Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-32/2020 26.10.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1967-ci ildə Qəbələ rayonu, Nic qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qəbələ rayonu, Nic qəsəbəsində qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X4 saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirlən-diril-məsinə dair ci-na-yət işinə məhkə-mənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2020-ci ilin iyun ayının əvvəllərində Qəbələ rayonu Nic qəsəbəsində “Dərman arxı” deyilən ərazidə yabanı halda bitmiş, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən yığaraq, qurutmaqla kustar üsulla hazırlayıb, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, yaşadığı Qəbələ rayonu Nic qəsəbəsində yerləşən həyətdəki təndirin içərisində 01 (bir) ədəd ağ rəngli sellofan torbada saxladığı təmiz çəkisi 198,56 qram, eləcə də evin mətbəxində olan şkafın içərisində tünd çəhrayı rəngli sellofan torbada saxladığı digər 02(iki) ədəd şəffaf sellofan torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 47.56 qram və 4.23 qram, 05 (beş) ədəd kibrit qutularında, ayrı-ayrılıqda təmiz çəkiləri 3.55 qram, 6,74 qram, 7,40 qram, 4,80 qram, 7,72 qram və 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,13 qram olmaqla, ümumilikdə yaşadığı həyətdə və evdə 03 (üç) ədəd sellofan torbada, 05 (beş) ədəd kibrit qutusunda və 01(bir) ədəd kağız bükümdə qanunsuz olaraq saxladığı eyni tərkibə malik ümumi təmiz çəkisi 280,69 qram miqdarında bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana xx.xx.2020-ci il tarixdə saat 09 radələrində Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən onun Qəbələ rayonu Nic qəsəbəsində yerləşən yaşadığı həyətdəki təndirin içərisinə və həmin həyətdə yerləşən evinin mətbəxinə özünün könüllü razılığı ilə baxış keçirilən zaman aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2010-cu ildən başlayaraq fasilələrlə narkotik vasitə olan marixuanadan istifadə edir, marixuananı yabanı halda bitdiyi yerlərdən yığıb özü qurudub çəkirmiş. xx xxxx 2020-ci il tarixdə yaşadığı Qəbələ rayonu Nic qəsəbəsində yerləşən həyətdən təndirin içərisində və evin mətbəxindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana həqiqətən də onun özünə məxsusdur və Nic qəsəbəsində “Dərman arxı” deyilən ərazidən yabanı halda bitmiş çətənə kollarından yığıb əldə edərək qurudub saxlamış ki, gələcəkdə hissə-hissə özü qəbul etsin. Həmin narkotik vasitədən heç kimə satmamış, başqa formada heç kimə verməmiş, satmaq məqsədi də olmamışdır. Nəşənin bir qismini özünə çəkib istifadə etmək üçün, bir qismini isə ayağında olan göbələk xəstəliyinin müalicəsində istifadə etmək üçün dərman hazırlamaq məqsədi ilə saxlayırmış. Belə ki, tutulmamışdan təxminən bir həftə və ya 10 gün əvvəl “Dərman arxı” deyilən əraziyə gedib oradan təxminən 70-80 sm hündürlüyündə yabanı halda bitmiş çətənə kollarından iki ədədini kökündən çıxarıb yaşadığı həyətə gətirərək günün altına qoyub qurudaraq yarpaqlarını qoparıb 5 ədəd kibrit qutusuna, iki ədəd şəffaf rəngli sellofan torbaya yığıb həmin kibrit qutularını və iki ədəd sellofan torbanı digər böyük olan göy rəngli sellofan torbanın içərisinə yığıb evdəki mətbəxin şkafına qoymuş ki, özünə lazım olduqda az-az çəksin. Digər bir ağacı isə yumrulayıb sellofan torbada təndirin içərisinə qoymuş ki, ondan da gələcəkdə ayağında olan göbələk xəstəliyinə görə dərman əvəzi maye hazırlayacaq. Evdə kibrit qutularında saxladığı marixuanadan özünə istifadə etmək üçün bir kibrit qutusundan ağ-gümüşü kağız bükümə doldurub pencəyinin cibinə qoyub həyətdən çölə çıxanda iki dəfə siqaretə doldurub çəkmişdir. Kağız bükümdə qalan marixuananı yenidən gətirib mətəbəxtdə içərisində kibrit qutularında və iki ədəd sellofan torbada marixuana saxladığı göy zənbillə qoymuşdur. Bundan bir gün sonra xx xxxx 2020-ci il tarixdə səhər saat 09 radələri olarmış ki, bir neçə polis əməkdaşı yaşadığı həyətin qarşısına gəlib onu çağırmışlar. Polis əməkdaşları ona bildirmişlər ki, həyətində və evində narkotik vasitə saxlamaqda şübhəli bilinir və bununla əlaqədar həyətinə və evinə baxış keçirilməlidir. Ondan, eləcə də onunla birlikdə yaşayan qardaşı Rizvandan həyətə və evə baxış keçirilməsinə etirazlarının olub-olmadığı soruşulduqda o həyətdə və evdə narkotik vasitə olan qurudulmuş marixuana saxladığını, həmin narkotikadan özü istifadə etdiyini etiraf edərək həyətə və evlərinə baxış keçirilməsinə hər hansı bir etirazının olmadığını bildirmişdir. Hətta onunla birlikdə yaşayan qardaşı Rizvan və digər ailə üzvüləri də baxışın keçirilməsinə etiraz etməmişlər. Bununla bağlı o və qardaşı Rizvan yazılı ərizə vermişlər. Baxışda hal şahidi kimi iştirak etmək üçün polis əməkdaşları Nic qəsəbəsindən olan sifətdən tanıdığı, lakin adlarını bilmədiyi iki nəfər dəvət etmişlər, həm də xəbərdarlıq edilməklə video və foto çəkilişdən istifadə olunurmuş. Baxışa başlayarkən ilk öncə polis əməkdaşları ondan həyətdə və evdə narkotik vasitə saxlaması barədə soruşduqda səmimi etiraf edərək həyətdə və evdə narkotik vasitə olan marixuana saxladığını bildirmişdir. Daha sonra narkotik vasitənin bir hissəsini, yəni dərman kimi istifadə etdiyini həyətdə quraqlığın altındakı təndirdə saxladığını, digər çəkmək üçün olan marixuananı isə evin mətbəxində saxladığını bildirmişdir. Əvvəlcə təndirin içərisində sellofan torbada olan, hansı ki, dərman kimi istifadə etməyə saxladığı marixuananı çıxarıb təqdim etmişdir. Həmin marixuana sellofan torba ilə birgə polis əməkdaşları tərəfindən elektron tərəziyə qoyulub çəkilmiş və 206 qram olduğu müəyyən edilmişdir. Həmin marixuana onun, hal şahidlərinin və baxışda iştirak edən digər şəxslərin yanında torbanın içərisinə qoyularaq qablaşdırılmış və üzərinə möhür vurulmuşdur. Marixuananın qablaşdırıldığı sellofanın üzəri onun və digər baxışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Bundan sonra o, evdə mətbəxin içərisində sellofan torbada saxladığı marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Əvvəlcədən də qeyd etdiyi kimi həmin sellofanın içərisində digər iki ədəd şəffaf rəngli sellofan, 5 ədəd kibrit qutusunda və bir ədəd kağız bükümdə qurudulmuş marixuana saxlayırmış. Mətbəxdəki şkafda sellofan torbanın içərisində saxladığı iki ədəd şəffaf rəngli sellofanda, 5 ədəd kibrit qutusunda və bir ədəd gümüşü ağ rəngli kağız bükümdə olan narkotik vasitə polis əməkdaşları tərəfindən ayrı-ayrılıqda elektron tərəziyə qoyulub çəkilmiş və mətbəxdə saxladığı narkotik vasitə qurudulmuş marixuananın çəkisi təxminən 110 qrama yaxın olmuşdur. Mətbəxtdən aşkar edilmiş marixuana da göy rəngli sellofan torbaya qoyulmaqla qablaşdırılmış, üzəri möhürlənərək qeydlər aparılmış və onun özü, eləcə də baxışda iştirak edən digər şəxslər tərəfindən imzalanmışdır. Bundan sonra o başqa heç yerdə narkotika saxlamadığını bildirmiş və bununla da baxış sona çatmışdır. Yaşadığı həyətə və evə baxış keçirilməsi barədə təhqiqatçı tərəfindən protokol yazılıb ona və bütün iştirakçılara ucadan oxunmuş, protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Sonra polis əməkdaşları onu Qəbələ rayon polis şöbəsinə gətirmiş, orada şübhəli şəxs qismində tutulmuş və ona müdafiəçi təyin oldunmuşdur. Müdafiəçinin iştirakı ilə ifadəsi alınmış və ifadəsində narkotik vasitədən istifadə etdiyini, yaşadığı həyətdə və evdə saxladığı və polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüş narkotik vasitələrin ona məxsus olduğunu bir daha səmimi etiraf etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri, ekspert rəyləri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır, onunla 2002-ci ildə evlənmiş, birgə nikahlarından iki azyaşlı uşaqları var. Bundan əlavə qaynanası Lyuba və qaynı Rizvan da onlarla birlikdə yaşayır. Əri Xalid əvvəllər narkotik vasitələrdən qanunsuz istifadə etdiyinə görə 2 dəfə məhkum olunmuşdur. Sonuncu dəfə Xalid Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən yaşadıqları həyətdə və evdə qanunsuz narkotik vasitə olan nəşə saxladığına görə tutulmuşdur. Belə ki, xx xxxx 2020-ci il tarixdə səhər saat 08 və ya 09 radələri olarmış ki, bir neçə polis əməkdaşı onların yaşadığı həyətin qarşısına gəlib Xalidi çağırmışlar. Xalid, hətta qaynı Rizvan, eləcə də o və qaynanası Lyuba da polis əməkdaşlarının yanına getmişlər. Polis əməkdaşları bildirmişlər ki, Xalid yaşadıqları evdə narkotik vasitə saxlamaqda şübhəli bilinir və bununla əlaqədar evə baxış keçirilməlidir. Xalid də polislərə etiraf edib bildirmiş ki, həyətdə və evdə narkotik vasitə saxlayır. Lakin, onun özünün bu barədə əvvəlcədən heç bir məlumatı yox imiş. Həm Xalid, həm də onlar həyətlərinə və evə baxış keçirilməsinə etiraz etməmişlər. Bundan sonra polis əməkdaşları özləri ilə dəvət etdikləri digər mülki şəxslərin, Xalidin, eləcə də qaynı Rizvanın iştirakı ilə həyətə və evə baxış keçirməyə başlamışlar. O və qaynanası isə qadın olduqlarından utanırmışlar, buna görə də evin otaqlarının birinə girib oturmuşlar. Lakin, hərdən pəncərədən müşahidə edirmiş. Əvvəlcə Xalid polis əməkdaşlarını həyətdə olan təndirin yanına aparıb oradan ağ sellofan torbanın içərisində nəsə çıxarıb vermiş, o başa düşmüş ki, Xalidin sellofanda təqdim etdiyi nəşədir. Onu da qeyd etmiş ki, həmin sellofanı əvvəlcədən o görmüş, lakin nəşə olduğunu bilmirmiş. Belə ki, Xalid həmin bitkini 1-2 həftə əvvəl özü ilə haradansa gətirib demiş ki, ayağında olan göbələk xəstəliyini müalicə etmək üçün dərman kimi istifadə edəcək. Bir dəfə də görmüş ki, Xalid təndirdə saxladığı bitkini suda qaynadıb ayağına qoyur. Həmin təndirin içərisindəki sellofan torbanı təqdim etdikdən sonra polis əməkdaşları tərəziyə qoyub çəkmişlər və digər torbaya qoyub götürmüşlər. Bundan sonra Xalid polis əməkdaşlarını evin mətbəxinə aparmış, bir neçə dəqiqədən sonra eyvana çıxıb yenə tərəzidə nəsə ölçmüşlər. Məlum olmuş ki, Xalid mətbəxdə şkafın içərisində kirbit qutularına yığılmış vəziyyətdə özünə çəkməyə nəşə saxlayırmış və həmin nəşəni də polis əməkdaşlarına təqdim etmişdir. Bunu o eyvanda gedən söhbətlərdən eşidib başa düşmüş, həm də bu barədə ona polis əməkdaşları getdikdən sonra qaynı Rizvan danışmış, həm də nəşənin mətbəxdə şkafın hansı yerindən aşkar edildiyini ona göstərmişdir. O isə qeyd etdiyi kimi həmin vaxt evin digər otağına keçib oturduğuna görə özü mətbəxə girməmiş və baxışda iştirak etmirmiş. Əvvəlcədən də şkafın içərisində narkotik vasitə olmasını bilməmişdir. Çünki Xalid həmin nəşəni şkafın elə gözünə qoymuşdur ki, həmin gözdəki əşyalardan gündəlik istifadə etmirmişlər, demək olar ki, şkafın həmin hissəsindən ayda 2-3 dəfə istifadə edirmişlər. Xalid də buna görə özü nəşəni məhz şkafın həmin gözünə qoyub ki, onlar görməsin. Mətbəxdən aşkar edilmiş narkotik polis əməkdaşları tərəfindən eyvanda tərəziyə qoyularaq çəkildikdən sonra götürülmüş və nəsə yazıb Xalidin özünə və orada iştirak edən şəxslərə imzalatmışlar. Qapının arasından tam görə bilmədiyi üçün tərəzidə nə çəkildiyini və nə qədər olduğunu görə bilmirmiş. Sonradan qaynı Rizvan demiş ki, eyvanda tərəzidə çəkdikləri Xalidin mətbəxdə şkafın içərisində kibrit qutularında saxladığı nəşə olub. Bundan sonra polis əməkdaşları Xalidi də aparıb getmişlər, həmin gün eşitmişlər ki, Xalid yaşadıqları evdə qanunsuz olaraq narkotik vasitə saxladığına görə tutulub. Lakin, iki gün sonra onu polis nəzarətinə buraxmışlar. Xalid evə gəldikdən sonra ondan soruşduqda bildirmiş ki, tutulmamışdan təxminən 7-8 gün əvvəl o Nic qəsəbəsində yol kənarında yabanı halda bitmiş narkotiki çıxarıb evə gətirmiş, bir hissəsindən dərman kimi istifadə etmək üçün təndirin içərisinə qoyub, bir hissəsini isə özünə çəkmək üçün qurudub xırdalıyaraq kibrit qutularına yığıb evdə şkafda saxlayırmış. Xalidin özünün deməsinə görə həmin gün polis əməkdaşları onların həyətinə və evinə baxış keçirərkən ümumilikdə 280 qram narkotik vasitə aşkarlanıb. Bir daha qeyd etmiş ki, Xalidin narkotik vasitələrdən bir neçə ildir ki, istifadə etdiyini bilsə də, onun evdə narkotik vasitə saxlamasından xəbəri olmamış, bu barədə ancaq Xalid tutulan günü, polis əməkdaşları onlara gəldikdən sonra məlumatlı olmuşdur. Eləcə də Xalidin kimdənsə narkotik aldığını və ya satdığını görməmiş, bu barədə heç bir məlumatı olmamış, Xalidin özünün dediyinə görə o nəşəni Nic qəsəbəsində yabanı halda bitmiş çətənə kollarından toplayaraq qurudub çəkirmiş. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə Qəbələ rayonu Nic qəsəbə sakini, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə bir neçə dəfə məhkum olunmuş və yaşadığı evdə qanunsuz olaraq narkotik vasitə saxlamasına dair əsaslı şübhələr olan Təqsirləndirilən şəxs yaşadığı həyətə və evə Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilərkən öz könüllü razılığına əsasən hal şahidi qismində iştirak etmişdir. Həmin gün saat 8 və ya 9 radələrində polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı həyətin qarşısına getmişdir. Polis əməkdaşları Xalidi qapıya çağırmış, Xalidlə bərabər onunla bir evdə yaşayan qardaşı Şahid6 də polis əməkdaşlarının qarşısına çıxmış, polis əməkdaşları Xalidə izah etmişlər ki, yaşadığı evdə narkotik vasitə olan marixuana saxlamaqda şübhəli bilinir və bununla əlaqədar yaşayış sahəsinə baxış keçirilməlidir. Xalid də polislərə etiraf edib həyətdə və evdə narkotik vasitə saxladığını və yerini göstərə biləcəyini qeyd edib baxış keçirilməsinə hər hansı bir etiraz etmədən razılıq vermişdir. Bundan sonra Xalidin yaşayış sahəsinə baxış keçirilməyə başlanmışdır. Baxışda həmçinin əvvəlcədən işirakçılara məlumat verilməklə video və foto çəkilişdən istifadə olunurmuş. Əvvəlcə Xalid polis əməkdaşlarını həyətdə talvarın altına aparıb oradakı təndiri göstərib bildirmiş ki, təndirin içərisində ona məxsus narkotik vasitə marixuana var və o təndirin içərisindən ağ rəngli sellofan torbada olan yaşıl rəngli qurudulmuş bitki kütləsini çıxarıb polis əməkdaşlarına təqdim edərək narkotik vasitə marixuana olduğunu bildirmişdir. Həmin maddənin spesifik və kəskin iyi var imiş. Xalid tərəfindən təndirin içərisindən çıxarılaraq təqdim edilmiş narkotik vasitə olan qurudulmuş marixuana tərəziyə qoyulub çəkildikdə 206 qram gəlmişdir. Həmin narkotik vasitə göy rəngli sellofan torbaya qoyularaq qablaşdırılmış və üzəri möhürlənərək müvafiq qeydlər aparılmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs başqa harada narkotik vasitə saxladığı soruşulduqda bildirmiş ki, evin mətbəxində şkafda da özünə istifadə etmək üçün narkotik vasitə olan nəşə saxlayır və onu təqdim edəcəyini bildirib iştirakçıları mətbəxə aparmışdır. Mətbəxdə olan şkafın içərisindən sellofan torbanı çıxarıb ağzını açaraq orada digər iki sellofan torbaya bükülü, bir ədəd gümüşü kağıza bükülü və 5 ədəd kibrit qutusunda olan qurudulmuş marixuananı təqdim edib özünə məxsus olduğunu və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Şkafın içərisindən aşkar edilmiş marixuana ayrı-ayrılıqda elektron tərəziyə qoyulub çəkilmiş və ümumilikdə şkafın içərisindən aşkar edilmiş marixuana kibrit qutuları, sellofan torba və gümüşü kağızla birlikdə 110 qrama yaxın çəkidə olmuşdur. Mətbəxdən aşkar edilmiş narkotik vasitə də göy rəngli sellofan torbaya qoyulmaqla qablaşdırılmış və üzəri möhürlənərək qeydlər aparılmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs bildirmiş ki, evində daha narkotik vasitə yoxdur. Polis əməkdaşları tərəfindən evə baxış keçirilsə də, başqa yerlərdən narkotik vasitə aşkar edilməmişdir. Xaliddən evindən və həyətindən aşkar edilmiş narkotik vasitəni haradan əldə etməsi soruşulduqda bildirmiş ki, həmin narkotik vasitəni Nic qəsəbəsində yol kənarında yabanı halda bitmiş çətənə kollarından toplayıb qurudaraq əldə etmişdir. Yekunda Xalidin yaşayış sahəsinə baxış keçirilməsi və oradan narkotik aşkar edilməsi barədə polis əməkdaşları tərəfindən protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş və doğruluğu bütün iştirakçılar, eləcə də onlar tərəfindən imzlarla təsdiq olunmuşdur. Bundan sonra, polis əməkdaşları Təqsirləndirilən şəxs Qəbələ rayon polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında Şahid7 Şahid5 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bölməyə Qəbələ rayonu Nic qəsəbə sakini, əvvəllər bir neçə dəfə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna, eləcə də digər cinayət əməli törətdiyinə görə məhkum olunmuş Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib yaşadığı evdə saxlaması və həmin marixuanadan istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla əlaqədar xx xxxx 2020-ci il tarixdə o, cinayət axtarış bölməsinin digər əməkdaşları birlikdə səhər saatlarında Qəbələ rayonu Nic qəsəbəsində yerləşən Təqsirləndirilən şəxs yaşadığı həyətin qarşısına getmişlər. Əvvəlcədən özləri ilə qəsəbə sakinlərindən olan iki nəfər hal şahidi dəvət etmişlər. Xalidi çağırdıqdan sonra darvazaya çıxmış, onunla birlikdə yaşayan qardaşı Şahid6 də onları qarşılamışdır. Orada Xalidə izah olunmuş ki, yaşadığı evdə narkotik vasitə olan marixuana saxlaması ilə bağlı əsaslı şübhələr var və bununla əlaqədar yaşayış sahəsinə baxış keçirilməlidir. Xalid etiraf edib, həyətdə və evdə narkotik vasitə saxladığını və yerini göstərə biləcəyini qeyd edib, baxış keçirilməsinə hər hansı bir etiraz etmədən razılıq vermişdir. Həmin vaxt Xalidin onunla birgə yaşayan qardaşı Rizvan da baxış keçirilməsinə hər hansı etiraz etməmiş və onlar hər ikisi baxışın keçirilməsinə icazə vermələri barədə ərizə yazmışlar. Bundan sonra baxış keçirilməyə başlanmışdır. Həmçinin baxışda video və foto çəkilişdən istifadə olunurmuş, bu barədə də əvvəlcədən iştirakçılara məlumat verilmişdir. Baxış hərəkəti təhqiqatçı tərəfindən həyata keçirilirmiş. Xaliddən narkotik vasitəni harada saxladığını soruşduqda o, əvvəlcə həyətdə talvarın altına gedib oradakı təndirin içərisindən ağ rəngli sellofan torbada olan yaşıl rəngli qurudulmuş bitki kütləsini çıxarıb təqdim edərək narkotik vasitə marixuana olduğunu, özünə məxsus olduğunu, özü üçün istifadə etməyə saxladığını, həmin marixuananı ayağında olan göbəlik xəstəliyinin müalicəsində istifadə etmək üçün saxladığını bildirmişdir. Xalidin təndirin içərisindən çıxarıb sellofan torbada təqdim etdiyi kəskin iyə malik yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi sellofan torba ilə birlikdə elektron tərəziyə qoyulub çəkildikdə 206 qram çəkidə olmuş və göy rəngli sellofan torbaya qoyularaq qablaşdırılmış, üzəri möhürlənərək təhqiqatçı tərəfindən müvafiq qeydlər aparılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs başqa harada narkotik vasitə saxladığı soruşulduqda bildirmiş ki, evin mətbəxində də özünə istifadə etmək üçün narkotik vasitə olan marixuana saxlayır və onu təqdim etmək üçün iştirakçıları mətbəxə aparmışdır. Xalid mətbəxdə olan şkafın içərisindən sellofan torbanı çıxarıb ağzını açaraq orada digər iki sellofan torbaya bükülü, bir ədəd gümüşü kağıza bükülü və 5 ədəd kibrit qutusunda olan qurudulmuş marixuananı təqdim edib özünə məxsus olduğunu və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Şkafın içərisindən aşkar edilmiş marixuana aşkar edildiyi iki ədəd sellofan torbada, gümüşü kağız bükülüdə və 5 ədəd kibrit qutusunda ayrı-ayrılıqda elektron tərəziyə qoyulub çəkilmiş və ümumilikdə 110 qrama yaxın olmuşdur. Mətbəxdən aşkar edilmiş narkotik vasitə götürülərək göy rəngli sellofan torbaya qoyulmaqla qablaşdırılmış və üzəri möhürlənərək qeydlər aparılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs yaşadığı evdən narkotik vasitə aşkar edilməmişdir. Beləliklə, qeyd olunan baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı həyətdən və evdən ona məxsus qeyri-qanuni yolla əldə edilərək saxlanılan və içərisində saxlanılan sellofan torbalar, qurğuşun kağız və kibrit qutuları ilə birlikdə çəkildikdə ümumilikdə 315.6 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Xaliddən yaşadığı həyət və evdən aşkar edilmiş narkotik vasitəni haradan əldə etməsi soruşulduqda bildirmiş ki, həmin narkotik vasitəni Nic qəsəbəsində yol kənarında “qoşa qovaq” və ya “dərman arxı” deyilən ərazidə yabanı halda bitmiş narkotik tərkibli çətənə kollarından toplayıb qurudaraq əldə etmişdir. Təqsirləndirilən şəxs yaşadığı həyətə və evə baxış keçirilməsi və oradan narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilməsi barədə təhqiqatçı tərəfindən protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş və doğruluğu bütün iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində Qəbələ rayon polis şöbəsinə gətirilmiş və şübhəli şəxs qismində tutularaq faktla bağlı cinayət işi açılmışdır. Məhkəmə iclasında şahid X5 Şahid3 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 17/394 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqədə “Vət. Təqsirləndirilən şəxs yaşadığı həyətin quraqlıq hissəsindəki təndirin içərisində aşkar olunmuş...kütlə...” sözləri yazılmış göy rəngli sellofan torbanın içərisindəki 01(bir) ədəd ağ rəngli sellofan torbada, təmiz çəkisi – 198,56 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqədə “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş...kütlələr...” sözləri yazılmış göy rəngli sellofan torbanın içərisindəki; - 02 (iki) ədəd şəffaf sellofan torbalarda, ayrı-ayrılıqda təmiz çəkiləri - 47,56 qram və 4,23 qram, ümumi təmiz çəkisi - 51,79 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır, - 05 (beş) ədəd kibrit qutularında, ayrı-ayrılıqda təmiz çəkiləri – 3,55 qram, 6,74 qram, 7,40 qram, 4,80 qram, 7,72 qram, ümumi təmiz çəkisi - 30,21 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır, - 01 (bir) ədəd gümüşü ağ rəngli kağız bükümdə, təmiz çəkisi - 0,13 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 03 (üç) ədəd sellofan torbalarda, 05 (beş) ədəd kibrit qutularında və 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər.Ekspertiza tədqiqatından sonra 280,24 qram qurudulmuş marixuana qalmışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Səhiyyə İdarəsinin Rayonlararası X1 X3 Ekspert Komissiyasının xx xxxx 2020-ci il tarixli, 595 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən istifadə etmə halları olub.Narkomaniya xəstəliyindən əzab çəkmir.Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 xx.xx.2020ci il tarixli tələbnaməsindən görünür ki, Abdullayev X6 şəhər Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən və barəsində CMnin 69.3-cü maddəsi tədbiq edilməklə 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad edilib. İşdə olan Mingəçevir şəhər Məhkəməsininxx xxxxx 2018-ciiltarixli1(051)-27/2018 saylı hökmününsurətindəngörünürki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən xx xxxxxxx 2017ci il tarixdən xx xxxxxxx 2017-ci il tarixə kimi şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İşdə olan Mingəçevir şəhər Məhkəməsininxx xxxxxxxx 2020-ciiltarixli1(051)-14/2020 saylı hökmününsurətindəngörünürki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən xx xxxxxx 2019cu il tarixdən xx xxxxxx 2019-cu il tarixə kimi şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Həmin hökm xx xxxxxxx 2020-ci il tarixdə qanuni qüvvəsini almışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün istintaq və ilkin məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadəsi, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama cinayətin törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxsna cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini könüllü etiraf edərək səmimi peşimançılıq hissi keçirməsini, ailəli olmaqla himayəsində bir nəfər azyaşlı və bir nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarında olan Təqsirləndirilən şəxs barəsində Mingəçevir şəhər Məhkəməsininxx xxxxxxxx 2020-ciiltarixli hökmündən görünür ki, o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən xx xxxxxx 2019cu il tarixdən xx xxxxxx 2019-cu il tarixə kimi şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkumluğu ödənilmədən qəsdən yenidən cinayət törətdiyi üçün Mingəçevir şəhər Məhkəməsininxx xxxxxxxx 2020-ciiltarixli hökmündə onun əməli cinayətlərin residivi kimi qiymətləndirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti Mingəçevir şəhər Məhkəməsininxx xxxxxxxx 2020-ciiltarixli hökmündən əvvəl törətdiyi üçün ona Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməli və həmin hökmdə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olması barədə müddəları da nəzərə almaqla Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi onun əməlində cinayətlərin residivini yaratdığı üçün ona cəza təyin edilərkən residivə görə cəza təyin etmənin normaları rəhbər tutulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, CM-nin 66.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla Mingəçevir şəhər Məhkəməsininxx xxxxxxxx 2020-ciiltarixli1(051)-14/2020 saylı hökmü ilə 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etməcəzası hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Mingəçevir şəhər Məhkəməsininxx xxxxxxxx 2020-ciiltarixli1(051)-14/2020 saylı hökmü ilə təyin edilmiş cəzanın çəkilmiş hissəsi qəti cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək hazırkı iş üzrə həbs müddəti nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. TəqsirləndirilənşəxsTəqsirləndirilən şəxs barəsində Mingəçevir şəhər Məhkəməsininxx xxxxxxxx 2020-ciiltarixlihökmü əsasında azadlıqdan məhrum etmə cəzası təyin edilməsi və sonuncunun faktiki olaraq hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X4 cəza çəkərək saxlanılması nəzərə alınmalıdır. Qəbələ Rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 280,24qramqurudulmuş marixuanahökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Mingəçevir şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 1(051)-14/2020 saylı hökmü ilə təyin edilmiş01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) günmüddətinə azadlıqdan məhrum etmə cəzasıhazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 (iki) gün həbsdə saxlamanın müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə müddətindən çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Mingəçevir şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-cu il tarixli hökmü əsasında azadlıqdan məhrum etmə cəzası təyin edilməsi və sonuncunun faktiki olaraq hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X4 cəza çəkərək saxlanılması nəzərə alınsın. Qəbələ Rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 280,24qramqurudulmuş marixuanahökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №1(025)-32/2020
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-32/2020
26.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver