən hüquqi mövqeyə əsasən CM-in 237.1-ci maddəsində nəzərdə tutulan çətənə (kannabis), xaşxaş növlərinin və ya tərkibində narkotik maddələr olan digər bitkilərin kultivasiyası yabanı şəkildə bitən və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanmasını ehtiva etmir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.6-ci maddəsinə görə tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanmasıdır. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hal müəyyən etmədi. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını, həm də cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, ona ittiham edildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsi əsaslı və ədalətlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Bu səbəbdən də, məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarında olan 30 iyul 2025-ci il tarixli “şübhəli şəxsin tutulması” protokoldan göründüyü kimi, Təqsirləndirilən şəxs 30 iyul 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli isə 30 iyul 2025-ci il saat 12:35-dən hesablanmış, 01 avqust 2025-ci il, saat 10:00 tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də onun həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə hesablamaqla təyin olunan azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. Məhkəmə hazırki hökmlə Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Odur ki, Təqsirləndirilən şəxs hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzasının əvvəli 17 noyabr 2025-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.1 və 56.1.2-ci maddələrinə əsasən, azadlıqdan məhrum etmə növündə cəzanın ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-məntəqə tipli cəzaçəkmə müəssisələrində; qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə istintaqında tədqiq olunmuş ibtidai istintaq zamanı təyin edilmiş narkoloji Dispanserinin rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, iş üzrə maddi sübut kimi tanınmış və Qəbələ rayon Polis şöbəsində saxlanılan bioloji ekspertizadan sonra qalmış 44,25 qram narkotik vasitə olan qurudulmuş marixuanahökm öz qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri cəmi 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01(bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs 30 iyul 2025-ci il tarixdən 01 avqust 2025-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli 17 noyabr 2025-ci il tarixindən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi Narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi olan 34,55 (otuz dörd əlli beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X2, kod 210005, VOEN **********, müxbir hesab AZE 41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************). İş üzrə maddi sübut kimi tanınmış və Qəbələ rayon Polis şöbəsində saxlanılan (04 (dörd) ədəd çətənə (kannabis) bitkisi) bioloji ekspertizadan sonra qalmış 44,25 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə mülki iddia yoxdur. Hökm elan olunduğundan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi İsayeva Elvina Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1972-ciildə Qəbələ rayonu, Bum qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, Qəbələ rayonu, Bum qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 01 avqust 2025-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs 30 iyul 2025-ci il tarixdən 01 avqust 2025-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli 17 noyabr 2025-ci il tarixindən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi Narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi olan 34,55 (otuz dörd əlli beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X2, kod 210005, VOEN **********, müxbir hesab AZE 41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************). İş üzrə maddi sübut kimi tanınmış və Qəbələ rayon Polis şöbəsində saxlanılan ( 04 (dörd) ədəd çətənə (kannabis) bitkisi) bioloji ekspertizadan sonra qalmış 44,25 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə mülki iddia yoxdur. Hökm elan olunduğundan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar