Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-32/2021 09.06.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1974-cü ildə Qəbələ rayonu, Solquca kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Solquca kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2 və 128-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 2018-ci ilin yaz ayında istintaqa dəqiq məlum olmayan tarixdə Qəbələ rayonu Solquca kəndində yerləşən yaşadıqları evdə keçmiş arvadı Zərərçəkmiş şəxs ilə ailədaxili münasibətlər zəminində əsaslı səbəb olmadan mübahisə edib, həmin mübahisə zamanı sonuncuya xüsusi amansızlıqla və ağır iztirablar verməklə, yəni onun döş qəfəsinin arxa hər iki tərəfinə sobada qızdırdığı metal dəmir parçasını basıb yandıraraq Zərərçəkmiş şəxs döş qəfəsinin arxa hər iki yuxarı hissələrinin yanıqdan sonrakı çapıqları kimi zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vuran bədən xəsarətləri yetirmişdir. Bundan başqa, o, təkrarən 2018-ci ilin yay aylarının sonu və ya payız aylarının əvvəlində istintaqa dəqiq məlum olmayan tarixdə Qəbələ rayonu Solquca kəndində yerləşən yaşadıqları evdə keçmiş arvadı Zərərçəkmiş şəxs ilə ailədaxili münasibətlər zəminində əsaslı səbəb olmadan mübahisə edib, həmin mübahisə zamanı sonuncuya xüsusi amansızlıqla və ağır iztirablar verməklə, yəni onun boyun nahiyyəsindən aşağıya doğru qaynar suyu bədəninə tökməklə, eləcə də sobada qızdırdığı dəmir parçasını onun üzünə, boynuna, qollarına, belinə, döş qəfəsinin arxası tərəfinə və bud nahiyyələrinə basıb yandırmaqla Zərərçəkmiş şəxs üzün sağ tərəfinin, boyunun sağ orta və aşağı hissələrinin, bel, oma, hər iki sağrı nahiyyələrinin, sağ budun ön-çəri yuxarı 1/3-nin, sol budun içəri yuxarı 1/3-nin, döş qəfəsinin arxa sağ və sol aşağı hissələrinin yanıqdan sonrakı çapıqları kimi zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vuran bədən xəsarətləri yetirmişdir. Bundan başqa, o, 13.10.2019-cu il tarixdə saat 23 radələrində Qəbələ rayonu Solquca kəndində yerləşən yaşadıqları evdə keçmiş arvadı Zərərçəkmiş şəxs ilə ailə daxili münasibətlər zəminində əsaslı səbəb olmadan mübahisə edib, həmin mübahisə zamanı Zərərçəkmiş şəxs xüsusi amansızlıqla, ağır iztirablar verməklə xəsarət yetirmək məqsədi ilə onu evdən həyətə düşürüb stula otuzduraraq əl-qolunu və ayaqlarını metal tros və təsərrüfat ipi ilə bir-birinə və otuzdurduğu stula bağlayıb onu köməksiz vəziyyətə saldıqdan sonra yüksək hərarətlə qızdırdığı metal parçasını onun aralıq nahiyyəsinə və cinsiyyət orqanına basıb yandırmış, nəticədə ona aralıq nahiyyəsində yəni sol və sağ böyük cinsiyyət dodaqlarının, hər iki büküşlərinin təzə yanıqları, sol mil bilək oynağının ön bayır və arxa səhtinin, sağ mil bilək oynağının içəri ön və arxa səthinin, hər iki baldırın aşağı 1/3-nin topuqdan yuxarı hisəsələrinin dairəvi formada qançır və sıyrıqları, üzün sağ tərəfinin, boyunun sağ orta və aşağı hissəsinin, bel, oma, sol və sağ sağrı nahiyyəsinin, sağ budun ön içəri yuxarı1/3-nin, sol budun içəri yuxarı 1/3-nin, döş qəfəsinin arxa sağ və sol aşağı hissələrinin, döş qəfəsinin arxa hər iki yuxarı sağ və sol hissələrinin yanıqdan sonra törənmiş çapıq toxumaları kimi xəsarətlər yetirməklə ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran bədən xəsarəti yetirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 127.2.2 və 128-ci maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Sülyeman qızı keçmiş arvadı olmuş, 2020-ci ilin dekabr ayından Qəbələ rayon Məhkəməsinin qərarı ilə ondan boşanaraq ayrılmışdır. Zərərçəkmiş şəxs ilə 1995-ci il tarixdən rəsmi nigaha daxil olub ailə qurmaqla birgə ailəliklərindən Şahid1, Şahid4, Nərmin Eyvazov və Kamil Eyvazov adlı uşaqları olmuşdur. Ailə həyatı qurduqdan sonra müxtəlif səbəblərdən aralarında ailə münaqişləri baş vermiş, buna səbəb kimi Qəbələ rayon Mıxlıqovaq kənd sakini bacanağı olmuş Şahid3 ikinci qızı Şahid2 övladlığa götürmək istəməsi, lakin onun bu məsələ ilə razı olmayaraq keçmiş arvadı Zərərçəkmiş şəxs ilə aralarında ailə münaqişəsi baş verməklə arvadı Xalidənin onun rəhmətə getmiş ata anasının qəbrinə nəlayiq söyüşlər söyüb təhqir etdiyindən 2018-ci ilin yaz ayında, eləcədə həmin ilin yay ayının sonunda payız ayının əvvəlində dəqiq bilmədiyi tarixdə Qəbələ rayonu Solquca kəndində yerləşən yaşadıqları evdə keçmiş arvadı Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş ailə daxili münaqişələr zəminində onun bədənin müxtəlif nahiyyələrini alovla yandırmamaqla, qaynar su tökməməklə və qızdırılmış metal əşya basmamaqla, yalnız çubuqla vurması nəticəsində ona xəsarətlər yetirmişdir. Sonuncu dəfə 13.10.2019-cu il tarixdə saat 23:00 radələrində yaşadıqları evdə olarkən arvadı Zərərçəkmiş şəxs qızları Nərmini bacanağı Büllbül Mehralıyevin öz himayəsinə götürməsinə razı olmasını əsas gətirərək aralarında ailə münaqişəsi baş vermiş, münaqişə zamanı Xalidə onun atasının, anasının və rəhmətə getmiş ölülərinin qəbirinə, eləcədə öz ünvanına nəlayiq ifadələr işlədərək təhqir etməyə başlamışdır. Buna görədə Xalidəni yenə də evin həyətində mübahisə zəmnində yalnız çübuqla döymüş, ondan aralandıqdan sonra, Xalidə həyətdən qaçıb getmişdir. 15.10.2019-cu il tarixdə Xalidənin Qəbələ rayon Mərkəzi xəstəxanasında olmasını müəyyən etmiş, onun xəstaxanaya müraciət eməsinə səbəb döyüb işgəncə verərək xəsarət yetirməsi olmuş, bu məsələdən sonra onun arvadı Xalidəyə heç bir fiziki zor tətbiq etməmiş, eləcədə onu öldürməklə hədələməmiş, eləcədə keçmiş arvadı Zərərçəkmiş şəxs qızları Şahid2 öldürməyə məcbur etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilməsinə dair ifadəsinə tənqidi yanaşır, onun tərəfindən bu cür ifadənin verilməsini özünü müdafiə xarakteri kimi dəyərləndirir və hesab edir ki, bu cür ifadə verməklə o törətmiş olduğu cinayət əməlini gizlətməklə məsuliyyətdən yayınmaq məqsədi güdür. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.2 və 128-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törətməsi iş üzrə toplanmış, məntiqi baxımdan biri-birini tamamlayan və məhkəmə istintaqında tədqiq olunmuş aşağıdakı sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçmiş əri olmuş, Təqsirləndirilən şəxs ilə aralarında ailə daxili münaqişələr baş verməsi səbəbindən ondan 2020-ci ilin dekabr ayında Qəbələ rayon Məhkəməsinin qərarı ilə boşanaraq ayrılmışdır. Təqsirləndirilən şəxs ilə 1995-ci il tarixdə rəsmi nikaha daxil olmaqla onunla ailə qurmuş, birgə ailəliklərindən Şahid1, Nəriminə Fərzəliyeva, Şahid2 və Kamil Eyvazov adlı uşaqları var, Dəmir ilə ailə qurduqdan ondan boşanan müddətə kimi uşaqları ilə birlikdə Dəmirə məxsus Qəbələ rayon Solquca kəndindəki evdə yaşamışlar. Təqsirləndirilən şəxs ilə ailə qurduqdan sonra aralarında ailə daxili münaqişələr baş verərək mütəmadi olaraq onun tərəfindən döyülmüş və işgəncələrə məruz qalmışdır. Buna səbəb kimi Təqsirləndirilən şəxs 3-cü övladları Şahid2 Qəbələ rayonu Mıxlıqovaq kənd sakini bacısı əri Şahid3 himayəsinə götürmək istəməsini əsas gətirərək Nərmini övladı kimi istəməməsi və ondan Nərmini öldürmək tələbi olmuşdur. Bu məsələ üstündə dəfələrlə onun tərəfindən döyülərək əzab işgəncələrə məruz qalmışdır. 2018-ci ilin yaz ayında, eləcədə həmin ilin yay ayının sonunda payız ayının əvvəlində dəqiq bilmədiyi tarixdə Qəbələ rayonu Solquca kəndində yerləşən yaşadıqları evdə Təqsirləndirilən şəxs ilə aralarında baş vermiş ailə daxili münaqişələr zəminində onun bədənin müxtəlif nahiyyələrini alovla yandırmaqla, qaynar su tökməklə və qızdırılmış metal əşya basmaqla ona xəsarətlər yetirmişdir. Lakin Dəmirin qorxusundan eləcədə uşaqlarının xatirinə ailələrinin dağılmaması üçün Dəmirdən aidiyyəti orqanlara şikayət etməmişdir. 2018-ci il tarixdə Təqsirləndirilən şəxs boşanıb ayrılmaq üçün Qəbələ rayon Məhkəməsinə boşnma haqqında ərizə ilə müraciət etmiş, lakin yenədə uşaqlarını nəzərə alaraq ailələrinin dağılmaması üçün onunla barışaraq boşanmaqdan imtina edib yenidən birlikdə yaşamağa qərar vermişdir. Sonuncu dəfə 13.10.2019-cu il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs ailə münaqişəsi yaratmaqla ondan 3-cü uşaqları Şahid2 öldürməsini bildirərək yaşca böyük qızları Nərminə ərə getsin, lakin buna etiraz edərək Nərmini öldürə bilmədiyini ona dediyi üçün Təqsirləndirilən şəxs əvvəllər olduğu kimi onu həyətə düşürərək lüt vəziyyətdə soyundurub stulda otuzduraraq əl qolunu dəmir trosla və ip ilə bağlayaraq dəmir qızdırıb qoluna, ayaqlarına və cinsiyyət orqanına vurub yandırmışdır. Eləcədə bədəninə vedrə ilə soyuq su tökmüş, ona vedrəyə soyuq halda su doldutduraraq yanına qoymuş ki, yatıb durduqdan sonra həmin suyu bədəninə töksün. Təqsirləndirilən şəxs yatdıqdan sonra xəlvəti evdən çıxaraq kəndin meşəliyi ilə Qəbələ RMX-na gələrək oraya müraciət etməklə təxminən 5 gün yataraq həkimlər tərəfindən müalicə olunmuşdur. Sonda isə Təqsirləndirilən şəxs şikayətçi olduğunu və ona ən ağır cəza tədbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs atası, Zərərçəkmiş şəxs isə anasıdır, hal-hazırda anası Zərərçəkmiş şəxs atası Təqsirləndirilən şəxs boşanaraq ayrıldığı üçün anası Xalidə Eyazova ilə birlikdə Qəbələ rayon Mıxlıqovaq kəndində yaşayır. Anası Zərərçəkmiş şəxs atası Təqsirləndirilən şəxs boşanaraq ayrılmasına səbəb atası Dəmirin dəfələrlə anası Xalidə ilə mübahisə edib onu əzab işgəncə verməklə əl-qolunu dəmir tros və ya təssərrüfat ipi ilə bağlayaraq stulda otuzduraraq bədəninin müxtəlif nahiyyələrini dəmir qızdırıb basıb yandırmaqla, lezva ilə kəsərək, eləcədə vedrəyə soyuq halda su dolduraraq, həmin suyu başından bədəninə tökməklə xəsarətlər yetirməsi olmuşdur. Atası Təqsirləndirilən şəxs anası Xalidəyə ondan yaşca kiçik bacısı Nərmini Qəbələ rayon Mıxlıqovaq kəndində yaşayan xalasının əri Şahid3 himayəsinə verməsinə razı olmasını əsas gətirməsi olmuş, lakin anası Xalidə bu məsələdən xəbərdar olmadığını hər dəfəsində atası Dəmirə bildirmiş, əslində isə belə bir hal baş verməmiş, atası Dəmir anası Xalidəni döyüb işngəcələr verib xəsarət yetirməsinə baxmayaraq anası Xalidə bu barədə aidiyyəti orqanlara şikayət etməmişdir. Sonuncu dəfə 13.10.2019-cu il tarixdə saat 23 radələri atası Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs ailə münaqişəsi yaratmaqla ondan tələb etmiş ki, bacısı Şahid2 öldürsün bundan sonra yaşca böyük bacısı Nərminə ərə getsin, lakin anası Xalidə buna etiraz edərək, Nərmini öldürə bilmədiyini atası Dəmirə dedikdə, atası Dəmir əvvəllər olduğu kimi bir qayda olaraq, yenədə təkrar anası Xalidəni həyətə düşürərək, lüt vəziyyətdə soyundurub stolda otuzduraraq, əl qolunu dəmir trosla və təsərrüfat ipi ilə bağlayaraq dəmir qızdırıb qoluna, ayaqlarına, cinsiyyət orqanına vurub yandırmışdır. Eləcədə bədəninə vedrə ilə soyuq halda su tökmüşdir. Atası yatdıqdan sonra anası xəlvəti evdən çıxaraq qaçmışdır. Bundan iki gün sonra 15.10.2019-cu il tarixdə anası Qəbələ rayon Mərkəzi Xəstəxanasında yatmaqla həkim nəzarətində olduğunu bildirmişdir. Məhkəmə iclasında şahidlər Şahid4 və Şahid2 Şahid1 ifadasinə uyğun eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçmiş bacanağı, X1 isə baldızıdır. Təqsirləndirilən şəxs ilə arvadı Zərərçəkmiş şəxs rəsmi olaraq boşanaraq ayrılmış, buna səbəb Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə dəfələrlə aralarında baş vermiş ailə münaqişəsi zamanı əzab-işgəncə verməklə döyməsi olmuşdur. 13.10.2019-cu il tarixdə Təqsirləndirilən şəxs yaşadıqları evdə aralarında baş vermiş ailə münaqişəsi zamanı arvadı Xalidəni stulda otuzdurmaqla əl-ayağını dəmir trosla və təssərrüfat ipi ilə bağlayıb dəmir qızdıraraq bədəninin müxtəlif nahiyyələrini yandırdığını, eləcədə vedrəyə soyuq halda su doldurmaqla başından bədəninə töküb ona əzab işgəncə verməklə döyməsindən 14.10.2019-cu il tarixdə məlumatlı olmuşdur. Baldızı Zərərçəkmiş şəxs gecəliknən xəlvəti evlərindən çıxaraq qaçmış və Qəbələ rayon mərkəzi xəstəxanasına müraciət etmişdir. Belə hallar Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs qarşı dəfələrlə təkrarlanmış, onun Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs uşaqları Şahid2 öz himayəsinə götürmək niyyəti olmamışdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya EET Birliyinin 23 oktyabr 2019-cu il tarixli 623 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aralıq nahiyyəsində yəni sol və sağ böyük cinsiyyət dodaqlarının, hər iki büküşlərinin təzə yanıqları, sol mil bilək oynağının ön bayır və arxa səhtinin, sağ mil bilək oynağının içəri ön və arxa səthinin, hər iki baldırın aşağı 1/3-nin topuqdan yuxarı hisəsələrinin dairəvi formada qançır və sıyrıqları, üzün sağ tərəfinin, boyunun sağ orta və aşağı hissəinin, bel, oma, sol və sağ sağrı nahiyyəsinin, sağ budun ön içəri yuxarı 1/3-nin, sol budun içəri yuxarı 1/3-nin, döş qəfəsinin arxa sağ və sol aşağı hissələrinin, döş qəfəsinin arxa hər iki yuxarı sağ və sol hissələrinin yanıqdan sonra törənmiş köhnə çapıq toxumaları kimi xəsarətləri vardır. Xarici cinsiyyət orqanlarının, hər iki bud büküşlərinin təzə yanıqları, sol mil bilək oynağının, ön bayır və arxa səthinin, sağ mil bilək oynağlının içəri ön və arxa səthinin, hər iki baldırın aşağı 1/3-nin topuqdan yuxarı hissələrinin dairəvi formada qançır və sıyrıqları kimi xəsarətləri vardır ki, həmin xəsarətlər 13 oktyabr 2019-cu il tarixdə, qollarının və ayaqlarının bağlanaraq yüksək hərarətlə qızdırılmış bərk əşyaların (alətlərin) aralıq nahiyyəsinə yəni xarici cinsiyyət orqanına basaraq yandırmağa uyğun gəlir. Üzun sağ tərəfinin, boyunun sağ orta və aşağı hissələrinin, bel, oma, hər iki sağrı nahiyyələrinin, sağ budun ön içəri yuxarı 1/3-nin, sol budun içəri yuxarı 1/3-nin döş qəfəsinin arxa və sol aşağı hissələrinin yanıqdan sonrakı köhnə çapıqları, alovun, qaynar mayevin və qızdırılmış əşyaların təsirindən 15 oktyabr 2019-cu ildən 6 aydan 1-1.5 ilə qədər müddətlərdə törənməsinə, döş qəfəsinin arxa hər iki yuxarı hissələrinin yanıqdan sonra törənmiş köhnə çapıq toxumaları isə qızdırılmış bərk əşyaların (alətlərin) təsirindən 15 oktyabr 2019-cu il tarixdən 1.5 ildən artıq vaxtlarda törənməsinə uyğun gəlir. Qeyd olunan xəsarətlər ümumilikdə dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmanın əlamətlərinə aiddir. Bədən xəsarətlərinin ayrı-ayrılıqda dərəcəsinə görə doş qəfəsinin arxa sağ və sol hissələrindəki köhnə çapıq toxumaları dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmanın əlamətlərinə, aralıq nahiyyəsində sağ və sol böyük cinsiyyət dodaqlarının hər iki büküşlərinin təzə yanıqları üzün sağ tərəfinin, boyunun sağ orta aşağı hissəsinin, bel, oma, sol və sağ sağrı nahiyyəsinin, sağ budun ön- içəri yuxarı 1/3-nin, sol budun içəri yuxarı 1/3-nin, xarici cinsiyyət orqanlarının, hər iki bud büküşlərinin yanıqları, birlikdə və ayrılqda dərəcələrə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə aiddir. Sol mil bilək oynağının ön bayır və arxa səthinin, sağ mil bilək oynağının içəri ön və arxa səthinin, hər iki baldırın aşağı 1/3-nin topuqdan yuxarı hissələrinin dairəvi formada qançır və sıyrıqları sağlamlığa zərər vurmayan bədən xəsarətlərinə aiddir. Vət. Zərərçəkmiş şəxs bədəni üzərində qeyd olunan xəsarətlər qızdırılmış sərt əşyaların təsirindən törənmiş yanğı və ondan sonra inkişaf etmiş çapıq toxumaları, metal alətin qızdırılmış vəziyyətində bədənə basılmadan və hər iki qollarındakı və hər iki baldırın aşağı 1/3-dəki dairəvi formada qançır və sıyrıqları metal trosun o cümlədən digər ona bənzər sərt ipin təsirindən törənməsinə uyğun gəlir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin 15 aprel 2021-ci il tarixli 199 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmaqla anlaqlı olmuşdur. O, hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır, onun əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Həmin rəydə iş üzrə xüsusi əhəmiyyətə malik olan və Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməsini bir daha təsdiq edən hallardan biri də onun həmin ekspertiza zamanı dolğun və ardıcıl ifadələr verərək istintaq zamanı verdiyi ifadələri təsdiq edib törətmiş olduğu cinayət əməlini etiraf etməsidir. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 04.09.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün ibtidai istintaq və ilkin məhkəmə baxışı zamanı verdiyi qismən etirafedici ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ibtidai istintaq zamanı və ilkin məhkəmə baxışı zamanı verdikləri ifadələri, ekspert rəyi, digər iş materialları ilə onun xüsusi amansızlıqla, ağır iztirablar verməklə aşkar surətdə köməksiz vəziyyətdə olan zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa təkrarən az ağır zərər vurma, eləcədə zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayətlərin törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 127.2.2 və 128-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddələrinin sanksiyaları həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf edib səmimi peşimançılıq hissi keçirməsini, İİ qrup əlil olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunduğunu cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayətlərin təkrar törədilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddələrinin sanksiyasında nəzərdə tutulmuş, cəmiyyətdən təcrid edilmədən daha yüngül cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 127.2.2 və 128-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. İş üzrə maddi sübut və mülki iddia olmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2 və 128-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 127.2.2-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, CM-nin 128-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti 03 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №1(025)-32/2021
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-32/2021
09.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver